İran ABŞ ilə danışıqları bərpa etməyə və diplomatik həll yoluna bir daha şans verməyə hazırdır.
Bunu İranın xarici işlər naziri Abbas Əraqçi “Financial Times” qəzetində dərc olunan məqaləsində bildirib.
Nazir qeyd edib ki, Tehran Vaşinqtonun etimad yaratmaq və ədalətli razılaşmaya nail olmaq istəyinin səmimi olduğunu təsdiqləyən ciddi sübutlar görəcəyi təqdirdə diplomatiyaya qayıtmağa hazırdır.
Əraqçinin sözlərinə görə, ABŞ diplomatiya əvəzinə müharibə yolunu seçərsə, bu, daha böyük strateji uğursuzluğa səbəb olacaq.