Bakıda ŞOK İDDİA: Taksi sürücüsü 16 yaşlı oğlana seksual təzyiq etdi

Bakıda 16 yaşlı məktəbli oğlan manatlıq taksidə sürücünün seksual xarakterli təzyiqinə məruz qaldığını bildirib.

Baku.ws-ə istinadən, hadisə oktyabrın 20-də saat 21 radələrində baş verib.

Belə ki, 11-ci sinif şagirdi dərsdən qayıdarkən metronun "Koroğlu" stansiyasından Buzovna qəsəbəsinin "Albalılıq" massivinə gedən manatlıq taksiyə minib.

İddia olunur ki, avtomobildə tək qaldığı zaman sürücü onunla əxlaqsız söhbətlər edib və seksual xarakterli fiziki təzyiq göstərib.