Avropa İttifaqı Ukraynanın 2027-ci ildə yaranacaq 70 milyard avroluq maliyyə çatışmazlığının aradan qaldırılması yollarını müzakirə edəcək.
Bu barədə “Reuters” Avropa İttifaqındakı mənbəsinə istinadən məlumat yayıb.
Bildirilib ki, noyabrın 26-27-də keçiriləcək xüsusi sammitdə Ukraynaya əlavə maliyyə yardımının ayrılması və Avropa İttifaqının növbəti uzunmüddətli büdcəsi gündəmdə olacaq.
Avropa İttifaqı 2027-ci ildə Ukraynaya 45 milyard avro ayırmağı planlaşdırsa da, ölkənin əlavə maliyyə ehtiyacının təxminən 70 milyard avro təşkil etdiyi bildirilir.
Bu səbəbdən Aİ ölkələrinin yeni maliyyələşdirmə mexanizmlərini, o cümlədən əlavə kreditlərin ayrılması imkanlarını nəzərdən keçirəcəyi gözlənilir.