ABŞ İranın dəstəkçilərini sanksiyalarla HƏDƏLƏDİ

Bunu ABŞ-ın maliyyə naziri Skott Bessent bəyan edib.

O bildirib ki, İrana dəstək verən və onun sanksiyalardan yayınmasına kömək edən şəxslər, eləcə də şirkətlər müəyyən edilərək onlara qarşı məhdudiyyətlər tətbiq olunacaq.

“İstər açıq dənizdə qanunsuz neft daşınması ilə məşğul olun, istərsə də hüquq firmasının rəhbəri kimi kabinetdə oturun, əgər İran rejimini dəstəkləyirsinizsə, sizi tapacaq və sizə qarşı sanksiyalar tətbiq edəcəyik.

İrana məhdudiyyətlərdən yayınmağa kömək edənlər seçim etməlidirlər: ya bizimləsiniz, ya da bizə qarşısınız.

Biz kim olduğunuzu və nə ilə məşğul olduğunuzu bilirik. Müvafiq tədbirlər görməyə davam edəcəyik”, – deyə nazir vurğulayıb.