Leyla Əliyeva Səmərqənddə “Əbədi şəhər” kompleksi ilə tanış oldu - FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Özbəkistana səfəri çərçivəsində oktyabrın 21-də Səmərqənddə "Əbədi şəhər" kompleksi ilə tanış olub.

Komplekslə tanışlıq zamanı Leyla Əliyeva Türkiyənin birinci xanımı Əminə Ərdoğan və Tacikistanın Baş nazirinin müavini Dilrabo Mansuri ilə görüşərək səmimi söhbət edib, onlarla xatirə fotoları çəkdirib.