Uitkoff Putinlə danışıqları “konstruktiv” ADLANDIRDI

“Putinlə Sankt-Peterburqda keçirilən danışıqları konstruktiv oldu”.

Bunu ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoff bildirib.

O qeyd edib ki, bugünkü danışıqlar ABŞ, Rusiya və Ukrayna arasında texniki səviyyədə davam etdiriləcək.

“Oslo və Sankt-Peterburqda Cared Kuşnerlə birlikdə müharibəyə son qoymaq məqsədilə Prezident Donald Trampın missiyasını irəli aparmaq üçün Rusiya, Ukrayna və Avropa liderləri ilə görüşdük.

Sankt-Peterburqda Prezident Vladimir Putinlə görüşərək Osloda Prezident Volodimir Zelenski ilə əldə olunan irəliləyişi davam etdirmək, sülh nizamlanmasının çərçivələrini müzakirə etmək və ailəsinin yanına qayıdan ABŞ vətəndaşı Stiven Habberdin azad edilməsinə görə Putinə təşəkkür etmək imkanı qazandıq.

Bu müzakirələr konstruktiv oldu və ABŞ, Rusiya və Ukrayna arasında üçtərəfli danışıqların texniki səviyyəsində davam etdiriləcək”, – deyə Uitkoff yazıb.

O əlavə edib ki, görüləsi mühüm işlər hələ çox olsa da, Prezident Tramp müharibəyə son qoymaq, gələcək nəsillərin təhlükəsizliyini və rifahını təmin edəcək hərtərəfli və davamlı sülhə nail olmaq öhdəliyinə sadiqdir.