ABŞ İrana bağlı 5 fiziki şəxsə sanksiya TƏTBİQ ETDİ

ABŞ Maliyyə Nazirliyi İrana bağlı beş fiziki şəxsə, dörd şirkətə və doqquz dəniz gəmisinə qarşı sanksiyalar tətbiq edib.

Qurum bir neçə Çin şirkətini və Belarus vətəndaşını sanksiya siyahısından çıxarıb.

Bundan başqa, ABŞ Maliyyə Nazirliyi “Lukoyl” şirkətinin xaricdəki aktivlərinin satışına icazə verən lisenziyanın müddətini noyabrın 21-dək uzadıb.