“Bakı Metropoliteni” QSC-nin “Həzi Aslanov” stansiyasında dalanın yenidən qurulması işləri yekunlaşıb.
Trend-in müxbiri xəbər verir ki, oktyabrın 23-də “Həzi Aslanov” stansiyasında görülmüş işlərlə tanışlıq məqsədilə mediatur təşkil olunub.
Mediatur çərçivəsində xətt üzrə qatarların hərəkətinin birbaşa təşkili ilə bağlı da mediatur nümayəndələri məlumatlandırılıb.