Ukrayna Milli Bankında axtarış aparılır

Ukrayna Milli Antikorrupsiya Bürosu (NABU) və İxtisaslaşmış Antikorrupsiya Prokurorluğunun (SAP) əməkdaşları ölkənin Milli Bankında axtarış aparırlar.

Bunu xalq deputatı Yaroslav Jeleznyak bildirib.

İstintaq tədbirləri Milli Bankın rəhbəri Andriy Pişninin kabinetində və onunla əlaqəli digər ünvanlarda da həyata keçirilir.

“Ukrainskaya pravda” nəşrinin əməkdaşı Mixail Tkaç da öz mənbələrinə istinadən məlumatı təsdiqləyib.

Axtarışların səbəbi ilə bağlı hələlik ətraflı məlumat açıqlanmayıb.