Saat 16:50
Ukrayna Milli Bankında sədr Andrey Pışnının istefası ilə bağlı mediada yayılan xəbərləri təkzib ediblər.
“Report” xəbər verir ki, bu barədə “RBK-Ukrayna”ya Milli Bankdan məlumat verilib.
Oktyabrın 21-i səhər saatlarında Ukrayna Milli Antikorrupsiya Bürosu məlumat verib ki, Xüsusi Antikorrupsiya Prokurorluğunun prosessual rəhbərliyi ilə detektivlər Milli Bankın binasında və əməkdaşlardan birinin yaşayış yerində istintaq hərəkətləri aparıblar.
Ukrayna Milli Korrupsiyaya Qarşı Mübarizə Bürosudan bildirilib ki, heç kim saxlanılmayıb və şübhəli bilindiyi barədə məlumat verilməyib. İşin digər təfərrüatları açıqlanmır.
Milli Bankda istintaq hərəkətlərinin aparıldığını təsdiqləyib və qurumun ştat rejimində işləməyə davam etdiyini bildiriblər.
Saat 16:16
Ukrayna Milli Bankının sədri Andrey Pışnı istefa ərizəsi yazıb.
Bu barədə “Delo.ua” bank sektorundakı həmsöhbətinə istinadən məlumat yayıb.
Məlumata görə, o bu addımı Ukrayna Milli Korrupsiyaya Qarşı Mübarizə Bürosu və İxtisaslaşmış Korrupsiyaya Qarşı Mübarizə Prokurorluğu tərəfindən kabinetində axtarışlardan sonra atıb.