Tramp Maska tərif yağdırdı

ABŞ Prezidenti Donald Tramp “Tesla” və “SpaceX” şirkətlərinin rəhbəri İlon Maskın qabiliyyətlərini şərh edib.

Bu barədə TASS məlumat yayıb.

Tramp Şimali Karolinada tərəfdarları qarşısında çıxışı zamanı Maskın dahiliyini qiymətləndirərək onun 80 faiz superdahi olduğunu vurğulayıb.

“O (Mask) əla insandır. Mən deyirəm ki, o, 80 faiz superdahidir. Qalan 20 faizi barədə düşünməliyəm. Amma o, həqiqətən də möhtəşəm insandır”, - deyə Tramp bildirib.

Bundan əvvəl Tramp Ağ Evdə intellekt əmsalı aşağı olan insanlarla işləməli olduqlarını zarafatla deyib. O, bu fikri elm və innovasiyaya töhfəyə görə medalların təqdimolunma mərasimində səsləndirib. Mükafatları İlon Mask və Sergey Brin, eləcə də digər texnologiya şirkətlərinin rəhbərləri alıblar.