Elmi-tədqiqat müəssisələrində çalışan 30 yaşadək tədqiqatçıların sayı 2025-ci ildə əvvəlki illə müqayisədə 30,9% azalaraq 1 257 nəfər olub. Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.
2024-cü ildə bu yaş qrupunda 1 818 tədqiqatçı qeydə alınmışdı.
Gənc tədqiqatçıların ümumi tədqiqatçı sayındakı payı bir ildə 13%-dən 8,8%-ə düşüb.
Elmi-tədqiqat müəssisələrində çalışan tədqiqatçıların ümumi sayı 2025-ci ildə 14 296-ya yüksəlib. 2024-cü ildə bu göstərici 14 005 olub.
Tədqiqat və işləmələri həyata keçirən təşkilatların sayı isə 2024-cü ildəki 130-dan 2025-ci ildə 127-yə enib.