83 yaşında dünyasını dəyişdi

İsveç futboluna itki üz verib.

Sabiq məşqçi Bo Yohansson 83 yaşında vəfat edib.

O, məşqçilik karyerasına başlamazdan əvvəl, 1977-ci ilədək İsveçdə peşəkar futbolçu kimi çıxış edib. Yohansson klub səviyyəsində bir sıra komandaları çalışdırıb. 1994-cü ildə “Silkeborq”la Danimarka çempionu olub. 1996-2000-ci illərdə Danimarka yığmasına rəhbərlik edib. Komanda onun başçılığı altında 1998-ci ildə dünya çempionatında və 2000-ci ildə Avropa çempionatında iştirak edib.

Yohansson 1990-91-ci illərdə İslandiya yığmasının da baş məşqçisi olub. Onun məşqçilik fəaliyyətini 2010-cu ildə başa vurduğunu da xatırladaq.