Normal view
“Meyvəli” bazarında yanğın - VİDEO

moderator.az
- Arxasında nazir imzası dayanan məşhur MAHNILAR - SİYAHI
Arxasında nazir imzası dayanan məşhur MAHNILAR - SİYAHI
Müharibədən sonra mina partlayışları nəticəsində 363 nəfər xəsarət alıb
Qızı Xalq artistini belə təbrik etdi

moderator.az
- Röya Aygünün repertuarından “Uzaqlıq”ı seçdi - VİDEO
Röya Aygünün repertuarından “Uzaqlıq”ı seçdi - VİDEO
Bakıda evlərdən oğurluq edən şəxslər saxlanıldı
Sentyabr gəlməmiş 5 bürcün həyatı dəyişəcək

moderator.az
- Aqil Abbasdan işdən çıxarılan kitabxanaçılara dəstək: "Kitabxanaçıların ixtisarı ilə bağlı Milli Məclisdə çıxış etmişəm"
Aqil Abbasdan işdən çıxarılan kitabxanaçılara dəstək: "Kitabxanaçıların ixtisarı ilə bağlı Milli Məclisdə çıxış etmişəm"
İcra başçısını təhqir edən şəxs həbs olundu

moderator.az
- Baş prokuror Çinin Azərbaycandakı səfirini qəbul etdi - FOTO
Baş prokuror Çinin Azərbaycandakı səfirini qəbul etdi - FOTO
Bakı, Sumqayıt, Abşeron və Naxçıvan MR üzrə bu ayın pensiyaları ödənildi
"Mənim yerimdə dağ olsaydı, paralanardı" - VİDEO

moderator.az
- Ermənistanda İranın HHM sistemləri yerləşdirilib - VİDEO
Ermənistanda İranın HHM sistemləri yerləşdirilib - VİDEO

moderator.az
- Namiq Ağayev:" Azərbaycanda kino çəkmək nisyə prosesdir" – MÜSAHİBƏ
Namiq Ağayev:" Azərbaycanda kino çəkmək nisyə prosesdir" – MÜSAHİBƏ
Yeddi ayda 234 min nəfər aktiv məşğulluq tədbirləri ilə əhatə olunub

moderator.az
- Sonsuzluqla bağlı hansı yanlış inanclar var? – Səhiyyə Nazirliyinin mütəxəssisi açıqlayır
Sonsuzluqla bağlı hansı yanlış inanclar var? – Səhiyyə Nazirliyinin mütəxəssisi açıqlayır
“Global Media”nın əməkdaşı vəfat etdi

moderator.az
- Professor Samuxda qeydə alınan qarayara xəstəliyindən danışdı: İlk əlamətlər bunlardır
Professor Samuxda qeydə alınan qarayara xəstəliyindən danışdı: İlk əlamətlər bunlardır
Samux rayonunda qeydə alınmış qarayara hadisəsi ilə bağlı aparılan laborator müayinələr nəticəsində bir nəfərdə xəstəlik təsdiqlənib, xəstə heyvanla təmasda olan şəxslər isə tibbi nəzarətə götürülərək izolyasiya olunublar. Aidiyyəti dövlət qurumları bildirirlər ki, hazırda zəruri epidemioloji tədbirlər görülür, əhali arasında geniş yayılma qeydə alınmayıb və vəziyyət nəzarət altındadır.
Bununla belə, hadisə zoonoz infeksiyalarla mübarizədə profilaktik tədbirlərin və ictimai maarifləndirmənin əhəmiyyətini bir daha gündəmə gətirir.
Qeydə alınan bu hadisə zoonoz infeksiyalarla mübarizədə profilaktik tədbirlərin effektivliyini yenidən gündəmə gətirib. Bəs, qarayara kimi təhlükəli xəstəliklərin qarşısının alınması üçün baytarlıq nəzarəti, epizootik və epidemioloji monitorinq, eləcə də əhalinin maarifləndirilməsi istiqamətində hansı əlavə addımlar atılmalıdır?
Hazırda tətbiq olunan profilaktik mexanizmlər bu cür risklərin vaxtında aşkarlanması və qarşısının alınması baxımından kifayət qədər effektivdirmi?
Mövzu ilə bağlı Moderator.az-a tanınmış həkim-cərrah, tibb üzrə elmlər doktoru, Azərbaycan Tibb Universitetinin I cərrahi xəstəliklər kafedrasının professoru Adil Qeybulla açıqlama verib.

Professor qeyd edib ki, Sibir xorası çox təhlükəli infeksion xəstəliklərdən biridir:
"Qeyd edim ki, xalq arasında qara yara kimi tanınan infeksiyanın tibbi adı məhz Sibir xorasıdır. Bu xəstəlik xüsusi Bacillus anthracis bakteriyası tərəfindən törədilir. Xəstəliyin törədicisi olan bu bakteriyalar torpaqda hətta 100 ilə qədər yaşamaq qabiliyyətinə malikdir. Onlar spor formasına keçərək uzun müddət torpaqda, suda və digər mühitlərdə həyat qabiliyyətini qoruyub saxlayırlar.
Məhz buna görə də vəhşi təbiətdə bəzən eyni su hövzəsindən istifadə edən begemotlar yoluxur və infeksiyanı bir-birlərinə ötürərək kütləvi tələf olurlar. Yəni xəstəlik heyvanlar arasında çox asanlıqla yayılır. İnfeksiya əsasən xəstə heyvanın dərisi, yoluxmuş toxumaları, yaralardan ifraz olunan mayelər, həmin mayelərdə olan mikroorqanizmlər, eləcə də yoluxmuş ətin istifadəsi nəticəsində ötürülür".
Adil Qeybulla qeyd edib ki, insanlara da xəstəlik ən çox yoluxmuş ət və dəri ilə təmas zamanı keçir:
"Bu, zoonoz infeksiyadır. Lakin nəzərə almaq lazımdır ki, müəyyən hallarda insan da infeksiyanı digər insana ötürə bilər. İnfeksiya orqanizmə daxil olduqdan sonra ilk olaraq yoluxma nahiyəsində dəridə düyün əmələ gəlir, daha sonra yara formalaşır və həmin yaranın mərkəzində qara rəngli örtük — nekrotik ərp yaranır. Xəstəliyin qara yara adlandırılması da məhz bununla bağlıdır.
Bu nekrotik ərp Sibir xorasının ən xarakterik əlamətlərindən biri olduğuna görə xəstəliyin tanınmasını xeyli asanlaşdırır. Xəstəlik ağır intoksikasiya ilə başlayır. İlkin mərhələdə əlamətlər qripi xatırladır: üşütmə, yüksək hərarət, halsızlıq, əzələ və bel ağrıları müşahidə olunur. Sonrakı mərhələlərdə arterial təzyiqin enməsi, şok vəziyyəti və sonda ölüm baş verə bilər. Ümumiyyətlə, xəstəlik zamanı ən çox zədələnən orqanlardan biri də qaraciyərdir.
Qara yara, yəni Sibir xorası təhlükəli infeksiyalar qrupuna aid olduğuna görə bioloji silah kimi istifadə oluna biləcək xəstəliklər sırasında da göstərilir. Yəni hər hansı bioloji silahdan istifadə ediləcəyi təqdirdə, bu infeksiyadan da istifadə olunması mümkündür.
Harada qara yara aşkarlanırsa, dərhal karantin rejimi tətbiq edilməlidir. Xəstələnmiş heyvan və ya insan təcili izolyasiya olunmalı və müalicəyə cəlb edilməlidir. Heyvanlar adətən məhv edilir, insanlar isə müalicə olunur və infeksiyanın yayılmasının qarşısının alınması istiqamətində zəruri tədbirlər görülür. Sibir xorasının yayılmasının qarşısını almağın ən effektiv yolu məhz karantin və izolyasiya tədbirlərinin vaxtında həyata keçirilməsidir".
Pərvin Şakirqızı

moderator.az
- Hikmət Rəhimovun "Əqrəb mövsümü"ndən getməsindən danışdı - VİDEO
Hikmət Rəhimovun "Əqrəb mövsümü"ndən getməsindən danışdı - VİDEO

moderator.az
- Cinayət törətməkdə şübhəli bilinən 44 nəfər saxlanıldı
Cinayət törətməkdə şübhəli bilinən 44 nəfər saxlanıldı
Kolleclərə ixtisas seçiminin nəticələri AÇIQLANDI
Dövlət İmtahan Mərkəzi ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün keçirilmiş müsabiqənin nəticələrini elan edib.
Bu barədə Moderator.az-a DİM-dən məlumat verilib.
Bildirilib ki, abituriyentlər müsabiqə nəticələri ilə buradan tanış ola bilərlər.
Abituriyentlər müsabiqənin nəticələri haqqında məlumatı, mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə "iş nömrəsi"ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
Müsabiqənin nəticələri haqqında statistik məlumatlar aşağıdakı cədvəldə təqdim olunur:

Təhsil forması |
Qəbul planı |
Qəbul olunub |
Qəbulolma faizi |

Azərbaycan bölməsi |
Rus bölməsi |
Bölmələr üzrə cəmi |

Dövlət ödənişsiz |
2499 |
2355 |
81 |
2436 |
97.48 |

Dövlət ödənişli |
3481 |
3124 |
103 |
3227 |
92.70 |

Özəl (Bakı İlahiyyat Kolleci ilə birlikdə) |
230 |
201 |
29 |
230 |
100.00 |

Cəmi |
6210 |
5680 |
213 |
5893 |
94.90 |
ÜMUMİ ORTA TƏHSİL BAZASINDA ORTA İXTİSAS TƏHSİLİ MÜƏSSİSƏLƏRİNƏ QƏBUL OLAN ABİTURİYENTLƏRİN SAYI HAQQINDA MƏLUMAT

Təhsil forması |
Qəbul planı |
Qəbul olunub |
Qəbulolma faizi |

Azərbaycan bölməsi |
Rus bölməsi |
Bölmələr üzrə cəmi |

Xüsusi qabiliyyət tələb etməyən ixtisaslar |
5090 |
4951 |
139 |
5090 |
100.00 |

Xüsusi qabiliyyət tələb edən ixtisaslar |
1120 |
729 |
74 |
803 |
71.70 |

Cəmi |
6210 |
5680 |
213 |
5893 |
94.90 |
Qəbul olunanlar orta ixtisas təhsili müəssisələri üzrə qeydiyyatlarını yalnız my.gov.az portalı üzərindən həyata keçirirlər. Bunun üçün Elm və Təhsil Nazirliyinin müvafiq xidməti "mygov" platformasında istifadəyə verilib. Qeydiyyat 19 avqust saat 15:00-dan 31 avqust saat 18:00-dək davam edəcək.
Qəbul olunan şəxslər qeydiyyat üçün əvvəlcə mygov ID (vahid giriş sistemi) vasitəsilə my.gov.az portalındakı şəxsi kabinetlərinə daxil olmalıdırlar. Daha sonra portalın "Xidmətlər" bölməsinin "Qurumlar" kateqoriyasından Elm və Təhsil Nazirliyini seçməli və burada təqdim olunan "Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalanların qeydiyyatı" xidmətinə keçid etməlidirlər.
Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri orta ixtisas təhsili müəssisəsinə göndərilməyəcək.
Kəlbəcərdə minaya düşən 73 yaşlı kişinin ayağı amputasiya olundu
İyulda aylıq sosial müavinət və təqaüd alanların sayı açıqlandı

moderator.az
- Bəzi yerlərdə leysan yağır, şimşək çaxır - FAKTİKİ HAVA
Bəzi yerlərdə leysan yağır, şimşək çaxır - FAKTİKİ HAVA

moderator.az
- Bölgələrdə yanğına səbəb olan 5 nəfər cəzalandırıldı
Bölgələrdə yanğına səbəb olan 5 nəfər cəzalandırıldı
“Qadınları güclü görmək istəmirəm” - VİDEO
Azərbaycan XİN Pakistanı təbrik etdi - FOTO

moderator.az
- Azərbaycan Teatr Xadimləri İttifaqının binası təmirə bağlanıb - FOTO
Azərbaycan Teatr Xadimləri İttifaqının binası təmirə bağlanıb - FOTO

moderator.az
- Pakistanın Azərbaycandakı səfirliyində ölkənin müstəqilliyinin 79-cu ildönümü qeyd edilib - FOTO
Pakistanın Azərbaycandakı səfirliyində ölkənin müstəqilliyinin 79-cu ildönümü qeyd edilib - FOTO

moderator.az
- Yer kürəsində həyat iki dəfə yaranıb? – Alimlərdən maraqlı araşdırma
Yer kürəsində həyat iki dəfə yaranıb? – Alimlərdən maraqlı araşdırma
Alimlərin yeni araşdırması Yer kürəsində həyatın mənşəyi ilə bağlı mövcud təsəvvürləri yenidən gündəmə gətirib. Tədqiqatçılar bakteriyalar və arxeyaların tam funksional, sərbəst yaşayan hüceyrələrə çevrilmək üçün bir-birindən fərqli təkamül yolları keçdiyini müəyyən ediblər.
Moderator.az xəbər verir ki, bu barədə "Popular Mechanics" yazıb.
Araşdırmaya görə, bütün canlılar eyni genetik kodu paylaşsa da, bakteriya və arxeyalar həyati əhəmiyyətli kimyəvi reaksiyaları həyata keçirmək üçün fərqli mexanizmlər inkişaf etdiriblər. Bu isə həyatın sərbəst yaşayan hüceyrə formasına keçidinin iki müstəqil istiqamətdə baş vermiş ola biləcəyini göstərir.
Tədqiqatın baş müəllifi, bioloq Uilyam Martin hesab edir ki, əldə olunan məlumatlar “genetik kodun tək mənşəyi, lakin həyatın iki mənşəyi” ehtimalını ortaya qoyur.
İlk həyatın “mühərriki” metallar ola bilər
Alimlər amin turşuları, vitaminlər və RNT əsaslarının sintezi ilə bağlı 420 əsas kimyəvi reaksiyanı təhlil ediblər. Nəticələr göstərib ki, Son Universal Ortaq Əcdadın (LUCA) bu reaksiyaların yalnız bir hissəsində fermentlərdən istifadə etdiyi ehtimal olunur.
Digər reaksiyalarda isə okeanların hidrotermal dəlikləri ətrafında bol olan təbii metallar mühüm rol oynaya bilərdi.
Tədqiqatın həmmüəllifi, qeyri-üzvi kimyaçı Harun Tuysuzun sözlərinə görə, hidrotermal dəliklərdən çıxan təbii metallar bəzi metabolik proseslərdə çoxsaylı fermentləri əvəz edə bilər.
Alimlər həmçinin fosfit və palladium arasındakı reaksiyaların ilkin mərhələdə ATP və bəzi bioloji fermentlərin funksiyasını əvəz edərək ilk metabolik zəncirlərin fəaliyyətə başlamasına kömək etmiş ola biləcəyini ehtimal edirlər.
Həyatın inkişafında üç əsas mərhələ
Tədqiqat müəllifləri erkən həyatın inkişafını üç mərhələyə ayırırlar:
Metal mərhələsi – maddələr mübadiləsi əsasən təbii qeyri-üzvi katalizatorlardan asılı idi.
Hibrid mərhələ – ilk fermentlər yaranaraq metalların fəaliyyəti ilə birlikdə işləməyə başladı.
Divergent mərhələ – bakteriya və arxeyaların əcdadları ayrılaraq müstəqil təkamül yollarına keçdilər.
Tədqiqatçıların fikrincə, ən diqqətçəkən məqam bakteriya və arxeyaların eyni kimyəvi reaksiyaları həyata keçirmək üçün tamamilə fərqli fermentlərdən istifadə etməsidir.
Bu nəticələr təbiətin eyni biokimyəvi problemləri həll etməyin yollarını iki dəfə və müstəqil şəkildə “kəşf etmiş” ola biləcəyini göstərir.

moderator.az
- Mətanət İsgəndərli plastik əməliyyatdan sonra - VİDEO
Mətanət İsgəndərli plastik əməliyyatdan sonra - VİDEO
Tacikistan Əfqanıstana nota verdi

moderator.az
- Mömin görüntüsü altında yatan SİRLƏR – 70 milyon dollarlıq İDDİA
Mömin görüntüsü altında yatan SİRLƏR – 70 milyon dollarlıq İDDİA
Azərbaycan nefti ucuzlaşdı

moderator.az
- Xankəndi dünyaya açılır: Qarabağla Rumıniya şəhəri arasında yeni əməkdaşlıq - FOTO
Xankəndi dünyaya açılır: Qarabağla Rumıniya şəhəri arasında yeni əməkdaşlıq - FOTO

moderator.az
- UEFA Konfrans Liqası: "Tvente" - "Qarabağ" oyununun başlama saatı açıqlandı
UEFA Konfrans Liqası: "Tvente" - "Qarabağ" oyununun başlama saatı açıqlandı

moderator.az
- Tovuzda sel körpünü dağıtdı - Kəndin rayonla əlaqəsi kəsildi
Tovuzda sel körpünü dağıtdı - Kəndin rayonla əlaqəsi kəsildi
Gəncədə avtomobil piyadanı vuraraq öldürdü
Bu bürclər həyatlarını dəyişdirəcək insanlarla qarşılacaq
UEFA reytinqi: "Qarabağ"ın qələbəsi Azərbaycanın əmsalını artırıb

moderator.az
- Avro bahalaşdı, rubl ucuzlaşdı – YENİ MƏZƏNNƏ
Avro bahalaşdı, rubl ucuzlaşdı – YENİ MƏZƏNNƏ

Valyuta |
Məzənnə |

1 ABŞ dolları |
1,7000 |

1 Avro |
1,9615 |

100 Rusiya rublu |
2,0386 |
Yasamalın bəzi ərazilərində işıq olmayacaq

moderator.az
- Azərbaycan çempionatı bu gün başlayır: "Turan Tovuz" "Qəbələ"yə qarşı
Azərbaycan çempionatı bu gün başlayır: "Turan Tovuz" "Qəbələ"yə qarşı
İran və ABŞ vasitəçilərin köməyi ilə danışıqları davam etdirir

moderator.az
- Tanınmış aktyorda ağır xəstəlik aşkarlanıb: “10 il əvvəl də başımdakı şişdən əməliyyat olunmuşdum” - FOTO
Tanınmış aktyorda ağır xəstəlik aşkarlanıb: “10 il əvvəl də başımdakı şişdən əməliyyat olunmuşdum” - FOTO

moderator.az
- Zaqatalada 17 yaşlı yeniyetmə maşını aşırdı - Xəsarət alanlar var
Zaqatalada 17 yaşlı yeniyetmə maşını aşırdı - Xəsarət alanlar var
Bakının bu küçələrində sıxlıq var - SİYAHI
“Bu aparıcının səviyyəsinə baxır, efirə elə adamları çıxarıb reklam edirdilər ki...”
İnsanlar niyə Allaha üsyan edirlər? - VİDEO
Yaponiyada torpaq sürüşməsi təhlükəsi davam edir: Hakimiyyət sakinləri xəbərdar etdi
Yaponiyanın şərqində yerləşən Toçigi prefekturasında baş verən torpaq sürüşməsi faciə ilə nəticələnib. Leysan yağışları nəticəsində yaşayış evinin üzərinə torpaq kütləsi düşüb, iki nəfər həlak olub.
Moderator.az NHK agentliyinə istinadən xəbər verir ki, hadisədən bir gün sonra dağıntılar altından qadının cəsədi çıxarılıb, iyulun 19-da isə xilasedicilər kişinin nəşini aşkarlayıblar. Həlak olanların 30 ildən çoxdur ki, həmin ərazidə yaşayan yaşlı ər-arvad olduğu rəsmən təsdiqlənib.
Faciə bölgəyə yağan rekord miqdarda leysan yağışları fonunda baş verib. Meteoroloqların məlumatına görə, iyulun 17-də cəmi 12 saat ərzində Aşikaga şəhərinə 233 millimetr yağıntı düşüb ki, bu da prefekturanın meteoroloji müşahidələr tarixində ən yüksək göstəricidir. Güclü yağışlar torpağın yumşalmasına və yaşayış evlərinin yerləşdiyi təpə yamaclarında sürüşmə proseslərinin sürətlənməsinə səbəb olub.
Hadisə yerində xilasetmə işləri bir neçə gün davam edib. Torpağın yenidən sürüşmə təhlükəsi və yamacın qeyri-sabitliyi səbəbindən fövqəladə hallar əməkdaşları təhlükəsizlik tədbirlərinə ciddi riayət edərək fəaliyyət göstəriblər.
Toçigi prefekturasının hakimiyyət orqanları dağlıq və dağətəyi ərazilərdə yaşayan sakinləri yeni torpaq sürüşmələri ilə bağlı ehtiyatlı olmağa çağırıb. Meteoroloqlar yaxın günlərdə vəziyyəti daha da ağırlaşdıra biləcək yeni leysan yağışların yağacağını istisna etmirlər. Hazırda mütəxəssislər dəymiş ziyanın miqyasını qiymətləndirir və digər potensial təhlükəli ərazilərdə yamacların dayanıqlığını yoxlayırlar.
(oxu.az)

moderator.az
- DÇ-2026-nın finalı START GÖTÜRDÜ: İspaniya və Argentina üz-üzə - CANLI
DÇ-2026-nın finalı START GÖTÜRDÜ: İspaniya və Argentina üz-üzə - CANLI
Futbol üzrə 2026-cı il dünya çempionatının final oyunu start götürüb.
Moderator.az xəbər verir ki, ABŞ-nin Nyu-Cersi ştatının İst-Raterford şəhərində yerləşən "MetLife" stadionunda keçirilən həlledici qarşılaşmada İspaniya və Argentina milliləri dünya çempionu adı uğrunda mübarizə aparırlar.
80 633 azarkeş tutumuna malik arenada keçirilən oyunu minlərlə futbolsevərlə yanaşı, ABŞ Prezidenti Donald Tramp və FIFA prezidenti Canni İnfantino da tribunadan izləyirlər.
Qeyd edək ki, İspaniya tarixində ikinci, Argentina isə dördüncü dünya çempionluğu uğrunda mübarizə aparır. Final qarşılaşmasının qalibi 2026-cı il dünya çempionu olacaq.
22:26
Bu gün futbol üzrə dünya çempionatının final oyununda üz-üzə gələcək İspaniya və Argentina yığmalarının start heyətləri açıqlanıb.
Moderator.az xəbər verir ki, komandalar Nyu-York şəhərindəki "MetLayf" stadionunda Bakı vaxtı ilə saat 23:00-da start götürəcək matçda meydana aşağıdakı heyətlərlə çıxacaqlar.
İspaniya: Unay Simon, Mark Kukurelya, Emerik Lyaport, Pau Kubarsi, Pedro Porro, Rodri, Fabian Ruis, Aleks Baena, Dani Olmo, Lamin Yamal, Mikel Oyarsabal;
Baş məşqçi: Luis de la Fuenta;
Argentina: Emiliano Martines, Qonsalo Montyel, Lisandro Martines, Kristian Romero, Nikolas Talyafiko, Nikolas Qonsales, Rodriqo de Paul, Entso Fernandes, Aleksis Makallister, Xulian Alvares, Lionel Messi;
09:00
Milyonların səbirsizliklə izlədiyi futbol üzrə dünya çempionatında həlledici an gəlib çatıb.
Moderator.az xəbər verir ki, turnirin ən vacib matçında - böyük finalda qızıl medal uğrunda İspaniya və Argentina milli komandaları amansız mübarizədə üz-üzə gələcəklər.
Futbol azarkeşlərinin diqqət mərkəzində olacaq bu həlledici qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 23:00-da səslənəcək.
Dünya çempionatı
Final
19 iyul
23:00. İspaniya - Argentina.

moderator.az
- Kondisionerdən düzgün istifadə etməyin yolları: Həm elektrikə qənaət edin, həm də sağlamlığınızı qoruyun
Kondisionerdən düzgün istifadə etməyin yolları: Həm elektrikə qənaət edin, həm də sağlamlığınızı qoruyun
Yay aylarında temperaturun yüksəlməsi ilə kondisioner əksər ev və iş yerlərində zərurətə çevrilir. Lakin cihazın uzun müddət və ya düzgün istifadə olunmaması təkcə elektrik enerjisi sərfiyyatını artırmır, həm də sağlamlıqla bağlı müxtəlif problemlərə səbəb olur. Bəs kondisionerdən həm büdcəmizə, həm də sağlamlığımıza zərər vermədən necə səmərəli istifadə etmək olar?
Moderator.az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:
Kondisioner üçün ideal temperatur
Kondisioner ustası Amid Şabiyev bildirdi ki, cihazın düzgün seçilməsi və istismarı həm elektrik enerjisinə qənaət etməyə, həm də onun ömrünü uzatmağa imkan verir. Kondisionerin hansı temperaturda işlədilməsi, otağın sahəsinə uyğun seçilməsi və filtrlərin vaxtında təmizlənməsi bu baxımdan xüsusi əhəmiyyət daşıyır: "Köhnə tip kondisionerlər daha çox enerji sərf etdiyi halda, yeni nəsil invertor modellər temperatur sabitləşdikdən sonra daha az elektrik enerjisi istifadə edir. Bununla belə, elektrik xərcləri yalnız cihazın xüsusiyyətlərindən asılı deyil. İstifadə vərdişləri də aylıq ödənişə ciddi təsir göstərir. Məsələn, kondisionerin 18-20 dərəcəyə qurulması onun daha intensiv işləməsinə səbəb olur. Halbuki otaq temperaturunun 23-24 dərəcə səviyyəsində saxlanılması həm rahatlıq, həm də enerji sərfiyyatı baxımından daha optimal hesab edilir. Bu göstərici həm insan orqanizmi üçün daha komfortlu hesab olunur, həm də elektrik enerjisinin daha səmərəli istifadəsinə imkan yaradır. Temperaturu həddindən artıq aşağı salmaq otağın daha tez soyuması demək deyil. Əksinə, bu, cihazın daha çox işləməsinə və əlavə enerji sərf etməsinə səbəb olur".

"Elektrik enerjisinə 70-80 faizə qədər qənaət edir"
Ustanın sözlərinə görə, istifadəçilərin diqqət etməli olduğu digər məqam kondisionerin invertor texnologiyasına malik olub-olmamasıdır: "İnvertor tipli kondisionerlər adi modellərlə müqayisədə xeyli qənaətlidir. Düzgün seçilmiş keyfiyyətli invertor kondisioner elektrik enerjisinə 70-80 faizə qədər qənaət etməyə imkan verir. Buna görə də yeni kondisioner alarkən invertor modellərə üstünlük verilməsini tövsiyə edirəm".
Mətbəxin sahəsi 18 kvadratmetrdirsə...
Mütəxəssis bildirir ki, kondisionerin effektiv işləməsi üçün onun gücü otağın sahəsinə uyğun seçilməlidir. Bu zaman yalnız kvadratmetr deyil, otağın təyinatı da nəzərə alınmalıdır: "Məsələn, mətbəxin sahəsi 18 kvadratmetrdirsə, onu adi yaşayış otağı kimi qiymətləndirmək düzgün deyil. Yemək hazırlanması, qaz plitəsi, soba və digər məişət avadanlıqları mətbəxdə istilik yükünü artırır. Buna görə də belə məkanlar üçün daha yüksək gücə malik, ən azı 12 min BTU-luq (British Thermal Unit - kondisionerin soyutma gücünü göstərən ölçü vahidi) kondisionerin seçilməsi məqsədəuyğundur. Düzgün gücdə seçilmiş kondisioner otağı daha qısa müddətdə soyudur, daha az enerji sərf edir və daim yüksək yüklə işləmədiyi üçün daha uzunömürlü olur".

"Kondisionerin gücü otağın sahəsinə uyğun seçilməlidir"
Kondisionerin gücü az seçildikdə cihaz otağı soyutmaq üçün fasiləsiz işləməyə məcbur qalır ki, bu da həm elektrik sərfiyyatını artırır, həm də avadanlığın resursuna mənfi təsir göstərir: "Kondisionerin effektiv işləməsi üçün onun gücü otağın sahəsinə uyğun seçilməlidir. Bu zaman əsas göstərici BTU-dur. BTU nə qədər yüksək olarsa, cihaz bir o qədər böyük sahəni soyutmaq qabiliyyətinə malik olur. Məsələn, 30 kvadratmetrlik otaq üçün 20 kvadratmetrə hesablanmış kondisioner seçilərsə, cihaz otağı soyutmaq üçün daha çox elektrik enerjisi sərf edəcək. Otağın sahəsinə uyğun və ya bir qədər yüksək gücə malik model isə məkanı daha qısa müddətdə soyudacaq və daha qənaətli işləyəcək. Buna görə də kondisioner alarkən ilk növbədə BTU göstəricisinə diqqət yetirilməlidir".
"Tozsoran işləyərkən kondisioneri söndürün"
Mütəxəssis filtrlərin mütəmadi təmizlənməsinin də vacibliyini vurğulayır: "Kondisioner işləyərkən qapı və pəncərələrin bağlı saxlanılması, otağın günəş şüalarından qorunması, filtrlərin mütəmadi təmizlənməsi və cihazın vaxtaşırı texniki baxışdan keçirilməsi enerji sərfiyyatını azaltmağa kömək edir. Çirkli filtr həm cihazın daha çox işləməsinə, həm də otaqdakı havanın keyfiyyətinin pisləşməsinə səbəb ola bilər. Tozlu və torpaq sahələrinin yaxınlığında yerləşən ev və obyektlərdə kondisionerin filtrləri təxminən 10 gündən bir təmizlənməlidir. Adi mənzil şəraitində isə ayda bir dəfə təmizlənməsi kifayətdir. Həmçinin tozsoran işləyərkən kondisioneri söndürmək məsləhətdir. Çünki havaya qalxan toz hissəcikləri filtrə yapışaraq cihazın iş səmərəliliyini azalda bilər".

Dəridə quruluq və qaşınma, gözlərdə qıcıqlanma
Kondisionerdən düzgün istifadə olunmaması təkcə elektrik enerjisi sərfiyyatını artırmır, həm də sağlamlıq üçün müəyyən risklər yarada bilər.
Allergiya üzrə mütəxəssis Özge Yılmaz da bu mövzuda diqqət çəkən məqamlara toxunaraq bildirir ki, kondisionerin yaratdığı quru hava və düzgün qulluq olunmayan sistemlər sağlamlığa düşündüyümüzdən daha ciddi təsir göstərə bilər. Onun sözlərinə görə, kondisionerlərin uzun müddət işləməsi otaqdakı nisbi rütubəti azaldır: "Bu isə xüsusilə uzun müddət kondisionerli mühitdə qalan insanlarda dəridə quruluq və qaşınma, gözlərdə quruluq, yanma və qıcıqlanmaya səbəb ola bilər. Quru hava tənəffüs yollarının selikli qişasını da qurudur, nəticədə orqanizmin infeksiyalara qarşı təbii müdafiə mexanizmi zəifləyir".
Ö.Yılmaz qeyd edir ki, qapalı və kifayət qədər havalandırılmayan məkanlarda uzun müddət işləyən kondisionerlər havadakı toz, allergen və bəzi mikroorqanizmlərin yayılma riskini də artıra bilər. Bu isə xüsusilə allergiya və astma xəstələri üçün əlavə təhlükə yaradır. Mütəxəssis vurğulayır ki, bu risklərin qarşısını almaq üçün kondisionerin filtrləri mütəmadi təmizlənməli, otaq vaxtaşırı havalandırılmalı və otaq temperaturu çöldəki hava ilə kəskin fərq yaratmayacaq səviyyədə saxlanılmalıdır.

moderator.az
- "Messi futbol tarixinin təcəssümüdür" - Baş məşqçi Skaloni
"Messi futbol tarixinin təcəssümüdür" - Baş məşqçi Skaloni
Skaloni və Messi birlikdə Argentinanın futbol tarixinin ən parlaq dövrünü yazmağa nail oldular.
Argentina millisinin baş məşqçisi Lionel Skaloni dünya çempionatının finalı ərəfəsində Lionel Messi haqqında yüksək fikirlər səsləndirib.
Moderator.az xəbər verir ki, bu barədə "sport.ru" nəşri yazıb.
Onun sözlərinə görə, Messi sadəcə böyük futbolçu deyil, bütöv bir futbol tarixinin canlı təcəssümüdür. Bu sözlərin arxasında isə təxminən 20 ilə yaxın davam edən dostluq, qarşılıqlı etimad və birlikdə qazanılan böyük uğurlar dayanır.
Komanda yoldaşlığından dünya çempionluğuna
Messi və Skaloni ilk dəfə 2005-ci ildə Argentina millisində eyni formada meydana çıxıblar. Həmin vaxt cəmi 18 yaşı olan Messi yığmada debüt edir, Skaloni isə komandanın təcrübəli futbolçularından biri kimi gənc istedadı dəstəkləyirdi.
2006-cı il dünya çempionatında Messi ilk mundial qolunu vuranda onu ilk təbrik edənlərdən biri də məhz Skaloni olmuşdu. O zaman heç kim təsəvvür etmirdi ki, illər sonra həmin komanda yoldaşı baş məşqçi kimi Messinin ən böyük arzusunu - dünya çempionluğunu gerçəkləşdirəcək.
Messinin dönüşü Argentinanın taleyini dəyişdi
2018-ci il dünya çempionatındakı uğursuzluqdan sonra Argentina millisində böyük dəyişikliklər başladı. Baş məşqçi postuna müvəqqəti təyin olunan Skaloni ilk növbədə millidən ayrılmağı düşünən Messini geri qaytarmağa çalışdı. Skaloni və köməkçisi Pablo Aymar videozəng vasitəsilə Messi ilə danışaraq onu yeni nəsil futbolçuların lideri olmağa razı saldılar. Bu qərar Argentina futbolu üçün dönüş nöqtəsinə çevrildi.
Nəticədə Skaloni rəhbərliyi altında Argentina 2021-ci ildə Amerika Kubokunu, 2022-ci ildə dünya çempionatını, 2024-cü ildə isə yenidən Amerika Kubokunu qazandı. Bu uğurlar həm uzun illərin titul həsrətinə son qoydu, həm də Messinin futbol tarixindəki yerini daha da möhkəmləndirdi.
"O, futbol tarixinin təcəssümüdür"
Dünya çempionatının finalı öncəsi Skaloni kapitanı haqqında yenidən heyranlığını gizlətmədi. "O, futbol tarixinin təcəssümüdür. Əfsanədir. Onunla işləmək mənim üçün böyük qürurdur. Maradonanın gedişindən sonra onun üçün uzun illər darıxdıq, indi isə Messinin oyunundan zövq almalıyıq. Bu turnirdə komandamızın etdikləri inanılmazdır. Hətta çempion olmasaq belə, futbolçularımıza sonsuz təşəkkür düşür", - deyə baş məşqçi bildirib.
Skaloninin sözlərinə görə, Messi təkcə meydandakı oyunu ilə deyil, həm də bütün komanda, azarkeşlər və futbol dünyası üçün ilham mənbəyidir. O hesab edir ki, Argentinanın uğuru kollektiv oyunun nəticəsidir, lakin Messinin malik olduğu keyfiyyətləri heç bir futbolçu əvəz edə bilməz. Messi isə öz növbəsində dəfələrlə bildirib ki, məhz Skaloni millidə xüsusi atmosfer formalaşdırıb, hər bir futbolçuya özünü vacib hiss etdirməyi bacarıb.
Onların qarşılıqlı hörmətə əsaslanan münasibəti son illərdə Argentinanın qazandığı böyük uğurların əsas sütunlarından biri hesab olunur. Qeyd edək ki, 2026-cı il dünya çempionatı Messi üçün karyerasında altıncı mundialdır. O, turnirdə indiyədək 8 qol vurub və finalda Argentina İspaniya ilə qarşılaşacaq.

moderator.az
- "Xoşbəxt olmağın sirri: həyatınızı dəyişə biləcək 7 qayda" - Məşhur psixoloq nələri tövsiyə edib?
"Xoşbəxt olmağın sirri: həyatınızı dəyişə biləcək 7 qayda" - Məşhur psixoloq nələri tövsiyə edib?
Xoşbəxtlik nə yüksək vəzifə, nə bahalı avtomobil, nə də uğurlu evliliklə təmin olunur. Psixoterapevt Mixail Litvak hesab edirdi ki, insanın daxili rahatlığı yalnız özünü tanımaq və gündəlik vərdişlərini dəyişməklə mümkündür.
Moderator.az xəbər verir ki, bu barədə "lipetsknews.ru" nəşri yazıb.
Özünüzü dinləyin və əvvəlcə özünüz üçün yaşayın
Mixail Litvak hesab edirdi ki, xoşbəxtlik insanın əvvəlcə özünü tanımasından başlayır. Onun fikrincə, gündəlik həyatın səs-küyü, sosial şəbəkələr və ətrafdakı insanların fikirləri çox vaxt insanın öz istəklərini eşitməsinə mane olur. Buna görə də o, vaxtaşırı telefon və digər diqqət yayındıran vasitələrdən uzaq qalaraq tək qalmağı tövsiyə edirdi.
Psixoterapevt sağlam eqoizmin də vacib olduğunu vurğulayırdı. O bildirirdi ki, insan əvvəlcə öz fiziki və psixoloji vəziyyətini qaydaya salmalıdır. Çünki tükənmiş və yorğun insan nə özünə, nə də başqalarına həqiqi fayda verə bilir.
Başqalarını deyil, öz həyatınızı dəyişin
Litvakın fikrincə, başqalarını tənqid etmək və ya daim onların davranışını müzakirə etmək insanı irəli aparmır. Əvəzində insan öz reaksiyalarını, hisslərini və qərarlarını analiz etməlidir. O, həmçinin hər kəsin rəğbətini qazanmağa çalışmağın mənasız olduğunu deyirdi.
Psixoloqun sözlərinə görə, daim başqalarının gözləntilərinə uyğun yaşamaq insanı yorur və öz hədəflərindən uzaqlaşdırır. Əgər insan hər gün özünü tükənmiş hiss edirsə, bu, çox vaxt onun öz məqsədləri üçün deyil, başqalarının istəkləri naminə yaşadığını göstərir.
Xoşbəxtliyi gələcəyə saxlamayın
Psixoterapevt "imtahandan sonra", "ev alandan sonra" və ya "təqaüdə çıxandan sonra xoşbəxt olacağam" düşüncəsini yanlış hesab edirdi. Onun fikrincə, xoşbəxtlik gələcəkdə qazanılacaq mükafat deyil, insanın bugünkü həyat tərzidir. Litvak bildirirdi ki, insanın qarşısındakı ən böyük maneələr xarici çətinliklər deyil, daxili qorxular və özünə inamsızlıqdır.
Bu qorxuları qəbul edib onların səbəbini anlamaq dəyişimin ilk addımıdır. Psixoloq Aleksey Petrov da bu yanaşmanı dəstəkləyərək vurğulayır ki, xoşbəxtlik başqalarının qaydalarını təkrarlamaqdan deyil, insanın özünə "Mən əslində nə istəyirəm?" sualını verməsindən başlayır.

moderator.az
- "Uzunömürlülüyün sirri: 60 yaşdan sonra sağlam qalan insanları birləşdirən vərdişlər" - Araşdırma
"Uzunömürlülüyün sirri: 60 yaşdan sonra sağlam qalan insanları birləşdirən vərdişlər" - Araşdırma
Uzun ömrün əsasında nə dayanır?
Alimlər uzun illərdir dünyanın "mavi zonaları" adlandırılan bölgələrini araşdırırlar. Bunlar Yaponiyanın Okinava adası, İtaliyanın Sardiniya adası, Yunanıstanın İkariya adası, Kosta-Rikanın Nikoya yarımadası və ABŞ-nin Kaliforniya ştatındakı Loma Linda icmasıdır.
Moderator.az xəbər verir ki, bu barədə "naukatv.ru" nəşri yazıb.
Nəşr yazır ki, bu bölgələrdə insanlar nəinki daha uzun ömür yaşayır, həm də qocalığa qədər aktiv həyat tərzi sürürlər. Tədqiqatçıların qənaətinə görə, uzunömürlülüyün sirri bahalı əlavələrdə və ya yalnız genetikada deyil, hər kəsin mənimsəyə biləcəyi gündəlik vərdişlərdədir.
Daimi hərəkət və sadə qidalanma
"Mavi zonalar"ın sakinləri ağır idman məşqləri etmir. Onlar gün ərzində piyada gəzir, bağda işləyir, ev işləri ilə məşğul olur və beləliklə, müntəzəm fiziki aktivliyi həyatlarının bir hissəsinə çevirirlər. Mütəxəssislər həftədə beş gün təxminən 30 dəqiqə orta intensivlikli hərəkətin sağlamlıq üçün kifayət etdiyini bildirir.
Qidalanmanın əsasını isə tərəvəzlər, paxlalılar, tam taxıllar və digər bitki mənşəli məhsullar təşkil edir. Ət az miqdarda və əsasən xüsusi günlərdə yeyilir. Okinavada geniş yayılmış "hara haçi bu" prinsipi isə insanın doyma hissi tam yaranmadan, təxminən 80 faiz tox olduqda yeməyi dayandırmasını tövsiyə edir.
Güclü sosial əlaqələr və həyat məqsədi
Araşdırmalar göstərir ki, uzunömürlülükdə ailə və dostlarla möhkəm münasibətlər mühüm rol oynayır. Məsələn, Okinavada insanlar ömürboyu bir-birinə dəstək olan dost qruplarında birləşirlər. Alimlər qeyd edir ki, sağlam həyat tərzi də ətraf mühit kimi "yoluxucudur" - sağlam vərdişlərə malik insanlarla ünsiyyət bunu qorumağı asanlaşdırır.
Digər vacib amil isə həyat məqsədinin olmasıdır. İstər nəvələrə qayğı, istər bağçılıq, istərsə də cəmiyyətə xidmət - insanın hər səhər oyanmaq üçün bir səbəbi olması həm psixoloji, həm də fiziki sağlamlığa müsbət təsir göstərir.
Stresin idarə olunması da vacibdir
"Mavi zonalar"da yaşayan insanlar stresi dua, meditasiya və ya digər gündəlik mənəvi ritual və ənənələr vasitəsilə azaltmağa çalışırlar. Tədqiqatçılar hesab edir ki, bu vərdişlər apatiya və depressiya riskini azaldaraq sağlam qocalmağa kömək edir.
Mütəxəssislərin fikrincə, daha çox hərəkət etmək, sadə və bitki mənşəli qidalara üstünlük vermək, sağlam sosial münasibətlər qurmaq və həyatda məqsəd hissini qorumaq uzun və sağlam ömür üçün ən vacib amillərdən sayılır.

moderator.az
- “Sadıqcanın evini bərpadan sonra görəndə 94 yaşlı anamla birlikdə həm sevindik, həm də qürurlandıq”-FOTOLAR
“Sadıqcanın evini bərpadan sonra görəndə 94 yaşlı anamla birlikdə həm sevindik, həm də qürurlandıq”-FOTOLAR
“Bilirsiniz ki, cənab prezident bugünlərdə Şuşada ulu babam Sadıqcanın ev muzeyininin təmir və bərpadan sonra açılışını etdi. Evi efirdə görər-görməz mən də, 94 yaşlı anam da həm sevindik, həm də sevincdən kövrəldik. Mən sizi də, bütün Azərbaycan xalqını da təbrik edirəm. Çünki siz bu mövzularda hər zaman mənim yanımda olmusunuz. Bilirsiniz ki, bu sərəncam hələ 2022-ci ildə verilmişdi. Ev çox dağılmışdı və bərpaya geniş ehtiyacı olduğuna görə təmir işləri bir az yubanırdı.
Özüm də çox narahat olurdum. Hər dəfə Şuşaya gedəndə bu evə gedib, işlərlə yaxından tanış olurdum, babam haqqında oradakı usta və fəhlələrə məlumat verirdim.
Onlar özləri də bu evin təmir və bərpasına, restovrasiyasına xüsusi həssaslıqla yanaşırdılar. Prezidentin Şuşa Şəhərindəki Xüsusi Nümayəndəliyinin rəhbəri Aydın Kərimovun isə bu sahədə əməyinin misli yoxdur. Bir neçə dəfə sırf bu mövzu ilə bağlı görüşüb, söhbət də etmişdik. İnanmırdım ki, tez bir müddətdə bu evin təmiri bitə bilər. İldırım sürəti ilə iş getdi və yekunlaşdı. Bu evin təmiri ilə bağlı Şuşa Şəhərindəki nümayəndəlik tərəfindən təşkil olunmuş tenderin qalibi Altun xanım da mənimlə tez-tez əlaqə saxlayırdı, təmirlə bağlı fikirlərimi, ideyalarımı soruşurdular. Qısa bir zamanda işi bu səviyyəyə çatdırdılar. Mən də anamın danışdıqlarını onlara söyləyirdim. Anam da nənəsindən eşitdiklərini mənə söyləyirdi. Anam Afina xanım bu evdə doğulmuşdu. Anamın nənəsi də Sadıqcanın böyük gəlini Zümrüd xanım olub. Yeri gəlmişkən, anamın nənəsi 94 yaşında rəhmətə gedib. Yatıb durmayıb. Kaş hamı o yaşda, o vəziyyətdə rəhmətə gedərdi. Əslinə baxanda hamı elə rəhmətə getməlidir. Mənim arzum idi ki, anam nənəsi qədər yaşasın. Artıq bugünlərdə 94 yaşı tamam oldu. İndi isə növbəti arzum var ki, o həddi keçsin, daha da çox yaşasın”

Bunu Moderator.az-a açıqlamasında Görkəmli sənətkar, məşhur tarzən Sadıqcanın kötücəsi, şair-publisist, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü Elxan Cəfərov deyib.

O daha sonra ev muzeyinin gələcək fəaliyyətindən danışıb:

“Bu ev çox unikal tikilidir. Sadıqcanla bağlı kitablarımı da muzeyə bağışlamışam. Evin bərpası çox gözəl, əzəmətli və möhtəşəm aparılıb. Buna görə ölkə başçısına, Mehriban xanım Əliyevaya, Prezidentin Şuşa Şəhərindəki Xüsusi Nümayəndəliyinin rəhbəri Aydın Kərimova, iş icraçısı Altun xanıma dərin təşəkkürümü bildirirəm. Onların Sadıqcan irsinə, Sadıqcan sənətinə hörmətləri, qayğıları məni hədsiz sevindirir. Çünki babam nəinki tarın təkmilləşməsində, muğam üçlüyünün yaranmasında və muğamlarımızın təşəkkül tapmasında böyük rol oynayıb. Əlbəttə ki, açılışda ailə üzvləri olaraq biz də iştirak etmək istərdik. Bu bizim ən böyük arzumuz və istəyimiz idi. Amma özünüz də gördünüz ki, orada heç bir sənətkar, heç bir ictimai və mədəni xadim yox idi. Yəqin ki, orada musiqili bir açılış da olacaq. Ən azından tədbir keçiriləcək. Bir arzum var ki, Sadıqcanın 180 illik yubileyində onun bütün qohumları, şəcərəsi ev muzeyinə yığışıb, orada babamızın doğum gününü qeyd edək. Mən də, anam Afina xanım da bu günü səbirsizliklə gözləyirik. Bilirsiniz ki, Sadıqcanın qohumları dünyanın bir çox ölkələrində və Azərbaycanın ayrı-ayrı yerlərində yaşayırlar. Onların bəziləri heç bir-birini tanımır. İnsan harada yaşasa da doğulduğu yerə qayıtmaq istəyir. Bir arzum da Sadıqcanın məzarının tapılması ilə bağlıdır.
Bunu ona görə arzulayırdım ki, ev muzeyinə gedənlər, sonra Sadıqcanın məzarını ziyarət etsinlər. Ümid edirəm ki, onun məzarı da axtarılır. Əlbəttə ki, axtarılıb tapılmalıdır. Çünki Sadıqcan Azərbaycan incəsənətinin, mədəniyyətinin sütunudur. Şuşa işğal olunana qədər o evdə Mir Mövsüm Nəvvab və Sadıqcanın nəticəsi Elçin Sadıqov yaşayıb. Bilirsiniz ki, Sadıqcanla Mir Mövsüm Nəvvab quda olublar. Elçin bəy Şuşada döyüşüb də. Onun və iki övladının həmin ev-muzeydə hansısa işlə təmin olunması və bələdçi kimi çalışması üçün də Aydın müəllimdən xahiş etmişəm. Müsbət fikirlər var. Mənə elə gəlir ki, köməklik edəcəklər. Orada son qalan odur.
Onun haqqı hamıdan çoxdur. Hərhalda o nəsildən xəbərdardır. Kimsə gəlsə o daha dəqiq və dolğun məlumat verə bilər. Həm də onlar Şuşada yaşamaq istəyirlər” deyə Elxan Cəfərov bildirib.

moderator.az
- Hörmüz boğazında gərgin durum: Yeddi milyon barel neftin taleyi Vaşinqtonun əlində
Hörmüz boğazında gərgin durum: Yeddi milyon barel neftin taleyi Vaşinqtonun əlində
Yaxın Şərq regionundan Hörmüz boğazı vasitəsilə hər gün təxminən 7 milyon barel neft və yanacaq daşınır.
Moderator.az xəbər verir ki, bu barədə ABŞ-nin energetika naziri Kris Rayt bildirib.
Nazirin sözlərinə görə, ABŞ Hörmüz boğazında azad gəmiçiliyə İranla sülh yolu ilə əldə olunan razılaşma çərçivəsində nail olmağa üstünlük verir, lakin razılaşma olmasa belə, gəmilərin bu strateji su yolundan keçidini təmin etməkdə qərarlıdır.
"ABŞ Prezidenti Donald Tramp məsələni sülh yolu ilə həll etmək istəyir, lakin bunun üçün qarşı tərəfin də iştirakı lazımdır. Əgər onlar buna hazırdırsa, hər şey razılıqla başa çatar. Əks təqdirdə, İranın əməkdaşlığı olmadan da Hörmüz boğazından keçidi təmin etməyə davam edəcəyik", - deyə o, "ABC News" telekanalına müsahibəsində bildirib.
ABŞ Energetika Nazirliyinin rəhbəri qeyd edib ki, Yaxın Şərq regionundan gündəlik neft tədarükü 14 milyon bareldən bir qədər aşağıdır. Bunun 7 milyon bareli Hörmüz boğazı vasitəsilə gəmilərlə, qalan hissəsi isə neft kəmərləri ilə ötürülür. Müqayisə üçün bildirək ki, fevral ayının sonunda münaqişənin əvvəlində boğazın faktiki olaraq bağlanması səbəbindən təxminən 20 milyon barel həcmində gündəlik tədarük çətinləşmişdi.
Xatırladaq ki, ABŞ və İsrail 2026-cı il fevralın 28-də İrana qarşı birgə hərbi əməliyyatlara başlayıb. İyun ayında Vaşinqton və Tehran arasında bütün cəbhələrdə, o cümlədən Livanda döyüşlərin dayandırılmasını nəzərdə tutan anlaşma memorandumu imzalansa da, iyulun əvvəlində tərəflər arasında gərginlik yenidən artıb. ABŞ İranı razılaşma şərtlərini pozmaqda ittiham edərək, Hörmüz boğazı istiqamətindəki hədəflərə qarşı zərbələri yenidən aktivləşdirib.
(oxu.az)
Güclü görünmək, yoxsa güclü olmaq? – “Dəmir yumruq” sahibindən dəmir məntiq!
Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra Azərbaycan Silahlı Qüvvələrinin öz qüdrətini əhəmiyyətli dərəcədə artırdığı, Prezident İlham Əliyevin hakimiyyəti dövrndə isə ordumuzun dünyanın 50 ən güclü orduları sırasıdna yer aldığı hər kəsə məlumdur. Bu da məlumdur ki, beynəlxalq hüququn tənəzzülə uğradığı müasir dünyamızda güc faktoru bütün qalan faktorlardan qat-qat əhəmiyyətli hesab edilməkdə, hər bir dövlətin təhlükəsizliyinin əsas qarantı rolunda çıxış etməkdədir.
Maraqlıdır, bəs dövlətin hərbi qüdrəti hansı amillərlə ölçülür? Orduların malik olduğu hərbi texnikalar, onların say və miqyası bu orduların gücünün bilavasitə göstəricisi sayıla bilərmi?
Məlum olduğu kimi, hərbi paradlar uzun müddət dövlətlərin hərbi gücünün göstəricisi hesab edilsə də, bu amilin əksər hallarda özünün doğrultmadığı şbhəsizdir. Daha doğrusu, dünya hərb tarixinin təhlili sübut edir ki, bri çox hallarda təntənəli hərbi paradları ilə diqqət çəkən ordular real döyüş meydanında özlərini doğrulda bilmir, qələbə deyil, məğlubiyyətlə üzləşirlər. Bunun səbəbi müharibənin taleyinə təsir göstərən ən mühüm faktorun daha çox mənəvi amillər – yüksək vətənpəvərlik əhval-ruhiyyəsi, vətənə sonsuz sevgi, döyüş əzmi və s. ilə bağlı olmasıdır. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti Müzəffər Ali Baş Komdandan İlham Əliyev 13 iyul 2026-cı il tarixində IV Şuşa Qlobal Media Forumundakı çıxışında orduların sadəcə hərbi paradda deyil, real döyüş meydanında öz gücünü, peşəkarlığını sərgiləməsinin vacib olduğunu bildirib:
“Müdafiə qabiliyyəti, özü də təkcə hərbi paradda deyil, döyüş meydanında göstərilmiş həmin qabiliyyət vacibdir”. (https://president.az/az/articles/view/72945 ).
Prezident İlham Əliyevin güclü ordu amilinə bu şəkildə yanaşması, Müzəffər Ali Baş Komandanın praktiki döyüş qabiliyyətinə necə böyk önəm verdiyini göstərir. Ordunun qüdrətinin real döyüş meydanında nümayişinə verilən önəm “dəmir yumruq” sahibinin dəmir məntiqindən xəbər verir. Prezident İlham Əliyev məlum yanaşması ilə göstərir ki, güclü görünməklə güclü olmaq arasında ciddi fərq mövcuddur və bu fərq yalnız real döyüş meydanında test edilir, ortaya çıxır. Bunun ən böyük örnəyini Azərbaycanın nümunəsində görmək mümkündür. Belə ki, 30 ilə yaxındır ki, işğal problemini sülh yolu ilə aradan qaldırmağa çalışan Azərbaycan, 44 günlük Vətən müharibəsində arsenalında çoxlu sayda müasir raket sistemləri, artilleriya qurğuları olan Ermənistanı darmadağın etdi. Ölkəmiz bununla sübut etdi ki, o, yalnız iqtisadi deyil, həm də hərbi baxımdan regionun şəriksiz lideridir.
Bəli, Azərbaycan hər zaman güclü görünməyi deyil, güclü olmağı seçib və onun hərbi qüdrəti real döyş meydanında dəfələrl öz təsdiqini tapıb. İstər 2016-cı ilin Aprel döyşləri, istər 2020-ci ilin 44 günlük Vətən müharibəsi, istərsə də 2023-cü ilin 19-20 sentyabr tarixli lokal anti-terror əməliyyatları göstərdi ki, Azərbaycan Silahlı Qüvvələri öz gücünü real döyüş meydanında uğurla sərgiləyən azsaylı ordulardır və Müzəffər Ali Baş Komnandan İlham Əliyevin əsəri olan bu ordu bundan sonra da bütün regionda sülhün, təhlükəsizliyin ən böyük qarantı olaraq qalacaq.
Seymur ƏLİYEV

moderator.az
- "Süni intellektin inkişafı planetə zərbə vurur" - Alimlərdən xəbərdarlıq
"Süni intellektin inkişafı planetə zərbə vurur" - Alimlərdən xəbərdarlıq
Süni intellekt sürətlə inkişaf etsə də, onun yaratdığı infrastruktur getdikcə daha ciddi ekoloji problemlərə səbəb olur.
Moderator.az xəbər verir ki, bu barədə "futurism.com" nəşri yazıb.
Nəşr yazır ki, müasir süni intellekt sistemlərinin işləməsi üçün tikilən məlumat emalı mərkəzləri (data mərkəzləri) böyük həcmdə elektrik enerjisi tələb edir və bu, istixana qazlarının emissiyasını sürətlə artırır. Kornell Universitetinin alimlərinin hesablamalarına görə, hazırkı inkişaf tempi davam edərsə, 2030-cu ilə qədər data mərkəzləri hər il 24-44 milyon ton karbon qazı buraxa bilər. Bu, ABŞ yollarına əlavə 5-10 milyon minik avtomobilinin çıxması ilə müqayisə olunur.
Texas nümunəsi narahatlıq yaradır
Araşdırmalara görə, ABŞ-də yeni data mərkəzlərinin əsas hissəsi Texas ştatında tikilir. Bəzi şirkətlər serverlərin fasiləsiz işləməsi üçün həmin obyektlərin yanında qazla işləyən elektrik stansiyaları da inşa edirlər. Bundan əlavə, bəzi operatorların ekoloji tələbləri sadələşdirilmiş prosedurlarla keçərək sonradan mərkəzləri genişləndirdiyi bildirilir.
Ekspertlər qeyd edir ki, bu obyektlər karbon qazı ilə yanaşı, havanın keyfiyyətini pisləşdirən azot oksidlərinin də emissiyasını artırır. Data mərkəzlərinin fəaliyyəti həmçinin serverlərin soyudulması üçün böyük həcmdə su sərf olunmasına və enerji sistemlərinə əlavə yük düşməsinə səbəb olur.
Həll yolu nədir?
Mütəxəssislər hesab edir ki, süni intellekt elmi və iqtisadi inkişaf üçün böyük imkanlar yaratsa da, onun infrastrukturunun genişlənməsi bərpa olunan enerji mənbələrinin tətbiqi, daha səmərəli texnologiyalar və sərtləşdirilmiş ekoloji standartlarla müşayiət olunmalıdır. Əks halda, süni intellektin sürətli inkişafı gələcəkdə ciddi ekoloji problemlər yarada bilər.
Süni intellekt kino sənayesinə də daxil olur
Süni intellektin təsiri yalnız məlumat mərkəzlərinin sürətlə artması ilə məhdudlaşmır. Bu texnologiya artıq əyləncə sənayesinə də daxil olur. Bu günlərdə ilk dəfə süni intellekt əsasında yaradılmış virtual aktrisanın tammetrajlı filmdə baş rolu canlandıracağı açıqlanıb. Layihə ətrafında mübahisələr də yaranıb. Tənqidçilər hesab edir ki, belə texnologiyalar gələcəkdə canlı aktyorların peşəsinə ciddi təsir göstərə bilər.

moderator.az
- "Aya bir addım: "Artemida III" missiyası bəşəriyyətə nə göstərəcək?" - NASA
"Aya bir addım: "Artemida III" missiyası bəşəriyyətə nə göstərəcək?" - NASA
NASA Ay missiyasının həlledici mərhələsinə hazırlaşır
NASA-nın insanı yenidən Ay səthinə endirmək planında növbəti mühüm mərhələ 2027-ci ildə həyata keçiriləcək "Artemida III" missiyası olacaq.
Moderator.az xəbər verir ki, bu barədə "NASA" agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, bu uçuşun əsas məqsədi "Orion" kosmik gəmisinin Ay eniş modulları ilə təhlükəsiz birləşmə və qarşılıqlı fəaliyyət imkanlarını sınaqdan keçirməkdir. Uğurlu nəticə 2028-ci ildə planlaşdırılan pilotlu Ay enişi üçün əsas rol oynayacaq.
"SpaceX" və "Blue Origin" texnologiyaları sınaqdan keçiriləcək
Missiya çərçivəsində həm "SpaceX", həm də "Blue Origin" şirkətlərinin hazırladığı eniş modulları yoxlanılacaq.
"Blue Origin" astronavtların "Orion" gəmisindən birbaşa keçəcəyi sınaq modulundan istifadə edəcək. Modul real həyat təminatı sistemi və ekipajın təhlükəsizliyini qiymətləndirəcək xüsusi skafandr simulyatoru ilə təchiz olunacaq.
"SpaceX" isə "Starship Version 3" gəmisini təqdim edəcək. Bu mərhələdə astronavtlar gəmiyə keçməyəcək, əsas diqqət birləşmə sistemi, rabitə və idarəetmə texnologiyalarının işləkliyinin yoxlanılmasına yönələcək.
Missiya üç raketin buraxılışını nəzərdə tutur
"Artemida III" zamanı əvvəlcə "Blue Moon" sınaq modulu orbitə çıxarılacaq. Daha sonra SLS raketi ilə ekipajlı "Orion" kosmik gəmisi buraxılacaq və modul ilə birləşmə sınaqları aparılacaq. Son mərhələdə isə Starship "Orion"a yaxınlaşaraq öz texnologiyalarını nümayiş etdirəcək. Bütün bu əməliyyatlar Yer ətrafı orbitdə həyata keçiriləcək. Bu, riskləri minimuma endirməyə və sistemləri Ay şəraitinə maksimal yaxın mühitdə sınaqdan keçirməyə imkan verəcək.
2028-ci il Ay missiyasının taleyi bu sınaqlardan asılıdır
NASA hesab edir ki, "Artemida III" zamanı toplanacaq məlumatlar gələcək Ay enişlərinin təhlükəsizliyi üçün həlledici əhəmiyyət daşıyacaq. Birləşmə sistemlərinin, proqram təminatının və həyat təminatı avadanlıqlarının etibarlılığı yoxlanıldıqdan sonra agentlik 2028-ci ildə astronavtları yenidən Ay səthinə göndərməyi planlaşdırır. Bu missiya bəşəriyyətin Aya qayıdışı yolunda ən vacib sınaqlardan biri hesab olunur.
Biləsuvarda iki yük maşını toqquşdu, xəsarət alan var
Biləsuvarda iki yük maşını toqquşub, xəsarət alan var.
Moderator.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Ələt-Astara magistralının Biləsuvar rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Cəlilabad rayonunun Maşlıq kənd sakini Cavid Zamin oğlu Babayevin idarə etdiyi "Ford Transit" markalı kiçiktonnajlı yük avtomobili hərəkətdə olarkən "KamAZ" markalı yük maşınına çırpılıb. Zərbənin təsirindən "Ford Transit"in ön hissəsi tamamilə yararsız vəziyyətə düşüb.
Qəza nəticəsində Cavid Babayev müxtəlif dərəcəli bədən xəsarəti alıb.
Faktla bağlı araşdırma aparılır.
ABŞ-dən İrana növbəti ağır zərbə: Tikilməkdə olan AES vuruldu
İranın cənub-qərbində tikilməkdə olan "Darxoveyn" Atom Elektrik Stansiyası (AES) iyulun 19-na keçən gecə ABŞ Silahlı Qüvvələrinin zərbələrinə məruz qalıb.
Moderator.az xəbər verir ki, bu barədə İranın Atom Enerjisi Təşkilatı məlumat yayıb.
Bildirilir ki, ABŞ bazar günü yerli vaxtla saat 03:39-da (Bakı vaxtı ilə 04:09 - red.) tikilməkdə olan "Darxoveyn" Atom Elektrik Stansiyasının ərazisinə bir neçə mərmi ilə zərbə endirib.
İran tərəfi hadisə ilə bağlı əlavə təfərrüat açıqlamayıb.
Xatırladaq ki, ABŞ-İran münaqişəsində növbəti eskalasiya iyulun 8-də başlayıb.
(oxu.az)

moderator.az
- "Messi tarix yazmağa, Tramp isə kuboku təqdim etməyə hazırlaşır" - "Deutsche Welle"
"Messi tarix yazmağa, Tramp isə kuboku təqdim etməyə hazırlaşır" - "Deutsche Welle"
ABŞ prezidenti Donald Tramp 2026-cı il futbol üzrə dünya çempionatının Argentina- İspaniya finalı öncəsi diqqətçəkən açıqlamalar verib.
Moderator.az xəbər verir ki, bu barədə "dw.com" nəşri yazıb.
Tramp Nyu-Cersidəki "MetLife" stadionunda keçiriləcək həlledici oyunu tribunadan izləyəcəyini və qarşılaşmadan sonra dünya çempionuna kuboku şəxsən təqdim edəcəyini bildirib. O, turniri "bəşəriyyət tarixinin ən uğurlu idman hadisələrindən biri" adlandıraraq, ABŞ-ın gələcəkdə də dünya çempionatına ev sahibliyi etməsini istədiyini deyib.
Trampın sözlərinə görə, növbəti mundial yenidən ABŞ-də keçirilə bilər və bu dəfə Kanada ilə Meksika olmadan təşkil olunar. Tramp həmçinin FIFA prezidenti Canni İnfantinonun gələcək turnirin ABŞ və Çin tərəfindən birgə keçirilməsi ideyasını dəstəklədiyini də vurğulayıb.
Messinin qarşısında tarixi sınaq
Bu gün keçiriləcək final Lionel Messi üçün də xüsusi əhəmiyyət daşıyır. Argentina qalib gələrsə, 1962-ci ildən bəri dünya çempionu titulunu qoruya bilən ilk komanda olacaq. Lakin statistika cənubi amerikalıların xeyrinə deyil. Turnirə FIFA reytinqinin lideri kimi başlayan heç bir komanda indiyədək dünya çempionu ola bilməyib.
Bundan başqa, finalı idarə edəcək sloveniyalı hakim Slavko Vinçiç də Argentina üçün uğursuz xatirələrlə bağlıdır. O, 2022-ci il dünya çempionatında Argentinanın Səudiyyə Ərəbistanına sensasiyalı məğlub olduğu oyunun baş hakimi olub. Bukmekerlər cüzi üstünlüyü İspaniyaya versələr də, qarşılaşmanın taleyini Lionel Messi amili və hər iki komandanın turnirdə göstərdiyi oyun müəyyən edə bilər.
İspaniya müdafiəsi, Argentina isə Messi ilə fərq yaradır
İspaniya finala inamlı çıxışla yüksəlib. Komanda yeddi oyunda cəmi bir qol buraxıb və müdafiə xətti turnirin ən etibarlılarından biri hesab olunur. Hücumda isə Lamin Yamal, Dani Olmo və Mikel Oyarzabal əsas ümidlərdir. Argentina isə pley-off mərhələsində demək olar ki, bütün qələbələrini böyük çətinliklə qazanıb. Komandanın əsas gücü yenə də 39 yaşlı Lionel Messidir. O, bu mundialda 8 qol vurub, 4 məhsuldar ötürmə verib və hələ də turnirin ən məhsuldar futbolçularından biridir.
Favorit kimdir?
Komandalar dünya çempionatlarının finalında ilk dəfə qarşılaşacaqlar. Onların əvvəlki 14 duelində hər iki tərəf 6 qələbə qazanıb, 2 oyun isə heç-heçə başa çatıb. Beləliklə, bu axşamkı final təkcə dünya çempionunu müəyyənləşdirməyəcək. Messi karyerasının daha bir tarixi uğuruna, İspaniya isə yeni nəslin lideri Lamin Yamalın başçılığı ilə ikinci dünya çempionluğuna doğru həlledici addım atmağa çalışacaq.
Sabah Bakının bu ərazisində qaz olmayacaq
Sabah Bakının Qaradağ rayonunun bir sıra ərazilərində qaz kəsiləcək.
Moderator.az-ın xəbərinə görə, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.
Təmir-quraşdırma işləri ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək rayonun Ələt qəsəbəsinin, Kötəl və Şıxlar yaşayış massivlərinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.
Məşhur amerikalı musiqiçi Cennifer Finç vəfat edib
ABŞ-nin "L7" rok qrupunun vokalçısı və bas-gitaraçısı Cennifer Finç uzun sürən xəstəlikdən sonra 59 yaşında vəfat edib.
Moderator.az xəbər verir ki, bu barədə "L7" qrupunun saytında yerləşdirilən bəyanatda bildirilir.
"O, uzun müddət və cəsarətlə beyin xərçəngi ilə mübarizə apardı. Cennifer bir çox gözəl dostları, sənət yoldaşları və bütün dünyadakı pərəstişkarları tərəfindən çox sevilirdi", - deyə məlumatda bildirilir.
Finç 1986-cı ildə "L7" qrupuna qoşulub və qrupun ən məşhur albomlarının: "L7" (1988), "Smell the Magic" (1990), "Bricks Are Heavy" (1992) və "Hungry for Stink" (1994) albomlarının ərsəyə gəlməsində iştirak edib. 1996-cı ildə vokalçı "L7" qrupunu tərk edib və sonradan səhhətindəki problemləri gedişinin əsas səbəblərindən biri kimi göstərib.

moderator.az
- Əraqçı: "Biz Xameneinin öldürülməsi ehtimalını diqqətə almışdıq" - FOTO
Əraqçı: "Biz Xameneinin öldürülməsi ehtimalını diqqətə almışdıq" - FOTO

moderator.az
- “Valideyn himayəsindən məhrum qalmış uşaqlarla iş” layihəsinin doqquzuncu təlimi - FOTO
“Valideyn himayəsindən məhrum qalmış uşaqlarla iş” layihəsinin doqquzuncu təlimi - FOTO
44 günlük Müharibə qəhrəmanı 44 yaşında
Ən problemli sürücülər bu avtomobili sürür
Şəmkirdə müəllim vəfat etdi - FOTO
Qazaxıstan nefti daşıyan iki tanker dron hücumuna məruz qalıb
Konqoda Ebola qurbanlarının sayı 900-ə çatıb
Ukrayna ordusu Qara dənizdə Rusiyanın iki tankerini vurub

moderator.az
- Türkiyədə tələbələri daşıyan avtobus qəzaya uğradı - 19 nəfər xəsarət aldı
Türkiyədə tələbələri daşıyan avtobus qəzaya uğradı - 19 nəfər xəsarət aldı
Bu dəfə bazarda konsert verdi - VİDEO
Məşhur türk dicey Mahmut Orhan növbəti addımı ilə diqqət çəkib.
Sənətçi bazarda konsert verib.
Alaçatı bazarında performans göstərən diceyin kadrları maraqla qarşılanıb. (Olay)
KİV: Messi finalın nəticəsindən asılı olmayaraq mundialın ən yaxşı oyunçusu seçiləcək

moderator.az
- Tovuzda ildırım evi vurdu, yanğın baş verdi - Xəsarət alanlar var
Tovuzda ildırım evi vurdu, yanğın baş verdi - Xəsarət alanlar var
Sumqayıtda zəncirvari QƏZA baş verib - VİDEO
BDU-nun professoru vəfat etdi
Gəlinə qızıl yox, 100 cücə bağışladı - VİDEO

moderator.az
- İngiltərə - Fransa: çılğın "Amerika təpələri", 10 qol və Mbappenin təkbaşına mübarizəsi - BBC
İngiltərə - Fransa: çılğın "Amerika təpələri", 10 qol və Mbappenin təkbaşına mübarizəsi - BBC

moderator.az
- Qarpızın oynaqlara və dəriyə gözlənilməz FAYDALARI
Qarpızın oynaqlara və dəriyə gözlənilməz FAYDALARI
Əməkdar jurnalist Tofiqə Qasımovanın son vəziyyəti məlum olub
Azərbaycanlı qadın hakim UEFA-dan iki oyuna təyinat aldı

moderator.az
- "MKİ-nin Yaxın Şərqdə gizli missiyası barədə rezonans doğuran detallar" - "The Wall Street Journal"
"MKİ-nin Yaxın Şərqdə gizli missiyası barədə rezonans doğuran detallar" - "The Wall Street Journal"

moderator.az
- Xatirə ilə həyat yoldaşının skuter gəzintisi - VİDEO
Xatirə ilə həyat yoldaşının skuter gəzintisi - VİDEO
Müğənni Xatirə İslam həyat yoldaşı Fəxrəddin bəylə paylaşım edib.
Sənətçi əri ilə skuterdə gəzdiyi anları paylaşıb.
Xatirənin bu görüntüləri maraqla qarşılanıb. (Olay)

moderator.az
- Yol polisi İsmayıllıda üç nəfərin öldüyü ağır qəza ilə bağlı sürücülərə xəbərdarlıq etdi - YENİLƏNİB
Yol polisi İsmayıllıda üç nəfərin öldüyü ağır qəza ilə bağlı sürücülərə xəbərdarlıq etdi - YENİLƏNİB
Sabunçu rayonunda güclü yanğın başlayıb

moderator.az
- "Həmişə deyirəm ki, mən Stalinin dəmir rejimindən keçmişəm" - 100 yaşlı neftçi ilə MÜSAHİBƏ - FOTO
"Həmişə deyirəm ki, mən Stalinin dəmir rejimindən keçmişəm" - 100 yaşlı neftçi ilə MÜSAHİBƏ - FOTO
"Sovet hökuməti müharibəyə hazır deyildi. Biz çox zülm çəkdik".
Moderator.az xəbər verir ki, bu sözləri "Kaspi" qəzetinin "Peşəkar" rubrikasına müsahibəsi zamanı 100 yaşlı neftçi Məsməli Mustafayev deyib.
Onu Pirallahı rayonunda uşaqdan böyüyə hamı tanıyır. Zarafat deyil, bir əsrlik ömür yolu keçib. Həyatının yarıdan çoxunu ölkənin neft sənayesinə həsr edib. Bu gün yaxasını SOCAR-ın "Fəxri neftçi" döş nişanı, İkinci Dünya müharibəsi illərində arxa cəbhədəki fədakar əməyinə və neftçi kimi peşəkar fəaliyyətinə görə aldığı orden və medallar bəzəyir. 100 yaşlı neftçinin şəkli həmişə "Azneft"in qırmızı lövhəsində əmək qəhrəmanları arasında yer alıb. Məsməli Mustafayevin çalışdığı illər təkcə əmək kitabçasına deyil, yaddaşına da ömürlük yazılıb: 57 il, 4 ay, 27 gün…

16 yaşında neft mədənində işləməyə başlayır
Məsməli kişinin ömür yolu həm zəngin həyat təcrübəsinin, həm də Azərbaycan neft sənayesinin inkişaf tarixinin canlı şahididir.
Evində qonaq olub uşaqlığı, gəncliyi ilə bağlı xatirələrini dinlədikcə, əmək veteranının şərəfli həyat yolu göz önündən kino lenti kimi keçir. Ancaq bu kadrlarda hər şey realdır. Yaddaşına həkk olunan xatirələrlə bərabər köhnə şəkillər də onun üçün qiymətlidir. Onlara baxıb gah qürurlanır, gah kədərlənir, gah kövrəlir…

Uşaqlığı və gəncliyi müharibə illərinə düşüb. Əməyə vərdişi isə hələ altı yaşında - qonşuların buzovlarını otarmağa başlayanda yaranıb. Qazax rayonunun Aşağı Salahlı kəndində orta məktəbdə oxuyub: "Birinci sinifdən altıncı sinfə kimi sinif nümayəndəsi olmuşam. Mən dərs danışanda müəllim "baxın, yetim uşaqdır, necə gözəl oxuyur, siz niyə oxumursunuz?" - deyə digər uşaqlara nümunə göstərirdi", - deyə xatırlayır: "Ata-anam vəfat edəndən sonra kimsəsiz qaldıq. Məni Qazaxa gətirdilər. Sonra Bayıl qəsəbəsində Fəhlə-gənclər məktəbində oxudum. İşləmək istəyirdim, amma "uşaqdır" deyib icazə vermədilər. İki illik peşə məktəbi kurslarında oxuyanda müharibə başladı. 16 yaşımda maşinist kimi neft mədənində işləməyə başladım. Briqadalararası müsabiqədə qalib olub birinci yeri qazananda 16 yaşım vardı. İlk medalımı yaxama Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri Mirbəşir Qasımov taxdı. Boyum o qədər balaca idi ki, kişinin gözündən yaş axdı: "Neyləmək olar, a bala, müharibə qurtarar, oxuyarsan" dedi".

"Elə bil dənizlə, buruqlarla söhbət edirdim"
Gəncliyindən bəri işinə təkcə sevgi ilə yox, həm də məsuliyyətlə yanaşıb: "Hansı mədən geridə qalırdısa, "Mustafayevi oraya göndərin" deyirdilər. Bir dəfə səhlənkarlıq üzündən bir quyu yüz tonluq fontan vurdu, qarşısını ala bilmədilər. Dənizin üstü bütünlüklə mazut idi. Məni oraya gətirəndən sonra texnikanın köməyi ilə problemi həll etdim. Çalışdığım ərazidə bircə dənə də sızan quyu yox idi. İdarə edən bütün mədən müdirlərinə "bu adamı mənsiz başqa yerə göndərməyin" deyə tapşırmışdı".
Məsməli kişi çalışdığı uzaq illərdən danışır: "Mənim evim-eşiyim mədənlər olub. Elə bil dənizlə, buruqlarla söhbət edirdim. Hər buruq neft verdikcə sevinirdim. Biz işimizin xəstəsi idik, yadımıza ev-eşik düşmürdü. Özümüzü işə həsr etmişdik. Fəhlələr də xətrimizi istəyirdilər. Mənə dövlət tərəfindən verilən evi iki övladı olan evsiz bir işçiyə verdim. Bizim zamanımızda belə idi".

Bakı nefti müharibədə
"Mən müharibənin dəmir rejimindən keçmişəm", - deyən Məsməli kişi Azərbaycan neftinin müharibədə oynadığı rolun böyük olduğunu deyir: "Sovet hökuməti müharibəyə hazır deyildi. Biz çox zülm çəkdik. Nefti Stalinqrada və başqa müharibə gedən şəhərlərə yola salırdıq. Gecə-gündüz çalışıb, hər çətinliyə dözürdük. Əlimiz sabun görmürdü, paltarlarımızı "solyarka" ilə, gillə yuyurduq. Bədənimiz qıpqırmızı idi. Yeməyə çörək tapmırdıq. Bakı nefti, arxa cəbhədəki fədakarlıqlar olmasaydı, müharibədə qələbə də olmazdı. Həmişə deyirəm ki, mən Stalinin dəmir rejimindən keçmişəm".

"Heç vaxt bekar dayanmamışam"
Məsməli kişi deyir ki, müharibədən sonra Azərbaycanın bütün neft sahəsi Pirallahıya köçürülüb: "Burada quyular dayaz, neft isə qiymətli idi. Quyular asan qazılırdı - 800-900 metrdən neft çıxırdı".

Məsməli Mustafayevin bütün həyatı əməklə yoğurulub. Boş vaxtlarında təsərrüfatla məşğul olub - əkib, becərib: "Müharibə qurtarandan sonra bizə icazə verdilər ki, kim nə bacarır etsin, bolluq yaransın. Mən də toyuq, qoyun saxlamışam. Tonlarla üzüm yığırdım. Beş istixanadan gül dərib Moskvaya göndərmişəm. Zirə kəndində bostan əkirdim. Heç vaxt bekar dayanmamışam. İşimlə bərabər ailəmi də unutmadım. Övladlarımı oxutdurdum".

Övladlarının, nəvələrinin hamısı ali təhsillidir
Məsməli kişinin beş övladı, 10 nəvəsi və səkkiz nəticəsi var. Övladlarının, nəvələrinin hamısı ali təhsillidir. Müxtəlif sahələrdə uğurla çalışırlar. "Atamız özü təhsil almadığı üçün ən böyük arzusu bizim oxumağımız idi",- deyə oğlu Emil danışır: "Gedin oxuyun, gəlin çoban olun. Savadınız olanda qəzetin başlığını oxuyub söhbətin nədən getdiyini biləcəksiniz", -deyirdi. Hamımızın oxumağı üçün əlindən gələni etdi".
Məsməli kişi özü ali təhsil ala bilməsə də, mütaliəsini heç vaxt unutmayıb. Nizaminin, Füzulinin, Vaqifin, Səməd Vurğunun yaradıcılığından nümunələr dilinin əzbəridir.

"Gənclər bilsinlər ki…"
Fəxri neftçinin gənclərə nəsihəti də var: "Kəndimiz Kür çayının sahilində idi. Bir gün Kür daşıb kəndimizi apardı. Bizi köçürdülər. Uzun tövlələr tikmişdilər. Mal-qara tövlənin bir başında, biz də o biri başında yaşayırdıq. Mən o şəraitdən çıxıb buraya gəlmişəm. İndi o günləri yada salanda sevinirəm və tanrıya şükür edirəm. Kim deyərdi ki, ayağı çarıqlı yetim bir uşaq gəlib sahə rəisi olacaq? Bu vəzifəyə hər kəsi təyin etmirdilər. Mən maşinistlikdən sahə rəisi vəzifəsinə qədər yüksəldim. Gənclərimizə də məsləhətim budur: çalışsınlar, onlardan bir yadigar qalsın, vətənə faydalı olsunlar. Bilsinlər ki, zəhməti ilə ucalan insan həmişə yadda qalır".

Zəhmət, səbir, təmkin
Məsməli kişi 100 yaş yaşamağın sirrini də açır: zəhmət, səbir, təmkin. Əmək veteranı 1952-ci ildən bəri yaşadığı, üz-gözünün öyrəşdiyi Pirallahıda övladlarının və nəvə-nəticələrinin sevgisi ilə əhatə olunaraq yaşayır. Taleyindən razıdır. Bu yaxınlarda 100 illik yubileyini təmtəraqla qeyd ediblər. "Atam kasıb olduğundan vaxtilə özünə toy edə bilməyib. Biz onun yubileyini təmtəraqlı qeyd etdik. Qohum-qonşular, yaxın dostlar böyük həvəslə iştirak etdilər. 100 illik yubileydə iştirak etmək hamı üçün maraqlı idi. Rayon İcra Hakimiyyətindən, bələdiyyədən də nümayəndələr gəlib atamı təbrik etdilər", - deyə oğlu qeyd edir.
İranlı deputat ABŞ-nin ölkəyə qoşun yeritmək riskindən danışdı

moderator.az
- Valeh Kərimovdan zarafatyana cavab: "Sərin yer axtarıram, deyirlər ki, Mingəçevirdə…"
Valeh Kərimovdan zarafatyana cavab: "Sərin yer axtarıram, deyirlər ki, Mingəçevirdə…"

moderator.az
- "Rusiyanın əsas düşməni Kremldə oturub" - Putini tənqid edən z-blogerlərə qarşı həbslər artır - KİV-lər
"Rusiyanın əsas düşməni Kremldə oturub" - Putini tənqid edən z-blogerlərə qarşı həbslər artır - KİV-lər

moderator.az
- Bir-birinə qovuşa bilməyən aşiqlər - Kino tarixinin ən kədərli 10 sevgisi
Bir-birinə qovuşa bilməyən aşiqlər - Kino tarixinin ən kədərli 10 sevgisi
Moderator.az Kulis.az-a istinadla faciə ilə bitən 10 məşhur sevgi filmini təqdim edir.
1. Titanik (Titanic, 1997)

"Titanik" filmi 1912-ci ildə batmaz hesab edilən eyniadlı gəminin faciəvi ilk və son səyahətindən bəhs edir. Fərqli sosial təbəqələrə mənsub olan Cek və Rouz gəmidə tanış olaraq bir-birlərinə dəlicəsinə aşiq olurlar. Onların qısa, lakin ehtiraslı sevgisi aysberqlə toqquşma nəticəsində yaranan xaosla sınağa çəkilir. Gəmi buzlu sulara qərq olarkən, Cek öz həyatını qurban verərək sevdiyi qadının sağ qalmasını təmin edir. Bu unudulmaz hekayə kinematoqrafiya tarixinin ən təsirli və kədərli sevgi dastanlarından biri kimi xatırlanır.
2. Romeo və Cülyetta (Romeo + Juliet, 1996)

Uilyam Şekspirin klassik pyesinin müasir adaptasiyası olan bu film Verona-Biç adlı xəyali şəhərdə cərəyan edir. İki düşmən ailənin övladları olan Romeo və Cülyetta təsadüfən qarşılaşır və aralarında güclü bir sevgi yaranır. Gənclər ailələrinin bitməyən nifrətinə baxmayaraq, gizlicə evlənərək birlikdə xoşbəxt həyat qurmağa çalışırlar. Lakin taleyin amansız oyunu və silsilə yanlış anlaşılmalar onların xəyallarının puç olması ilə nəticələnir. Hər iki gəncin intiharı ilə bitən bu əsər, sevginin nifrət üzərindəki acı qələbəsini ekranlara daşıyır.
3. Eyni ulduzun altında (The Fault in Our Stars, 2014)

Con Qrinin məşhur romanı əsasında çəkilən bu film xərçəng xəstəliyindən əziyyət çəkən iki gəncin hekayəsini anladır. Hazel və Avqustus dəstək qrupunda tanış olduqdan sonra ortaq maraqları sayəsində bir-birlərinə yaxınlaşırlar. Onlar xəstəliyin gətirdiyi fiziki və mənəvi çətinliklərə baxmayaraq, həyatın hər anından zövq almağa qərar verirlər. Amsterdam səyahəti onların sevgisini zirvəyə qaldırsa da, Avqustusun xəstəliyinin anidən ağırlaşması hər şeyi dəyişir. Avqustusun vaxtsız ölümü ilə yekunlaşan bu hekayə, qısa bir ömrə sığan sonsuz sevginin dərinliyini nümayiş etdirir.
4. Unudulmaz gəzinti (A Walk to Remember, 2002)

Nikolas Sparksin əsəri əsasında ekranlaşdırılan bu film ziddiyyətli xarakterlərə malik iki gəncin təsirli sevgisindən bəhs edir. Məktəbin populyar və üsyankar şagirdi Landon, sakit və dindar Ceymi ilə məcburən vaxt keçirməli olur. Başlanğıcda bir-birindən uzaq olan bu gənclər zamanla aralarındakı fərqləri aşaraq dərin bir bağ qururlar. Ceyminin leykemiya xəstəsi olduğunu etiraf etməsi isə onların birlikdə qurduqları xoşbəxtlik xəyallarına ağır zərbə vurur. Landon sevdiyi qadının son günlərini gözəlləşdirmək üçün əlindən gələni edir, lakin vaxtsız ayrılıq qaçılmaz olur.
5. Səndən əvvəl mən (Me Before You, 2016)

Bu emosional film gənc və həyat dolu Luiza Klarkın bədbəxt hadisə nəticəsində iflic olan Uillə baxıcı təyin edilməsi ilə başlayır. Uill əvvəllər aktiv və zəngin bir həyat yaşasa da, indi tamamilə ümidsizliyə qapılaraq yaşamaq istəyini itirib. Luiza öz müsbət enerjisi və səmimiyyəti ilə onun qaranlıq dünyasına işıq saçır və aralarında incə bir sevgi cücərir. Qız Uillin həyata tutunması üçün çox çalışsa da, gənc adam evtanaziya qərarından geri çəkilmək istəmir. Uillin öz istəyi ilə həyatla vidalaşması həm Luizanın, həm də izləyicilərin qəlbində dərin bir kədər izi buraxır.
6. Mulen Ruj (Moulin Rouge!, 2001)

Parisin məşhur kabaresində cərəyan edən bu musiqili film on doqquzuncu əsrin sonlarındakı bohem həyatını təsvir edir. Gənc və kasıb yazıçı Kristian, kabarenin ən parlaq ulduzu və kurtizankası olan Satinə ilk baxışdan vurulur. Satin də ona qarşı laqeyd qalmır, lakin zəngin bir hersoqun qısqanclığı onların sevgisini daim təhlükə altında saxlayır. Cütlük bütün maneələri aşaraq birlikdə qaçmaq planları qursa da, Satinin gizlətdiyi ağır vərəm xəstəliyi buna imkan vermir. Pyesin premyerası gecəsi Satinin səhnə arxasında can verməsi bu ehtiraslı sevgi hekayəsini faciəyə çevirir.
7. Kəffarə (Atonement, 2007)

İkinci Dünya müharibəsi ərəfəsində başlayan bu film bir yalanın iki sevən qəlbin həyatını necə məhv etdiyini göstərir. Gənc və varlı Sesiliya ilə xidmətçinin oğlu Robbi arasında başlayan gizli romantika qısa zamanda ehtiraslı bir sevgiyə çevrilir. Sesiliyanın kiçik bacısı Brayoninin qısqanclıq və səhv anlama ucbatından atdığı iftira Robbini haqsız yerə həbsə sürükləyir. Müharibənin başlaması ilə onların yolları birdəfəlik ayrılır və qovuşmaq xəyalları cəbhənin dəhşətləri içində itir. Hər iki gəncin müharibədə faciəvi şəkildə həlak olması bu yarımçıq qalmış sevgini kinonun ən ürəkağrıdan hekayələrindən edir.
8. Qozbel dağ (Brokeback Mountain, 2005)

Bu mükafatlı film keçən əsrin altmışıncı illərində Qozbel dağında qoyun sürüsü otararkən tanış olan iki kovboyun mürəkkəb münasibətlərindən bəhs edir. Ennis və Cek arasında gözlənilmədən yaranan güclü sevgi bağı cəmiyyətin qatı qadağaları ilə üz-üzə qalır. Hər ikisi sonradan fərqli qadınlarla evlənib ailə qursa da, illər boyu davam edən gizli görüşlərlə sevgilərini yaşatmağa çalışırlar. Onların bərabər yaşamaq və azad olmaq arzusu mövcud homofobik mühit səbəbindən heç vaxt reallaşa bilmir. Cekin faciəvi və şübhəli ölümü Ennisi ömrünün sonunadək tənha və peşman bir həyata məhkum edir.
9. Ruh (Ghost, 1990)

Bu mistik romantik film Nyu-Yorkda xoşbəxt həyat sürən Sem və Mollinin hekayəsi üzərində qurulub. Gecə yarısı küçədə baş verən bir hücum zamanı Sem öldürülür, lakin onun ruhu dünyada qalaraq Mollini qorumağa çalışır. Sem fırıldaqçı bir mediumun köməyi ilə sevdiyi qadınla əlaqə yaradaraq ona xəbərdarlıq etmək üçün yollar axtarır. Cinayətin arxasındakı qaranlıq sirlər açıldıqca, cütlüyün həm real, həm də mistik aləmdəki mübarizəsi güclənir. Təhlükə sovuşduqdan sonra Semin ruhunun işığa doğru getməsi, fiziki ayrılığın gətirdiyi dərin hüznlə yadda qalır.
10. Mələklər şəhəri (City of Angels, 1998)

Bu fəlsəfi sevgi filmi Los-Ancelesdə insanların ruhunu o biri dünyaya bələdçilik edən Set adlı bir mələkdən bəhs edir. Set xəstəxanada işləyən fədakar və gözəl cərrah Meqi ilə qarşılaşır və onun duyğularından təsirlənərək ona aşiq olur. Meqi də Setin sirli varlığını hiss edir və aralarında heç bir məntiqə sığmayan, qeyri-adi bir bağ yaranır. Set sevdiyi qadınla birlikdə ola bilmək və insani hissləri yaşamaq üçün mələkliyindən imtina edərək fani bir insana çevrilir. Lakin onun bu böyük fədakarlığından dərhal sonra Meqinin avtomobil qəzasında həlak olması hekayəyə ən kədərli sonluğu gətirir.
Qarabağ kanalında 59 yaşlı kişi batdı
Emin Ağalarov oğlu ilə arxiv FOTOsunu paylaşdı

moderator.az
- Bakıda mağazada qadını döyən şəxs saxlanıldı - VİDEO
Bakıda mağazada qadını döyən şəxs saxlanıldı - VİDEO

moderator.az
- Dünya çempionatları finallarının tarixində əsas rekordlar - FOTO
Dünya çempionatları finallarının tarixində əsas rekordlar - FOTO
Bu gün İspaniya və Argentina arasında futbol üzrə 2026-cı il dünya çempionatının final oyunu baş tutacaq.
Moderator.az Oxu.az-a istinadən mundiallar tarixindəki final matçlarının rekordlarını xatırladır.
Ən tez vurulan qol
1974-cü il birinciliyində niderlandlı Yohan Neeskens Almaniya (AFR) yığmasının qapısına dünya çempionatları finallarının ən tez vurulan qoluna imza atıb - bunun üçün ona cəmi 88 saniyə lazım olub. Niderland millisi top Yohan Kroyfa çatana qədər öz aralarında 16 ötürmə etməyə imkan tapıb. Kroyf cərimə meydançasına daxil olarkən Uli Höness ona qarşı qaydanı pozub və Dünya Kuboku finalları tarixindəki ilk penalti təyin edilib. Neeskens penaltini dəqiq yerinə yetirib. Buna baxmayaraq, matç almanların xeyrinə başa çatıb (2:1).
Finalda toxunulmaz qapı
1990-cı ildə AFR mundialın finalında Argentina üzərində 1:0 hesablı qələbə qazanaraq qapısını toxunulmaz saxlayan ilk ölkə olub. Komandanın qəhrəmanı isə 23 yaşlı qapıçı Bodo İllqner olub. O, bu günə qədər final matçında qapısını toxunulmaz saxlayan ən gənc qapıçı olaraq qalır.
Səfər formasında uğursuzluqlar

1966-cı ildə İngiltərə qırmızı (səfər) formada AFR-ə 4:2 hesabı ilə qalib gəlib. Bundan sonra uzun müddət heç kim bu ənənəni - səfər formasında oynayanların uduzması ənənəsini - poza bilməyib.
2010-cu ildə isə İspaniya finallarda səfər dəstlərində çıxış edən komandaların 44 illik məğlubiyyət seriyasına son qoyub. İspanlar bu uğursuzluq zəncirini Niderlandla oyunda qırmağa nail olublar (1:0).
Eyni millinin oyunçuları arasında ən böyük yaş fərqi
Komanda yoldaşları arasında ən böyük yaş fərqi İtaliya millisində qeydə alınıb - 22 yaş. 1982-ci ilin finalında 18 yaşlı müdafiəçi Cüzeppe Berqomi 40 yaşlı qapıçı Dino Zoffla birlikdə çıxış edib.
İlk het-trik
İngiltərəli Ceff Herst dünya çempionatının final matçında het-trik edən ilk futbolçu olub. Hücumçu 1966-cı il mundialının finalında AFR yığmasının qapısına üç qol vurub (4:2).
Heyətlərdə ən böyük fərq

1958-ci il dünya çempionatında İsveçlə final matçının start heyətində Braziliya millisinin həmin mundialda Avstriyaya qarşı keçirdiyi ilk oyunda meydana çıxmayan beş futbolçusu yer alıb. Bu, çempion komanda üçün turnirin ilk və son matçlarının heyətləri arasındakı ən böyük fərq olaraq qalmaqdadır.
Müdafiəçi Calma Santos, yarımmüdafiəçi Zito və hücumçular Qarrinça, Pele və Vava start heyətində turnirin gedişatında yer almağa başlayıblar. Braziliyanın İsveç üzərində 5:2 hesablı qələbəsi turnir tarixində hələ də ən məhsuldar final matçı olaraq qalır.
Üç finalda çıxış edən yeganə oyunçu

Braziliyalı hücumçu Kafu dünya çempionatının üç finalında oynamış yeganə futbolçudur. Özünün ilk mundialında - 1994-cü ildə İtaliyaya qarşı matçın (0:0, penaltilərlə 3:2) ilk hissəsində zədələnən Jorjinyonu əvəzləyib, 1998-ci ildə Fransa ilə oyunda (0:3) iştirak edib və nəhayət, 2002-ci ildə Almaniyaya qarşı finalda (2:0) komandanın kapitanı olub və braziliyalılar çempionluğu bayram ediblər.
İki finalda qol vuran futbolçular
Braziliyalılar Vava (1958 və 1962), Pele (1958 və 1970), alman Paul Braytner (1974 və 1982), fransızlar Zinəddin Zidan (1998 və 2006) və Kilian Mbappe (2018 və 2022) dünya çempionatlarının iki finalında qol vuran yeganə oyunçulardır.
İki fərqli ölkənin şərəfini qorumaq
Yarımmüdafiəçi Luis Monti dünya çempionatlarının finallarında iki fərqli ölkənin heyətində çıxış edən yeganə oyunçudur. 1930-cu ilin ilk turnirində o, doğulduğu ölkənin - Argentina millisinin heyətində oynayıb. Həmin vaxt argentinalılar finala qədər yüksəlsələr də, Uruqvaya 2:4 hesabı ilə uduzublar.
Artıq 1931-ci ildə o, Turinin "Yuventus" klubuna keçib və İtaliya vətəndaşlığını qəbul edib. 1934-cü il mundialında Monti İtaliya millisinin heyətində çıxış edib və italyanlar finalın əlavə vaxtında Çexoslovakiya yığmasına 2:1 hesabı ilə qalib gəliblər.

moderator.az
- "Tramp növbəti hədəfdir?" - Tehrandan ABŞ bazasını ələ keçirmək və 200 hərbçini girov götürmək çağırışı" - İsrail mətbuatı
"Tramp növbəti hədəfdir?" - Tehrandan ABŞ bazasını ələ keçirmək və 200 hərbçini girov götürmək çağırışı" - İsrail mətbuatı
Qazaxın Çaylı kəndində kişi meyiti aşlarlanıb

moderator.az
- Prezidentlər Şuşada Bülbülün ev-muzeyində oldular – FOTOLAR
Prezidentlər Şuşada Bülbülün ev-muzeyində oldular – FOTOLAR

moderator.az
- Lökbatanda taksi sərnişin avtobusu ilə toqquşdu - VİDEO
Lökbatanda taksi sərnişin avtobusu ilə toqquşdu - VİDEO
Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.
Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.
Məlumata görə, taksi fəaliyyəti göstərən BYD markalı minik avtomobili sərnişin avtobusu ilə toqquşub.
Hadisə nəticəsində BYD markalı avtomobilin sürücüsünün xəsarət aldığı bildirilir.

moderator.az
- İran Vensi çətin vəziyyətdə qoydu: MAQATE müfəttişlərinə icazə verilməyəcək - "Vesty"
İran Vensi çətin vəziyyətdə qoydu: MAQATE müfəttişlərinə icazə verilməyəcək - "Vesty"

moderator.az
- Dənizdə boğulmanın SƏBƏBLƏRİ bunlardır - ekspert HƏR ŞEYİ açıqladı: "Qumun daşınması..."
Dənizdə boğulmanın SƏBƏBLƏRİ bunlardır - ekspert HƏR ŞEYİ açıqladı: "Qumun daşınması..."
“Dənizdə batma hallarının ilk səbəbi uşaqlara üzmənin öyrədilməməsidir. Halbuki dənizi olan ölkədə bütün uşaqlar ən azı üzmə haqda məlumata malik olmalıdırlar. Bu, məktəblərdə öyrədilməlidir”.
Bu fikirləri Musavat.com-a “Biosfer” İctimai Birliyinin sədri, ekoloq Qorxmaz İbrahimli bildirib.
O, dəniz qumunun müxtəlif məqsədlər üçün daşınması ilə əlaqədar dənizin dibində yaranan çökəklərin insanları çaşdırdığına dair fikirlərlə isə razı deyil:

“Bəzi yerlərdə gəmilərin yan ala bilməsi üçün qumun daşınması normal haldır. Qum daşınan ərazilərdə çimərliklər yoxdur. Ötən illərdə dalğıcların insanları boğduğuna dair şayiələr yayılmışdı. Zəlzələ, çökmə, qabarma və çəkilmələr nəticəsində çatlar yaranması istisna deyil. Lakin boğulmanın əsas səbəbi təcrübəsizlik, qorxu, dənizdə üzmə üsullarını bilməmək, içkili vəziyyətdə dənizə girmək və s. səbəblərdir. Ölkəmizdə dərində üzməklə bağlı boğulma halları demək olar ki, olmur. Sadəcə insanlar bəzən cərəyana qapılırlar”.
Q.İbrahimli hesab edir ki, bu problemin kökündə dayanan əsas səbəblərdən biri insanların məlumatsız olmasıdır.
“Çimərliklərdə topları keçən vətəndaşlara xilasedicilər xəbərdarlıq edirlər. Qadağan olunan ərazilərdə batma halları isə sırf təcrübəsizliklə bağlıdır. Dünyanın bir çox ölkəsində dənizdə üzmüşəm. Məsələn, Barselonada dənizdə 3 rəngdə top var - yaşıl, sarı və qırmızı.
Qırmızı topu keçənlər batma təhlükəsi ilə üz-üzə qala bilərlər. Lakin qadağa yoxdur. Xilasedicilər çimərliyə nəzarət edirlər, ehtiyac olduğu təqdirdə dərhal müdaxilə edirlər. Ümumiyyətlə, dənizdə batmaq sağlamlıqda qəfil yarana biləcək hallarda mümkün ola bilər. Digər hallarda boğulma halları sırf məlumatsızlıqla əlaqəlidir. Məsələn, çimərliklərdə səsgücləndiricilər vasitəsilə vətəndaşlara müəyyən göstərişlər vermək olar. Dənizdən qorxmaq lazım deyil. Sadəcə, davranış qaydalarını bilmək lazımdır”, - deyə ekspert vurğulayıb.

Qeyd edək ki, iyunun 22-də Mərdəkan qəsəbəsində ən yaxın xilasetmə məntəqəsindən 3 km aralı, dənizdə nəzarətsiz ərazidə 4 nəfər batıb. Fövqəladə Hallar Nazirliyindən Musavat.com-a bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti mayın 15-dən etibarən gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Xidmət əməkdaşları tərəfindən sahilboyu ərazilərdə aparılmış monitorinqlər zamanı təhlükəli çimərlik əraziləri aşkar edilib. Xidmət tərəfindən həmin ərazilərin təhlükəli olduğunu bildirən lövhələr də yerləşdirilib. Qeyd edilib ki, bəzən Xidmət tərəfindən quraşdırılan bu lövhələr naməlum şəxslər tərəfindən yararsız hala salınır və sıradan çıxarılır.
FHN əhalinin nəzərinə çatdırır ki, çimərlik üçün nəzərdə tutulmayan kanal, arx, çay, göl və digər su hövzələrinin təhlükəli sualtı relyefə, sürətli axına, qeyri-müəyyən dərinliyə, məhdud görüntü və digər təhlükəli xüsusiyyətlərə malik olması həmin hövzələrdən yayda sərinləmək məqsədilə istifadə zamanı həyat və sağlamlıq üçün ciddi təhlükə yaradır. Qurum əhaliyə, xüsusilə valideynlərə müraciət edərək, uşaq və yeniyetmələri nəzarətsiz qoymamağa, müvafiq təhlükəsizlik qaydalarına ciddi əməl etməyə və çimərlik kimi nəzərdə tutulmayan su hövzələrindən istifadə etməməyə çağırır.

moderator.az
- “Rusiya NATO ölkəsinə hücum edə bilər” - Tofiq Zülfüqarov Moskvaya zərbələrdən danışdı
“Rusiya NATO ölkəsinə hücum edə bilər” - Tofiq Zülfüqarov Moskvaya zərbələrdən danışdı
Ona da Space TV-də vəzifə verildi – FOTO
Arif Hacılının ölkədən çıxışına "stop" qoyulub

moderator.az
- Polad Bülbüloğlu atasının Şuşadakı ev-muzeyində - FOTOLAR
Polad Bülbüloğlu atasının Şuşadakı ev-muzeyində - FOTOLAR

moderator.az
- "Belarus müharibəyə hazırlaşır": Müxalifətdən Kiyevə sensasion hesabat - Ukrayna KİV-ləri
"Belarus müharibəyə hazırlaşır": Müxalifətdən Kiyevə sensasion hesabat - Ukrayna KİV-ləri

moderator.az
- Dənizdə batanlar qohumdurlar, biri evli, üçü subaydır
Dənizdə batanlar qohumdurlar, biri evli, üçü subaydır

moderator.az
- İspaniya millisinin məşqində təhlükə - Futbolçular qapalı zala sığındılar
İspaniya millisinin məşqində təhlükə - Futbolçular qapalı zala sığındılar

moderator.az
- Bərdədə 50 yaşlı kişinin cinayəti: “Elə bilirdin, bəzənib ərə gedəcəksən?” – TƏFƏRRÜAT
Bərdədə 50 yaşlı kişinin cinayəti: “Elə bilirdin, bəzənib ərə gedəcəksən?” – TƏFƏRRÜAT

moderator.az
- Ukrayna zərbələri Putinin qarşısında dörd yeni problem yaradıb - "Bild" nəşri
Ukrayna zərbələri Putinin qarşısında dörd yeni problem yaradıb - "Bild" nəşri

moderator.az
- ADY Çindən yeni yük və sərnişin lokomotivləri alır - FOTO
ADY Çindən yeni yük və sərnişin lokomotivləri alır - FOTO
Hələ bu qədər zəif olmayan ABŞ və tarixi rüsvayçılıq

moderator.az
- Qətər Şura Məclisinin sədri ölkəmizə səfərə gəlib - FOTO
Qətər Şura Məclisinin sədri ölkəmizə səfərə gəlib - FOTO

moderator.az
- Prezidentlər Şuşada güllələnmiş büstlərə baxıblar - FOTO
Prezidentlər Şuşada güllələnmiş büstlərə baxıblar - FOTO

moderator.az
- Ərini öldürəndən sonra silahla arvadını da hədələyibmiş - Yevlaxdakı qətlin təfərrüatı
Ərini öldürəndən sonra silahla arvadını da hədələyibmiş - Yevlaxdakı qətlin təfərrüatı

moderator.az
- DÇ-2026-da ikinci turun sonu: Portuqaliya və İngiltərə meydana çıxır
DÇ-2026-da ikinci turun sonu: Portuqaliya və İngiltərə meydana çıxır
Futbol üzrə dünya çempionatının qrup mərhələsində ikinci tura yekun vurulur.
Moderator.az xəbər verir ki, qrup mərhələsinin bu turunda azarkeşləri bir-birindən gərgin idman mübarizəsi gözləyir.
K qrupunun duellərindən biri Portuqaliya və Özbəkistan yığmaları arasında baş tutacaq. Bu maraqlı matçın start fiti Bakı vaxtı ilə saat 21:00-da səslənəcək.
Eyni qrupun digər görüşündə isə Kolumbiya və Konqo milliləri meydanda qüvvələrini sınayacaqlar. Bu qarşılaşma iyunun 24-də, səhər saat 06:00-da start götürəcək.
L qrupunun həlledici mübarizəsinə gəldikdə isə iyunun 24-ü gecə saat 00:00-da İngiltərə və Qana milliləri vacib xallar uğrunda meydana çıxacaqlar. Bunun ardınca, saat 03:00-da Panama və Xorvatiya yığmalarının maraqla gözlənilən qarşılaşması baş tutacaq.
Dünya çempionatı
II tur
K qrupu
23 iyun
21:00. Portuqaliya - Özbəkistan
24 iyun
06:00. Kolumbiya - Konqo
L qrupu
24 iyun
00:00. İngiltərə - Qana
03:00. Panama - Xorvatiya
Qeyd edək ki, mundiala iyulun 19-da yekun vurulacaq.

moderator.az
- Bu qurum BŞİH-in əlindən alındı - Baş nazirdən SƏRƏNCAM
Bu qurum BŞİH-in əlindən alındı - Baş nazirdən SƏRƏNCAM

moderator.az
- O.O. Boqomolets adına Milli Tibb Universitetinin məzunu Günel Mirzəyeva beynəlxalq məzunlar tədbirində təltif olunub
O.O. Boqomolets adına Milli Tibb Universitetinin məzunu Günel Mirzəyeva beynəlxalq məzunlar tədbirində təltif olunub
Moderator.az xəbər verir ki, Ukraynanın aparıcı ali təhsil müəssisələrindən olan O.O. Boqomolets adına Milli Tibb Universitetinin təşkilatçılığı ilə keçirilən beynəlxalq məzunlar forumunda universitetin müxtəlif ölkələrdə fəaliyyət göstərən uğurlu məzunları bir araya gəlib. Onlayn formatda təşkil olunan tədbirdə dünyanın müxtəlif ölkələrindən universitet məzunları iştirak ediblər.
Tədbir çərçivəsində hər ölkədən peşəkar fəaliyyəti, ictimai nüfuzu və əldə etdiyi nailiyyətlərlə seçilən məzunlar müəyyən edilərək universitet rəhbərliyi tərəfindən xüsusi olaraq təltif olunublar. Azərbaycanı təmsil edən məzunlar arasında Günel Novruz qızı Mirzəyeva da yer alıb.
Qeyd edək ki, Günel Mirzəyeva 2007–2013-cü illərdə O.O. Boqomolets adına Milli Tibb Universitetində tibb təhsili alıb. Universitet rəhbərliyi onun peşəkar fəaliyyəti, tibb sahəsində qazandığı uğurlar və universitetin məzunu kimi beynəlxalq akademik mühitdə layiqli təmsilçiliyi nəzərə alınaraq xüsusi mükafata layiq görüldüyünü bildirib.

Tədbirdə çıxış edən universitet nümayəndələri vurğulayıblar ki, məzunların müxtəlif ölkələrdə qazandıqları nailiyyətlər ali təhsil müəssisəsinin beynəlxalq nüfuzunun göstəricilərindən biridir. Bu baxımdan, Azərbaycanı təmsil edən Günel Mirzəyevanın əldə etdiyi uğurlar universitet ailəsi tərəfindən yüksək qiymətləndirilib.
Təltifetmə mərasiminin sonunda Günel Mirzəyevaya universitet adından fəxri sertifikat və təşəkkür məktubu təqdim olunub, gələcək fəaliyyətində yeni uğurlar arzulanıb.
Məlumat üçün bildirək ki, Günel Mirzəyeva hazırda Bakı şəhərində kosmetoloq-həkim kimi fəaliyyət göstərir və estetik tibb sahəsində peşəkar xidmət göstərir.
Onu da xatırladaq ki, Günel Mirzəyeva Vətən müharibəsi şəhidi Elçin Mirzəyevin həyat yoldaşıdır.
Seymur ƏLİYEV

Ölən direktor müavini tanınmış dirijorun qohumu imiş
Prezident ona yüksək vəzifə verdi - FOTO

moderator.az
- “Dörd ay keçib, küçələr hələ də su altındadır” - VİDEO
“Dörd ay keçib, küçələr hələ də su altındadır” - VİDEO
Maştağanın Rövşən Salmanov küçəsinin sakinləri martın sonunda yağan intensiv yağışlardan sonra yaranan gölməçələrin suyunun hələ də çəkilməməsindən şikayətçidir.
Moderator.az xəbər verir ki, ATV-yə müraciət edən sakinlər aidiyyatı qurumlardan məsələ ilə bağlı kömək istəyirlər.
Uzun müddətdir burada yaşayanların sözlərinə görə, heç vaxt builki qədər yağış görməyiblər: “Yağışlı günlərdən 4 ay keçsə də, küçələr hələ də gölməçə içində qalıb. Havalar isindikcə qoxudan və qurbağaların əlindən ərazidə hərəkət etmək olmur”.
Məsələ ilə bağlı Maştağa qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəlikdən bildirilib ki, sakinlərə imkan daxilində maddi yardım göstərilib, su nasosu da alınıb verilib.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən isə qeyd edilib ki, ərazidə mərkəzləşdirilmiş tullantı su şəbəkəsi mövcud deyil: “Ərazinin relyefi qurunt suları ilə zəngindir. Yağışlar qurunt sularının miqdarını artırdığından ərazidə mövcud hal hökm sürür. Suyun çəkilməsi hazırda mümkün deyil. Çünki çəkilib tökülməsi üçün yaxınlıqda şəbəkə yoxdur. Tullantı su təchizatı mövcud olmayan ərazilərdə Dövlət Su Ehtiyatları Agentliyinin sifarişi ilə təchizat sisteminin qurulması məqsədilə müvafiq layihə sənədləri hazırlanıb. Yaşayış məntəqələrində şəbəkələrin inşası tədbirlər planına uyğun olaraq mərhələli aparılır”.
Daha ətraflı videomaterialda:
Rumıniya parlamenti yeni hökumətin tərkibini təsdiqləmədi

moderator.az
- Azərbaycan və Türkmənistan prezidentləri Şuşada "Heydər Əliyev və Qarabağ" sərgisi ilə tanış oldular - FOTO
Azərbaycan və Türkmənistan prezidentləri Şuşada "Heydər Əliyev və Qarabağ" sərgisi ilə tanış oldular - FOTO
Şahmar Mövsümov: "Fermerlərin bazarlara çıxışları genişləndiriləcək"
“Araz-Naxçıvan” “Real Madrid”in yetirməsini transfer etdi

moderator.az
- Prezidentlər Şuşa məscidində tikinti işlərinin gedişi ilə tanış oldular - FOTO
Prezidentlər Şuşa məscidində tikinti işlərinin gedişi ilə tanış oldular - FOTO
Əli Əsədov sərəncam imzaladı
Nazir rəisi vəzifəsindən azad etdi - FOTO
Litva Prezidenti hökumətin istefasını qəbul etdi

moderator.az
- Prezidentlər Şuşa şəhərində inşa edilmiş birinci yaşayış kompleksində olublar - FOTO
Prezidentlər Şuşa şəhərində inşa edilmiş birinci yaşayış kompleksində olublar - FOTO
İmişlidə ticarət obyektində yanğın BAŞLAYIB

moderator.az
- Vaşinqtonda mühüm konfrans keçiriləcək - Bakı Təşəbbüs Qrupu məlumat yaydı
Vaşinqtonda mühüm konfrans keçiriləcək - Bakı Təşəbbüs Qrupu məlumat yaydı

moderator.az
- Bakıda AQEM ölkələrində dairəvi yaşıl turizmə həsr olunmuş beynəlxalq konfrans keçirilib
Bakıda AQEM ölkələrində dairəvi yaşıl turizmə həsr olunmuş beynəlxalq konfrans keçirilib

moderator.az
- Voleybol millimizin üzvü Yelizaveta Ruban: "Avropa Liqasındakı nəticələrimiz pis deyil"
Voleybol millimizin üzvü Yelizaveta Ruban: "Avropa Liqasındakı nəticələrimiz pis deyil"

moderator.az
- Sabah Bakıda və rayonlarda yağış yağacaq - PROQNOZ
Sabah Bakıda və rayonlarda yağış yağacaq - PROQNOZ

moderator.az
- “Deyirlər, villa dustaqları Ramiz Mehdiyev və Eldar Mahmudovun da suları kəsilib...”
“Deyirlər, villa dustaqları Ramiz Mehdiyev və Eldar Mahmudovun da suları kəsilib...”
Prezidentlər Şuşada uşaqlarla görüşdülər - VİDEO

moderator.az
- "Deyirdi, ona görə deputat oldum ki, yaxşı pensiya alım" - Vaqif Səmədoğlunun xanımı
"Deyirdi, ona görə deputat oldum ki, yaxşı pensiya alım" - Vaqif Səmədoğlunun xanımı
Musavat.com-un budəfəki həmsöhbəti mərhum Xalq şairi Vaqif Səmədoğlunun həyat yoldaşı Nüşabə Babayeva Vəkilovadır. Uzun illərdir şairin zəngin ədəbi irsinin yaşadılması, əsərlərinin qorunması və nəşrə hazırlanması ilə məşğul olan Nüşabə xanım bu missiyanı sadəcə vəfa borcu deyil, həm də mənəvi məsuliyyət kimi qəbul edir.
Söhbət zamanı o, böyük sevgi və kövrək duyğularla Vaqif Səmədoğlu ilə keçən illərə qayıtdı, onun insan və şair, yazıçı kimi yaddaşlarda qalan cizgilərindən danışdı. Nüşabə xanım həm şairin yaradıcılığına, həm də şəxsi həyatına dair maraqlı xatirələrini bölüşərək, oxucuları Vaqifli günlərin işıqlı və nisgilli dünyasına apardı.
Nüşabə xanımla söhbətimizə Vaqif bəylə ilk tanışlıq illərindən danışmaqla başladıq:
- Bizi tanış etdilər və müəyyən müddətdən sonra evləndik.
- Deyəsən o vaxtlar bir az kaprizli olmusunuz.
- Mən kaprizimi ancaq evdə göstərmişəm. Amma böyüdükcə, yaşa dolduqca, həyatı daha yaxından tanıdıqca öz eqomu bir qədər geri atmışam. Vaqiflə tanış olanda artıq anladım ki, şıltaqlıq dövrü keçdi. Biz 25 il evlilik həyatı yaşadıq.
Əgər insan sənə əziz və doğmadırsa, illərin fərqi yoxdur. Əgər ürəyində məhəbbət varsa, o səni ömür boyu aparacaq. Xoşbəxtsən ki, sənə lazım olan və ya varlığına ehtiyac duyan insanla bir yerdəsən. Çünki heç nə əbədi deyil, saniyə ərzində hər şey itir, gedir. Həyatın qiymətini bilmək istəyirsənsə, yəqin ki, onun aniliyini anlamalısan.
Onsuz da əvvəl-axır hamı ayrılır. Heç kim ömürlük bir yerdə o dünyaya getmir. Hər bir görüşün bir sonu var. Vaqif müəllim demişkən, yer üzündəki bütün ayrılıqlar salam sözü ilə başlayır. Mənə isə elə gəlir ki, ümumiyyətlə, dünyada ayrılıqlar görüşlərdən daha çoxdur.

- İlk vaxtlar Vaqif bəy ən çox hansı xüsusiyyəti ilə diqqətinizi cəlb etmişdi?
- Mən çox danışan kişiləri sevmirəm. Vaqif isə az danışırdı və onun çox yüksək yumor hissi var idi. Mənim üçün bu, əsas meyardır. Maraqlı danışırdı və bir xüsusiyyəti də var idi, ləhcələrdə gözəl təqlid edirdi. Özü də deyirdi ki, ondan yaxşı aktyor olar. Bir sözlə, maraqlı insan idi. Daxilən bir yerdə qərar tutmurdu, darıxan idi. Onun üçün zamanında bir yerdə uzun müddət işləmək maraqsız olurdu.
- Vaqif bəydən sonra neçə xatirə kitabını çap etdirdiniz?
- Ondan sonra xeyli kitabı işıq üzü gördü. Mən onun çap olunmayan bir çox şeirlərini, pritçalarını, uşaqlar üçün poemasını çap etdirdim, bundan əlavə, fransız, polyak, serb dillərində kitablarını nəşr etdirdim. Eyni zamanda ötən il onun Türkiyədə dərc olunmuş şeirlər kitabı bəzi əlavələrlə yenidən çap edildi.
Vaqif həm də fotoqraf idi. Ötən il onun foto və deyimlərindən ibarət kitabı 3 dildə çıxdı. Ümumiyyətlə, Vaqif Azərbaycana sığmayan bir şair və şəxsiyyət idi. Təəssüf ki, qiymətini çox gec tapdı.

- Sağlığında Vaqif bəyə niyə mane olurdular?
- 1968-1972-ci illərdə onun iki kiçik şeirlər kitabı çox çətinliklə və qısaldılmış şəkildə məhdud tirajla çap olunub. Şeirləri forma, obraz və mövzu cəhətdən sovet ideologiyasına uyğun gəlmədiyi üçün çox böyük hücumlara məruz qalıb. Heç bir redaktorun da onun yazdıqlarına əl gəzdirməsi ilə barışa bilməzdi, bu, onun xasiyyətinə də uyğun deyildi. Ona görə də gənc ikən öz poetik dünyasına sadiq qalaraq yaza-yaza susmağı seçdi. O, çap olunmamaqla sovet senzurasının təzyiqlərindən özünü qoruya bildi və fikir azadlığını da saxlaya bilmişdi. Ancaq Azərbaycan müstəqillik qazanandan sonra Vaqifin ilk böyük kitabı - “Mən burdayam, İlahi” 1996-cı ildə işıq üzü gördü. Məlum oldu ki, Vaqif Səmədoğlu müstəqillik dövrünün ilk böyük şairi imiş.
- Onun qeydlərini apardığı gündəliklər var idi. Onlar necə oldu?
- Həmin gündəliklər hələ də durur. Bəzi redaktələr edib, çap etdirmək fikrindəyəm.

- O qeydləri sağlığında oxumağa başladınız?
- Yox canım, ağ eləməyin (gülür). Onun sağlığında oxumurdum. Bu, indiki qadınların ərlərinin telefonunu yoxlamasına bənzəyərdi. Əslində o özü də gündəlikləri gizlətməyib.
- Vaqif bəyin sevgiyə aid şeirlərini oxuyarkən içinizdə sual yaradan məqamlara rast gəlirsinizmi?
- Yeni evlənəndə sevgiyə aid şeirlərini çap etməyə başladıqda soruşurdum ki, onları kiməsə yazıbmı? O da deyirdi, “Başlandı” (gülür). Mən isə deyirdim, yox, elə-belə soruşuram. Axırda dedi, “Birdəfəlik bil, şair məhəbbət şeiri yazanda özünü yazır. Mənim həyatımda şeir həsr etdiyim konkret qadın sənsən, sakit oldun?” Dedim, əlbəttə, sakitəm, mən elə də bilirdim (gülür).

- Sizə ünvanlanmış neçə şeir yazıb?
- Saymamışam. Bu gün gündəliklərini çap etdikcə yeni nələrsə qarşıma çıxır. Məsələn, “Sevgilim, gəl tut əlimdən, bu dar dünyadan birgə keçək”.
- Eşitmişəm, digər yazıçılar bu məsələdə ona yüngülcə etiraz edirmişlər ki, evdə həyat yoldaşları narazılıq edir.
- Bəli, Vaqif müəllim də onların etirazına cavab olaraq bildirirdi ki, siz də gedib həyat yoldaşlarınıza şeir yazın.
- Xavər xanımla münasibətləriniz necə idi?
- Mən Xavər xanımı çox istəyirdim. Çox gözəl münasibətimiz var idi. O, Vaqifi çox istəyirdi. Ən sevdiyi övlad idi. Biz evlənənə kimi Vaqif anası ilə 16 il birgə yaşamışdı. Ümumiyyətlə, ana həyatı gətirməyən övladı daha çox istəyir. Övlad həyatda uğur qazananda onunla fəxr edirsən, ancaq həyatı hər cəhətdən gətirməyəndə isə valideyn daha çox narahat olur. Qadınlar möhkəm olur, kişilər isə tez sınır. İnsan sına-sına qalxır, özündə güc tapır. Şükürlər olsun ki, Vaqif bütün çətinliklərə rəğmən, o qələbəni qazana bildi.
Anası hərdən bildirirdi ki, deyirlər, qazaxlı kişilər çox üzüyumşaq olur. Vaqif də mənə baxırdı və ləzgi ləhcəsi ilə deyirdi, “Nuşa, mənim ana tərəfim Dağıstan”. Deyirdim, başa düşdüm (gülür).

- Vaqif bəyin birinci nikahından iki qızı var idi?
- Bəli. Mənim qızıma da öz soyadını vermişdi. Bir sözlə, 3 qız atası idi. Hər yerdə fəxrlə deyirdi ki, mən 3 qız atasıyam.
- Necə ata idi?
- Çox gözəl, qayğıkeş ata və baba idi. Ümumiyyətlə, qurduğumuz ailədən Vaqif yaşamaq gücü alırdı. Ailə DNK deyil, ruh yaxınlığıdır. Ailə səni çətinliklərin içində seçən və yanında olandır. Dəhşət ondadır ki, elə ailələr var ki, illərlə bir yerdə yaşayırlar, amma sonda məlum olur ki, onlar ürəklərində öz seçimlərini etməyiblər və daima axtarışdadırlar. Bu, insan faciəsidir.
- Adətən yazıçılar iş masalarına qarşı həssas olurlar. Bu mənada ona yaxın durmağa, təmizləməyə imkan verirdi?
- Vaqif çox səliqəli adam idi. Anası ilə birgə yaşadığı müddətdə Xavər xanım yaşlananda çox vaxt təmizlik işlərini Vaqif edirdi. Evin tozunu alanda istirahət etdiyini deyirdi. Onun müxtəlif növ əşyaları var idi, onların tozunu da özü alırdı. Sonra da deyirdi ki, mənim otağım sizinkilərdən təmizdir. Deyirdim, əlbəttə (gülür). Tərifi sevirdi.
O, bağa, yaşıllığa vurğun adam idi. Öz şeirlərində də onun təbiətə sevgisi sezilir. Ağacların, təbiətin qorunmaması onun ağrılı yeri idi.
Vaqif həm də ov adamı idi. Biz evlənəndən sonra bir-iki dəfə ova da getmişdi. O deyirdi ki, yazıçı, şair üçün mövzu problem olmamalıdır. Ətrafımız, hər şey yazmaq üçün mövzudur.
- Günün hansı hissəsi yazırdı?
- Əsl şeirlər ümumiyyətlə, gecə yazılır. Şair gecə ilə təkbətək qalır. Vaqif də gecə yazırdı. Allahı ilə danışırdı, onunla dərdləşirdi. Dram əsərlərini isə gündüz yazırdı.

- Məzarının üzərindəki misraları 24 yaşında yazıb. İnsan bu yaşda ölümü necə düşünə bilər?
- Vaqif həmişə ölümü düşünüb və heç vaxt qorxmayıb. Deyirdi ki, həyat və ölüm arasında sənə ömür verilir. Sən o ömrü nələrləsə doldurmalısan. Baxmayaraq ki, ölümdən yazırdı, həyat sevgisi ilə dolu insan idi.
- Sizə necə müraciət edirdi?
- “Nuşa” deyirdi. Haqqımda isə “sevgilim” yazırdı. Kitabı çıxanda mütləq birinci nüsxəni mənə verirdi, öz minnətdarlığını bildirirdi və “sevgilim” deyirdi.
- 2022-ci ilə qədər Səməd Vurğun Muzeyinə rəhbərlik etdiniz. Daha sonra isə Vaqif Səmədoğlu Mərkəzini təsis etdiniz. Mərkəzin binası var?
- Əfsuslar olsun ki, yoxdur. Əlbəttə, gözəl olardı. Mərkəzin adından vaxtı ilə tanınmış yazıçılara, elə ilk olaraq yazıçı Anara və digər mədəniyyət adamlarına Vaqif Səmədoğlu medalını vermişik.

- Foto çəkərkən daha çox nələrə üstünlük verirdi?
- Vaqifin 9 yaşı olanda atası ona “komsomolets” fotoaparatı alıb. İndi Səməd Vurğun Muzeyindədir. Mənim üçün əsas Vaqiflə Yusifin ekspozisiyasını yaratmaq idi. Sonra Xavər xanımla Aybəniz xanımın guşələrini yaratdım. Eyni zamanda Qazaxda poeziya evində də bir çox yeniliklər etdim.
Vaqifin fotoları çox olub. Həyatında baş verən dəyişikliklər, köçmələr nəticəsində onların bir qismi itib. Deyirdi, çox böyük arxivi olub. Biz evlənəndən sonra yenidən fotoqraflıq etdi, pianoda ifa etməyə başladı. Bəzən pianoda 3-4 saat ifa edirdi. Klassikaya üstünlük verirdi. Daha sonralar o, elektropiano almışdı.
- Siz də şeir yazmısınız?
- Olub, yazmışam. Vaqif deyirdi, “mən yazdım nə oldu, sən yazıb nə olacaqsan”. Əsərlərinin zamanında çap olunmaması ona təsir etmişdi, yeri hələ də göynəyirdi. O dedikləri də onun əks-sədası idi. Ümumiyyətlə, həyatı çox sevirdi. Deyirdi, xəstələnəndən sonra həyatı daha çox sevir. 75 illiyini qeyd edəndən sonra sanki ona güc, qüvvə gəldi. Əfsuslar olsun ki, bu, amansız xəstəliyin bir üzü idi. Hər şey dəyişdi və daha da pisləşdi.
- Deyirlər, ömrün ikinci baharı daha uğurlu olur.
- Yəqin ki, elədir. Həyatın mənası zamanla dəyişə də bilir. 20-30 il bundan əvvəl mən hansısa suallara başqa cür cavab verərdim. Mühit və zamanla həyata baxışın, məna dəyişir. Bu dünyanın bir qanunu var, o da məhəbbətdir. Mən o məhəbbəti deyirəm ki, o sənə nəfəs, yaşamaq enerjisi verir. Şükürlər olsun ki, biz bunu yaşadıq. Mən Vaqif müəllimlə xatirələrimi 2021-ci ildə çap olunan “Mən sənin yuxunam” kitabında vermişəm.

- Yusif Səmədoğlu ilə münasibətləri necə idi?
- Qardaşını çox istəyirdi. Aralarında 4 yaş fərq var idi, hörmətlə yanaşırdı. Xüsusilə xəstələnəndə Yusif bəy tez-tez onun yuxularına girirdi.
- Millət vəkili də olmuşdu Vaqif bəy. Necə deputat idi?
- Biz evləndikdən sonra deputat seçildi. Qeydlərində yazırdı ki, ikinci dəfə deputat olmaq istəmir. Çünki çox yorulurdu. Gündəliyində yazırdı: “Bəlkə ikinci ili olmayım?” Sonra cavab verirdi: “Yox, mən kömək etdiyim adamlara lazımam”. Vaqifdə vətəndaşlıq, xeyirxahlıq hissi çox güclü idi. Onu da deyirdi, ona görə deputat oldum ki, yaxşı pensiya alım. Zarafat etsə də, burada ciddilik daha çox idi.

- Onun ən çox işlətdiyi hansı sözlər indi də qulağınızdadır?
- Çox olub. Hamısını sizə deyə bilmərəm axı...

moderator.az
- Hikmət Hacıyevdən Prezidentlərin Şuşada birgə gəzintisi ilə bağlı paylaşım - VİDEO
Hikmət Hacıyevdən Prezidentlərin Şuşada birgə gəzintisi ilə bağlı paylaşım - VİDEO

moderator.az
- Vüsal Nəsirli ikisi QADIN olmaqla üç nəfərə VƏZİFƏ VERDİ - FOTO
Vüsal Nəsirli ikisi QADIN olmaqla üç nəfərə VƏZİFƏ VERDİ - FOTO

moderator.az
- Məsmə Aslanqızı: "Azdrama"da keçmiş rəhbərliklə problemimə görə bir çox aktyor mənə salam verməyə qorxurdu" – MÜSAHİBƏ
Məsmə Aslanqızı: "Azdrama"da keçmiş rəhbərliklə problemimə görə bir çox aktyor mənə salam verməyə qorxurdu" – MÜSAHİBƏ
– İsti ilə aranız necədir?
– Normal, amma yay fəslində adam daha çox Bakıdan kənarda olmaq istəyir. İmkan daxilində mən də Bakıdan uzaqlaşa bilirəm, amma hər fəslin öz gözəlliyinin olduğunu düşünürəm, övladlarıma da bunu təlqin edirəm. Məsələn, adətən, yağışda analar övladlarını orta məktəbə getməyə qoymurlar. Mən belə etmirəm, əskinə, istəyirəm, qızım yağışda da, qarda da dərsə getsin, məhz yağışın, qarın altında dərsə getmək necə bir hissdir, onu görsün, başa düşsün, hiss eləsin.
– Sizinlə müsahibə üçün danışanda qrafikinizin çox sıx olduğunu dediniz.
– Elədir. Ümumiyyətlə, mən işləməkdən zövq alıram, evdə boş-bikar otursam, daha çox yorularam, işləyib yorulmaq daha yaxşıdır. Ən çox zövq aldığım iş isə dublyajdır.
– Hazırda, mən bilən, daha çox elə dublyaja fokuslanmısınız, çünki sizin aktiv tamaşanızı xatırlamıram.
– Doğrudur, uzun müddətdir, mənim olduğum tamaşalar repertuardan çıxarılıb. Hazırda isə yeni tamaşanın məşqini edirik. İrqmar Berqmanın (İsveçli kino və teatr rejissoru, yazıçı-ssenarist, – N.P) "Payız sonatası" pyesi əsasında hazırlanmış üç nəfərlik tamaşadır. İllərdir, səhnədə görmədiyimiz Zemfira Nərimanova, Elşən Rüstəmov və mən. Düşünürəm ki, tamaşanı yeni mövsüm üçün təhvil verərik.
Tamaşalarımın repertuardan çıxarılmasının səbəbini bilmirəm
– Deyirsiniz ki, tamaşalarınız repertuardan çıxarılıb. Məsələn, "Xanuma" və "Qarabağnamə"ni xatırladım, hazırda onlar nümayiş olunmur. Repertuardan çıxarılma səbəbi nə olub?
– Həmçinin İlyas Əfəndiyevin "Boy çiçəyi" tamaşasında da var idim, tərəf müqabilim Xalq artisti Fuad Poladov dünyasını dəyişdi, sonra Xalq artisti Ramiz Novruzla oynadıq, o da dünyasını dəyişdi. Beləcə, zamanla repertuardan çıxarıldı. Siz adlarını çəkdiyiniz tamaşalar da həmçinin. Düzü, tamaşaların repertuardan çıxarılmasının səbəbi ilə bağlı konkret nəsə demək çətindir, yəni bilmirəm.

– Məsmə xanım, Sizin teatr fəaliyyətiniz 1995-96-cı illərdən başlayır. Yəni rahatlıqla demək olar ki, bir igidin ömrü qədər teatr ömrünüz var. Sizin üçün bu 30 illik teatr ömrü necə keçdi?
– Hərdən özüm də inana bilmirəm ki, 30 ildən çoxdur, Akademik Milli Dram Teatrındayam. Məni teatrda işlə təmin edən adam Xalq artisti Həsənağa Turabov olub. Qabiliyyət imtahanı götürəndə mahnı oxumaqdan tutmuş etüd göstərməyə, şeir deməyə qədər hər şey elədim. Adımı soruşdu, dedim Məsmə. Dedi, Məsmə olmaz, Məsməxanım olar. Sonra da dedi ki, çox istedadlı qızsan, əgər qəbul olmasan, "Azdrama"ya gedib onu tapım. Elə oldu ki, qəbul oldum, Xalq artisti Azər Paşa Nemətovun kursuna düşdüm. Xalq yazıçısı Elçinin "Ah Paris, Paris" tamaşasının məşqləri gedirdi. Məşqlərə baxandan sonra bizdən soruşdu ki, nə fikirləşirsiniz? Dedim, burada nə var ki... çıxaram, oynayaram. Amma sonra başa düşdüm ki, belə deyilmiş, səhnə adamı elə tutur, elə ovsunlayır ki... Addım atanda əllərini unudursan, əl-qol hərəkətləri edəndə ayaqlarını... Amma nəticə etibarilə Həsənağa Turabov baxdı, bəyəndi və məni işə götürdü.
– Müsahibələrinizin birində rast gəldim ki, xaraktercə çox utancaq adamsınız. Teatr və utanmaq, mənə çox qəribə gəldi.
Gülür.
– Bilirsiniz, mən uşaq vaxtlarından özümə qapanıq və özgüvənsiz biri olmuşam. Səhnəyə çıxanda bütün bunların hamısını unuduram, səbəbini mən də bilmirəm. Yəni səhnədə tamamilə başqa bir Məsmə oluram. Hətta qohumlarım da tamaşalarıma baxanda eynisini deyirlər, mən, doğrudan da, səhnədə başqa biriyəm. 48 yaşım var, günü bu gün də səhnədən kənarda kimsə məndən danışanda qulaqlarım qızarır.
– Azərbaycan teatr cameəsində zaman-zaman müxtəlif səpkili qalmaqallar olub. Ötən il sizin də adınız bu qalmaqallardan birində hallandı. O söhbətlərə qayıtmaq fikrim yoxdur, sadəcə, bu gün siz "Azdrama"dasınız, deyirsiniz, yeni tamaşanız var. Bu kontekstdə maraqlıdır, bədii rəhbər vəzifəsinin ləğvi və Mehriban Ələkbərzadənin teatrdan getməsindən sonra teatrda vəziyyət necədir?
– Mən bilmirəm, bunu Mehriban Ələkbərzadə ilə bağlamaq olar, ya yox, amma, həqiqətən də, çox ciddi dəyişikliklər var. Bilirsiniz, mən qalmaqal adamı deyiləm. Bu illər ərzində teatra gəlib məşqimi eləmişəm, tamaşamı oynamışam, işimə məsuliyyətlə yanaşmışam, bir çox dövlət tədbirlərində mütəmadi iştirak etmişəm, teatra, dövlətə, dövlətçiliyə sadiq olmuşam. Qeybət, söz gəzdirmək, rol üstündə dava etmək və s. bu cür xırdalıqlar mənlik olmayıb, xislətimdə yoxdur.
Birinci və ümid edirəm ki, sonuncu dəfə yaşadığım o dediyiniz qalmaqal isə daha çox bir insanın haqq səsi idi. Susub eləcə kənardan izləmək olmazdı, əslində, mənim və bir neçə sənət yoldaşımın demək istədiyini bir çox teatr aktyoru, sənət adamı demək istəyirdi. Sadəcə, bəziləri cürət etmirdi, bəziləri qorxduqlarını açıq etiraf edirdi, bəziləri laqeyd yanaşırdı, bəziləri isə səhnə arxasında danışmağa üstünlük verirdi. Nazim Hikmət demiş, sən yanmasan, mən yanmasam, biz yanmasaq, necə çıxar qaranlıqlar aydınlığa. Bir sözlə, biz yandıq, işığımızdan da bir çoxları bəhrələndi.

Şükür, indi teatrda nisbi sakitlikdir. Teatrın yaradıcı heyətinin, demək olar, hamısı tamaşalarla məşğuldur. Hamısı bir-biri ilə mehriban dolanır. Rəhbərlik tərəfindən hamıya eyni insanı münasibət göstərilir. Bir sözlə, heç kəs kənarda qalmır. Bu da teatrın direktoru İlham Əsgərovun sayəsində baş verir.
Kresloda oturmaq olar, vəzifə almaq olar, amma idarəçilik çox çətindir, bunu hər adam bacarmır
– Onda belə çıxır ki, Mehriban xanım orada olanda İlham Əsgərov bədii məsələlərə qarışmırdı.
– Əvvəl-əvvəl qarışmırdı, amma sonra gördü ki, mütləq bu prosesi öz əlinə almalıdır, başqa cür mümkün deyil. İlham Əsgərov 30 ilə yaxındır, "Azdrama"da çalışır, o bu teatrlar bağlı hər şeyi bilir, məlumatlıdır. Mən bunu dəfələrlə demişəm, yenə də deyirəm, bizim bəxtimiz gətirib ki, İlham Əsgərov kimi rəhbərimiz var. Tam səmimiyyətimlə deyirəm, İlham Əsgərov "Azdrama"nı söküb təzədən yığa bilər.
Dediyim kimi, teatrımızda ab-hava çox yaxşıdır, yəni tamamilə dəyişib. Hətta indi teatrda 90-cı illərin sonu, 2000-ci ilin əvvəllərindəki mühiti xatırlayıram, çünki o zaman mövcud olan böyük-kiçik anlayışı hiss olunur, hamının üzü gülür, hamı rahatdır.
Sizə bir şeyi də deyim, Mehriban Ələkbərzadə ilə aramızdakı problemə görə bir çox aktyor mənə salam verməyə qorxurdu ki, birdən xəbər ona çatar, o da onlara rol verməz, bizimlə də düşmənçilik edər, adımızı təqaüdə göndərməz və sair.
Bilirsiniz, hər adam idarəçiliyi bacarmır. Kresloda oturmaq olar, vəzifə almaq olar, amma idarəçilik çox çətindir, bunu hər adam bacarmır. Bu müddət ərzində mən Maqbet müəllimi (Maqbet Bünyadov – əməkdar mədəniyyət işçisi, 2006-2010-cu illərdə Akademik Milli Dram Teatrının direktoru olub, – N.P) çox yaxşı idarəçi kimi xatırlayıram.
– Biz ötənilki qalmaqala müəyyən mənada toxunduq, həmin qalmaqalın bir tərəfi də o idi ki, "Azdrama"ya başqa teatrlardan aktyor-aktrisa dəvət olunur...
– Mənə, ümumiyyətlə, bu müzakirə çatmır, burada qəribə nə var? Bu niyə yanlış olsun ki? Bu, tamamilə, normal haldır, mən heç vaxt heç bir halda "Azdrama"ya başqa teatrdan aktyor-aktrisa dəvət olunmasına pis baxmamışam. Teatrda işlədiyim müddətdə o qədər belə hal olub ki... Normaldır.
– Bayaq dediniz ki, hazırda teatrda hamının tamaşası var. Bəlkə, hamının rol almasına məhz başqa yerlərdən aktyor-aktrisanın dəvət olunması mane olurmuş.
Bir qədər düşünür...
– Yox, mən buna inanmıram.

30 ildir teatrdayam, bu illər ərzində yığdığım hörməti hansısa bir filmdə, serialda alacağım müəyyən qonorar xətrinə itirə bilmərəm
– Aydındır. Bu günlərdə "Mikrorayon" (Rejissor Qulu Əsgərov, ssenari Gəray Həsən, – N.P) adlı serial əməlli başlı gündəm yaradıb. Uzun illərdən sonra sizi filmdə-serialda görmək maraqlıdır və baş qəhrəmanın anası olan Bahar adlı rolunuz da kifayət qədər dramatikdir. Sözügedən rolla bağlı çıxışınıza baxdım, orada bir ifadə işlətdiniz ki, ssenari ilə tanış olan kimi rejissora demisiniz ki, Bahar obrazı mənəm. Maraqlıdır, özünüzlə Bahar obrazı arasında nə kimi bağ var?
Dərin bir ah çəkən Məsmə xanım bir xeyli düşünür. Hiss olunur ki, bu sualı cavablamaq üçün əməlli-başlı hazırlıq görür.
– Mən illərdir, efirdən uzaq düşmüşəm. Çox darıxmışdım efir üçün, çəkiliş meydançası üçün. "Mikrorayon"dan əvvəl iki seriala dəvət almışdım. Desəm ki, rejissorlar qapıma düzülmüşdü, yalan olar. Mən teatr aktrisasıyam, peşəkar kinoda ilk işim Yusif Quliyevin çəkdiyi "Qrinviç meridianından kənarda" qısametrajlı filmi olub, ikinci dəfə isə Xalq artisti Vaqif Mustafayevin Heydər Əliyev haqqında çəkdiyi filmdə Ulu Öndərin anası İzzət xanımın obrazını canlandırmışam. Mən daha çox teatrdakı rollarımla, uşaq verilişlərinin aparıcılığı ilə tanınmışam. "Mikrorayon" serialına dəvətim, sözün düzü, mənim üçün gözlənilməz oldu. Uzun illərdən sonra efirə məhz bu serialla qayıtdığıma görə özümü şanslı hesab edirəm.
– Deyirsiniz, buna qədər iki dəfə dəvət gəlmişdi, niyə imtina etdiniz?
– Ssenari məni qane etməmişdi, mənim üçün ssenari çox-çox vacibdir. Başqa tərəfdən isə rejissordan rejissora da fərq var. Bilirsiniz, rejissor məndə yaxşı fikir yaratmırsa, getmirəm. Mən 30 ildir, teatrdayam, bu illər ərzində yığdığım hörməti hansısa bir filmdə, serialda alacağım müəyyən qonorar xətrinə itirə bilmərəm. Bu mənada, seçici davranıram. Ən kiçik nümunəni deyim, bir də görürsən, mesaj gəlir, oxuyursan ki, bir mesajda beş dənə səhv var. Yəni adi bir təklif, adi bir dəvətdə belə bu cür xətalar məni soyudur, çünki bu ilkin təəssüratdır.
"Mikrorayon"a dəvət gəldi, ssenarini oxudum, oxuduqca inanın ki, əllərim əsirdi. Çünki bu obrazın həyatıma çox yaxın hiss edirdim. Çəkdiyim əziyyətlər, problemlər, təklik... Oxuduqca bütün bunlar mənim gözümün qarşısından keçdi və başa düşdüm ki, Bahar mənəm. Rejissor Qulu Əsgərova da məhz belə dedim, dedim ki, bilmirəm, siz bu rola kimi təsdiq edəcəksiniz, amma Bahar mənəm.
"Mikrorayon"un son seriyasından sonra rejissora yazdım ki, bu cür zəif övlad böyütdüyüm üçün özümə nifrət edirəm
– Necə düşünürsünüz, Azərbaycanda Bahar kimi analar çoxdurmu?
– Əlbəttə, çoxdur. Biz ümid edirik ki, serialda gəlinən ümumi nəticə bu mövzuda müsbət təsirini göstərəcək. Oğlan övladını yetişdirmək çox çətindir. Bəli, mən qız anasıyam, eyni sözləri qız övladı üçün də demək olar. Ümumiyyətlə, ana mövzusu, ananın tək-tənha müxtəlif səpkili problemlərlə təkbətək qalması, doğrudan da, bütün dövrlər üçün aktualdır.
Serialın son seriyasından sonra rejissora yazdım ki, bu cür zəif övlad böyütdüyüm üçün özümə nifrət edirəm. Bilirsiniz, heç bir qadın öz xoşu ilə güclü olmur, bu məcburiyyətdən yaranan bir şeydir. Serialda da bu məsələ kifayət qədər göstərilib, yenə də deyirəm, biz ümid edirik ki, məhz bu mövzudakı problemlərə müəyyən mənada işıq tuta biləcəyik.

Baharın yaşadığı əziyyətlər, ağrı, acı, tək başına bunların öhdəsindən gələ bilib-bilməmək qorxusu mənə çox tanış idi. Çünki məhz o ərəfədə oxşar həyatı özüm yaşayırdım. Mən şükür, öhdəsindən gəldim, Baharın taleyini isə serialda görəcəyik.
– Serial üçün kastinqdə iştirak edənlərin əksəriyyəti gənc nəsil idi. Gənclərlə işləmək necə idi?
– Bu qədər gənclə eyni anda bir kollektivdə ilk dəfə idi, işləyirdim. İnanın, heç birini tanımırdım, onların qabiliyyətini, istedadını görüb elə sevindim, elə sevindim. Nə yaxşı ki, Azərbaycan kinosunda belə bir gənc nəsil var. Böyük-kiçik yeri bilən, istedadlı... Mən elə gedib-gəlib böyük-kiçik yerini bilməkdən danışıram, bu səbəbsiz deyil. Baxın yenə də deyirəm, mən 30 ildir, teatrdayam, tutaq ki, qrim otağındayam, bir də görürəm, otağa Xalq artisti Rafiq Əzimov girdi, tez qalxıram ayağa, ona yer verirəm. Amma elə gənclər var ki, heç veclərinə də olmur, yer vermək bir yana, fikir belə vermirlər.
Davamlı dublyajla məşğul olmağım artıq məişət danışığıma da təsir edib
– Məsmə xanım, teatrı pafossuz düşünmək, demək olar ki, mümkün deyil. Siz teatr aktrisasısınız. Dublyajın diksiyası isə tamamilə fərqlidir. Siz həm də dublyaj aktrisasınız. Nəhayət, gəlirik filmə-seriala. Film həm pafosdan uzaq olmalıdır, həm də dili fərqlidir. Bunun öhdəsindən gəlmək sizin üçün çətin deyil ki?
Gülür.
– Əlbəttə ki, çətindir, həm də çox çətin. Çox düz deyirsiniz, teatrda pafossuz mümkün deyil. Məsələn, götürək "Almaz" pyesini, başdan ayağa pafosdur, onsuz mümkün deyil. Dublyaj danışığı da bir yandan. Sizə deyim, davamlı dublyajla məşğul olmağım artıq məişət danışığıma da təsir edib.
– Siz həftənin neçə günü dublyajda olursunuz ki?
– Bu, tələbatdan asılıdır. Bəzən hər gün, bəzən həftədə iki-üç dəfə, bəzən daha az, yaxud daha çox. Dediyim kimi, "Mikrorayon"a çəkiləndə çox narahat idim ki, həm teatrdakı pafos, həm də dublyajdakı dil mənə mane olsun. Amma belə olmadı, öhdəsindən gələ bildim.
– Dublyajdan söz düşmüşkən, qonorar məsələsi həmişə problemlidir. Yenə də elədirmi?
– Elədir, azdır.
Sırf teatrdan aldığımız maaşla dolanmaq olmur, oradan aldığımız məvacib heç bir həftəlik tələbatı ödəmir
– Yəni zəhmətə dəymir, sırf sevdiyiniz üçün məşğul olursunuz.
– Bilirsiniz, sırf teatrdan aldığımız maaşla da dolanmaq olmur. Bu mənada, əlavə işlər vacibdir. Mən də sevdiyim dublyaj işi ilə məşğulam. Buna qəti şəkildə məcburiyyət deyə bilmirəm, sevməsəydim, bəlkə də, çalışmazdım.
– Bəs serialda vəziyyət necədir? Məsələn, "Mikrorayon"dakı qonorar sizi qane elədimi?
– Mənim uzun müddətdən sonra ilk işim idi, hesab edirəm ki, buna da şükür demək olar.
– Bacılarınızdan birini bilirəm ki, incəsənət sahəsindədir. Bəs ümumiyyətlə ailənizdə başqa belə adamlar varmı?
– Biz üç bacıyıq, böyük bacım hüquq-mühafizə orqanlarında çalışır. Kiçik bacım isə, dediyimiz kimi, mədəniyyət sahəsindədir. İxtisas olaraq, rejissorluğu bitirsə də, hazırda müğənnidir. 1997-1998-ci illərdə iki bacı dövlət tədbirlərində çıxışlar edirdik, mən aparıcı, o isə ifaçı olaraq. Dəfələrlə böyük səhnələrdə, Heydər Əliyev Sarayında, hətta Ulu Öndərin iştirak elədiyi tədbirlərdə çıxışlar etmişik. Sonra ailə həyatı qurdu, bir az səhnədən uzaqlaşdı, indi daha çox el şənliklərində iştirak edir.

Atam şəhid olandan sonra ailəlikcə bilirdik ki, daha əvvəlki həyatımız olmayacaq
– Ailənizdən danışırıq, atanız 20 Yanvar hadisələrində şəhid olub. Bu hadisələr baş verəndə sizin 12-13 yaşınız var idi. Maraqlıdır, əgər yaşasaydı, sizi səhnəyə qoyardımı?
– Yox, qoymazdı. Bayaq danışdığımız utancaqlığım mənə elə atamdan keçib. Adicə hansısa bir toyda, məclisdə çəkilib ən arxada, gözdən-könüldən uzaqda dayanırdı ki, kameraya düşməsin.
Atam şəhid olanda mənim hələ 12 yaşım tamam olmamışdı, amma ona qədər bizi, az qala, Azərbaycanın bütün rayonlarını gəzdirmişdi. O vaxt indiki kimi hotellər, istirahət mərkəzləri yox idi, bir çadırımız olurdu, bir də biz. Hətta bir dəfə xatırlayıram, gedib meşədə çadır qurduq, beş-altı gün orada qaldıq. Axırı meşəbəyi gəldi ki..
– Məskən salmısınız...
– Hə, dedi, burada əməlli-başlı məskən salmışınız. Atam onun üçün "Meşəbəyi" mahnısını qoşdu, dedik, güldük, sonra onu da yola saldıq. Elə olurdu, qidamız qurtarırdı, düşürdük yaxın kəndlərə... Yəni o 11-12 il ərzində o qədər xatirələrimiz var ki... Atam şəhid olandan sonra ailəlikcə bütün bu xoşbəxt günlərimizi də itirdik, bilirdik ki, daha əvvəlki həyatımız olmayacaq. Anam, bu mənada, çox güclü qadındır, böyük qadındır. O bütün həyatını övladlarına bağlayıb, bizi elə böyüdüb. Mənə elə gəlir, qadın ana olandan sonra artıq öz həyatını unudur, övladları üçün yaşayır.
– Bayaq iki serialdan ssenariyə görə imtina etdiyinizi dediniz. Bəs teatrda imtina etdiyiniz rol olub?
– Teatrda buna ixtiyarımız yoxdur. Elə olub ki, baxmışam, bu rol mənim deyil, amma məcbur oynamışam. Bəlkə də, belə bir qayda yoxdur, amma mən heç vaxt imtina etməmişəm, edə bilməmişəm. Bəzən də elə olur ki, obrazı rejissor aktyora düzgün izah edə bilmir. Mənim elə obrazlarım olub ki, bu günə qədər orada nə oynadığımı başa düşməmişəm, çünki rejissor düzgün izah etməyib, edə bilməyib.
– Məsmə xanım, teatrda dostluq etdiyiniz adam varmı?
– Yoxdur (gülür). Mənim nəinki çalışdığım teatrda, ümumiyyətlə, bu sənətdə dostluq, rəfiqəlik etdiyim insan yoxdur. Xətrini çox istədiyim, hörmət etdiyim, pərəstiş etdiyim, ürəyimi sevindirən, üzümü güldürən insanlar var, amma bunlar dostluq deyil. Özümə ən yaxın bacılarımı, anamı və qızımı bilirəm.

– Bir az ənənəvi sualdır, ədəbiyyatla aranız necədir?
– İnanın ki, mən hər gün evdən çıxanda öz-özümə deyirəm ki, ilahi, mənə güc ver, "Səmərqənd"i (Livan əsilli fransız yazıçı Amin Maalufun romanı, – N.P) oxuyub bitirim. O dərəcədə məşğulam, düzdür, bu qətiyyən mənə haqq qazandırmır, amma belədir. Xalamın 85 yaşı var, hələ də kitab oxuyur. Kitabı oxuyuram, kimsə kənardan nəsə söz deyir, harasa çağırır, yarımçıq qalır, iki gün sonra qaldığım yerdən davam edə bilmirəm... Təəssüf.
Sonuncu dəfə Səbahəttin Əlinin "Xəz paltolu Madonna" kitabını səsli variantda dinləmişəm. Evdə iş görə-görə, hansısa hissəsini qaçıranda təzədən geri qaytarıb dinləyə-dinləyə, amma bu kitab oxumağın ləzzətini vermir. Bilirsiniz, kitabı vərəqləyə-vərəqləyə, qoxusunu ala-ala oxumadınsa, heç nə...
Beləcə, Məsmə xanımın kitab oxumağın ləzzətini, dadını özünəməxsus teatrallıqla təsviri ilə müsahibəni yekunlaşdırırıq. Məkandan çıxıb liftə minəndə bizə yaxınlaşan orta yaşlı qadın bayaqdan bəri bizi kənardan izlədiyini deyir.
– O xanımın siması tanış gəlir, yadıma sala bilmədim.
– Əməkdar artist Məsmə Aslanqızı, – dərhal cavablayıram.
Qadın əməlli-başlı təəccüblə o yan-bu yana baxır, axırı təəccübünü yığışdırıb deyir.
– "Mikrorayon"dakı qadındır, hə?
Təsdiq edirəm.
– Çox yaxşı oynayıb, çox təsirli... İndiki anaların səsi olub. İmkanınız olarsa, təşəkkürlərimizi çatdırın...
"Gəncə" məşqçisi Xulian Karlos Xiraldeslə yollarını ayırdı
Litva hökuməti istefa verdi
Kənd təsərrüfatı torpaqlarını 5 hektardan az satmaq mümkün olmayacaq
Prezidentin köməkçisi: "İcra hakimiyyətləri qarşısında yeni vəzifələr müəyyən edilib"
Torpaqların konsolidasiyası üçün hüquqi baza formalaşdırılır
UFC ulduzları Bakıda azarkeşlərlə görüşəcəklər
"Başqası olsaydı, bəlkə də bu qədər üzülməzdim"
Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov Anton Krivotsyuk və Abdulla Xaybullayevin yığmadan uzaqlaşdırılmasına münasibət bildirib.
Moderator.az qafqazinfo-ya istinadən xəbər verir ki, o, bu barədə jurnalistlərin suallarını cavablandırıb:
- Abdulla Xaybulayev və Anton Krivotsyuk yalnız bu toplanışdan kənarlaşdırılıblar, yoxsa Millətlər Liqasını da buraxacaqlar?
- Bu qərara mən özüm də pis olmuşam. Onlar yığmanın ən intizamlı futbolçularıdır. Başqası olsaydı, bəlkə də bu qədər üzülməzdim. Oyundan əvvəl məşqə birlikdə velosipedlə gedirdilər. Futbol emosional oyundur, lakin bəzi şeylər bağışlanmır. Komandada yaxşı ab-havamız var. Bu qərar yalnız hazırkı toplanışa aiddir.

moderator.az
- Şagird Araz çayında batdı - Suyun səviyyəsi endirildi
Şagird Araz çayında batdı - Suyun səviyyəsi endirildi
İmişli sakini çayda çimərkən boğulub.
Moderator.az oxu.az-a istinadla xəbər verir ki, hadisə rayonun Rəsullu kəndi ərazisində baş verib.
Kənd sakini Turan Mirağa oğlu Mirişli dünən saat 20 radələrində Araz çayında çimən zaman suda batıb.
Onun meyitin tapılması istiqamətində tədbirlər davam etdirilir.
Faktla bağlı İmişli Rayon Prokurorluğunda araşdırılma aparılır.

Araz çayının İmişli rayonundan keçən hissəsində batan 11-ci sinif şagirdinin axtarışları davam etdirilir.
Bu ilin məzunu Turan Mirişlinin tapılması məqsədilə hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri və katerləri cəlb edilib.
Hazırda ərazidə axtarış-xilasetmə tədbirləri davam etdirilir.

Araz çayının İmişli rayonundan keçən hissəsində batan 11-ci sinif şagirdi Turan Mirişlinin axtarışları davam edir.
Report-un məlumatına görə, axtarışların asanlaşdırılması məqsədilə Bəhrəmtəpə hidroqovşağından Araza buraxılan suyun həcmi azaldılmaqla çayda suyun səviyyəsi endirilib.

moderator.az
- "Xameneinin ölümündən sonra FTX təcili addım atdı" - "Financial Times"
"Xameneinin ölümündən sonra FTX təcili addım atdı" - "Financial Times"
"Rusiya öz müdafiə mexanizmlərini yenidən nəzərdən keçirməyə məcburdur..."
İranda baş verən son hadisələrdən sonra Rusiya xüsusi xidmət orqanları öz müşahidə sistemlərinin təhlükəsizliyini yenidən qiymətləndirməyə başlayıb.
Moderator.az xəbər verir ki, bu barədə "Financial Times" nəşri yazıb.
Texnoloji zəifliklər üzə çıxdı
Nəşrin məlumatına görə, İsrail xüsusi xidmət orqanlarının İranda həyata keçirdiyi uğurlu əməliyyatlar Moskvanın diqqətini dövlət müşahidə sistemlərinin potensial zəifliklərinə yönəldib.
Məqalədə iddia olunur ki, bundan sonra Rusiya təhlükəsizlik qurumları Vladimir Putinin və yaxın çevrəsinin mühafizəsində istifadə olunan bəzi gizli nəzarət sistemlərini yoxlama məqsədilə müvəqqəti olaraq dayandırıb. Nəşr yazır ki, əsas narahatlıq böyük həcmdə məlumatların emalı və müşahidə şəbəkələrinin kənardan müdaxiləyə məruz qalması ehtimalı ilə bağlıdır.
Süni intellektin rolu
Məqalədə qeyd olunur ki, İsrail kəşfiyyatı İranın müşahidə sistemlərindən əldə edilən məlumatları süni intellekt vasitəsilə təhlil edərək müəyyən şəxslərin hərəkət marşrutlarını və görüş məkanlarını müəyyənləşdirə bilib.
Müəlliflərin fikrincə, bu hadisə müasir texnologiyaların təhlükəsizlik sahəsində yaratdığı yeni imkanlarla yanaşı, yeni riskləri də nümayiş etdirib. Bu səbəbdən Rusiya xüsusi xidmət orqanları daxili serverlərin və müşahidə sistemlərinin təhlükəsizlik səviyyəsini yenidən yoxlamağa başlayıb.
Moskvanın narahatlığı artır
Nəşr həmçinin yazır ki, Moskvanı narahat edən digər amillərdən biri Ukrayna xüsusi xidmət orqanlarının və haker qruplarının fəaliyyəti ilə bağlı iddialardır. Məqalədə vurğulanır ki, müasir müşahidə və rabitə sistemləri sızma halları baş verdikdə dövlət üçün ciddi risk mənbəyinə çevrilə bilər.
Nəçr belə nəticəyə gəlir ki, süni intellekt, üz tanıma sistemləri və böyük məlumat bazalarının emalı sahəsindəki sürətli inkişaflar ənənəvi təhlükəsizlik yanaşmalarını dəyişdirir və dövlətləri öz müdafiə mexanizmlərini yenidən nəzərdən keçirməyə məcbur edir.
İrandan hava məkanı ilə bağlı yeni qərar
Tehranın İmam Xomeyni və Mehrabad hava limanlarında bütün uçuşlar müvafiq bildirişədək ləğv edilib.
Moderator.az xəbər verir ki, bu barədə İranın Mülki Aviasiya Təşkilatı məlumat yayıb.
Təşkilat həmçinin ölkənin qərbindəki bütün hava limanlarının da müvafiq bildirişədək bağlandığını bildirib.
Qeyd edək ki, ötən gecədən başlayaraq, İran İsrailə hücumları bərpa edib. Səhər saatlarında isə İsrail paytaxt Tehran daxil olmaqla, İranın bir neçə şəhərini vurub.

İranda hava məkanında uçuşlarla bağlı bütün məhdudiyyətlər aradan qaldırılıb.
Bu barədə İranın Mülki Aviasiya Təşkilatı məlumat yayıb.
Ürəyi ikinci dəfə dayanan Eriksendən ilk açıqlama
Danimarka millisinin yarımmüdafiəçisi Kristian Eriksen Ukrayna yığması ilə keçirilən yoldaşlıq oyununda huşunu itirdikdən sonra ilk dəfə instaqramda açıqlama yayıb.
Moderator.az qafqazinfo-ya istinadən xəbər verir ki, hazırda Almaniyanın "Volfsburq" klubunda çıxış edən 34 yaşlı futbolçu artıq evində olduğunu və bərpa prosesinə tam diqqət yetirdiyini bildirib:
"Hər kəsə bildirmək istəyirəm ki, özümü yaxşı hiss edirəm və artıq ailəmlə birlikdə evdəyəm. Təsəvvür etdiyiniz kimi, kardioverter-defibrilyator cihazının boşalması, yəni elektrik şoku verməsi həm mənim, həm də yaxınlarım üçün ciddi bir sarsıntı oldu. Lakin hər kəsi sakitləşdirmək istəyirəm, vəziyyət 2021-ci ildə baş verənlərdən tamamilə fərqli idi. Özümü yaxşı hiss edirəm və bərpa prosesim artıq başlayıb".
Qeyd edək ki, Danimarkanın Odense şəhərində Ukraynaya qarşı keçirilən yoldaşlıq matçının 65-ci dəqiqəsində Danimarka 2:1 hesabı ilə öndə olarkən Eriksen qəfildən ürəyini tutaraq ot örtüyünün üzərinə yıxılıb. Hadisədən sonra oyun dərhal dayandırılıb və daha sonra tamamilə təxirə salınıb.
Xatırladaq ki, K. Eriksen oxşar hadisəni ilk dəfə "Avro-2020" turniri zamanı, 2021-ci ilin yayında Finlandiya ilə matçda yaşamışdı. Həmin vaxt ürəyi dayanan futbolçunun həyatını xilas etmək üçün meydanda reanimasiya tədbirləri görülmüş və daha sonra onun bədəninə daimi kardiostimulyator yerləşdirilmişdi.

moderator.az
- Yaponiyada taxt-tac varisliyi böhranını həll etmək üçün qanuna dəyişiklik təklif olunub
Yaponiyada taxt-tac varisliyi böhranını həll etmək üçün qanuna dəyişiklik təklif olunub

moderator.az
- 74 gündür evlərə nə girə bilirlər, nə də çıxa - "Kömək etmək istəyəni də qoymurlar" - VİDEO
74 gündür evlərə nə girə bilirlər, nə də çıxa - "Kömək etmək istəyəni də qoymurlar" - VİDEO

moderator.az
- "ABŞ təsir imkanlarının həddi: Vaşinqtonun üç, İranın isə bir seçimi var" - CNN
"ABŞ təsir imkanlarının həddi: Vaşinqtonun üç, İranın isə bir seçimi var" - CNN
Belarus klubu ev oyunlarını Sumqayıtda keçirəcək
Səhranın altında nəhəng göl: Yalnız burada yaşayan canlılar aşkarlandı

moderator.az
- Qax şəhərində Multikulturalizm: nəzəriyyə, beynəlxalq təcrübə, Azərbaycan modeli” kitabının təqdimatı keçirildi
Qax şəhərində Multikulturalizm: nəzəriyyə, beynəlxalq təcrübə, Azərbaycan modeli” kitabının təqdimatı keçirildi

moderator.az
- "Yaxşı edib üstünə sürürəm, ağıllı ol" - İşıqforda başlayan dava qəza ilə bitdi - VİDEO
"Yaxşı edib üstünə sürürəm, ağıllı ol" - İşıqforda başlayan dava qəza ilə bitdi - VİDEO
Məşhur riyaziyyatçıdan sensasion proqnoz: Dünya çempionu Niderland olacaq

moderator.az
- "Rusiya üzərində qələbə üçün üç şərt". Rasmussen Avropaya plan təklif etdi" - "The Economist"
"Rusiya üzərində qələbə üçün üç şərt". Rasmussen Avropaya plan təklif etdi" - "The Economist"
"Avropa Moskva ilə danışıqlardan əvvəl Ukraynanın mövqeyini gücləndirməli və "güc vasitəsilə sülh" strategiyasını həyata keçirməlidir..."
NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussen hesab edir ki, Rusiya ilə danışıqlar üçün xüsusi nümayəndənin təyin olunması barədə müzakirələr hələ tezdir. Onun fikrincə, əsas məsələ danışıqlar aparacaq şəxsin kimliyi deyil, Avropanın hansı mövqedən danışacağıdır.
Moderator.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın "The Economist" nəşri yazıb.
"Rusiya yalnız gücə hörmət edir"
Rasmussen bildirir ki, Vladimir Putin və Dmitri Medvedevlə görüş təcrübəsi ona bir nəticə çıxarmağa imkan verib: Moskva yalnız gücə hörmət edir. Buna görə də Avropa əvvəlcə Ukraynanın mövqeyini gücləndirməli, yalnız bundan sonra diplomatik proses barədə düşünməlidir.
Onun sözlərinə görə, ABŞ-ın əvvəlki rolunu artıq Avropa öz üzərinə götürməyə məcburdur. Rasmussen Almaniyanın bu istiqamətdə liderlik nümayiş etdirdiyini vurğulasa da, görülən işlərin kifayət etmədiyini düşünür.
İki əsas addım
NATO-nun keçmiş baş katibinin fikrincə, ilk növbədə Rusiyanın hərbi iqtisadiyyatına daha güclü zərbə vurulmalıdır. Bunun üçün Ukraynaya texnoloji və sənaye dəstəyi artırılmalı, Rusiyanın raket proqramına xidmət edən təchizat kanallarına qarşı daha sərt sanksiyalar tətbiq edilməlidir.
Rasmussen ikinci vacib addım kimi Ukraynanın enerji infrastrukturunun sürətlə bərpasını göstərir. Onun sözlərinə görə, Avropa İttifaqında istifadədən çıxarılmış, lakin işlək vəziyyətdə olan enerji avadanlıqları Ukraynaya ötürülə bilər ki, bu da ölkənin qış aylarında dayanıqlığını artırar.
Ukraynanın Avropa gələcəyi
Rasmussen üçüncü şərt kimi Ukraynanın gələcəyinin açıq şəkildə Avropa İttifaqı ilə bağlanmasını göstərir. Onun fikrincə, bu, Putinə Ukraynanı öz təsir dairəsinə qaytarmaq cəhdlərinin nəticəsiz olduğunu nümayiş etdirəcək.
Müəllif hesab edir ki, Ukraynanın Aİ-yə üzvlüyü ən güclü təhlükəsizlik təminatıdır. Rasmussenin qənaətincə, Avropa bu üç şərti yerinə yetirərsə, Moskva ilə danışıqlar aparacaq nümayəndənin kim olması artıq ikinci dərəcəli məsələyə çevriləcək və sülh danışıqları daha güclü mövqedən aparılacaq.
"Liverpul"un keçmiş hücumçusu karyerasını başa vurdu - FOTO
"Liverpul"un keçmiş hücumçusu Divok Oriqi peşəkar futbolçu karyerasını başa vurduğunu açıqlayıb.
Moderator.az bu barədə Sport24.ru-ya istinadən xəbər verir.
"Oyunçu kimi futboldakı məqsədimə çatdım. Uşaqlıq arzularımı gerçəkləşdirdim - ən böyük arenalarda çıxış etdim və ən nüfuzlu kubokları qazandım. Bütün bunlara görə Tanrıya minnətdaram. Missiya tamamlandı. İndi məni yeni bir tale gözləyir. Səyahət davam edir", - deyə 31 yaşlı belçikalı futbolçu müraciətində bildirib.
Qeyd edək ki, Oriqi "Liverpul"un heyətində 175 oyunda meydana çıxıb və 41 qol vurub. Hücumçu "qırmızılar"ın tərkibində 2018/19 mövsümündə UEFA Çempionlar Liqasının qalibi olub, İngiltərə çempionluğunu qazanıb. O həmçinin İngiltərə Kuboku, Liqa Kuboku, UEFA Superkuboku və Klublararası Dünya Çempionatının qalibi adını qazanıb.
Bundan əlavə, belçikalı futbolçu karyerası ərzində "Milan", "Lill", "Volfsburq" və "Nottingem Forest" klublarında da çıxış edib.
Xameneinin harada dəfn olunacağı açıqlandı - FOTO
BƏƏ hava məkanında məhdudiyyətlərin müddətini uzatdı
ATMU-da insan alverinə qarşı mübarizə mövzusunda təlim keçirilib
Bakcell yeni baş icraçı direktor təyinatını elan edib
Starmerdən "Apple" və "Google" şirkətlərinə tələb
Canlı yayımda yaxınının ölüm xəbərini eşitdi
Uşaqlar sosial şəbəkə manipulyasiyasından necə qorunacaq? – Yeni qanun
"Qarabağ" Maksim Medvedev və daha iki mütəxəssisi ilə müqaviləni yeniləyib
Süni intellekt peyvənd yaratdı, insanlar üzərində sınaqdan keçirdi: Nə baş verdi?
Qaxda yol qəzasında ər-arvad xəsarət alıb
Aydın Mirzəzadə: "İrəvan sülhlə bağlı bəyanatlarını praktik müstəviyə keçirməlidir"
"Paşinyanın parlament seçkisində üstünlüyü Azərbaycan Prezidenti İlham Əliyevin Cənubi Qafqazda yaratdığı yeni reallıqların nəticəsi kimi qiymətləndirilə bilər".
Göyərçin bir ailənin dörd üzvünü zəhərlədi
İsrail Livanda "Hizbullah"a hücumları bərpa edib
Oman sahillərində hindistanlı dənizçilərin olduğu tanker hücuma məruz qaldı
Azərbaycan kibercinayətkarlığa qarşı mübarizədə yeni rekorda doğru...
Milli Kibertəhlükəsizlik Mərkəzi və Milli Kibertəhlükəsizlik Agentliyinin fəaliyyəti yaxın gələcəkdə nələri dəyişəcək?
Məlum olduğu kimi, kibercinayətkarlığa qarşı mübarizədə müasir dünyamızın ən aktual problemlərindən biridir. Texnologiyanın sürətli inkişafı, süni intellekt və digər faktorların gündəlik yaşamımızın tərkib hissəsinə çevrilməsi həyatımızı asanlaşdırsa da, kibercinayətkarlıqla bağlı yeni risklər və təhdidlər də formalaşdırır. Bu isə məlum təhlükə və təhdidlərə qarşı önləyəci tədbirlərin görülməsini, effektiv mübarizə imkanlarının genişləndirilməsini tələb edir. Bu baxımdan, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) nəzdində fəaliyyət göstərən Milli Kibertəhlükəsizlik Mərkəzinin fəaliyyəti mühüm əhəmiyyətə malikdir.
Məlumat üçün qeyd edək ki, Milli Kibertəhlükəsizlik Mərkəzi kritik informasiya infrastrukturunun təhlükəsizliyinə nəzarət edir, bu sahədə ortaya çıxan təhdid və təhlükələri aradan qaldırır. Hansı ki, son illər bu istiqamətdə mühüm uğurların əldə etdiyi göz önündədir. Xatırladaq ki, Milli Kibertəhlükəsizlik Mərkəzinin rəisi Davud Rüstəmov Bakıda keçirilən “4-cü Milli Kibertəhlükəsizlik Forumu”nda çıxışı zamanı milli təhlükəsizlik indeksi üzrə ölkəmizin qazandığı nailiyyətlərə diqqət çəkib:
“Qafqaz regionunda Azərbaycan milli kibertəhlükəsizlik indeksi üzrə birincidir. Ölkəmiz 2020-2021-ci ildə həmin indeks üzrə dünya reytinqində 86-cı yerdə idi. Keçdiyimiz ötən 6 ildə görülən işlər Azərbaycanın mövqeyinin zamanla 86-dan 52-ci yerə, bu yaxınlarda isə 31-ci yerə gəlməsinə imkan verib”.
Davud Rüstəmov qeyd edib ki, Azərbaycan bu istiqamətdə ciddi addımlar atmaqda davam etməkdədir:
“Hazırlanan qanunvericilik aktları, görüləcək işlər, üzərində işlənən layihələrin reallaşması inanıram ki, mövqeyimizi qlobal indeksdə T1 səviyyəsində təmin edəcək və 20-ci yerlərdə qərarlaşa biləcəyik. Hədəfə çatacağımıza dair böyük ümidlər var”. (https://azertag.az/xeber/davud_rustemov_qlobal_miqyasda_kibertehlukesizlik_indeksi_uzre_movqeyimizi_t1_seviyyesinde_temin_edeceyimize_inaniram_video-4241755 ).
Onu da xatırladaq ki, Prezident İlham Əliyevin 2 iyun 2026-cı il tarixli Fərmanı ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin əsasında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində “Milli Kibertəhlükəsizlik Agentliyi” publik hüquqi şəxs yaradılıb. Milli Kibertəhlükəsizlik Agentliyinin yaradılması ölkəmizin rəqəmsal transformasiya prosesində mühüm mərhələ kimi dəyərləndirilməklə yanaşı, həm də milli təhlükəsizliyimizin gücləndirilməsi, bu prosesin müasir tələblərə uyğunlaşdırılması baxımından tarixi yenilik kimi qiymətləndirilir. Milli Kibertəhlükəsizlik Agentliyinin yaradılması ölkəmizdə bu müstəvidə törədilən bütün cinayətləri, eləcə mövcud təhlükə və mümkün riskləri vahid mərkəz vasitəsi ilə nəzarətdə saxlamağa, təhlil etməyə və sistemli şəkildə mübarizə aparmağa imkan verəcək.
Bununla yanaşı, onu da qeyd edək ki, Azərbaycanın müstəqillik dövrünün təcrübəsi, eləcə də son illər baş verən proseslər sübut edir ki, kibertəhlükəsizliklə bağlı təhdid və təhlükələrlə mübarizədə DTX kifayət qədər effektli və sistemli mübarizə ortaya qoyub, bu sahədə böyük uğurlar əldə edib. Zəngin kadr ehtiyatı, yüksək maddi-texniki baza, böyük təcrübə DTX-nı kibercinayətkarlığa qarşı mübarizədə daha geniş imkan və səriştəyə malik olduğunu göstərur. Bu isə o deməkdir ki, Milli Kibertəhlükəsizlik Agentliyinin gələcəkdə DTX-nın tabeçiliyinə verilməsi daha məqsədəuyğun və faydalı ola bilər.
Seymur ƏLİYEV
Balaəli Xəyyamın mahnısını oğurlayıb? - AÇIQLAMA
Antibiotiklər təsirini itirir: ÜST-dən dünyanı narahat edən xəbərdarlıq
Əsmər Əliyeva vəzifəsindən azad olunub
Xaricdə təhsil üzrə Dövlət Proqramının namizədləri ən çox hansı ölkələri seçiblər?
Azərbaycan və Gürcüstan XİN başçıları Cənubi Qafqazın əhəmiyyətini müzakirə ediblər
Pleased to meet with Foreign Minister Maka Botchorishvili on the margins of the 10th Trilateral Meeting of the Foreign Ministers of Azerbaijan, Georgia and Türkiye in Istanbul.
— Jeyhun Bayramov (@Bayramov_Jeyhun) June 8, 2026
We discussed the strong Azerbaijan–Georgia strategic partnership, cooperation in energy, transport and… pic.twitter.com/m8OgE0Ryi7
Bu 3 tarixdə doğulan insanlardan çoxları çəkinir - Səbəb nədir?
Aİ-dən SEPAH-ın Hərbi Dəniz Qüvvələri ilə bağlı SANKSİYA
Hacıqabulda açıq ərazidə yanğın baş verib - VİDEO
Sabah hava meteohəssas insanlar üçün necə olacaq?

moderator.az
- Pis vərdişlərdən əbədi qurtulmaq üçün 15 dəyərli MƏSLƏHƏT...
Pis vərdişlərdən əbədi qurtulmaq üçün 15 dəyərli MƏSLƏHƏT...
Azərbaycanda güzəştlə alınmış aqrar texnikanın ixracı məhdudlaşdırılıb
Gəncədə 17 yaşlı yeniyetmənin meyiti tapıldı
Ucarda yük maşını aşdı, makaronlar yola dağıldı
Novxanıda narkobunker aşkarlanıb

moderator.az
- Ceyhun Bayramov Azərbaycan vətəndaşlarına münaqişə zonalarından uzaq durmalarını tövsiyə edib
Ceyhun Bayramov Azərbaycan vətəndaşlarına münaqişə zonalarından uzaq durmalarını tövsiyə edib
Ramiz Fətəliyev Prezidentin fəxri diplomu ilə təltif edilib
Müəllimlərin sertifikasiya imtahanı üçün yerlər AÇIQLANDI

moderator.az
- Toy karvanında "avtoşluq" edənləri polis saxladı - ANBAAN VİDEO
Toy karvanında "avtoşluq" edənləri polis saxladı - ANBAAN VİDEO

moderator.az
- Bakıda DƏHŞƏT: Mənzildən ata və məktəbli oğlunun meyitləri tapıldı, digər övlad xəstəxanalıq oldu - FOTO
Bakıda DƏHŞƏT: Mənzildən ata və məktəbli oğlunun meyitləri tapıldı, digər övlad xəstəxanalıq oldu - FOTO
İspaniyanın baş nazirindən Roma Papasına maraqlı hədiyyə - FOTO
Avropa çempionatı: Azərbaycan Fransaya qarşı

moderator.az
- “Tədbir görülməsə fəsadlara yol aça bilər” - aramsız yağan yağışlar torpaq sürüşmələrini aktivləşdirə bilər? - ÖZƏL+AÇIQLAMA
“Tədbir görülməsə fəsadlara yol aça bilər” - aramsız yağan yağışlar torpaq sürüşmələrini aktivləşdirə bilər? - ÖZƏL+AÇIQLAMA

moderator.az
- Ömür boyu sevgi: bir-birləri üçün yaradılan BÜRCLƏR
Ömür boyu sevgi: bir-birləri üçün yaradılan BÜRCLƏR
Ömürlük sevgi insanların hər gün etdiyi bir seçimdir. Astrologiya kiminlə daha asan əlaqə quracağınızı göstərə bilər, lakin güclü bir münasibətin əsl təməli etibar, hörmət və birlikdə olmaq istəyi üzərində qurulub.
İllərlə davam edən münasibətlər həmişə heyranlıq mənbəyidir. Onlar xüsusi görünürlər, sanki insanlar arasında çətinliklərin öhdəsindən gəlməyə və birlikdə qalmağa kömək edən görünməz bir bağ var.
Astrologiya bunu sadəcə izah edir: müəyyən bürclərin şəxsiyyətlərində, duyğularında və hətta düşüncə tərzində özünü göstərən təbii uyğunluğu var. Bu, digər birliklərin məhv olacağı anlamına gəlmir, lakin bəzi cütlüklərin ahəngdar və davamlı bir sevgi şansı daha yüksəkdir.
Qoç və Şir
Bu ikisi heç vaxt “yarım güclə” yaşamırlar. Onların münasibətləri daimi hərəkət, emosiya və canlı hadisələrlə doludur. Mübahisə edə, rəqabət apara və hətta toqquşa bilərlər, lakin bu, eyni zamanda bir-birlərinə olan marağını qoruyub saxlayır.
Bu cütlükdə hər iki tərəfdaşın:
- bir-birinin xarakterinin gücünə hörmət etməsi;
- emosiyalarını açıq şəkildə ifadə etməkdən çəkinməməsi;
- bir-birinin ambisiyalarını dəstəkləməsi vacibdir.
Əgər onlar liderlik uğrunda mübarizə aparmağı deyil, birlikdə hərəkət etməyi öyrənsələr, bu, çox uzun müddət davam edə biləcək bir ittifaqdır.
Buğa və Qız bürcü
Bu, ən sabit cütlüklərdən biridir. Yaxınlıq hiss etmək üçün təmtəraqlı sözlərə ehtiyac duymurlar. Onlar sakit, praktik təbiətə və rahat bir həyat yaratmaq istəyinə sahibdirlər.
Bu münasibətdə:
- təfərrüatlara çox diqqət və qayğı var;
- kiçik dram və kəskin münaqişələr;
- dərin təhlükəsizlik hissi var.
Bu cütlüklər tez-tez qarşılıqlı hörmət və etimadın hökm sürdüyü güclü ailələr qururlar.
Əkizlər və Tərəzi
Bu bürclər ünsiyyət sevgisini bölüşürlər. Saatlarla danışa, ideyaları müzakirə edə, xəyal qura və planlaşdıra bilərlər. Onların münasibətləri aşağıdakılar üzərində qurulub:
- intellektual uyğunluq;
- münaqişələri həll etməkdə rahatlıq;
- birlikdə inkişaf etmək istəyi.
Bu cütlük nadir hallarda darıxır. Bir-birlərinə ilham verir və həyatı daha maraqlı edirlər.
Xərçəng və Balıqlar
Bu, çox həssas və incə bir ittifaqdır. Onlar partnyorlarının emosiyalarını demək olar ki, intuitiv şəkildə hiss edirlər və həmişə dəstək olmağa hazırdırlar. Bu münasibətdə:
- emosional yaxınlıq vacibdir;
- bol istilik və qayğı;
- güclü daxili əlaqə.
Onların zəifliyi həddindən artıq həssaslıqdır, lakin tarazlığı qorumağı öyrənsələr, bu, güclü və dərin bir birlik olacaq.
Əqrəb və Oğlaq
Bu cütlük ciddi münasibətlər qurur. Onlar açılmaqda gecikirlər, amma etibar etsələr, bu, uzunömürlü olacaq. Onları aşağıdakılar birləşdirir:
- sabitlik arzusu;
- münasibətlər üzərində işləmək bacarığı;
- dərin, lakin təmkinli emosionallıq.
Bu, çətinliklərə tab gətirə bilən və şəraitin təzyiqi altında dağılmayan bir birlikdir. /lent.az/
Seysmoloq İstanbulda güclü zəlzələ riski barədə xəbərdarlıq etdi

moderator.az
- Xalq artistindən ETİRAZ: “Ərizəmi yazıb çıxdım, 6 ay tamaşa hazırlayırsan, 1 dəfə göstərilir” - FOTO+ÖZƏL
Xalq artistindən ETİRAZ: “Ərizəmi yazıb çıxdım, 6 ay tamaşa hazırlayırsan, 1 dəfə göstərilir” - FOTO+ÖZƏL
Ukrayna Taqanroq limanını alovlara qərq etdi

moderator.az
- “Nə kamera var, nə də mühafizə, qeyri-rəsmi fəaliyyət göstərirlər” - Turistlərin gecələdiyi hostellərə nəzarət varmı? - ÖZƏL+FOTO
“Nə kamera var, nə də mühafizə, qeyri-rəsmi fəaliyyət göstərirlər” - Turistlərin gecələdiyi hostellərə nəzarət varmı? - ÖZƏL+FOTO
Mayın 30-u ilə bağlı XƏBƏRDARLIQ

moderator.az
- Çempionlar Liqasında həlledici gecə: PSJ titulu qoruyacaq, yoxsa "Arsenal" tarix yazacaq?
Çempionlar Liqasında həlledici gecə: PSJ titulu qoruyacaq, yoxsa "Arsenal" tarix yazacaq?
Türkiyədə zəlzələ oldu

moderator.az
- 1000-dən az qazanan vergi ödəməməlidir — Natiq Cəfərli
1000-dən az qazanan vergi ödəməməlidir — Natiq Cəfərli
İllərdir ziyanlı bilinirdi, əslində şəfa imiş
Minimum maaş ən azı 660 manat olmalıdır - DEPUTAT

moderator.az
- Putinin orqanları donuzunkularla əvəzlənəcək...-"The Wall Street Journal"
Putinin orqanları donuzunkularla əvəzlənəcək...-"The Wall Street Journal"

moderator.az
- Hindistanda ölü elan edilən gənc qadın atası və qardaşının həbsindən sonra "dirildi"
Hindistanda ölü elan edilən gənc qadın atası və qardaşının həbsindən sonra "dirildi"

moderator.az
- Kürdə suyun səviyyəsi artmaqda davam edir: Sahilboyu kəndlər TƏHLÜKƏDƏ - VİDEO
Kürdə suyun səviyyəsi artmaqda davam edir: Sahilboyu kəndlər TƏHLÜKƏDƏ - VİDEO
Tur şirkəti vətəndaşları "tələ"yə saldı? - VİDEO
"Barselona" ingilis futbolçunu transfer etdi

moderator.az
- Axund Azər Sani: "İnsana ən böyük zərbə vaxtilə çox fədakarlıq etdiyi adamdan gəlir" - VİDEO
Axund Azər Sani: "İnsana ən böyük zərbə vaxtilə çox fədakarlıq etdiyi adamdan gəlir" - VİDEO

moderator.az
- "Məqsədimiz işçi sayını 200 nəfərə çatdırmaqdır" - Xocalıda Prezidentin açılışını etdiyi tekstil müəssisəsindən REPORTAJ - VİDEO
"Məqsədimiz işçi sayını 200 nəfərə çatdırmaqdır" - Xocalıda Prezidentin açılışını etdiyi tekstil müəssisəsindən REPORTAJ - VİDEO

moderator.az
- "Mossad"ın ABŞ-dakı keçmiş casusu İsrailin Türkiyə ilə savaşının labüdlüyünü vurğuladı...
"Mossad"ın ABŞ-dakı keçmiş casusu İsrailin Türkiyə ilə savaşının labüdlüyünü vurğuladı...
"The Middle East Eye" qəzetinin məlumatına görə, ABŞ-dakı keçmiş İsrail casusu Conatan Pollard İrandan sonra İsrail təcavüzünün növbəti hədəflərinin Misir və Türkiyə olacağını proqnozlaşdırıb.
Moderator.az bu haqda "İslamnews" nəşrinə istinadla xəbər verir.
O, "Arutz Sheva" xəbər agentliyinin jurnalistinə verdiyi açıqlamada "Türklərlə işimizin iranlılarla olduğu qədər asan keçəcəyinə əmin deyiləm" deyib. "Çox güman ki, Türkiyəyə və ya Misirə qarşı olacaq növbəti müharibəyə hazırlaşmalıyıq. Fırtına yetişir" deyib Pollard.
O, həmçinin Türkiyənin dəstəklədiyi Suriya keçid hökumətinin İsrail ordusu tərəfindən işğal edilmiş torpaqları geri almasına mane olmağa çağırıb.
Türkiyənin "Strateji Düşüncə İnstitutu" saytının bu mövzuda məlumatında əlavə edilir ki, keçmiş "Mossad" agenti Pollard bu açıqlamaları verərkən Türkiyənin NATO üzvlüyünü də vurğulayıb:
“Mən Türkiyənin hərbi doktrinasını izləyirəm - onların Yaxın Şərqdə ən güclü ordusu var. Bir fırtına gəlir və onlar NATO üzvləridir. Daha da pisi, onlar NATO üzvüdürlər.
Buna görə də İrana mütləq həll etməli olduğumuz bir problem kimi baxıram və nə demək istədiyimi izah edəcəyəm. Qəzza da eyni şəkildə. Və "Hizbullah" da.
Niyə? Niyə mən indi buna aludə olmuşam? Çünki növbəti müharibəyə hazır olmalıyıq. Bu müharibə, yəqin ki, Türkiyə və Misirə qarşı olacaq”, - deyə o bildirib.
Zəruri arayış:

Conatan Pollard ABŞ-dan İsrailə məxfi məlumat ötürdüyünə görə 30 il ABŞ həbsxanasında cəza çəkib. O, 2015-ci ildə azadlığa buraxılıb, İsrail vətəndaşlığını alıb və 2020-ci ildə İsrailə köçüb. Həmin vaxt onu hava limanında Benyamin Netanyahu qarşılayıb.
Pollard Milli Təhlükəsizlik Naziri İtamar Ben-Qvirin silahdaşı və dostudur və Fələstin ərazilərində etnik təmizləmə çağırışlarını dəstəkləyib.
S.Laçın
ABŞ Ebola üçün 80 milyon dollar ayırdı
ABŞ Afrikada Ebola virusu ilə mübarizə üçün əlavə 80 milyon dollar ayırıb.
Moderator.az xəbər verir ki, bu barədə ABŞ prezidentinin Afrika və Ərəb ölkələri üzrə baş müşaviri Massad Bulos deyib.
"Hazırda maliyyə yardımının məbləği 112 milyon dollar təşkil edir",- o bildirib.
Tramp İranla bağlı toplantısını heç bir qərar qəbul etmədən başa vurub
ABŞ Prezidenti Donald Tramp İran sazişi ilə bağlı keçirilən iclası hər hansı qərar qəbul etmədən başa vurub.
Moderator.az-ın məlumatına görə, bu barədə "The New York Times" qəzeti ABŞ administrasiyasının yüksək rütbəli rəsmisinə istinadən yazıb.
"Adının açıqlanmasını istəməyən administrasiyanın yüksək rütbəli rəsmisinin sözlərinə görə, Prezident Trampın Situasiya Otağındakı iclası təxminən iki saat davam edib, lakin o, İranla hər hansı yeni saziş barədə qərar qəbul etməyib", - materialda qeyd olunub.
Mənbə əlavə edib ki, administrasiya razılaşmaya yaxın olduğunu hesab edir, lakin İran üçün vəsaitlərin dondurulmasının ləğv edilməsi də daxil olmaqla, müəyyən məsələlər hələ də müzakirə olunmaqdadır.
Ən çox ət yeyilən ölkələr: Azərbaycan neçəncidir?
Dünyada adambaşına ən çox ət istehlakına malik ölkələr açıqlanıb.
Moderator.az Ölkə.az-a istinadən xəbər verir ki, ət istehlak edən ölkələri 5 qrupa bölmək olar: ən az, az, orta, çox və ən çox.
Ən az ət istehlak edən ölkələr - adambaşına 3,7 kiloqramdan 21 kiloqramadək ət yeyilən ölkələrdir. Bura Brundi, Banqladeş, Hindistan, Suriya, Əfqanıstan, Nigeriya, Niger, Yəmən, Somali və digər ölkələr daxildir.
Azərbaycan illik adambaşına ət yeyən ölkələr sırasında ikinci qrupda yer alıb. Belə ki, Azərbaycanda illik 40,5 kq adambaşına ət istehlak edilir. Pakistan, İran, Qırğızıstan, Misir, Gürcüstan, Özbəkistan, Ermənistan, Türkiyə, Ukrayna az ət yeyilən ölkələr sırasındadır.
Müsəlman ölkələrindən Səudiyyə Ərəbistanı, Türkmənistan, BƏƏ, Küveyt, Bəhreyn, Qazaxıstan kimi ölkələr orta səviyyəli ət yeyilən ölkələrdir. Bu ölkələrdə illik adambaşına 58-84 kq ət istehlakı düşür.
Yaponiya, Almaniya, Çin, Finlaniya, Fransa, Rusiya, Britaniya və digər Avropa dövlətləri də orta səviyyəli ət istehlak edilən ölkələrdir. Bu ölkələrdə adambaşına ət istehlakı 60-100 kq arasında dəyişir.
Dünyanın ən çox ət istehlak edilən ölkələrini, yəni illik adambaşına 100 kq-dan çox olan ölkələrin siyahısını təqdim edirik:
1. Tonga krallığı - 148 kq
2. Monqolustan - 132 kq
3. Saint Vemcent və Grenadinler - 124 kq
4. Honq Konq -123 kq
5. ABŞ - 123 kq
6. Marşal adaları - 118 kq
7. Argentina - 113 kq
8. İsrail - 113 kq
9. Makao - 113 kq
10. Avstraliya - 112 kq
11. Baham adaları - 108 kq
"Lion"un keçmiş futbolçusu vəfat etdi
"Lion" klubunun və Fransa gənclər yığmasının keçmiş futbolçusu Brian Berqunyu 43 yaşında vəfat edib.
Moderator.az xəbər verir ki, bu barədə Fransa təmsilçisi sosial şəbəkələrdə məlumat yayıb.
"Olimpik Lion" klubun əfsanəsi Brian Berqunyunun vəfatını dərin kədərlə bəyan edir. Klub bu dəhşətli xəbərdən sarsılıb və onun ailəsinə, yaxınlarına, eləcə də onu tanıyan və sevən hər kəsə ən səmimi başsağlığını çatdırır", - deyə komandanın bəyanatında bildirilir.
Xatırladaq ki, Berqunyu "Lion"un heyətində üç dəfə Fransa çempionu olub, həmçinin iki dəfə ölkə Superkubokunu qazanıb. Bundan əlavə, yarımmüdafiəçi "Tuluza", "Leççe" və bir sıra digər komandalarda da çıxış edib.
2023-cü ilin dekabrında Berqunyuya qulaqaltı vəzi xərçəngi diaqnozu qoyulmuşdu.

moderator.az
- "İlk uşağın doğulması üçün ideal yaş müəyyənləşdi" - Alimlərdən açıqlama
"İlk uşağın doğulması üçün ideal yaş müəyyənləşdi" - Alimlərdən açıqlama
"Kanadalı tədqiqatçılar ilk valideynlik yaşının həyatın sonrakı mərhələlərinə ciddi təsir etdiyini açıqlayıblar..."
Kanadanın Nyu-Bransuik Universitetinin alimləri ilk uşağın dünyaya gətirilməsi üçün ən uyğun yaş aralığını müəyyənləşdirmək məqsədilə genişmiqyaslı elmi tədqiqat aparıblar.
Moderator.az xəbər verir ki, bu barədə "Daily Mirror" nəşri yazıb.
Araşdırmanın əsas nəticələri
Araşdırma zamanı minlərlə insanın həyat göstəriciləri təhlil olunub və valideynlik yaşının təhsil, gəlir, sağlamlıq və ümumi həyat keyfiyyəti ilə əlaqəsi müqayisə edilib.
"PLOS One" jurnalında dərc olunan tədqiqatın nəticələrinə görə, ilk dəfə valideyn olmaq üçün ən optimal yaş aralığı təxminən 26-31 yaşdır. Xüsusilə 29 yaş ətrafı dövr ən balanslı göstəricilərlə seçilir. Alimlərin fikrincə, bu yaşda ilk dəfə valideyn olan şəxslər həm maddi, həm sosial, həm də sağlamlıq baxımından daha sabit nəticələr nümayiş etdirirlər.
Təhsil və gəlir göstəriciləri
Araşdırma çərçivəsində 6282 nəfərin məlumatları təhlil edilib. Nəticələr göstərib ki, erkən yaşda, xüsusilə 25 yaşdan əvvəl valideyn olan şəxslər gələcəkdə daha aşağı gəlir səviyyəsi və daha məhdud sosial imkanlarla üzləşirlər. Əksinə, valideynliyi gecikdirən insanlar daha yüksək təhsil alma şansı qazanır və əmək bazarında daha sabit mövqeyə sahib olurlar. Statistik göstəricilərə əsasən, ən yüksək gəlir səviyyəsi əsasən 29 yaş ətrafında valideyn olan şəxslərdə müşahidə edilir.
Sağlamlıq və ümumi nəticələr
Tədqiqat fiziki və psixoloji sağlamlıq göstəricilərində də oxşar tendensiya üzə çıxarıb. Erkən yaşda valideyn olan şəxslər daha çox sağlamlıq problemləri ilə üzləşsələr də, bu fərqin 26 yaşdan sonra tədricən azaldığı və sabitləşdiyi qeyd olunur. Eyni zamanda, ümumi həyat məmnuniyyəti bütün yaş qruplarında təxminən eyni səviyyədə qalır və ciddi fərq müşahidə edilmir.
Nəzəri izah və yekun nəticə
Alimlər bu fərqləri "keçid mərhələsi" nəzəriyyəsi ilə izah edirlər. Bu yanaşmaya görə, insan mühüm həyat dəyişiklikləri dövründə, məsələn, təhsil və ya karyera formalaşarkən valideyn olarsa, onun şəxsi inkişaf trayektoriyası qismən ləngiyə bilər.
Bununla belə, tədqiqat müəllifləri xüsusi vurğulayırlar ki, bu nəticələr gənc yaşda valideyn olan şəxslərin uğurlu və xoşbəxt həyat qura bilməyəcəyi anlamına gəlmir. Onların fikrincə, əsas məsələ sosial dəstək mexanizmlərinin gücləndirilməsidir.
KİV: Tramp hələ ABŞ-İran razılaşması ilə bağlı qərar qəbul etməyib
ABŞ prezidenti Donald Tramp hələ ABŞ-İran razılaşması ilə bağlı qərar qəbul etməyib.
Moderator.az xəbər verir ki, bu barədə "The New York Times" qəzeti mənbələrə istinadən məlumat yayıb.
Trampın müşavirlərlə görüşü təxminən iki saat davam etsə də, konkret nəticə əldə olunmadan başa çatıb.
Qəzetin məlumatına görə, ABŞ prezident administrasiyası razılaşmaya yaxın olduğuna inanır, lakin rəsmi bildirib ki, iranlılar üçün vəsaitin ayrılması da daxil olmaqla bəzi məsələlər hələ də müzakirə olunur.

moderator.az
- San-Pauluda Azərbaycan bayrağı göydələnlərdə proyeksiya edildi - FOTO
San-Pauluda Azərbaycan bayrağı göydələnlərdə proyeksiya edildi - FOTO
Braziliyanın San-Paulu şəhərində Azərbaycan bayrağının rəngləri fonunda işıq proyeksiyası və vizual nümayiş təqdim olunub.
Moderator.az xəbər verir ki, Azərbaycanın Braziliyadakı səfirliyinin təşəbbüs və dəstəyi ilə baş tutan bu layihə San-Paulu ştatının eyniadlı paytaxtının müasirlik və tarixiliyi özündə birləşdirən iki əsas məntəqəsində fərqli tərtibatlarla həyata keçirilib.
Şəhərin ən qaynar və izdihamlı mərkəzi olan Paulista prospektindəki məşhur FIESP göydələnləri üzərində Azərbaycanın qədim tarixini və zəngin mədəniyyətini, eləcə də milli mətbəximizi və füsunkar təbiətimizi əks etdirən videosüjet göstərilib, portuqal dilində "28 May - Azərbaycanın Müstəqillik Günü" yazılmış hərəkət edən sətirlərin müşayiəti ilə üçrəngli bayrağımızın işıq proyeksiyası nümayiş etdirilib. FIESP göydələnləri 130 min şirkət və 131 assosiasiyanı özündə birləşdirməklə 2.5 trilyon ABŞ dolları məbləğində hesablanan Braziliya ÜDM-də təqribən 23 faiz payla iştirak edir.
Azərbaycanın Müstəqillik Günü bayramı ilə bağlı digər tədbir isə San-Paulu Şəhəri İcra Hakimiyyəti Şurasının iştirakı ilə ərsəyə gəlib. Belə ki, şəhərin tanınmış müasir memarlıq-mədəniyyət abidələrindən olan "Oktavio Frias De Oliveyra" asma körpüsü və "Mario de Andrade" kitabxanası 28 may axşam saatlarından başlayaraq sübh çağına qədər Azərbaycan bayraqlarının rənglərinə bürünüb.
Azərbaycanın müstəqillik günü ilk dəfədir ki, təkcə Braziliya deyil, geniş Latın Amerikası regionunun ən böyük metropolisi, aparıcı biznes və maliyyə mərkəzi hesab olunan San-Pauluda belə vizual-rəqəmsal tərtibatlarla qeyd olunur.
Bundan əvvəl isə silsilə tədbirlərin ilk hissəsi kimi paytaxt Braziliada səfirliyin dəstəyi ilə tanınmış azərbaycanlı pianoçu, Azərbaycanın Əməkdar artisti Nərgiz Əliyarovanın Braziliyanın Milli Teatrında konserti təşkil olunub.

Rumıniya Rusiya dronlarından qorunmaq üçün NATO-dan HHM sistemi istəyib
Rumıniya rəsmi olaraq NATO-ya hava hücumundan müdafiə (HHM) sistemlərinin tədarükünü sürətləndirmək xahişi ilə müraciət edib.
Moderator.az "Politico"ya istinadən xəbər verir ki, bu barədə Rumıniyanın xarici işlər naziri Oana-Silviya Tsoyu bəyanat yayıb.
Onun sözlərinə görə, qərar Rusiya pilotsuz uçuş aparatının (PUA) Qalatsdakı yaşayış evinə düşməsindən sonra qəbul edilib.
Bununla yanaşı, Rumıniya təhlükəsizlik məsələləri üzrə məsləhətləşmələr üçün Şimali Atlantika Şurasının fövqəladə iclasının çağırılması barədə NATO-nun Vaşinqton müqaviləsinin 4-cü maddəsini aktivləşdirməyib.
Ərdoğan Ayasofyada Quran oxudu - VİDEO
Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan İstanbulun fəthinin 573-cü ildönümü münasibətilə Ayasofya Böyük Məscidini ziyarət edib.
Moderator.az xəbər verir ki, o, Qurani-Kərimdən ayələr oxuyub.
Prezidentin Quran oxuduğu həmin təsirli anlar vətəndaşlar tərəfindən mobil telefonların kameraları ilə lentə alınıb.
Görüntülər sosial şəbəkələrdə geniş yayılıb və böyük marağa səbəb olub.
Güclü külək ağacı aşırıb
Qeyri-sabit hava şəraiti ilə əlaqədar Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun 60-cı kilometrində küləyin təsirindən iri gövdəli ağac yolun hərəkət hissəsinə aşıb.
Moderator.az xəbər verir ki, bu barədə BDYPİ məlumat yayıb.
Əraziyə cəlb olunan YPX Alayının əməkdaşları tərəfindən zəruri təhlükəsizlik tədbirlər görülür, hərəkətin nizamlanması təmin edilir.
Baş Dövlət Yol Polisi İdarəsi hazırda küləklə müşayiət olunan yağışlı hava şəraitini nəzərə alaraq, sürücülərdən ehtiyatlı olmağı, nasaz avtomobillərlə yola çıxmamağı, ara məsafəsini normadan artıq saxlamağı, ötmə, manevr etmə qaydalarına əməl etməyi tövsiyə edir.
KİV: İran danışıqları davam etdirmək üçün ABŞ-dən 12 milyard dollar tələb edir
İran və ABŞ arasında razılaşmanın bir hissəsi xaricdə dondurulmuş aktivlərdən dərhal 12 milyard dolların Tehrana ödənilməsini nəzərdə tutur. İran yalnız bundan sonra növbəti danışıqlara qoşulacaq.
Moderator.az xəbər verir ki, bu barədə "Fars" agentliyi mənbələrə istinadən məlumat yayıb.
"ABŞ Prezidenti Donald Trampın razılaşmanın qeyd etmədiyi ən vacib hissəsi İranın dondurulmuş aktivlərindən 12 milyard dolların dərhal ödənilməsi şərtidir.
Razılaşmanın mətninə əsasən, bu məbləğ təxirə salınmadan köçürülməlidir və bu baş verməyənədək İran əlavə danışıqlara getməyəcək", - deyə agentliyin həmsöhbəti bildirib.

moderator.az
- Qazaxıstan İrandan zənginləşdirilmiş uran ehtiyatlarını qəbul etməyə hazırdır
Qazaxıstan İrandan zənginləşdirilmiş uran ehtiyatlarını qəbul etməyə hazırdır
Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) rəhbəri Rafael Qrossi "Financial Times" qəzetinə bildirib ki, Qazaxıstan Tehranın zənginləşdirilmiş uran ehtiyatını qəbul etməyə hazırdır.
Moderator.az xəbər verir ki, Qazaxıstan BAEA üzv dövlətlərindəki elektrik stansiyalarını yanacaqla təmin etmək və nüvə silahlarının yayılmasının qarşısını almaq üçün zənginləşdirilmiş uran bankına ev sahibliyi edir.
Anbar 2017-ci ildə BAEA ilə əməkdaşlıq çərçivəsində açılıb.

moderator.az
- Hörmüz boğazındakı Qeşm adasında hava hücumundan müdafiə sistemləri işə salınıb
Hörmüz boğazındakı Qeşm adasında hava hücumundan müdafiə sistemləri işə salınıb
İranın Hörmüz boğazında yerləşən Qeşm adasında hava hücumundan müdafiə sistemləri işə salınıb.
Moderator.az xəbər verir ki, bu barədə "Mehr" xəbər agentliyi yerli sakinlərə istinadən bildirib.
Səbəb açıqlanmayıb və erli hakimiyyət orqanları məlumatı rəsmi təsdiqlənməyib.
ABŞ Rusiyadan idxal olunan palladiuma rüsum tətbiq etməyəcək
ABŞ istehsalçılarına heç bir zərər vurulmadığı qənaətinə əsasən, Ticarət Departamenti Rusiyadan emal olunmamış palladium idxalına antidempinq və ya kompensasiya rüsumları tətbiq etməyəcək.
Moderator.az xəbər verir ki, bu barədə ABŞ Beynəlxalq Ticarət Komissiyasının (USITC), açıqlamasında deyilir.
"ABŞ Beynəlxalq Ticarət Komissiyasının mənfi nəticələrini nəzərə alaraq, Ticarət Departamenti Rusiyadan palladium idxalına antidempinq və ya kompensasiya rüsumları tətbiq etmək əmri verməyəcək", - açıqlamada deyilir.
Bakıya və Abşeron yarımadasına dolu yağması ehtimalı var
Bakıda və Abşeron yarımadasının bəzi şəhərərtafı ərazilərində dolu prosesinin olacağı ehtimalı var.
Moderator.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin mayın 29-u saat 22:50-yə olan məlumatında qeyd olunub.
Daha əvvəl ölkə ərazisində yağıntılı və küləkli hava şəraitinin davam etdiyi, bəzi yerlərdə yağıntıların intensiv və güclü olduğu bildirilmişdi.
Putin: NATO Rusiyanı aldatıb
Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) şərqə doğru heç bir addım atmayacağına söz vermişdi və bununla da Rusiyanı aldadıb.
Moderator.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin jurnalistlərə bildirib.
“İndi Avropa siyasətçiləri günahı üzərlərindən atır, Rusiyanın təcavüzkar olduğunu göstərməyə çalışırlar. Xeyr. Bu, onların siyasətidir. Bizə heç vaxt genişlənmə olmayacağı və NATO-nun şərqə doğru genişlənməyəcəyi barədə yalan danışıblar”, - deyə Rusiya Prezidenti bildirib.
ABŞ Rusiyadan gətirilən palladiuma rüsumları ləğv etdi
ABŞ Ticarət Nazirliyi Rusiyadan palladium idxalına tarif tətbiq etməkdən imtina edib.
Moderator.az xəbər verir ki, bu barədə Federal Beynəlxalq Ticarət Komissiyasının saytında dərc olunmuş məlumatda qeyd olunur.
Komissiya Rusiyadan ABŞ-yə emal olunmamış palladiumun göndərilməsinin Amerika sənayesinə zərər vermədiyi qənaətinə gəlib.
"Mənfi nəticələri nəzərə alınaraq, Ticarət Nazirliyi Rusiyadan bu məhsulların idxalına antidempinq və ya kompensasiya rüsumları tətbiq etməyəcək" - məlumatda qeyd olunur.

moderator.az
- Yağışlı hava ilə bağlı BDYPİ-dən XƏBƏRDARLIQ
Yağışlı hava ilə bağlı BDYPİ-dən XƏBƏRDARLIQ
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) müşahidə olunan hava şərait ilə bağlı sürücülərə bir daha müraciət edib.
Moderator.az xəbər verir ki qurumdan bildirilib ki, qeyri-sabit hava şəraiti ilə əlaqədar Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun 60-cı kilometrində küləyin təsirindən irigövdəli ağac yolun hərəkət hissəsinə aşıb.
Əraziyə cəlb olunan YPX Alayının əməkdaşları tərəfindən zəruri təhlükəsizlik tədbirlər görülür, hərəkətin nizamlanması təmin edilir.
"Baş Dövlət Yol Polisi İdarəsi hazırda küləklə müşayiət olunan yağışlı hava şəraitini nəzərə alaraq, sürücülərdən ehtiyatlı olmağı, nasaz avtomobillərlə yola çıxmamağı, ara məsafəsini normadan artıq saxlamağı, ötmə, manevr etmə qaydalarına əməl etməyi tövsiyə edir", - müraciətdə qeyd olunub.
Azərbaycanda məktəb direktoru vəfat edib - FOTO
Şəmkirdə məktəb direktoru vəfat edib.
Moderator.az xəbər verir ki bu barədə onun yaxınları məlumat yayıblar.
Bildirilib ki, Şəmkir şəhər Fərman Salmanov adına tam orta ümumtəhsil məktəbinin direktoru Alidə Hüseynova dünyasını dəyişib.
Onun ölüm səbəbi barədə məlumat verilməyib.

Günəşdə güclü partlayış baş verib
Mayın 22-dən bu yana Günəşdə ilk dəfə sondan əvvəlki güc sinfinə aid olan partlayış qeydə alınıb.
Moderator.az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutundan məlumat verilib.
"Mayın 29-da Moskva vaxtı ilə saat 10:22-də (Bakı vaxtı ilə saat 11:22 - red.) 4 455 günəş ləkəsi qrupunda (N13E66) rentgen diapazonunda 24 dəqiqə davam edən M1.2 partlayışı qeydə alınıb", - deyə məlumatda bildirilib.
İnstitutdan verilən məlumata görə, sonuncu dəfə M2.4 güclü partlayışı mayın 22-də qeydə alınıb. Üstəlik, bu, Yerə doğru plazmanın atılması ilə müşayiət olunub.
Bildirək ki, Günəşdə partlayışlar rentgen şüalanmasının gücündən asılı olaraq, beş sinfə bölünür: A, B, C, M və X. Minimum A0.0 sinfi Yerin orbitində bir kv.m-ə 10 nVt şüalanma gücünə uyğundur. Növbəti mərhələyə keçərkən güc 10 dəfə artır. Partlayışlar, adətən, Günəş plazmasının emissiyaları ilə müşayiət olunur ki, onların buludları Yerə çataraq maqnit qasırğaları yarada bilər.
Meksika XİN: Azərbaycan beynəlxalq arenada fəal, etibarlı və konstruktiv tərəfdaşdır
Meksika xarici işlər nazirinin müavini Mariya Teresa Merkado ölkəsinin Azərbaycanı beynəlxalq arenada fəal, etibarlı və konstruktiv tərəfdaş kimi gördüyünü vurğulayıb.
Moderator.az xəbər verir ki, Merkado bu barədə San Lazaro Qanunvericilik Sarayında Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş tədbirdə çıxışı zamanı danışıb.
Azərbaycanın Meksikadakı səfirliyinin "X" sosial şəbəkə hesabında paylaşılan məlumata görə, tədbirdə Azərbaycanın Mexikodakı səfiri Seymur Fətəliyev və XİN başçısının müavini ilə yanaşı, Meksika–Azərbaycan Dostluq Qrupunun rəhbəri, deputat Dulse Mariya Viyyeqas Quarneros də iştirak edib.
Nazir müavini Azərbaycan xalqını və hökumətini Meksika XİN adından Müstəqillik Günü münasibətilə təbrik edib. O bildirib ki, əməkdaşlıq, qarşılıqlı hörmət və suverenliyə əsaslanan münasibətlər artıq 30 ildən çoxdur Azərbaycanla Meksikanı birləşdirən möhkəm dostluq körpüsünə çevrilib.
D.M. Viyyeqas Quarneros isə çıxışında ölkələrimiz arasında münasibətlərin inkişafının əhəmiyyətini xüsusi qeyd edərək bu dostluğun gələcək illərdə daha da güclənəcəyindən əmin olduğunu vurğulayıb.

moderator.az
- Nərimanın forması ÇL-nin finalı olan şəhərdə - FOTO
Nərimanın forması ÇL-nin finalı olan şəhərdə - FOTO
Çempionlar Liqasının finalının keçiriləcəyi Budapeştdə bu mövsüm qrup mərhələsində iştirak edən bütün komandaların formaları şəhərin müxtəlif nöqtələrində nümayiş etdirilir.
Moderator.az xəbər verir ki, diqqətçəkən məqam isə Azərbaycan təmsilçisi “Qarabağ”dan seçilən Nəriman Axundzadənin forması olub.
Məhz Nərimanın formasının sərgilənməsi maraqla qarşılanıb və müzakirələrə səbəb olub.
Qeyd edək ki, Nəriman Axundzadə indi karyerasını ABŞ-ın “Kolumbus-Kru” klubunda davam etdirir.

Kiyevdə ardıcıl partlayışlar oldu
Ukraynanın paytaxtı Kiyevdə ardıcıl partlayışlar baş verib.
Moderator.az xəbər verir ki, bu barədə “İctimai Xəbərlər” nəşri məlumat yayıb.
Bildirilib ki, Kiyev də daxil olmaqla, ölkənin demək olar ki, bütün ərazisində hava həyəcanı siqnalı elan edilib.

moderator.az
- "Alimlər bitkilərlə bağlı gözlənilməz fakt aşkar etdi: bitkilər bir-birini "izləyir" - Yeni təqdiqat
"Alimlər bitkilərlə bağlı gözlənilməz fakt aşkar etdi: bitkilər bir-birini "izləyir" - Yeni təqdiqat
"Bitkilər arasında qoxular vasitəsilə kimyəvi ünsiyyətin daha mürəkkəb olduğu üzə çıxıb..."
Alimlər bitkilər arasında əvvəllər məlum olmayan yeni bir kimyəvi qarşılıqlı təsir formasını aşkar ediblər.
Moderator.az xəbər verir ki, bu barədə "Dauly Star" nəşri yazıb.
Bitkilərin "ünsiyyət" sistemi
Araşdırmaya görə, sağlam bitkilər qoxu vasitəsilə qonşularının nə qədər sürətlə böyüdüyünü "qavraya" bilir və bu məlumat əsasında öz inkişaf strategiyalarını dəyişirlər. Mütəxəssislər bildirirlər ki, bitkilər bu siqnalları qəbul edərək ya daha sürətli böyüməyə, ya da müdafiə mexanizmlərini gücləndirməyə qərar verirlər. Bu proses genlərin fəaliyyətinə qədər təsir edə bilir.
Uçucu üzvi birləşmələrin rolu
Araşdırmada deyilir ki, bu proses uçucu üzvi birləşmələr vasitəsilə baş verir. Bu maddələr bitkilərin havaya asanlıqla buraxdığı kimyəvi birləşmələrdir və adətən tozlayıcı həşəratları cəlb etmək və ya müdafiə reaksiyaları üçün istifadə olunur. Əvvəllər hesab edilirdi ki, bu siqnallar yalnız bitki zədələndikdə yaranır.
Lakin yeni tədqiqat göstərib ki, sağlam bitkilər də daim bir-birinə kimyəvi "siqnallar" göndərir və bu, rəqabət mühitində onların davranışını formalaşdırır. Tədqiqatın aparıcı müəllifi doktor Velimir Ninkoviç bildirib ki, bu, bitkilər arasında davamlı "ünsiyyət" kimi qiymətləndirilə bilər və onların genetik fəaliyyətinə birbaşa təsir göstərir.
Laboratoriya təcrübəsi və nəticələr
Alimlər araşdırmada arpa bitkisinin üç müxtəlif sortundan istifadə ediblər. Bu sortlar fərqli böyümə sürətinə və qoxu profilinə malik olub. Onlara müxtəlif uçucu üzvi birləşmələr təsir etdirilib və 25 gün ərzində dəyişikliklər izlənilib. Nəticələr göstərib ki, bitkilərin böyümə sürəti qonşu bitkidən gələn kimyəvi siqnallara uyğun şəkildə dəyişir.
Sürətlə böyüyən bitkilərin "qoxusunu" alan nümunələr öz inkişafını gücləndirib, yavaş böyüyənlərin siqnalını alanlar isə daha zəif inkişaf göstərib. Bu təsir yalnız bir hissədə deyil, yarpaq, gövdə və kök daxil olmaqla bütün orqanlarda müşahidə olunub. Alimlər xüsusilə benzilnitril, linalool və oktanal kimi birləşmələrin bu prosesdə əsas rol oynadığını qeyd edirlər.
Təkamül izahı və yekun
İsveç tədqiqatçılarına görə, bu cür kimyəvi "ünsiyyət" milyon illər ərzində formalaşmış təbii təkamülün nəticəsidir və bitki aləmində geniş yayılmış ola bilər. Onların fikrincə, bitkilər daim uçucu birləşmələr ifraz etdiyinə görə, qonşu növlərin bu siqnalları qəbul etməsi ekoloji rəqabətin təbii bir hissəsinə çevrilib. Lakin hansı birləşmələrin daha güclü təsir göstərməsi növdən-növə dəyişə bilər.
"Chevron" Hörmüz boğazından gəmilərin keçidi üçün İranın ödəniş tələbinə qarşıdır
ABŞ-nin ən böyük enerji korporasiyası "Chevron"un top-menecmenti İranın xarici gəmilərin Hörmüz boğazından keçidi üçün ödəniş tətbiq edilməsi tələblərini qəbuledilməz hesab edir.
Moderator.az xəbər verir ki, bunu şirkətin rəhbəri Maykl Uirt "Bloomberg TV"nin efirində bəyan edib.
Onun sözlərinə görə, korporasiya İranın tanker və digər tranzit gəmilərə hücum hadisələrinin artmasına baxmayaraq, bu məsələni müzakirə etmək niyyətində deyil. Uirt son vaxtlar bu cür halların sayının xeyli artdığını vurğulayıb.
Hazırda "Chevron"un altı gəmisi üçüncü tərəflərlə bağlanmış çarter müqavilələri çərçivəsində istismar olunur. Hörmüz boğazından təhlükəsiz keçidin təmin edilməsi üçün İrana mümkün ödənişlər barədə qərar bilavasitə gəmi sahiblərinin səlahiyyətində qalır. Lakin "Chevron"un mövqeyi birmənalıdır - şirkət belə bir tədbirə qəti şəkildə qarşıdır, çünki bu, beynəlxalq dəniz gəmiçiliyi normalarına ziddir.
Daha əvvəl Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əl-Cabir də oxşar mövqe bildirib. O, İran hakimiyyətinə xarici gəmilərin boğazdan sərbəst keçidini qeyd-şərtsiz təmin etmək çağırışı ilə müraciət edib. Buna baxmayaraq, Tehran gəmi sahibləri üçün qeyd olunan rüsumun tətbiqində israrlıdır.
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb və bir sıra şəhərlərə hava zərbələri endirilib. Həmin gün zərbələr nəticəsində İranın Ali rəhbəri Əli Xamenei öldürülüb. İran buna cavab olaraq İsrail ərazisinə və Fars körfəzi ölkələrindəki ABŞ hərbi bazalarına hücum edib.
İran, ABŞ və onların müttəfiqləri aprelin 8-ə keçən gecə atəşkəs razılaşmasına nail olublar. Tramp sonradan atəşkəsi qeyri-müəyyən müddətə uzadıb.
Tərəflər münaqişəni həll etmək üçün Pakistanda danışıqlar aparıblar, lakin 11-12 apreldə keçirilən ilk raund heç bir nəticə verməyib.
ABŞ Tehrana təzyiq göstərmək üçün İran limanlarını və Hörmüz boğazından keçidi blokadaya alıb. İran da öz növbəsində Fars körfəzinə gedən gəmilər üçün Hörmüz boğazının bağlandığını elan edib. Regionda dinamik şəkildə dəyişən vəziyyət qlobal enerji böhranına səbəb olub.
Ermənistanın silahlanma tempi onun sülh səylərini dəfələrlə üstələyir...
44 günlük müharibədə rüsvayçı şəkildə məğlub olan və işğal etdiyi bütün torpaqlardan qovulan Ermənistan post-müharibə dönəmində sürətlə silahlanmaqda davam edir. Əvəllər, sadəcə Hindistan və Fransada məhdud sayda raket və zirehli texnika alan rəsmi İrəvan, son bir ildə daha bir neçə ölkədən silah idxal etməyə başlayıb. Mayın 28-də İrəvanda keçirilən hərbi paradda Ermənistan yeni silah və hərbi texnikalar nümayiş etdirib ki, onların arasında Fransa və Hindistanla yanaşı, İran, Rusiya, Çin və s. ölkələrdən alınan texnikalar da olub. “Volk” robotlaşdırılmış sistemi, hava hədəflərini aşkar etmək və hava vasitələrinin istifadə etdiyi peyk qəbuledicilərini susdurmaq üçün nəzərdə tutulmuş “Tuman” radiolokasiya sistemi, Fransanın “Bastion” zirehli maşınları, Hindistanın “Tata” zirehli maşınları, “RBOA” piyada raket qurğusu, “TOS-1A” ağır odsaçan sistemləri, “Skorpion” zenit-raket kompleksi, “Tor-M2KM” zenit-raket kompleksi, 25 km məsafədə eyni anda 16 hava hədəfini məhv edə bilən “Lusan” zenit-raket kompleksi və “Şit-200” radiolokasiya sistemləri, İran istehsalı yaxın mənzilli “AD-08 Majid” zenit-raket kompleksləri və s. paradda nümayiş etdirilən silahlar arasında yer alıb.
Bu fakt Ermənistanın öz hərbi potensialını durmadan artırdığını göstərir.
Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan parad öncəsi jrunalistlərə verdiyi açıqlamada ölkəsinin 6-7 dövlətdən silah aldığını etiraf edib.
Paradda müxtəlif ölkələrə məxsus silah sistemləri ilə yanaşı, Ermənistan istehsalı olan 82 mm-lik “Razdan” minaatanı, 120 mm-lik “Sevan” minaatanları da nümayiş etdirilib ki, bu da Ermənistanın yerli hərbi sənayesini də inkişaf etdirməkdə olduğuna dəlalət edir.
Bir sözlə, bütün bu faktlar sübut edir ki, Ermənistan sürətlə silahlanmaqda davam edir və onun silahlanma tempi sülh səylərini dəfələrlə üstələməkdədir. Və bu reallıq ölkəmizdən daim ayıq-sayıq olmağı tələb edir. Necə ki, Prezident İlham Əliyev öz çıxışlarında daim güclü və ayıq-sayıq olmağın zəruriliyini dəfələrlə qeyd edib, hər an hər şeyə hazır olmağın vacibliyinə toxunub. Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 5 yanvar 2026-cı il tarixində yerli televiziya kanallarına müsahibəsində səsləndirdiyi fikirlər mühüm əhəmiyyət kəsb edir. Dövlət başçısı məlum çıxşında deyib:
“...artıq sülh dövrüdür, quruculuq dövrüdür. Biz bu dövrü yaşayırıq. Biz hamımız cəmi beş ay əvvələdək bunu bəlkə də axıra qədər dərk etməmişik: Sülh şəraitində yaşamaq nə deməkdir? Amma, eyni zamanda, yenə də qayıdıram danışdığımız məsələyə. Hər an ayıq olmalıyıq, güclü olmalıyıq. Hər an öz torpağımızı müdafiə etmək üçün güclü olmalıyıq, hazır olmalıyıq və əminəm ki, bundan sonra heç vaxt bir qarış torpağımız heç kimin tapdağı altına düşməyəcək. Bunun üçün həm güc var, həm iradə var, xalqın birliyi var. Güclü Azərbaycan dövləti var”.
Bəli, bu gün ordumuz və dövlətimiz vətənimizin hər qarışını qorumağa qadirdir. Lakin biz də həm fərd, həm də cəmiyyət olaraq bu məsələdə ordumuzun və dövlətimizin yanında olmalı, ona əlimizdən gəldiyi qədər dəstək verməliyik. Çünki vətəni qorumaq ümumxalq işi, mənəvi borcdur. Biz bu borca sadiqliyimizi son nəfəsimizə qədər öz əmələrimizlə sübut etməliyik.
Seymur ƏLİYEV
Qrossi: Qazaxıstan İranın zənginləşdirilmiş uran ehtiyatlarını qəbul etməyə hazırdır
Vaşinqton və Tehran razılığa gəlsə, Qazaxıstan İranın, demək olar, silah dərəcəsinə qədər zənginləşdirilmiş uran ehtiyatlarını qəbul etməyə hazırdır.
Moderator.az-ın məlumatına görə, bunu "Financial Times" qəzetinə müsahibəsində Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi bəyan edib.
Onun sözlərinə görə, Qazaxıstan lideri Kasım-Jomart Tokayev buna razılığını bu həftə Astanada baş tutan görüş zamanı verib.
"BAEA-nın Qazaxıstanda az zənginləşdirilmiş uran bankı olduğu üçün bizim onu təhlükəsiz şəkildə saxlaya biləcəyimiz yerimiz var", - Qrossi bildirib. Onun fikrincə, bu həm ABŞ, həm də İran üçün qəbuledilən ola bilər.
Bununla belə, baş direktor əlavə edib ki, məsələnin həlli yalnız nüvə danışıqlarından asılı olacaq.
ABŞ Prezidenti Donald Tramp bundan əvvəl bəyan etmişdi ki, mayın 29-da öz müşavirləri ilə keçirəcəyi iclasda İranla əvvəlcədən razılaşdırılmış sazişin təsdiqlənməsinə dair yekun qərarını vermək niyyətindədir.
FT qeyd edib ki, təxminən 440 kq yüksək zənginləşdirilmiş uran İranın keçən ilin iyununda ABŞ tərəfindən bombardman edilmiş üç əsas nüvə obyektində – Natanz, Fordo və İsfahanda dağıntıları altındadır. Nəşr vurğulayıb ki, 90 faizə qədər daha da zənginləşdiriləcəyi halda, bu miqdar təxminən 10 ədəd silah istehsal etmək üçün kifayətdir.
Zelenski Rusiyanın yaxın iki gecə ərzində Ukraynaya kütləvi hücum edəcəyini deyib
“Məlumatlara görə, Rusiya Federasiyası bu gecə və ya sabah gecə Ukraynaya birgə kütləvi hücum etməyə hazırlaşır”.
Moderator.az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski “CBS News”a müsahibəsi zamanı deyib.
"Bizim fikrimizcə, bu gecə və ya sabah gecə bizi Rusiyadan dronlar, kruiz raketləri və ballistik raketlərdən istifadə edilərək böyük bir hücum gözləyir. Biz buna hazırlıq görürük", - Zelenski bildirib.
Zelenski kəşfiyyat məlumatlarını təqdim etdikləri üçün ABŞ-a və Avropa tərəfdaşlarına da minnətdarlığını bildirib.

moderator.az
- Rayonlara dolu düşüb, intensiv yağıntı müşahidə edilir - FAKTİKİ HAVA
Rayonlara dolu düşüb, intensiv yağıntı müşahidə edilir - FAKTİKİ HAVA
Ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti davam edir, bəzi yerlərdə yağıntılar intensiv və güclüdür.
Moderator.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin mayın 29-u saat 21:00-a olan məlumatında qeyd olunub.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Kəlbəcər, Şuşa, Xankəndi, Füzuli, Laçın, Qubadlı, Sarıbaş (Qax), Gədəbəy, Zaqatala, Şəki, Göygöl, Ceyrançöl, Şahdağ, Şabran, Biləsuvar, Şəmkir, Gəncə, Daşkəsən, Quba, Qəbələ, Qusar, Balakən, Yevlax, Goranboy, Naftalan, Oğuz, Xaçmaz, Ağstafa, Ağdam, Tərtər, Sabirabadda arabir şimşək çaxır, yağış yağır.
Əksər yerlərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında, eyni zamanda, Mingəçevirdə 28, Goranboyda 27, Daşkəsən və Gəncədə 25, Göyçayda 24, Zaqatalada 23, Oğuzda 22, Culfada 21, Neftçala, Naftalan, İsmayıllı, Şahdağ və Şərurda 20, Şəmkir, Şəki, Ağdam, Tərtər, Xızı, Beyləqan və Yardımlıda 18, Ağstafa və Bərdədə 16, Tovuz və Şahbuzda 15 m/s-dək güclənir.
Saat 18:40-19:00 radələrində Qax rayonunun İlisu kəndinə diametri 15-20 mm, saat 19:02-19:04 radələrində Şəki rayonuna diametri 8-10 mm, saat 19:33-19:52 radələrində Oğuz rayonunun Qarabulaq və Böyük Söyüdlü kəndlərinə diametri 15-30 mm, saat 19:40-19:50 radələrində Qəbələ rayonuna diametri 8-10 mm, saat 20:02-20:05 radələrində Xınalığa diametri 5-7 mm, saat 20:29-20:32 radələrində Tərtər şəhərinə diametri 0.8 mm, saat 19:50 radələrində Şəmkir rayonuna, rayonun Zəyəm qəsəbəsinə, eyni zamanda Çənlibel, Əliyaqublu, Keçili, Çaparlı, Sabirkənd, Çaykənd, Yeni Göyçə, Bayramlı, Atabəy, Aşağı Seyfəli, Qasımalılar, Zəyəm Cırdaxan kəndlərinə dolu düşüb.
Ağdam, Füzuli və Xocavənd rayonlarına köçürülənlərin sayı açıqlandı
Qabiliyyət imtahanlarına qeydiyyat başlayır
2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinin (V ixtisas qrupu) və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları (XQTİ) üzrə mayın 21-dən iyun ayının 1-dək aşağıdakı istiqamətlərin komissiyaları üzrə abituriyentlərin (subbakalavrların) qeydiyyatı aparılacaq.
Moderator.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.
Bildirilib ki, abituriyentlər (subbakalavrlar) müvafiq keçidə daxil olub qeydiyyatdan keçə bilərlər.
Qabiliyyət imtahanı idman, təsviri sənət, musiqi sənəti, teatr, kino və xoreoqrafiya sənəti üzrə keçiriləcək.
Abituriyentlər ali və orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarının yalnız 1 istiqaməti üzrə ən çox 4 komissiyadan qeydiyyatdan keçə bilərlər.
Ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə "Abituriyent" jurnalının xüsusi buraxılışları yaxın günlərdə nəşr olunacaq. Qabiliyyət imtahanlarının iyun - avqust aylarında keçirilməsi nəzərdə tutulur. DİM-in internet səhifəsində abituriyentlərə (subbakalavrlara) "Qabiliyyət imtahanına buraxılış vərəqəsi"ni çap edə biləcəkləri tarixlər haqqında məlumat veriləcək. "Qabiliyyət imtahanına buraxılış vərəqəsi"ndə qabiliyyət imtahanlarının tarixi, keçiriləcəyi ünvan və vaxt göstəriləcək.
Qəbul (buraxılış) imtahanını Azərbaycan dilindən fərqli dildə verən abituriyentlərin Azərbaycan dili (dövlət dili) üzrə imtahanının ilk cəhdinin nəticəsi "qeyri-məqbul" olsa belə, qeydiyyatdan keçə bilərlər. Lakin bu abituriyentlərin nəzərinə çatdırırıq ki, onlar 21 iyun tarixində keçiriləcək Azərbaycan dili (dövlət dili) üzrə imtahanının ikinci cəhdində "məqbul" aldıqları təqdirdə müsabiqəyə buraxılacaqlar.
Subbakalavrlar aldıqları orta ixtisas təhsilinə uyğun olan qabiliyyət imtahanı komissiyaları üzrə qeydiyyatdan keçə bilərlər.
Xatırladaq ki, qeydiyyatdan keçən zaman ixtisaslar üzrə uyğun komissiyalar proqram təminatı vasitəsilə subbakalavra təqdim edilir. Subbakalavrlar iyun ayının 1-dək ərizələrini təsdiq etməlidirlər. Belə ki, ali təhsil müəssisələrinin və 11 illik təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul olmaq istəyən abituriyentlərin elektron ərizələrinin qeydiyyatı 1 iyun saat 23:59-dək davam edəcək. Subbakalavrlar qabiliyyət imtahanında iştirak üçün qeyd olunan tarixədək müvafiq qabiliyyət komissiyası üzrə qeydiyyatdan da keçməlidirlər. Təhsil məlumatları tam olmayan, XQTİ-lər üzrə qabiliyyət imtahanlarında iştirak etmək istəyən subbakalavrlara tələb olunan məlumatların 31 may tarixindən gec olmayaraq orta ixtisas təhsili müəssisəsinin məsul şəxsləri tərəfindən sistemə yerləşdirilməsini diqqətdə saxlamaları tövsiyə olunur. Orta ixtisas təhsili müəssisəsini cari ildə bitirəcək subbakalavrlar elektron ərizəni yadda saxladıqdan sonra qabiliyyət imtahanı üçün qeydiyyatdan keçə bilirlər. Ancaq həmin subbakalavrlar da orta ixtisas təhsili müəssisəsinin məsul şəxsləri tərəfindən tələb olunan məlumatlar sistemə yerləşdirildikdən sonra avqust ayının 2-dək öz ərizələrini təsdiq etməlidirlər.
Xüsusi qabiliyyət imtahanı ilə bağlı daha geniş məlumatla elanın tam mətnində tanış olmaq mümkündür.

moderator.az
- Həbib Nurməhəmmədovdan UFC rəhbərinin pul iddialarına CAVAB
Həbib Nurməhəmmədovdan UFC rəhbərinin pul iddialarına CAVAB
ETX əməkdaşı MİSP-də boşluq aşkarladı - FOTO

moderator.az
- 55 yaşlı Xalq artistinin geyimi müzakirə yaratdı - VİDEO
55 yaşlı Xalq artistinin geyimi müzakirə yaratdı - VİDEO
Xalq artisti Aygün Kazımova geyim tərzi ilə gündəmə gəlib.
Məkanlarından birində səhnəyə çıxan ifaçı geyimində ağ və qara rənglərdən istifadə edib.
Müğənni qısa şort və büsqalterin üzərindən pencək geyinib. O, görüntünü uzun çəkmə və əlcəklərlə tamamlayıb.
55 yaşlı Xalq artistinin geyim seçimi sosial mediada müzakirələrə səbəb olub. /yenisabah/

moderator.az
- Avropa Azərbaycandan asılılığa doğru gedir? - Yeni enerji reallığının anatomiyası
Avropa Azərbaycandan asılılığa doğru gedir? - Yeni enerji reallığının anatomiyası
İtaliyanın Baş naziri Corcia Meloninin Bakıya səfəri ilk baxışda adi diplomatik hadisə kimi görünə bilər. Amma bu səfərin mahiyyətinə diqqətlə baxanda aydın olur ki, burada söhbət təkcə iki ölkə arasındakı münasibətlərdən getmir. Bu, əslində Avropanın enerji siyasətində baş verən böyük dönüşün bir fraqmentidir.
Son illərdə dünya sürətlə dəyişir. Xüsusilə 2022-ci ildən sonra, Rusiya–Ukrayna müharibəsinin başlanması ilə Avropanın enerji sistemi ciddi sarsıntı yaşadı. Onilliklər boyu qurulmuş enerji balansı bir anda riskə çevrildi. Rusiya qazı artıq təkcə iqtisadi resurs deyil, siyasi təzyiq aləti kimi qəbul olunmağa başladı. Bu isə Avropanı alternativ axtarışına məcbur etdi.
Məhz bu məqamda Azərbaycan ön plana çıxdı.
Azərbaycanın Avropa ilə enerji əməkdaşlığı yeni deyil. Bu münasibətlər 1990-cı illərdən başlayaraq sistemli şəkildə qurulub və illər keçdikcə dərinləşib. İtaliya bu prosesdə xüsusi yer tutur. Uzun müddətdir ki, Azərbaycan neft və qazının əsas istiqamətlərindən biri məhz bu ölkədir. Bu əlaqələr təkcə ticarət deyil, artıq qarşılıqlı iqtisadi və siyasi maraqlar üzərində qurulan strateji tərəfdaşlığa çevrilib.
Meloninin Bakıya səfəri bu tərəfdaşlığın yeni mərhələyə keçdiyini göstərdi. Artıq tərəflər münasibətləri epizodik əməkdaşlıqdan çıxarıb daimi siyasi koordinasiya mexanizminə çevirmək niyyətindədir. Bu isə o deməkdir ki, İtaliya və Azərbaycan gələcək enerji, təhlükəsizlik və iqtisadi qərarlarını daha sıx əlaqələndirəcək.
Bu münasibətlərin mərkəzində isə enerji dayanır.
Azərbaycan son illərdə qaz ixracını əhəmiyyətli dərəcədə artırıb. Bu qazın böyük hissəsi Avropaya, xüsusilə də İtaliyaya yönəlir. Təkcə bir fakt kifayətdir ki, Azərbaycanın ixrac etdiyi qaz İtaliyanın ümumi tələbatının mühüm hissəsini təmin edir. Bu, artıq sadə ticarət əlaqəsi deyil — bu, enerji təhlükəsizliyi məsələsidir.
Trans-Adriatik Boru Kəməri bu prosesin əsas dayaqlarından biridir. Bu xətt Xəzər qazını Avropanın cənubuna çatdıran strateji marşrutdur. Onun genişləndirilməsi planları isə Azərbaycanın rolunun gələcəkdə daha da artacağını göstərir.
Burada ən maraqlı və eyni zamanda ən həssas məqam başlayır.
Avropa uzun illər Rusiya qazından asılı idi. Bu asılılıq indi zəiflədilir. Amma onun yerini dolduran yeni mənbələr də eyni zamanda yeni asılılıqlar yaradır. Bu, geopolitikanın dəyişməz qanunudur. Enerji axınları dəyişdikcə təsir mərkəzləri də dəyişir.
Azərbaycan məhz bu dəyişikliklərin mərkəzinə daxil olur.
Bu gün Azərbaycan qazı artıq təkcə İtaliyaya yox, Yunanıstan, Bolqarıstan və digər Avropa ölkələrinə də çatdırılır. Bu isə o deməkdir ki, Azərbaycan təkcə bir ölkənin deyil, bütövlükdə regionun enerji balansına təsir edən aktora çevrilir.
Bu proses təkcə iqtisadi deyil.
Enerji üzərindən qurulan münasibətlər zamanla siyasi təsirə çevrilir. Tarix bunu dəfələrlə sübut edib. Rusiya bu alətdən uzun illər istifadə edib. İndi isə Avropa yeni enerji tərəfdaşları ilə işləyərkən eyni mexanizmin başqa formada yaranmasının şahidi olur.
Azərbaycan isə bu boşluğu dolduran ölkələrdən biridir.
Amma bu, birtərəfli proses deyil. Azərbaycan da bu əməkdaşlıqdan strateji qazanc əldə edir. Avropa bazarına çıxış onun iqtisadi imkanlarını genişləndirir, siyasi çəkisini artırır və onu regiondan kənarda da təsir gücünə malik oyunçuya çevirir.
Məhz buna görə Meloninin səfəri sadəcə iki ölkə arasında imzalanan sənədlərlə ölçülə bilməz. Bu səfər Avropanın yeni enerji xəritəsinin formalaşmasının bir mərhələsidir.
Bu xəritədə isə Azərbaycan getdikcə daha mərkəzi mövqe tutur.
Ən vacib nəticə isə budur: məsələ təkcə İtaliya ilə münasibətlərdən getmir. Azərbaycan artıq Avropanın enerji təhlükəsizliyində sistemli və əvəzolunmaz rol oynamağa başlayıb. Xəzər qazı Avropanın alternativ enerji strategiyasının əsas sütunlarından birinə çevrilir.
Bu isə o deməkdir ki, Azərbaycan təkcə enerji ixrac edən ölkə deyil. O, Avropa ilə Asiya arasında enerji körpüsü rolunu oynayan, yeni geopolitik reallığın formalaşmasında iştirak edən bir güc mərkəzinə çevrilir. Və bu proses hələ başlanğıcdır.
Elbəyi Həsənli, Sürix
Magistraturaya qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ!
14 iyun 2026-cı il tarixində keçiriləcək magistraturaya qəbul imtahanının ikinci cəhdində təkrar iştirak etmək üçün bakalavrların ərizə qəbulu başlayıb. Proses 23 may saat 23:59-dək internet vasitəsilə aparılacaq.
Moderator.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.
Bildirilib ki, imtahan Bakı, Abşeron və Sumqayıt şəhərlərində keçiriləcək.
Qeydiyyat linki: https://eservices.dim.gov.az/erizemag/erize
İmtahanda 17 may tarixində keçirilmiş imtahan üçün qeydiyyatdan keçmiş bütün bakalavrlar iştirak edə bilərlər.
Qeyd 1: 17 may tarixli imtahanda iştirak etmək üçün buraxılış vərəqəsini əldə etmiş, lakin əlverişsiz hava şəraiti ilə bağlı Bakı, Abşeron və Sumqayıtda imtahanda iştirak etməmiş bakalavrlar üçün bu imtahan ödənişsizdir. Digər bakalavrlar isə istədikləri təqdirdə müvafiq qaydada ödəniş etməklə imtahanda yenidən iştirak edə bilərlər.
Qeyd 2: Qəbul imtahanında 2 və ya 3 dəfə iştirak etmiş bakalavrlar ixtisaslaşma seçimi zamanı müsabiqə şərtlərini ödəyən ən yüksək nəticələrini seçə bilərlər.
13 mindən çox şəxs yaşa görə əmək pensiyasına çıxıb

moderator.az
- “Azərişıq” ASC-nin nümayəndələri Naxçıvanda sahibkarlarla görüşüb - FOTO
“Azərişıq” ASC-nin nümayəndələri Naxçıvanda sahibkarlarla görüşüb - FOTO

moderator.az
- Azərbaycanlı biznesmen və xanımına dələduzluq İTTİHAMI
Azərbaycanlı biznesmen və xanımına dələduzluq İTTİHAMI

moderator.az
- “Şagird kimi ayrıldığım yerə müəllim kimi qayıdıram” - Saf sevinc - VİDEO
“Şagird kimi ayrıldığım yerə müəllim kimi qayıdıram” - Saf sevinc - VİDEO
Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi başladı

moderator.az
- Xırdalanın mərkəzi yolundakı vəziyyətlə bağlı rəsmi açıqlama – VİDEO
Xırdalanın mərkəzi yolundakı vəziyyətlə bağlı rəsmi açıqlama – VİDEO
Donald Trampın keçmiş gəlinində xərçəng aşkar edildi
Keçmiş batalyon komandiri vəfat etdi - FOTO

moderator.az
- Mövsümün son turunun oyunlarına hakim təyinatları açıqlandı
Mövsümün son turunun oyunlarına hakim təyinatları açıqlandı
Misli Premyer Liqasında mövsümün sonuncu - XXXIII turuna təyinatlar açıqlanıb.
Moderator.az AFFA-ya istinadən xəbər verir ki, "Turan Tovuz" - "Sabah" matçı Rauf Cabarova tapşırılıb.
"Araz-Naxçıvan" - "Zirə" görüşündə Əkbər Əhmədov iş başında olacaq.
Misli Premyer Liqası
III dövrə, XXXIII tur
21 may
18:30. "Qəbələ" – "Şamaxı"
Hakimlər: Kamranbəy Rəhimov, Cəmil Quliyev, Şirmamed Mamedov, Niyaz Əhmədov.
VAR: Rəvan Həmzəzadə.
AVAR: Vüsal Məmmədov.
Hakim-inspektor: Ramil Diniyev.
Qəbələ şəhər stadionu
22 may
17:00. "Turan Tovuz" – "Sabah"
Hakimlər: Rauf Cabarov, Rəhman İmami, Orxan İbişov, Emin Əliyev.
VAR: Tural Qurbanov.
AVAR: Teymur Teymurov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
"Bank Respublika Arena"
19:30. "Sumqayıt" – "Qarabağ"
Hakimlər: Elvin Bayramov, Pərvin Talıbov, Mirnihat Seyidov, Nicat İsmayıllı.
VAR: Fərid Hacıyev.
AVAR: Eyyub İbrahimov.
Hakim-inspektor: Ceyhun Haşımov.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
23 may
15:00. "Kəpəz" – "Neftçi"
Hakimlər: Vüqar Həsənli, Elşad Abdullayev, Zöhrab Abbasov, Əli Əliyev.
VAR: Elçin Məsiyev.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Orxan Məmmədov.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
19:00. "Araz-Naxçıvan" – "Zirə"
Hakimlər: Əkbər Əhmədov, Akif Əmirəli, Zeynal Zeynalov, İslam M.əmmədov.
VAR: Kamal Umudlu.
AVAR: Asiman Əzizli.
Hakim-inspektor: İmanxan Sultani.
"SOCAR Polymer Arena"
24 may
16:00. "İmişli" – "Karvan-Yevlax"
Hakimlər: İnqilab Məmmədov, Namik Hüseynov, Tərlan Talıbzadə, Kamran Əliyev.
VAR: Rəşad Əhmədov.
AVAR: Rahil Ramazanov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
Quba Olimpiya İdman Kompleksinin stadionu
II və III qruplar üzrə qəbul imtahanı keçiriləcək
Dövlət İmtahan Mərkəzi tərəfindən mayın 24-də II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçiriləcək.
Bu barədə Moderator.az-a DİM-dən məlumat verilib.
İmtahanlar Bakı, Xankəndi, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Qazax, Sumqayıt, Abşeron, Şamaxı, Mingəçevir, Şəki, Zaqatala, Bərdə, Göyçay, Ucar, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Cəlilabad, Masallı, Quba və Xaçmazda təşkil olunacaq.
İştirakçılar mayın 15-dən etibarən Dövlət İmtahan Mərkəzinin saytından "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilirlər.
İmtahan saat 10:00-da başlanır.
II ixtisas qrupu üzrə imtahanda 28507, III ixtisas qrupu üzrə imtahanda isə 28340 nəfər olmaqla, ümumilikdə 56847 abituriyentin iştirakı nəzərdə tutulur.
Bu gün futzal üzrə Azərbaycan Kubokunun qalibi müəyyənləşəcək

moderator.az
- "Azərbaycan regionda ən böyük yenidənqurma və qayıdış proqramlarını həyata keçirir" - Emin Hüseynov
"Azərbaycan regionda ən böyük yenidənqurma və qayıdış proqramlarını həyata keçirir" - Emin Hüseynov
Allaha doğru aparan 10 yol-prinsip...
Türkiyədə daha 25 məşhur saxlanıldı - SİYAHI
Zaqatalanın bəzi əraziləri susuz qalıb - FOTO
SON DƏQİQƏ! Bu tapıntı ölkələri HƏRƏKƏTƏ KEÇİRDİ
ADU-nun 1-ci kurs tələbəsi faciəvi şəkildə öldü

moderator.az
- Avtomobildəki batıqlar rəng vurmadan belə düzəlir - VİDEO
Avtomobildəki batıqlar rəng vurmadan belə düzəlir - VİDEO

moderator.az
- “İttifaqdakı gənclər başlarından böyük danışır, “basıb-bağlayırlar”, özbaşınalıq edirlər” - Xalq artistindən İTTİHAM
“İttifaqdakı gənclər başlarından böyük danışır, “basıb-bağlayırlar”, özbaşınalıq edirlər” - Xalq artistindən İTTİHAM
Bakıda WUF13-ün beşinci günü start götürdü

moderator.az
- İrandan ABŞ-nin hərbi əməliyyatlarla bağlı təklifinə REAKSİYA
İrandan ABŞ-nin hərbi əməliyyatlarla bağlı təklifinə REAKSİYA

moderator.az
- Hatayda güclü yağış səbəbindən ev çökdü: Ölən və yaralananlar var
Hatayda güclü yağış səbəbindən ev çökdü: Ölən və yaralananlar var
Pakistan ordusunun Baş Qərargah rəisi bu gün Tehrana xüsusi mesaj aparacaq
Bakıda böyük söküntü olacaq?

moderator.az
- Lənkəranda altı mindən çox abonent İŞIQSIZ QALACAQ
Lənkəranda altı mindən çox abonent İŞIQSIZ QALACAQ

moderator.az
- Dostu Zelenskini məhkəməyə verdi...-"İnterfaks-Ukrayna"
Dostu Zelenskini məhkəməyə verdi...-"İnterfaks-Ukrayna"
Qubada bir kənddə dördüncü sirli quyu - VİDEO
Macərasız yaşaya bilməyən BÜRCLƏR
Onlar həyatı risk və yeni təcrübələr olmadan təsəvvür edə bilmirlər
Astroloqlar gözlənilməz macəralar üçün sabitlik və rahatlığı asanlıqla dəyişə bilən bir neçə bürc əlaməti müəyyən ediblər.
Onlar planlarını asanlıqla dəyişir və tərəddüd etmədən yeni təcrübələr axtarışına başlayırlar.
Macəranı ən çox kim sevir?
12-ci yer – Oğlaq
Oğlaqlar nəzarətdədirlər və nadir hallarda tələsik risk götürürlər. Onlar üçün rahatlıq və sabitlik riskdən daha vacibdir. Onlar kortəbii hərəkətlər yerinə sübut olunmuş yolu seçirlər.
11-ci yer – Qız bürcü
Qızlar hər şeyi əvvəlcədən təhlil etməyə və hesablamağa öyrəşiblər. Xaosa və ya gözlənilməzliyə dözə bilmirlər. Hətta boş vaxtlarında belə, bir plana sadiq qalmağa çalışırlar.
10-cu yer – Buğa
Buğa bürcü rahatlığa dəyər verir və rahatlıq zonasından çıxmağı xoşlamır. Lazımsız sarsıntılar olmadan sabit bir həyatdan zövq alırlar. Riskli qərarlar yalnız ekstremal hallarda qəbul edirlər.
9-cu yer - Xərçəng
Xərçəng bürcləri evlərinə və yaxınlarına bağlıdırlar. Macəra arzusunda ola bilərlər, lakin tez-tez kəskin dəyişikliklər etməkdən çəkinirlər. Onlar üçün emosional təhlükəsizlik yeni şeylər yaşamaq fürsətindən daha vacibdir.
8-ci yer - Tərəzi
Tərəzi bürcləri həmişə risk etməyə hazır deyillər. Yeni təcrübələrdən zövq alırlar, lakin qərar verməzdən əvvəl uzun müddət tərəddüd edirlər. Rahatlıq tez-tez yeni bir şey yaşamaq istəyindən üstündür.
7-ci yer - Əqrəb
Əqrəb bürcləri çətin vəziyyətdən və ya güclü emosiyalardan qorxmurlar. Onlar sirli və təhlükəli hər şeyə cəlb olunurlar. Lakin, nadir hallarda impulsiv hərəkət edirlər və adətən gizli bir gündəmləri olur.
Hansı bürclər macərasız yaşaya bilməz?
6-cı yer – Şir
Şir bürcləri canlı hadisələri və diqqəti sevirlər. Əgər bu, onlara motivasiya hiss etməyə kömək edirsə, yeni çətinlikləri məmnuniyyətlə qəbul edirlər. Onların zəngin və emosional həyat sürmələri vacibdir.
5-ci yer – Balıqlar
Balıqlar zəngin təxəyyülə malikdirlər və daim yeni emosiyalar axtarırlar. Onlar qeyri-adi yerlərə, yaradıcı təcrübələrə və gözlənilməz görüşlərə cəlb olunurlar. Onlar asanlıqla həyata etibar edir və tez-tez ürəklərinin səsini eşidirlər.
4-cü yer - Əkizlər
Əkizlər monotonluqdan bezirlər. Onlar daim yeni təcrübələr, yeni tanışlıqlar və macəralar axtarırlar. Dünyaya olan maraqları onları tez-tez kortəbii hərəkətlərə sövq edir.
3-cü yer – Oxatan
Oxatanlar sözün əsl mənasında macəra və yeni kəşflər üçün yaşayırlar. Həyatı böyük bir səyahət kimi gördükləri üçün çətinliklərdən və ya naməlumdan qorxmurlar. Bu bürc canlı emosiyalar və təcrübələr naminə həmişə risk etməyə hazırdır.
2-ci yer – Dolça
Dolçalar rutin şeylərdən nifrət edir və daim yeni bir şey axtarırlar. Onlar planlarını asanlıqla dəyişdirə, qəfil səyahətə çıxa və ya həyatda yeni bir fəsil başlaya bilərlər. Onlar azadlıqdan və naməlumluq hissindən ilhamlanırlar.
1-ci yer – Qoç
Qoçlar sakit otura bilmirlər. Onlar riskli ideyaları qəbul edən və yeni macəraları asanlıqla qəbul edən ilk insanlardır. Onlar həvəssiz və sürprizlərsiz həyatı darıxdırıcı hesab edirlər. /Lent.az/
ABŞ Yaxın Şərqdə lazer silahlı iki esmines yerləşdirdi

moderator.az
- Premyer Liqa: Son tura bu gün Qəbələdə start veriləcək
Premyer Liqa: Son tura bu gün Qəbələdə start veriləcək
Avro bahalaşdı, rubl ucuzlaşdı - MƏZƏNNƏ

Valyuta |
Məzənnə |

1 ABŞ dolları |
1,7000 |

1 Avro |
1,9759 |

100 Rusiya rublu |
2,3815 |

1 Avstraliya dolları |
1,2118 |

1 Belarus rublu |
0,6056 |

1 BƏƏ dirhəmi |
0,4628 |

100 Cənubi Koreya vonu |
0,1130 |

1 Çexiya kronu |
0,0813 |

1 Çin yuanı |
0,2500 |

1 Danimarka kronu |
0,2644 |

1 Gürcü larisi |
0,6364 |

1 Honq Konq dolları |
0,2170 |

1 Hindistan rupisi |
0,0177 |

1 İngilis funt sterlinqi |
2,2835 |

10 000 İran rialı |

1 İsveç kronu |
0,1821 |

1 İsveçrə frankı |
2,1605 |

1 İsrail şekeli |
0,5856 |

1 Kanada dolları |
1,2352 |

1 Küveyt dinarı |
5,4967 |

100 Qazaxıstan təngəsi |
0,3603 |

1 Qətər rialı |
0,4664 |

1 Qırğız somu |
0,0194 |

100 Macarıstan forinti |
0,5497 |

1 Moldova leyi |
0,0980 |

1 Norveç kronu |
0,1835 |

100 Özbək somu |
0,0141 |

100 Pakistan rupisi |
0,6089 |

1 Polşa zlotası |
0,4651 |

1 Rumıniya leyi |
0,3772 |

1 Serbiya dinarı |
0,0168 |

1 Sinqapur dolları |
1,3291 |

1 Səudiyyə Ərəbistanı rialı |
0,4530 |

1 SDR (IMF-in xüsusi borcalma hüquqları) |
2,3226 |

Türk lirəsi |
0,0373 |

Türkmənistan manatı |
0,4857 |

Ukrayna Qrivnası |
0,0384 |

Yapon yeni |
1,0692 |

Yeni Zelandiya dolları |
0,9968 |

Qızıl |
7716,4275 |

Gümüş |
128,7419 |

Platin |
3301,1450 |

Palladium |
2327,2235 |

moderator.az
- Nəriman qol ötürməsi etdi, komandası yarımfinala yüksəldi - VİDEO
Nəriman qol ötürməsi etdi, komandası yarımfinala yüksəldi - VİDEO

moderator.az
- Avropada deportasiya ƏMƏLİYYATI: Yüz minlərlə miqrant geri göndərilir
Avropada deportasiya ƏMƏLİYYATI: Yüz minlərlə miqrant geri göndərilir
Avropa İttifaqı (Aİ) miqrasiya siyasətinə yanaşmasını köklü şəkildə dəyişir.
Sığınacaq axtaranların sayı sürətlə azalsa da, deportasiya göstəriciləri son onilliyin rekordlarını qırır. Aİ son bir ildə yarım milyona yaxın sığınacaq üçün müraciət edən şəxsi geri göndərməyə qərar verib.
"Euronews"un araşdırmasına istinadən verilən məlumata görə, son dörd ildə Aİ-yə daxil olan yeni miqrantların sayı davamlı olaraq azalıb. Göstəricilər 5,4 milyon nəfərdən 2024-cü ildə 4,5 milyona düşüb ki, bu da 24%-lik bir azalma deməkdir.
2025-ci ilin statistikası da bu eniş trendini təsdiqləyir. Ötən il cəmi 361 000 nəfər müdafiə statusu alıb ki, bu da son altı ilin ən aşağı göstəricisidir.
Bunun əksinə olaraq, repatriasiya (vətənə geri göndərilmə) qərarlarının sayı sürətlə artır. Ötən il rəsmi qurumlar tərəfindən təxminən yarım milyon belə qərar qəbul edilib. Faktiki olaraq bu insanların yalnız üçdə biri ölkədən çıxarılsa da, 155 000 nəfərlik deportasiya sayı son onilliyin əvvəlindən bəri ən yüksək göstəricidir.

Avropa qaçqınları niyə qovur?
Aİ-nin Daxili İşlər və Miqrasiya üzrə komissarı Maqnus Brunner "Europe in Motion" tədbirindəki çıxışı zamanı böyük bir miqrasiya islahatının yekun mərhələsində olduqlarını bəyan edib:
"Bu islahat vasitəsilə biz xarici sərhədlərimizin mühafizəsini gücləndiririk və dünyada ən müasir sərhəd idarəetmə sistemini - giriş/çıxış sistemini tətbiq edirik".
Aİ rəhbərliyi digər ölkələrlə də işbirliyini artırır. Əsas məqsəd qanunsuz sərhəd keçidlərinin qarşısını almaq və insan qaçaqmalçılığı ilə mübarizə aparmaqdır.
2025-ci ildə ölkələrinə ən çox deportasiya edilənlər Türkiyə vətəndaşları olub, onların sayı 13 000 nəfəri ötüb. Növbəti yerlərdə Gürcüstan (10 475 nəfər), Suriya və Albaniya qərarlaşıb.

Hazırda ən sərt miqrasiya siyasəti yürüdən ölkə Almaniyadır. Son bir ildə Berlin 30 000-ə yaxın faktiki deportasiya həyata keçirib. Fransa 15 000, İsveç isə 11 000-dən çox insanı ölkədən çıxarıb. İspaniya 54 000, Niderland isə 32 000 qovulma qərarı verib.
Maraqlıdır ki, ən çox qovulma sənədi imzalayan ölkə məhz Fransadır. Paris 138 000 repatriasiya əmri çıxarıb. Lakin burada bir nüans var: Fransada bu sənədi alanların əksəriyyəti son nəticədə ölkədə qalmağı bacarıb.
Planların reallığa çevrilməməsinə isə bəzən şəxslərin mənşə ölkəsinin müəyyən edilə bilməməsi, səhhətindəki problemlər və ya yetkinlik yaşına çatmayanların statusu mane olur.
Sərhədlərdən geri çevrilənlərin sayında da artım var. 2025-ci ildə 133 000 nəfərin Aİ-yə girişinə qadağa qoyulub. Ən çox rast gəlinən səbəb (hər üç haldan biri) səfərin dəqiq məqsədinin olmamasıdır.
Bu məsələdə Polşa əsas forposta çevrilib. Varşava sərhəddən geri qaytarılan miqrantların sayına görə liderdir - təxminən 30 000 nəfər. Fransa 12 000 göstərici ilə ikinci yerdədir.
Daha 17% insan isə ölkədə qalma müddətini pozduğuna görə içəri buraxılmayıb. Çoxunun etibarlı vizası olmayıb.

Ukraynalı qaçqınları nə gözləyir?
Çexiya ukraynalı qaçqınlara yardım göstərilməsi qaydalarını dəyişməyə hazırlaşır. Müavinət almaq üçün ukraynalılara iş, yaşayış yeri və qeydiyyatla bağlı yeni tələblər qoyula bilər.
İrlandiyada avqust ayından etibarən ukraynalıların pulsuz sığınacaqlardan çıxarılmasına başlanacaq. Hökumət pulsuz yaşayış proqramını genişmiqyaslı şəkildə ixtisar edir.
Kanada isə artıq indidən qaçqınlar üçün bəzi tibbi prosedurları ödənişli edib və ukraynalılara göstərilən pulsuz tibbi yardımın siyahısını azaldıb. /Musavat.com/

moderator.az
- Vaxtında təhvil verilməyən mənzillərə görə alıcılar kompensasiya tələb edə bilər? - AÇIQLAMA
Vaxtında təhvil verilməyən mənzillərə görə alıcılar kompensasiya tələb edə bilər? - AÇIQLAMA

moderator.az
- "Efirlərdə toy operatorlarıdır, gəlib ağzının içinə girir, nə gündə çəkirlər, biabırçılıqdır" - FOTO+ÖZƏL
"Efirlərdə toy operatorlarıdır, gəlib ağzının içinə girir, nə gündə çəkirlər, biabırçılıqdır" - FOTO+ÖZƏL
Azərbaycan nefti ucuzlaşdı

moderator.az
- Ukrayna ordusu cəbhədə təşəbbüsü ələ keçirdi: itkilər Kremli şoka salıb...-"ISW"
Ukrayna ordusu cəbhədə təşəbbüsü ələ keçirdi: itkilər Kremli şoka salıb...-"ISW"

moderator.az
- Bürclərə görə iyun ayı necə keçəcək? — Sevgi, pul və karyera proqnozu
Bürclərə görə iyun ayı necə keçəcək? — Sevgi, pul və karyera proqnozu
2026-cı ilin yay mövsümünün ilk ayı olan iyun ayı bürc nümayəndələri üçün mühüm kosmik dəyişikliklər və taleyüklü hadisələrlə yaddan qalacaq. Astroloqların apardıqları son hesablamalara görə, planetlərin builki düzülüşü bəzi bürclərə gözlənilməz maliyyə uğurları vəd etdiyi halda, digərlərini şəxsi həyatda ciddi sınaqlarla üz-üzə qoyacaq.
Astroloji qaynaqlara istinadən iyun ayı üçün əsas qlobal proqnozları təqdim edirik:
Atəş qrupu (Qoç, Şir, Oxatan): Karyerada sıçrayış və pulların axını
İyun ayı atəş elementi altında doğulanlar üçün olduqca dinamik başlayacaq. Xüsusilə iş həyatında uzun müddətdir gözlənilən layihələrin reallaşması və rəhbərliyin diqqətini çəkmək şansı yaranacaq. Maliyyə baxımından ayın ortalarından etibarən gəlirlərin artması və yeni qazanc mənbələrinin tapılması gözlənilir. Astroloqlar bu bürclərə tələsik qərarlardan qaçmağı və enerjilərini düzgün bölüşdürməyi tövsiyə edirlər.
Torpaq qrupu (Buğa, Qız, Oğlaq): Səbirlə gələn uğur və sabitlik
Torpaq bürcləri üçün bu ay daha çox dincəlmək, plan qurmaq və daxili hüzuru tapmaq dövrüdür. Keçmişdə atılan addımların bəhrəsini məhz bu ay görməyə başlayacaqsınız. Şəxsi münasibətlərdə sabitlik və qarşılıqlı anlaşma ön plana çıxacaq. Yeni bir mülk almaq və ya uzunmüddətli investisiya qoymaq istəyənlər üçün ayın ikinci yarısı ən uğurlu zaman kəsiyidir.
Hava qrupu (Əkizlər, Tərəzi, Dolça): Sevgi macəraları və yeni tanışlıqlar
Hava qrupunun nümayəndələri iyun ayında diqqət mərkəzində olacaqlar. Təbii xarizmanız və ünsiyyət bacarığınız sayəsində ətrafınıza yeni insanlar toplayacaqsınız. Subay olan hava bürcləri üçün bu ay taleyüklü görüşlərlə zəngin ola bilər. Karyerada isə yaradıcı ideyalarınız sayəsində rəqiblərinizi geridə qoymağı bacaracaqsınız. Səyahətlər və qısamüddətli ezamiyyətlər də gözləniləndir.
Su qrupu (Xərçəng, Əqrəb, Balıqlar): İntuisiyanın gücü və sağlamlıq xəbərdarlığı
Su elementinə aid olan bürclər iyun ayında öz daxili səslərinə (intuisiyalarına) güvənməlidirlər. Bu ay qarşılaşacağınız çətin situasiyalardan məhz intuisiyanız sayəsində minimum zərərlə çıxa biləcəksiniz. Astroloqlar sağlamlıq məsələlərinə qarşı xüsusilə diqqətli olmağı, stressdən uzaq durmağı və yuxu rejiminə riayət etməyi məsləhət görürlər. Maddi məsələlərdə isə borc verməkdən və riskli xərclərdən qaçmaq lazımdır. /Demokrat.az/
Xəzərdə zəlzələ oldu - FOTO
Bakıda bu yollarda sıxlıq var - SİYAHI

moderator.az
- İnsanların mavi dərili doğulduğu qeyri-adi yer — FOTOLAR
İnsanların mavi dərili doğulduğu qeyri-adi yer — FOTOLAR
Azərbaycanlı zəvvarların son qrupu həcc ziyarətinə yola düşdü

moderator.az
- Hər dərdə dərman, yoxsa sadəcə reklam? - Həkimdən populyar maqnezium əlavələri ilə bağlı xəbərdarlıq
Hər dərdə dərman, yoxsa sadəcə reklam? - Həkimdən populyar maqnezium əlavələri ilə bağlı xəbərdarlıq
Tramp İranla bağlı mümkün hərbi addımları müzakirə edəcək
ABŞ Prezidenti Donald Tramp milli təhlükəsizlik komandası ilə İran ətrafında yaranmış vəziyyəti və Tehrana qarşı mümkün hərbi əməliyyatların bərpasını müzakirə edəcək.
Moderator.az xəbər verir ki, bu barədə “Axios” mənbələrə istinadla məlumat yayıb.
Mənbələrin bildirdiyinə görə, Tramp hələ də münaqişənin diplomatik yolla həllinə nail olmağa çalışır. Lakin İranın mövqeyinin vəziyyəti çətinləşdirdiyi qeyd olunur.
Nəşrin məlumatına əsasən, müzakirə edilən variantlar arasında Hörmüz boğazında gəmilərin müşayiəti məqsədilə “Azadlıq layihəsi”nin bərpası, həmçinin İran ərazisinə mümkün hava zərbələri də yer alır.
“Axios” xatırladır ki, son günlər Prezident Tramp danışıqların nəticəsiz qalacağı təqdirdə, İranın infrastruktur obyektlərinə mümkün zərbələr endirilə biləcəyini bir neçə dəfə bəyan edib.
ABŞ Prezidenti daha əvvəl jurnalistlərə açıqlamasında İranla atəşkəsin “son dərəcə kövrək” olduğunu bildirmişdi.
İsrailə görə beş ölkə "Avroviziya"nı boykot edir
İrlandiya, İslandiya, İspaniya, Niderland və Sloveniya İsrailə görə 2026-cı il "Avroviziya" mahnı müsabiqəsinin milli televiziyada yayımlanmasından imtina ediblər.
Moderator.az xəbər verir ki, ölkələrin yarışmadan çıxmasının əsas səbəbi İsraildir. Boykot edənlər İsraili Qəzza zolağında soyqırımı və müharibə cinayətlərində günahlandırıblar.
2025-ci ilin dekabr ayında İrlandiya, İslandiya, İspaniya, Niderland və Sloveniya İsrailin iştirakı səbəbindən iştirakçılarını 2026-cı ildə "Avroviziya"ya göndərməkdən imtina etdilər.
Bu, festivalın 70 illik tarixində ən böyük boykotdur.
Starmerin Baş nazir vəzifəsində qalmasına etiraz olaraq istefalar başladı
Baş nazir Keir Starmerin vəzifəsini davam etdirməsi səbəbindən Böyük Britaniya nazirlərinin köməkçiləri istefa verməyə başlayıblar.
Moderator.az xəbər verir ki, belə bir addımı ilk olaraq ətraf mühit, ərzaq və kənd təsərrüfatı üzrə dövlət katibi Emma Reynoldsun köməkçisi Tom Rutland atıb.
Onun ardınca səhiyyə naziri Ues Stritinq və Uesli Stritinqin parlamentdəki şəxsi katibi Co Morris də istefa verib. O, Starmerin istefa verəcəyi təqdirdə baş nazir vəzifəsinə ən çox ehtimal olunan varislərindən biri hesab olunur. Daxili işlər naziri Şabana Mahmudun köməkçisi Salli Ceymison da baş naziri açıq şəkildə Dauninq Stritdən getməyə çağırıb.
Britaniya siyasi sistemində hökumətin bütün üzvləri eyni zamanda parlament üzvləridir.
"The Spectator" jurnalının qeyd etdiyi kimi, hakim Leyborist Partiyasından olan 50-dən çox İcmalar Palatasının üzvü artıq Starmerin istefasını tələb edib. Nəşrin məlumatına görə, baş nazirin siyasi karyerası artıq günlərlə deyil, saatlarla ölçülür. Baş nazirdən narazı olan Leyborist millət vəkilləri hesab edirlər ki, Starmerin Dauninq küçəsindəki mövcudluğu 2029-cu ilin avqustundan gec olmayaraq keçiriləcək növbəti ümumi seçkilərdə partiyanın mövqeyini daha da pisləşdirəcək. Ümumilikdə, 650 yerlik İcmalar Palatasında Leyboristlər qrupu 403 üzvdən ibarətdir.
Böyük Britaniyada 7 mayda yerli özünüidarəetmə seçkiləri keçirilib. Nəticədə Leyboristlər Partiyası ilk dəfə olaraq Uels Parlamentinə nəzarəti itirib. Starmer seçkilərdəki məğlubiyyətə görə məsuliyyəti öz üzərinə götürüb, lakin istefa verməkdən imtina edib.
Tramp Venesuelanı ABŞ-ın 51-ci ştatı etmək barədə ciddi şəkildə düşünür
Prezident Donald Tramp bir daha administrasiyasının Venesuelanı ilhaq etməyə cəhd edə biləcəyinə işarə edib.
Moderator.az xəbər verir ki, o, "Fox News"a verdiyi müsahibədə Cənubi Amerika ölkəsini ABŞ-ın 51-ci ştatı etmək barədə ciddi şəkildə düşündüyünü bildirib.
Tramp dəfələrlə Kanada, Qrenlandiya, Panama və Kuba da daxil olmaqla bir sıra suveren ölkələri ilhaq etməklə və ya hərbi güc tətbiq etməklə hədələyib.
İsrail bu ölkənin cənubunda 68 kəndə nəzarət edir
İsrail ordusu hazırda Livanın cənubunda 68 kəndə nəzarət edir.
Moderator.az xəbər verir ki, bunu Livanın Baş naziri Nəvaf Salam Almaniyanın DPA agentliyinə müsahibəsində bildirib.
Nəvaf Salam qeyd edib ki, son müharibədən əvvəl İsrailin nəzarətində yalnız beş mövqe olub.
Onun sözlərinə görə, hazırda İsrail qüvvələri Litani çayının cənubunda yerləşən ərazilərin təxminən yarısını, o cümlədən 68 kəndi nəzarətdə saxlayır.
İran Parlamentinin sədri Qalibaf: Biz bütün variantlara hazırıq
Səhv strategiya və qərarlar həmişə səhv nəticələrə gətirib çıxarır.
Moderator.az xəbər verir ki, bu barədə İran Parlamentinin sədri Məhəmməd Bağır Qalibaf bildirib.
Qalibaf bildirib ki, silahlı qüvvələr istənilən hücuma cavab verməyə hazırdır. S
Qeyd edək ki, ABŞ Prezident Donald Tramp İranın göndərdiyi son təklifdən qətiyyən məmnun olmadığını deyib. "İran nüvə silahına sahib olmamaq öhdəliyini üzərinə götürmür. İranın göndərdiyi təklif axmaq bir təklif idi, heç kim onu qəbul etməzdi. Bəlkə də Obama və Bayden onu qəbul edərdilər" - deyə, Tramp bildirib.
Yarış zamanı məşhur pəhləvan qətlə yetirildi
Özbəkistanın Surxandərya vilayətinin Denau rayonunda keçirilən kuraş yarışları zamanı dəhşətli qətl hadisəsi baş verib. Bölgənin tanınmış pəhləvanlarından biri olan Nizomiddin Çutboyev öldürülüb.
Moderator.az xəbər verir ki, bu barədə kun.uz məlumat yayıb.
Məlumata görə, hadisə mayın 9-da saat 14:30-da Denaudakı tibb texnikumunun stadionunda qeydə alınıb. Həmin vaxt orada kuraş üzrə kütləvi idman tədbiri keçirilirdi.
Bildirilib ki, yarışın bir mərhələsində Nizomiddin Çutboyevin oğlu Əyyubxan Xurramov rəqibi Büstanbəy Cabbarova qalib gəlib. Kiçik qardaşının məğlubiyyətindən hiddətlənən Doston Cabbarov isə arxadan N.Çutboyevə yaxınlaşaraq ona bir neçə bıçaq zərbəsi endirib.
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Həyat Şəmsutdinov kun.uz-a açıqlamasında təsdiqləyib ki, ağır yaralanan N.Çutboyev təcili olaraq rayon tibb birliyinə çatdırılıb. Lakin reanimasiyada göstərilən tibbi yardımlara baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Məhkəmə-tibbi ekspertizasının ilkin rəyinə əsasən, mərhuma dörd ağır bıçaq xəsarəti yetirilib.
Həmin gün Denau rayon prokurorluğu tərəfindən Doston Cabbarov barəsində Cinayət Məcəlləsinin 97-ci maddəsinin 2-ci hissəsinin "l" bəndi (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) ilə cinayət işi başlanıb.
Şübhəli şəxs Cinayət Prosessual Məcəlləsinin 221-ci maddəsinə əsasən saxlanılıb. Hazırda rayon prokurorluğu tərəfindən ibtidai istintaq tədbirləri davam etdirilir.
Mənbənin məlumatına görə, Doston Cabbarov əvvəllər də məhkum olunub və rayonda aqressiv davranışları ilə tanınır.

moderator.az
- "İnsan və yeni reallıq": 2026-cı ildə süni intellekt dünyası necə dəyişir?" - Ekspert izah edir
"İnsan və yeni reallıq": 2026-cı ildə süni intellekt dünyası necə dəyişir?" - Ekspert izah edir
"Süni intellekt artıq gələcəyin texnologiyası deyil - o, gündəlik həyatın strukturuna çevrilib..."
Süni intellekt üzrə ekspert Sergey Mihel 2026-cı ili süni intellektin insan həyatına tam inteqrasiya mərhələsi kimi dəyərləndirir.
Moderator.az xəbər verir ki, bu barədə o, "sostav.ru" nəşrinə danışıb.
Onun fikrincə, əsas dəyişiklik təkcə texnologiyanın güclənməsi deyil, insan və maşın arasındakı sərhədin getdikcə silinməsidir.
Süni intellekt artıq "köməkçi" yox, komanda sistemidir
2026-cı ildə süni intellekt artıq sadə alət rolundan çıxıb və çoxagentli sistemlərə çevrilib. Şirkətlər bir model əvəzinə, müxtəlif sahələr üzrə ixtisaslaşmış İİ agentlərindən istifadə edir.
Bu agentlər ayrı-ayrı funksiyaları icra edir: marketinq strategiyası hazırlayır, kod yazır, logistikanı optimallaşdırır və sənədləri idarə edir. Ən vacibi isə onların bir-biri ilə koordinasiyalı şəkildə işləməsidir - insan isə daha çox nəzarətçi rolunda qalır.
"Deloitte" konsaltinq şirkətinin qiymətləndirilməsinə görə, süni intellekti inteqrasiya etməyən şirkətlər yaxın dövrdə 20-30 faiz məhsuldarlıq itkisi ilə üzləşə bilər. Bu isə süni intellekti artıq "seçim" yox, zərurətə çevirir.
Generativ süni intellekt - insan davranışına yaxınlaşan sistemlər
Generativ modellər 2026-cı ildə daha da inkişaf edərək insan üslubunu, emosional tonunu və məntiqini daha dəqiq təqlid etməyə başlayıb. Lakin mütəxəssislər vurğulayır ki, bu sistemlər hələ də şüura malik deyil - onlar yalnız öyrənilmiş nümunələri təkrarlayır.
Eyni zamanda istifadəçi davranışında da dəyişiklik var: insanlar artıq yalnız mətn generasiyası deyil, ardıcıl hekayələr, vizual seriyalar və kontekstual kontent yaradan modellərə üstünlük verir. Bu inkişaf yeni bir sual doğurur: süni intellekt tərəfindən yaradılan kontent nə dərəcədə "yaradıcılıq" sayılır və bu yaradıcılığın müəllifi kimdir?
Etika, məsuliyyət və fiziki süni intellektin yüksəlişi
Süni intellektin genişlənməsi ilə hüquqi və etik müzakirələr də kəskinləşib. Artıq bir çox ölkə süni intellekt tərəfindən yaradılan kontentin açıq şəkildə işarələnməsini tələb edir. Eyni zamanda manipulyativ və şüuraltına təsir edən sistemlərə qarşı məhdudiyyətlər gündəmə gəlir.
Ən çətin məsələlərdən biri məsuliyyət bölgüsüdür: əgər süni intellekt səhv qərar verib zərər yaradarsa, məsuliyyət kimə aiddir - istifadəçiyə, şirkətə, yoxsa sistemin özünə? Paralel olaraq "fiziki süni intellekt sürətlə inkişaf edir. Bu, sadəcə proqram deyil, real dünyada hərəkət edən robot sistemləridir. Onlar ətraf mühiti analiz edir, obyektləri tanıyır və dəyişən şəraitə uyğun qərar verə bilir.
Yeni reallığa adaptasiya dövrü
2026-cı ildə süni intellekt artıq ayrıca texnologiya deyil, real dünyanın struktur elementinə çevrilib. İnsan və maşın arasındakı əməkdaşlıq yeni bir mərhələyə keçib. Sergey Mihel hesab edir ki, əsas məsələ texnologiyanın qarşısını almaq deyil, onunla birlikdə yeni sosial, etik və iqtisadi balans yaratmaqdır.

moderator.az
- Məşhur pop ulduzu "Samsung" şirkətini məhkəməyə verib - FOTO
Məşhur pop ulduzu "Samsung" şirkətini məhkəməyə verib - FOTO
Məşhur britaniyalı müğənni, pop ulduzu Dua Lipa "Samsung Electronics" şirkətini məhkəməyə verib.
Moderator.az bildirir ki, bu barədə "Reuters" agentliyi məlumat verib.
Bildirilib ki, sənətçi şirkətin ən azı 15 milyon dollar təzminat ödəməsini tələb edib. Buna səbəb müğəninin şəklinin onun razılığı olmadan televizor qablaşdırmasında istifadə edilməsidir.
İddiada qeyd olunur ki, "Samsung" müğənninin şəklini pərakəndə satış üçün nəzərdə tutulan televizor qutularında yerləşdirib. İddiaçının fikrincə, bu, onun məhsulun reklamında iştirak etdiyi təəssüratını yaradıb.

Söhbət "Dua Lipa - Behind the Scenes Austin City Limits, 2024" başlığı verilən şəkildən gedir ki, müğənninin bu fotoya eksklüziv hüquqlarının olduğu iddia edilir.
Dua Lipanın vəkilləri həmçinin iddia edirlər ki, obrazın bu şəkildə istifadəsi brend qavrayışına təsir göstərə və istehlakçıları çaşdıra, məhsulun rəsmi şəkildə təsdiqləndiyi təəssüratı yarada bilər. İddiada sosial şəbəkələrdən olan skrinşotlar sübut kimi gətirilib, hansı ki, burada istifadəçilər qablaşdırmadakı təsviri müzakirə edirlər.
"Samsung" nümayəndələri məhkəmə prosesinin davam etdiyini əsas gətirərək, məsələ ilə bağlı şərh verməyiblər.
Fransa bu silahları artıq Ermənistandadır
11 mayda Ermənistanın müdafiə naziri Suren Papikyan parad məşqindən video yayımlayıb. Videoda Fransanın ən azı iki “Sezar” özüyeriyən haubitsası görünür. Bu, “Sezar”ın Ermənistana çatdırılmasının ilk rəsmi təsdiqidir.
Moderator.az xəbər verir ki, bu barədə Teleqram kanallarında məlumat yayılıb.
6 may 2026-cı ildə Ermənistan və Fransa arasında müdafiə sektorunda uzunmüddətli sənaye əməkdaşlığı da daxil olmaqla, strateji müdafiə tərəfdaşlığı haqqında birgə bəyannamə imzalanıb. Ermənistana altı “Airbus Helikopters H145” çoxməqsədli helikopterinin tədarükü üçün müqavilə təsdiqlənib. Fransanın müdafiə naziri fransız təlimatçıların Ermənistan hərbi personalının təlimində iştirak etdiyini vurğulayıb.
“Ermənistan sadəcə Qərbdən silah almır. O, standartlar, təlim və logistika vasitəsilə Qərb hərbi arxitekturasının bir hissəsinə çevrilir”, - məlumatda bildirilib.
Qeyd edək ki, Ermənistan 28 mayda hərbi parad keçirməyə hazırlaşır.
Ukrayna PA-nın sabiq rəhbəri dövlət əmlakının mənimsənilməsində ittiham olunur
Ukrayna Milli Antikorrupsiya Bürosu (NABU) və Xüsusi Antikorrupsiya Prokurorluğu (SAP) Kiyev yaxınlığında dəbdəbəli tikinti layihələrində 460 milyon qrivnanın yuyulması ilə məşğul olan mütəşəkkil qrupu aşkar edib.
Moderator.az xəbər verir ki, bu barədə Ukrayna Milli Antikorrupsiya Bürosunun (NABU) mətbuat xidməti məlumat yayıb.
Büro şübhəlinin adını çəkməyib. Lakin bir gün əvvəl internetdə NABU-nun axtarış apardığı və Prezident Administrasiyasının sabiq rəhbəri Andrey Yermaka şübhə ilə bağlı bildiriş göndərdiyi barədə məlumat yayılıb.
NABU-nun məlumatına görə, həmin iş, Ukrayna Cinayət Məcəlləsinin 209-cu maddəsinin 3-cü hissəsi (Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması (yuyulması) ilə təsnif edilib.
Hazırda təcili istintaq hərəkətləri davam etdirilir.
Cənubi Koreya Şimali Koreya sərhədində yeni qadağalar tətbiq etdi
Cənubi Koreya parlamenti "Aviasiya təhlükəsizliyi haqqında" qanuna dəyişiklikləri qəbul edib.
Yeni düzəlişlər uçuşların qadağan olunduğu zonalarda, o cümlədən KXDR ilə sərhəd bölgələrində pilotsuz uçuş aparatlarının və digər çox yüngül uçuş vasitələrinin icazəsiz istifadəsinə görə cəzaların sərtləşdirilməsini nəzərdə tutur.
Moderator.az xəbər verir ki, bu barədə rg.ru məlumat yayıb. Bildirilib ki, artıq bu cür qayda pozuntularına yol verən şəxsləri həbs cəzasına qədər məsuliyyət gözləyir.
Hökumət rəsmilərinin sözlərinə görə, dəyişikliklər mülki dronların Şimali Koreya ərazisinə daxil olması ilə bağlı insidentlərin təkrarlanmasının qarşısını almağa yönəlib.
Yeni qanun yalnız pilotsuz uçuş aparatlarına deyil, bütün növ çox yüngül uçuş vasitələrinə də şamil olunur. Faktiki olaraq, yeni qaydalar həbs təhlükəsi altında hava şarlarının buraxılmasını da qadağan edir. Bu isə aktivistlərin Cənubi Koreya ərazisindən Şimali Koreyaya vərəqələr və digər materiallar göndərməsini xeyli çətinləşdirəcək.
Koreya Respublikasının Birləşmə Nazirliyi qanuna edilən dəyişiklikləri alqışlayaraq bildirib ki, sərhədyanı bölgələrdən KXDR istiqamətində həyata keçirilən icazəsiz dron uçuşlarının cəzalandırılması üçün artıq daha güclü hüquqi baza formalaşdırılıb.
Nazirlik vurğulayıb ki, yeni normalar digər vasitələrlə törədilən analoji halların da qarşısını almağa imkan verəcək.
Qurum həmçinin bəyan edib ki, Koreya yarımadası üzərində hava məkanında süni gərginlik yaradan hərəkətlərin qarşısı qəti şəkildə alınmalıdır.
Seul bu cür hadisələrin qarşısının alınmasını Pxenyanla münasibətlərdə gərginliyin azaldılmasına yönəlmiş siyasətin mühüm hissəsi kimi qiymətləndirir.
Nazirlikdən əlavə edilib ki, hökumət Koreyalararası münasibətlərin inkişafı haqqında qanuna yenidən baxılması da daxil olmaqla, əlavə tədbirlər üzərində işi davam etdirəcək.
ABŞ-nin Ukrayna siyasətində yeni mərhələ
ABŞ Prezidenti Donald Trampın administrasiyası Ukraynaya yardımı 99% azaldıb və eyni zamanda Rusiya ilə münasibətləri yaxşılaşdırmağa çalışıb.
Moderator.az xəbər verir ki, bu barədə "The New York Times" qəzeti yazıb.
Nəşrin məlumatına görə, Kiyevlə Vaşinqton arasında münasibətlər tədricən pisləşib və bu proses Ukrayna üçün uğursuzluqlar, eləcə də alçaldıcı hallarla müşayiət olunub.
Məqalədə qeyd olunur ki, prezident səlahiyyətlərinin icrasına başladıqdan bir ay sonra Tramp və ətrafı Ağ Evdə keçirilən görüş zamanı Ukrayna Prezidenti Volodimir Zelenskini alçaldıblar.
"The New York Times"ın iddiasına görə, Vaşinqton eyni zamanda Kiyevə dəstəyi kəskin şəkildə azaltmaq fonunda Moskva ilə münasibətləri normallaşdırmağa çalışıb.

moderator.az
- Azərbaycan Ordusunun hərbi qulluqçuları Kəlbəcərdə minaya düşüblər
Azərbaycan Ordusunun hərbi qulluqçuları Kəlbəcərdə minaya düşüblər
Mayın 11-də Azərbaycan Ordusunun hərbi qulluqçuları Məhəmməd Əlibaba oğlu Hüseynov və Kamil Cəmil oğlu Qaflanov xidməti vəzifələrini yerinə yetirərkən Kəlbəcər rayonu ərazisində minaya düşüblər.
Moderator.az xəbər verir ki, bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb.
Xəsarət alan hərbi qulluqçular yaxınlıqdakı tibb müəssisəsinə təxliyə ediliblər. Dərhal ilkin tibbi yardım göstərilən hərbi qulluqçularımızın vəziyyətləri stabildir, hazırda hərbi tibb müəssisəsində müalicələri davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.
Türkiyənin Baş Qərargah rəisi belçikalı həmkarı ilə görüşüb
Türkiyənin Baş Qərargah rəisi general Səlcuq Bayraqdaroğlu Belçika Baş Qərargah rəisi general Frederik Vansina ilə görüşüb.
Moderator.az xəbər verir ki, bu barədə məlumat Türkiyə Silahlı Qüvvələrinin "X" sosial şəbəkə hesabında paylaşılıb.
Qeyd olunub ki, İstanbulda keçirilən görüşdə ikitərəfli münasibətlər və regional məsələlər müzakirə olunub.
Şəmkirdə 62 yaşlı kişi bazarda öldü
Şəmkir rayonunda kişi bazarda ölüb.
Moderator.az "Qafqazinfo"ya istinadla xəbər verir ki, 1964-cü il təvəllüdlü Fərman Məmmədovun bazar ərazisində qəfil halı pisləşib.
Hadisə yerinə təcili yardım briqadası cəlb olunsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma aparılır.

moderator.az
- "Demoqrafik böhran üçün qeyri-adi yollar": Avropa və Asiya doğumu artırmağa çalışır" - "Ouest-France"
"Demoqrafik böhran üçün qeyri-adi yollar": Avropa və Asiya doğumu artırmağa çalışır" - "Ouest-France"
"Subay vergisi", gecə klublarının təmiri və milyonluq ödənişlər..."
İnkişaf etmiş ölkələrin əksəriyyətində doğum səviyyəsi sürətlə azalır və hökumətlər bu meyli dəyişmək üçün bəzən olduqca qeyri-adi addımlar atır.
Moderator.az xəbər verir ki, bu barədə Fransanın "Ouest-France" nəşri yazıb.
Nəşrin qeyd etdiyi kimi, hələlik universal çıxış yolu tapılmasa da, bəzi ölkələrin tətbiq etdiyi metodlar ciddi maraq doğurur.
Litva gecə klublarına, Çin isə maliyyə stimullarına ümid edir
Litvada doğum göstəricilərinin azalması hökuməti həm iqtisadi, həm də sosial addımlar atmağa məcbur edib. 2025-ci ildə ölkədə cəmi 17 500 uşaq dünyaya gəlib ki, bu da əvvəlki illərlə müqayisədə xeyli aşağı göstəricidir.
Buna görə hökumət iki və daha çox uşağı olan ailələr üçün beş illik gəlir vergisi güzəştləri təklif edib. Paralel olaraq valideynləri işə götürən şirkətlər üçün də vergi yükünün azaldılması müzakirə olunur. Ancaq ən diqqətçəkən təşəbbüs gecə klublarının bərpası planıdır. Litva rəsmiləri hesab edir ki, gənclərin tanış olması üçün məkanların azalması ailə qurma göstəricilərinə təsir edir.
Çində isə əsas diqqət maliyyə dəstəyinə yönəlib. Hökumət uşaqlı ailələrə ödənişlər, pulsuz məktəbəqədər təhsil və müxtəlif subsidiyalar təqdim edir. Bununla belə, bir çox sakinlər hesab edir ki, bu yardımlar həyat bahalaşması fonunda yetərli deyil. Daha çox müzakirə doğuran addımlardan biri isə kontraseptiv vasitələrə əlavə vergi tətbiqi olub. Tənqidçilər bildirir ki, qiymət artımı insanları daha çox uşaq sahibi olmağa məcbur etməyəcək.
Yaponiya "subay vergisi" tətbiq edir, Cənubi Koreya milyonlar xərcləyir
Demoqrafik böhranla üzləşən Yaponiyada hökumət 2026-cı ildə ailələri dəstəkləmək üçün yeni maliyyə mexanizmi tətbiq edib. Yerli mediada buna artıq "subay vergisi" adı verilib. Qaydalara əsasən, evli olmayan çalışan şəxslər əlavə ödəniş etməlidir. Məqsəd nikahları və doğumu stimullaşdırmaqdır. Lakin bu qərar cəmiyyətdə ciddi narazılıq yaradıb.
Statistika da hökuməti narahat edir: Yaponiyada doğum sayı son illərdə sürətlə azalaraq 2019-cu ildəki 814 mindən 2024-cü ildə təxminən 685 minə düşüb. Cənubi Koreya isə problemi daha çox maliyyə yolu ilə həll etməyə çalışır. Bir yaşdan kiçik uşağı olan ailələr aylıq ödəniş alır. Bəzi özəl şirkətlər isə əməkdaşlarına valideyn olduqları halda on minlərlə avro bonus verir.
Buna baxmayaraq, ölkədə doğum səviyyəsi dünyanın ən aşağı göstəricilərindən biri olaraq qalır.
Rusiya psixoloji yanaşmaya üstünlük verir, Fransa isə çıxış yolu axtarır
Rusiyada hakimiyyət doğum səviyyəsini artırmaq üçün psixoloji və sosial təsir metodlarına üstünlük verir. Rəsmilər qadınların reproduktiv sağlamlıq üzrə mütəmadi konsultasiyalara yönləndirilməsini tövsiyə edir.
Məqsəd "analığa müsbət münasibət formalaşdırmaq" kimi izah olunur. Bununla yanaşı, çoxuşaqlı ailələr üçün maliyyə dəstəyi də artırılır. Vladimir Putin daha əvvəl valideynliyi "dəb halına gətirməyin" vacibliyini vurğulayıb. Çünki ölkədə doğum göstəriciləri son iki əsrin ən aşağı səviyyəsinə yaxınlaşıb.
Fransada isə əsas problem uşağın böyüdülməsi üçün yüksək xərclər, iş və şəxsi həyat balansı, eləcə də gələcəklə bağlı narahatlıqlardır. Nəşr qeyd edir ki, hətta çox güclü sosial təminat sistemi olan İsveçdə belə doğum göstəriciləri rekord səviyyədə aşağı düşüb. Bu isə onu göstərir ki, təkcə maliyyə yardımı demoqrafik böhranı həll etməyə kifayət etmir.

moderator.az
- Aİ İordan çayının Qərb sahilinə məskunlaşan israillilərə qarşı sanksiyaları razılaşdırıb
Aİ İordan çayının Qərb sahilinə məskunlaşan israillilərə qarşı sanksiyaları razılaşdırıb
Avropa İttifaqı (Aİ) İordan çayının Qərb sahilində zorakılığın artması fonunda bəzi israillilərə və onlarla əlaqəli strukturlara qarşı sanksiyaları razılaşdırıb.
Moderator.az-ın xəbərinə görə, bu barədə Avropa diplomatiyasının rəhbəri Kaya Kallas Brüsseldə Aİ Xarici İşlər Şurasının iclasının yekunlarına dair açıqlamasında bildirib.
"Bu gün biz ekstremist israillilərə və onlarla əlaqəli strukturlara qarşı sanksiyalar barədə siyasi razılığa gəldik. Bu, HƏMAS-ın aparıcı fiqurlarına qarşı yeni sanksiyalarla eyni vaxtda edilib", - o bildirib.
Kallasın sözlərinə görə, razılaşma Aİ daxilində qərarların qəbulunu uzun müddət bloklayan "siyasi dalandan" çıxış deməkdir. "Zorakılıq və ekstremizmin nəticələri olur", - o vurğulayıb.
Kallas həmçinin bildirib ki, nazirlər İsrailin qeyri-qanuni məskunlaşma həyata keçirdiyi ərazilərlə ticarətin məhdudlaşdırılmasını da müzakirə ediblər. "Bir çox üzv dövlətlər bu məsələni daha da irəli aparmağa çağırıb", - o deyib və əlavə edib ki, mümkün təkliflər üzərində Avropa Komissiyası ilə iş davam etdiriləcək.
Avropa Komissiyasının qeyri-qanuni məskunlaşma həyata keçirilən ərazilərlə ticarətə dair konkret tədbirlər paketini, xüsusən də Fransa və İsveçin təkliflərini niyə təqdim etməməsi ilə bağlı jurnalistlərin sualını cavablandıran Kallas, Aİ ölkələri arasında konsensusun olmadığını etiraf edib.
"Bir çox üzv dövlətlərin (İsrailə qarşı sanksiyalar məsələsində - red.) daha çoxunu istədiyi doğrudur, lakin bununla razılaşmayan bir çox üzv dövlətlər də var", - o bildirib.
Avropa diplomatiyasının rəhbəri ticarət tədbirlərinin onun başçılıq etdiyi ofisin yox, Avropa Komissiyasının səlahiyyətində olduğunu da vurğulayıb.
"Şuranın əvvəlki iclasından dərhal sonra mən bu məsələni Avropa Komissiyasında qaldırdım, çünki üzv dövlətlər belə təkliflər verir. Mən bunu xahiş etdim, amma hələ ki, cavab yoxdur və mən onu hazırlaya bilmərəm", - Kallas bildirib.
Təəssüf ki, yeni hücumlara hazırlaşırıq - Zelenski
Təəssüf ki, yeni hücumlara hazırlaşırıq.
Moderator.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
“Rusiyanın müharibəni bitirmək niyyəti yoxdur”, - Zelenski bildirib.
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında 9-11 may tarixlərində atəşkəs elan olunmuşdu.

moderator.az
- “Aqil Bəhramlı teatrımızı avropaya apardı, Ədalət müəllimdən də bunu gözləyirik”-Xalq artistindən ETİRAF-FOTO+ÖZƏL
“Aqil Bəhramlı teatrımızı avropaya apardı, Ədalət müəllimdən də bunu gözləyirik”-Xalq artistindən ETİRAF-FOTO+ÖZƏL
“Artıq bu il 45 ildir ki, mən Gəncə Dövlət Dram teatrında çalışıram. Səhnəyə hər zaman sevərək çıxmışam. O vaxtlar heç vaxt ağlımıza gəlməzdi ki, gün gələcək dövlət tərəfindən sənət insanları bu qədər mükafatlandırılacaq, bu qədər diqqət və qayğı görəcək?! Dövlətin teatrlara göstərdiyi qayğı və diqqət göz önündədir. Biz sadəcə sənətimizi sevirdik və səhnəyə çıxaraq hər gün tamaşaçılarla ünsiyyətdə olurduq. Ən xoş günlərimizdə də, acı günlərimizdə də, xəstəliklə çarpışanda da səhnəyə çıxmışıq. 38-39 dərəcə qızdırma ilə səhnədə olmuşuq. Bugünki günümüzə çox şükür. Aktyorlarımız böyük sevgi və qayğı ilə əhatələniblər. Nə xoş mənə ki, bugünlərdə ölkə başçısı tərəfindən mükafatlandırılan sənətkarların içərisində mən də var idim. Hər şeyə görə cənab prezidentə öz təşəkkürümü bildirirəm”
Bunu Moderator.az-a açıqlamasında xalq artisti Pərvanə Qurbanova deyib. O daha sonra “Teatr hansı direktorun dövründə məhsuldar olub?” sualına belə cavab verib:
“Təbii ki, hər dəfə direktor dəyişəndə ab-hava da dəyişir. Ən əsası odur ki, hansı rəhbər gəlirsə-gəlsin, o teatrı bilən, sevən insan olursa onun özü üçün də, aktyorlar üçün də hər şey asan olur. Mən çox direktorlar görmüşəm. Ələddin İsmayılovdan başlayaraq üzü bu vaxta qədər. Əli Qasımov da 13 il direktor işlədi. Onun dövründə də müəyyən uğurlu tamaşalar oldu. Ondan sonra gələn Aqil Bəhramlı Gəncə teatrı üçün çox böyük işlər gördü. Azərbaycan teatrının avropaya çıxışı ilk olaraq Aqil müəllimin rəhbərliyi dövründə oldu. Teatr böyük festivallarda çıxış etdi. Aqil müəllimin teatra rəhbərlik etdiyi o dörd il o qədər möhtəşəm və məhsuldar idi ki... Aqil müəllimdən sonra gələn Ədalət müəllimdən də bunu gözləyirik. İnşallah ki, elə də olar. Ədalət müəllim də Rus Dram Teatrında uzun illər işləmiş çox peşəkar bir insandır” deyə o bildirib.
Pərvanə Qurbanova teatrlardakı qalmaqallar haqqında suala belə cavab verib:
“Gəncə Dövlət Dram Teatrı balaca kollektiv deyil. 140-dan çox işçisi olan bir idarədir. 140 nəfər az deyil. İntirqa və qalmaqal olanda 2 nəfərin də arasında olur. Hər bir yerdə söz-söhbət, intriqalar və qruplaşmalar olur. Allah pisindən saxlasın. İnsanlar getdikcə tam başqa hal alırlar. Əvvəllər gördüyümüz sənətə, böyüyə, kiçiyə olan hörmət indiki nəsil üçün bir az əlçatmaz olub. Hər yerin pisi də var, yaxşısı da. Pis olmasa yaxşının qədri bilinməz. Ümid edirik ki, bu da getdikcə düzələcək” deyə o bildirib.
Trampdan sensasion Venesuela planı
ABŞ Prezidenti Donald Tramp Venesuelanı Amerikanın 51-ci ştatına çevirmək imkanını ciddi şəkildə nəzərdən keçirdiyini bəyan edib.
Moderator.az xəbər ki, bu barədə "Fox News" kanalının reportyoru Bill Melucin "X" sosial media platformasında paylaşım edib.
"Prezident Tramp az əvvəl telefon danışığı zamanı "Fox News"dakı həmkarım Con Robertsə bildirib ki, Venesuelanın ABŞ-nin 51-ci ştatına çevrilməsi ehtimalını ciddi şəkildə dəyərləndirir. O, həmçinin qeyd edib ki, Venesuelada 40 trilyon dollar dəyərində neft ehtiyatı var və "Venesuela Trampı sevir", - deyə paylaşımda vurğulanıb.
Pakistan 15 polisin ölümünə görə Əfqanıstanı ittiham etdi
Pakistan 15 polis əməkdaşının ölümü ilə nəticələnən hücumda Əfqanıstanda yerləşən silahlı qruplaşmaları günahlandırıb.
Moderator.az "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.
"İnsidentin hərtərəfli araşdırılması, eləcə də toplanmış sübutlar və texniki kəşfiyyat məlumatları hücumun Əfqanıstanda məskunlaşmış terrorçular tərəfindən planlaşdırıldığını göstərir", - deyə açıqlamada bildirilib.
İslamabad Kabil rəhbərliyini Əfqanıstan ərazisindən Pakistana qarşı hücumlar planlaşdırmaq üçün istifadə edən silahlılara sığınacaq verməkdə ittiham edir.
"Taliban" isə bu iddiaları qətiyyətlə rədd edərək, Pakistandakı silahlı fəaliyyətlərin ölkənin daxili problemi olduğunu bəyan edib.
Bəyanatda həmçinin vurğulanıb ki, yüksəkvəzifəli əfqan diplomat Pakistan Xarici İşlər Nazirliyinə çağırılıb və ona baş vermiş qanlı hadisə ilə bağlı sərt xəbərdarlıq edilib.
"Əfqanıstandakı "Taliban" rejiminə qəti şəkildə bildirilib ki, əgər o, bu terror təşkilatlarına sığınacaq verməyə davam edərsə, Pakistan öz milli təhlükəsizliyi və vətəndaşlarının müdafiəsi məsələsində heç bir kompromisə getməyəcək", - deyə sənəddə qeyd olunub.

moderator.az
- Azərbaycanla Kanada arasında əlaqələr müzakirə edilib - FOTO
Azərbaycanla Kanada arasında əlaqələr müzakirə edilib - FOTO
Azərbaycanın Kanadadakı müvəqqəti işlər vəkili Vüsal Süleymanov bu ölkənin Xarici Xidmət İnstitutunun (XXİ) baş direktoru Stefan Jobin ilə görüşüb.
Moderator.az xəbər verir ki, bu barədə Azərbaycanın Kanadadakı səfirliyinin "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb.
"Peşəkar əməkdaşlığın və dialoqun gücləndirilməsi barədə fikir mübadiləsi aparılıb", - paylaşımda qeyd olunub.
Bildirilib ki, ölkələr arasında əlaqələr də müzakirə edilib.
"NBC News": Tramp Kubanın Vaşinqtonun təzyiqinə boyun əyməməsindən əsəbiləşib
ABŞ Prezidenti Donald Tramp Kuba hakimiyyətinin Vaşinqtonun təzyiqinə təslim olmamasından əsəbiləşib.
Moderator.az xəbər verir ki, "NBC News" bu barədə ABŞ rəsmilərinə istinadən məlumat yayıb.
Qeyd olunub ki, ABŞ administrasiyası Kubaya qarşı sərt sanksiyalar tətbiq edib, vacib resursların tədarükünü məhdudlaşdırıb. Lakin Vaşinqton Kuba Prezidenti Migel Dias-Kanelin hökuməti ilə diplomatik əlaqələri davam etdirir.
Eyni zamanda, "NBC News" qeyd edir ki, Kuba hökuməti "hakimiyyətdən imtina etməyə və ya əhəmiyyətli güzəştlərə getməyə hazır olduğunu göstərməyib".
Mənbələr iddia edir ki, ABŞ administrasiyasının rəsmiləri hərbi müdaxilə olmadan belə Kuba hökumətinin ilin sonuna qədər süquta uğraya biləcəyinə inanırlar.
"Ancaq, Tramp belə bir müddət müddətini qeyri-kafi hesab edir və Havanaya təzyiq göstərmək səylərinə nəzarət edən dövlət katibi Marko Rubio da daxil olmaqla, əsas rəsmilərdən narazılığını bildirib", - deyə məqalədə qeyd olunub.
Aİ Suriyanın nazirlərinə qarşı sanksiyaları ləğv edib
Avropa İttifaqı Suriyanın nazirlərinə qarşı sanksiyaları ləğv edib.
Moderator.az xəbər verir ki, bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas bəyan edib.
"Aİ Suriyanın daxili işlər naziri və müdafiə nazirinə qarşı sanksiyaları ləğv etmək qərarına gəlib", - deyə o bildirib.
Şahbaz Şərif və Əli Zərdari Əfqanıstanla gərgin münasibətləri müzakirə ediblər
Pakistan Xalq Partiyasının həmsədri, sabiq prezidenti Asif Əli Zərdari ölkənin Baş naziri Şahbaz Şəriflə görüşüb və Əfqanıstanla münasibətlər müzakirə olunub.
Moderator.az xəbər verir ki, bu barədə Pakistanın xarici işlər naziri Məhəmməd İshaq Dar "X" sosial şəbəkə hesabında məlumat yayıb.
"Görüşdə Əfqanıstanla sərhəd mübahisələri və regional vəziyyət müzakirə olunub", - məlumatda qeyd edilib və Hindistanın hücumları nəticəsində həlak olanların xatirəsi anılıb.
Qeyd edək ki, mayın 9-da "Fitnə-əl-Xəvaric" (əvvəllər "Təhrik-i-Taliban Pakistan" və ya "Pakistan Taliban Hərəkatı" kimi tanınan) qruplaşmanın yaraqlıları Xayber-Paxtunxva əyalətinin Bannu rayonundakı Fateh-Xel polis postuna partlayıcı qurğu ilə hücum edib. Hücum nəticəsində 15 polis əməkdaşı həlak olub. Terror aktı ilə əlaqədar Əfqanıstanın İslamabaddakı müvəqqəti işlər vəkili Pakistan Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb, Xayber-Paxtunxva əyalətində polis postuna terrorçuların hücumu ilə əlaqədar ona demarş elan edilib.
Xatırladaq ki, Pakistan–Əfqanıstan sərhədində silahlı toqquşmalar 2025-ci ilin oktyabrında baş verib. Bu, 2021-ci ildə "Taliban"ın Kabildə hakimiyyətə gəlməsindən sonra ən çox qan tökülən insident olub. Toqquşmalar Pakistanın sərhəd postlarına hücumlardan sonra başlayıb, cavab olaraq Pakistan Hərbi Hava Qüvvələri Əfqanıstanda "Fitna əl-Xavaric" qruplaşmasının bazalarına zərbələr endirib. Əfqanıstan hökumətinin rəsmi nümayəndəsinin müavini Həmdulla Fitrat 12 nəfərin öldüyünü, 100-dən çox insanın yaralandığını açıqlayıb. Həmin ay Qətər və Səudiyyə Ərəbistanının vasitəçiliyi ilə münaqişə tərəfləri müvəqqəti atəşkəs və döyüşlərin dayandırılması barədə razılığa gəliblər, razılaşma hələ də qüvvədədir.
Pakistan və Əfqanıstan arasında münasibətlər, 2026-cı ilin əvvəlindən də sərhəd toqquşmaları, təhlükəsizlik problemləri və diplomatik fikir ayrılıqları fonunda yüksək gərginlik dövrünü yaşayır.
2026-cı il fevralın 21-i axşam Pakistan Hərbi Hava Qüvvələri sərhədyanı Əfqanıstan əyalətləri olan Nəngərhar, Paktika və Xostanı atəşə tutub. Pakistan hakimiyyəti hücumların məqsədinin regionda fəaliyyət göstərən terror qruplaşmaları - "Pakistan taliban"ı və "Vilayət Xorasan"ın düşərgələri olduğunu bəyan edib. Bu hücumlar Pakistanın paytaxtı İslamabadda, eləcə də ölkənin şimal-qərbindəki Bacaur dairəsində və Bannu şəhərində fevralda baş verən terror aktlarına cavab tədbiri sayılır.
2026-cı ilin aprel ayında tərəflərin gərginliyi azaltmaq barədə razılığa gəlmələrinə baxmayaraq, sərhəddə vəziyyət hələ də kövrək olaraq qalır.
Almaniya və Ukrayna birgə dron istehsal etməyi planlaşdırır
Almaniya və Ukrayna uzaqmənzilli pilotsuz uçuş aparatlarının birgə istehsalını həyata keçirməyi planlaşdırır.
Moderator.az TASS-a istinadən xəbər verir ki, bunu Almaniyanın müdafiə naziri Boris Pistorius Kiyevdə ukraynalı həmkarı Mixail Fyodorovla görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
Nazirin sözlərinə görə, Berlin Almaniya və Ukrayna şirkətləri arasında birgə müəssisələrin yaradılmasına üstünlük verir.
"Bu, xüsusilə, müxtəlif mənzilli - 100 kilometrdən 1 500 kilometrədək uçuş məsafəsinə malik dronların birgə hazırlanması və istehsalına aiddir", - deyə Pistorius bildirib.
Məlumata görə, söhbət həm yeni texnologiyaların hazırlanmasından, həm də birgə istehsal prosesinin təşkilindən gedir.

moderator.az
- Türkiyədə 8,7 milyard lirəlik cinayətin üstü açılıb - FOTO
Türkiyədə 8,7 milyard lirəlik cinayətin üstü açılıb - FOTO
Türkiyənin 33 vilayətində dələduzlara qarşı əməliyyat keçirilib və cinayət yolu ilə 8,7 milyard lirə (191 milyon 714 min dollar) əldə edildiyi aşkarlanıb.
Moderator.az xəbər verir ki, bu barədə Türkiyənin ədliyyə naziri Akın Gürlek "X" sosial şəbəkə hesabında yazıb.
"8,7 milyard TL-lik nəhəng bir cinayət gəlirinin aşkar edildiyi bu əməliyyat çərçivəsində bütün təqsirkarlar barəsində lazımi hüquqi tədbirlər həssaslıqla davam etdirilir", A. Gürlek bildirib.
Qeyd edək ki, Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, eləcə də Xəzinə və Maliyyə Nazirliyinin birgə əməliyyatından sonra oxşar tədbirlər davam etdirilir.

moderator.az
- Makron Nayrobi sammitində əsəbiləşdi və iştirakçılara qışqırdı - VİDEO
Makron Nayrobi sammitində əsəbiləşdi və iştirakçılara qışqırdı - VİDEO
Fransa Prezidenti Emmanuel Makron Nayrobidə keçirilən "Afrika irəli" zirvə toplantısında iştirakçıların davranışına sərt reaksiya verib.
Moderator.az xəbər verir ki, xarici media kameralarının qeydə aldığı hadisə qısa müddətdə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Afrikalı nümayəndələrin çıxışları zamanı zalda fasiləsiz səs-küy yaranıb. Səhnədə müzakirələr davam etdiyi halda, iştirakçıların bir hissəsi öz aralarında fəal şəkildə söhbət edib.
Bu vəziyyətdə Fransa lideri müdaxilə etmək qərarına gəlib və mikrofona yaxınlaşaraq narazılığını ifadə edib.
Makron bildirib ki, belə şəraitdə mədəniyyət və siyasət məsələlərinin müzakirəsi mümkün deyil. Onun sözlərinə görə, bu cür davranış forumda çıxış edən iştirakçılara qarşı hörmətsizlikdir.
Fransa Prezidenti şəxsi söhbətlərini davam etdirmək istəyən şəxslərə zalı tərk etməyi və ya ikitərəfli görüşlər üçün ayrılmış xüsusi otaqlara keçməyi tövsiyə edib.
Makronun xəbərdarlığından sonra auditoriyadakı səs-küyün səviyyəsinin nəzərəçarpacaq dərəcədə azaldığı bildirilib.
Pekindən Trampa mesaj: Çin əməkdaşlığa hazırdır
Çin ABŞ Prezidenti Donald Trampın qarşıdan gələn səfəri zamanı fikir ayrılıqlarının aradan qaldırılması və əməkdaşlığın genişləndirilməsi istiqamətində ABŞ ilə birgə işləməyə hazır olduğunu bəyan edib.
Moderator.az bildirir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin nümayəndəsi Qo Tszyakun brifinq zamanı çıxışında bildirib. Müvafiq məlumat nazirliyin rəsmi saytında da yerləşdirilib.
Diplomatın sözlərinə görə, yüksəksəviyyəli təmaslar Pekin və Vaşinqton arasında münasibətlərin inkişafında əsas rol oynayır.
O vurğulayıb ki, Çin bərabərlik, hörmət və qarşılıqlı fayda prinsipləri əsasında ABŞ ilə əməkdaşlığı inkişaf etdirməyə hazırdır.
Çin Xarici İşlər Nazirliyindən həmçinin bildirilib ki, Çin sədri Si Cinpin Donald Trampla ikitərəfli münasibətlər, eləcə də beynəlxalq və regional gündəmlə bağlı geniş fikir mübadiləsi aparacaq.
Tramp: İranla diplomatik razılaşma mümkündür
Vaşinqtonla Tehran arasında hərbi əməliyyatların dayandırılması ilə bağlı diplomatik razılaşmanın əldə olunması mümkündür.
Moderator.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.
"Düşünürəm ki, bu tamamilə mümkündür”, – deyə Tramp cavab verib.

moderator.az
- "Qlobal sistem sınma həddindədir" - Alimlər insanlığın gələcəyi ilə bağlı həyəcan təbili çalır
"Qlobal sistem sınma həddindədir" - Alimlər insanlığın gələcəyi ilə bağlı həyəcan təbili çalır
"Yer artıq indiki əhali yükünü daşıya bilmir - demoqrafik artım ciddi qlobal risklər yaradır...”
Alimlər Yer kürəsinin artıq mövcud insan sayını dəstəkləməkdə çətinlik çəkdiyini bildirir. Onların fikrincə, əhali artımı davam etdikcə ərzaq çatışmazlığı, resurs böhranı, ekoloji fəlakətlər və sosial gərginliklər daha da dərinləşəcək.
Moderator.az xəbər verir ki, bu barədə "tech.onliner.by" nəşri yazıb.
Dünya əhalisi sürətlə artır
"Homo sapiens" ("ağıllı adam") yarandıqdan sonra dünya əhalisinin 1 milyarda çatması təxminən 300 min il çəkib. Lakin 19-cu əsrin əvvəlində bu hədd keçildikdən sonra artım sürəti kəskin yüksəlib. Hazırda Yer üzündə təxminən 8,3 milyard insan yaşayır. 1950-ci illərdən sonra əhali artımı "partlayış" mərhələsinə keçib: son 1 milyard insan cəmi 12 il ərzində əlavə olunub.
Ən böyük əhali Hindistan və Çində cəmlənib. Onları ABŞ, İndoneziya və Pakistan izləyir.
Alimlər bu artımın əsas səbəblərindən birini səhiyyənin inkişafı və ölüm göstəricilərinin azalması kimi izah edir. 1900-cü ildə orta ömür 32 il idisə, indi bu rəqəm 70 ili keçib.
Resurslar təzyiq altında
Tədqiqatlara görə, 2060-2100-cü illər aralığında dünya əhalisi 10-12 milyarda çata bilər. Bu isə ərzaq və su resurslarına ciddi yük yaradacaq. Alimlər bildirir ki, artıq bu gün belə Yer özünü bərpa edə bildiyindən daha çox resurs sərf olunur. Orta hesabla insanlıq planetin imkanlarını 50 faizdən çox aşır, ABŞ kimi ölkələrdə isə bu göstərici daha da yüksəkdir.
Ən ciddi problemlərdən biri içməli su qıtlığıdır. Təxminən 2 milyard insan təhlükəsiz suya çıxışsız yaşayır, hər 9 nəfərdən biri isə təmiz suya həsrət qalır. Afrika, Asiya və Latın Amerikasının bir çox bölgələrində kanalizasiya və tullantı idarəetmə sistemləri ya zəifdir, ya da ümumiyyətlə yoxdur. Əhali artdıqca bu problemlərin daha da dərinləşəcəyi bildirilir.
Təbiətə artan təzyiq və gələcək risklər
Əhali artımı təbiətə də ciddi təsir göstərir. Meşələrin qırılması, biomüxtəlifliyin azalması və növlərin məhv olması əsas təhlükələr sırasındadır.
Alimlərin hesablamalarına görə, təxminən 1 milyon növ yox olmaq riski ilə üz-üzədir. Xüsusilə Afrika və Cənubi Amerika regionlarında meşə örtüyü sürətlə azalır.
Dənizlərdə isə həddindən artıq balıq ovu ekosistemləri pozur, plastik tullantılar isə qlobal böhrana çevrilib. Hər gün okeanlara minlərlə ton plastik qarışır. Bundan başqa, iqlim dəyişikliyi daha tez-tez baş verən fırtınalar, daşqınlar və istilik dalğaları ilə özünü göstərir. Alimlər bildirir ki, qlobal istiləşmədə ən varlı 500 milyon insan emissiyaların yarısını yaradır.
Ümid varmı?
Bəzi ekspertlər hesab edir ki, əhali artımını idarə etmək mümkündür və bu proses zorakı deyil, düzgün siyasətlə tənzimlənə bilər. BMT rəsmiləri isə daha nikbin yanaşır. Onların fikrincə, dünya artıq yeni şəraitə uyğunlaşmağa başlayıb və əhali artımının pik həddə çatması daha tez baş verə bilər. Bu isə uzunmüddətli perspektivdə ekoloji təzyiqin azalmasına səbəb ola bilər.
ÜST doqquz nəfərdə hantavirusun olmasını təsdiqləyib
"MV Hondius" kruiz gəmisi ilə bağlı vəziyyətlə əlaqədar olaraq indiyə qədər Andes hantavirus infeksiyasının doqquz halı təsdiqlənib.
Moderator.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Epidemiologiya və Cavab Analitikası şöbəsinin müdiri Olivye Le Polie bildirib.
"Bu günə qədər xəstəliyin doqquz halı qeydə alınıb, onlardan yeddisi laboratoriyada təsdiqlənib və üçü ölümcül olub", - deyə o, bildirib.
Qeyd edək ki, Hantavirus kardiopulmoner sindromu ölüm nisbəti 50 faizə qədər olan tənəffüs yolu xəstəliyidir. Ürəyə və ağciyərlərə təsir edir və sürətlə irəliləyir. Təxminən 20 növ hantavirus səbəb olur. Şimali və Cənubi Amerikada rast gəlinir. Böyrək sindromlu hemorragik qızdırma qan damarlarına və böyrəklərə təsir göstərir.
Simptomlar virusun növündən asılıdır və infeksiyadan bir həftədən səkkiz həftəyə qədər hər yerdə görünə bilər. Adətən bunlara qızdırma, mədə-bağırsaq pozğunluğu, qusma, ishal, qarın, baş və əzələ ağrıları daxildir. Xroniki koronar ürək xəstəliyi (XKX) zamanı xəstəlik olduqca sürətlə irəliləyir. Andes virusu isə ilk dəfə 1995-ci ildə müəyyən edilmişdir və onun təbii sahibi uzunquyruqlu düyü siçanıdır.
Tramp: "ABŞ nüvə tozunu qazıb çıxarmalı olacaq"
Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp hesab edir ki, materiallar çox dərinlikdə yerləşdiyi üçün Vaşinqton İranın nüvə obyektlərindəki nüvə tozunu qazıb çıxarmaq məcburiyyətində qala bilər.
Moderator.az xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri "Fox News" telekanalına müsahibəsi zamanı danışıb.
"Prezident qeyd edir ki, Birləşmiş Ştatlar həmin obyektlərdəki nüvə tozunu çıxarmalı olacaq. O qədər dərində yerləşir ki, hətta İranın özü belə ona daxil olmaq imkanına malik deyil", - deyə telekanalın aparıcısı bildirib.
“Onlar başa düşməlidirlər ki, Azərbaycanla zarafat eləmək olmaz”
“Prezident İlham Əliyevin 10 may 2026-cı il tarixində Zəngilan sakinləri ilə görüşü və bu görüş əsnasında səsləndirdiyi fikirlər bir daha sübut etdi ki, Azərbaycanla zarafat eləmək olmaz. Azərbaycana qara yaxmaq olmaz. Bunu edən, etməyə cəhd edən hər kəs layiqli cəzasını alacaq”.
Bunu Moderator.az-a açıqlamasında professor Cahangir Məmmədli bildirib. Professor qeyd edib ki, Azərbaycan həm 44 günlük Vətən müharibəsində, həm də post-mühariibə dönəmində necə böyük iradə və əzmə malik olduğunu sübut edib:
“Azərbaycan Silahlı Qüvvələri, Azərbaycan xalqı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində yalnız erməni işğalçılarına deyil, həm də onların himayədarlarına öz yerini göstərdi. Xalqımız sübut etdi ki, o, işğalla barışmaq niyyətində deyil və öz ərazi bütövlüyünü bərpa etməkdə israrlıdır. Məhz xalqın dəstəyi, ordumuzun qüdrəti, Prezidentimizin dəmir iradəsi sayəsində cəmi 44 gün ərzində düşmən darmadağın edildi, işğaldakı torpaqlarımız azad oldu.
Post-müharibə dönəmində dövlətimiz anti-Azərbaycan qüvvələrinə qarşı siyasi-diplomatik müstəvidə mübarizəni davam etdirdi. Ermənistan, eləcə də onu himayə edən nəhəng güclər diplomatik meydanda da məğlub edildi.
Azərbaycan bu gün də ermənipərəst qüvvələrə qarşı mübarizəsini uğurla davam etdirməkdə, bu mübarizədə böyük uğurlar əldə etməkdədir. Bu uğurların davamlı olması üçün hər kəs, eləcə də mediamız daim Prezidentimizin yanında olmalı, dövlətimizin hər bir addımı dəstəkləməlidir. Yalnız bu halda – birliyimizi, həmrəyliyimizi qoruduğumuz təqdirdə bütün problemlərin öhdəsindən gələ, öz uğurlarımızı davam etdirə bilərik”.
Seymur ƏLİYEV
ABŞ prezidentinə sui-qəsddə ittiham olunan şəxs günahını boynuna almır
ABŞ Prezidenti Donald Trampa qarşı sui-qəsd cəhdində ittiham olunan ABŞ vətəndaşı Koul Tomas Allen prokurorluq tərəfindən ona qarşı irəli sürülən bütün ittihamları rədd edib.
Moderator.az TASS-a istinadən xəbər verir ki, Vaşinqtonda bu iş üzrə keçirilən növbəti məhkəmə iclasında Koul özünü təqsirli bilmədiyini açıqlayıb. O, ittiham tərəfinin təqdim etdiyi bütün maddələri inkar edib.
Məhkəmə iclasında təqsirləndirilən şəxs şəxsən çıxış etməyib. Onun mövqeyini vəkili məhkəmənin diqqətinə çatdırıb.
Atışma hadisəsi aprelin 25-də paytaxt Vaşinqtonda yerləşən "Washington Hilton" mehmanxanasında, Ağ Ev yanında akkreditasiyadan keçmiş Müxbirlər Assosiasiyasının illik qəbul mərasimi zamanı baş verib. Tədbirdə ABŞ administrasiyasının yüksəkvəzifəli rəsmiləri iştirak ediblər.
Hadisə zamanı ABŞ Məxfi Xidmətinin bir əməkdaşı yaralanıb. Atəş açan şəxsin Kaliforniya ştatından olan 31 yaşlı Koul Tomas Allen olduğu müəyyən edilib və o, hadisə yerində saxlanılıb.
İstintaq zamanı məlum olub ki, Allen əvvəlcədən "Washington Hilton" otelində otaq bron edib və ora həm odlu, həm də soyuq silah keçirə bilib.
Ona qarşı ABŞ prezidentinə sui-qəsd cəhdi, ağır cinayət törətmək niyyəti ilə odlu silah və döyüş sursatı daşımaq, həmçinin cinayət əməli zamanı odlu silahdan istifadə etmək maddələri üzrə ittihamlar irəli sürülüb.
ABŞ-nin ədliyyə naziri və baş prokuror vəzifəsini icra edən Todd Blanşın sözlərinə görə, təqsirləndirilən şəxs ömürlük azadlıqdan məhrum edilə bilər.

moderator.az
- Dünya mediası İlham Əliyevin Zəngilanda çıxışı zamanı verdiyi mesajlardan yazır - FOTO
Dünya mediası İlham Əliyevin Zəngilanda çıxışı zamanı verdiyi mesajlardan yazır - FOTO
Dünyanın bir sıra aparıcı media qurumları Azərbaycan Prezidenti İlham Əliyevin Zəngilan şəhərində sakinlərlə görüşündəki çıxışından materiallar yayıblar. Materiallarda dövlətimizin başçısının Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət, Avropa İttifaqının missiyası və Qərb ölkələrinin regiona münasibəti ilə bağlı səsləndirdiyi əsas bəyanatlara, eləcə də işğaldan azad edilən ərazilərin bərpası, Zəngilanda aqrar və infrastruktur layihələrinin inkişafı ilə bağlı fikirlərinə yönəldilib.
Moderator.az xəbər verir ki, Rusiyanın RBK, "Vedomosti", "Rossiyskaya qazeta", "İzvestiya", RT, REGNUM, "Komsomolskaya pravda", "Moskovski komsomolets", "Vzqlyad", RTVI, Life, URA.RU, Lenta.ru, "Arqumentı i faktı" və digər Rusiya nəşrləri dövlət başçısının İrəvanda keçirilən sammit zamanı Avropa liderlərinin səsləndirdiyi bəyanatları "boş söz" adlandırması ilə bağlı fikirlərinə geniş yer veriblər. Media orqanları, həmçinin Prezident İlham Əliyevin Ermənistan-Azərbaycan sərhədində yerləşdirilmiş Avropa müşahidəçilərini tənqid etməsinə diqqət yetiriblər.
Rusiya mediası Prezident İlham Əliyevin Aİ missiyasının real effektivliyini şübhə altına aldığını vurğulayaraq, Avropa müşahidəçilərinin ilk ciddi təhlükə zamanı ərazini tərk edəcəkləri ilə bağlı fikirlərini ön plana çıxarıb. Bir sıra nəşrlər dövlətimizin başçısının regionda sülhün müəllifi və təminatçısının məhz Azərbaycanın olması barədə bəyanatını xüsusi qeyd ediblər.
Nəşrlər, həmçinin Prezident İlham Əliyevin regional təhlükəsizlik və postmüharibə nizamlanması məsələləri ilə bağlı mövqeyini geniş işıqlandıraraq, Bakının Cənubi Qafqazda sabitliyi müstəqil şəkildə təmin etmək imkanlarına malik olduğunu vurğulayıblar. Materiallarda dövlət başçısının bəyanatlarının Rusiya media məkanında geniş rezonans doğurduğu və günün ən çox müzakirə olunan mövzularından birinə çevrildiyi qeyd olunur.
Türkiyə mətbuatı da Prezident İlham Əliyevin Zəngilan səfərini diqqətdə saxlayıb. "Haber Global" kanalı Prezident İlham Əliyevin şəhərin ilk yaşayış kompleksinə köçən ailələrlə görüşü barədə material yayıb. Nəşrdə dövlətimizin başçısının Ümummilli Lider Heydər Əliyevin işğal altında olan torpaqların azad edilməsi ilə bağlı vəsiyyətinin yerinə yetirildiyi barədə sözləri təqdim olunur.
"Bursa Hakimiyet" də dövlətimizin başçısının Zəngilandakı çıxışına diqqət ayırıb. Materialda bildirilir ki, İlham Əliyev Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin qorunmasında, vətəndaş qarşıdurmasının dayandırılmasında və sabitliyin təmin olunmasında rolunu xatırladıb. Bu isə sonradan ölkənin ərazi bütövlüyünün bərpasında mühüm rol oynayıb.
Zəngilanın bərpası və inkişafı mövzusunu "Anadolu" agentliyi davam etdirib. Dövlətimizin başçısının sözlərinə görə, Zəngilanda yaradılan "Dost Agropark" işğaldan azad edilən ərazilərdə ilk kənd təsərrüfatı müəssisəsidir.
Regiondakı nəqliyyat layihələrinə toxunan Prezident İlham Əliyev bildirib ki, yaxın gələcəkdə - təxminən bir il və ya il yarımdan sonra Bakıdan Zəngilana dəmir yolu ilə getmək mümkün olacaq.
"Son Dakika" da Zəngilanda kənd təsərrüfatı və bərpa işləri barədə material yayıb. Nəşrdə qeyd olunur ki, Prezident İlham Əliyev şəhərin ilk yaşayış kompleksinə köçən ailələrə açarlar təqdim edib, həmçinin mənzil layihələrinin icrası və aqroparkın inkişafı barədə danışıb.
Gürcüstanın aparıcı informasiya portalları, televiziyaları da Azərbaycan Prezidenti İlham Əliyevin Zəngilan şəhərində sakinlərlə görüşündəki çıxışından materiallar yayıblar.
Interpressnews.ge, bpn.ge, kvira.ge, exclusivenews.ge, mix.metronome.ge, palitranews.ge, palitranews.ge, timer.ge, newshub.ge portalları, 1tv.ge televiziya kanalı və televiziyası, eləcə də rustavi2.ge televiziyası Prezident İlham Əliyevin Azərbaycanın ədalətli mövqeyi və Ermənistan ilə bağlı fikirlərinə geniş yer ayırıb. Gürcü mətbuatı dövlətimizin başçısının Ermənistan-Azərbaycan sərhədində yerləşdirilmiş Avropa müşahidəçiləri ilə bağlı tənqidi fikirlərini də oxuculara çatdırıb.
Belarusun "Sputnik Belarus" nəşri Prezident İlham Əliyevin Ermənistan-Azərbaycan sərhədində Avropa İttifaqının mülki müşahidə missiyası ilə bağlı sözlərinə diqqət çəkib. Nəşrdə qeyd olunur ki, dövlət başçısının sözlərinə görə, Bakının "Ermənistanı məhv etmək və ya onun müstəqilliyini əlindən almaq" niyyəti olmayıb. Bununla yanaşı, Prezident İlham Əliyev vurğulayıb ki, avropalı müşahidəçilər elə davranırlar ki, sanki Ermənistanı Azərbaycandan qoruyurlar, halbuki buna heç bir ehtiyac yoxdur.
Qazaxıstanın Lada.kz nəşri də bu mövzunu davam etdirərək, Azərbaycan Prezidentinin Avropa İttifaqının müşahidə missiyasını tənqid etməsinə dair material yayıb. Nəşrdə qeyd olunur ki, dövlət başçısının sözlərinə görə, Avropa İttifaqının nümayəndələri sadəcə təhlükəsizlik görüntüsü yaradırlar, halbuki Bakı tərəfindən real təhlükə yoxdur.
Almaniyanın NEX24 nəşri də eyni mövzunu işıqlandıraraq yazır ki, İlham Əliyev Avropa İttifaqının Ermənistandakı müşahidəçilərini tənqid edib. Materialda dövlətimizin başçısının Ermənistanı Azərbaycandan qorumağa ehtiyac olmadığı barədə fikirləri də yer alıb.
Farsdilli Khabar Nab və Khabarpu portalları Ermənistandakı siyasi qüvvələr mövzusuna toxunublar. Materiallarda Prezident İlham Əliyevin Ermənistan cəmiyyətində Azərbaycana nifrət bəsləyən qüvvələrə münasibətdə ayıq-sayıq olmağa çağırışı yer alıb. Khabar Nab, həmçinin dövlət başçısının Azərbaycan torpağının hər qarışının Azərbaycan xalqına məxsus olması barədə sözlərini təqdim edib. Təhlükəsizlik və Ermənistan-Azərbaycan gündəliyi ilə yanaşı, Türkiyə KİV-ləri dövlət başçısının Zəngilandakı çıxışına və keçmiş məcburi köçkünlərin geri qayıdışına da diqqət ayırıb.
"Shafaqna" beynəlxalq informasiya agentliyinin farsdilli versiyası da Azərbaycan Prezidentinin Avropa İttifaqının Ermənistandakı müşahidə missiyası ilə bağlı bəyanatlarına diqqət ayırıb. Materialda bildirilir ki, dövlət başçısı Ermənistanla sərhəd boyunca fəaliyyət göstərən Aİ müşahidəçilərini tənqid edərək, onların elə davrandıqlarını bildirib ki, sanki Ermənistanı Azərbaycandan qoruyurlar.
IRNA: Tehran ABŞ-nin rəsmi cavabını gözləyəcək
Pakistanın vasitəçiliyi ilə Tehran və Vaşinqton arasında aparılan danışıqların yekun razılaşması müharibənin tam dayandırılması üzrə ilkin anlaşmaya bağlıdır.
Moderator.az-ın xəbərinə görə, bu, IRNA-da yayımlanan məqalədə əksini tapıb.
IRNA Tehranın Pakistan vasitəsilə ABŞ-ın rəsmi cavabını gözləyəcəyini, eyni zamanda, qarşı tərəfin hər hansı digər addımı üçün də hazır olduğunu yazıb.
Məlumata görə, yekun razılaşma müharibənin tam şəkildə dayandırılması barədə ilkin anlaşmanın əldə olunmasından asılıdır.
“İlk mərhələdə iki tərəf arasında yazılı memorandum imzalanacaq və bu sənəddə yekun razılaşma üçün tərəflərin gözləntiləri və şərtləri təsbit ediləcək”, - məqalədə deyilir.
İranın dövlət agentliyi yazır ki, memorandum imzalandıqdan sonra 30 günlük, ehtiyac olarsa, uzadıla biləcək müddət ərzində yekun sazişin detallarının və texniki məsələlərinin müzakirəsi aparılacaq.
Agentliyin məlumatına görə, ilkin mərhələdə əməli şəkildə qəbul ediləcək yeganə məsələ regionda bütün cəbhələr üzrə müharibənin birdəfəlik dayandırılması, beynəlxalq su yolları üzərindən ABŞ-ın hərbi təhdidinin aradan qalxması ilə İranın cənub sularında ticarət gəmilərinin təhlükəsiz və maneəsiz hərəkətinin təmin olunması olacaq.
Bildirilib ki, bu mərhələdə tərəflər arasında etimad yaradan bəzi əlavə addımlar və öhdəliklər də qəbul oluna bilər.
O da bildirilib ki, hazırkı mərhələdə müharibənin tam başa çatmasından əvvəl İranın nüvə proqramı ilə bağlı hər hansı təklif, öhdəlik və ya danışıqlar yoxdur. Tehranın mövqeyinə görə, müharibənin tam dayandırılması məsələsi ayrıca razılaşdırılmalı və nüvə dosyesi ilə hər hansı şəkildə əlaqələndirilməməlidir.
Sonda qeyd olunub ki, Tehran və Vaşinqton arasında danışıq təkliflərinin qarşılıqlı gediş-gəlişi tərəflərin mövqelərinin bir-birinə yaxınlaşdığını göstərir: “Tərəflər bir-birinə hər dəfə fərqli təklif göndərməyib, əksinə ilkin təklif əsasında mətnin dili və ifadələrində düzəlişlər aparıblar”.

moderator.az
- Azərbaycan Kosta Rika Prezidentinin andiçmə mərasimində təmsil olunub - FOTO
Azərbaycan Kosta Rika Prezidentinin andiçmə mərasimində təmsil olunub - FOTO
Kosta Rikanın paytaxtı San Xose şəhərində ölkənin yeni seçilmiş Prezidenti Laura Fernandesin andiçmə mərasimi keçirilib.
Moderator.az Azərbaycanın Kosta Rikadakı səfirliyinə istinadən xəbər verir ki, yüzə yaxın ölkədən nümayəndə heyətlərinin iştirak etdiyi tədbirdə Azərbaycanı ölkəmizin səfiri Seymur Fətəliyev təmsil edib.
Kosta Rikanın Milli Stadionunda keçirilən mərasimdə ali və yüksək səviyyəli xarici nümayəndə heyətləri ilə yanaşı çoxsaylı yerli sakinlər də iştirak ediblər. Prezident Laura Fernandes böyük izdiham qarşısında and içib, həmçinin yeni hökumət üzvlərini ictimaiyyətə təqdim edib.
Andiçmə mərasimindən sonra Prezident Laura Fernandes nümayəndə heyətlərinin rəhbərləri ilə qısa söhbət aparıb. Səfir Seymur Fətəliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Kosta Rika Prezidentinə səmimi təbriklərini və xoş arzularını çatdırıb. Prezident Laura Fernandes təbrikə görə təşəkkürünü bildirib, öz növbəsində səmimi salamlarının Azərbaycan Prezidentinə çatdırılmasını xahiş edib.
Kosta Rikanın yeni seçilmiş vitse-prezidenti Fransisko Qamboa isə cari ilin mart ayında Azərbaycana həyata keçirdiyi səfəri və keçirdiyi görüşləri məmnunluqla xatırlayıb. Daha sonra Kosta Rikanın sabiq Prezidenti Rodriqo Çaves Azərbaycan nümayəndə heyətini salamlayaraq ölkəmiz haqqında müsbət fikirlərini və xoş arzularını ifadə edib. R.Çaves yeni hökumətdə prezidentlik, eyni zamanda maliyyə naziri vəzifələrini tutacaqdır.
Tədbir Mələklər Bazilikasında keçirilən dini mərasimlə başa çatıb.
25 günün əsgəri vəfat etdi - FOTO
Dövlət Sərhəd Xidmətinin (DSX) əsgəri vəfat edib.
Moderator.az xəbər verir ki, 2008-ci il təvəllüdlü Hüseyn Həmzə oğlu Əsədov xəstəlik səbəbindən dünyasını dəyişib.
Qeyd edək ki, o, 25 gün əvvəl hərbi xidmətə çağırılmışdı.
Gənc əsgər bu gün Binə qəsəbə qəbiristanlığında torpağa tapşırılıb.

moderator.az
- "Avropa İttifaqı Putini sülhə məcbur etmək üçün yeni zərbə hazırlayır" - "Politico"
"Avropa İttifaqı Putini sülhə məcbur etmək üçün yeni zərbə hazırlayır" - "Politico"
"Brüssel Rusiyanın enerji və maliyyə damarlarını sıxışdıran 21-ci sanksiya paketinə hazırlaşır..."
Avropa İttifaqı (Aİ) yay aylarında Rusiyaya qarşı yeni sanksiya paketi qəbul etməyə hazırlaşır. Məqsəd Moskvanı Ukrayna üzrə mümkün sülh razılaşmasına məcbur etməkdir.
Moderator.az xəbər verir ki, bu barədə "Politico" nəşri yazıb.
Hədəfdə "kölgə donanma" və Rusiyanın gəlirləri
Brüssel hazırlanan 21-ci sanksiya paketini iyunun sonu və ya iyulun əvvəlində qüvvəyə mindirməyi planlaşdırır. Əsas hədəf Rusiyanın dünya üzrə neft daşımalarında istifadə etdiyi "kölgə donanma" tankerləridir.
Məqaləyə görə, bu addım Kremlin əsas gəlir mənbələrindən birini zəiflətməyə yönəlib və Vladimir Putin üzərində sülh danışıqlarında təzyiqi artıracaq. Sanksiyalar yalnız enerji sektorunu deyil, həm də Rusiya banklarını, maliyyə institutlarını, hərbi-sənaye şirkətlərini və Ukraynadan oğurlanmış taxılı satan firmaları da əhatə edəcək.
Avropa daxilində sərtləşən xətt
Avropa rəsmiləri bildirir ki, əvvəlki mərhələlərdə bloklanan bəzi sanksiyalar da yenidən gündəmə gətirilir. Bunlara Rus Pravoslav Kilsəsinin yüksək vəzifəli nümayəndələrinə, o cümlədən Patriarx Kirilə qarşı tədbirlər daxildir.
Eyni zamanda bəzi diplomatlardan alınan məlumata görə, Rusiya gəmilərinə qarşı dəniz daşımalarının qadağan edilməsi ideyası da yenidən müzakirəyə çıxarılıb. Avropa Komissiyası bu təşəbbüsü bəzi üzv ölkələrin əvvəlki veto mövqeyinə baxmayaraq yenidən irəli sürmək istəyir.
"Moskva zəifləyir, Kiyev güclənir" arqumenti
Aİ daxilində əsas yanaşma budur ki, Rusiya iqtisadiyyatı müharibənin başlanğıcından bəri ən zəif dövrünü yaşayır. Brüsseldə yüksək vəzifəli rəsmilərdən biri bunu "inflyasiya təzyiqi altında olan iqtisadi sistem" kimi xarakterizə edib. Aİ-nin iqtisadi müşaviri Valdis Dombrovskis isə bildirib ki, hazırkı mərhələdə Rusiyaya təzyiqi azaltmaq deyil, əksinə artırmaq lazımdır.
Eyni zamanda Aİ rəsmiləri hesab edir ki, Vladimir Zelenski artıq əvvəlki illərlə müqayisədə daha güclü mövqedədir. 90 milyard avroluq Aİ krediti, döyüş meydanındakı irəliləyişlər və uzaqmənzilli silah istehsalı Kiyevin imkanlarını artırıb.
NATO ölkələrindən birinin təhlükəsizlik rəsmisi bunu belə şərh edib: "90 milyard avro və sanksiyalar işləyir - bu, Ukraynanı daha güclü mövqeyə gətirir".
Sülh ehtimalı və siyasi gözləntilər
Analitiklər hesab edir ki, yay aylarında sanksiya təzyiqinin artması Kiyevin mövqeyini gücləndirə bilər. Bununla yanaşı, ABŞ daxilində siyasi gündəmin dəyişməsi və Yaxın Şərqdəki proseslər də sülh danışıqlarına təsir edə bilər.
Avropa Parlamentindən Mika Aaltola bildirib ki, Ukraynanın cəbhədəki uğurları artıq sülh müzakirələrinin tonunu dəyişir və Qərbin yanaşmasını sərtləşdirir. Eyni zamanda Aİ rəsmiləri vurğulayır ki, Rusiya neft sektoruna qarşı əvvəlki 20 sanksiya paketi artıq ciddi təsir göstərib və yeni paket bu təzyiqi daha da artırmaq məqsədi daşıyır.
İran MTK: Uranın zənginləşdirilməsi müzakirə predmeti deyil
İranın Milli Təhlükəsizlik Komissiyasının iclası keçirilib və bildirilib ki, uranın zənginləşdirilməsi məsələsi ABŞ ilə müzakirə predmeti deyil.
Moderator.az xəbər verir ki, bu barədə ISNA məlumat yayıb.
Komissiya bunu ölkənin Atom Enerjisi Təşkilatının sədrinə istinadən açıqlayıb. "Nüvə texnologiyaları mövzusu danışıqların gündəliyinə daxil deyil", - məlumatda bildirilib.
Qeyd olunub ki, uranın zənginləşdirməsi müzakirə predmeti deyil və İranın nüvə sənayesinin fəaliyyəti dinc xarakterlidir: "Nüvə obyektlərinin qorunması üçün zəruri tədbirlər görülüb".
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb və bir sıra şəhərlərə hava zərbələri endirilib. İran buna cavab olaraq İsrail ərazisini raket zərbələrinə məruz qoyub və ABŞ-nin Fars körfəzi ölkələrindəki hərbi bazalarına hücum edib.
İran, ABŞ və onların müttəfiqləri aprelin 8-ə keçən gecə iki həftəlik atəşkəs razılaşmasına nail olublar. Tramp sonradan atəşkəsi qeyri-müəyyən müddətə uzadıb.
Tərəflər münaqişəni həll etmək üçün Pakistanda danışıqlar aparıblar, lakin 11-12 apreldə keçirilən ilk raund heç bir nəticə verməyib.
ABŞ Tehrana təzyiq göstərmək üçün İran limanlarını və Hörmüz boğazından keçidi blokadaya alıb. İran da öz növbəsində Fars körfəzinə gedən gəmilər üçün Hörmüz boğazının bağlı olduğunu elan edib. Regionda dinamik şəkildə dəyişən vəziyyət qlobal enerji böhranına səbəb olub.
Hazırda ABŞ-nin sülh təklifi barədə müzakirələr davam edir və İran tərəfi Ağ Evin təqdim etdiyi mətnə cavabı danışıqlar prosesində vasitəçi olan Pakistana göndərib.
Leninin nəslindən olan Yelena Ulyanova öldü
Vladimir Leninin qardaşı nəvəsinin qızı olan Yelena Ulyanova 47 yaşında vəfat edib. Onun mayın 8-də dünyasını dəyişdiyi bildirilir.
Moderator.az bildirir ki, mayın 11-də "Qorki Leninskiye" muzey-qoruğunun mətbuat xidməti bu barədə "RİA Novosti" agentliyinə açıqlama verib.
Mərhumun kəskin infeksiya nəticəsində öldüyü qeyd olunur. Muzey əməkdaşlarının sözlərinə görə, Y.Ulyanova tarixi liderin birbaşa varisi hesab edilmirdi. Bu soy xətti Leninin kiçik qardaşı Dmitri Ulyanovun nəslindən gəlirdi.
1978-ci ildə Moskva şəhərində anadan olan Y.Ulyanova 1993-1997-ci illərdə ABŞ və Fransada təhsil alıb. Vətənə qayıtdıqdan sonra o, aktiv ictimai fəaliyyətə qoşulub və Rusiya Federasiyası Kommunist Partiyasının ("KPRF") sıralarına daxil olub.
Ömrünün son illərində o, "Qorki Leninskiye" muzeyində keçirilən proqram və ekskursiyalarda iştirak edib. Bununla da Y.Ulyanova nənəsi, Leninin qardaşı qızı Olqa Ulyanova tərəfindən əsası qoyulan tarixi irsin qorunması ənənəsinə sadiq qalıb.
Tramp: İranla bağlı planım var, tam qələbə qazanacağıq
ABŞ Prezidenti Donald Tramp İranın təklifini qəbuledilməz adlandırıb və Tehranla bağlı konkret planının olduğunu bildirib.
Moderator.az xəbər verir ki, o, bunu Ağ Evdə çıxışı zamanı deyib.
“İranın təklifi qəbuledilməzdir. Mənim İranla bağlı planım var”, - ABŞ lideri bildirib.
Tramp onun strategiyasının mövcudluğunu şübhə altına alanlara isə sərt cavab verib: “Çoxları deyir: Onun planı varmı? Əlbəttə ki, mənim planım var. Mənim indiyə qədərki ən yaxşı planım var”.
Tramp vurğulayıb ki, təzyiq altında deyil və geri çəkilmək niyyəti yoxdur:
“Onlar düşünürlər ki, mən yorulacağam, bezəcəyəm və ya təzyiq altında qalacağam. Amma heç bir təzyiq yoxdur”.
Tramp ABŞ-ın nəticə əldə edəcəyini qeyd edib: “Biz tam qələbə qazanacağıq. Hətta nəzəri olaraq artıq hərbi baxımdan tam qələbə qazanmışıq”.
Levandovski gələcək karyerası haqqında danışdı
Məşhur hücumçu Robert Levandovskinin "Barselona" karyerası başa çatmaq üzrədir.
Moderator.az xəbər verir ki, "Eleven Sports"a danışan polşalı forvard İspaniya klubundan ayrılmaq niyyətini gizlətməyib.
"Hələ nə edəcəyimi bilmirəm. Daha aşağı səviyyəli çempionatı da seçməyim mümkündür.
Təxminən 38 yaşım var, amma özümü fiziki cəhətdən yaxşı hiss edirəm. Həmçinin oynamağa və həyatdan zövq almağa başlamağın vaxtı çatdığını da nəzərə almalıyam. Müqaviləmin başa çatmasına 51 gün qaldığını öyrəndim. Ona görə də hələ vaxtım var. Daha bir neçə təklifi dəyərləndirib sonra qərar verəcəyəm", - deyə forvard bildirib.
Qeyd edək ki, Levandovski bu mövsüm bütün turnirlərdə 43 oyun keçirib, 18 qol vurub və 4 məhsuldar ötürmə edib. Təcrübəli futbolçunun Türkiyə, Səudiyyə Ərəbistanı, ABŞ və digər ölkələrin bir neçə klubunun maraq dairəsində olduğu bildirilir.

moderator.az
- Mikroavtobus uçuruma aşdı - Ölənlər və yaralananlar var
Mikroavtobus uçuruma aşdı - Ölənlər və yaralananlar var
Pakistanın şimal bölgəsində sərnişin daşıyan mikroavtobusun uçuruma düşməsi nəticəsində azı 11 nəfər həyatını itirib, 5 nəfər isə yaralanıb.
Moderator.az xəbər verir ki, bu barədə "Dunya News" televiziya kanalı məlumat yayıb.
Məlumata əsasən, qəza Xayber-Paxtunxva vilayətinin Svat bölgəsində qeydə alınıb. Yol-nəqliyyat hadisəsi zamanı həyatını itirənlər arasında qadın və uşaqların da olduğu bildirilir.
Hazırda faciənin başvermə səbəbləri araşdırılır.

moderator.az
- Azərbaycan ilə Slovakiya arasında hərbi əməkdaşlıq müzakirə edilib - FOTO
Azərbaycan ilə Slovakiya arasında hərbi əməkdaşlıq müzakirə edilib - FOTO
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Slovakiya Respublikasının Baş nazirinin müavini və müdafiə naziri Robert Kalinakın dəvəti ilə bu ölkəyə rəsmi səfər edib.
Müdafiə Nazirliyindən Moderator.az-a verilən xəbərə görə, Bratislava şəhərində keçirilən qarşılanma mərasimindən sonra Azərbaycanın müdafiə naziri onun şərəfinə düzülmüş qarovul dəhlizindən keçib.
General-polkovnik Zakir Həsənov Slovakiya Respublikasının Baş nazirinin müavini və müdafiə naziri Robert Kalinak ilə görüşüb.
Görüşdə Azərbaycan ilə Slovakiya arasında hərbi əməkdaşlığın cari vəziyyəti barədə ətraflı fikir mübadiləsi aparılıb, qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulanıb.
Tərəflər, həmçinin hərbi, hərbi-texniki əməkdaşlıqların inkişaf perspektivlərini müzakirə ediblər.
Qarşılıqlı hədiyyə mübadiləsindən sonra general-polkovnik Zakir Həsənov Xatirə kitabını imzalayıb.
"MV Hondius" gəmisindən sərnişinlərin təxliyəsində iştirak edən əməkdaş vəfat edib
"MV Hondius" gəmisində hantavirusun yayılmasından sonra sərnişinlərin təxliyəsində iştirak edən İspaniya Mülki Qvardiyasının əməkdaşı ürək çatışmazlığından vəfat edib.
Moderator.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri Tedros Adhanom Qebreyesus "X" sosial şəbəkəsində məlumat yayıb.
Onun sözlərinə görə, əməkdaş İspaniya hakimiyyətinin ÜST ilə koordinasiyalı şəkildə həyata keçirdiyi əməliyyatda iştirak edib. Əməliyyatın məqsədi "MV Hondius" gəmisində olan şəxslərin Puerto-de-Qranadilya limanından hava limanına təhlükəsiz şəkildə çatdırılması və repatriasiyası olub.
Tedros Adhanom Qebreyesus bildirib ki, hadisədən dərhal sonra limanda olan xilasedicilər reanimasiya tədbirlərinə başlayıblar, lakin kişinin həyatını xilas etmək mümkün olmayıb.
Bundan əvvəl "MV Hondius" gəmisinin Tenerife adasına çatdığı və sərnişinlərin, eləcə də heyətin bir hissəsinin təxliyəsinə başlanıldığı bildirilmişdi.

moderator.az
- Hərbçiləri daşıyan avtobusa hücum - Ölənlər var - FOTO
Hərbçiləri daşıyan avtobusa hücum - Ölənlər var - FOTO
Suriyanın Hasaka bölgəsində kənd ərazisində naməlum şəxslər içərisində müvəqqəti hökumət qüvvələrinin hərbçilərinin olduğu avtobusa hücum ediblər.
Moderator.az bildirir ki, bu barədə SANA agentliyi ölkənin Müdafiə Nazirliyinin KİV-lə əlaqələr departamentinə istinadən məlumat yayıb.
Məlumata görə, hücum nəticəsində Suriya müvəqqəti qüvvələrinin iki hərbçisi həlak olub, bir neçə nəfər isə yaralanıb.

Qeyd olunub ki, hədəfə alınan avtobus Hasakanın 64-cü diviziyasına məxsus olub.

moderator.az
- "ABŞ İranı təcrid edə bilmir: Xəzər Tehranın strateji çıxışına çevrilib" - "The New York Times"
"ABŞ İranı təcrid edə bilmir: Xəzər Tehranın strateji çıxışına çevrilib" - "The New York Times"
"Unudulmuş Xəzər dənizi Tehran üçün həm ticarət, həm də hərbi təchizat marşrutuna çevrilib..."
ABŞ və İsrailin təzyiqlərinə baxmayaraq İranın tam şəkildə zəiflədilməsi mümkün olmur.
Moderator.az xəbər verir ki, bu barədə "nyt.com" nəşri yazıb
Xəzər üzərindən formalaşan alternativ logistika xətti
Vaşinqtonun hesablamalarında əsas boşluqlardan biri Xəzər dənizi üzərindən formalaşan yeni ticarət və logistika xəttidir. Məqalədə qeyd olunur ki, İsrailin İranın Bəndər-Ənzəli limanına zərbələri də bu marşrutun artan strateji əhəmiyyətini göstərir. Çünki Xəzər artıq Tehran üçün alternativ və daha təhlükəsiz təchizat xəttinə çevrilib.
Ticarətdən hərbi əməkdaşlığa qədər genişlənən xətt
İranın Xəzər sahilində yerləşən dörd limanı fasiləsiz işləyir və bu limanlar vasitəsilə buğda, qarğıdalı, yağ və digər əsas məhsullar ölkəyə daxil olur. Rusiyadan gələn böyük həcmdə buğda və digər yüklər də artıq Qara dənizdən Xəzər marşrutuna yönləndirilib. Ekspertlər bunu həm regional qeyri-sabitlik, həm də alternativ təhlükəsiz xətt axtarışı ilə izah edir.
Eyni zamanda Xəzər dənizi yalnız iqtisadi deyil, hərbi əməkdaşlıq baxımından da ön plana çıxır. ABŞ rəsmilərinin iddiasına görə, Rusiya İranın son döyüşlərdə itirdiyi hərbi potensialın bərpasına yardım edir və bu prosesdə Xəzər logistik rol oynayır. Analitiklər qeyd edir ki, regionda hərəkət edən gəmilərin izləmə siqnallarını söndürməsi peyk nəzarətini çətinləşdirir və bu da marşrutu daha “gizli” edir.
ABŞ üçün görünməyən geosiyasi zona
Ekspertlərin fikrincə, Xəzər sanksiyalardan yayınmaq və strateji daşımalar üçün ideal məkana çevrilib. ABŞ-ın Fars körfəzindən fərqli olaraq bu regionda birbaşa hərbi nəzarət imkanları yoxdur, çünki Xəzərə yalnız beş ölkə çıxış əldə edir. Vaşinqtondakı Hudson Institutunun əməkdaşı Lyuk Koffi bildirib ki, Xəzər uzun müddətdir ABŞ siyasətində "kor nöqtə" kimi qalır və demək olar ki, geosiyasi diqqətdən kənarda saxlanılır.
Ekspertlər vurğulayır ki, məhz bu boşluq İranın Rusiyayla birlikdə alternativ ticarət və hərbi təchizat sistemi qurmasına şərait yaradıb. Nəticədə Xəzər kiçik görünməsinə baxmayaraq, Tehran üçün həyati əhəmiyyət daşıyan strateji arteriyaya çevrilib.
Moderator.az GITEX AI Central Asia & Caucasus 2026 tədbirində – FOTOLAR
Almatıda keçirilən GITEX AI Central Asia & Caucasus 2026 sərgisinin birinci günü uğurla yekunlaşıb. Regionun ən böyük texnologiya və süni intellekt tədbirlərindən biri hesab olunan sərgi yüksək səviyyəli iştirak və geniş beynəlxalq maraqla yadda qalıb.
Qeyd edək ki, Moderator.az da sərgiyə rəsmi dəvət alıb. Agentliyin direktoru Əli Hüseynli tədbirdə iştirak edərək qlobal və regional texnologiya gündəmini yerində izləyib. Təşkilatçıların Moderator.az-a verdiyi məlumata görə, 300-dən çox şirkət və startapın, 200-dən artıq spikerin və 50 ölkədən 100-dən çox investorun bir araya gəldiyi bu tədbir miqyas və ambisiyalar baxımından regionu qlobal səhnədə daha da ön plana çıxarır.
Qazaxıstan bu tədbirlə iqtisadi inkişaf trayektoriyasında mühüm dönüş siqnalı verib. Regionun aparıcı texnologiya platforması olan GITEX ilk dəfə Almatıda təşkil olunaraq ölkənin Mərkəzi Asiya və Qafqazda süni intellekt ambisiyalarının mərkəzinə çevrildiyini nümayiş etdirib.
Atakent Expo mərkəzində keçirilən iki günlük tədbir (4–5 may 2026) 50 ölkədən 336 texnologiya şirkəti və startapı, 100-dən çox investor və 200-dən artıq spikeri, həmçinin minlərlə texnologiya və biznes nümayəndəsini bir araya gətirərək regionun ən böyük və beynəlxalq tədbirlərindən biri kimi qiymətləndirilir.
Tədbir Kasım-Jomart Tokayevin himayəsi ilə keçirilir və dövlət qurumları ilə beynəlxalq tərəfdaşların əməkdaşlığı çərçivəsində təşkil olunub. Platforma hökumət, sənaye və akademiya nümayəndələrini bir araya gətirərək yeni iqtisadi mərhələnin formalaşdırılmasına xidmət edir.
2026-cı il üzrə AI hesabatına əsasən, süni intellektin geniş tətbiqi ölkənin illik ÜDM artımına əlavə 2%-ə qədər töhfə verə bilər. Son iki ildə isə bu sahəyə yatırılan investisiyalar 5 dəfədən çox artıb. Bu inkişaf fonunda tədbirin ilk günündə Süni İntellektin İnkişafı Şurasının ikinci iclası keçirilib. İclasa Prezident Tokayev sədrlik edib, iclasda 150-dən çox beynəlxalq rəsmi, nazir və texnologiya lideri iştirak edib.
Prezident Kasım-Jomart Tokayev çıxışında bildirib:
“Biz süni intellektin yeni inkişaf mühərrikinə çevrildiyi bir dövrə daxil oluruq. Bunun üçün vahid məlumat, proses və insan resursları sistemi qurmalıyıq. Yalnız bu halda pilot layihələrdən genişmiqyaslı tətbiqlərə keçə bilərik”.
Daha sonra dövlət başçısı sərgini ziyarət edərək rəsmi açılış mərasimində iştirak edib.
Baş nazirin müavini və nazir Jhaslan Madiyev isə qeyd edib:
“Biz GITEX-in Mərkəzi Asiya və Qafqaz üzrə ilk regional tədbirinə ev sahibliyi etdiyimiz üçün qürur duyuruq. Qazaxıstan rəqəmsal transformasiya sahəsində regionda lider ölkəyə çevrilib və süni intellekt ölkə rəhbərliyinin əsas prioritetlərindən biridir”.
Almatı şəhər rəhbərliyinin nümayəndəsi Olzhas Smagulov bildirib ki, ölkənin İT xidmətlərinin yarıdan çoxu məhz bu şəhərdə cəmlənib və yeni texnologiya mərkəzlərinin yaradılması planlaşdırılır.
Trixie LohMirmand isə vurğulayıb:
“Gələcəyin qurulduğu yer hər kəsi cəlb edir və bu gələcəyin Qazaxıstanda formalaşacağı artıq aydındır.”
Tədbirdə Huawei, Dell, Cisco və Lenovo kimi qlobal şirkətlər süni intellekt, bulud texnologiyaları və kibertəhlükəsizlik sahəsində ən son həllərini təqdim edir. Eyni zamanda Kazakhtelecom, Beeline Kazakhstan və AzInTelecom kimi regional oyunçular da aktiv iştirak edir.
Tədbir çərçivəsində Qazaxıstanda iri data mərkəzlərinin qurulması və enerji təminatı ilə bağlı mühüm razılaşmalar imzalanıb. Bu layihələr 300 MW-dan 1 GW-a qədər gücə malik infrastrukturu əhatə edir. Bütün bu addımlar Qazaxıstanın Mərkəzi Asiya və Qafqaz regionunda süni intellekt və rəqəmsal iqtisadiyyatın əsas mərkəzinə çevrilməsi istiqamətində strateji dönüş nöqtəsi kimi qiymətləndirilir.

Türkiyə və Qətər XİN başçıları ABŞ-İran danışıqlarını müzakirə edib
Türkiyənin xarici işlər naziri Hakan Fidan Qətərin Baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdülrəhman Əl Sani ilə telefon danışığı aparıb.
Moderator.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
Məlumata görə, diplomatlar regiondakı son vəziyyət, həmçinin ABŞ ilə İran arasında davam edən danışıqların gedişi ətrafında fikir mübadiləsi aparıb.
Bakıda məscid yaxınlığında uşaq tapıldı
Bakıda "Fatimeyi-Zəhra" məscidinin yanında iki yaşlı oğlan uşağı tapılıb.
Moderator.az xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə paylaşım edib.
O qeyd edib ki, azyaşlının kimliyi hələ müəyyən olunmayıb. Hazırda polis əməkdaşları tərəfindən axtarış gedir.
Tramp Cənubi Koreyanı Hörmüz boğazındakı əməliyyatlara qoşulmağa çağırdı
ABŞ Prezidenti Donald Tramp Cənubi Koreya hökumətini Hörmüz boğazında hərbi əməliyyatlarda iştirak məsələsinə baxmağa çağırıb.
Moderator.az xəbər verir ki, o, bu barədə "Truth Social" platformasında yazıb.
"Bəlkə də, Cənubi Koreyanın missiyaya qoşulmasının vaxtı çatıb", - deyə ABŞ lideri bildirib. O, bu çağırışı Hörmüz boğazında Cənubi Koreyanya məxsus gəmidə baş vermiş partlayış və yanğınla əsaslandırıb.
Tramp qeyd edib ki, hazırda boğazdan keçən digər gəmilərə ciddi ziyan dəyməyib.
Bundan əlavə, o bildirib ki, ABŞ-nin hərb naziri Pit Heqset və Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Den Keyn mayın 5-də ABŞ-İsrailin İrana qarşı əməliyyatının gedişinə dair brifinq keçirəcəklər.
Xatırladaq ki, Tramp mayın 3-də ABŞ-ın Hörmüz boğazında "Project Freedom" adlı əməliyyata başladığını elan edib. Bu əməliyyatın məqsədi boğazda qalan gəmilərin təhlükəsiz çıxarılmasını təmin etməkdir.
Xırdalanda avtobus səki ilə hərəkət etdi - VİDEO
Xırdalanda marşrut avtobusu səki ilə hərəkət edib.
Moderator.az xəbər verir ki, bu barədə görüntülər Baku.ws-ə daxil olub.
Bildirilib ki, keçmiş Qafqaz Universitetinə qalxan yolda 523 nömrəli marşrut avtobusunun sürücüsü avtobusu səki ilə hərəkət etdirib.
Birləşmiş Ərəb Əmirlikləri hava məkanını qismən bağladı
Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) ölkənin hava məkanının qismən bağlanması barədə qərar qəbul edib.
Moderator.az xəbər verir ki, bu barədə TASS agentliyinin Yaxın Şərq dispetçer xidmətlərindəki mənbəyə istinadən məlumat yayıb.
Məlumata əsasən, səlahiyyətli qurumlar tərəfindən ölkə aeroportlarına istiqamətlənən və geri qayıdan təyyarələrin reysləri üçün yalnız dörd xüsusi uçuş dəhlizi ayrılıb.

moderator.az
- Azərbaycanda futbol oyununda FACİƏ - 20 yaşlı tələbə öldü
Azərbaycanda futbol oyununda FACİƏ - 20 yaşlı tələbə öldü
Mingəçevirdə 20 yaşlı gənc ölüb.
Moderator.az-ın məlumata görə, 2006-cı il təvəllüdlü Muhamməd Abdullah oğlu Həsən Mingəçevir şəhərində futbol oynayan zaman qəfil halı pisləşib.
İlkin məlumata görə, epilepsiya xəstəliyindən əziyyət çəkən gəncin dili qatlanıb və o, həyatını itirib.
Bildirilib ki, M.Həsən Mingəçevir Dövlət Universitetinin tələbəsi olub. Onun Sumqayıt sakini olduğu qeyd edilir.(oxu.az)
Bakıda Azərbaycan-İtaliya biznes-forumunun keçirilməsi planlaşdırılır
Bakıda Azərbaycan-İtaliya biznes-forumunun təşkili planlaşdırılır.
Moderator.az xəbər verir ki, bunu İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni Prezident İlham Əliyev ilə mətbuata bəyanatlar zamanı deyib.
"Biz 2026-cı ilin ikinci yarısında burada, Bakıda biznes-forum təşkil etməyi planlaşdırmışıq ki, siyasi əməkdaşlığımızı müəssisələrimiz, işçilərimiz üçün konkret fürsətlərə çevirək", - o deyib.
C. Meloni qarşılıqlı sərmayə yatırımlarından da bəhs edib:
"Cənab Prezident, söhbətlərimizdə qeyd etdiyimiz kimi, təsdiqləyə bilərəm ki, strateji planların, inkişaf planlarının, 360 dərəcəlik müasirləşmədə nəinki ikitərəfli qaydada, o cümlədən üçüncü ölkələrdə birgə işin icrasında çox böyük marağı olan çoxsaylı İtaliya müəssisələri var. Çünki energetika əməkdaşlığımızın yeganə sahəsi deyil. Bir çox digər sahələr var".

moderator.az
- Meloni: Prezident Əliyevlə İranla bağlı böhran ətrafında fikir mübadiləsi apardıq
Meloni: Prezident Əliyevlə İranla bağlı böhran ətrafında fikir mübadiləsi apardıq
Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni İranla bağlı böhran, bölgədə baş verən hadisələr və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Moderator.az xəbər verir ki, bunu İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni Prezident İlham Əliyev ilə mətbuata bəyanatlar zamanı deyib.
"Təbii ki, Prezident Əliyevlə İranla bağlı böhrandan tutmuş bölgəmizdə baş verən və hamımıza aid olan hadisələrə qədər əsas beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi apardıq", - C. Meloni bildirib və əlavə edib ki, İranla ümumi sərhədi olan, ümumi tarixə malik ölkənin Prezidentinin fikrini dinləmək çox maraqlı olub:
"Bir daha arzu edirik ki, bu böhran mümkün qədər ən qısa müddətdə aradan qalxsın. Bu məqsədə xidmət edən hər hansı təşəbbüsə dəstək verməyə, bölgədə sabitliyin qurulmasına öz sadiqliyimizi bir daha vurğuladım. Mən, həmçinin Azərbaycana, Prezidentə və Azərbaycanın bütün hakimiyyət orqanlarına İtaliyada təhlükə ilə üzləşən, ölkəni tərk etməyə məcbur olan çoxsaylı italyan vətəndaşların təxliyə olunmasında İtaliya üçün lazımi əməliyyatları həyata keçirdiyinə təşəkkürümü bildirmək istəyirəm. Sizin tərəf bu işdə tam tədbirləri gördü və daha dəqiq desək, Sizə təşəkkür edirəm ki, Tehrandakı səfirliyimizin müvəqqəti olaraq Bakıya köçürülməsinə, təhlükəsizlik şəraitində səmərəli şəkildə işləməsinə dəstək verdiniz. Bu, dostluğumuzu nümayiş etdirən digər elementdir".

moderator.az
- "Sevgi səssizlikdə yox olur: hiss olunmadan qırılan bağlar" - Psixoloq xəbərdarlıq edir
"Sevgi səssizlikdə yox olur: hiss olunmadan qırılan bağlar" - Psixoloq xəbərdarlıq edir
"Münasibətləri dağıdan ən təhlükəli vərdişlər görünməz olur..."
Münasibətlər kənardan sakit və problemsiz görünsə də, bu, hər zaman xoşbəxtlik demək deyil.
Moderator.az xəbər verir ki, bu barədə "Forbes" nəşri yazıb.
Sevginin gizli düşməni
Psixoloq Mark Traversin fikrincə, sevginin ən təhlükəli düşmənləri açıq münaqişələr yox, gizli və yavaş-yavaş yığılan davranışlardır. Ən böyük risklərdən biri tərəfdaşlardan birinin digərinə qarşı üstünlük hissi ilə yanaşmasıdır.
Bu, istehzalı sözlərdə, lağ etmədə, göz devirmədə və ya hisslərin dəyərsizləşdirilməsində özünü göstərir. Belə münasibət təkcə davranışa deyil, insanın şəxsiyyətinə zərbə vurur və zamanla iki insan arasında görünməz divar yaradır.
Səssizlik və yığılan incikliklər
Digər təhlükəli məqam isə münaqişələrdən qaçmaqdır. Bir çox cütlük sakitliyi ideal hesab edir, amma bu "sakitlik" əslində problemlərin gizlədilməsi ola bilər. İnsanlar qarşı tərəfi incitməmək üçün hisslərini gizlədir, narazılıqları demir və nəticədə münasibət səmimiliyini itirir.
Araşdırmalar göstərir ki, emosiyaları daim boğmaq insanı daxilən narazı və gərgin edir. Bu gərginlik isə həm psixoloji vəziyyətə, həm də münasibətin keyfiyyətinə təsir edir. Yığılan incikliklər gec-tez daha sərt və ağrılı şəkildə üzə çıxır.
Sevgini qorumağın yolu
Mütəxəssislər hesab edir ki, sağlam münasibətin əsası konfliktlərin olmaması deyil, onları düzgün idarə etmək bacarığıdır. Açıq və səmimi ünsiyyət, qarşı tərəfi dinləmək və ittiham etmək əvəzinə hissləri ifadə etmək münasibəti qoruyur.
Kiçik, amma davamlı jestlər də böyük rol oynayır: minnətdarlıq bildirmək, diqqət göstərmək, xırda mesajlarla belə qarşı tərəfin dəyərli olduğunu hiss etdirmək. Əsas odur ki, bu diqqət yalnız böhran zamanı yox, hər gün göstərilsin.
Nəticə olaraq, sevgi böyük hadisələrlə deyil, gündəlik davranışlarla ya güclənir, ya da sönür. Ən təhlükəli məqam isə onun birdən yox, səssizcə yox olmasıdır.
Azərbaycan ilə İtaliya arasında qaz ixracının artırılması müzakirə olunub
2025-ci ildə Azərbaycanla İtaliya arasında ticarət dövriyyəsi 12 milyard dollar təşkil edib.
Moderator.az xəbər verir ki, bunu Prezident İlham Əliyev İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni ilə mətbuata bəyanatlar zamanı deyib.
"Keçən il bizim ticarət dövriyyəmiz təxminən 12 milyard dollar təşkil etmişdir", - Prezident bildirib və əlavə edib ki, əlaqələrin əsas istiqamətlərindən biri energetika sahəsində tərəfdaşlıqdır:
"Burada da biz uzun illər ərzində etibarlı tərəfdaşlar kimi bir-birimizi dəstəkləyirik. Azərbaycan İtaliyanın neft təchizatında ikinci yerdədir, qaz təchizatında da ikinci yerdədir. Bizim üçün İtaliya bazarı həm neft, həm qaz üzrə birinci dərəcəli əhəmiyyət daşıyır. Keçən il Azərbaycan 25 milyard kubmetr təbii qaz ixrac edib, onun 9,5 milyardı İtaliya bazarına ixrac olunmuşdur. Bu gün söhbətlər və danışıqlar əsnasında biz bu həcmi artırmaq üçün müzakirələr aparmışıq. Bunun üçün təbii ki, Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan TAP layihəsinin genişləndirilməsi lazımdır. Artıq müəyyən dərəcədə genişləndirilib, amma bu proses davam etdirilməlidir".
Klimenko: Son sutka ərzində Rusiyanın Ukraynaya zərbələri nəticəsində 14 nəfər ölüb
Rusiya hərbçilərinin bu gün Ukraynanın yeddi regionunu atəşə tutması nəticəsində 14 nəfər ölüb, 60-a yaxın insan yaralanıb.
Moderator.az xəbər verir ki, bunu Ukraynanın daxili işlər naziri İqor Klimenko "Telegram" kanalında bildirib.
"Ən çox Xarkov vilayətindəki Merefa zərər çəkib. Orada 7 nəfər həlak olub. Zaporojyedəki Volnyanskda məbədin ərazisinə zərbə dəyib. İki nəfər həlak olub. Eyni zamanda, Rusiya Silahlı Qüvvələri energetikaya hücumlarını davam etdirir. Bu gün Dnepropetrovsk, Xarkov və Çerniqov vilayətinə zərbələr endirilib", – o yazıb.
Nazirin sözlərinə görə, xilasedicilər və polislər yaralıların təxliyəsini, yanğınların söndürülməsini və dağıntıların təmizlənməsini davam etdirirlər. Zərərçəkənlərə bütün lazımi yardım göstərilir.

moderator.az
- Türkiyədən on il ərzində bu qədər suriyalı geri qayıdıb - FOTO
Türkiyədən on il ərzində bu qədər suriyalı geri qayıdıb - FOTO
Türkiyədən 2016-cı ildən bu günə qədər könüllü, təhlükəsiz və nizamlı şəkildə geri qayıdan suriyalıların sayı 1 407 568 nəfərdir.
Moderator.az xəbər verir ki, bu məlumat Türkiyə Daxili İşlər Nazirliyinin (DİN) "X" sosial şəbəkə hesabında yayılıb.
Bildirilib ki, Türkiyədə müvəqqəti qorunma statusunda olan suriyalıların sayı 2 280 542, 8 dekabr 2024-cü ildən sonra könüllü geri qayıdış edənlərin sayı isə 667 565 olaraq qeydə alınıb:
"Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) məlumatlarına görə, 8 dekabr 2024-cü il tarixindən bu yana bölgə daxilində ümumilikdə 1 630 874 suriyalının ölkəsinə geri qayıtdığı təxmin edilir. Geri qayıdışların ölkələrə görə bölgüsünə baxıldıqda, Türkiyə 639 995 nəfərlə ilk sırada yer alır. Paylaşılan bu məlumatlar sərhəd keçidləri, əhali hərəkəti hesabatları və fərqli məlumat mənbələrinin birlikdə təhlil edilməsi ilə əldə edilir.
Fərqli tarixlərə aid məlumatların, eyni dövrün məlumatı kimi müqayisə edilərək xəbərə çevrilməsi reallıqdan uzaq və yanıltıcı bir yanaşmadır".
DİN-dən bəzi mətbuat orqanlarında yer alan xəbərlərdə Suriyaya istiqamətlənmiş könüllü geri qayıdış saylarına dair rəsmi məlumatların və açıqlamaların bir-biri ilə üst-üstə düşmədiyi yönündə qiymətləndirmələrin edildiyi vurğulanıb.
"Çelsi" 33 il sonra Premyer Liqada antirekordunu təkrarlayıb
İngiltərə Premyer Liqasının XXXV turunda evdə "Nottinqem Forest"ə uduzan "Çelsi" 33 il sonra antirektordunu təkrarlayıb.
Moderator.az xəbər verir ki, "Stemford Bric"də rəqibinə 1:3 hesabı ilə məğlub olan zadəganlar cari mövsüm Premyer Liqada 6-cı məğlubiyyətini alıb.
London təmsilçisi sonuncu dəfə 1993-cü ildə eyni uğursuzluğu yaşayıb.
Qeyd edək ki, "Çelsi" son 6 oyununda cəmi 1 qol vurub və qapısından 14 qol buraxıb. Komanda turnir cədvəlində 48 xalla 9-cu pillədə yer alıb.
Ukrayna mayın 6-nı atəşkəs elan edib
Bu günə qədər Rusiya sosial mediasında yayıldığı kimi, hərbi əməliyyatların dayandırılması ilə bağlı Ukraynaya rəsmi sorğu daxil olmayıb. Biz hesab edirik ki, insan həyatı istənilən ildönümünün “qeyd edilməsindən” müqayisəolunmaz dərəcədə daha dəyərlidir. Buna görə də, mayın 5-dən 6-na keçən gecə 00:00-dan atəşkəs elan edirik.
Moderator.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram” səhifəsində bildirib.
Zelenski qeyd edib ki, atəşkəsin həmin müddət ərzində təmin olunması realdır. “Biz də həmin andan etibarən eyni şəkildə hərəkət edəcəyik. Əgər Rusiya Müdafiə Nazirliyi Ukraynanın xoşməramlı addımı olmadan Moskvada parad keçirə bilməyəcəyinə inanırsa, bu, Rusiya rəhbərliyinin müharibəyə son qoymaq üçün real addımlar atmasının vaxtının çatdığını göstərir”, - deyə Zelenski əlavə edib.

moderator.az
- Leyla Əliyeva "Azərbaycan təbiətinin izi ilə" sərgisinin açılış mərasimində iştirak edib - FOTO
Leyla Əliyeva "Azərbaycan təbiətinin izi ilə" sərgisinin açılış mərasimində iştirak edib - FOTO
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva “Explore Azerbaijan with IDEA” layihəsi çərçivəsində Dənizkənarı Milli Parkda keçirilən “Azərbaycan təbiətinin izi ilə” adlı sərginin açılış mərasimində iştirak edib.
Moderator.az xəbər verir ki, sərgidə layihənin fotoqraf və videoqrafı Saleh Baxşiyev tərəfindən Azərbaycanın müxtəlif milli parklarında lentə alınan 30 fauna növünə aid fotoşəkillər nümayiş olunur. Təqdim edilən fauna növlərinin böyük hissəsi Azərbaycanın “Qırmızı Kitabı”na daxil edilib.
Leyla Əliyevanın təşəbbüsü ilə təşkil olunan sərgi IDEA İctimai Birliyi, Dənizkənarı Bulvar İdarəsi və Bakı Zooloji Parkının tərəfdaşlığı ilə keçirilir. Bir ay davam edəcək sərgi çərçivəsində şəhər sakinləri və paytaxtın qonaqları Azərbaycanın zəngin biomüxtəlifliyini əks etdirən fotoşəkillərlə yaxından tanış olmaq imkanı əldə edəcəklər.
Qeyd edək ki, Leyla Əliyevanın təşəbbüsü ilə 2025-ci ildə fəaliyyətə başlayan “Explore Azerbaijan with IDEA” layihəsinin əsas məqsədi Azərbaycanın canlı aləminin təkrarolunmaz gözəlliklərini yerli və beynəlxalq auditoriyaya tanıtmaq, həmçinin ölkəmizin təbiətinin özünəməxsus zənginliyini əks etdirən multimedia bazası formalaşdırmaqdır.
“Explore Azerbaijan with IDEA” təkcə maarifləndirici layihə deyil, həm də təbiətin qorunması və gələcək nəsillərə ötürülməsi üçün çağırışdır.
Azərbaycan təbiətinə məxsus eksklüziv foto və videoməzmunları layihənin rəsmi sosial media səhifələrindən izləmək mümkündür.
Kobaxidze İrəvandakı çıxışı barədə məlumat yayıb
Gürcüstanın Baş naziri İrakli Kobaxidze "Avropa Siyasi Birliyi"nin 8-ci Zirvə toplantısında çıxışı barədə məlumat yayıb.
Moderator.az xəbər verir ki, Kobaxidze sosial şəbəkə paylaşımında Gürcüstanın Avropa ilə Asiya arasındakı münasibətlərdə əhəmiyyətini vurğulayıb.
Onun sözlərinə görə, İrəvandakı çıxışında iqtisadi təhlükəsizlik və uzunmüddətli sabitlik üçün regional bağlantıların önəmi diqqət mərkəzində olub.
Kobaxidze əlavə edib ki, Avropa ilə Asiya arasında etibarlı tranzit və əməkdaşlıq üçün Gürcüstanın əhəmiyyətli coğrafi mövqeyi var.
İtaliya şirkətləri Qarabağ və Şərqi Zəngəzurda 23 layihə həyata keçirib
Hazırda İtaliyanın 130-a yaxın şirkəti Azərbaycanda fəaliyyət göstərir.
Moderator.az xəbər verir ki, bunu Prezident İlham Əliyev İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni ilə mətbuata bəyanatlar zamanı deyib.
"Hazırda İtaliyanın 130-a yaxın şirkəti Azərbaycanda fəaliyyət göstərir", - Prezident bildirib və bu şirkətlərin sayının çox olmasını istədiyini ifadə edib:
"O cümlədən işğaldan azad edilmiş Qarabağda və Şərqi Zəngəzurda İtaliya şirkətləri 23 layihə həyata keçirib və həyata keçirir. Xarici ölkələrin şirkətlərinə baxdıqda bu layihələrin icrasında İtaliya yenə qabaqcıl yerlərdədir.
Təbii ki, bütün bu biznes, kommersiya, ticarət əlaqələri, şirkətlərin birgə fəaliyyəti və digər məsələlərlə yanaşı, biz bəlkə də ən vacib sahəni də unutmamışıq, o da təhsil sahəsidir. Keçən il Bakıda böyük təntənə ilə İtaliya-Azərbaycan Universiteti açılmışdır. Azərbaycanda təhsilin inkişafına bu universitetin çox böyük təsiri və töhfəsi olacaq. Bizə verilən məlumata görə, artıq 500-dən çox tələbə orada təhsil alır və gələcəkdə onlar həm peşəkar mütəxəssislər, həm də ki, Azərbaycanın İtaliyada və İtaliyanın Azərbaycanda təbii elçiləri olacaqlar. Beləliklə, bizim dostluğumuz bundan sonra inamla davam etdiriləcəkdir".

moderator.az
- Azərbaycan son bir neçə ildə İtaliyaya təxminən 3 milyard dollar sərmayə qoyub
Azərbaycan son bir neçə ildə İtaliyaya təxminən 3 milyard dollar sərmayə qoyub
Azərbaycan Dövlət Neft Fondu son bir neçə il ərzində İtaliya iqtisadiyyatına təxminən 3 milyard dollar sərmayə qoyub.
Moderator.az xəbər verir ki, bunu Prezident İlham Əliyev İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni ilə mətbuata bəyanatlar zamanı deyib.
"İtaliya bazarı bizim üçün çox maraqlıdır. İtaliya iqtisadiyyatı xanım Baş nazirin rəhbərliyi ilə uğurla inkişaf edir. Azərbaycan Dövlət Neft Fondu son bir neçə il ərzində İtaliya iqtisadiyyatına təxminən 3 milyard dollar sərmayə qoyub", - Prezident bildirib və əlavə edib ki, görüşdə bu sərmayələrin yeni layihələrə cəlb edilməsi məsələləri də müzakirə olunub.

moderator.az
- İlham Əliyev: Hərbi-texniki əməkdaşlıq ümidvericidir
İlham Əliyev: Hərbi-texniki əməkdaşlıq ümidvericidir
Azərbaycanla İtaliya arasında yeni əməkdaşlıq sahəsi olan hərbi-texniki əməkdaşlıq ümidvericidir.
Moderator.az xəbər verir ki, bunu Prezident İlham Əliyev İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni ilə mətbuata bəyanatlar zamanı deyib.
"Bizim yeni əməkdaşlıq sahəmiz olan hərbi-texniki əməkdaşlıq ümidvericidir", - Prezident bildirib və əlavə edib ki, görüş zamanı bu barədə fikir mübadiləsi aparılıb:
"Birgə layihələrin həyata keçirilməsi, birgə istehsalın təşkil edilməsi, İtaliya texnologiyalarının Azərbaycan maliyyə vəsaitinin birləşməsi ilə əlaqədar konkret fikirlərimiz var. Bu barədə də geniş danışılıb".
İngiltərə Premyer Liqası: "Çelsi" evdə "Nottinqem Forest"ə uduzub
İngiltərə Premyer Liqasının XXXV turunda "Çelsi" evdə "Nottinqem Forest" kollektivi ilə üz-üzə gəlib.
Moderator.az xəbər verir ki, "Stemford Bric"də baş tutan matçda "zadəganlar" 1:3 hesabı ilə uduzublar.
"Nottinqem Forest"in qollarını Tayvo Avoni (2, 52) və İqor Jesus (15-p.) vurub. London kollektivinin heyətində isə təsəlli qoluna Juan Pedro (90+3) imza atıb.
Bu, "Çelsi"nin cari mövsüm Premyer Liqada ardıcıl 6-cı məğlubiyyəti olub.
Qeyd edək ki, "Çelsi" turnir cədvəlində 48 xalla 9-cu pillədə yer alıb. "Nottinqem Forest" isə 42 xalla 16-cıdır.

moderator.az
- "Süni intellektdə şüur yarana bilər" - Alimlər yeni model təqdim edib
"Süni intellektdə şüur yarana bilər" - Alimlər yeni model təqdim edib
"Alimlər hesab edir ki, yaxın 10-15 ildə süni intellekt şüura yaxın səviyyəyə çata bilər..."
Alimlər süni intellektin gələcək inkişafı ilə bağlı diqqətçəkən model təqdim ediblər.
Moderator.az xəbər verir ki, bu barədə "Cognitive Processes" jurnalında dərc olunan araşdırmada deyilir. Məlumatı "Popular Mechanics" nəşri yayıb.
Yeni model və əsas yanaşma
Məlumatda deyilir ki, araşdırma Kluj-Napoka Texniki Universitetinin mühəndisi Marius Bodea tərəfindən hazırlanıb. Tədqiqatda "Consciousness Score" adlı şkala irəli sürülür ki, bu da şüur səviyyəsini yalnız insanlar və heyvanlar üçün deyil, süni sistemlər üçün də qiymətləndirməyə imkan verir.
Model müxtəlif meyarları - intellekt, məlumat emalı, sensor qavrayış, paralel hesablama və metakoqnitiv proseslər, yəni sistemin öz düşünmə prosesini analiz etmə qabiliyyətini əhatə edir. Məqsəd bioloji və süni sistemlər üçün universal yanaşma yaratmaqdır.
İndiki səviyyə və "protoşüur" əlamətləri
Şkalaya görə, yetkin insanın şüur səviyyəsi təxminən 500-800 bal aralığında qiymətləndirilir, uşaqlarda isə bu göstərici daha aşağıdır. Ən aşağı səviyyələr sadə orqanizmlərə, ən yüksək göstəricilər isə insan imkanlarını aşan hipotetik superintellektə aiddir.
Müasir süni intellekt sistemləri, o cümlədən böyük dil modelləri hələlik 100 bal həddindən aşağıda qalır. Lakin alimlər qeyd edir ki, bu sistemlər artıq ilkin "protoşüur" əlamətləri nümayiş etdirir. Onlar böyük həcmdə məlumatı emal edə bilir, yeni tapşırıqlara uyğunlaşır və müəyyən dərəcədə məntiqi düşünməni təqlid edir.
Gələcək proqnozlar və mümkün təsirlər
Tədqiqatçılar hesab edir ki, xüsusilə neyromorf hesablama - insan beyninin iş prinsipini təqlid edən texnologiyalar bu sahədə irəliləyişi sürətləndirə bilər. Onların qiymətləndirməsinə görə, yaxın 10-15 il ərzində süni intellekt daha yüksək səviyyəyə çataraq şüur elementlərinin olub-olmaması ilə bağlı ciddi elmi müzakirələrə səbəb ola bilər.
Bununla belə, bu proqnozlar hələ qeyri-müəyyəndir və texnoloji inkişafın sürətindən, eləcə də şüurun özünün necə başa düşülməsindən asılıdır. Ekspertlər vurğulayır ki, şüur əlamətləri olan süni intellektin yaranması yalnız texnologiyanı deyil, həm də etik, fəlsəfi və sosial məsələləri dəyişə bilər. Belə sistemlərin hüquqları, məsuliyyəti və cəmiyyətdəki rolu gələcəkdə əsas müzakirə mövzularından birinə çevrilə bilər.

moderator.az
- Juninyo “Qarabağ”a qayıdır? - Qurban Qurbanov açıqladı
Juninyo “Qarabağ”a qayıdır? - Qurban Qurbanov açıqladı
“İnanmıram ki, Juninyonun bura gəlmək şansı olsun. Amma gəlsə, "yox" demərəm”.
Moderator.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
Mütəxəssis Meksikanın “Pumas” klubunda çıxış edən sabiq futbolçusu Olavio Juninyonun geri qayıtması ilə bağlı yayılan söz-söhbətlərə aydınlıq gətirib. O, həmçinin komandanın transfer planlarından da danışıb:
“Çünki yaxşı çempionat keçirir. Son oyunlarda az fərqlənsə də, vacib qollar vurur. Transferlərə ümumi yanaşırıq. Hər mövqeyə baxılır. Həm oyunçu sayı, həm də keyfiyyət baxımından ehtiyac var. Gördüyünüz kimi çempionat güclüdür. Düşündüyümdən gərgin oldu. Hər xəttə yeniliklər lazımdır. Bəzən futbolçuların zədəsi və cəzası rotasiyaya mane olur. Son bir ayda futbolçulara rahatlıq yoxdur. Bu baxımdan yayda bir neçə mövqeyə transferlər etməyi planlaşdırırıq”.
Qeyd edək ki, Juninyo 2025-ci ilin yanvarında “Qarabağ”dan 5 milyon avro qarşılığında Braziliyanın “Flamenqo” klubuna transfer olunmuşdu.

moderator.az
- Ciorcia Meloninin Azərbaycana səfəri başa çatıb - FOTO
Ciorcia Meloninin Azərbaycana səfəri başa çatıb - FOTO
İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloninin Azərbaycan Respublikasına işgüzar səfəri mayın 4-də başa çatıb.
Moderator.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
İtaliyanın Nazirlər Şurasının sədri Ciorcia Melonini Azərbaycanın Baş nazirinin müavini Samir Şərifov, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər yola saldılar.
“Qarabağ” “Turan Tovuz”u məğlub edib
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXX turun mərkəzi oyunu keçirilib.
Moderator.az xəbər verir ki, ikinci yer uğrunda mübarizə aparan 2 komanda – “Qarabağ” və “Turan Tovuz” Tofiq Bəhramov adına Respublika Stadionunda üz-üzə gəlib. Matçı Ağdam klubunun 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Turnir cədvəlində "Qarabağ" klubu 62 xalla 2-ci, Tovuz təmsilçisi isə 56 xalla 3-cüdür.
XXX turun əvvəlki oyunlarında “Kəpəz” “Sumqayıt”a 2:1, “İmişli” “Araz-Naxçıvan”a, “Zirə” “Qəbələ”yə 1:0, “Sabah” isə “Şamaxı”ya 3:0 hesabı ilə qalib gəlib.
Tura mayın 5-də keçiriləcək “Karvan-Yevlax” – “Neftçi” görüşü ilə yekun vurulacaq.
Almaniyadan ABŞ-yə cavab: "NATO-da heç bir çatışmazlıq yaranmayacaq"
"Vaşinqtonun Almaniyadakı hərbi kontingentinin sayını azaltmaq barədə qərarından sonra NATO-nun Avropadakı ənənəvi çəkindirmə imkanlarında heç bir çatışmazlıq yaranmayacaq".
Moderator.az "Reuters" agentliyinə istinadən xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Yohan Vadeful bildirib.
"Biz bu vəziyyəti öz şəxsi imkanlarımızın daha sürətli inkişafı və yerləşdirilməsi üçün növbəti bir çağırış kimi qəbul etməliyik. Sadəcə olaraq başqa yolumuz yoxdur", - deyə nazir Afinada keçirilən mətbuat konfransında qeyd edib.
O, həmçinin vurğulayıb ki, hansı qərarların artıq qəti şəkildə qəbul edildiyini və vəziyyətə təsir etmək üçün Berlinin əlində hansı vasitələrin qaldığını anlamaq məqsədilə Almaniya ABŞ ilə sıx dialoqu davam etdirməlidir.

moderator.az
- Prezident İlham Əliyev və İtaliya Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB
Prezident İlham Əliyev və İtaliya Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB
Mayın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloni mətbuata bəyanatlarla çıxış ediblər.
Moderator.az xəbər verir ki, əvvəlcə dövlətimizin başçısı bəyanatla çıxış etdi.
Prezident İlham Əliyevin
bəyanatı
-Hörmətli xanım Baş nazir.
Hörmətli qonaqlar, xanımlar və cənablar.
İlk növbədə, xanım Baş nazir, Sizi Azərbaycanda bir daha səmimiyyətlə salamlayıram, Azərbaycana xoş gəlmisiniz. Əminəm ki, Sizin səfəriniz Azərbaycan-İtaliya dostluq əlaqələrinin inkişafına növbəti töhfə olacaqdır.
Bizim ölkələrimiz strateji tərəfdaşdırlar, 2014-cü və 2020-ci illərdə strateji tərəfdaşlığa dair iki bəyannamə imzalanmışdır. Bizim münasibətlərimizin əsasını təşkil edən bu iki sənəd və sənədlərdə təsbit edilmiş məsələlər bu gün həyatda da öz əksini tapır. Sizin bu gün Azərbaycanda olmağınız bir daha Azərbaycan-İtaliya əlaqələrinin nə qədər dərinməzmunlu olmasından xəbər verir. Hər kəs bilir ki, Siz bu gün Ermənistanda idiniz. Ermənistanda öz proqramınızı bitirib Azərbaycana gəlmək bizim üçün xüsusi məna daşıyır, çox böyük rəmzi məna daşıyır, eyni zamanda, Azərbaycana göstərilən hörmətin və xoş münasibətin bariz təzahürüdür.
Bildiyiniz kimi, bizim siyasi əlaqələrimiz ən yüksək səviyyədədir. Eyni zamanda, ticarət əlaqələrimiz də çox yaxşı vəziyyətdədir. İtaliya Azərbaycanın bir nömrəli ticarət tərəfdaşıdır. Keçən il bizim ticarət dövriyyəmiz təxminən 12 milyard dollar təşkil etmişdir. Təbii ki, əlaqələrimizin əsas istiqamətlərindən biri energetika sahəsində tərəfdaşlıqdır. Burada da biz uzun illər ərzində etibarlı tərəfdaşlar kimi bir-birimizi dəstəkləyirik. Azərbaycan İtaliyanın neft təchizatında ikinci yerdədir, qaz təchizatında da ikinci yerdədir. Bizim üçün İtaliya bazarı həm neft, həm qaz üzrə birinci dərəcəli əhəmiyyət daşıyır. Keçən il Azərbaycan 25 milyard kubmetr təbii qaz ixrac edib, onun 9,5 milyardı İtaliya bazarına ixrac olunmuşdur. Bu gün söhbətlər və danışıqlar əsnasında biz bu həcmi artırmaq üçün müzakirələr aparmışıq. Bunun üçün təbii ki, Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan TAP layihəsinin genişləndirilməsi lazımdır. Artıq müəyyən dərəcədə genişləndirilib, amma bu proses davam etdirilməlidir.
Bizim yeni əməkdaşlıq sahəmiz olan hərbi-texniki əməkdaşlıq ümidvericidir. Bu gün bu barədə də danışıldı. Birgə layihələrin həyata keçirilməsi, birgə istehsalın təşkil edilməsi, İtaliya texnologiyalarının Azərbaycan maliyyə vəsaitinin birləşməsi ilə əlaqədar konkret fikirlərimiz var. Bu barədə də geniş danışılıb.
İtaliya bazarı bizim üçün çox maraqlıdır. İtaliya iqtisadiyyatı xanım Baş nazirin rəhbərliyi ilə uğurla inkişaf edir. Azərbaycan Dövlət Neft Fondu son bir neçə il ərzində İtaliya iqtisadiyyatına təxminən 3 milyard dollar sərmayə qoyub. Bu sərmayələrin yeni layihələrə cəlb edilməsi məsələləri də müzakirə olunmuşdur.
Əlbəttə ki, İtaliya şirkətlərinin Azərbaycanda uğurlu fəaliyyətinin çox böyük tarixi var. Hazırda İtaliyanın 130-a yaxın şirkəti Azərbaycanda fəaliyyət göstərir. İstəyirəm ki, onların sayı daha da çox olsun. O cümlədən işğaldan azad edilmiş Qarabağda və Şərqi Zəngəzurda İtaliya şirkətləri 23 layihə həyata keçirib və həyata keçirir. Xarici ölkələrin şirkətlərinə baxdıqda bu layihələrin icrasında İtaliya yenə qabaqcıl yerlərdədir. Təbii ki, bütün bu biznes, kommersiya, ticarət əlaqələri, şirkətlərin birgə fəaliyyəti və digər məsələlərlə yanaşı, biz bəlkə də ən vacib sahəni də unutmamışıq, o da təhsil sahəsidir. Keçən il Bakıda böyük təntənə ilə İtaliya-Azərbaycan Universiteti açılmışdır. Azərbaycanda təhsilin inkişafına bu universitetin çox böyük təsiri və töhfəsi olacaq. Bizə verilən məlumata görə, artıq 500-dən çox tələbə orada təhsil alır və gələcəkdə onlar həm peşəkar mütəxəssislər, həm də ki, Azərbaycanın İtaliyada və İtaliyanın Azərbaycanda təbii elçiləri olacaqlar. Beləliklə, bizim dostluğumuz bundan sonra inamla davam etdiriləcəkdir.
Hörmətli xanım Baş nazir və nümayəndə heyətinin üzvləri, sizi Azərbaycanda bir daha səmimiyyətlə salamlayıram. Ölkəmizə xoş gəlmisiniz.
x x x
Sonra İtaliya Nazirlər Şurasının sədri bəyanatla çıxış etdi.
Nazirlər Şurasının sədri Ciorcia Meloninin
bəyanatı
-Çox sağ olun, cənab Prezident.
Hamınıza “Axşamınız xeyir olsun” deyirəm.
Bu gün burada – Bakıda olmaqdan çox məmnunam. Təbii ki, bir daha cənab Prezident Əliyevə və bütün hökumətə bizə göstərilmiş çox səmimi qəbula, həmçinin bu gün ərzində apardığımız çox məhsuldar dialoqa görə təşəkkürümü bildirmək istəyirəm.
Bu gün ölkələrimiz arasında münasibətlərə gəldikdə, bu, siyasi baxımdan mənim üçün əhəmiyyətlidir. Çünki İtaliyanın Baş nazirinin Azərbaycana rəsmi səfərindən 13 il ötür. Düşünürəm ki, yaranmış bu qədər uzunmüddətli boşluğu doldurmalı idik. Bu, özünü nəinki ölkələrimizi bir-birinə bağlayan dostluq münasibətlərində, həmçinin İtaliya və Azərbaycan arasında çox mühüm əməkdaşlıqda göstərir. Bununla belə əlaqələrdə keyfiyyətcə böyük sıçrayış olub. Beləliklə, təbii ki, apardığımız çox geniş söhbətə görə təşəkkür edirəm. Söhbətimiz əsasında daimi siyasi əlaqələndirmə yolu ilə əməkdaşlığımızı transformasiya etmək üzərində razılığa gəldik. Buradan gələcəyə aid prioritetləri birgə təyin edəcəyik. Düşünürəm ki, indi yaşadığımız mürəkkəb beynəlxalq müstəvidə bu, çox əhəmiyyətli seçimdir. Bununla belə, ətrafımızda olan qeyri-sabitlik artır və aramızdakı aydın məsələlərin həlli daha böyük əhəmiyyət kəsb etməyə başlayır. Həmin aydın olan məsələlərdən biri təbii ki, İtaliya ilə Azərbaycan arasındakı münasibətlərdir.
Birmənalı olaraq, əməkdaşlığımızı hər zaman səciyyələndirən sahələrdən biri enerji sahəsidir. İtaliyaya qaz və neftin ixracı Ukraynaya qarşı Rusiyanın təcavüzkar müharibəsi başladıqdan sonra şərəflə təmsil etdiyim ölkənin enerji təhlükəsizliyində determinant rolunu oynayır. Bu əlaqələrin möhkəmləndirilməsi barədə aydın şəkildə söhbət apardıq. Biz nəinki təchizat həcmləri, xüsusilə bütün sahələr üzrə sənaye tərəfdaşlığının keyfiyyəti üzərində çalışmalıyıq. Bilirik ki, enerji və bağlantılar eyni medalın iki üzüdür. İstərdik ki, Azərbaycan Avropa ilə Asiya arasında fundamental qovşaq rolunu möhkəmləndirsin. İtaliya bu baxımdan Avropa bazarına imtiyazlı giriş qapısını rolunu hər zaman oynamağa hazırdır. Aydındır ki, bu cür plan sərmayələri, uzunmüddətli proqramları, ölkələrimizdə istehsal və sənaye sistemlərimizin ən münasib imkanlarının bir araya gətirilməsini tələb edir. Bu səbəbdən biz 2026-cı ilin ikinci yarısında burada, Bakıda biznes-forum təşkil etməyi planlaşdırmışıq ki, siyasi əməkdaşlığımızı müəssisələrimiz, işçilərimiz üçün konkret fürsətlərə çevirək.
Mən Prezidentlə razıyam ki, bütün bunlar istər son illərdə gözəçarpan Azərbaycan sərmayələrinin İtaliyaya yatırılmasında, istərsə də Azərbaycan tərəfi üçün İtaliyanın geni miqyaslı sərmayələrinin ayrılmasında görünür. Cənab Prezident, söhbətlərimizdə qeyd etdiyimiz kimi, təsdiqləyə bilərəm ki, strateji planların, inkişaf planlarının, 360 dərəcəlik müasirləşmədə nəinki ikitərəfli qaydada, o cümlədən üçüncü ölkələrdə birgə işin icrasında çox böyük marağı olan çoxsaylı İtaliya müəssisələri var. Çünki energetika əməkdaşlığımızın yeganə sahəsi deyil. Bir çox digər sahələr var.
Həlledici digər sahə müdafiə və təhlükəsizlik sahəsidir. Bu sahədə, aerokosmik sənaye, dəniz təhlükəsizliyi, mühüm infrastrukturun mühafizəsi, üstün texnologiyalar kimi sahələrdə İtaliyanın ən kamil nəticələrini dəyərləndirərək, əməkdaşlığı dərinləşdirmək istəyirik. Biz elə bir model təklif edirik ki, sənaye sistemləri arasında əməkdaşlıq nəticəsində biliklərlə mübadilə, birgə inkişaf, regional sabitliyə töhfə verə biləcək gələcək perspektivli sahələr və nəhayət, sənaye sistemələrimizi birləşdirən amillər olsun.
Bununla belə, dostluğumuz münasibətlərimizdə, cəmiyyətlərimiz arasında əlaqələrdə, mədəni bağlantılarda dərin köklər salıb. Burada, Bakıda respublika Prezidenti Mattarellanın iştirakı ilə Azərbaycan Diplomatik Akademiyanın nəzdində açılmış universitet İtaliyanın beş nüfuzlu universiteti ilə əməkdaşlıqdan formalaşmışdır. Yekun nəticədə, bütün bunlar mədəniyyət, gələcək nəsillər, xalqlarımız arasında əlaqələr, bu gün həm mədəniyyət, həm ərzaq təhülkəsizliyi sahələrində əldə etdiyimiz razılaşmalar ümumi məramımızın rəmzi anlarıdır. Bütün bunlar eyni istiqamətdə inkişaf edir.
Təbii ki, Prezident Əliyevlə İranla bağlı böhrandan tutmuş bölgəmizdə baş verən və hamımıza aid olan hadisələrə qədər əsas beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi apardıq. Aydın şəkildə, mənim üçün İranla ümumi sərhədi olan, İranla uzun ümumi tarixə malik ölkənin Prezidentinin fikrini dinləmək çox maraqlı oldu. Bir daha arzu edirik ki, bu böhran mümkün qədər ən qısa müddətdə aradan qalxsın. Bu məqsədə xidmət edən hər hansı təşəbbüsə dəstək verməyə, bölgədə sabitliyin qurulmasına öz sadiqliyimizi bir daha vurğuladım. Mən, həmçinin Azərbaycana, Prezidentə və Azərbaycanın bütün hakimiyyət orqanlarına İranda təhlükə ilə üzləşən, ölkəni tərk etməyə məcbur olan çoxsaylı italyan vətəndaşların təxliyə olunmasında İtaliya üçün lazımi əməliyyatları həyata keçirdiyinə təşəkkürümü bildirmək istəyirəm. Sizin tərəf bu işdə tam tədbirləri gördü və daha dəqiq desək, Sizə təşəkkür edirəm ki, Tehrandakı səfirliyimizin müvəqqəti olaraq Bakıya köçürülməsinə, təhlükəsizlik şəraitində səmərəli şəkildə işləməsinə dəstək verdiniz. Bu, dostluğumuzu nümayiş etdirən digər elementdir.
Biz Azərbaycan ilə Avropa İttifaqı arasında dialoqun gücləndirilməsinin vacibliyini qeyd etdik. Enerji və daşımalar birmənalı olaraq iki sahədir ki, Avropa daha vacib rol oynaya bilər və oynamalıdır. Beləliklə, sərmayələrə dəstək, enerji şəbəkələrinə, beynəlxalq daşımalar marşrutlarına Azərbaycanın daha böyük inteqrasiyası təmin edilə bilər.
Ermənistanla münasibətlər mövzusunu müzakirə etdik. Mən Birləşmiş Ştatların verdiyi təkan sayəsində tarixi mərhələni əks etdirən normallaşma yolunda İtaliyanın tam dəstəyini bir daha vurğuladım. Düşünürəm ki, 2026-cı il bu baxımdan mühüm ilə çevrilə bilər, çünki çox vacibdir ki, bu dinamik regionun bütün potensialı istifadə edilsin. Həmçinin Ukraynada ədalətli və dayanıqlı sülhə yönəlmiş diplomatik səylər də öz nəticəsini verməlidir. Çünki ölkələrimiz çox dəstək göstərib, Ukrayna xalqının yanında olub.
Bir sözlə, iş əsnasında bizi birləşdirən çoxsaylı mövzular var. Söylədiyim kimi, bu işləri birgə icra edə bilərik. Yekun olaraq bir daha bildirirəm ki, biz aydın məsələlərin az sayda olduğu dövrdə yaşayırıq və tam təbiidir ki, bu kimi hallar az olanda, biz bir-birimizə daha çox bağlanmalıyıq. Məhz bu səbəbdən İtaliya Azərbaycanla həyata keçirdiyi mühüm tərəfdaşlığı uzunmüddətli tərəfdaşlıq kimi görür və bundan sonra da uzunmüddətli olmasını istəyir.
Cənab Prezident, səmimi qəbula və bizimlə apardığımız çox maraqlı söhbətə görə bir daha təşəkkür edirəm.
20:08
Mayın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloni mətbuata bəyanatlarla çıxış ediblər.
Moderator.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
19:57
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloni mətbuata bəyanatlarla çıxış edirlər.
Moderator.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

moderator.az
- Prezident İlham Əliyevin İtaliya Baş naziri ilə geniş tərkibdə görüşü olub - FOTO - YENİLƏNİB
Prezident İlham Əliyevin İtaliya Baş naziri ilə geniş tərkibdə görüşü olub - FOTO - YENİLƏNİB
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloni ilə geniş tərkibdə görüşü olub.
Moderator.az xəbər verir ki, görüşdə çıxış edən Prezident İlham Əliyev dedi:
-Xanım Baş nazir, nümayəndə heyətinin üzvləri, bir daha xoş gəlmisiniz. Bizim müxtəlif aspektlər üzrə mükəmməl danışıqlarımız oldu. İndi danışıqlarımızı geniş tərkibdə davam etdirəcəyik. Əvvəlcə bizimlə bir yerdə olduğunuz üçün Sizə bir daha təşəkkür edirəm. Bu səhər, hətta dünəndən bəri necə məşğul olduğunuzu bilirəm. Ermənistandan gələrək bizi ziyarət etməyiniz çox rəmzi məna daşıyır. Bu, bir daha Azərbaycana dost münasibətin olduğunu göstərir. Bizim də İtaliyaya eyni münasibətimiz var. Sizin bugünkü səfəriniz strateji münasibətlərimizin inkişafında çox həlledici olacaq. Bir daha xoş gəlmisiniz.
İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni çıxış edərək dedi:
-Çox sağ olun, hörmətli Prezident. Burada olmaq mənim üçün şərəfdir və məndə məmnunluq hissi doğurur. Hesab edirəm ki, buraya gəlmək vacib idi, çünki Azərbaycan İtaliya üçün çox vacib tərəfdaşdır. Lakin buna baxmayaraq, mənə məlum oldu ki, 2013-cü ildən bəri İtaliyanın Baş naziri buraya səfər etməyib. Bu da mənə kifayət qədər qəribə görünür. Ona görə hesab edirəm ki, bu səfəri etmək həqiqətən vacib idi, çünki bizim əməkdaşlığımız həqiqətən də çox genişdir. Biz bir çox strateji sahələr üzrə əməkdaşlıq edirik, - əlbəttə ki, enerji, infrastruktur, bağlantı və mədəniyyət.
İtaliya Respublikası Prezidentinin Azərbaycana səfəri həm də bizim mədəni əlaqələrimizin və universitetlə bağlı aparılmış işin nümayiş etdirilməsi nöqteyi-nəzərindən əlamətdar bir hadisə idi. Lakin hesab edirəm ki, biz həmişə birlikdə daha çox iş görə bilərik. Fikrimizcə, Azərbaycan bizim beynəlxalq müstəvidə çətin vəziyyətdə olmağımıza baxmayaraq, strateji tərəfdaşımızdır. Eyni zamanda, Azərbaycan körpü rolunu oynayır. Biz bu körpünün rolunu elan etmək istəyirik. Bu körpü buradan Aralıq dənizi regionuna qədər çox uzun bir körpü ola bilər.
19:45
Mayın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloni ilə geniş tərkibdə görüşü olub.
Moderator.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Tramp: İran Hörmüz boğazında ABŞ gəmilərinə hücum etsə, yer üzündən silinəcək
Donald Tramp bildirib ki, İran hərbçiləri gəmiləri Hörmüz boğazından keçirən ABŞ gəmilərinə hücum edərlərsə, İslam Respublikası yer üzündən silinəcək.
Moderator.az xəbər verir ki, bu barədə o "Fox News"a müsahibəsində bildirib.
"Ya İran bizimlə xoşniyyətli razılaşmaya gedəcək, ya da hərbi əməliyyatlar davam edəcək", - Tramp qeyd edib.
Bununla yanaşı, o əlavə edib ki, Tehran danışıqlarda əvvəlkinə nisbətən daha çox güzəştə gedir.
Vaşinqton administrasiyasının rəhbəri həmçinin vurğulayıb ki, ABŞ regionda hərbi iştirakını artırmağa davam edir.
"Bizim əvvəlkinə nisbətən qat-qat yüksək keyfiyyətli çoxsayda silah və sursatımız var", - Tramp bildirib və əlavə edib ki, ABŞ ordusu ən yaxşı avadanlıqlara sahibdir: "Bütün dünyada bazalarımız var. Onların hamısı avadanlıqla təchiz olunub. Biz bütün bunlardan istifadə edə bilərik və lazım gələrsə, istifadə edəcəyik".

moderator.az
- Yəyyarə binaya çırpıldı - Ölən və yaralananlar var - VİDEO
Yəyyarə binaya çırpıldı - Ölən və yaralananlar var - VİDEO
Braziliyanın Belu-Orizonti şəhərində yüngülmühərrikli təyyarə binaya çırpılıb. Nəticədə bir nəfər ölüb, üç nəfər isə ağır bədən xəsarətləri alıb.
Moderator.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
İlkin məlumatlara əsasən, qəza zamanı təyyarədə dörd nəfər olub. Qəzadan bir qədər əvvəl pilotun dispetçerlərə havaya qalxma zamanı yaranan problemlər barədə məlumat verdiyi bildirilir.
Təyyarənin çırpıldığı binada insanların olub-olmadığı və yerdə xəsarət alanların sayı barədə məlumat yoxdur.

moderator.az
- Yaşayış binasına hücum - İki xarici vətəndaş yaralandı
Yaşayış binasına hücum - İki xarici vətəndaş yaralandı
Omanın şimalında yerləşən Musəndam vilayətində yaşayış kompleksinə edilən hücum nəticəsində azı iki nəfər yaralanıb.
Moderator.az xəbər verir ki, bu barədə Oman Xəbər Agentliyi ölkənin təhlükəsizlik orqanlarına istinadən məlumat yayıb.
Məlumata görə, Buxa rayonunun Tibat ərazisində şirkət əməkdaşları üçün nəzərdə tutulan yaşayış binası hücuma məruz qalıb. Hadisə nəticəsində iki əcnəbi vətəndaş orta ağır xəsarətlər alıb.
Bundan əlavə, dörd nəqliyyat vasitəsinə maddi ziyan dəyib, yaxınlıqdakı evlərdən birində isə pəncərələr sınıb.
Qeyd edək ki, Musəndam vilayəti Oman ərazisinin yarımeksklavıdır və Hörmüz boğazı yaxınlığında yerləşir.
Rusiya MN "Qələbə Günü" ilə əlaqədar Kiyevə xəbərdarlıq edib
Rusiya "Qələbə Günü"nün qeyd olunmasını pozmağa yönəlmiş hər hansı cəhd olacağı təqdirdə Kiyevin mərkəzinə cavab zərbələrinin endirilə biləcəyi ilə bağlı Ukraynanı xəbərdar edib.
Moderator.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Eyni zamanda Ukrayna paytaxtında yaşayan mülki şəxslərə və xarici diplomatik nümayəndəliklərin əməkdaşlarına şəhəri tərk etmək tövsiyə olunub.
Rusiya 8–9 may tarixlərində atəşkəs elan edib
Rusiya "Qələbə günü" münasibətilə atəşkəs elan edib.
Moderator.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi 8-9 may tarixlərində Qələbə Gününun qeyd olunması ilə əlaqədar atəşkəs elan edib və Ukraynanın eyni addımı atacağına ümid etdiyini açıqlayıb.
Tramp: ABŞ gəmilərinə hücum olarsa, İran “yer üzündən silinəcək”
Hörmüz boğazında gəmilərin təhlükəsiz keçidini təmin edən Amerika hərbi gəmilərinə hücum ediləcəyi təqdirdə İran “yer üzündən silinəcək”.
Moderator.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Fox News”a müsahibəsində bildirib.
ABŞ lideri regionda hərbi gücün artırılmasının davam etdiyini də vurğulayıb.
“Bizim əvvəlkindən daha çox və daha yüksək keyfiyyətli silah və sursatımız var. Daha yaxşı texnikamız var. Dünyanın hər yerində resurslarımız və hərbi bazalarımız mövcuddur. Onların hamısı təchiz olunub. Lazım gələrsə, bütün bunlardan istifadə edə bilərik və istifadə edəcəyik”, – deyə Tramp əlavə edib.
Tehran ABŞ-ın İrana məxsus katərləri batırması iddiasını təkzib edib
İran Hərbi Dəniz Qüvvələrinə məxsus heç bir üzən vasitənin ABŞ tərəfindən batırılmadığı bildirilib.
Moderator.az xəbər verir ki, bu barədə İranın dövlət televiziya və radio korporasiyası yüksək rütbəli hərbi mənbəyə istinadən məlumat yayıb.
Bundan əvvəl “Associated Press“ agentliyi ABŞ Mərkəzi Komandanlığının rəhbəri admiral Bred Kuperə istinadən xəbər vermişdi ki, ABŞ hərbi helikopterləri Hörmüz boğazında altı kiçik İran katerini batırıb.

moderator.az
- Prezident İlham Əliyevin adından İtaliya Nazirlər Şurasının sədrinin şərəfinə işçi şam yeməyi verilib - FOTO

moderator.az
- "İran müharibəsi Trampa baha başa gəlir: xərclər artır, narazılıq dərinləşir" - "The New York Times"
"İran müharibəsi Trampa baha başa gəlir: xərclər artır, narazılıq dərinləşir" - "The New York Times"
"ABŞ-ın hərbi xərcləri 25 milyard dollara çatıb, münaqişənin sonu isə hələ görünmür..."
ABŞ prezidenti Donald Tramp İranla müharibədə gözlədiyindən daha çətin reallıqla üzləşib.
Moderator.az xəbər verir ki, bu barədə "The New York Times" nəşri yazıb.
Gözləntilər və reallıq toqquşur
Nəşr yazır ki, iki ay davam edən qarşıdurma nə tez bitir, nə də ucuz başa gəlir. Pentaqon ilk dəfə olaraq müharibənin xərclərinin artıq 25 milyard dollara çatdığını açıqlayıb. Halbuki Tramp əvvəllər münaqişənin qısamüddətli və iqtisadi baxımdan az təsirli olacağını iddia edirdi.
İndi isə həm xərclərin artması, həm də ictimai narazılıq onun mövqeyini zəiflədir. Respublikaçı siyasətçilər arasında da narazılıq artır. Tramp isə getdikcə daha sərt ritorika nümayiş etdirir və bəzi müttəfiqləri, o cümlədən Almaniyanı kifayət qədər dəstək verməməkdə ittiham edir.
Uğursuz proqnozlar və uzanan müharibə
Tramp müharibəni əsaslandırarkən İranın nüvə silahı əldə etməsinin qarşısını almağı prioritet kimi göstərir. ABŞ və İsrail bəzi hərbi obyektləri məhv edib, yüksək rütbəli iranlı fiqurları zərərsizləşdirib. Lakin buna baxmayaraq, Tehran geri çəkilməyib və qarşı tərəfə cavab zərbələri endirməkdə davam edir.
Bir neçə həftə əvvəl Tramp İranın onun şərtləri ilə razılaşmağa yaxın olduğunu desə də, bu gözləntilər doğrulmayıb. Əksinə, münaqişə uzanır və nəticəsi qeyri-müəyyən qalır. Prezidentin açıqlamaları da ziddiyyətlidir: bəzən İranın razılaşma istədiyini deyir, bəzən isə Tehrandakı rəhbərliyin "parçalanmış" olduğunu bildirir. Hətta o, uzun danışıqların mənasız ola biləcəyini də etiraf edib.
Risklər, siyasət və artan təzyiq
Münaqişənin uzanması enerji bazarına da təsir edir. Hörmüz boğazı ətrafında blokada davam etdikcə enerji qiymətlərinin yüksək qalacağı gözlənilir. Bu isə Trampın ucuz yanacaq vədlərinə ziddir. Bundan əlavə, müharibə ABŞ-ın beynəlxalq münasibətlərini də gərginləşdirib.
Almaniya kansleri Fridrix Mers Trampın vəziyyətini tənqid etdikdən sonra Vaşinqton Berlinə qarşı sərt addımlar atıb, o cümlədən qoşunların çıxarılması planını irəli sürüb. Daxildə isə vəziyyət daha da mürəkkəbləşir. Tramp Konqresdən rəsmi icazə almadan müharibəni davam etdirir, baxmayaraq ki, qanuni müddət artıq başa çatıb.
Eyni zamanda sorğular göstərir ki, amerikalıların əksəriyyəti bu müharibəni dəstəkləmir. Ekspertlər qeyd edir ki, artan xərclər, qeyri-müəyyən strategiya və siyasi risklər fonunda vəziyyət getdikcə ağırlaşır. Nəticə etibarilə, Trampın "sürətli və uğurlu müharibə" planı reallıqda uzunmüddətli və bahalı qarşıdurmaya çevrilib.
Dubay və Şarcaya aviareyslərdə ləngimələr var
"Flightradar24" xidməti sərnişinləri BƏƏ-də Dubay və Şarca istiqamətindəki uçuşlarda ehtimal olunan gecikmələr barədə xəbərdar edib.
Moderator.az xəbər verir ki, bununla bağlı müvafiq məlumat servisin sosial şəbəkə hesablarında paylaşılıb.
"Hazırda Dubay və Şarcaya yönələn aviareyslərdə ləngimələr müşahidə edilir. Hava hücumundan müdafiə qüvvələrinin davam edən fəaliyyəti barədə məlumatlar daxil olur", - deyə bildirişdə qeyd olunur.
BƏƏ-yə uçan bir neçə təyyarənin istiqaməti dəyişdirilərək Omana yönləndirilib. Buna baxmayaraq, Şarca və Dubay hava limanlarının onlayn cədvəllərinə əsasən, əksər reyslərin gedişi və gəlişi qrafikə uyğun aparılır.
Gün ərzində Dubay rəhbərliyi yerli əhalini və turistləri raket təhlükəsi ehtimalı barədə bir neçə dəfə xəbərdar edib. Əbu-Dabi rəhbərliyi də raket təhlükəsi barədə elan verərək, sakinlərdən və qonaqlardan küçəyə çıxmamağı, həmçinin təcili yardım və xilasetmə xidmətlərinin sonrakı göstərişlərini gözləməyi xahiş edib.

moderator.az
- Almaniyada izdihama avtomobil hücumu: terror ehtimalı araşdırılır
Almaniyada izdihama avtomobil hücumu: terror ehtimalı araşdırılır

moderator.az
- 14 maddəlik plan rədd edildi: Regionu nə gözləyir?
14 maddəlik plan rədd edildi: Regionu nə gözləyir?
Yaxın Şərqdə güc balansı və geosiyasi maraqlar ətrafında gərginlik yeni mərhələyə qədəm qoyur. ABŞ və İran arasında diplomatik və siyasi ziddiyyətlər dərinləşdikcə, tərəflərin mövqeləri daha da sərtləşir. Bu qarşıdurma təkcə ikitərəfli münasibətlərlə məhdudlaşmır, həm də region ölkələrinin təhlükəsizlik və əməkdaşlıq arxitekturasına birbaşa təsir göstərir. Eyni zamanda, enerji marşrutları və strateji keçidlər ətrafında mübahisələr vəziyyəti daha da həssaslaşdırır.
Maraqlıdır, İranın ABŞ-yə təqdim etdiyi 14 maddəlik təklifdə yer alan sanksiyaların ləğvi, dondurulmuş aktivlərin azad edilməsi və bütün cəbhələrdə müharibənin dayandırılması kimi şərtlər danışıqlar prosesinə necə təsir göstərə bilər?
Moderator.az-a mövzu ilə bağlı münasibət bildirən politoloq Tofiq Abbasov qeyd edib ki, İranın təqdim etdiyi 14 bəndlik sənəd demək olar ki, Donald Trump tərəfindən rədd edilib:

"O bildirib ki, bu təkliflər onları qane etmir və qəbul edilə bilməz. Bu isə faktiki olaraq İrana bir siqnal verir ki, ABŞ-ın yüksək tələblərini birdəfəlik rədd etsin. Hazırda tərəflər arasında ciddi mövqe qarşıdurması müşahidə olunur. Həm iddialar, həm də tələblər kifayət qədər yüksəkdir. Əgər söhbət İrandan gedirsə, ABŞ tərəfi faktiki olaraq onun geri çəkilməsini, hətta təslim olmasını istəyir. Lakin İran bu prosesdə mövqeyini qoruyub saxlaya bildi və öz tələblərini daha da yüksəltdi. İran bildirir ki, Hörmüz boğazı üzərindən istifadə onun milli hüququdur və bu məsələni ABŞ-la deyil, Oman və digər körfəz ölkələri ilə birlikdə həll etməyi planlaşdırır".
Politoloq vurğulayıb ki, əgər körfəz bölgəsində gərginlik varsa, ilk növbədə bu problemi region ölkələri öz aralarında müzakirə etməlidirlər:
"Bu yanaşma müəyyən mənada İlham Əliyev tərəfindən irəli sürülən regional əməkdaşlıq prinsipini xatırladır. Məqsəd odur ki, problemlər kənar qüvvələrin müdaxiləsi olmadan, məhz region ölkələri tərəfindən həll edilsin. Bu baxımdan İranın mövqeyi müəyyən qədər rasional görünür. ABŞ, NATO ölkələri və İsrail kimi aktorların bölgəyə müdaxiləsi isə İran tərəfindən qəbul edilmir. Digər tərəfdən, ABŞ bölgədə mövcudluğunu qorumağa çalışır. Lakin İran bildirir ki, ABŞ regionu tərk etməlidir. ABŞ-ın bölgədə yerləşən hərbi bazalarına edilən raket və pilotsuz aparat hücumları göstərdi ki, Vaşinqton həmin əraziləri qorumaqda ya acizdir, ya da buna tam maraqlı deyil.
Eyni zamanda ABŞ hələ də İranın aktivlərini dondurulmuş vəziyyətdə saxlayır və ona qarşı sanksiyalar tətbiq edir. Buna cavab olaraq İran alternativ yollar axtarır — Pakistan, Türkmənistan, Türkiyə və Xəzər dənizi üzərindən Rusiya ilə əməkdaşlıq edərək blokadanı qismən yarmağa nail olub. Donald Trump Konqres qarşısında çıxışında müharibənin bitdiyini desə də, reallıqda vəziyyət hələ də gərgindir. Qısa fasilədən sonra İsrail tərəfindən İrana qarşı yeni hücum ehtimalı istisna edilmir.
Belə görünür ki, növbəti mərhələdə daha genişmiqyaslı qarşıdurma baş verə bilər və bu, artıq ölüm-dirim xarakterli müharibəyə çevrilə bilər. Bundan sonra isə tərəflərin hansısa ortaq məxrəcə gəlməsi ehtimalı yarana bilər. Ümumilikdə hesab edirəm ki, mövcud vəziyyətdə müharibə riski kifayət qədər yüksəkdir və bu proses qaçılmaz görünür".
Pərvin Şakirqızı
Mali Prezidenti müdafiə naziri vəzifəsini icra edəcək
Mali Prezidenti və Silahlı Qüvvələrin Ali Baş Komandanı, ordu generalı Assimi Qoita müdafiə naziri Sadio Kamaranın ölümü ilə əlaqədar bu vəzifəni öz üzərinə götürüb.
Moderator.az xəbər verir ki, müvafiq fərman ORTM dövlət telekanalında açıqlanıb.
"Prezident Qoita müdafiə və veteranların işləri üzrə nazir funksiyalarını öz üzərinə götürür", - bəyanatda deyilir.
Qeyd olunub ki, general-mayor Umar Diarra Mali Müdafiə Nazirliyi (MN) yanında nazir nümayəndəsi təyin edilib.
Xatırladaq ki, aprelin 25-də "Kati" hərbi bazasında Kamaranın evinin yaxınlığında partlayıcı maddə ilə doldurulmuş yük maşını partladılıb. Qeyd edilib ki, nazir yaralanıb və daha sonra xəstəxanada aldığı yaralardan ölüb. MN rəhbərinin evinə hücum radikal qruplaşmalardan olan yaraqlıların ölkənin müxtəlif yerlərindəki hərbi mövqelərə hücumları ilə eyni vaxtda baş verib. Hakimiyyət bir neçə saat ərzində ölkədə vəziyyətə nəzarəti bərpa edə və yaraqlılara ağır zərbə endirə bilib.

moderator.az
- Dünya mətbuatı Azərbaycan Prezidentinin "Avropa Siyasi Birliyi"nin Zirvə toplantısındakı çıxışından yazır - FOTO
Dünya mətbuatı Azərbaycan Prezidentinin "Avropa Siyasi Birliyi"nin Zirvə toplantısındakı çıxışından yazır - FOTO
Dünyanın bir sıra aparıcı media qurumları mayın 4-də Ermənistanın paytaxtı İrəvanda keçirilən "Avropa Siyasi Birliyi"nin 8-ci Zirvə toplantısına videobağlantı formatında qoşulan Azərbaycan Prezidenti İlham Əliyevin çıxışını geniş işıqlandırıb.
Moderator.az xəbər verir ki, dərc olunan xəbərlərdə Prezidentin çıxışı həm Azərbaycan-Ermənistan sülh prosesində praktik əməkdaşlığın formalaşması, həm də Avropa institutları ilə siyasi gərginliklər fonunda davam edən diplomatik qarşıdurma kimi iki paralel xətt üzrə təqdim olunur.
İtaliyanın "Agenzia Nova" informasiya agentliyindəki xəbər, əsasən, Prezident İlham Əliyevin çıxışı üzərindən Azərbaycan-Ermənistan münasibətlərində faktiki sülh mühitinin formalaşdığını vurğulayır, bunu iqtisadi və nəqliyyat əməkdaşlığı ilə əsaslandırır. Məqalədə, həmçinin Avropa institutlarının, xüsusilə Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycana münasibətdə ikili standartlar tətbiq etməsi Prezident İlham Əliyevin əsas tənqid xətti kimi təqdim olunur. Xəbərdə Azərbaycanın öz mövqeyini daha sərt və prinsipial şəkildə beynəlxalq auditoriyaya çatdırdığı vurğulanır. Qeyd olunur ki, Prezident İlham Əliyev Avropa Parlamentinin və AŞPA-nın Azərbaycana qarşı qəbul etdiyi qətnamələri "təhqir və yalanlarla dolu" adlandıraraq onları açıq şəkildə tənqid edib. O, həmçinin vurğulayıb ki, Azərbaycanın ərazi bütövlüyünə münasibətdə fərqli yanaşmaların sərgilənməsi qəbuledilməz hesab olunur.
İsveçrənin "Swissinfo" portalında dərc olunan məqalə də Azərbaycan Prezidentinin çıxışını ön plana çıxararaq onun Avropa institutlarını qərəzli münasibətdə ittiham etdiyini və bunu Azərbaycanın ərazi bütövlüyünə münasibətdə fərqli yanaşmalarla əlaqələndirdiyini bildirir. Məqalədə, eyni zamanda, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində müəyyən irəliləyişlərin, xüsusilə iqtisadi və nəqliyyat sahəsində əməkdaşlığın baş verdiyi vurğulanır. "Swissinfo"nun yanaşmasında diqqət çəkən məqam odur ki, həm tənqidi ritorika, həm də sülh prosesindəki müsbət dinamika paralel şəkildə təqdim olunur və bu, regionda vəziyyətin hələ də mürəkkəb, çoxşaxəli olduğunu göstərir. Ümumilikdə material Prezident İlham Əliyevin mövqeyini çatdırmaqla yanaşı, prosesin həm siyasi gərginlik, həm də əməkdaşlıq elementlərini eyni vaxtda ehtiva etdiyini göstərir. Qeyd olunub ki, Azərbaycan Prezidenti Ermənistanla sülh prosesinin davam etdirilməsinə sadiqliyini bir daha təsdiqləyib və iki tərəf arasında dialoqun vacibliyini vurğulayıb.
Argentinanın "Infobae" saytında yayımlanan məqalə də əsas diqqəti Prezident İlham Əliyevin çıxışına yönəldərək onun Avropa institutlarını ikili standartlarda ittiham etdiyini ön plana çıxarır. Yazıda qeyd olunur ki, Prezident Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində irəliləyişlərin olduğunu vurğulayır və bunu konkret iqtisadi və nəqliyyat addımları ilə əsaslandırır. Məqalə, həmçinin Azərbaycan Prezidentinin Avropa Parlamenti və digər qurumların qəbul etdiyi qətnamələri kəskin tənqid etdiyini və bu yanaşmanı ədalətsiz hesab etdiyini oxucuya çatdırır. Ümumilikdə yazıda həm sülh prosesində müsbət dinamika, həm də siyasi ritorikadakı gərginlik paralel şəkildə göstərilərək regiondakı vəziyyətin hələ də mürəkkəb olduğu vurğulanır.
Rusiyanın "Kommersant" nəşrində "Əliyev Avropa Parlamentini Ermənistanla sülh prosesini sabotaj etməkdə günahlandırdı" sərlövhəsi ilə dərc olunan məqalə Azərbaycan Prezidentinin çıxışını daha çox siyasi kontekstdə təqdim edərək onun həm sülh prosesi ilə bağlı nikbin mesajlar verdiyini, həm də Qərb institutlarını kəskin tənqid etdiyini vurğulayır. Məqalədə qeyd olunur ki, Azərbaycan Prezidenti ölkəsi ilə Ermənistan arasında faktiki olaraq sabitlik yarandığını və iqtisadi əlaqələrin artıq başladığını bildirir. Eyni zamanda, Avropa strukturlarına yönələn "ikili standartlar" ittihamı və qəbul edilən qətnamələrə qarşı sərt ritorika xüsusi olaraq qabardılır. Nəşr bu çıxışı həm regional sülh prosesində irəliləyişin göstəricisi, həm də Qərblə münasibətlərdə artan siyasi gərginliyin əlaməti kimi təqdim edir.
Rusiya mətbuatında (KP, "Российская газета", "İzvestiya", "Interfaks", TASS, RBC, "Vesti" və digər media qurumlarında) yayılan materiallarda da ümumilikdə eyni xətt izlənilir. Prezident İlham Əliyevin çıxışı əsas götürülərək onun Avropa institutlarını, xüsusilə Avropa Parlamentini və Avropa Şurası Parlament Assambleyasını sülh prosesinə mane olmaqda və ya sabotajda ittiham etdiyi vurğulanır. Bu materiallarda, həmçinin qeyd olunur ki, rəsmi Bakı Avropa Komissiyasından fərqli olaraq bu qurumların mövqeyini daha qərəzli hesab edir və qəbul edilən qətnamələri Azərbaycan-Ermənistan normallaşma prosesinə zidd addım kimi qiymətləndirir.
Ümumi olaraq Rusiya mediası xəbəri iki əsas xətt üzrə təqdim edir. Bir tərəfdən Cənubi Qafqazda sülh prosesinin irəliləməsi, digər tərəfdən isə Qərb institutları ilə siyasi ziddiyyətlərin dərinləşməsi. Bu yanaşma regiondakı diplomatik prosesin həm pozitiv dinamika, həm də geosiyasi gərginliklə paralel getdiyini göstərir.
Mərakeşin A5R5BR adlı xəbər platforması da əsasən Prezident İlham Əliyevin Avropa institutlarına yönəltdiyi tənqidlərə fokuslanır və xüsusilə Avropa Parlamentini sülh prosesinə müdaxilə etməkdə və onu zəiflətməkdə ittiham etməsini ön plana çıxarır. Məqalədə qeyd olunur ki, Avropa institutlarının bu ittihamları Azərbaycan-Ermənistan normallaşmasının artıq həssas mərhələyə keçdiyi bir vaxtda səsləndirilib və siyasi gərginliyi artıran amildir. Eyni zamanda, materialda Avropa tərəfinin sülh prosesinə təsir edən aktor kimi göstərilməsi və Bakı ilə Brüssel arasında münasibətlərdə soyuqluğun artması vurğulanır. Ümumilikdə Mərakeş mediasının təqdimatı prosesi həm irəliləyiş, həm də siyasi qarşıdurma elementləri olan mürəkkəb geosiyasi vəziyyət kimi təsvir edir.
Livan Milli Xəbər Agentliyinin (NNA Lebanon) yayımladığı material da, əsasən, Prezident İlham Əliyevin Avropa Siyasi Birliyi sammitindəki çıxışını çatdırır və onun Avropa Parlamentini Ermənistan-Azərbaycan sülh prosesinə mənfi təsir göstərməkdə ittiham etdiyini ön plana çıxarır. Məqalədə qeyd olunur ki, Azərbaycan Prezidenti bu qurumun qəbul etdiyi qətnamələri və ümumi yanaşmasını regiondakı normallaşma prosesinə zidd addım hesab edir. Eyni zamanda, materialda Azərbaycan və Ermənistan arasında sülhün artıq müəyyən mərhələyə çatdığı və praktiki əməkdaşlıq elementlərinin formalaşdığı da vurğulanır.
Birləşmiş Ərəb Əmirliklərinin "Voice of Emirates" nəşri tərəfindən yayımlanan xəbərdə əsas vurğu ondan ibarətdir ki, Prezident İlham Əliyev Avropa Parlamenti ilə münasibətlərin dayandırıldığını elan edib və bu addımı qurumun Azərbaycan-Ermənistan sülh prosesinə mane olması ilə əsaslandırıb. Məqalədə bildirilir ki, Bakı Avropa Parlamentini son illərdə qəbul etdiyi qətnamələr və siyasi mövqelərlə qərəzli yanaşmada ittiham edir və bunu ikitərəfli münasibətlərin kəskinləşməsi kimi təqdim edir. Eyni zamanda, materialda Azərbaycanın artıq əvvəlcədən əlaqələri faktiki olaraq məhdudlaşdırdığı və indi bu prosesi rəsmi siyasi qərara çevirdiyi qeyd olunur. Ümumilikdə xəbər hadisəni həm diplomatik münasibətlərin donması, həm də regionda sülh prosesinin davam etdiyi bir vaxtda Qərb institutları ilə siyasi qarşıdurmanın güclənməsi kimi təqdim edir.
Gürcüstan mətbuatında da (1TV, IPRESS, On.ge, Netgazeti, NewsHub və digər media qurumları) yayılan materiallar ümumilikdə Prezident İlham Əliyevin çıxışını eyni əsas xətt üzrə təqdim edir. Belə ki, Azərbaycan-Ermənistan münasibətlərində artıq faktiki sülh mühitinin formalaşdığı və tərəflər arasında müəyyən sabitliyin yarandığı vurğulanır. Xüsusilə iqtisadi əlaqələr, tranzit layihələri və regional kommunikasiya xətləri bu irəliləyişin praktiki göstəriciləri kimi təqdim olunur.
Eyni zamanda, məqalələrdə Prezident İlham Əliyevin Avropa institutlarını, xüsusilə Avropa Parlamentini və AŞPA-nı ikili standartlarda və sülh prosesinə mənfi təsir göstərməkdə ittiham etməsi geniş yer alır. Gürcüstan mediası bu ritorikanı regional diplomatik gərginliyin bir hissəsi kimi göstərir, lakin eyni vaxtda sülh gündəliyinin uğurla davam etdiyini də vurğulayır. Ümumilikdə bu nəşrlər hadisəni iki paralel proses kimi təqdim edir: Bir tərəfdən Cənubi Qafqazda normallaşma və əməkdaşlıq, digər tərəfdən isə Qərb institutları ilə siyasi fikir ayrılıqlarının davam etməsi.

moderator.az
- Ərdoğan: Türkiyənin Aİ-yə üzvlüyü məsələsi Brüsselin strateji yanaşması ilə əlaqədardır
Ərdoğan: Türkiyənin Aİ-yə üzvlüyü məsələsi Brüsselin strateji yanaşması ilə əlaqədardır
Türkiyənin İttifaqa qəbul olunmaması Ankara ilə bağlı deyil, Brüsselin gələcək baxışı və strateji yanaşması ilə əlaqədardır.
Moderator.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra çıxışında bildirib.
Ərdoğan vurğulayıb ki, Avropa İttifaqının qlobal siyasətdə güclü aktora çevrilməsi üçün Türkiyənin tamhüquqlu üzvlüyü vacibdir.
Onun sözlərinə görə, Türkiyənin daxil olmadığı bir Aİ-nin qlobal güc və cazibə mərkəzi olması çətindir.
Prezident həmçinin Aİ-yə çağırış edərək ikili standartlardan uzaq siyasət aparılmasını tövsiyə edib.
“Biz ehtiyac yarananda xatırlanan, lazım olanda qapısı döyülən, digər vaxtlarda isə kənara qoyulan bir ölkə deyilik və heç vaxt da olmayacağıq”, – deyə Ərdoğan əlavə edib.
Ali Məhkəmə keçmiş federasiya prezidentinin şikayətini rədd etdi
Ali Məhkəmədə idmançı Araz Musayevin Bakı Apellyasiya Məhkəməsinin qərarından verdiyi kassasiya şikayətinə baxılıb.
Moderator.az-ın məlumatına görə, şikayət araşdırılaraq qərar qəbul edilib. Qərara əsasən, birinci və ikinci instansiya məhkəmələrinin qərarları qüvvədə saxlanılıb, idmançının şikayəti rədd edilib.
Xatırladaq ki, idmançı Araz Musayev Azər Həsənsoyun Azərbaycan Muaytay Federasiyasının prezidenti seçilməsi ilə bağlı 2 noyabr 2024-cü ildə keçirilən konfransının qərarının ləğv edilməsi ilə bağlı Yasamal Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə iddianı rədd edərək konfransın qərarını qüvvədə saxlamışdı.
Birinci instansiya məhkəməsi ilə razılaşmayan idmançı qərardan apellyasiya şikayəti versə də, Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb idmançının şikayətini rədd etmişdi. Nəticədə A.Musayev Bakı Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə kassasiya şikayəti vermişdi.
Qeyd edək ki, idmançı Araz Musayev 2022-2024-cü illərdə Azərbaycan Muaytay Federasiyasının prezidenti olub.(oxu.az)

moderator.az
- “Yenidən hərəkətə keçə bilərik” mesajı nə vəd edir? – İranla yeni müharibə riski gündəmdə
“Yenidən hərəkətə keçə bilərik” mesajı nə vəd edir? – İranla yeni müharibə riski gündəmdə
Regionda artan gərginlik şəraitində səsləndirilən sərt bəyanatlar və mümkün hərbi addımlarla bağlı mesajlar yenidən müzakirə mövzusuna çevrilib. Bu çərçivədə təhlükəsizlik məsələləri, güc balansı və tərəflər arasında qarşılıqlı təsir mexanizmləri xüsusi əhəmiyyət kəsb edir.
Maraqlıdır, İsrailin Müdafiə nazirinin “yenidən hərəkətə keçə bilərik” açıqlaması və hazırkı atəşkəs şəraitində İsrailin İranla müharibəni ABŞ-nin birbaşa dəstəyi olmadan yenidən başlatma ehtimalı nə dərəcədə realdır?
Moderator.az-a mövzu ilə bağlı münasibət bildirən politoloq Anar İsayev bildirib ki, İsrail müdafiə rəhbərliyindən gələn “yenidən hərəkətə keçə bilərik” tipli açıqlamalar adətən iki məqsəd daşıyır:

"Həm İrana qarşı çəkindirici siqnal, həm də ABŞ və digər müttəfiqlərə təzyiq vasitəsi. Bu, avtomatik olaraq müharibənin başlanacağı demək deyil, amma hərbi variantın masada qaldığını göstərir. Qeyd edim ki, ABŞ-ın birbaşa dəstəyi olmadan hərbi imkan baxımından İsrailin İran daxilində hədəflərə zərbə endirmək qabiliyyəti var (hava zərbələri, kəşfiyyat, kiber əməliyyatlar və sair..)
Amma nəzərə almaq lazımdır ki,İran coğrafi olaraq uzaqdır və logistika çətindir.İranın cavab imkanları isə (raketlər, regiondakı müttəfiqlər – Hizbullah və s.) genişdir. Bu səbəbdən uzunmüddətli və genişmiqyaslı müharibəni təkbaşına aparmaq İsrail üçün çox ağırdır. Həmçinin ABŞ faktoru olmadan İsrailin hava müdafiəsi və raketdən müdafiə yükü də xeyli artır. Regional eskalasiyada diplomatik örtük zəifləyir,körfəz və İraq-Suriya məkanında əməliyyat azadlığı məhdudlaşır.
ABŞ-la birlikdə isə risklər paylaşılır və çəkindirmə daha güclü olur. Ona görə də İsrail adətən tammiqyaslı müharibəni Vaşinqtonla koordinasiyasız başlatmaqdan çəkinir.İsrail üçün belə bir addım siyasi riskləri də artırar. Belə ki,regionda çoxcəbhəli müharibəyə səbəb ola,daxili siyasi və iqtisadi yükü artıra,beynəlxalq təzyiqi yüksəldə bilər.Ona görə də İsrailin ABŞ olmadan İranla tammiqyaslı müharibəyə başlaması aşağı ehtimallıdır və bu tipli ritorika daha çox psixoloji və siyasi təzyiq alətidir".
Pərvin Şakirqızı

moderator.az
- "Britaniya Avropa İttifaqı ilə yaxınlaşmaq istəyir" - "The Telegraph"
"Britaniya Avropa İttifaqı ilə yaxınlaşmaq istəyir" - "The Telegraph"
"London iqtisadi və müdafiə maraqları naminə Brüssellə əlaqələri dərinləşdirməyə çalışır..."
Böyük Britaniya hökuməti Avropa İttifaqı (Aİ) ilə münasibətləri yenidən yaxınlaşdırmaq niyyətini açıq şəkildə ortaya qoyur.
Moderator.az xəbər verir ki, bu barədə "The Telegraph" nəşri yazıb.
Yeni yaxınlaşma kursu
Böyük Britaniyanın baş naziri Kir Starmer Avropa liderləri ilə görüşlər zamanı London ilə Brüssel arasında əlaqələrin dərinləşdirilməsini təşviq etməyi planlaşdırır.
Məlumata görə, Starmer bu mövzunu Avropa Siyasi Birliyinin İrəvanda keçirilən sammitində qaldıraraq inteqrasiyanın gücləndirilməsində israr edəcək. O hesab edir ki, İran müharibəsi və qlobal qeyri-sabitlik Britaniyanın inkişafını ləngidib və bu şəraitdə Aİ ilə daha sıx iqtisadi əlaqələr həyati əhəmiyyət daşıyır.
"Brexit"-in yenidən qiymətləndirilməsi
Baş nazir bildirib ki, dünya 2016-cı ildən - "Brexit" qərarından sonra ciddi şəkildə dəyişib və artıq bu addımın iqtisadi zərəri aydın görünür. Onun sözlərinə görə, Britaniyanın milli maraqları indi Avropa ilə daha sıx əməkdaşlıqdan keçir.
Starmer Britaniya qanunvericiliyinin Aİ qaydalarına qismən uyğunlaşdırılmasını da təklif edib. Tənqidçilər bunu faktiki olaraq Vahid bazara qayıdış kimi qiymətləndirir. Gözlənilir ki, kral III Çarlz tərəfindən təqdim olunacaq çıxışda bu istiqamətdə yeni qanun layihələri də yer alacaq.
Ukrayna, müdafiə və iqtisadi maraqlar
Britaniya eyni zamanda Avropa ölkələri ilə birlikdə Ukraynaya 90 milyard avro həcmində kredit proqramına qoşulmaq imkanını müzakirə edir. Əgər razılaşma əldə olunarsa, London faiz ödənişlərinə töhfə verəcək, əvəzində isə yerli istehsalçılar üçün iri müdafiə müqavilələrinə çıxış əldə edəcək.
Sammitdə Vladimir Zelenski də daxil olmaqla 40-dan çox Avropa liderinin iştirakı gözlənilir. Qeyd olunur ki, bu təşəbbüs həm Ukraynaya dəstək, həm də Britaniya sənayesinin gücləndirilməsi baxımından əhəmiyyətlidir. Bundan əlavə, London Aİ ilə enerji, ticarət və tənzimləmə sahələrində daha sıx əməkdaşlıq etməyə hazırdır.
Hökumət vurğulayır ki, bu addımlar suverenlikdən imtina deyil, iqtisadi artımı sürətləndirmək məqsədi daşıyır. Nəticə etibarilə, Britaniya "Brexit"-dən sonra münasibətləri yenidən qurmağa çalışır və dəyişən qlobal şəraitdə Avropa ilə əməkdaşlığı strateji zərurət kimi görür.

moderator.az
- “Heydər Əliyev irsi: Güclü dövlət, möhkəm ailə dəyərləri” mövzusunda konfrans keçirilib
“Heydər Əliyev irsi: Güclü dövlət, möhkəm ailə dəyərləri” mövzusunda konfrans keçirilib
4 may 2026-cı il tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında “Heydər Əliyev irsi: Güclü dövlət, möhkəm ailə dəyərləri” mövzusuna həsr olunan konfrans keçirilib.
Konfransda millət vəkilləri, zabitlər və veteranlar, ölkə ziyalıları, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının, Azərbaycan Dövlət Pedaqoji Universitetinin, Odlar Yurdu Universitetinin, tələbələri iştirak ediblər.
Konfransdan öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Zərifə xanım Əliyevanın, həmçinin, respublikamızın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Ümummilli Lider Heydər Əliyev və Zərifə xanım Əliyevaya həsr olunan “Əsl məhəbbət haqqında” film nümayiş olunub.
Konfransda çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov Ulu Öndər Heydər Əliyev və akademik Zərifə Əliyevanın Azərbaycan xalqı qarşısındakı tarixi xidmətlərinə diqqət çəkib, onların işıqlı ideyalarının bu gün də öz aktuallığını qoruyub saxladığını vurğulayıb:
“Bugünkü konfrans Azərbaycan xalqının Ümummilli Lideri, müasir dövlətçiliyimizin memarı Heydər Əliyev və Azərbaycan tibb elminin görkəmli nümayəndəsi, akademik Zərifə Əliyeva kimi iki böyük şəxsiyyətin əziz xatirəsinə ithaf olunub. Onların zəngin irsi, çoxşaxəli fəaliyyəti və yüksək mənəvi keyfiyyətləri bu gün də cəmiyyətimiz üçün bir yol xəritəsi, örnək həyat məktəbi kimi dəyərini qoruyub saxlayır.

Heydər Əliyevin dövlətçilik ideyaları, Zərifə Əliyevanın yüksək mənəvi dəyərləri və onların ailə nümunəsi gələcək nəsillər üçün əvəzsiz bir irsdir. Bu irsi qorumaq, yaşatmaq və inkişaf etdirmək hər bir Azərbaycan vətəndaşının borcudur. Əminliklə deyə bilərik ki, Ümummilli Liderin və Zərifə xanımın əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaq, onların həyat yolu isə hər zaman gənclərimizə düzgün istiqamət göstərəcəkdir.
Bu gün burada toplaşan hər bir ziyalı, hər bir vətəndaş bu irsin daşıyıcısıdır. Bizim üzərimizə düşən əsas vəzifə bu zəngin mənəvi və siyasi irsi qorumaq, gələcək nəsillərə ötürmək və onu daha da inkişaf etdirməkdir. İnanıram ki, bugünkü konfransımız bu istiqamətdə dəyərli fikir mübadiləsi, elmi yanaşmalar və məhsuldar müzakirələrlə yadda qalacaqdır”.
Çıxışının sonunda polkovnik Cəlil Xəlilov sözü konfransın moderatoru - Azərbaycan Ədəbiyyat Fondunun baş direktoru, Ümumdünya Yazıçılar Təşkilatının (WOW) katibi, “Ədəbiyyat və İncəsənət” portalının baş redaktoru, Əməkdar jurnalist Varis Yolçuyevə verib.

Konfransın önəminə toxunan Varis Yolçuyev, hər iki tarixi şəxsiyyətin ömür və mübarizə yolunun gənclərə örnək olduğunu bildirib:
“Bugünkü konfrans Azərbaycan xalqının Ümummilli Lideri, müasir dövlətçiliyimizin banisi Heydər Əliyevin və Azərbaycan tibb elminin parlaq simalarından biri, akademik Zərifə Əliyevanın xatirəsinə ithaf olunub. Bu iki böyük şəxsiyyətin həyat yolu, onların xalqa, dövlətə və insanlığa xidmətlə yoğrulmuş fəaliyyəti yalnız bir dövrün deyil, bütöv bir millətin mənəvi yaddaşına çevrilmişdir. Onların irsi bu gün də müstəqil Azərbaycan dövlətinin ideoloji sütunlarını möhkəmləndirən, cəmiyyətimizi birliyə, həmrəyliyə və inkişaf yoluna səsləyən əbədi dəyərlər sistemidir.

Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində qurulan güclü dövlət modeli, milli maraqların qorunmasına əsaslanan strateji xətt və xalqla hakimiyyət arasında formalaşdırılan sarsılmaz etimad körpüsü bu gün də ölkəmizin tərəqqisinin əsas təminatlarından biridir. Zərifə Əliyevanın elmə, səhiyyəyə və insan amilinə verdiyi dəyər isə milli intellektual irsimizin ən parlaq səhifələrində öz əksini tapmışdır. Bu böyük şəxsiyyətlərin həyat fəlsəfəsi bizə öyrədir ki, güclü dövlət yalnız möhkəm mənəvi dayaqlara, sağlam ailə institutuna və yüksək vətəndaş məsuliyyətinə söykəndikdə davamlı inkişaf edə bilər”.

Konfransda çıxış edən Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Xalq yazıçısı Sabir Rüstəmxanlı Heydər Əliyevin böyük dövlət xadimi kimi Azərbaycan xalqının həyatında, eləcə də mədəniyyətində oynadığı rola diqqət çəkib. Sabir Rüstəmxanlı qeyd edib ki, Ulu Öndər mədəniyyətin rolunu və əhəmiyyətini bildiyi üçün daim mədəniyyət xadimlərinin fikir və rəyləri ilə maraqlanır, mədəniyyət adamlarına xüsusi diqqət göstərirdi.
Millət vəkili Hicran Hüseynova isə Heydər Əliyevin vətən sevgisinin, daşıdığı və təbliğ etdiyi dəyərlərin hər bir azərbaycanlıya nümunə olduğunu bildirib.
Konfransda çıxış edən Azərbaycan Dövlət Pedaqoji Universitetin Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə Hüseynova Heydər Əliyevin azərbaycançılıq ideyasından, bu ideyanın əhəmiyyətindən bəhs edib. Professor qeyd edib ki, Heydər Əliyev sadəcə dövlət xadimi kimi çoxşaxəli fəaliyyəti ilə deyil, həm də ömür yolunun hər bir anı, hər bir epizodu ilə Azərbaycan gəncliyinə örnəkdir.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, "Simurq" Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti Fuad Məmmədov Ulu Öndərin ölkəmizin sadəcə iqtisadi-siyasi həyatında deyil, həm də mədəni həyatında mühüm rol oynadığını bildirib, bu istiqamətdə gördüyü işlərə diqqət çəkib.
Filologiya elmləri doktoru, dosent, yazıçı-publisist Şərəf Cəlilli Ulu Öndər Heydər Əliyevin dövlət xadimi, akademik Zərifə Əliyevanın isə görkəmli oftalmoloq kimi zəngin fəaliyyətinin öz miqyas və səmərəliliyi ilə heyranlıq doğurduğunu bildirib. O, qeyd edib ki, Heydər Əliyevlə Zərifə Əliyevanın cəmiyyətə təqdim etdiyi ailə modeli də öz saflığı, səmimiliyi, fədakarlığı ilə Azərbaycan gəncliyinə əbədi örnəkdir.

Konfransda çıxış edən Xalq yazıçısı Elmira Axundova Heydər Əliyev və Zərifə Əliyeva ilə bağlı maraqlı xatirələr səsləndirib, hər iki şəxsiyyətlə bağlı apardığı araşdırmalar nəticəsində əldə etdiyi nadir məlumatları bölüşüb.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi İdarəetmə fakültəsinin Beynəlxalq münasibətlər ixtisası üzrə tələbəsi Nəzrin Abdullayeva da Heydər Əliyev irsinin zənginliyindən bəhs edib, onun Azərbaycan xalqının taleyində müstəsna rol oynadığını vurğulayıb.
Seymur ƏLİYEV

moderator.az
- İlham Əliyevin İrəvan Zirvə toplantısındakı çıxışı Azərbaycanın sülhə sadiqliyinin təsdqidir
İlham Əliyevin İrəvan Zirvə toplantısındakı çıxışı Azərbaycanın sülhə sadiqliyinin təsdqidir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa Siyasi Birliyinin İrəvanda keçirilən Zirvə toplantısında videobağlantı formatında çıxış edib. Dövlət başçısının bu çıxışı Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta tərəfindən yüksək qiymətləndirilib, təqdirlə qarşılanıb. Antonio Koşta qeyd edib ki, İrəvanda keçirilən və Prezident İlham Əliyevin çıxış etdiyi bu sammit Qafqazda həmişə sülh sammiti kimi xatırlanacaq:
“Bu zirvə görüşü Qafqazda sülh sammiti kimi yadda qalacaq və buna cəsarətli siyasi qərarlar və səbrli diplomatik səylər səbəb olub. Bu, eskalasiyaların və müharibələrin üstünlük təşkil etdiyi bir dünyada tarixi bir hadisədir. Bunu qeyd etmək lazımdır!”
Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın qeyd etdiyi kimi, Avropa Siyasi Birliyinin İrəvanda keçirilən Zirvə toplantısı həqiqətən də tarixi bir hadisə, sülh sammitidir. Lakin bu toplantını bu qədər dəyərli edən onun İrəvanda keçirilməsi deyil, Prezident İlham Əliyevin bu tədbirə qatılması, Azərbaycanın sülhə sadiqliyini növbəti dəfə bəyan etməsidir. Məhz İlham Əliyevin tədbirə qatılması, ölkəmizin sülh yolunda irəliləməkdə qərarlı olduğunu bəyan etməsi bu toplantıya məna qatmaqda, onun önəmini əhəmiyyətli dərəcədə artırmaqdadır.
Şübhəsiz, İlham Əliyevin İrəvan Zirvə toplantısındakı çıxışı başda Ermənistan olmaqla, Avropa Siyasi Birliyinin də məsuliyyətini artırır. Heç kimə sirr deyil ki, sülh birtərəfli yox, ikitərəfli prosesdir və bu prosesə zaman-zaman digər qüvvələrin də müsbət və ya mənfi mənada təsirləri müşahidə olunur. Buna nümunə olaraq Avropa Parlamentinin 30 aprel 2026-cı il tarixli anti-sülh qətnaməsini göstərmək olar.
Azərbaycanla Ermənistan arasındakı sülh prosesini pozmağa yönəlmiş bu qətnamə rəsmi Bakı ilə yanaşı, İrəvan tərəfndən də lənətlənməli, rədd edilməlidir. Çünki bu qətnamə yalnız və yalnız Cənubi Qafqazdakı sülh prosesinə mane olmağa, regionda yeni qarşıdurmalara rəvac verməyə xidmət edir.
Buna görə də Ermənistan, eləcə də Avropa İttifaqı Azərbaycanın sülhpərvər mövqeyini, İlham Əliyevin İrəvan Zirvə toplantısına qatılmaqla nümayiş etdirdiyi tarixi jesti düzgün qiymətləndirməli, sülh prosesinin davamlı olması və məntiqi sonluğuna çatması üçün qarşılıqlı təşəbbüs göstərməlidir. Unutmamalıdırlar ki, bunsuz sülhə qovuşmaq mümkün olmayacaq.
Seymur ƏLİYEV

moderator.az
- Yalançılar piylənmə, depressiya, xərçəng və s. mərəzlərə düçar olur…-ARAŞDIRMA
Yalançılar piylənmə, depressiya, xərçəng və s. mərəzlərə düçar olur…-ARAŞDIRMA

moderator.az
- “Ömründə bir dəfə doğum gününü hospialda qeyd etdi, uşaqlarını tək böyütdü” - şəhid Arəstənin anası - FOTO+ÖZƏL
“Ömründə bir dəfə doğum gününü hospialda qeyd etdi, uşaqlarını tək böyütdü” - şəhid Arəstənin anası - FOTO+ÖZƏL
Bu gün Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür. Moderator.az xəbər verir ki, Arəstə Kərim qızı Baxışova 1989-cu ildə Xaçmaz şəhərində doğulub. Atası baş leytenant Kərim Baxışov Fövqəladə Hallar Nazirliyində Mühafizə İdarəsinin rəisi vəzifəsində çalışıb və Arəstənin dörd yaşı olarkən vəfat edib. Arəstə Baxışova 1995-2004-cü illərdə Biləcəri qəsəbəsində yerləşən Şuşa şəhər 3 nömrəli tam orta məktəbdə təhsil alıb. 2004-2008-ci illərdə isə Azərbaycan Dövlət Pedaqoji Kollecində ingilis dili üzrə təhsil alıb. 2018-19-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Baş Hərbi Hospitalında tibbi statist olaraq çalışıb. 2019-cu il iyulun 12-dən isə Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində operator vəzifəsində xidmət edib. Arəstə Baxışova Vətən müharibəsi zamanı Füzulinin, Zəngilanın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə yaralı hərbçilərə döyüş meydanında tibbi yardım göstərib. O, 23 oktyabr tarixində Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub. Biləcəri qəsəbəsinin Şəhidlər xiyabanında dəfn olunub. Prezident İlham Əliyevin sərəncamına əsasən, ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.Vətən müharibəsinin tək qadın şəhidi olan Arəstənin Mərdan adında oğlu və Zəhra adında qızı yadigar qalıb.

Şəhidin anası Məktubə Baxışova Moderator.az-a açıqlamasında bildirib ki, Arəstə ömründə bir dəfə özünə doğum günü qeyd edib:

“Arəstə heç vaxt evdə tapılmırdı. Ömründə bir dəfə doğum gününü işdə-hospitalda qeyd etdi. Bu onun 30 yaşı idi. İlk və son qeyd etdiyi doğum günü oldu. Heç vaxt ad gününü qeyd etməyi sevmirdi. Mənə də deyirdi ki, “ana, əziyyət çəkmə”. Bu gün Biləcəri qəsəbəsində Şəhidlər xiyabanında onun məzarı üstünə getmişdik. İcra başçısı da, Bələdiyyə sədri də, kənd əhalisi də ziyarətinə gəlmişdilər. 1 ay olar ki, yuxularıma gəlmir. O vaxta qədər həmişə yuxularımda idi. Yuxuda da ancaq balalarını mənə tapşırıb, əmanət edirdi. Qızı Zəhranın 15, Mərdanın isə 17 yaşı tamam oldu. Mərdanın arzusu xaricdə təhsil almaqdır. Bu istiqamətdə hazırlaşır” deyə o bildirib.
Məktubə Baxışova qızının yarım qalan arzularından da danışıb:

“Arəstənin arzuları balaları ilə bağlı idi. İstəyirdi ki, onları böyütsün, təhsil versin, toylarını görsün. O iki balanı atasız böyütmüşdü. Uşaqlıqdan mənimlə qalırdılar. Hər valideynin borcudur ki, övladının bəhrəsini görsün. Təəssüflər olsun ki, bu qızıma qismət olmadı. Arəstənin atası hərbçi idi. O Çernobıl qəzasında xəsarət alıb. 1993-cü ildə dünyasını dəyişəndə Arəstənin 4 yaşı var idi. Həmişə istəyirdi ki, atası kimi igid, qoçaq olsun, tarix yazsın. Arzuladığı kimi də oldu. Mənə də deyirdi ki, “ana, şəhid olub sənin başını uca edəcəm”. Telefonla danışanda da həmişə böyük ruh yüksəkliyi ilə söhbət edirdi. Hiss etmirdik ki, orada vəziyyət ciddidir. Deyirdi ki, tezliklə qələbə bizim olacaq. Arəstə haqda keçmişdə danışmaq mənə çox ağırdır. İllər ötsə də 44 günlük vətən müharibəsinin şəhidləri heç vaxt yaddan çıxmayacaq. Onların hər biri canını vətən, torpaq üçün qurban verdi” deyə o bildirib.
Məktubə Baxışova qızı üçün yazılan mahnıdan da danışıb:

“Arəstə haqda sənədli filmlər, verilişlər hazırlanıb. Şair Qabil Ədalət şeir yazdı, Elmir Mədətoğlu onu bəstələdi, Firuzə İbadova isə oxudu. Oradakı misralar mənə çox təsir edir.. “Doğuldu torpaqdan ötrü, torpağa dönən Arəstə, bürünüb bayrağa döndü, bayrağa dönən Arəstə”.. Gözyaşlarımı saxlaya bilmirəm. Bəzən düşünürəm ki, onun haqda film çəkilsə obrazını oynamağa aktrisa tapılmayacaq. Çünki onun bənzəri yoxdur. Ağlımda belə bir aktrisa yoxdur” deyə şəhid anası bildirib.

ABŞ tezliklə qorxduğu silahı görəcək - İrani
Yaxın günlərdə dənizdə İranın imkanları nümayiş etdiriləcək, düşmənlər qulaqlarının dibində qorxduqları silahı görəcəklər.
Moderator.az xəbər verir ki, bunu İran Hərbi Dəniz Qüvvələrinin komandanı general Şəhram İrani deyib.
General ABŞ-ın region sularındakı hərbi mövcudluğuna, o cümlədən “Abraham Linkoln” aviadaşıyıcı qrupuna toxunaraq bildirib ki, İran Hərbi Dəniz Qüvvələri gəmiyə qarşı hava kampaniyası həyata keçirib və bu onu əməliyyatlar apara bilməyəcək hala gətirib.
Ş.İrani əlavə edib ki, gəmi təmirdən sonra və esmineslərin sayının artması ilə yenidən bölgəyə daxil olsa da, bu, ABŞ-a məqsədlərinə çatmaq imkanı verməyib.
Qazaxda 10 mindən çox şəxs qazsız qalacaq
Qazax rayonu, Daş Salahlı kəndində sabah saat 10:00-dan etibarən qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Moderator.az-az xəbər verir ki, bu barədə Şəmkir Regional Qaz İstismar İdarəsi məlumat yayıb.
Bildirilib ki, qaz təchizatının dayandırılması aşkar olunmuş sızmaların aradan qaldırılması ilə əlaqədardır.
Qaz təchizatı işlər yekunlaşdıqdan sonra bərpa ediləcək.
Qeyd edək ki, Qazax rayonunun Daş Salahlı kəndinin 10 mindən çox sakini var.

moderator.az
- "TurAz Qartalı - 2026" birgə taktiki-uçuş təlimi davam edir - FOTO - VİDEO
"TurAz Qartalı - 2026" birgə taktiki-uçuş təlimi davam edir - FOTO - VİDEO
Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlıq çərçivəsində keçirilən "TurAz Qartalı - 2026" birgə taktiki-uçuş təlimi davam edir.
Bu barədə Moderator.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, təlim planına uyğun olaraq, müxtəlif epizodlar üzrə qarşılıqlı fəaliyyət tapşırıqları icra olunur. Türkiyə Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus Sikorsky S-70 helikopteri vasitəsilə radioelektron mübarizə (REM) tədbirləri yerinə yetirilərək şərti düşmənin yerüstü radioelektron vasitələri susdurulub. Eyni zamanda, Azərbaycan HHQ-nə məxsus Mi-17 helikopteri ilə şərti hədəflərin aşkar edilməsi və məhv olunması üzrə tapşırıqlar uğurla icra edilib.
Təlimin keçirilməsində əsas məqsəd qardaş ölkələrin HHQ-ləri arasında birgə fəaliyyətlərin uzlaşdırılması, şəxsi heyətin peşəkarlığının artırılması və qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsidir.
Sahibə Qafarova Yunanıstanın Azərbaycandakı səfiri ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova Yunanıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Maria K.Papakonstantinu ilə görüşüb.
Bu barədə Moderator.az-a Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.
Səfiri ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edən spiker Sahibə Qafarova ona işində uğurlar arzulayıb.
Görüşdə ölkələrimizin müxtəlif sahələrdə əməkdaşlıq etdiyi diqqətə çatdırılaraq, siyasi dialoq və yüksək səviyyəli səfərlərin və görüşlərin münasibətlərin inkişafında müstəsna rolu vurğulanıb.
Söhbət zamanı parlamentlərarası münasibətlər də nəzərdən keçirilib. Bu sahənin ölkələr arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın mühüm istiqamətlərindən biri olduğu qeyd edilib. Qanunvericilik orqanları arasında təmasların genişləndirilməsinin, o cümlədən dostluq qruplarının fəaliyyətinin gücləndirilməsinin əhəmiyyəti vurğulanıb. Eyni zamanda parlamentlərarası təşkilatlar çərçivəsində əməkdaşlığın önəmi diqqətə çatdırılaraq, Parlamentlərarası İttifaq, ATƏT Parlament Assambleyası, NATO Parlament Assambleyası və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının bu baxımdan yaxşı imkanlar yaratdığı bildirilib.
Görüşdə Maria K.Papakonstantinu ölkəmizə səfir təyin olunmasından şərəf hissi keçirdiyini bildirərək, fəaliyyəti dövründə ölkələrimiz arasında münasibətlərin daha da dərinləşdirilməsinə töhfə verməyə çalışacağını söyləyib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.
“Ermənistan “sülh qazancı”ndan faydalanmaq imkanını əldən verməməlidir”
Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev İrəvana səfər edib.
Xatırladaq ki, aprelin 29-da Ermənistan Respublikasında, Ağverəndə Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan Respublikasının Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi ilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın on üçüncü iclası keçirilib, protokol imzalanıb.
Maraqlıdır, Şahin Mustafayevin Ermənistana səfəri iki dövlət arasındakı münasibətlərin daha da inkişafı baxımından nə dərəcədə önəmlidir?
Politoloq Tofiq Abbasov Moderator.az-a açıqlamasında mövzu ilə bağlı maraqlı fikirlər səsləndirib:
“Azərbaycanla Ermənistan arasında əlaqə və münasibətləri inkişaf etdirməyin müxtəlif format və vasitələri mövcuddur.
Hazırda baş nazirlərin müavinləri formatında görüşlər keçirilir. Azərbaycan bu kimi məsələlərdə öz öhdəliklərinə hər zaman çox həssas və dəqiq yanaşıb. Azərbycanın bu məsliyyəti əslində qarşı tərəfə də öz məsuliyyətini xatırladır.
Müharibə bitib. Bu səhifə başa çatıb. Biz deyirk ki, gəlin sülh çətiri altıdna birləşək. “Sülh qazancı”ndan birlikdə faydalanaq. Əgər bu baş versə, o zaman hər iki dövlət sülhü böyük bir nemət olaraq əldə edəcəklər.
Hesab edirəm ki, Şahin Mustafayevin Ermənistana səfəri və orada keçirdiyi görüşlər ikitərəfli münasibətləri inkişaf etdirmək, sülhü daha da yaxınlaşdırmaq baxımından mühüm bir addımdır. Şahin Mustafayev erməni dilini bilir, orada təhsil alıb. İnanıram ki, o, ermənilərə mövcud durumu, sülhün perspektivini lazımınca başa salacaq və onun bu səfəri iki dövlət arasında münsibətlərin inkişafına, sülhünm əldə edilməsinə töhfə verəcək”.
Seymur ƏLİYEV
Hikmət Hacıyev Səudiyyə Ərəbistanı səfiri ilə görüşüb
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri İssam bin Saleh əl-Cüteili ilə görüşüb.
Moderator.az xəbər verir ki, bu barədə səfirliyin “X” hesabında məlumat verilib.
Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlərin müzakirə olunduğu bildirilib.
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.
Moderator.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Hazırda:
1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;
2. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;
3. Ziya Bünyadov prospekti, Bakı Olimpiya Stadionunun qarşısından "20 Yanvar" metro stansiyası istiqamətində;
4. Atatürk prospekti, Ziya Bünyadov prospekti istiqamətində;
5. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
6. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;
7. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;
8. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən "Dədə Qorqud" parkı istiqamətində;
9. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;
10. Koroğlu Rəhimov küçəsi, akad. Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində;
11. Dənizkənarı küçəsi, Bayraq Meydanının qarşısından "Azneft" dairəsi istiqamətində;
12. Mikayıl Müşfiq küçəsi, "Badamdar" dairəsindən 20 nömrəli məktəb-lisey istiqamətində;
13. Neftçilər prospekti, Yusif Səfərov küçəsi istiqamətində;
14. Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyasından Binəqədi qəsəbəsi istiqamətində;
15. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;
16. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;
17. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;
18. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində sıxlıq müşahidə olunur.
Bu ərazilərdə su olmayacaq
Sumqayıt şəhərinin bir sıra yaşayış məntəqələrini içməli su ilə təmin edən magistral su kəmərində aparılan təmir-tikinti işləri ilə əlaqədar sabah gün ərzində suyun verilişində müvəqqəti fasilə olacaq.
Sumqayıt Sukanal idarəsindən Moderator.az-a bildirilib ki, fasilə 41A, 42, 49 və 76-cı məhəllələri, həmçinin Yaşıldərə yaşayış massivinin bəzi hissələrini əhatə edəcək.
Bildirilib ki, təmir işləri başa çatdıqdan sonra suyun verilişi mərhələli şəkildə bərpa olunacaq.
Milli Məclisin sədri Britaniya səfiri ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Fergus Auld ilə görüşüb.
Bu barədə Moderator.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib.
Görüşdə dost və tərəfdaş ölkələr olan Azərbaycan və Birləşmiş Krallıq arasında münasibətlərin qarşılıqlı etimad və dəstəyə əsaslanaraq, siyasi, iqtisadi, humanitar və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb.
Yüksək səviyyəli səfərlərin və görüşlərin ölkələrimiz arasında əməkdaşlıq gündəliyinin müəyyənləşdirilməsi baxımından əhəmiyyəti önə çəkilərək, Prezident İlham Əliyevin Birləşmiş Krallığa səfərləri, Birləşmiş Krallığın Baş naziri Kir Starmerin COP29-da iştirak üçün ölkəmizə səfəri, həmçinin qarşı tərəfdən reallaşdırılan bir sıra digər yüksək səviyyəli səfərlər qeyd olunub.
Söhbət zamanı bildirilib ki, iqtisadi əlaqələr ölkələrimiz arasında ikitərəfli münasibətlərin əsas tərkib hissələrindən biridir. Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olan Birləşmiş Krallıq iqtisadiyyatımıza ən çox investisiya yatıran ölkədir. Milli Məclisin sədri bu kontekstdə enerji sahəsində əməkdaşlıq əlaqələrini xüsusi vurğulayıb.
Milli Məclisin sədri özünün Birləşmiş Krallığa səfərlərini, həmçinin Birləşmiş Krallığın ölkəmizdə səfərdə olan yüksək səviyyəli təmsilçiləri ilə keçirdiyi çoxsaylı görüşləri məmnunluqla xatırlayaraq, bu səfərlər və görüşlər zamanı aparılan müzakirələrin parlamentlərarası münasibətlərin inkişafı baxımından əhəmiyyətini qeyd edib. Diqqətə çatdırılıb ki, Milli Məclisin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupu ən böyük qruplardan biridir. Sahibə Qafarova qanunvericilik orqanları arasında əlaqələrin daha da genişləndirilməsində qarşılıqlı səfərlərin və sıx dialoqun əhəmiyyətindən danışıb.
Fergus Auld ölkələrimiz arasında mövcud olan sıx əməkdaşlıq və tərəfdaşlıqdan məmnunluğunu ifadə edərək, iki ölkə arasında əməkdaşlığın uğurla davam etdiyini və energetika, alternativ enerji, təhsil, yüksək texnologiyalar və bir sıra digər istiqamətlərdə geniş perspektivlərin olduğunu bildirib.
Görüşdə tərəflər humanitar sahədə əməkdaşlıq məsələlərinə də toxunaraq vurğulayıblar ki, ölkələrimizin təhsil sahəsində yüksək səviyyəli əməkdaşlığı xalqlarımız arasında əlaqələrin daha da gücləndirilməsinə xidmət edir.
Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

moderator.az
- Xüsusi təyinatlılar XTQ-nin yaradılması gününü qeyd ediblər - FOTO - VİDEO
Xüsusi təyinatlılar XTQ-nin yaradılması gününü qeyd ediblər - FOTO - VİDEO
Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) yaradılmasının 27-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirilib.
Bu barədə Moderator.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Azərbaycan Müdafiə Nazirliyinin rəhbərliyinin təbrikləri tədbir iştirakçılarına çatdırılıb.
Çıxış edənlər Ulu Öndərin tapşırığı ilə yaradılan XTQ-nin tarixindən danışıb, torpaqlarımızın düşmən işğalından azad edilməsində şəxsi heyətin göstərdikləri şücaətlərdən söhbət açıblar.
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin XTQ-yə böyük əhəmiyyət verdiyi, 44 günlük Vətən müharibəsi və digər əməliyyatlarda xüsusi təyinatlıların qəhrəmanlıq nümunələrinin hər zaman yüksək qiymətləndirildiyi xüsusi vurğulanıb.
Xüsusi Təyinatlı döyüşçülər bu gün də Ali Baş Komandanın hər bir əmrinə hazır olduqlarını, Vətənə hər zaman şərəflə xidmət edəcəklərini və göstərilən etimadı doğruldacaqlarını əminliklə qeyd edərək, XTQ-də xidmətlərindən qürur hissi ilə danışıblar.
Xüsusi təyinatlılara həsr olunan videoçarx nümayiş etdirilib.
Tədbirlər çərçivəsində şəhidlərimizin məzarları ziyarət olunub, hərbi qulluqçular şəhid ailələrinə baş çəkərək onların qayğı və istəkləri ilə maraqlanıblar.
Şəhid ailələri və yaxınları dövlət tərəfindən onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya, eləcə də Müdafiə Nazirliyinin rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.
Sonda xidmətdə fərqlənən bir qrup hərbi qulluqçu təltif olunub.
Xüsusi Təyinatlı Qüvvələrin yaranmasının 27-ci ildönümü münasibətilə ağacəkmə aksiyası təşkil olunub.
Ceyhun Bayramov Koreya rəsmisini bölgədəki sülh prosesi barədə məlumatlandırıb
30 aprel tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Koreya Respublikasının Beynəlxalq Ədalət Məhkəməsinin (BƏM) hakimi vəzifəsinə namizədi Cin-Hyon Paiki qəbul edib.
XİN-dən Moderator.az-a verilən xəbərə görə, görüş zamanı beynəlxalq təşkilatlar çərçivəsində fəaliyyətlər, o cümlədən qarşıdan gələn BƏM hakimi seçkiləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Cin-Hyon Paik öz peşəkar fəaliyyəti, beynəlxalq hüquq sahəsində təcrübəsi və BƏM-də prioritet kimi irəli sürməyi planlaşdırdığı istiqamətlər barədə ətraflı məlumat verib.
Nazir Ceyhun Bayramov Azərbaycanın beynəlxalq hüququn aliliyinə, çoxtərəfli əməkdaşlığa və beynəlxalq məhkəmə institutlarının rolunun gücləndirilməsinə verdiyi önəmi vurğulayıb. Bu kontekstdə, Azərbaycan tərəfindən BƏM hakimi seçkilərinə hərtərəfli yanaşıldığı və namizədlərin peşəkar keyfiyyətlərinin diqqətlə nəzərdən keçirildiyi bildirilib.
Görüş zamanı regional təhlükəsizlik məsələləri, o cümlədən Cənubi Qafqaz bölgəsində mövcud vəziyyət barədə fikir mübadiləsi aparılıb.
Nazir Ceyhun Bayramov post-münaqişə dövründə bölgədə davamlı sülh və sabitliyin təmin olunması istiqamətində Azərbaycanın həyata keçirdiyi tədbirlər barədə qarşı tərəfi məlumatlandırıb.
Tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
DİM nümayəndələri Kamran Əsədovun məhkəməsində iştirak edirlər
Buraxılış və qəbul imtahanlarına qanunsuz texniki vasitə keçirilməsi ilə bağlı cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilir.
Moderator.az "Unikal"a istinadla xəbər verir ki, proses bu gün Gəncə Şəhər Məhkəməsində hakim Elçin Məmmədovun sədrliyi ilə baş tutub. Prosesdə təqsirləndirilən şəxslər - tanınmış təhsil eksperti Kamran Əsədov, Gündüz Abbasov və DİM nümayəndələri iştirak edirlər. Hazırda proses davam edir.
Xatırladaq ki, proses şahidlərin iştirakı olmadan keçirilir.
Qeyd edək ki, yanvarın 23-də tanınmış təhsil eksperti Kamran Əsədov məhkəmə zalından həbs edilib.
Dağıstan və Çeçenistanda sel fəlakəti nəticəsində 9 minə yaxın ev zərər çəkib
Dağıstanda (Rusiya) şiddətli leysanın səbəb olduğu sellər və torpaq sürüşmələri nəticəsində təxminən 8 min ev zərər çəkib.
Moderator.az "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Dağıstanın rəhbəri Sergey Melikov bildirib.
"Ümumilikdə Dağıstanda fövqəladə hal nəticəsində 8 minə yaxın ev zədələnib. Müayinələrin nəticələrinə görə, 3,5 mindən çox ev gələcəkdə kompensasiya ödənişləri üçün zəruri olan zonaya düşə bilər. 426 yaşayış evinin tamamilə dağılması təsdiqlənib. 1 109-dan çox ev əsaslı təmir olunmalıdır, onların yoxlanılması hələ də davam edir", - o deyib.
Onun sözlərinə görə, zədələnmiş evlərin müəyyən hissəsinin müvafiq normativ sənədləri yoxdur.
"Rusiya prezidentinin tapşırığı ilə hazırda qiymətləndirmə aparırıq, zərərçəkənləri kompensasiya ödənişləri ilə təmin etməyə imkan verəcək əlavə vəsaitlər və tədbirlər axtarırıq", - Məlikov vurğulayıb.
Öz növbəsində Çeçenistan hökumətinin başçısı Maqomed Daudov bildirib ki, respublikada 864 ev zədələnib və ya tamamilə dağılıb, su basmış zonalardan təxminən 1500 nəfəri təxliyə etmək lazım gəlib. Ümumilikdə 20 mindən çox insan fövqəladə hal zonasında olub, tələfat olmayıb.
Ümumilikdə Çeçenistanın 39 yaşayış məntəqəsində 3 mindən çox ev su altında qalıb, avtomobil yollarının 503 sahəsi yuyulub, 55 körpü, 70 energetika obyekti, 159 mənzil-kommunal təsərrüfatı və abadlıq obyekti, həmçinin 92 sosial əhəmiyyətli müəssisə zədələnib.
Azərbaycanda çörək bahalaşacaq?
Sosial şəbəkələrdə və internet informasiya resurslarında Azərbaycanda ərzaqlıq buğda və çörəyin bahalaşacağı, qıtlıq yaranacağı ilə bağlı yayılmış məlumat həqiqəti əks etdirmir.
Moderator.az "Report"a istinadla xəbər verir ki, bu barədə Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən bildirilib.
Məlumata əsasən, agentlik un və un məmulatları bazarında mütəmadi monitorinqlər aparır, əhalinin istehlak səbətində yer alan strateji ərzaq məhsullarının qiymət dinamikası daim diqqət mərkəzində saxlayır.
"Vətəndaşlara yalnız rəsmi mənbələrə etibar etmələri, sosial şəbəkələrdə yayılan təsdiqlənməmiş informasiyalara qarşı diqqətli olmaları tövsiyə edilir", - deyə agentlikdən bildirilib.
İnsan genomunu deşifrə edən alim ölüb
İnsan genomunu deşifrə edilməsində əsas iştirakçılardan olan ABŞ-li alim və sahibkar Con Kreyq Venter vəfat edib. O, 79 yaşında dünyasını dəyişib.
Moderator.az-ın Kp.ru-ya istinadən xəbərinə görə, bu barədə Con Kreyq Venter İnstitutundan məlumat verilib.
İnstitut bildirib ki, o, bir müddət əvvəl xərçəng müalicəsində baş verən ağırlaşmalar səbəbindən xəstəxanaya yerləşdirilmişdi.
1990-cı illərdə Venter "İnsan genomu" dövlət layihəsinə etiraz edərək, onun çox ləng olduğunu hesab edib. Onun şirkəti olan "Celera" daha sürətli ardıcıllıq metodu ilə işləyirdi. 2000-ci ildə şirkət beynəlxalq konsorsiumla birlikdə insan genomunun ilk versiyalarının yığıldığını elan edib. Bu irəliləyiş xəstəliklərin təbiətinin öyrənilməsində əhəmiyyətli addım olub.
Bundan 5 il əvvəl, 1995-ci ildə Venter ilk dəfə olaraq tam şəkildə "Haemophilus influenzae" bakteriyasının genomunu deşifrə edib və bununla da mikrobiologiyada yeni dövrün başlanğıcını qoyub. İşdə Nobel mükafatı laureatı Smit Hemilton da daxil olmaqla, aparıcı alimlər iştirak ediblər.
Akademik konsorsiumla rəqabət Ağ Evdə Bill Klintonun da iştirakı ilə nəticələrin simvolik şəkildə elan edilməsi ilə nəticələnib. Venterin töhfələri daha sonra hökumət mükafatları ilə təltif edilib. Medallardan birini ona Barak Obama təqdim edib.

moderator.az
- “Azərbaycan üçün əsas təhlükə yalnız geridə qalmaq deyil, əsas risk – oyundan çıxmaqdır…”
“Azərbaycan üçün əsas təhlükə yalnız geridə qalmaq deyil, əsas risk – oyundan çıxmaqdır…”

moderator.az
- Təbrizin ölümündə təqsirləndirilən həbs edildi - FOTO
Təbrizin ölümündə təqsirləndirilən həbs edildi - FOTO
34 yaşlı Təbriz Şəfiyevin ölümünə səbəb olmaqda təqsirləndirilən sürücü hökmdən əvvəl həbs edilib.
Moderator.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsi bu barədə qərar qəbul edib.
Təqsirləndirilən Mircəlil Əzizli bundan əvvəlki proseslərin birində iştirak etməyib, indi isə məhkəməyə təyin olunan vaxtdan yarım saat gec gəlib. Hakim Eldar İsmayılov bu dəfə müttəhimə güzəşt etməyib, onun dərhal həbs edilməsi ilə bağlı qərar çıxarıb.
Prosesin davamı isə hakimlə qəzada həlak olan gəncin anasının vəkili Sadiq Rəsulov arasında çəkişmə ilə yadda qalıb.
Bundan əvvəl hüquqi varis oğlunun ölümü ilə bağlı cinayət işini başqa hakimlərin araşdırmasını istəmişdi. Məhkəmə həmin vəsatətə münasibət bildirib, etirazın əsassız olduğu elan edilib. Gərginlik də məhz bundan sonra yaranıb. Hakim Eldar İsmayılov zərərçəkmiş tərəfin vəkilini təmsil etdiyi şəxsin adından əsassız vəsatətlər verməkdə ittiham edib. O, xüsusilə bütün hakimlərə etiraz verilməsinin qanunsuz olduğunu deyib, əlavə edib ki, vəsatət vəkilin öz adından təqdim olunsaydı, onun barəsində də qərar qəbul edilə bilərdi.
Vəkil isə hakimin etirazı ilə razılaşmayıb. Müdafiəçi hüquqi varisin etirazının Cinayət Prosessual Məcəlləsinin tələblərinə uyğun olduğunu, növbəti iclasda öz adından da hakimlərə etirazla bağlı vəsatət verəcəyini bildirib. Bundan sonra proses təxirə salınıb.
Qeyd edək ki, yenicə ata olan Təbrizin öldüyü hadisə ötən ilin avqustunda baş verib. Onun idarə etdiyi avtomobil Suraxanı rayonunun Heydər Əliyev prospektində (Aeroport yolu) qəfil nasaz vəziyyətə düşüb. Təbriz yolun kənarında dayanaraq nə baş verdiyini müşahidə edərkən arxadan gələn başqa nəqliyyat vasitəsi onun avtomobilinə çırpılıb, zərbənin təsirindən digər yola düşən Təbrizi bu dəfə ikinci maşın vurub. Hadisədən bir az sonra isə Təbriz həyatını itirib.
Hadisə ilə bağlı zərərçəkmişin maşınına çırpılan "Toyota Corolla"nın sürücüsü Mircəlil Əzizli cinayət məsuliyyətinə cəlb edilib. İstintaq zamanı onun, ümumiyyətlə, sürücülük hüququnun olmadığı müəyyənləşib.
Amma mərhum Təbrizin anası aparılan istintaqla razı deyil. Bu səbəblərdən də işin ibtidai istintaqa prosessual rəhbərlik edən prokurora qaytarılmasını istəyir.

Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Azərbaycanın avtomobil yollarında mayın 1-də müşahidə ediləcək vəziyyət açıqlanıb.
Moderator.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, mayın 1-də gecə və səhər saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.

moderator.az
- Ukraynanın İrpen şəhər Şurası İlham Əliyevi fəxri vətəndaş elan edib
Ukraynanın İrpen şəhər Şurası İlham Əliyevi fəxri vətəndaş elan edib
Ukraynanın İrpen şəhər Şurası Azərbaycan Prezidenti İlham Əliyevi şəhərin fəxri vətəndaşı elan edib.
Moderator.az "Report"a istinadən xəbər verir ki, bunu İrpen şəhər Şurasının rəhbəri, şəhərin meri əvəzi Anjela Makeyeva bildirib.
Qeyd edək ki, Ukraynada müharibə başlayandan sonra Prezident İlham Əliyevin göstərişi ilə bu ölkəyə, o cümlədən İrpen şəhərinə müxtəlif humanitar yardımlar göstərilib.
O cümlədən, Azərbaycan hökumətinin köməyi ilə İrpendə lisey və şəhər poliklinikası bərpa olunub.
Azərbaycandan enerji böhranından əziyyət çəkən Ukraynaya 11 yardım paketi göndərilib.
Bundan başqa Ukraynanın müharibədən əziyyət çəkən bölgələrindən 500-dən çox uşaq reabilitasiya üçün Azərbaycana gətirilib.
İçərişəhərdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Sabahdan Bakıda baş tutacaq Beynəlxalq Xalça Festivalı ilə əlaqədar İçərişəhər ərazisində nəqliyyatın hərəkətinə müvəqqəti məhdudiyyətlər tətbiq ediləcək.
Moderator.az xəbər verir ki, bu barədə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi məlumat yayıb.
Bildirilib ki, 1-3 may tarixlərində qeyri-rezident avtomobillərin İçərişəhərə girişi və çıxışı müvəqqəti olaraq dayandırılacaq.
Azərbaycanda "İqlim haqqında" qanun layihəsi hazırlanıb
"İqlim haqqında" Azərbaycan Respublikasının Qanun layihəsi hazırlanıb.
Moderator.az xəbər verir ki, bu barədə İqlim Dəyişmələri üzrə Dövlət Komissiyasının iclasında bildirilib.
İclasda "İqlim haqqında" Azərbaycan Respublikasının Qanunu, Avropa İttifaqının Sərhəddə Karbon Tənzimlənməsi Mexanizmi və "Uzunmüddətli Aşağı Karbonlu İnkişaf Strategiyası" layihələrinin təkmilləşdirilməsi məqsədilə Qurumlararası İşçi Qrupunun yaradılması barədə qərarlar qəbul edilib.

moderator.az
- Dövlət orqanlarının elektron xidmətləri üzrə tənzimləyici pilot layihələrin həyata keçirilməsi qaydaları təsdiqləndi
Dövlət orqanlarının elektron xidmətləri üzrə tənzimləyici pilot layihələrin həyata keçirilməsi qaydaları təsdiqləndi
"Dövlət orqanları (qurumları) tərəfindən tətbiq olunan rəqəmsal həllərin sahə üzrə effektivliyinin test rejimində qiymətləndirilməsi, habelə dövlət orqanları (qurumları) tərəfindən təşkil olunan elektron xidmətlərin ilkin mərhələdə məqsədəuyğunluğunun müəyyən edilməsi üçün tənzimləyici pilot layihələrin həyata keçirilməsi Qaydaları" təsdiq edilib.
Moderator.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.
Sənədə əsasən, Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.
Rusiya ordusu Ukraynada iki yaşayış məntəqəsini nəzarətə götürüb
Rusiya ordusu Ukraynada iki yaşayış məntəqəsini nəzarətə götürüb.
Moderator.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, Rusiyanın hərbi birləşmələri Donetsk vilayətində yerləşən Novooleksandrivka və Sumı əyalətindəki Korçakovka yaşayış məntəqələri üzərində nəzarəti təmin ediblər.

moderator.az
- Lətif Kərimovun 120 illiyi qeyd olunacaq - SƏRƏNCAM
Lətif Kərimovun 120 illiyi qeyd olunacaq - SƏRƏNCAM
Görkəmli xalçaçı rəssam Lətif Kərimovun 120 illiyi qeyd ediləcək.
Moderator.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.
Sərəncamda qeyd olunub ki, 2026-cı ilin noyabr ayında Azərbaycan təsviri sənətinin böyük ustası, görkəmli xalçaşünas, pedaqoq və sənətşünas alim, SSRİ Dövlət mükafatı laureatı, Xalq rəssamı Lətif Hüseyn oğlu Kərimovun 120 illiyi tamam olur:
"Dünya mədəni irs xəzinəsində şərəfli mövqeyə malik Azərbaycan xalça mədəniyyətinin hazırkı inkişaf səviyyəsinə yüksəlməsində Lətif Kərimovun təqdirəlayiq xidmətləri vardır. Onun eskizləri əsasında toxunmuş xeyli sayda süjetli, portret xalçalar və monumental xalılar milli xalçaçılığın parlaq ənənələrini özündə yaşadan misilsiz sənət nümunələridir. Fitri istedadla yaradılan və naxışlarının ifadəliliyi, bitkin üslubu ilə seçilən dərin koloritli əsərləri sənətkara dövrün məşhur xalça ustalarından biri olaraq xüsusi şöhrət qazandırmışdır. Lətif Kərimov Azərbaycan xalçalarının ornamental, kompozisiya xüsusiyyətlərini müəyyənləşdirmiş və mükəmməl sistemli təsnifatını işləyib hazırlamışdır. Xalça sənətinin beynəlxalq miqyasda mahir bilicisi kimi tanınmış alimin bu istiqamətdə apardığı fundamental tədqiqatlar indi də ən çox istinad olunan mötəbər mənbələrdəndir".
Sərəncama görə, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası Xalq rəssamı Lətif Kərimovun 120 illiyi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirməli, Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

moderator.az
- Prezident Yuriy Kamayevi “Şöhrət” ordeni ilə təltif edib
Prezident Yuriy Kamayevi “Şöhrət” ordeni ilə təltif edib
Yuriy Petroviç Kamayev "Şöhrət" ordeni ilə təltif edilib.
Moderator.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Sərəncama əsasən, Y.Kamayev Azərbaycan Respublikasının təhlükəsizlik orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə və vəzifə borcunu yüksək peşəkarlıqla yerinə yetirdiyinə görə təltif olunub.
Çempionatla vidalaşan İngiltərə klubunda baş məşqçi istefaya göndərildi
İngiltərənin "Börnli" klubu baş məşqçisi Skott Parkerlə əməkdaşlığa son qoyub.
Moderator.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Tərəflər arasında aparılan danışıqlardan sonra 45 yaşlı mütəxəssislə bağlanmış müqavilənin qarşılıqlı razılıq əsasında ləğv edilməsinə qərar verilib.
Qeyd edək ki, komandanın çempionatı tərk edəcəyi ötən həftə rəsmiləşdikdən dərhal sonra klub rəhbərliyi onun taleyini həll etmək üçün ciddi müzakirələrə başlamışdı.
Rəsmi açıqlamada komandanı çalışdıracaq yeni baş məşqçinin adının ən qısa zamanda azarkeşlərə təqdim olunacağı vurğulanıb.
Xatırladaq ki, məhz Skott Parkerin rəhbərliyi altında "Börnli" 2024/2025 mövsümündə Premyer Liqaya vəsiqə qazanmağı bacarmışdı.

moderator.az
- İqlim Dəyişmələri üzrə Dövlət komissiyasının iclası keçirilib, Qurumlararası İşçi Qrupu yaradılacaq
İqlim Dəyişmələri üzrə Dövlət komissiyasının iclası keçirilib, Qurumlararası İşçi Qrupu yaradılacaq
Bu gün İqlim Dəyişmələri üzrə Dövlət Komissiyasının növbəti iclası keçirilib.
Bu barədə Moderator.az-a Nazirlər Kabinetindən xəbər verilib.
Baş nazirin müavini, Dövlət Komissiyasının sədri Samir Şərifov Komissiyanın iclasını açaraq bildirdi ki, Azərbaycan 1995-ci ildə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına qoşulmaqla qlobal iqlim çağırışlarına qarşı birgə mübarizədə fəal iştirak etməyə başlayıb.
Ölkə sonrakı dövrdə Paris Sazişi çərçivəsində götürdüyü öhdəliklərə sadiq qalaraq, istixana qazı emissiyalarının azaldılması istiqamətində daha iddialı məqsədlər müəyyən etmiş və üçüncü Milli Müəyyən Edilmiş Töhfə (NDC) sənədində 1990-cı il ilə müqayisədə 2035-ci ilədək emissiyaların 40 faiz azaldılmasını əsas prioritet kimi təsbit edib. Bu yanaşma Azərbaycanın aşağı karbonlu inkişaf modelinə keçid və iqlim dəyişmələrinin təsirlərinin minimuma endirilməsi istiqamətində ardıcıl siyasət apardığını nümayiş etdirir.
Qeyd edildi ki, 2024-cü il 11-22 noyabr tarixlərində Bakıda böyük uğurla keçirilmiş COP29 konfransı həllini gözləyən bir çox məsələ üzrə mühüm və tarixi qərarlarla yadda qalıb.
Komissiyanın iclasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən “İqlim haqqında” qanun layihəsi, habelə “Uzunmüddətli Aşağı Karbonlu İnkişaf Strategiyası”nın layihəsi barədə, İqtisadiyyat Nazirliyi tərəfindən isə Avropa İttifaqının Karbon Sərhəd Tənzimləmə Mexanizmi (CBAM) və onun mümkün iqtisadi təsirləri barədə təqdimatlar edilib və həmin təqdimatların ətrafında müzakirələr aparılıb.
Azərbaycan Respublikasının Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev bildirib ki, ölkənin Uzunmüddətli Aşağı Karbonlu İnkişaf Strategiyası layihəsinin (LTS) yekunlaşdırılması və qısa müddətdə təsdiqə təqdim olunması vacibdir. Avropa İttifaqının Sərhəddə Karbon Tənzimlənməsi Mexanizmi idxal olunan məhsullar üzrə karbon intensivliyinin nəzərə alınması ilə rəqabət şəraitinin bərabərləşdirilməsi nəzərdə tutulur. Bu baxımdan milli iqlim siyasətinin gücləndirilməsi ölkənin ixrac potensialının qorunması və sənayenin modernizasiyası üçün mühüm əhəmiyyət daşıyır.
Bununla yanaşı, Xarici İşlər Nazirliyi tərəfindən Komissiya üzvləri 2025-ci ilin noyabrında Braziliyanın Belem şəhərində keçirilmiş BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 30-cu sessiyasının (COP30) nəticələri və ölkəmiz tərəfindən iqlim dəyişmələri ilə mübarizə sahəsində həyata keçirilən tədbirlər barədə məlumatlandırılıb. Eyni zamanda, 2026-cı il 9–20 noyabr tarixlərində Türkiyənin Antalya şəhərində keçiriləcək COP31 sessiyasına hazırlıq işlərinin aidiyyəti qurumlar tərəfindən vaxtında başlanmasının zəruriliyi vurğulanıb.
İclasın yekununda Dövlət Komissiyasının sədri Samir Şərifov tərəfindən qarşıdan gələn BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasına hazırlıqla bağlı tədbirlər planının hazırlanaraq qısa müddətdə Komissiyaya təqdim olunması, eləcə də Avropa İttifaqının Sərhəddə Karbon Tənzimlənməsi Mexanizmi, “İqlim haqqında” Azərbaycan Respublikasının Qanunu və “Uzunmüddətli Aşağı Karbonlu İnkişaf Strategiyası” layihələrinin təkmilləşdirilməsi məqsədilə Qurumlararası İşçi Qrupunun yaradılması barədə qərarlar qəbul edilib.

moderator.az
- Hamiləliyə və doğuma görə müavinətlərin verilməsində yeni qaydanın tətbiqinə start verilir
Hamiləliyə və doğuma görə müavinətlərin verilməsində yeni qaydanın tətbiqinə start verilir
Mövcud qaydalara əsasən, hamiləliyə və doğuma görə müavinət tibbi müəssisə tərəfindən elektron formada tərtib olunan xəstəlik vərəqəsinə əsasən təyin edilir. Sığortaedən tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək və məşğulluq” altsisteminə müvafiq məzuniyyət əmri daxil edildikdən sonra müavinət məzuniyyət dövrünə düşən təqvim günləri üzrə avtomatlaşdırılmış qaydada ödənilir. Sabahdan qüvvəyə minəcək dəyişikliklərə əsasən, müavinətlərin təyin olunması prosesi tam elektronlaşdırılaraq avtomatlaşdırılmış sistem üzərindən həyata keçiriləcək. Müavinətin hesablanmasında sosial sığorta stajı və son dövrlərə aid gəlir göstəriciləri əsas götürüləcək ki, bu da ödənişlərin daha obyektiv müəyyənləşdirilməsinə xidmət edir.
Bununla yanaşı, yeni qaydaların tətbiqi hansı real dəyişikliklər və potensial risklər yarada biləcəyi də maraq doğurur.
Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən Xalid Kərimli bildirdi ki, müavinətlərin tam elektronlaşdırılması və avtomatlaşdırılması ümumilikdə müsbət addım olmaqla yanaşı, prosesdə şəffaflığın artmasına xidmət edir:

“Təbii ki, bu müavinətlərin avtomatlaşdırılmış qaydada verilməsi vətəndaşlar üçün əlçatanlığın, şəffaflığın və ümumi rahatlığın artmasına xidmət edəcək. Avtomatik rejimdə bu vəsaitlərin əldə olunması, bütövlükdə, vətəndaşlara göstərilən xidmət səviyyəsinin yüksəldilməsi, şəffaflığın gücləndirilməsi və prosesin cəmiyyət üçün xərclərinin azaldılması deməkdir. Ümumilikdə, bu kimi proseslərin — avtomatlaşdırma və rəqəmsallaşmanın genişlənməsi yalnız bu sahədə deyil, bütün istiqamətlər üzrə vətəndaşlara xidmətin keyfiyyətini artırır, inzibati xərcləri azaldır və şəffaflığı daha da gücləndirir. Bu baxımdan, yanaşma bütün aspektlər üzrə müsbət qiymətləndirilə bilər.
Lakin burada mühüm bir məqam da mövcuddur. Təhlükəsizlik məsələləri və vətəndaşların maarifləndirilməsi prosesi paralel şəkildə aparılmalıdır. Çünki rəqəmsallaşma və avtomatlaşdırma genişləndikcə, ödənişlərin daha çox nağdsız formaya keçməsi əsasında vətəndaşların məlumatlılıq səviyyəsinin artırılması, eləcə də kibertəhlükəsizliyin təmin olunması zərurəti yaranır. Müşahidələr göstərir ki, bu sahə inkişaf etdikcə, xüsusilə texnologiyalardan istifadə bacarıqları zəif olan şəxslər müəyyən çətinliklərlə üzləşirlər".
Pərvin Şakirqızı
Kreml: Putin Trampı 9 May Paradına dəvət etməyib
Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Trampı Moskvaya 9 May Paradına dəvət etməyib.
Moderator.az xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.
Qeyd edək ki, dünən Putinlə Tramp arasında telefon danışığı olub. Rusiya Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakovun sözlərinə görə, telefon danışığı 1,5 saatdan çox çəkib.
Xalq artisti Arif Babayevin qəbirüstü abidəsi ucaldılıb

moderator.az
- Səmada görünən parlaq meteor kanadalıları qorxudub - VİDEO
Səmada görünən parlaq meteor kanadalıları qorxudub - VİDEO
Sakit okean sahillərində yerləşən Vankuver adasının (Britaniya Kolumbiyası əyalətində liman şəhəri) sakinləri su hövzəsinə düşən meteor səbəbindən qorxu yaşayıblar.
Moderator.az xəbər verir ki, bu barədə CTV telekanalı məlumat yayıb.
Bildirilib ki, bir neçə şahid avtomobillərində və yaşayış binalarında quraşdırılmış kameraların lentə aldığı görüntüləri telekanala təqdim edib. Onların sözlərinə görə, aşağıya doğru hərəkət edən işıqlı obyekt o qədər parlaq olub ki, insanları təşvişə salıb.
Kanada Təbii Sərvətlər Nazirliyinin astronomu Rendi Enkin açıqlamasında bildirib ki, səmada görünən nəhəng işıqlı cisim meteorit olub. Səma cismi Vankuver adasının yanından keçərək sahil xəttindən təxminən 50 kilometr aralıda Sakit okean sularına düşüb.

moderator.az
- Milli Onkologiya Mərkəzində PARTLAYIŞ: ölən və yaralanan var - YENİLƏNİB + FOTO
Milli Onkologiya Mərkəzində PARTLAYIŞ: ölən və yaralanan var - YENİLƏNİB + FOTO

moderator.az
- Bakıdakı dəm qazı faciəsində yeni detal: “Oğluma oyun qurdular...“ - VİDEO
Bakıdakı dəm qazı faciəsində yeni detal: “Oğluma oyun qurdular...“ - VİDEO
Bakıda ötən gün 19 yaşlı gənc oğlan və 14 yaşlı qız hamam otağında dəm qazından zəhərlənib. Hadisə nəticəsində Yusuf Atalay həyatını itirib, 14 yaşlı qız isə zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Ona ilkin tibbi xidmətlər göstərilsə də, ixtisaslı tibbi xidmətdən imtina edilib.
Mərhumun anası oğlunun evə həmin qız tərəfindən aparıldığını iddia edib.
Ana bu barədə “TikTok”da canlı yayımda danışıb:
“Balama oyun oynadılar. O qız edib. Əvvəlcə evdə oğlumu içirdib, sonra da dostlarını göndərib ki, tək qalsınlar. Ürəyim partlayır. Mənim balam heç kimə pislik etməyib. Bilmədən danışırlar. Oğluma oyun qurdular… Qıza heç nə olmayıb, qız bu gün abırsız-abırsız mənim evimə gəldi, paltar dəyişdi, gizli-gizli ətir vurdu. Siz bilmirsiniz, bilmədiyiniz şeyləri danışmayın! Mənim balamın günahını almayın, mənim balam elə bala deyil”.
Yusuf Atalayın anasının açıqlamasını təqdim edirik:
Yeni Sabah

moderator.az
- Ekspertlər həyəcan təbili çalır: yeni rəqəmsal təhlükə nəzarətdən çıxıb - "Wired Magazine" (ABŞ)
Ekspertlər həyəcan təbili çalır: yeni rəqəmsal təhlükə nəzarətdən çıxıb - "Wired Magazine" (ABŞ)
Xamenei xalqa müraciət etdi

moderator.az
- Hamamda oğlanla boğulan qızın anasından ŞOK SÖZLƏR: “Dedim, ay bala, evə gəl, ..."
Hamamda oğlanla boğulan qızın anasından ŞOK SÖZLƏR: “Dedim, ay bala, evə gəl, ..."

moderator.az
- "Qızımın ölümünə görə günahkaram" - Sabiq nazir göz yaşı tökdü
"Qızımın ölümünə görə günahkaram" - Sabiq nazir göz yaşı tökdü

moderator.az
- "Corcia Meloninin Azərbaycana səfəri Bakı-Roma münasibətlərində əlavə əhəmiyyət kəsb edir"
"Corcia Meloninin Azərbaycana səfəri Bakı-Roma münasibətlərində əlavə əhəmiyyət kəsb edir"
I sinfə qəbul prosesi başlayır - TARİX AÇIQLANDI
6 may 2026-cı il tarixindən etibarən 2026-2027-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start verilir.
Moderator.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, qəbul prosesi www.mektebeqebul.edu.az portalı vasitəsilə aparılacaq. Uşaqların birinci sinfə elektron qəbulu ölkənin bütün şəhər və rayonlarının ümumi təhsil müəssisələrini əhatə edir.
Qeyd edilib ki, bu il Azərbaycan bölməsi üzrə 81 minə yaxın uşaq məktəbəhazırlıq qrupundan avtomatik olaraq I sinfə keçirilib.
"Diqqətə çatdırılır ki, birinci sinfə qeydiyyat zamanı uşaqların şəxsiyyət vəsiqəsinin olması mütləqdir.
Uşaqların məktəbə qəbulunda hər bir valideyn üçün əlçatanlığın təmin edilməsi əsas hədəflərdəndir", - məlumatda bildirilib.
İran Hörmüz boğazını Ərəb dənizi istiqamətindən bağladığını elan etdi

moderator.az
- "Azərbaycanın Müqəddəs Taxt-Tac ilə münasibətləri yüksələn xətt üzrə inkişaf edir" - Elçin Əmirbəyov
"Azərbaycanın Müqəddəs Taxt-Tac ilə münasibətləri yüksələn xətt üzrə inkişaf edir" - Elçin Əmirbəyov

moderator.az
- Müəllimlər və şagirdlər müəllimi əsgər YOLA SALDILAR - VİDEO
Müəllimlər və şagirdlər müəllimi əsgər YOLA SALDILAR - VİDEO
Müəllimlər və şagirdlər tarix müəllimini əsgər yola salıb.
Sosial şəbəkələrdə yayılan görüntülər böyük marağa səbəb olub. Belə ki, məktəb kollektivi müəllimlərini hərbi xidmətə yola salarkən duyğusal anlar yaşanıb.
Şagirdlərin və həmkarlarının səmimi münasibəti, göz yaşları və alqışlarla müşayiət olunan anlar izləyənləri kövrəldib.
Görüntülərdə müəllimin şagirdlərlə vidalaşması, qarşılıqlı arzuları diqqət çəkib. Paylaşım qısa zamanda geniş yayılaraq istifadəçilər tərəfindən böyük rəğbətlə qarşılanıb. /milli.az/

moderator.az
- İsrail Qəzza üçün humanitar missiyaları yenidən hədəfə aldı: flotiliya saxlanıldı - "Deutsche Welle"
İsrail Qəzza üçün humanitar missiyaları yenidən hədəfə aldı: flotiliya saxlanıldı - "Deutsche Welle"
İlahiyyatçıdan SOS: Din pərdəsi altında...

QMİ rəsmisi, ilahiyyatçı-alim Samid Quliyev mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb: “Son illərdə həm ənənəvi mediada, həm də sosial şəbəkələrdə ciddi narahatlıq doğuran bir tendensiya sürətlə yayılmaqdadır. Özünü “din adamı”, “seyid”, “molla”, “şeyx” kimi təqdim edən bəzi şəxslər falçılıq, cadugərlik və müxtəlif xurafat elementlərini din adı ilə cəmiyyətə sırımağa çalışırlar. Bu hal artıq sistemli bir problemə çevrilməkdədir və həm dini, həm də sosial-mənəvi baxımdan ciddi təhlükə mənbəyi kimi ortaya çıxır.
İslam dini açıq şəkildə falçılığı, qeybdən xəbər vermə iddiasını və sehr-cadu ilə məşğul olmağı qadağan edib. Qurani-Kərim və hədislər bu kimi əməlləri insanı haqq yoldan azdıran, onu Allaha təvəkküldən uzaqlaşdıran təhlükəli sapmalar kimi təqdim edir. Buna baxmayaraq bəzi şəxslər dini terminologiyandan və müqəddəs simvollardan sui-istifadə edərək bu qadağan olunmuş əməlləri “dua yazmaq”, “cadunu açmaq”, “qismət açmaq”, “bağlamaq” kimi ifadələrlə pərdələyir və sadə, inancına bağlı insanları aldatmaqdan çəkinmirlər".
İlahiyyatçının sözlərinə görə, bu cür fəaliyyətlərin cəmiyyətə vurduğu zərər çoxşaxəlidir: "Birincisi, bu şəxslər insanların inancını istismar edirlər. Çətin vəziyyətdə olan adamlar ümidlə bu “din adamları”na müraciət edir, lakin nəticədə həm maddi, həm də mənəvi istismara məruz qalırlar. İkincisi, bu hallar dinin nüfuzuna ciddi zərbə vurur. Xurafat və saxta dini praktikalar geniş yayıldıqca cəmiyyətdə dinə qarşı yanlış təsəvvür formalaşır. Nəticədə həqiqi din xadimləri ilə bu kimi sui-istifadəçilər eyni müstəvidə qavranılır ki, bu da ən böyük ədalətsizliklərdən biridir. Üçüncüsü, bu tendensiya elmi və tibbi yanaşmaları kölgədə qoyur. Bəzi hallarda insanlar real tibbi müalicədən imtina edərək bu cür şəxslərə üz tutur və bu, daha ağır fəsadlara bəzən isə geri dönməz nəticələrə səbəb olur”.
İlahiyyatçı bu problemin qarşısını almaq üçün bir sıra mühüm addımların atılmasının zəruri olduğunu vurğulayıb: “Təbliğat işi gücləndirilməlidir. İnsanlara dinin mahiyyəti düzgün izah edilməli, xurafatla həqiqi dini bilik arasındakı sərhəd aydın şəkildə göstərilməlidir. Bu istiqamətdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi məscid imamları ilə birlikdə müəyyən layihələr həyata keçirir və bu kimi işlərin daha da genişləndirilməsi vacibdir. Media məsuliyyət daşımalıdır. Reytinq xatirinə bu şəxslərin efirə çıxarılması, onların reklam olunması cəmiyyətə qarşı məsuliyyətsizlikdir. Dini institutlar daha fəal və prinsipial mövqe sərgiləməlidir. Cəmiyyətə doğru dini bilik çatdırılmalı, saxta “din adamları” açıq şəkildə ifşa olunmalıdır. Hüquqi nəzarət gücləndirilməlidir. İnsanları aldadan və bu yolla maddi qazanc əldə edən şəxslərin fəaliyyəti hüquqi müstəvidə ciddi şəkildə qiymətləndirilməlidir. Unutmamalıyıq ki, din insanı azad edən, ona ümid və mənəvi güc verən ilahi bir sistemdir. Onu xurafat və aldatma alətinə çevirmək isə həm dini dəyərlərə, həm də cəmiyyətə qarşı açıq xəyanətdir. Bu gün hər birimizin üzərinə düşən vəzifə aydındır: dini saf şəkildə qorumaq, onu sui-istifadə edənlərə qarşı maarifləndirici və prinsipial mövqe ortaya qoymaq. Çünki dinin adı ilə edilən hər bir yanlışlıq, əslində, dinin özünə vurulan ən ağır zərbələrdən biridir”.

moderator.az
- Elçin Əmirbəyov İtaliyada görüşlər keçirdi - FOTOLAR
Elçin Əmirbəyov İtaliyada görüşlər keçirdi - FOTOLAR
“Bunu, yalnız ən güclülər bacarır”
“Hərbi-sənaye kompleksini təkbaşına inkişaf etdirmək olduqca çətin bir işdir. Bu, həm çoxlu maliyyə vəsaiti, həm də böyük kadr ehtiyatı tələb edir. Buna görə də, milli hərbi sənayenin inkişafı təhlükəsizliyi təmin etməyin ən effektli yollarından biri hesab edilsə də, bunu təkbaşına yalnız ən güclülər – ABŞ, Çin və s. kimi ölkələr bacarır”.
Bunu Moderator.az-a açıqlamasında politoloq Zərdüşt Əlizadə bildirib. Ekspert qeyd edib ki, dünyada təhlükəsizliklə bağlı artan problemlər hərbi-sənaye kompleksinin inkişafını zəruri edir:
“Bu gün dünyada müharibə və münaqişələrin artdığı, təhlükəsizliklə bağlı təhdidlərin çoxaldığı göz önündədir. Bu isə dövlətləri müdafiə və təhlükəsizlik məsələsinə daha çox diqqət yetirməsini vacib edir. Bu mənada son illər Azərbaycanın hərbi-sənaye kompleksini inkişaf etdirmək üçün müəyyən addımlar atdığı göz önündədir. Əgər bu addımlar davamlı olarsa, o zaman bu məsələdə daha ciddi uğurlara nail olmaq mümkündür”.
Seymur ƏLİYEV

moderator.az
- Masazır sakinlərinə şad xəbər: Avtobuslar yenilənir
Masazır sakinlərinə şad xəbər: Avtobuslar yenilənir
Səməd Seyidov: "Okampo kimilərinin əməllərini indi Avropa ictimiyyəti də görməlidir"
Azərbaycandan tranzit keçməklə Ermənistana taxıl və gübrə yola salındı

moderator.az
- Helsinkidə Bəxtiyar Vahabzadənin yaradıcılığından danışıldı - FOTO
Helsinkidə Bəxtiyar Vahabzadənin yaradıcılığından danışıldı - FOTO

moderator.az
- "COP29 zamanı Azərbaycan mediasına çoxsaylı istinad edilib" - Natiq Məmmədli
"COP29 zamanı Azərbaycan mediasına çoxsaylı istinad edilib" - Natiq Məmmədli
Bakıda maşın piyada qadını vurdu - VİDEO

moderator.az
- Şəhid övladları imtahanda yüksək bal topladı - FOTO
Şəhid övladları imtahanda yüksək bal topladı - FOTO
Azərbaycan XİN Niderlandı təbrik etdi - FOTO

moderator.az
- Monqolustandan olan jurnalistlər Azərbaycana səfər barədə: Həyatımızdakı ən yaxşı səyahətlərdən biridir
Monqolustandan olan jurnalistlər Azərbaycana səfər barədə: Həyatımızdakı ən yaxşı səyahətlərdən biridir
Azərbaycanda səfərdə olmuş monqolustanlı jurnalistlər təəssüratlarını ölkənin müxtəlif media platformalarında dərc etdikləri materiallarda fəal şəkildə bölüşürlər.
Moderator.az xəbər verir ki, səfər çərçivəsində jurnalistlər Azərbaycanın zəngin mədəni irsi və müasir infrastrukturu ilə yanaşı, paytaxt Bakının hüdudlarından çox kənara çıxaraq regionların turizm potensialı ilə də tanış olublar.
"Urug" nəşrində dərc olunan materialın müəllifi oxuculara Azərbaycanın tarixi və səyahətlə bağlı təəssüratları barədə ətraflı danışıb. Onun sözlərinə görə, Bakı ilə ilk tanışlıq xüsusilə parlaq olub: şəhər təkcə memarlığı ilə deyil, həm də Şərq koloriti ilə müasir həyat ritminin ahəngdar şəkildə birləşdiyi atmosferi ilə heyran edib. İçərişəhər jurnalistdə xüsusi təəssürat bağışlayıb.
"Günün ən gözəl hissəsi Köhnə şəhəri ziyarətimiz oldu. Burada sanki zaman dayanıb. Ölkənin əsas simvollarından biri, şübhəsiz ki, nardır. Onu təzə, sıxılmış halda dadmaq olar. Sarayın (Şirvanşahlar - red.) girişi qarşısında bir gənc nar şirəsi satırdı və məni pulsuz qonaq etdi. Onun dadı hələ də damağımdadır", - o əlavə edib.

"Odlar yurdu" ilə daha yaxından tanış olmaq istəyən jurnalist marşrutunu paytaxtın hüdudlarından kənarda davam etdirib. O, qədim qayaüstü rəsmləri ilə tanınan Qobustanı, tarixi Şəkini, füsunkar Qəbələni və ölkənin cənub bölgəsi olan Lənkəranı ziyarət edib. O qeyd edir ki, bu məkanların hər biri Azərbaycanın zəngin tarixini, unikal təbiətini, qastronomik ənənələrini və yerli sakinlərin səmimi qonaqpərvərliyini əks etdirir: "Demək istəyirəm ki, siz mütləq Azərbaycana baş çəkməlisiniz. Bu, həyatınızdakı ən gözəl səyahətlərdən biri olacaq".
"Ulaanbaatar News" nəşrinin jurnalisti isə öz növbəsində Azərbaycana səfərindən aldığı zəngin təəssüratlarını bölüşür. O vurğulayıb ki, səhər otelin pəncərəsindən açılan mənzərə ilə başlayıb: onun qarşısında qədim memarlıq binalarından ibarət şəhər panoraması açılıb. Səfər çərçivəsində o, həmçinin Bakının hüdudlarından kənara çıxaraq Şəki və Qəbələni, eləcə də Yanardağ tarix-mədəniyyət və təbiət qoruğunu ziyarət edib.

"Bilirsinizmi ki, Azərbaycana "Odlar Yurdu" deyirlər? Bu ad təkcə tarix və mədəniyyət deyil, həm də təbii sərvətlər və geoloji quruluş baxımından odla sıx bağlı olan bir ölkədir. Bunu təsdiq edən yerlərdən biri Yanardağdır. Adı "yanan dağ" kimi tərcümə olunan bu yerdə dağın ətəyində təbii qaz sayəsində əbədi od yanır. Bu hadisə insanı gecə vaxtı xüsusilə valeh edir. Yanardağ Azərbaycanda odun ən parlaq rəmzlərindən biri sayılır və rəvayətə görə, artıq min illərdir yanır", - o qeyd edib.
"Graph" nəşrinin jurnalisti qeyd edib ki, hər bir kəs Azərbaycanda Qobustanı və palçıq vulkanlarını şəxsən ziyarət edərək, onları öz gözləri ilə görməli və onların zəngin tarixləri ilə daha yaxından tanış olmalıdır. /Report/

moderator.az
- Gəlini Milli Qəhrəmanın adını daşıyan nəvəsinin şəklini paylaşdı - FOTO
Gəlini Milli Qəhrəmanın adını daşıyan nəvəsinin şəklini paylaşdı - FOTO
Monqolustanda güclü zəlzələ oldu

moderator.az
- Aministya aktının icrası BAŞA ÇATDI - Qərar neçə min şəxsə şamil edildi?
Aministya aktının icrası BAŞA ÇATDI - Qərar neçə min şəxsə şamil edildi?
Benzin bahalaşacaq? - VİDEO

moderator.az
- Onları məmnun etmək mümkün deyil: Əgər sevgilinz bu BÜRCLƏRDƏNDİRSƏ, çətin anlar yaşayacaqsınız
Onları məmnun etmək mümkün deyil: Əgər sevgilinz bu BÜRCLƏRDƏNDİRSƏ, çətin anlar yaşayacaqsınız
Ağdaşda yaşlı kişi çayxanada öldü
Kür çayının aşağı axınına suyun buraxılmasına başlanıldı
Somalidə daha bir yük gəmisi qaçırıldı

moderator.az
- Tanınmış aktyorun məzarı baxımsızlıqdan bu hala düşdü - FOTOLAR
Tanınmış aktyorun məzarı baxımsızlıqdan bu hala düşdü - FOTOLAR
"Qarabağ"ın futbolçusuna ağır itki
Stilisti öldürən şəxslə bağlı YENİ QƏRAR
Tədqiqatçılar üçün laboratoriya avadanlıqlarının vahid rəqəmsal bazası yaradıldı
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən “Rəqəmsal Repozitariyaların İnkişafına Dəstək” layihəsi çərçivəsində laboratoriya avadanlıqları üzrə mərkəzi rəqəmsal repozitariya istifadəyə verilib.
Agentlikdən Moderator.az-a bildirilib ki, platformanın yaradılmasında əsas məqsəd ölkənin elmi və ali təhsil müəssisələrində mövcud olan laboratoriya avadanlıqları haqqında məlumatları vahid rəqəmsal bazada toplamaq və tədqiqatçılar üçün bu avadanlıqlara çıxışı asanlaşdırmaqdır. Bu platforma ölkənin elmi və ali təhsil müəssisələrində mövcud olan laboratoriya avadanlıqlarını vahid bazada birləşdirən ilk açıq çıxışlı rəqəmsal repozitariyadır.
Hazırda repozitariyada 29 müəssisəyə aid 2000-ə yaxın laboratoriya avadanlığı haqqında məlumat yerləşdirilib. Bazada avadanlığın adı, istehsalçı şirkəti və ölkəsi, istehsal ili, yerləşdiyi laboratoriya, şəkli, eləcə də avadanlığa məsul şəxs barədə məlumatlar təqdim olunur.
Layihə laboratoriya avadanlıqlarından daha səmərəli istifadə olunmasına, eyni avadanlığın müxtəlif qurumlar tərəfindən təkrar alınmasının qarşısının alınmasına və büdcə vəsaitlərinə qənaət edilməsinə töhfə verəcək. Eyni zamanda, platforma alim və tədqiqatçıların elmi fəaliyyətini dəstəkləməklə yanaşı, elmi, sənaye və korporativ müəssisələr arasında əməkdaşlıq imkanlarını genişləndirəcək.
Hazırda sistemdə yerləşdirilən məlumatlar davamlı olaraq yenilənir və genişləndirilir. Yaxın mərhələdə platformada elmi və ali təhsil müəssisələrinin elmi nəşrlərinin və tədqiqatçı profillərinin də yerləşdirilməsi nəzərdə tutulur.
İnventarında olan laboratoriya avadanlıqları haqqında məlumatları elmi ictimaiyyətlə bölüşmək istəyən sənaye və korporativ müəssisələr də layihəyə qoşula bilərlər.
Rəqəmsal repozitariyaya aşağıdakı keçid vasitəsilə daxil olmaq mümkündür: //dspace.eatda.edu.az/home.

moderator.az
- Azərbaycan millisi Dünya kubokunda 3 qızıl, 1 bürünc medal qazanıb - FOTO
Azərbaycan millisi Dünya kubokunda 3 qızıl, 1 bürünc medal qazanıb - FOTO

moderator.az
- "Sionizm məhv olmalıdır ki, İsrail qalsın..."- Məşhur Yəhudi tarixçi- "Haaretz"
"Sionizm məhv olmalıdır ki, İsrail qalsın..."- Məşhur Yəhudi tarixçi- "Haaretz"

moderator.az
- Ötən həftə 48 nəfər xilas edilib, 9 meyit aşkarlanıb - VİDEO
Ötən həftə 48 nəfər xilas edilib, 9 meyit aşkarlanıb - VİDEO
Azərbaycan elminə ağır itki - FOTO
Taekvondo üzrə yeniyetmələr arasında ölkə birinciliyi keçiriləcək
Avro və rubl bahalaşdı - MƏZƏNNƏ

Valyuta |
Məzənnə |

1 ABŞ dolları |
1,7000 |

1 Avro |
1,9935 |

100 Rusiya rublu |
2,2576 |

1 Avstraliya dolları |
1,2186 |

1 Belarus rublu |
0,5824 |

1 BƏƏ dirhəmi |
0,4628 |

100 Cənubi Koreya vonu |
0,1155 |

1 Çexiya kronu |
0,0819 |

1 Çin yuanı |
0,2489 |

1 Danimarka kronu |
0,2668 |

1 Gürcü larisi |
0,6335 |

1 Honq Konq dolları |
0,2169 |

1 Hindistan rupisi |
0,0181 |

1 İngilis funt sterlinqi |
2,3019 |

10 000 İran rialı |

1 İsveç kronu |
0,1845 |

1 İsveçrə frankı |
2,1660 |

1 İsrail şekeli |
0,5706 |

1 Kanada dolları |
1,2441 |

1 Küveyt dinarı |
5,5217 |

100 Qazaxıstan təngəsi |
0,3660 |

1 Qətər rialı |
0,4663 |

1 Qırğız somu |
0,0194 |

100 Macarıstan forinti |
0,5469 |

1 Moldova leyi |
0,0977 |

1 Norveç kronu |
0,1828 |

100 Özbək somu |
0,0141 |

100 Pakistan rupisi |
0,6088 |

1 Polşa zlotası |
0,4698 |

1 Rumıniya leyi |
0,3920 |

1 Serbiya dinarı |
0,0170 |

1 Sinqapur dolları |
1,3335 |

1 Səudiyyə Ərəbistanı rialı |
0,4532 |

1 SDR (IMF-in xüsusi borcalma hüquqları) |
2,3286 |

Türk lirəsi |
0,0378 |

Türkmənistan manatı |
0,4857 |

Ukrayna Qrivnası |
0,0386 |

Yapon yeni |
1,0675 |

Yeni Zelandiya dolları |
1,0009 |

Qızıl |
8031,1740 |

Gümüş |
129,9167 |

Platin |
3448,1015 |

Palladium |
2547,3055 |
Çində pulemyot və raketlərlə təchiz olunmuş dron yaradılıb

moderator.az
- Misli Premyer Liqası: “Turan Tovuz” “Zirə”ni, “Sabah” “Karvan-Yevlax”ı qəbul edir
Misli Premyer Liqası: “Turan Tovuz” “Zirə”ni, “Sabah” “Karvan-Yevlax”ı qəbul edir
Gənclərin 30 faizi unutqanlıqdan əziyyət çəkir

moderator.az
- İran XİN rəhbəri Sankt-Peterburqdadır: Putinlə görüşəcək
İran XİN rəhbəri Sankt-Peterburqdadır: Putinlə görüşəcək
Bakının bu küçələrində sıxlıq var - SİYAHI

moderator.az
- İran–Azərbaycan müharibəsi niyə baş vermədi? - "The National Interest" yazır ki...
İran–Azərbaycan müharibəsi niyə baş vermədi? - "The National Interest" yazır ki...
ABŞ-da fəaliyyət göstərən analitik platformada (The National Interest) dərc olunan “Why Azerbaijan and Iran Stepped Away from Confrontation” (Azərbaycan və İran niyə qarşıdurmadan geri çəkildi) adlı məqalə regionda baş verən proseslərə sistemli baxış təqdim edir. Məqalənin müəllifi beynəlxalq təhlükəsizlik məsələləri üzrə analitik Wilder Alejandro Sanchez-dir.
Bu yazının dərc olunduğu platforma təsadüfi deyil. Bu tip analitik mərkəzlər — beynəlxalq münasibətlərdə “think tank” adlandırılan beyin mərkəzləri — Qərb siyasi qərarvermə sisteminə birbaşa təsir edən strukturlardır.
Onlar siyasət formalaşdırmır, amma yön verir. Qərar qəbul etmir, amma çərçivə cızır. İctimai rəy yaratmır, amma onu istiqamətləndirir. Bu baxımdan belə məqalələr sadəcə analiz deyil. Bu, siqnaldır. Bu, xəbərdarlıqdır.
Məqalənin əsas tezisi aydındır: Azərbaycan və İran arasında gərginlik real idi, lakin tərəflər onu şüurlu şəkildə eskalasiyaya çevirmədilər.
“Several analyses expressed concern that the conflict would spill over into the Caucasus.” (Bir çox analitiklər münaqişənin Qafqaza keçə biləcəyindən narahat idi.)
Bu ehtimal təsadüfi deyildi. Çünki konkret hadisə baş verdi.
“On March 5, Iranian drones crossed into Azerbaijani territory and attacked the Nakhchivan International Airport.” (Martın 5-də İran dronları Azərbaycan ərazisinə daxil olaraq Naxçıvan Beynəlxalq Hava Limanına hücum etdi.)
Bu, artıq diplomatik gərginlik yox, hərbi insident idi. Üstəlik: “Another Iranian drone reportedly hit a school in Shakarabad.” (Digər İran dronu Şəkərabad kəndində məktəbi vurdu.)
Belə hadisələr adətən müharibəyə aparır. Amma bu dəfə fərqli oldu. “Thankfully, the incident in Nakhchivan did not escalate.” (Sevindirici haldır ki, Naxçıvan insidenti eskalasiyaya çevrilmədi.)
Sual yaranır: niyə? Cavab sadə deyil. Amma məqalə onu açıq göstərir. Azərbaycan hərbi yox, humanitar yol seçdi.
“To improve bilateral relations… Baku has sent hundreds of tons of humanitarian aid.” (Münasibətləri yaxşılaşdırmaq üçün Bakı yüzlərlə ton humanitar yardım göndərdi.)
Bu, emosional qərar deyil. Bu, strateji davranışdır. Və bu strategiyanın mərkəzində bir reallıq dayanır: “The presence of a large Azerbaijani community in Iran may have defused tensions.” (İranda böyük azərbaycanlı icmasının mövcudluğu gərginliyi azaltmış ola bilər.)
Bu cümlə sadə görünür. Amma bu, bütün regionun geosiyasi düsturudur. İran daxilində on milyonlarla azərbaycanlı yaşayır. Bu faktor Azərbaycan üçün sərhəddən daha böyük məsələdir.
Bu, daxili təhlükəsizlik məsələsidir. Bu, milli məsələdir. Bu, strateji məsələdir. Məqalə İran daxilində vəziyyətin nə qədər həssas olduğunu da göstərir.
“Iranian authorities restrict the use and teaching of the Azerbaijani language.”
(İran hakimiyyəti Azərbaycan dilinin istifadəsini və tədrisini məhdudlaşdırır.)
Bu, sadəcə mədəni məsələ deyil. Bu, potensial siyasi gərginlikdir. Daha təhlükəli ssenari isə müharibədən sonrakı mərhələ ilə bağlıdır.
Başqa bir siyasi təhlilçi Karim Sadjadpour açıq xəbərdarlıq edir: “After the war… the Islamic Republic’s mentality is kill or be killed.” (Müharibədən sonra İslam Respublikasının düşüncə tərzi “öldür və ya öldürül” olacaq.)
Bu, artıq proqnoz deyil. Bu, xəbərdarlıqdır. Bu model repressiyaların artması, etnik qruplara təzyiq, daxili sabitliyin zorla qorunması və bu kontekstdə azərbaycanlıların risk altına düşməsi deməkdir.
Bu mənzərə Azərbaycanın niyə hərbi eskalasiyadan qaçdığını izah edir. Bu, zəiflik deyil. Bu, strateji səbirdir. Bu, daha böyük böhranın qarşısını almaq cəhdidir.
Və ən vacib məqam budur: Bu yazı sadəcə bir analitik məqalə deyil. Bu, Qərb beyin mərkəzlərinin regiona baxışının xülasəsidir. Bu, gələcək risklərin xəritəsidir.
Bəli, Azərbaycan və İran arasında açıq müharibə yoxdur. Amma münasibətlər də normal deyil. Bu, səssiz qarşıdurmadır. Və bu qarşıdurma hələ bitməyib.
Bu mövzu ilə bağlı Qərb analitik mühitində formalaşan yanaşma kifayət qədər praqmatikdir. Beyin mərkəzləri və aparıcı media platformaları hesab edir ki, Azərbaycan–İran münasibətləri artıq klassik qonşuluq modelindən çıxaraq “strateji balans oyunu”na çevrilib. Bu yanaşmaya görə, Bakı açıq qarşıdurmadan qaçmaqla zəiflik yox, əksinə, çevik geosiyasi manevr nümayiş etdirir. Analitiklər vurğulayır ki, Azərbaycan eyni anda bir neçə xətt üzrə hərəkət edir — Qərblə enerji və təhlükəsizlik əməkdaşlığını dərinləşdirir, Rusiya ilə münasibətləri tam qırmır və İranla gərginliyi idarəolunan səviyyədə saxlayır. Bu isə onu göstərir ki, Bakı artıq reaktiv yox, proaktiv siyasət yürüdür.
İran analitik mühitində isə yanaşma daha çox ehtiyat və narahatlıq üzərində qurulub. Tehrana yaxın ekspert dairələri hesab edir ki, Azərbaycanın son illərdə güclənməsi və xüsusilə Qərblə yaxınlaşması regionda yeni güc balansı yaradır. Bu kontekstdə Cənubi Qafqazda Qərb təsirinin artması İran üçün strateji risk kimi qiymətləndirilir. Bununla belə, İran analitikləri bir məqamı da açıq etiraf edir: Azərbaycanla münasibətlərin tam şəkildə pozulması Tehran üçün daha böyük təhlükə yaradar. Çünki bu halda həm sərhəd təhlükəsizliyi zəifləyə bilər, həm də İran daxilindəki azərbaycanlı faktorunun idarə olunması daha mürəkkəb hala gələr.
Bu iki baxışın kəsişdiyi nöqtə isə maraqlıdır. Qərb deyir: Azərbaycan balans qurur. İran deyir: Azərbaycan güclənir.
Hər iki tərəf isə eyni şeyi qəbul edir: Azərbaycan artıq sadəcə qonşu dövlət deyil. O, regionda oyun qaydalarını dəyişən aktora çevrilir.
Bu mənzərəyə daha geniş kontekstdən baxanda isə başqa bir reallıq ortaya çıxır. Azərbaycan tədricən regionda yalnız balans yaradan yox, eyni zamanda yeni güc mərkəzi roluna yaxınlaşır. Bu, təkcə enerji resursları ilə bağlı deyil. Bu, coğrafiya, logistika, diplomatiya və siyasi manevr qabiliyyətinin cəminin nəticəsidir.
Qərb analitik mühitində artıq belə bir yanaşma formalaşır ki, Azərbaycan “keçid ölkəsi” statusundan çıxaraq “strateji platforma” statusuna keçir. Bu o deməkdir ki, Bakı təkcə marşrut deyil, qərarların verildiyi və formalaşdırıldığı məkana çevrilir.
İran tərəfi isə bu prosesi fərqli oxuyur. Tehranda hesab edirlər ki, Azərbaycanın güclənməsi təkcə iqtisadi məsələ deyil, həm də ideoloji və təhlükəsizlik müstəvisində təsir yaradır. Xüsusilə İran daxilində yaşayan on milyonlarla azərbaycanlı fonunda Bakı artıq sadəcə qonşu paytaxt deyil — alternativ cazibə mərkəzi kimi qəbul olunur. Bu isə İran üçün ən həssas nöqtələrdən biridir.
Məhz buna görə Tehran üçün dilemma yaranır: bir tərəfdən Azərbaycanla münasibətləri sərtləşdirmək istəyir, digər tərəfdən isə bunun doğura biləcəyi daxili nəticələrdən ehtiyat edir. Bu isə klassik geosiyasi paradoksdur.
Və bu paradoksun içində Azərbaycan öz mövqeyini gücləndirir. Nəticədə ortaya belə bir mənzərə çıxır: Azərbaycan artıq yalnız balans saxlayan dövlət deyil, yalnız enerji ixrac edən ölkə deyil, o, tədricən regionun siyasi çəkisini müəyyən edən aktora çevrilir və bu proses hələ başlanğıcdır...
Elbəyi Həsənli, Bakı
Əslən Bakıdan olan məşhur aktyor vəfat etdi

moderator.az
- Gələn geri dönmür: Tovuzdakı kəndin sirri nədir? - VİDEO
Gələn geri dönmür: Tovuzdakı kəndin sirri nədir? - VİDEO
Veriliş çərçivəsində kənd sakinləri ilə həmsöhbət olunub, onların gündəlik həyatı, sosial problemləri və kəndə bağlılıqları barədə fikirləri öyrənilib. Sakinlər əsas problemlərdən birinin içməli su çatışmazlığı olduğunu bildiriblər.
Sabiq icra başçısı vəfat etdi - FOTO

moderator.az
- 800 illik "gizli mürəkkəb"in möcüzəsi: "İncil"in itmiş sirləri tapıldı
800 illik "gizli mürəkkəb"in möcüzəsi: "İncil"in itmiş sirləri tapıldı
Sərbəst güləş millimiz 6-cı dəfə Avropa çempionu oldu
Tezliklə gözlənilməz mənbədən pul alacaq BÜRCLƏR
Astroloqlar deyirlər ki, maliyyə baxımından dönüş qaçılmazdır, amma bunun bir vacib şərti var.
Astroloqlar maliyyə dəyişiklikləri gözləməli olan bürcləri müəyyən ediblər. Onlar üçün yeni qazanc imkanları və ya gözlənilməz gəlir mənbələri açılacaq.
12-ci yer – Qız bürcü
Maliyyə məsələləri diqqət və ehtiyat tələb edəcək. Tez əldə edilən pula güvənməyin; sabitliyə diqqət yetirmək daha yaxşıdır.
11-ci yer – Tərəzi
Kiçik gəlir mümkündür, lakin xərcləri ödəməyəcək. İmpulsiv alış-verişlərdən çəkinmək vacibdir.
10-cu yer – Dolça
Pul görünə bilər, amma eyni zamanda tez yoxa çıxa bilər. Riskli maliyyə qərarlarından çəkinin.
9-cu yer – Oğlaq
Əlavə pul qazanmaq şansınız olacaq, amma daha çox səy göstərməli olacaqsınız. Nəticələr göz qabağında olacaq, amma dərhal yox.
8-ci yer – Xərçəng
Hədiyyə və ya bonus kimi xoş kiçik şeylər mümkündür. Lakin hələlik heç bir böyük maliyyə irəliləyişi gözlənilmir.
7-ci yer – Oxatan
Pul qazanmaq üçün gözlənilməz bir fürsət yaranacaq, amma onu əldən verməmək vacibdir. İntuisiya sizə doğru anı deyəcək.
6-cı yer – Qoç
Maliyyə vəziyyətiniz sabitləşəcək və əlavə gəlir əldə etmək mümkündür. Əsas odur ki, xərcləməyə tələsməyin.
5-ci yer – Buğa
Köhnə əlaqələr və ya yarımçıq iş vasitəsilə pul almaq şansınız var. Unudulmuş kimi görünən bir şey qəfildən sizi təqib etmək üçün geri qayıdacaq.
4-cü yer – Şir
Xüsusilə tanışlıqlar vasitəsilə xoş maliyyə sürprizləri mümkündür. Yeni təkliflərə açıq olun.
3-cü yer – Əqrəb
Pul gözlənilməz mənbədən - ən az gözlədiyiniz yerdən gələ bilər. Tez reaksiya vermək vacibdir.
2-ci yer – Balıqlar
Maliyyə uğuru əlinizin altındadır: bonus, hədiyyə və ya sərfəli təklif mümkündür. İntuisiyanıza etibar edin - bu sizi məyus etməyəcək.
1-ci yer – Əkizlər
Şanslılar arasında olacaqsınız. Pul gözlənilmədən - təsadüf, tanışlıq və ya qaçırılmaz bir fürsət səbəbindən peyda ola bilər. /Lent.az/

moderator.az
- Qalibaf Trampı əlindəki kartlarla öyünməməyə çağırdı...
Qalibaf Trampı əlindəki kartlarla öyünməməyə çağırdı...

moderator.az
- Türkiyə Superliqasında “Dezinformasiyaya qırmızı kart” mesajı - FOTO
Türkiyə Superliqasında “Dezinformasiyaya qırmızı kart” mesajı - FOTO
Türkiyə futbolunun ən böyük qarşılaşmalarından olan “Qalatasaray–Fənərbağça” derbisi bu dəfə yalnız meydandakı rəqabətlə deyil, həm də ictimai maarifləndirmə baxımından mühüm addımla yadda qalıb. Belə ki, Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin dezinformasiya ilə mübarizə şöbəsinə dəstək məqsədilə hər iki komandanın futbolçuları meydana xüsusi pankartlarla çıxaraq dezinformasiyanın ictimaiyyətə mənfi təsirlərinə diqqət çəkiblər.
Moderator.az xəbər verir ki, futbolçuların oyundan əvvəl nümayiş etdirdikləri “Yalana qırmızı kart, doğru məlumat, güclü cəmiyyət” və “Paylaşım üçün deyil, həqiqətə inan – dezinformasiyaya “dur” de” şüarları azarkeşlər və sosial media istifadəçiləri tərəfindən böyük rəğbət qazanıb.
İctimaiyyətlə Əlaqələr Departamentindən bununla bağlı verilən açıqlamada kampaniyanın idmanın birləşdirici gücü ilə geniş kütlələrə çataraq, saxta məlumatların cəmiyyətə zərərini vurğuladığı bildirilib.
Qeyd olunub ki, bununla sosial mediada yayılan əsassız xəbərlərin etimadı sarsıtdığı qeyd olunub və manipulyasiyalara qarşı “ictimai dayanıqlılığın” vacibliyi önə çəkilib. Hər iki klubun bu məsələdə ortaq mövqe sərgiləməsi isə problemin ümumi əhəmiyyətini bir daha göstərib.
İsrail Livanda “Hizbullah” obyektlərinə zərbələr endirib
İsrail ordusu Livanda “Hizbullah”a məxsus hərbi obyektlərə və raket mövqelərinə zərbələr endirdiyini açıqlayıb.
Moderator.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, hədəflər arasında raket buraxılış qurğuları, silah anbarları və hücum hazırlığı görən silahlı qruplar olub.
Əməliyyatın İsrail ərazisinə mümkün hücumların qarşısını almaq məqsədi daşıdığı qeyd olunub.
Putin Əraqçi ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcək
Rusiya Prezidenti Vladimir Putin İranın xarici işlər naziri Abbas Əraqçi ilə görüşəcək.
Moderator.az-ın məlumatına görə, bu barədə Kremlin sözçüsü Dmitri Peskov bildirib.
Görüşün yaxın günlərdə baş tutacağı qeyd olunur.
İranın Rusiyadakı səfiri Kazem Cəlali isə açıqlamasında bildirib ki, Əraqçi bazar ertəsi Moskvaya səfər edəcək.
Onun sözlərinə görə, səfər çərçivəsində Yaxın Şərqdəki mövcud vəziyyət və münaqişə ilə bağlı danışıqlar aparılacaq.

moderator.az
- "Dünya şəhərlərinin gələcəyi Bakıda müəyyən olunacaq" - Moldova mətbuatı
"Dünya şəhərlərinin gələcəyi Bakıda müəyyən olunacaq" - Moldova mətbuatı
"BMT-nin Ümumdünya Şəhər Forumu 2026-cı ilin mayında Bakıda qlobal urbanistika gündəmini formalaşdıracaq..."
2026-cı il mayın 17-dən 22-dək Bakı BMT-nin ən iri şəhərsalma platformalarından biri olan Ümumdünya Şəhər Forumu - WUF13-ə ev sahibliyi edəcək.
Moderator.az xəbər verir ki, bu barədə Moldovanın "noi.md" nəşri yazıb.
Bakı qlobal şəhərsalma debatlarının mərkəzinə çevrilir
Nəşr yazır ki, Bakı bu tədbirlə qlobal urbanistika gündəmində mühüm rol oynayacaq. Forumda Moldova Respublikasının da geniş nümayəndə heyəti ilə iştirak edəcəyi gözlənilir. Nümayəndə heyətinə bir sıra şəhərlərin merləri də daxil olacaq.
Bu il forumun əsas mövzusu "Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri" kimi müəyyən edilib və qlobal miqyasda artan mənzil böhranına diqqət çəkir. Açılışa az vaxt qaldığından hazırlıqlar sürətlə davam edir.
Bakı həmin günlərdə beynəlxalq ekspertlər, hökumət nümayəndələri və şəhər rəhbərlərinin əsas müzakirə platformasına çevriləcək. Forumda diqqət xüsusilə şəhərlərin gələcəyi, əlçatan mənzil siyasəti və dayanıqlı infrastruktur modellərinə yönələcək.
Ümumdünya Şəhər Forumunun mahiyyəti
BMT tərəfindən 2001-ci ildə yaradılan Ümumdünya Şəhər Forumu (WUF) sürətli urbanizasiya prosesinin yaratdığı sosial, iqtisadi, ekoloji və idarəetmə problemlərinin müzakirəsi üçün qlobal platforma rolunu oynayır. Hazırda dünya əhalisinin təxminən 45 faizi şəhərlərdə yaşayır və bu göstəricinin yaxın onilliklərdə daha da artacağı proqnozlaşdırılır.
Ekspertlərin fikrincə, WUF13-də əsas diqqət mənzil təminatı, şəhər təhlükəsizliyi və dayanıqlı urban inkişaf modellərinə yönələcək. Forum həm də Bakıda keçirilmiş COP29 iqlim konfransında başlanmış qlobal müzakirələrin davamı kimi qiymətləndirilir.
COP29 təcrübəsi və Bakının təşkilati modeli
Azərbaycan 2024-cü ildə COP29 iqlim konfransını yüksək səviyyədə təşkil etməklə böyük beynəlxalq tədbirlər üzrə təcrübəsini bir daha nümayiş etdirib. Tədbirdə 198 ölkədən nümayəndələr, on minlərlə iştirakçı, o cümlədən dövlət və hökumət başçıları, BMT rəhbərliyi və beynəlxalq təşkilatların təmsilçiləri iştirak ediblər.
Konfransın nəticəsi olaraq qəbul edilən qərarlar "Baku Climate Unity Pact (BAKU PACT) sənədində öz əksini tapıb və qlobal iqlim diplomatiyasında mühüm mərhələ kimi dəyərləndirilib. Bu təcrübənin WUF13-ün təşkilində də əsas baza rolunu oynayacağı bildirilir.
Qlobal gündəm və Bakının təqdim edəcəyi model
WUF13-ün əsas məqsədi hökumətləri, şəhər rəhbərlərini, beynəlxalq təşkilatları və ekspertləri bir araya gətirərək şəhərlərin gələcəyi ilə bağlı real və tətbiq oluna bilən həllər hazırlamaqdır. Tədbirə təxminən 30 min iştirakçının qatılması gözlənilir.
Forum çərçivəsində Bakı həm də "ağıllı şəhər", yaşıl enerji və ekoloji nəqliyyat sahəsində həyata keçirdiyi layihələri təqdim edəcək. Elektrik nəqliyyatı, mikromobillik həlləri və inteqrasiya olunmuş şəhər nəqliyyat sistemi xüsusi diqqət mərkəzində olacaq.
2050-ci ilə qədər dünya əhalisinin təxminən 70 faizinin şəhərlərdə yaşayacağı proqnozlaşdırılır. Bu baxımdan WUF13 şəhərlərin gələcəyini müəyyən edən ən mühüm qlobal platformalardan biri kimi qiymətləndirilir və Bakı bu qlobal müzakirənin əsas mərkəzinə çevrilir.

moderator.az
- Köhnə mənzillərin bahalaşması niyə səngidi? - VİDEO
Köhnə mənzillərin bahalaşması niyə səngidi? - VİDEO
Azərbaycanda mənzillərin təkrar bazarında bahalaşma səngiyib. Rəsmi statistikaya görə, 2026-cı ilin birinci rübündə 2025-ci ilin eyni dövrünə nisbətən ilkin mənzil bazarında qiymətlər 13.1 faiz artsa da, təkrar bazarda artım 8.1 faiz təşkil edib.
Halbuki xeyli müddətdir ki, mənzil bazarında hər iki növ üzrə artım eyni səviyyədə olurdu, hətta bəzən təkrar bazarda qiymətlərin daha çox artdığı müşahidə edilirdi.
Maraqlıdır, bəs təkrar bazarda qiymət artımının səngiməsi nə ilə bağlıdır?
Daşınmaz əmlak üzrə ekspert Elnur Azadov məsələni Baku TV-yə belə şərh edib: "Köhnə yaşayış fondu bazara uyğun qiymət formalaşdırıb - alıcılıq dinamikasına və alıcılıq qabiliyyətinə görə. Amma ilkin bazarda, yəni tikinti şirkətlərinin özlərinin satdıqları halda bunlar arasında rəqabət çox az olduğuna görə satışa çıxan əmlakların orta hesabla qiymətləri 10-12 faiz, bəzi hallarda 15 faiz real bazar qiymətindən yüksəkdir".
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc isə deyir ki, təkrar bazarda qiymət artımının səngiməsi köhnə mənzillərə tələbatın azalması ilə bağlıdır: "Əhalinin seçimində yeni tikililər təqribən 50-60 faiz aralığında daha çox üstünlük qazanıb. Bu, yeni tikililərin istismar müddətinin çox olmasından, köhnə tikililərin əksəriyyətinin öz istismar müddətini başa vurmasından, eyni zamanda ipoteka kreditləşməsi üçün daha çox yeni tikililərə müraciət edilməsindən irəli gəlir".
Ərdoğanla Tramp arasında telefon danışığı olub
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb.
Moderator.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.
Bildirilib ki, Ərdoğan söhbət zamanı Vaşinqtonda Ağ Ev müxbirlərinin şam yeməyində baş verən hücum cəhdi ilə əlaqədar Trampa başsağlığı verib.
Ərdoğan ABŞ-də baş verən silahlı hücum cəhdini pisləyib. Türkiyə prezidenti qeyd edib ki, baş verən hadisəni demokratiya və söz azadlığına qarşı yönəlmiş mənfur əməl kimi qiymətləndirir. O, yaralanan təhlükəsizlik əməkdaşına da şəfa diləyib.
Azərbaycanın daha 2 güləşçisi Avropa çempionu olub
Azərbaycanın sərbəst güləşçiləri Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında daha 5 medal qazanıblar.
Moderator.az xəbər verir ki, yarışın son günündə Ali Tsokayev (92 kiloqram) və Giorgi Meşvildişvili (125 kiloqram) Avropa çempionu olublar. Turan Bayramov (74 kiloqram) və Arseni Cioyev (86 kiloqram) finalda məğlub olaraq gümüş mükafata sahib çıxıblar.
Nürəddin Novruz (61 kiloqram) isə bürünc medal uğrunda görüşdə uduzaraq 5-ci yeri tutub.
Bununla da sərbəst güləşçilər Avropa çempionatını 6 medalla başa vurublar. Daha əvvəl İslam Bazarqanov (57 kiloqram) qızıl, Cəbrayıl Hacıyev (79 kiloqram) bürünc medal əldə edib.
Qeyd edək ki, Yunan-Roma güləşçilərindən Həsrət Cəfərov (67 kiloqram) və Qurban Qurbanov (82 kiloqram) Avropa çempionu olublar. Rəşad Məmmədov (55 kiloqram), Nihat Məmmədli (60 kiloqram) və İslam Abbasov (87 kiloqram) bürünc medal qazanıblar.
Qadın güləşində isə Jalə Əliyeva (57 kiloqram) və Günay Qurbanova (59 kiloqram) bürünc mükafatın sahibi olublar.
Azərbaycan boksçusu Dünya Kubokunda qızıl medal qazanıb
Braziliyanın Fos-du-İquasu şəhərində boks üzrə keçirilən Dünya Kubokunda final döyüşlərinə start verilib.
Moderator.az xəbər verir ki, Azərbaycan millisinin heyətində ilk olaraq həlledici görüşə Səidcəmşid Cəfərov çıxıb.
75 kq-da mübarizə aparan boksçumuz Tauan Silva (Braziliya) ilə gücünü yoxlayıb. Hər 3 raundu aktivinə yazan Cəfərov yekunda 5:0 (30:27, 30:27, 30:27, 29:28, 30:27) hesabı ilə qalib gələrək Dünya Kubokunun qızıl medalına yiyələnib və Braziliyada Azərbaycan himnini səsləndirib.
Qeyd edək ki, gecə saatlarında Sübhan Mamedov (50 kq) və Məhəmməd Abdullayev (+90 kq) də final görüşünə çıxacaq. Bir gün öncə isə Nəbi İsgəndərov (70 kq) bürünc medala yiyələnib.
“Qalatasaray” “Fənərbağça”nı məğlub etdi
Türkiyə Superliqasının XXXI turunda “Qalatasaray” və “Fənərbağça” komandaları üz-üzə gəlib.
Moderator.az xəbər verir ki, RAMS Parkda baş tutan qarşılaşma ev sahiblərinin qələbəsi ilə yekunlaşıb.
Baş hakim Yasin Kolun idarə etdiyi görüşdə qolları Viktor Osimhen (40), Barış Alper Yılmaz (67-ci dəq.-pen.) və Lukas Torreyra (83) vurublar.
Matçın 62-ci dəqiqəsində “sarı-qırmızılılar”ın qapıçısı Ederson ikinci sarı vərəqədən sonra qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub.
Bu nəticədən sonra xallarını 74-ə çatdıraraq liderliyini möhkəmləndirən “Qalatasaray” ikinci pillədə qərarlaşan “Fənərbağça” ilə fərqi 7-yə yüksəldib.

moderator.az
- Polşalı qadından sumqayıtlı sevgilisinə ağır ittihamlar: 25 min dollar necə yoxa çıxdı? - VİDEO