Normal view

moderator.az
- Putinin orqanları donuzunkularla əvəzlənəcək...-"The Wall Street Journal"
Putinin orqanları donuzunkularla əvəzlənəcək...-"The Wall Street Journal"

moderator.az
- "Mossad"ın ABŞ-dakı keçmiş casusu İsrailin Türkiyə ilə savaşının labüdlüyünü vurğuladı...
"Mossad"ın ABŞ-dakı keçmiş casusu İsrailin Türkiyə ilə savaşının labüdlüyünü vurğuladı...
"The Middle East Eye" qəzetinin məlumatına görə, ABŞ-dakı keçmiş İsrail casusu Conatan Pollard İrandan sonra İsrail təcavüzünün növbəti hədəflərinin Misir və Türkiyə olacağını proqnozlaşdırıb.
Moderator.az bu haqda "İslamnews" nəşrinə istinadla xəbər verir.
O, "Arutz Sheva" xəbər agentliyinin jurnalistinə verdiyi açıqlamada "Türklərlə işimizin iranlılarla olduğu qədər asan keçəcəyinə əmin deyiləm" deyib. "Çox güman ki, Türkiyəyə və ya Misirə qarşı olacaq növbəti müharibəyə hazırlaşmalıyıq. Fırtına yetişir" deyib Pollard.
O, həmçinin Türkiyənin dəstəklədiyi Suriya keçid hökumətinin İsrail ordusu tərəfindən işğal edilmiş torpaqları geri almasına mane olmağa çağırıb.
Türkiyənin "Strateji Düşüncə İnstitutu" saytının bu mövzuda məlumatında əlavə edilir ki, keçmiş "Mossad" agenti Pollard bu açıqlamaları verərkən Türkiyənin NATO üzvlüyünü də vurğulayıb:
“Mən Türkiyənin hərbi doktrinasını izləyirəm - onların Yaxın Şərqdə ən güclü ordusu var. Bir fırtına gəlir və onlar NATO üzvləridir. Daha da pisi, onlar NATO üzvüdürlər.
Buna görə də İrana mütləq həll etməli olduğumuz bir problem kimi baxıram və nə demək istədiyimi izah edəcəyəm. Qəzza da eyni şəkildə. Və "Hizbullah" da.
Niyə? Niyə mən indi buna aludə olmuşam? Çünki növbəti müharibəyə hazır olmalıyıq. Bu müharibə, yəqin ki, Türkiyə və Misirə qarşı olacaq”, - deyə o bildirib.
Zəruri arayış:

Conatan Pollard ABŞ-dan İsrailə məxfi məlumat ötürdüyünə görə 30 il ABŞ həbsxanasında cəza çəkib. O, 2015-ci ildə azadlığa buraxılıb, İsrail vətəndaşlığını alıb və 2020-ci ildə İsrailə köçüb. Həmin vaxt onu hava limanında Benyamin Netanyahu qarşılayıb.
Pollard Milli Təhlükəsizlik Naziri İtamar Ben-Qvirin silahdaşı və dostudur və Fələstin ərazilərində etnik təmizləmə çağırışlarını dəstəkləyib.
S.Laçın

moderator.az
- "İnsan və yeni reallıq": 2026-cı ildə süni intellekt dünyası necə dəyişir?" - Ekspert izah edir
"İnsan və yeni reallıq": 2026-cı ildə süni intellekt dünyası necə dəyişir?" - Ekspert izah edir
"Süni intellekt artıq gələcəyin texnologiyası deyil - o, gündəlik həyatın strukturuna çevrilib..."
Süni intellekt üzrə ekspert Sergey Mihel 2026-cı ili süni intellektin insan həyatına tam inteqrasiya mərhələsi kimi dəyərləndirir.
Moderator.az xəbər verir ki, bu barədə o, "sostav.ru" nəşrinə danışıb.
Onun fikrincə, əsas dəyişiklik təkcə texnologiyanın güclənməsi deyil, insan və maşın arasındakı sərhədin getdikcə silinməsidir.
Süni intellekt artıq "köməkçi" yox, komanda sistemidir
2026-cı ildə süni intellekt artıq sadə alət rolundan çıxıb və çoxagentli sistemlərə çevrilib. Şirkətlər bir model əvəzinə, müxtəlif sahələr üzrə ixtisaslaşmış İİ agentlərindən istifadə edir.
Bu agentlər ayrı-ayrı funksiyaları icra edir: marketinq strategiyası hazırlayır, kod yazır, logistikanı optimallaşdırır və sənədləri idarə edir. Ən vacibi isə onların bir-biri ilə koordinasiyalı şəkildə işləməsidir - insan isə daha çox nəzarətçi rolunda qalır.
"Deloitte" konsaltinq şirkətinin qiymətləndirilməsinə görə, süni intellekti inteqrasiya etməyən şirkətlər yaxın dövrdə 20-30 faiz məhsuldarlıq itkisi ilə üzləşə bilər. Bu isə süni intellekti artıq "seçim" yox, zərurətə çevirir.
Generativ süni intellekt - insan davranışına yaxınlaşan sistemlər
Generativ modellər 2026-cı ildə daha da inkişaf edərək insan üslubunu, emosional tonunu və məntiqini daha dəqiq təqlid etməyə başlayıb. Lakin mütəxəssislər vurğulayır ki, bu sistemlər hələ də şüura malik deyil - onlar yalnız öyrənilmiş nümunələri təkrarlayır.
Eyni zamanda istifadəçi davranışında da dəyişiklik var: insanlar artıq yalnız mətn generasiyası deyil, ardıcıl hekayələr, vizual seriyalar və kontekstual kontent yaradan modellərə üstünlük verir. Bu inkişaf yeni bir sual doğurur: süni intellekt tərəfindən yaradılan kontent nə dərəcədə "yaradıcılıq" sayılır və bu yaradıcılığın müəllifi kimdir?
Etika, məsuliyyət və fiziki süni intellektin yüksəlişi
Süni intellektin genişlənməsi ilə hüquqi və etik müzakirələr də kəskinləşib. Artıq bir çox ölkə süni intellekt tərəfindən yaradılan kontentin açıq şəkildə işarələnməsini tələb edir. Eyni zamanda manipulyativ və şüuraltına təsir edən sistemlərə qarşı məhdudiyyətlər gündəmə gəlir.
Ən çətin məsələlərdən biri məsuliyyət bölgüsüdür: əgər süni intellekt səhv qərar verib zərər yaradarsa, məsuliyyət kimə aiddir - istifadəçiyə, şirkətə, yoxsa sistemin özünə? Paralel olaraq "fiziki süni intellekt sürətlə inkişaf edir. Bu, sadəcə proqram deyil, real dünyada hərəkət edən robot sistemləridir. Onlar ətraf mühiti analiz edir, obyektləri tanıyır və dəyişən şəraitə uyğun qərar verə bilir.
Yeni reallığa adaptasiya dövrü
2026-cı ildə süni intellekt artıq ayrıca texnologiya deyil, real dünyanın struktur elementinə çevrilib. İnsan və maşın arasındakı əməkdaşlıq yeni bir mərhələyə keçib. Sergey Mihel hesab edir ki, əsas məsələ texnologiyanın qarşısını almaq deyil, onunla birlikdə yeni sosial, etik və iqtisadi balans yaratmaqdır.

moderator.az
- Məşhur pop ulduzu "Samsung" şirkətini məhkəməyə verib - FOTO
Məşhur pop ulduzu "Samsung" şirkətini məhkəməyə verib - FOTO
Məşhur britaniyalı müğənni, pop ulduzu Dua Lipa "Samsung Electronics" şirkətini məhkəməyə verib.
Moderator.az bildirir ki, bu barədə "Reuters" agentliyi məlumat verib.
Bildirilib ki, sənətçi şirkətin ən azı 15 milyon dollar təzminat ödəməsini tələb edib. Buna səbəb müğəninin şəklinin onun razılığı olmadan televizor qablaşdırmasında istifadə edilməsidir.
İddiada qeyd olunur ki, "Samsung" müğənninin şəklini pərakəndə satış üçün nəzərdə tutulan televizor qutularında yerləşdirib. İddiaçının fikrincə, bu, onun məhsulun reklamında iştirak etdiyi təəssüratını yaradıb.

Söhbət "Dua Lipa - Behind the Scenes Austin City Limits, 2024" başlığı verilən şəkildən gedir ki, müğənninin bu fotoya eksklüziv hüquqlarının olduğu iddia edilir.
Dua Lipanın vəkilləri həmçinin iddia edirlər ki, obrazın bu şəkildə istifadəsi brend qavrayışına təsir göstərə və istehlakçıları çaşdıra, məhsulun rəsmi şəkildə təsdiqləndiyi təəssüratı yarada bilər. İddiada sosial şəbəkələrdən olan skrinşotlar sübut kimi gətirilib, hansı ki, burada istifadəçilər qablaşdırmadakı təsviri müzakirə edirlər.
"Samsung" nümayəndələri məhkəmə prosesinin davam etdiyini əsas gətirərək, məsələ ilə bağlı şərh verməyiblər.
Tramp: İranla bağlı planım var, tam qələbə qazanacağıq
ABŞ Prezidenti Donald Tramp İranın təklifini qəbuledilməz adlandırıb və Tehranla bağlı konkret planının olduğunu bildirib.
Moderator.az xəbər verir ki, o, bunu Ağ Evdə çıxışı zamanı deyib.
“İranın təklifi qəbuledilməzdir. Mənim İranla bağlı planım var”, - ABŞ lideri bildirib.
Tramp onun strategiyasının mövcudluğunu şübhə altına alanlara isə sərt cavab verib: “Çoxları deyir: Onun planı varmı? Əlbəttə ki, mənim planım var. Mənim indiyə qədərki ən yaxşı planım var”.
Tramp vurğulayıb ki, təzyiq altında deyil və geri çəkilmək niyyəti yoxdur:
“Onlar düşünürlər ki, mən yorulacağam, bezəcəyəm və ya təzyiq altında qalacağam. Amma heç bir təzyiq yoxdur”.
Tramp ABŞ-ın nəticə əldə edəcəyini qeyd edib: “Biz tam qələbə qazanacağıq. Hətta nəzəri olaraq artıq hərbi baxımdan tam qələbə qazanmışıq”.
Türkiyə və Qətər XİN başçıları ABŞ-İran danışıqlarını müzakirə edib
Türkiyənin xarici işlər naziri Hakan Fidan Qətərin Baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdülrəhman Əl Sani ilə telefon danışığı aparıb.
Moderator.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
Məlumata görə, diplomatlar regiondakı son vəziyyət, həmçinin ABŞ ilə İran arasında davam edən danışıqların gedişi ətrafında fikir mübadiləsi aparıb.

moderator.az
- Ərdoğan: Türkiyənin Aİ-yə üzvlüyü məsələsi Brüsselin strateji yanaşması ilə əlaqədardır
Ərdoğan: Türkiyənin Aİ-yə üzvlüyü məsələsi Brüsselin strateji yanaşması ilə əlaqədardır
Türkiyənin İttifaqa qəbul olunmaması Ankara ilə bağlı deyil, Brüsselin gələcək baxışı və strateji yanaşması ilə əlaqədardır.
Moderator.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra çıxışında bildirib.
Ərdoğan vurğulayıb ki, Avropa İttifaqının qlobal siyasətdə güclü aktora çevrilməsi üçün Türkiyənin tamhüquqlu üzvlüyü vacibdir.
Onun sözlərinə görə, Türkiyənin daxil olmadığı bir Aİ-nin qlobal güc və cazibə mərkəzi olması çətindir.
Prezident həmçinin Aİ-yə çağırış edərək ikili standartlardan uzaq siyasət aparılmasını tövsiyə edib.
“Biz ehtiyac yarananda xatırlanan, lazım olanda qapısı döyülən, digər vaxtlarda isə kənara qoyulan bir ölkə deyilik və heç vaxt da olmayacağıq”, – deyə Ərdoğan əlavə edib.
İsrailin Livana endirdiyi hava zərbəsi nəticəsində azı 8 nəfər ölüb
İsrail Hərbi Hava Qüvvələrinin ölkənin cənubundakı Nəbatiyə şəhərinə endirdiyi zərbə nəticəsində Livan təhlükəsizlik qüvvələrinin azı 8 əməkdaşı ölüb.
Bu barədə Moderator.az NNA agentliyinə istinadən xəbər verir.
Məlumata görə, zərbə yerli administrasiya binasına endirilib. Xilasetmə işləri davam edir və qurbanların sayı arta bilər.
Əfsanəvi məşqçi Mirça Luçesku son mənzilə yola salındı
80 yaşında həyatla vidalaşan dünyaşöhrətli rumıniyalı futbol mütəxəssisi Mirça Luçesku öz vətənində son mənzilə yola salınıb.
Moderator.az xəbər verir ki, əfsanəvi məşqçi ilə vida mərasimi Rumıniyanın paytaxtı Buxarest şəhərindəki "Aziz Eleftherios" kilsəsində baş tutub.
Mərasimdən sonra tanınmış mütəxəssisin cənazəsi Bellu qəbiristanlığına aparılaraq orada torpağa tapşırılıb.
Qeyd edək ki, zəngin karyerası boyu Mirça Luçesku Türkiyənin "Qalatasaray" və "Beşiktaş", eləcə də Ukraynanın "Dinamo Kiyev" və "Şaxtyor Donetsk" kimi nəhəng klublarına rəhbərlik edib.
O, həmçinin Türkiyə və Rumıniya yığmalarının baş məşqçisi postunu tutub. Mütəxəssis çalışdırdığı komandalarla birlikdə çoxlu sayda titul qazanıb və beynəlxalq arenalarda mühüm nailiyyətlərə imza atıb.
Vaşinqtonun yeni planı üzə çıxdı
ABŞ İrana qarşı demək olar ki, radarlar tərəfindən çətin aşkarlanan bütün JASSM-ER tipli uzaqmənzilli raket ehtiyatını yerləşdirmək qərarına gəlib.
Moderator.az xəbər verir ki, "Bloomberg" agentliyi bu barədə vəziyyətlə tanış olan mənbəyə istinadən məlumat yayıb.
Agentliyin həmsöhbəti bildirib ki, martın sonunda ABŞ rəhbərliyi bu raketlərin Sakit okean regionundan ABŞ Mərkəzi Komandanlığının bazalarına və ya Böyük Britaniyanın Ferford bazasına köçürülməsi barədə əmr verib.
Mənbənin sözlərinə görə, hazırda ABŞ-nin sərəncamında 425 belə raket var. Halbuki İrana qarşı mümkün hərbi əməliyyatdan əvvəl onların sayı təxminən 2 300 idi. Bundan əlavə, 75 döyüş başlığının nasaz olduğu qeyd olunur.

moderator.az
- İranda 40-a yaxın universitet bombalanıb - 60 tələbə ölüb
İranda 40-a yaxın universitet bombalanıb - 60 tələbə ölüb
ABŞ və İsrailin fevralın 28-də İrana hücumları başlayandan bəri 30-dan çox universitet hədəf alınıb, 60 tələbə ölüb.
Moderator.az xəbər verir ki, bu barədə SNNTV məlumat yayıb.
"30-dan çox İran universitet bombardman edilib, 60 tələbə həlak olub", - məlumatda bildirilib.
Qeyd olunub ki, İranın elmi təsisatları hücumlara qarşı hökumətlə həmrəylik ifadə edir.
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı birgə hərbi əməliyyata başlayıb. Buna cavab olaraq İran İsrail ərazisinə raket zərbələri endirib. Bundan əlavə, İran qüvvələri Fars körfəzi ölkələrindəki Amerika hərbi bazalarına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bir sıra ölkələri öz hava məkanını müvəqqəti olaraq bağlayıb. Elə həmin gün İranın Ali rəhbəri Əli Xamenei ABŞ və İsrailin hücumları nəticəsində öldürülüb.
Günəşdə güclü partlayışdan sonra plazma buludu Yerə düşə bilər
Günəşdə bu gün baş verən ən yüksək sinifli - X1.5 partlayışından sonra ayrılan plazma buludu aprelin 1-i gecəsi Yerə düşə bilər.
Moderator.az TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş astronomiyası laboratoriyası və akademiyanın Sibir Bölməsinin Günəş-Yer Fizikası İnstitutu məlumat yayıblar.
"Vəziyyətin əhəmiyyəti nəzərə alınaraq ilkin və çox sürətli model hazırlanıb. Model göstərir ki, plazma buludu aprelin 1-nə keçən gecə Yerə yaxınlaşaraq onu kənardan əhatə edə bilər. Bu halda planet iki-üç gün Günəşdən gələn maddə axınının içində qalacaq. Ancaq istiqamətdə çox kiçik dəyişiklik olsa, bulud ya Yerə dəymədən yan keçə, ya da onun daha sıx mərkəzi hissəsi planetə çata bilər", - deyə məlumatda qeyd olunur.
Starmer İranın zərbələrindən sonra Qətərə dəstək verəcəyini bəyan edib
Böyük Britaniyanın Baş naziri Kir Starmer Qətərə dəstəyin davam edəcəyini bildirib.
Moderator.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi Starmerin ofisinə istinadən məlumat yayıb.
Məlumata görə, o, bu fikirləri Qətər əmiri Şeyx Təmim bin Həməd əl-Tani ilə telefon danışığı zamanı səsləndirib.
Starmer Qətərin enerji obyektlərinə endirilən İran zərbələrini pisləyib.
“Bu cür məsuliyyətsiz hücumlar regionu daha da dərin böhrana sürükləyə və bütün dünyada, o cümlədən Böyük Britaniyada hiss olunan ciddi iqtisadi nəticələri ağırlaşdıra bilər”, – deyə o bildirib.
Baş nazir əlavə edib ki, “Böyük Britaniya Qətəri və Fars körfəzindəki bütün müttəfiqlərini dəstəkləməyə davam edəcək”.

moderator.az
- ABŞ ordusu İrana qarşı əməliyyatın yeni görüntülərini yaydı - VİDEO
ABŞ ordusu İrana qarşı əməliyyatın yeni görüntülərini yaydı - VİDEO
ABŞ Silahı Qüvvələri İrana qarşı apardığı hərbi əməliyyatdan yeni görüntülər yayıb.
Moderator.az xəbər verir ki, görüntülər ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) "X" sosial şəbəkə hesabında paylaşılıb.
"Biz ölümcül və yüksəkdəqiqlikli zərbələrdən istifadə edərək, İranın ABŞ qoşunlarını və regional tərəfdaşlarını təhdid etmək imkanlarından məhrum edirik", - deyə paylaşımda vurğulanır.
İraqın hava məkanı bağlı qalacaq
İraqın hava məkanı aviasiya uçuşları üçün ən azı daha üç gün müddətinə qapalı olacaq.
Moderator.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Məlumata görə, hava məkanının bağlı qalma müddəti martın 13-də, cümə günü yerli vaxtla saat 12:00-dək (Bakı vaxtı ilə saat 13:00-a qədər) uzadılıb. Bildirilib ki, ABŞ və İsrail tərəfindən İrana qarşı hərbi əməliyyatların başladılması səbəbindən İraqın hava məkanı fevralın 28-də səhər saatlarında bağlanıb.
Xatırladaq ki, fevralın 28-dən Bəhreyn, Küveyt və İranın da hava məkanlarında uçuşlar dayandırılıb, Qətər isə öz səmasını gün ərzində yalnız bir neçə saatlıq qismən açıq saxlayır. Bununla yanaşı, BƏƏ və Suriyanın hava məkanlarında məhdudiyyətlər davam edir, İsrail ərazisi üzərindən uçuşlar isə mütəmadi olaraq dayandırılır.
ABŞ-İran danışıqları fasilədən sonra bərpa olunub
ABŞ və İran nümayəndə heyətləri arasında nüvə proqramı üzrə danışıqlar Oman diplomatlarının vasitəçiliyi ilə verilən qısa fasilədən sonra yenidən bərpa olunub.
Moderator.az xəbər verir ki, bu barədə "Al-Alam" telekanalı məlumat yayıb.
Tərəflər arasındakı müzakirələr üç saatdan çox müddətə dayandırılmışdı. IRIB agentliyinin verdiyi məlumata görə, bu fasilə nümayəndə heyətlərinin öz daxillərində məsləhətləşmələr aparması və növbəti addımları müəyyənləşdirməsi üçün götürülüb. Fasilə başa çatdıqdan sonra masa arxasına qayıdan tərəflər müzakirələri qaldığı yerdən davam etdirirlər.
ABŞ və İranın nüvə proqramı ilə bağlı apardıqları danışıqların üçüncü raundu fevralın 26-da İsveçrənin Cenevrə şəhərində start götürüb. Danışıqlarda əsas məqsəd tərəflər arasında yaranmış fikir ayrılıqlarını aradan qaldırmaq və nüvə sazişi ilə bağlı ortaq məxrəcə gəlməkdir.
Senator ABŞ prezidentini Xameneini məhv etməyə çağırdı

moderator.az
- "Hər şey yox olacaq, tezliklə dünyanın sonuna hazırlaşmalıyıq" - Aleksandr Duqin
"Hər şey yox olacaq, tezliklə dünyanın sonuna hazırlaşmalıyıq" - Aleksandr Duqin

moderator.az
- Norveç biatlonçularına maska qadağası qoyuldu - FOTO
Norveç biatlonçularına maska qadağası qoyuldu - FOTO
Norveç Biatlon Assosiasiyası Silvert Bakkenin ölümündən sonra idmançılarına hipoksik maskalardan istifadəni qadağan edib.
Moderator.az NRK telekanalına istinadən xəbər verir ki, bu barədə assosiasiyanın baş katibinin səlahiyyətlərini icra edən Emili Nordskanın açıqlamasında deyilir.
Bakkenin ölümü barədə 23 dekabr tarixində məlum olub. İdmançının cəsədi tapılarkən o, hipoksik maska taxmış vəziyyətdə olub.
Hipoksik maskalar yüksək dağlıq şəraitini imitasiya etmək üçün istifadə olunan qurğulardır.
Silvert Bakken 28 yaşında vəfat edib. O, üçqat Avropa çempionu idi.

Zelenski Trampın sülh planı üzrə referendum üçün şərt qoydu
"Ukrayna ABŞ-nin sülh planı üzrə referendum keçirməyə hazırdır, lakin bu, o halda baş verəcək ki, Rusiya 60 gün müddətinə atəşkəsə razı olsun".
Moderator.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "Axios" portalına müsahibəsində bildirib".
Ukrayna dövlət başçısı diqqətə çatdırıb ki, referendumun keçirilməsi ciddi siyasi, logistik və təhlükəsizlik məsələləri ilə bağlıdır. Buna görə də, Zelenski qeyd edib ki, səsvermənin hazırlanması və keçirilməsi üçün 60 günlük atəşkəs "minimum müddətdir". Prezident həmçinin əlavə edib ki, Rusiyanın Trampın planı ilə ümumiyyətlə razılaşıb-razılaşmayacağı hələ ona aydın deyil.
Lakin Ukrayna dövlət başçısı xəbərdarlıq edib ki, səsvermə Rusiyanın davam edən hücumları fonunda keçirilərsə, bu, pis nəticələnəcək.
Prezident diqqət çəkib ki, əgər təhlükəsizlik düşüncülərinə görə insanlar səs verməyə gəlməsələr, nəticə qeyri-legitim görünə bilər.
Venesuela ABŞ-ı tanker heyətini qaçırmaqda ittiham edib
Neft tankerinin heyəti beynəlxalq sularda ABŞ tərəfindən zorla qaçırılıb.
Moderator.az-ın məlumatına görə, bu barədə Venesuelanın vitse-prezidenti və karbohidrogenlər naziri Delsi Rodrigezin telegram kanalında dərc olunmuş hökumət kommunikesində bildirilir.
Qeyd olunur ki, gəmi Amerika tərəfi tərəfindən ələ keçirilib.
Sənəddə deyilir: "Venesuela Bolivar Respublikası, ABŞ hərbçiləri tərəfindən Venesuela nefti daşıyan daha bir özəl gəminin ələ keçirilməsini və oğurlanmasını, eləcə də heyət üzvlərinin zorla oğurlanmasını pisləyir".
Venesuela həmçinin hadisəni beynəlxalq hüququn kobud şəkildə pozulması adlandırıb.
Ölkə hakimiyyəti BMT və digər təşkilatlar vasitəsilə məsuliyyət daşıyanların cəzalandırılmasını tələb etmək niyyətində olduqları barədə xəbərdarlıq edib.
Rubio: ABŞ-ın xarici yardım üçün resursları məhduddur
ABŞ-ın digər dövlətlərə yardım göstərmək üçün ayıra biləcəyi resurslar məhduddur.
Moderator.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio bəyan edib.
O vurğulayıb ki, bu vəsaitlər ABŞ-ın milli təhlükəsizlik maraqlarına cavab verən məqsədlərə yönəldilməlidir.

moderator.az
- "Zelenskinin ərazilərlə bağlı bəyanatı Tramp planının iflası deməkdir" - "The Washington Post"
"Zelenskinin ərazilərlə bağlı bəyanatı Tramp planının iflası deməkdir" - "The Washington Post"
Sarkozi həbsxanada kitab yazmağa başlayıb
2007-2012-ci illərdə Fransa prezidenti postunu tutmuş həbsdə olduğu ilk gün kitab yazmağa başlayıb.
Moderator.az xəbər verir ki, bu barədə BFMTV sabiq prezidentin vəkili Jan-Mişel Darroya istinadən məlumat yayıb.
"O, idmanla məşğul oldu və kitabını yazmağa başladı", - vəkil bildirib.
Sarkozinin vəkili həmçinin sabiq dövlət başçısının cəzasını 9 kvadratmetrlik kamerada çəkdiyini deyib.

moderator.az
- “Qızılgül inqilabı” dönməzdi: Gürcüstanda yeni cəhd niyə baş tutmadı?
“Qızılgül inqilabı” dönməzdi: Gürcüstanda yeni cəhd niyə baş tutmadı?
İranda TARİXİ QƏRAR - Hicab qanunu ləğv edildi
Tramp: Putin qərar verməlidir
ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna sülh danışıqlarından danışıb.
Moderator.az xəbər verir ki, Ağ Evdə Polşa Prezidentini qəbul edən Tramp Putin üçün heç bir bəyanatının olmadığını bildirib.
"O, mənim mövqeyimi bilir. Qərar verməlidir. Ya razı qalacağam, ya da yox", - Tramp vurğulayıb.
ABŞ Prezidenti Putinin qərarından razı qalmayacağı təqdirdə, bunun nəticələrinin olacağını da qeyd edib.