Normal view

Dünən — 14 Avqust 2026

Namiq Ağayev:" Azərbaycanda kino çəkmək nisyə prosesdir" – <span style="color: #ff0000;">MÜSAHİBƏ</span>

– Mən həmişə buralardayam. Kinostudiyada. Nə vaxt istəsən, gəl, zəng vur, – onunla belə razılaşmışdıq. Birinci dəfədir ki, müsahibə üçün, az qala, gün və saat təyin etmədən yola çıxırıq.
 
İstidir. Günorta saatları. Fotoqrafımızla həmin istini, sözün bütün neqativ mənalarında, hiss edə-edə kinostudiya tərəfə qalxırıq. Telefonumu çıxarıb müsahibimə zəng vururam. Elə bu dəm, nəhayət, yol məşəqqətimiz bitir və özümüzü kinostudiyanın giriş qapısının düz yanındakı kafenin kölgəliyinə veririk.
 
– Mən sizi görürəm, keçin içəri, yaxşı çayımız var... – telefonun o biri ucundan səs eşidilir. Uzaqdan, lap uzaqdan isə bir nəfərin bizə əl yellədiyini görürəm.
 
Moderator.az rejissor, aktyor Namiq Ağayevin "Report"a müsahibəsini təqdim edir.
 
– 64 yaşınız var. Düzü, bu yaşı sizə vermək olmur, – müsahibimlə görüşüb yerimizi rahatlayırıq.
 
– Optimist adamam, hər şeyə optimist yanaşıram, ola bilsin, ona görədir.
 
– Hazırda hansı layihə üzərində işləyirsiniz?
 
– "Kinostudiya sakinləri". Bu, uzun illərdən sonra "Azərbaycanfilm"in ilk layihəsidir. İndi onun montaj mərhələsidir. Bədii-sənədli formada olan bir filmdir.
 
– Mövzusu barədə bir az geniş danışsaq...
 
– Danışaq da. Bilirsən, biz 40 ildən çoxdur, demək olar, burada yaşayırıq, – əllərini yana açıb kinostudiyanın ərazisini göstərir, – elə bil buranın sakinləriyik. Bu adamların hər birinin kinostudiyada öz otağı, məkanı, yeri-yurdu, bir sözlə, öz hekayəsi və tarixi var. Aktyor dostum Mahir Dərvişin həmişə əlində çəkic olardı, dekorator idi axı... Uzun illər "Azərbaycanfilm"də ölü dövr oldu, film çəkilişləri, demək olar ki, dayandı. Mahirdə də, bir növ, bu situasiya ilə bağlı ideya yarandı. Həmin çəkici götürür, düşür kinostudiyanın canına ki, bəs mən film çəkirəm. Hamı soruşur, nə haqqında: deyir, özümüz haqqında. Hamı da bu səsə səs verir, təmənnasız razılaşır. İş böyüyür, böyüyür, nəticə reallaşır.
 
– Çəkilişlər nə qədər vaxt aldı?
 
– Haradasa bir il. Keçən ilin yay aylarında başlamışdıq. Filmin post-prodakşn mərhələsinə Kino Agentliyi dəstək göstərir. Bilirsən, kinostudiya payız-qış aylarında çox soyuq olur, Mahirlə ikimiz elə eyni vaxtda xəstəxanaya düşdük, bir müddət orada yatdıq. Qəribədir, eyni vaxtda xəstəxanaya düşdük, elə eyni vaxtda da çıxdıq. İndi filmlə bağlı bircə son çəkiliş səhnəsi qalıb: Mahir bütün kino adamlarını toplayır, orada yaxşı bir çıxış edir...
 
– Premyeranı nə vaxta düşünürsünüz?
 
– Əslində, kino günü üçün nəzərdə tutmuşduq, amma alınmadı.
 
– Niyə?
 
– Kino Agentliyinin "deadline"ı ilə istehsalatın "deadline" məsələsi düz gəlmir. Tutaq ki, sən çəkilişə yayda başlayırsan, maliyyə isə qışda ayrılır, qışda başlayırsan, yayda ayrılır. Bu da çox ciddi axsamaya səbəb olur. Deyək ki, mən rejissoram, film xətrinə lap belə ac qala bilərəm, amma, məsələn, çəkiliş zamanı hansısa bir material lazımdırsa, onu necə alaq, necə əldə edək? Axı bunun üçün maliyyə mütləqdir.
 
– Bəs sistemdə bu boşluq niyə var?
 
– Mən rejissor olaraq bu şərtlər altında Azərbaycan kinosu üçün lazım olandan daha çox enerji xərcləyirəm, istəyim odur ki, kino sistemindəki hamı belə olsun, yəni hamı lazım olandan daha çox enerji xərcləməlidir. Vəssalam.
 
– Yəni dolayı yolla buna bir az da fərdi təşəbbüs demək olar.
 
– Bəli, məsələ də elə budur. Fərdi təşəbbüs göstərilməlidir. Bizdə, ümumiyyətlə, fərdi təşəbbüs göstərməmək sindromu var. Heç kəs lazım olandan artıq təşəbbüs göstərmək istəmir.
 
– Bu yaxınlarda feysbukda qonorarla bağlı gileyli bir statusunuzu da görmüşdüm.
 
– O başqa məsələ idi. Filmlərdən birində günlük rol oynamışdım, üç ay keçdi, qonorarım ödənilmədi. Məlum oldu ki, ödəmə film təhvil veriləndən sonra olmalıdır. Bu da o nəticəyə gəlir ki, Kino Agentliyinin film çəkməyi nisyə film çəkmək kimi bir şeydir. Yəni proses belə olmalı deyil, əslində.
 
Tutaq ki, biz post-prodakşn mərhələsi üçün dəstək udmuşuq. Amma bu maliyyənin üç-dörd ay sonra köçmə ehtimalı var. Axı bu zaman aralığı tempi azaldır.
 
– Mən belə başa düşürəm ki, Kino Agentliyinin bu sisteminin mənası odur ki, onlar istəyir, proses başlasın, başladığını görsünlər, sonra maliyyə köçürülsün.
 
– Bilmirəm, istənilən halda, bu, qeyri-operativlik yaradır və prosesi axsadır. "Kinostudiya sakinləri" filmi üçün "Azərbaycanfilm" kinostudiyasının bayrağı lazımdır. Onun da xərci haradasa 300 manat edir. Yaxşı bəs necə olsun? 300 manatı mən öz cibimdən verə bilmirəm axı. Lap mən bir yana, heç kəs bunu eləmir. Eləməməlidir. Biz də məcbur oturub gözləyirik ki, pul nə vaxt köçəcək. Mahir Dərviş ayağından əməliyyat olunmalıdır, sırf bu çəkiliş üçün əməliyyatı təxirə salmışıq. Yəni istehsalçının, yaradıcı heyətin fərd olaraq vəziyyəti nəzərə alınmır. Bizdə bu şey heç vaxt olmayıb. Ən adi misal, rejissor futbolçu kimi formada qalmalıdır, davamlı işləməlidir. Hüseyn Seyidzadəyə "Dəli Kür" kimi şedevrdən düz 9 il sonra başqa film verdilər. Yəni kiminsə fərd olaraq psixoloji durumu, motivasiyası düşünülməyib. Bayaq dedim, "Azərbaycanfilm"in bayrağını mən düz 3 aydır, gözləyirəm. Motivasiyadan düşürəm axı. İstəməsəm belə, düşürəm. Mən başqa bir layihə üzərində işləyirəm, nəticə etibarilə yayın bu istisində qalmışam aralıqda. Ora qaç, bura qaç, hazır bu biri layihəni başa vursam, arxayın digəri ilə məşğul olardım. Bütün bunları şikayət kimi demirəm, sadəcə, aşağı-yuxarı hamımız dostuq, tanışıq, istəyirəm ki, sistemin formatına bir baxılsın. Başqa tərəfdən, bu qədər şeyi deyirəm, deyirəm, axırda da düşünürəm, məsələn, "Yeddi oğul istərəm" kimi film çəkməmişəm ki, nəsə məsləhət verəm, durub mənə qulaq assınlar, nəzərə alsınlar.
 
– Ümumiyyətlə, deyirsiniz, neçə illərdir, kinostudiyadasınız, üstəlik, bu barədə film də çəkirsiniz. Son vaxtlar həm kinostudiyada, həm ümumi kino mühitində canlanma var elə bil.
 
– Təbii, müəyyən canlanma mövcuddur. Mən bu evin içindəyəm, lazımından artıq əziyyət çəkəcəyəm, bəli, istirahətimə az vaxt ayıracağam, axırı ortaya bir şey çıxaracağıq. Prosesə baxıram, az da olsa, mənim kimi fərdi məsuliyyət hiss edənlər var.
 
– Namiq bəy, bu yaxınlarda Azərbaycan Dövlət Televiziyası tərəfindən süni intellekt texnologiyası ilə Ağqoyunlu hökmdarı Uzun Həsən haqqında film çəkildi və nümayiş olundu. Necə düşünürsünüz, süni intellektlə film çəkmək ehtiyacdırmı?
 
– Bir vaxtlar deyirdilər, kino teatrı öldürəcək, məhv edəcək, nəticə nə oldu? Heç nə. Burada da eyni, süni intellektin öz yolu, xətti, kinonun öz yolu, xətti var. Mən burada hər hansısa böyük bir təhlükə görmürəm.
 
Uzağa getməyək, mən uzun illər Türkiyədə teatr fəaliyyəti göstərmişəm. Deməli, müziklların biri ilə məşğul olarkən xoreoqrafik həll üçün professional bir xanım dəvət eləmişdim. Baxdım ki, tamaşanı o qədər qəlibə otuzdurub ki, elə bil süni intellektlə hazırlanıb. Ürəyim sıxıldı, dedim, yox, burada qeyri-ritmiklik olmalıdır, hər şey bu qədər dəqiq, konkret qəlibdə ola bilməz. Yorucudur. Dedim, ay xanım, axı tamaşaçının ürəyi sıxılacaq bu qəlibdən. Mənə dedi ki, tamaşaçıdan mənə nə? Hə, bax elə məhz həmin nöqtədə bir qırılma hiss elədim, tamaşaçı üçün "mənə nə" demək nədir? Sən tamaşaçı üçün ölməlisən e, sən tamaşaçı üçün yıxılıb yerə gəbərməlisən. O sözdən sonra onun gördüyü iş lap gözümdən düşdü, nəticədə tamaşanı dağıtdım, demək olar, təzədən yığdım. İndi deyirsən, süni intellekt gəlir-filan, bax dediyim məqamlarda o özünü büruzə verir, həddindən artıq qəliblilik tamaşaçını yorur, o mənada, canlı düşüncənin yerini heç nə verə bilməz. Heç vaxt. Bəli, süni intellekt qrafik baxımdan çox böyük kömək edəcək, amma digər məsələlərdə onsuz da rejissorun işi aydındır: ssenarini təqib eləmək, aktyorla işləmək.
 
– Türkiyədəki fəaliyyətinizə toxundunuz, orada bir xeyli həm teatr, həm kino sektorunda çalışmısınız. İki sualım var: birincisi, niyə qayıtdınız Azərbaycana? İkincisi isə Türkiyə kino bazarı artıq çox böyük inkişaf yolu keçib, niyə onlardan lazımi səviyyədə nələrsə öyrənə bilmirik?
 
– Başlayaq birincidən, mən təbiətsevərəm. Trabzon, İstanbul, Antalya... Məsələn, əgər 300 il yaşamaq istəyirsənsə, get Antalyada yaşa. Yəni orada adama elə gəlir ki, vaxt donur, zaman hərəkət eləmir, mən gördüm ki, bir az da çox qalsam, əbədiyyətə qovuşacağam. O dərəcədə qəribə bir enerji var, vaxtın dayandığını hiss elədim, ürəyim sıxıldı. Başa düşdüm ki, davam edə bilməyəcəyəm, ona görə də qayıtdım.
 
İkinci sualına gəlincə, reklam. Reklam da elədir ki, əlavə izaha ehtiyacı yoxdur. Proses o qədər sürətlidir ki, orada aktyor-aktrisanın üzərində işləmək üçün zaman belə yoxdur. Mən Türkiyədə aktyor sənətindən seminar verəndə onlara deyirdim, çox hazırlaşmayın, bu adamı qəlibə salır. Məşhur rus və sovet rejissoru Konstantin Stanislavski güzgünün qarşısında işləməyi aktyora qadağan edirdi, çünki belə olan halda, aktyorun siması qəlibə düşür.
 
Türklərdə kino-serial prosesi artıq aktyor-aktrisaları, rejissorları, ümumən yaradıcı heyəti çox yorur. Lap çox yorur. Yəni bu adamların həyatı bu prosesin içində əriyib gedir, səhər saat 9-da servis götürüb aparır çəkiliş meydançasına, oradan çıxıb parti edirlər, İstanbul həyatı... Ondan sonra isə lap seçmə dostlarla ev partisi... Səhər də yenidən eyni. Standart bir ömür.
 
– Deyirsiniz, ömürləri kinoda keçir. Guya Azərbaycanda necədir ki? Bizdə də belədir də, sadəcə, onlar bunun müqabilində yaxşı qazanc əldə edirlər.
 
– Hə, sən baltanı lap dibdən vurursan... Haqlısan, bizdə isə eləcə ömürdən-gündən gedir, vəssalam. Ən böyük fərq budur. Amma mənim bu işdən əl çəkmək fikrim yoxdur, nə olur, olsun, motivasiyadan düşmürəm. Sadəcə, düşünürəm ki, artıq bizdə də mövzular strateji əhəmiyyətə malik olmalıdır.
 
– Mövzu demişkən, bu söhbət son illərin ən çox müzakirə edilən mövzusudur. Namiq bəy, bizim Qarabağ zəfəri barədə filmimiz varmı? İnsan hekayəsi baxımından deyirəm, məsələn, Vaqif Mustafayevin "Həyat, deyəsən, gözəldir" filmində nəzərdə tutduğum insan hekayəsi yoxdur, əslində. Hanı bəs bizim insan hekayələrimiz?
 
Namiq bəy siqaretindən son qullabı alıb söndürür, ardınca çaydan bir-iki qurtum alır. Yalnız ondan sonra hələ də cavab gözlədiyimin fərqinə varır və əllərini yana açır.
 
– Cavab yoxdur... Bu sualın cavabı yoxdur. Bilirsən, insan hekayəsi deyirsən ha, bax mən bununla razıyam, günü bu gün də bu mövzuda hərbçilərimizin çıxışlarına baxıram, dinləyirəm... Nə hekayələr var onların çıxışlarında... Bir-birindən tamamilə fərqli, ayrı xətt. Məmnuniyyətlə çəkərəm. Özü də kifayət qədər ssenarilər var, sadəcə, ikimərhələli komissiyadan keçmir, keçə bilmirlər, çünki proses çox çətindir. Məsələn, rejissor dostumuz Zamin Məmmədovun çox yaxşı bir ssenarisini oxumuşam: bir əsgərin başqa bir yaralı əsgəri döyüş meydanından çıxarması. Amma müsabiqə... Mən özüm keçən il narkomaniya ilə mübarizə mövzusunda ssenari verdim, inan heç pitçinqə belə çağırılmadım.
 
Başqa tərəfdən isə deyirik, insan hekayələri çəkilməlidir, vacibdir, razıyam, amma müharibənin özü də lazımdır axı. Cəbhə, cəbhənin içi, səngər, Şuşanın alınması, o əlbəyaxa döyüş, nə bilim, nələr, nələr. Bunları göstərmək lazımdır, əsgərləri dinlədikcə görürsən ki, təkrar olmayan necə mövzular var, səngər haqqında, düşmənlə münasibət haqqında. Yenə də deyirəm, hamısını məmnuniyyətlə çəkərəm.
 
– Namiq bəy, aktyorla işləməyə toxunduq bayaq. "Ol" filmini xatırlayıram, o filmin ab-havası çox qəribədir, hallüsinasiya-filan...
 
– O filmdə onsuz da iştirakçı az idi, elə biri özüm, biri həyat yoldaşım, biri dostum Fikrət Məmmədov. Çox iç-içə idik çəkiliş prosesində, ailə kimi. Kirayələdiyimiz yeri də elə ev kimi kirayələmişdik. Məsələn, təbrizli rəssam dəvət eləmişdik, o da elə o evdə qalırdı. Yəni hər şey orada idi, bütün proses bir məkanda. Mən bilirsən, teatr məktəbi keçmişəm, bunun aktyorla işləməyə çox böyük faydası var, ən əsası isə empatiya hissi. Mənə psixoloqlar demişdi ki, sənin xəbərin var, sən empatsan? Mən aktyorla iş prosesində özümdən çıxıram, oluram aktyorun yerində. Özümü onun kimi hiss edirəm, onun kimi düşünürəm. Digər məqam isə 17 yaşından döyüş sənəti ilə məşğul olmuşam, onda da istər-istəməz özünü rəqibin yerinə qoymalısan. Onu hiss eləmək, hərəkətlərini analiz eləmək baxımından bu çox vacibdir. Bir növ, vərdişdir məndə. Bütün bunlar birləşir və nəticədə aktyorla işləmək mənim üçün rahat olur.
 
Məsələn, bu şeylər bəzən sosial münasibətlərdə mənə mane olur. Ofisiant işləyən bir dostum deyir ki, məni heç itirib axtarmırsan. Mən bilirsən, onu niyə axtarmıram? Çünki düşünürəm, zəng edərəm, əlində sini olar, onu salar yerə. Başa düşürsən məni?
 
– Başa düşürəm. Yaxşı, bəs elə aktyor varmı ki, onunla işləmək sizin üçün çətin olsun?
 
– Çox nadir də olsa, var. Birincisi onu deyim ki, aktyor rejissoru hiss eləməməlidir. Stanislavski deyir ki, rejissor aktyorda əriməlidir. Mənim üçün də ən böyük nailiyyət odur ki, aktyor çəkilişin sonunda qayıdıb desin ki, sən guya mənimlə nə elədin ki? Aha! Deməli, alınıb, o mənə elə deyirsə, bu mənim üçün böyük nailiyyətdir, deməli, mən onda ərimişəm!
 
– Namiq bəy, dram rejissorluğundan Kukla Teatrına getməyiniz necə oldu?
 
– Birinci kursdan "Azdrama"da rejissor köməkçisi işləyirdim, diplom tamaşam "Səməndər quşu" ilin ən yaxşı tamaşası seçildi. Birdən-birə Vaqif Əlixanlı (Əməkdar mədəniyyət işçisi, yazıçı-dramaturq. 2024-cü ildə vəfat edib, – N.P) mənə dedi ki, Kukla Teatrı sənin üçün çox yaxşı olar. Əvvəl bunu özümə sığışdırmadım, elə bildim, təhqir olunuram. Dərk eləmirdim, sən demə, kukla teatr aləmində ən ali janr imiş. Xoşbəxtəm ki, orada 6 il baş rejissor kimi ürəyim istəyən formada işlədim. Bir sözlə, kukla oldu mənim həyatımın mərkəzi, bu gün də sevirəm, davam edirəm.
 
– Harada?
 
– Harada aktyorla işləsəm, özümdən asılı olmadan, ona kukla ünsürləri kimi yanaşıram. Kukla üçüncü fazadır, ora girdinsə, çıxış yoxdur.
 
– Bəs "Ol" teatrı yaratmışdınız, axırı necə oldu?
 
– Pandemiya və maddiyyat imkan vermədi, amma gənclər onu yenidən qurublar. Bilirsən, hər şeyin maddi-texniki bazası olmalıdır. Başqa tərəfdən isə, istər kino, istər teatrı yaşadan həm də festivallardır. Niyə? Çünki festival bazardır, bizdə festivallara yanaşma düzgün deyil. Festival elə gedib çıxış edib qayıtmaq demək deyil, sən uğurlu çıxış edirsənsə, səninlə müqavilə bağlanılır. Yəni proses belədir. Özü də bizdə festivalla bağlı bir tendensiya yaranıb, hamı festivala travma aparır. Dünya bu prosesi çoxdan keçib, üstündən də su içib, biz amma travma ilə festival fəth eləmək istəyirik. Bəli, müəyyən təbəqənin rəğbətini qazanmaq olar, amma bu kassa gətirmir, üstəlik, səni əmin edirəm, o festivaldakılar da bezib artıq. Travmadan beziblər. Bilirsən, bu artıq reseptdir: yaxşı əsər kütləvi olar. Homerdən tutmuş, Nizamiyə qədər, Gilqamışdan tutmuş Cek Londona qədər niyə uğurludur? Çünki kütləvidir. Kino dili ilə desək, kassa gətirən. Travma sənə necə kassa gətirə bilər axı? Dediyim kimi, festivaldakılar da bezib artıq. Ona görə bu yaxınlarda küçə həyatı yaşayan qız haqqında film yığıb apardı bütün mükafatları.
 
– "Anora".
 
– Hə, çünki beziblər, vallah. Mən İstanbulda soruşdum ki, kassa baxımından orta film hansıdır? Dedilər, "Leon". Qızıl ortadır bu film. Çünki həmişə mütəxəssislər deyir ki, ustad filmi həm kassa, həm də mükafat gətirməlidir. Ona görə Nuri Bilgə Ceylan kütləvi deyil.
 
– Nə əcəb serialda yoxlamırsınız özünüzü?
 
– O vaxt "Qızlar" adlı birini çəkmişdik, maliyyəsi çox məhdud idi, ona görə də nəticəsi yaxşı olmadı. Amma indi yorularam, mənə elə gəlir, bu yaşdan sonra ehtiyac yoxdur.
 
– "Axınla aşağı" filmində aktyor kimi çıxış eləmisiniz. Film uğurludur, amma rejissor Asif Rüstəmov nəsə belə düşünmür.
 
– Hə, çünki Asif sualtı çəkilişləri daha çox eləmək istəyirdi, olmadı. Ona görə bir az soyuq yanaşdı, ruhdan düşdü.
 
– Bəs aktyor kimi oynayanda rejissor tərəfiniz tutmur? Filmin rejissoru ilə toqquşma olmur?
 
– Yox, aktyor olanda rejissor tərəfimi öldürürəm, çünki belə eləməsəm, çəkilişə mane olar. Asif hətta mənim mimikalarıma qədər müdaxilə edirdi, özü istədiyi kimi görmək istəyirdi.
 
– Bəs əksi olanda necə? "Ol"da həm rejissorusunuz, həm aktyor.
 
– Bu lap rahat. Rejissor kimi kənardan özümü çox rahat görürəm, özüm özümə müdaxilə edə bilirəm.
 
– Bir dəfə komediya filmi çəkmisiniz – "İnterpapa".
 
– Hə, o da sifariş idi, ondan sonra çəkmədim. O film özü də əməlli başlı pul qazandı. Bilirsən, o filmi bir az da acığa düşüb çəkmişəm. Çünki mənə deyirdilər ki, ancaq fəlsəfə-fəlsəfə... Mən də o filmi çəkdim ki, buyurun, böyük məmnuniyyətlə komediya da çəkərəm. Çəkə bilərəm!
 
– İndi çəkərsiniz?
 
– Əlbəttə! Yumor fərqli və ləzzətli daddır. Əridə bilsən, faciənin də içində yumor detalını elə verərsən, ləzzət!
 
Beləcə bir də onda ayılıram ki, Namiq bəylə düz iki saatdan çoxdur ki, kinodan danışırıq. Əlbəttə, mən saata baxmasam, bu söhbət uzanar, uzanar və biz heç birimiz bundan narahat olmazdıq. Amma qonağın qonaq yeri var. Namiq bəy bizi, sözün əsl mənasında, kinostudiya sakini kimi qarşıladı, həmsöhbət oldu və yaddaşımızda unudulmaz bir ev sahibi kimi qaldı. Bundan artıq nə olsun?..

Sonsuzluqla bağlı hansı yanlış inanclar var? – <span style="color: #ff0000;">Səhiyyə Nazirliyinin mütəxəssisi açıqlayır</span>

Reproduktiv sağlamlıq təkcə hamiləlik, doğuş və sonsuzluq məsələlərini əhatə etmir. Müasir tibbi yanaşmaya əsasən, hormonal balans, həyat tərzi, immun sisteminin fəaliyyəti, ətraf mühit amilləri və metabolik proseslər reproduktiv sağlamlığın formalaşmasında mühüm rol oynayır. Bu baxımdan reproduktiv sağlamlıq insanın ümumi sağlamlığının vacib göstəricilərindən biri hesab olunur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ailə Planlanması Məsləhətxanasının mama-ginekoloqu Afət Ərəbova ilə reproduktiv sağlamlığa müasir tibbi baxış, bu sahədə geniş yayılmış yanlış təsəvvürlər və gələcəkdə reproduktiv sağlamlığı haqqında müsahibəni təqdim edirik.
- Reproduktiv sağlamlığın yalnız hamiləlik və doğuşla məhdudlaşmaması tibbi baxımdan nəyi dəyişir və niyə bu yanaşma vacibdir?
 
- Reproduktiv sağlamlığın yalnız hamiləlik və doğuşla məhdudlaşdırılmaması tibdə əsaslı düşüncə tərzi dəyişikliyi yaradır. Bu yanaşma göstərir ki, reproduktiv sistem yalnız bir funksiya üçün işləyən orqan deyil, bütün orqanizmin hormonal, metabolik və emosional sistemləri ilə sıx bağlı olan kompleks bir şəbəkədir. Bu baxışın ən vacib tərəfi ondan ibarətdir ki, reproduktiv sağlamlıq artıq yalnız “nəticə” (yəni hamilə qalmaq və ya qala bilməmək) kimi qiymətləndirilmir. Əksinə, orqanizmdə baş verən dəyişikliklərin erkən göstəricisi kimi qəbul edilir. Məsələn, menstrual tsiklin pozulması təkcə ginekoloji problem deyil, eyni zamanda qalxanabənzər vəzin disfunksiyası, xroniki stress və ya metabolik pozğunluğun ilkin siqnalı ola bilər. Bu səbəbdən müasir tibb reproduktiv sağlamlığı bütün ömür boyu davam edən ümumi sağlamlıq göstəricisi kimi dəyərləndirir.
 
- Hormonlar bədənin digər sistemləri ilə necə əlaqəlidir?
 
- Hormonlar orqanizmdə informasiya ötürən əsas biokimyəvi sistemdir və reproduktiv funksiyalar bu sistem tərəfindən tənzimlənir. Hipotalamus və hipofiz vəzi vasitəsilə göndərilən siqnallar yumurtalıq və digər reproduktiv orqanların fəaliyyətini idarə edir, lakin bu proses təkcə reproduktiv sistemlə məhdudlaşmır. Stress, yuxu rejimi, qidalanma və metabolik balans bu hormonal sistemə birbaşa təsir göstərir. Məsələn, xroniki stress reproduktiv hormonların ifrazını azalda, ovulyasiyanı isə gecikdirə bilər. İnsulin rezistentliyi yumurtalıq funksiyasını poza bilər, yuxu pozuntusu isə menstrual ritmin dəyişməsi ilə nəticələnər. Bu qarşılıqlı əlaqə göstərir ki, reproduktiv sağlamlıq bədənin ümumi fizioloji balansından ayrı düşünülə bilməz.
 
 - Reproduktiv sağlamlıqda həyat tərzinin rolu nədir?
 
- Həyat tərzi reproduktiv sağlamlığın ən mühüm təyinedici amillərindən biridir, çünki reproduktiv sistem orqanizmin enerji balansına çox həssasdır. Bədən enerji çatışmazlığı və ya xroniki stress vəziyyətində reproduktiv funksiyanı ikinci plana keçirə bilər. Xroniki stress hormonların davamlı yüksək qalmasına səbəb olaraq reproduktiv sistemi zəiflədə bilər. Qidalanma isə hüceyrə səviyyəsində vacib rol oynayır. Dəmir, sink, fol turşusu və D vitamini kimi mikroelementlər və vitaminlər hormon sintezi və reproduktiv hüceyrələrin inkişafı üçün əsasdır. Bu maddələrin uzunmüddətli çatışmazlığı reproduktiv potensialın tədricən azalmasına səbəb ola bilər.
 
- İmmun sistemi reproduktiv sağlamlıqla necə əlaqəlidir?
 
- İmmun sistemi ilə reproduktiv sistem arasında incə və dinamik qarşılıqlı əlaqə mövcuddur. Hamiləliyin erkən mərhələsində immun sistem embrionu yad toxuma kimi rədd etməmək üçün xüsusi tolerantlıq formalaşdırır. Bu balans pozulduqda implantasiya prosesi çətinləşə və erkən hamiləlik itkisi baş verə bilər. Həddindən artıq immun aktivlik embriona qarşı aqressiv reaksiya yaradaraq uğurlu hamiləliyin qarşısını ala bilər. Digər tərəfdən, zəif immun cavab infeksiyalara qarşı müdafiəni azaldaraq reproduktiv orqanlarda problemlərə yol aça bilər. İmmun disbalans həmçinin endometrioz və digər xroniki iltihabi xəstəliklərlə əlaqələndirilir. Sitokinlər və immun hüceyrələr hormonal proseslərlə qarşılıqlı təsirdə olaraq reproduktiv funksiyaları tənzimləyir. Bu qarşılıqlı təsir həm menstrual tsiklin, həm də hamiləliyin davamlılığı üçün vacibdir. Buna görə reproduktiv sağlamlıq immun sistemin düzgün və balanslı işləməsindən birbaşa asılıdır.
 
- Sonsuzluq və cinsi aktivliklə bağlı ən çox rast gəlinən yanlış təsəvvürlər hansılardır və bunlar nə kimi nəticələrə gətirib çıxarır?
 
- Bu mövzu ətrafında yayılan yanlış inanclar çox vaxt gec diaqnoz və düzgün olmayan qərarlarla nəticələnir. Ən geniş yayılmış fikirlərdən biri reproduktiv qabiliyyətin yalnız müəyyən yaşda birdən-birə azalmasıdır, halbuki bu proses tədricən gedir. Digər yanlış təsəvvür menstrual tsiklin nizamlı olmasının tam reproduktiv sağlamlıq göstəricisi hesab edilməsidir. Əslində ovulyasiya pozğunluqları zahirən normal menstrual tsikllərdə də mövcud ola bilər. Cəmiyyətdə sonsuzluğun əsasən qadınla əlaqələndirilməsi də yanlışdır, çünki kişi faktoru da eyni dərəcədə rol oynayır. Bəzi insanlar düşünür ki, cinsi aktivliyin tezliyi avtomatik olaraq hamilə qalma ehtimalını artırır, lakin zamanlama və bioloji faktorlar daha həlledicidir. Həmçinin qorunma üsullarının uzunmüddətli istifadəsinin sonsuzluğa səbəb olduğu fikri elmi əsaslara söykənmir. Digər bir yanlış inanc həyat tərzi dəyişikliklərinin bütün problemləri qısa müddətdə həll edə biləcəyidir. Halbuki bəzi hallar hormonal, genetik və ya anatomik səbəblərlə bağlı olur və tibbi müdaxilə tələb edir. Bu kimi yanlış təsəvvürlər məlumatlı yanaşmanı gecikdirərək müalicə imkanlarını məhdudlaşdıra bilər.
 
- Gələcəkdə reproduktiv sağlamlıq necə inkişaf edəcək?
 
- Gələcəkdə reproduktiv sağlamlıq daha çox fərdiləşdirilmiş və qabaqlayıcı yanaşma üzərində qurulacaq. Əsas məqsəd problemləri müalicə etməkdən çox, onların yaranma riskini əvvəlcədən müəyyən etmək olacaq. Hormonal izləmə sistemləri, genetik analizlər və metabolik göstəricilər bir araya gətirilərək hər bir insan üçün fərdi reproduktiv profil formalaşdırılacaq. Rəqəmsal sağlamlıq texnologiyaları və geyilə bilən cihazlar real vaxtda məlumat toplayaraq davamlı monitorinq imkanı yaradacaq. Süni intellekt bu məlumatları analiz edərək riskləri erkən mərhələdə aşkar etməyə kömək edəcək. Bu isə sonsuzluq, hormonal pozğunluqlar və digər problemlərin daha erkən müdaxilə ilə idarə olunmasını mümkün edəcək. Eyni zamanda uzaqdan tibbi xidmətlər daha geniş yayılaraq əlçatanlığı artıracaq. Genetik skrininq vasitəsilə sağlam nəsil planlaşdırılması daha informasiyalı şəkildə aparılacaq. Nəticədə bu sahə reaktiv müalicədən aktiv idarəetmə və profilaktikaya doğru transformasiya olunacaq.
Sırağagün

Prezident mühüm məlumatları AÇIQLADI:Praktiki işlər başlanacaqdır — MÜSAHİBƏ

Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verib.Oxu24.com  müsahibəni təqdim edir:Jurnalist: Xoş gördük, cənab Prezident. Əvvəlcə sıx qrafikinizə rəğmən, müsahibəyə vaxt ayırdığınız üçün təşəkkür etmək istərdim. İcazənizlə, suallara keçərdik.Prezident İlham Əliyev: Buyurun.Jurnalist: Bu Sizin Naxçıvana 17-ci səfərinizdir və bu səfər çərçivəsində də olduqca mühüm tədbirlərə şahidlik etdik. Ümumilikdə səfərin təfərrüatlarını, yekunlarını və nəticələrini necə qiymətləndirmək olar?Prezident İlham Əliyev: Əslində, səfərim və səfər zamanı iştirak etdiyim tədbirlər özlüyündə bir göstəricidir. Bir daha göstərir ki, Naxçıvan Muxtar Respublikası hərtərəfli inkişaf edir. Qeyd etdiyiniz kimi, mən Prezident kimi 17-ci dəfədir ki, Naxçıvana səfər edirəm və hər səfərimin də böyük mənası və gözəl nəticələri vardır.Bu illər ərzində bir çox önəmli layihələr icra olundu, Naxçıvanın ümumi inkişafı təmin edildi. Bugünkü tədbirlər də bir növ görülən işlərin davamıdır və təbii ki, bundan sonra da lazımi qərarlar veriləcək və Naxçıvanın sürətli sosial-iqtisadi inkişafı təmin ediləcək.Bu illər ərzində, əlbəttə ki, ilk növbədə Naxçıvanın müdafiə potensialının gücləndirilməsi məsələsi prioritet məsələlər sırasında idi. Bu istiqamətdə də böyük işlər görüldü və bu gün bayrağın təqdimetmə mərasimində bir daha Naxçıvanın hərbi gücü özünü göstərdi, həm texnika ilə təchizat, - özü də ən müasir texnika ilə, – həm də yeni komando qüvvələrinin yaradılması. Bu da Azərbaycan Silahlı Qüvvələrində son vaxtlar müşahidə olunan mənzərədir.Bildiyiniz kimi, Naxçıvanda mənim Sərəncamımla Əlahiddə Ordu yaradılmışdır. Bu ordu, təbii ki, Azərbaycan Silahlı Qüvvələrinin ayrılmaz tərkib hissəsidir. Ancaq Naxçıvanın spesifikası, coğrafiyası, Azərbaycanla, Azərbaycanın əsas hissəsi ilə coğrafi bağlantısının olmaması, əlbəttə ki, bu diyarın - muxtar respublikanın təhlükəsizliyinə daha böyük diqqət göstərməyimizə gətirib çıxardı və bu, daim belədir. Ona görə bu, birinci şərtdir. Bu gün qeyd etdiyim kimi, Azərbaycan Silahlı Qüvvələri bölgədə söz sahibidir. O cümlədən Naxçıvanda hərbi potensial gündən-günə gücləndirilir və gücləndiriləcək.Digər tədbirlərə gəldikdə, əlbəttə ki, burada xüsusilə iş yerlərinin yaradılması ilə bağlı görülən və görüləcək işləri qeyd edə bilərəm. Bu gün Naxçıvan Sənaye Parkının təməli qoyuldu. Azərbaycanda mənim göstərişimlə bir çox sənaye parkları yaradılmışdır və onların arasında ərazi nöqteyi-nəzərindən Naxçıvan Sənaye Parkı Sumqayıt Sənaye Parkından sonra ikincidir. Dediyim kimi, təməl daşı qoyuldu və əminəm ki, tezliklə bu Sənaye Parkında artıq praktiki işlər başlanacaqdır.Eyni zamanda, bu Parkın tərkib hissəsi olaraq 300 meqavat gücündə istilik elektrik stansiyası inşa ediləcək. Onu bildirməliyəm ki, bu gün Naxçıvanın generasiya gücü təqribən 200 meqavatdır. Təkcə bir stansiya bunu 1,5 dəfə artıracaq. Təbii ki, bu stansiyanın iki məqsədi var: birincisi, Naxçıvan Muxtar Respublikasını dayanıqlı enerji ilə təmin etmək, ikincisi, ixrac məsələləridir.Bu gün yerləşdiyimiz regionda əgər elektrik enerjisi ilə problemi olmayan nadir ölkələr varsa, Azərbaycan onların sırasında birincidir. Çünki bu və ya digər səbəblər üzündən bölgəmizdə enerji böhranı yaşanmaqdadır və bu böhran dərinləşə bilər. Həm bölgəmizdə gedən müharibələr, həm artan risklər, enerji daşıyıcılarının nəqli ilə bağlı nəqliyyat zəncirlərinin qırılması və digər amillər. İstisna edilmir ki, gələcəkdə yeni xoşagəlməz hadisələr baş verməsin. Ona görə burada Azərbaycanın xüsusi rolu danılmazdır. Biz elə etməliyik ki, Naxçıvanın davamlı və dayanıqlı enerji təminatı heç vaxt pozulmasın.Bu məqsədlər üçün vaxtilə yenə də mənim təşəbbüsümlə biz İran İslam Respublikası ilə qaz mübadiləsi sazişini imzaladıq. Bu sazişə əsasən, İrandan Azərbaycana qaz kəməri çəkilmişdir və eyni zamanda, Azərbaycanın Astara rayonundan İran ərazisinə qaz nəqli təmin edilmişdir. Yəni biz Naxçıvanı mübadilə yolu ilə 100 faiz qazla təmin etdik.Bununla paralel olaraq, qazlaşmanı apardıq. Artıq neçə ildir ki, - təqribən deyə bilərəm, bəlkə 15 il, bəlkə ondan da çox, - Naxçıvanda qazlaşma 100 faizdir. Azərbaycanda ümumilikdə qazlaşmanın səviyyəsi 96 faizdir, bu da çox böyük rəqəmdir. Ancaq Naxçıvanda bu, artıq 100 faizdir. Yəni bu da enerji təhlükəsizliyinə yönəlmiş bir addım idi.Burada bir çox su və Günəş elektrik stansiyaları, modul tipli elektrik stansiyası inşa edilmişdir. Yəni enerji təhlükəsizliyi fiziki təhlükəsizlikdən sonra ikinci vacib amildir. Bu gün dediyim kimi, həm 300 meqavat gücündə istilik elektrik stansiyasının təməli qoyuldu və 50 meqavat gücündə iki Günəş elektrik stansiyasının tikintisi ilə tanış oldum.Naxçıvanda Günəş enerjisinin potensialı çox böyükdür. Aparılan monitorinq və dəqiq təhlil əsasında Günəş elektrik enerjisinin istehsalı üçün Azərbaycan ərazisində ən əlverişli məkan Naxçıvandır. Buna görə artıq 600 hektardan çox ərazi müəyyən edildi və orada yüzlərlə meqavat gücündə Günəş elektrik stansiyaları inşa ediləcək.Sevindirici hal ondan ibarətdir ki, bizdə bərpaolunan enerji növlərinin yaradılması ilə bir qayda olaraq, özəl sektor məşğuldur. Mənə bu gün təqdim edilən məlumat onu göstərir ki, bu layihələr iqtisadi cəhətdən, yəni gəlirlilik nöqteyi-nəzərindən investorlar üçün cəlbedicidir.Yəni burada həm Azərbaycanda investisiya iqliminin müsbət olması, eyni zamanda, bərpaolunan enerji növlərinin inkişafına dövlət dəstəyi və bütövlükdə bizim artan potensialımız, o cümlədən ixrac imkanlarımız mühüm rol oynayır. Çünki qeyd etdiyim kimi, bu gün Naxçıvan elektrik enerjisi ilə təminat baxımından tam sığortalıdır.Dediyim 200 meqavat generasiya gücü Naxçıvanın bugünkü tələbatından artıqdır. Amma biz gələcəyə baxmalıyıq. Naxçıvanın sürətli inkişafı davam etdiriləcək, o cümlədən Dövlət Proqramının icrası nəticəsində. Bu Proqram da mənim Sərəncamımla qəbul edilmişdir. Naxçıvandan çox böyük həcmdə elektrik enerjisinin ixracı da nəzərdə tutulacaq.Digər vacib sahə, – yəni o sahə də bu gün səfərimin proqramında öz əksini tapmışdır, – Naxçıvanın tarixi-mədəni abidələrinin qorunmasıdır. Bildiyiniz kimi, Naxçıvan çox zəngin tarixə və mədəniyyətə, o cümlədən memarlıq mədəniyyətinə malikdir. Naxçıvan qədim Atabəylər dövlətinin paytaxtı olub və o dövrə, ondan sonrakı dövrə aid olan bir çox abidələr dünya əhəmiyyətli abidələrdir.Möminə xatun məqbərəsinin bərpası ilə bağlı görülən işlər bu gün mənə təqdim edildi. Eyni zamanda, digər tarixi-mədəni obyektlərin konservasiyası, qorunması və bərpası nəzərdə tutulur. Möminə xatun məqbərəsinin müəllifi məşhur naxçıvanlı memar Əcəmi Naxçıvaninin şərəfinə abidə ucaldıldı. O abidənin arxasında onun ölməz əsəri Möminə xatun məqbərəsi yerləşir.Bütün bu məsələlər böyük əhəmiyyət daşıyır. Çünki təbii ki, sosial-iqtisadi inkişaf, enerji təhlükəsizliyi vacib məsələlərdir. Ancaq bütün bu görülən işlərin təməlində bizim milli kimliyimiz dayanır, milli ruhumuz dayanır, mədəniyyətimiz, dilimiz, ədəbiyyatımız, tariximiz dayanır. Azərbaycan xalqı xoşbəxt xalqdır. Biz tariximizlə, mədəniyyətimizlə, görkəmli şəxsiyyətlərimizlə fəxr edə bilərik.Naxçıvan, eyni zamanda, Azərbaycana bir çox görkəmli şəxsiyyətlər bəxş edib. Naxçıvan Azərbaycan xalqına dahi şəxsiyyət Heydər Əliyev kimi Ulu Öndər bəxş edib. Yəni bu bölgənin zəngin tarixi, bu bölgədə yaşayan insanların mərdliyi, doğma Vətənə bağlılığı və eyni zamanda, Naxçıvanın strateji yerləşməsi və imkanları, burada icra olunan və olunacaq layihələr bu gün təkcə Azərbaycan üçün deyil, – halbuki birinci növbədə Azərbaycan üçün, – geniş coğrafiya üçün böyük əhəmiyyət kəsb edir.Məsələn, əgər biz nəqliyyat dəhlizlərindən danışırıqsa, bu gün təbii ki, Naxçıvanın timsalında yeni nəqliyyat damarlarını görürük. Biz bunu yaradırıq. Bunu yaratmaq üçün bir çox işlər görülüb və görüləcək. Ona görə bu məsələlərə daim diqqət göstərilir və göstəriləcək.Bu gün, eyni zamanda, sosial təminatla əlaqədar DOST Mərkəzinin açılışını qeyd edə bilərəm. Onun yanında "ASAN xidmət" mərkəzi dayanır. O da vaxtilə mənim göstərişimlə yaradılmışdır ki, insanlara daha gözəl xidmət göstərilsin.Yəni proqramın tərkib hissəsinə baxmaq kifayətdir ki, burada hər kəs görsün ki, Naxçıvanın inkişafı reallıqdır. Onu da əlavə edə bilərəm ki, bu yaxınlarda - bir neçə ay bundan əvvəl qəbul edilmiş kənd təsərrüfatının inkişafına dair Dövlət Proqramında da Naxçıvanın xüsusi yeri var, payı var, lazımi vəsait nəzərdə tutulub. O cümlədən kənd təsərrüfatının inkişafı üçün vacib olan amil – suvarma layihələri icra edilir. Bir çox artezian quyuları qazılacaq, müasir suvarma sistemləri quraşdırılacaq. Bu gün suvarılmayan torpaqlara su veriləcək. Beləliklə, muxtar respublikanın inkişafı daha sürətli və hərtərəfli olacaq.Jurnalist: Cənab Prezident, budəfəki səfər həm də yeni reallıqlar şəraitində baş tutur. Bu reallıqlardan ən ümdəsi yəqin ki, Zəngəzur dəhlizi ilə bağlıdır. Hansı ki, müharibədən dərhal sonra Siz onun mütləq açılacağını bəyan etmişdiniz, kimin onu istəyib-istəməməsindən asılı olmayaraq. İndi Naxçıvanın dəmir yolunun və Zəngəzur dəhlizinin bərpası və açılması ilə bağlı işlər hansı mərhələdədir?Prezident İlham Əliyev: Zəngəzur dəhlizinin yaradılması bildiyiniz kimi, bizim təşəbbüsümüz olub. Azərbaycanın əsas hissəsini onun ayrılmaz hissəsi olan Naxçıvanla birləşdirmək bizim çoxdankı arzumuz olub. Biz bu hədəfə doğru inamla və çox böyük məharətlə addımlayırdıq, yaxınlaşırdıq və artıq yaxınlaşmışıq.Təbii ki, yadınızdadır, İkinci Qarabağ müharibəsinin başa çatması ilə əlaqədar üçtərəfli bəyanat imzalanmışdır - Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistanın Baş naziri. Əslində, bu, Ermənistan üçün kapitulyasiya aktı idi, çünki Ermənistan təslim oldu. O vaxt hələ işğal altında olan, - müharibə yolu ilə hələ biz o bölgələri azad etməmişdik, – Ağdam, Kəlbəcər və Laçın rayonları bir güllə atılmadan bizə qaytarıldı. Təbii ki, Ermənistan bunu könüllü etməmişdir, biz onu məcbur etdik. Kimisə müharibə şəraitində məcbur edirsənsə, deməli, həmin o tərəf kapitulyasiyaya uğrayır. Yəni bu termində hər hansı bir alçaldıcı, yaxud da ki, təhqiramiz bir məna axtarmaq lazım deyil. Bu, sadəcə olaraq, reallıqdır. Biz tarixi həm olduğu kimi bilməliyik, həm unutmamalıyıq və tarixin təhrifinə, o cəhdlərə heç vaxt imkan verməməliyik. O vaxt - noyabrın 9-da Şuşa işğaldan azad olunandan sonra Rusiya Prezidentinin vasitəsilə üçtərəfli danışıqlar gedirdi. Mən qəti təkid edirdim ki, imzalanacaq bəyanatda Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikasını birləşdirən dəhliz mütləq öz əksini tapmalıdır. Ermənistan tərəfi buna razılıq vermək istəmirdi. Ancaq onun o qədər də böyük alternativləri də yox idi. Müharibə davam etdirilsəydi, əlbəttə, biz də itkilər verəcəkdik, amma Ermənistan daha çox itki verəcəkdi. Çünki onların qoşunları demək olar ki, mühasirədə idi və onları məhv etmək faktiki olaraq tam mümkün idi. Ona görə bunu istəməsələr belə Ermənistan buna razılıq verdi və o bəyanat hamıya bəllidir, orada xüsusi bir bənd var.Ancaq İkinci Qarabağ müharibəsindən keçən 5 il ərzində Zəngəzur dəhlizinin açılması ilə bağlı heç bir praktiki addım atılmamışdır. Dəfələrlə biz bu məsələni həm Rusiyaya, həm Ermənistana çatdırırdıq ki, vaxt gedir, bu bəyanat, onun vacib hissəsi icra edilmir və bu, dözülməz haldır. Müxtəlif vaxtlarda müxtəlif cavablar alırdıq, bu barədə çox danışmaq istəmirəm. Fakt odur ki, Ermənistan bunu hər cür uzatmağa çalışırdı. Rusiya tərəfi isə ya bunu təmin edə bilmirdi, ya da ki, hansısa başqa səbəblər var idi. Yəni fakt o idi ki, keçən ilin avqust ayına qədər məsələ dondurulmuş vəziyyətdə idi.Amerika Birləşmiş Ştatlarında bu məsələyə yaxınlaşmağa başlayanda, - təqribən keçən ilin yaz aylarından, yazın əvvəlində başlanmış təmaslar nəticəsində artıq bu prosesə start verilmişdir, - təbii ki, Ermənistan-Azərbaycan normallaşma prosesinə öz töhfələrini verməyə çalışırdılar, buna hazır olduqlarını bildirirdilər. Təbii ki, bizim bir neçə önəmli şərtimiz var idi, o cümlədən Zəngəzur dəhlizi.Nəticə etibarilə 2025-ci il avqustun 8-də tarixi Vaşinqton Zirvə Görüşündə bu məsələ öz həllini tapdı. TRIPP adını daşıyan bu layihənin icrasına artıq start verilmişdir. Bu yaxınlarda, üç gün bundan qabaq - avqustun 8-də Prezident Trampla söhbət əsnasında bu məsələyə də toxunuldu və hər iki tərəf əminliyini vurğuladı ki, bu önəmli nəqliyyat layihəsi mütləq və tezliklə icra ediləcək. Yəni bu, məsələnin tarixçəsidir.Eyni zamanda, İkinci Qarabağ müharibəsi başa çatar-çatmaz biz dərhal həm dəmir yollarının, həm də avtomobil yollarının bərpasına başladıq, o cümlədən Naxçıvana doğru gedən yolların tikintisinə. Bu gün Horadiz–Ağbənd avtomobil yolu demək olar ki, hazırdır. Bir sıra xırda məsələlər qalıb. Dəmir yolunun tikintisi də sürətlə gedir. Biz bu layihəni hər an sürətləndirə bilərik. Sadəcə olaraq, Ermənistan hissəsi hazır olmadığı üçün buna lüzum görmürük. Çünki investisiyaları, sərmayələri daha vacib və təcili məsələlərin həllinə yönəltmək üçün.Ancaq istənilən halda gələn il dəmir yolu da Ermənistan sərhədinə gəlib çatacaq. O ki qaldı, Naxçıvan dəmir yolunun tikintisinə, hazırda işlər gedir. Mənim göstərişimlə Nəqliyyat Nazirliyi bu işlə məşğuldur. Azərbaycan Dəmir Yolları Ordubad istiqamətində inşa işlərinə başlamışdır və olmayan hissələr yenidən tikiləcək. İki hissə mövcud deyildi, hər ikisi də Ermənistan sərhədinə yaxındır - biri Ordubad, ikincisi isə Sədərək rayonlarının ərazisindədir. Hər iki hissənin uzunluğu o qədər də böyük deyil, təqribən 3-5-7 kilometrdir. Qalan dəmir yolu isə prinsipcə işlək vəziyyətdədir və bu gün də ondan istifadə edilir və edilə bilər. Sadəcə olaraq, bu gün mövcud olan dəmir yolunun yükaşırma qabiliyyəti 1,5 milyon tondur. İlkin mərhələ üçün Zəngəzur dəhlizinin və ümumiyyətlə, Şərq-Qərb dəhlizinin bir qolu olan bu yolun fəaliyyətə başlaması kifayətdir. Amma bizim istəyimiz ondan ibarətdir ki, bu nəqliyyat dəhlizindən ən azı 15 milyon ton yük keçsin. Onun üçün bu gün mövcud olan dəmir yolu yenidən qurulmalıdır, reabilitasiya edilməlidir. Bu gün mənə verilən məlumat və təqdimat çox vacib idi. Mənim də göstərişlərim ondan ibarət idi ki, vaxt itirmək lazım deyil, Azərbaycan öz vəsaiti hesabına bu dəmir yolunu tam işlək və 15 milyon ton yükaşırma qabiliyyətinə malik olan vəziyyətə çatdıra bilər və çatdırmalıdır.Onu da bildirməliyəm ki, bir çox beynəlxalq qurum, bəzi ölkələr bu yola maraq göstərir, xüsusilə Azərbaycan dəmir yollarının Naxçıvan seqmentinə. Onlardan biri Avropa İttifaqıdır. Avropa İttifaqının nümayəndələri Naxçıvana ezam edilmişdir. Burada yerlərdə vəziyyətlə tanış olmuşlar və onlar da bu dəhlizin iştirakçıları olmaq istəyirlər.Biz prinsip etibarilə buna etiraz etmirik. Bizim mövqeyimiz ondan ibarətdir ki, Azərbaycanın əsas hissəsində yerləşən ərazilərdə Azərbaycan Dəmir Yolları artıq bütün işləri yekunlaşdırır və burada hər hansı bir xarici iştiraka ehtiyac yoxdur. O ki qaldı, Naxçıvan dəmir yolunun reabilitasiyasına, burada prinsip etibarilə beynəlxalq konsorsium yaradıla bilər. Təbii ki, nəzarət paketi Azərbaycan dövlətinə məxsus olmaq şərti ilə beynəlxalq konsorsium investorlardan ibarət ola bilər və biz buna açığıq. Olmasa da, biz özümüz bu yolu çəkəcəyik. Bizim indi hansısa maliyyə problemlərimiz yoxdur. Olsaydı belə bu önəmli layihəyə hər zaman biz vəsait tapardıq. Amma biz hesab edirik ki, bu yolu beynəlxalq aktorlar və potensial yükgöndərənlər üçün daha cəlbedici etmək məqsədilə Naxçıvan dəmir yolu layihəsi məhz dediyim kimi, bir neçə şirkətdən ibarət konsorsium tərəfindən inşa edilə bilər.Bu məsələ ilə bağlı bir neçə ölkədən bizə müəyyən mesajlar daxil olub. Hələ ki, bu barədə danışmaq istəmirəm. Sadəcə olaraq, konseptual nöqteyi-nəzərindən bu mümkündür. Ancaq onu da mən bu gün nəqliyyat nazirinə və Dəmir Yolu İdarəsinin rəisinə dedim, biz əlbəttə ki, buna açığıq, amma vaxt itirmək istəmirik. Çünki cənab Prezident Trampla son söhbət zamanı aydın oldu ki, Ermənistan ərazisində dəmir yolunun tikintisi bu il başlanmalıdır, orada cəmi 42 kilometr yoldur.Naxçıvan ərazisində isə yeni texniki-iqtisadi əsaslandırma əsasında, - çünki tamamilə yeni texniki-iqtisadi əsaslandırma işlənilib, - yolun uzunluğu 194 kilometr olacaq. Əvvəllər daha qısa idi. Nə üçün daha uzundur? Çünki əvvəllər döngələr daha qısa idi və o xətti biz əsas götürsək, əgər tam necə var idi elə bərpa etsək, bu, 15 milyon ton yükü qaldıra bilməz. Ona görə yol daha uzun olacaq - 194 kilometr. Biz vaxt itirə bilmərik. Bizim vəsaitimiz də var bu il və gələn il. Ona görə yəqin ki, mənim sözlərim müxtəlif ünvanlara da çatacaq. Əgər kimsə bu layihədə iştirak etmək istəyirsə, vaxt itirməsin və tezliklə bizimlə artıq razılaşmaya gəlsin. Çünki bəzi bürokratik əngəllər, məsələlərin uzadılması, yəni bu bizim, Azərbaycanın üsuli-idarəsi deyil. Biz məsələləri müəyyənləşdiririk, qərar qəbul edirik, dərhal bunun icrasına başlayırıq.Bu yolun əhəmiyyəti dediyim kimi, təkcə Azərbaycan üçün yox, geniş coğrafiya üçün olacaq. Çünki qeyd etdiyim kimi, bu, Şərq-Qərb nəqliyyat dəhlizinin bir qolu olacaq. Eyni zamanda, Şimal-Cənub nəqliyyat dəhlizinin bir qolu olacaq. Çünki bu gün Şimal-Cənub nəqliyyat dəhlizi deyəndə adətən Rusiya-Azərbaycan-İran, yəni Astaraya keçid, Astara-Rəşt İran ərazisində layihə nəzərdə tutulur. Layihənin icrası bildiyimə görə, ya başlayıb, ya da ki, başlayacaq. Hər halda Azərbaycan ərazisində bu layihə hazırdır. Amma Zəngəzur dəhlizi açılandan sonra artıq Azərbaycandan İrana ikinci dəmir yolu xətti açılacaqdır. Məhz Zəngəzur dəhlizindən Naxçıvana girərək və Culfa dəmiryol məntəqəsindən İrana dəmir yolu var. Yəni bu layihə daha tez reallaşa bilər. Şimal-Cənub nəqliyyat dəhlizi Fars körfəzinə istiqamətləndirilir. Oradan o bölgəyə yaxın olan, məsələn, Pakistana uzana bilər. Yəni bu, çox önəmli bir nəqliyyat layihəsi olacaqdır və bunun mərkəzində Naxçıvan dayanır.Ona görə bu gün strateji nöqteyi-nəzərindən, bundan əvvəl dediyim amillərlə yanaşı, bu amil də çox önəmli rol oynayır. Əlbəttə ki, buradan keçən tutaq ki, 15 milyon ton, bəlkə daha çox yük daha böyük canlanmaya gətirib çıxaracaq. Daha çox iş yerləri açılacaq, iqtisadi fəallıq artacaq və Naxçıvan deyə bilərəm ki, əvəzolunmaz nəqliyyat mərkəzlərinin birinə çevriləcəkdir. Bu, tam mümkündür.Hamımız yaxşı bilirik, dəfələrlə bu barədə danışmışıq, ölkəmizin açıq dənizlərə çıxışı yoxdur, okeanlara çıxışı yoxdur. Amma bu gün Avrasiya nəqliyyat dəhlizlərinin icrası məsələləri müzakirə olunanda bizi "bypass" etmək, bizdən yan keçmək mümkün deyil. Bax, Naxçıvanın da eyni gələcəyi olacaqdır və əlbəttə ki, bu bizə həm iqtisadi, həm başqa dividendlər gətirəcək.Jurnalist: Cənab Prezident, bu məsələyə artıq qismən toxundunuz. Naxçıvanın enerji təminatı və enerji təhlükəsizliyi ilə bağlı ardıcıl tədbirlər həyata keçirilir. Ötən il İğdır-Naxçıvan qaz boru xəttinin istismara verilməsi, həmçinin Naxçıvanın yaşıl enerji potensialının reallaşdırılması istiqamətində addımları xüsusilə qeyd edə bilərik. Ümumilikdə cari vəziyyəti və perspektivləri necə qiymətləndirmək olar? Biz Naxçıvanda da xarici investisiyaları görə bilərikmi? Bu istiqamətdə.Prezident İlham Əliyev: Bəli, mütləq, mütləq, bu olacaq. Artıq bizə bir çox yerlərdən belə təkliflər daxil olur. Həm Azərbaycanın əsas hissəsində, həm Xəzər dənizində, eyni zamanda, bildiyiniz kimi, işğaldan azad edilmiş ərazilərdə artıq konkret layihələrə start verildi. Bəziləri artıq istismara da verilmişdir, bəziləri icra edilir. O cümlədən Naxçıvan Muxtar Respublikasının Günəş potensialını və xüsusilə su potensialını nəzərə alaraq burada daha böyük işlər də görüləcəkdir. Misal üçün, gündəlikdə olan məsələlərdən biri Ordubad rayonunun Tivi kəndindəki 15 meqavatdan bir qədər çox gücdə su elektrik stansiyasının layihəsidir. Bu stansiyanın davam etdirilməsi üçün də biz vəsait ayıracağıq. Yerli investorlar qeyd etdiyim kimi, 50 meqavatlıq Günəş elektrik stansiyaları inşa edirlər. Xarici investorlar da maraq göstərirlər.Mən hesab edirəm ki, təkcə Günəş elektrik enerjisinin istehsalı Naxçıvanda təqribən ən azı 500 meqavat ola bilər, ən azı. Ola bilər 1000 meqavat da olsun. Burada əsas məsələ bunun ixrac imkanlarıdır. Bunun üçün, əlbəttə ki, aidiyyəti ölkələrin qurumları ilə danışıqlar aparılmalıdır və aparılır. Eyni zamanda, ötürücü xətlərin imkanlarını genişləndirməliyik. Çünki təbii ki, bu gün həm İrana, həm Türkiyəyə Naxçıvandan da elektrik xətləri var, ancaq onların imkanı bir qədər məhduddur. Yəni 500 meqavat, hətta 1000 meqavat elektrik enerjisini ixrac etmək üçün burada təbii ki, hələlik iki istiqamət var: biri Türkiyə, biri İran. Amma gələcəkdə bu, Avropa da ola bilər.Ona görə Zəngəzur dəhlizini konkret layihələrlə təmin etməyimiz daha geniş məna daşıyır. Təbii ki, Zəngəzur dəhlizini - bu ideyanı və bu təşəbbüsü biz irəli sürəndə, ilk növbədə nəqliyyat seqmenti nəzərdə tutulurdu. Amma biz bu gün buna daha geniş baxırıq. Misal üçün, Azərbaycanın əsas hissəsindən Naxçıvana Ermənistan ərazisindən elektrik xətlərinin çəkilməsi layihəsi bizdə hazırdır. İşğaldan azad edilmiş Cəbrayıl rayonunda çox böyük yarımstansiya inşa olunmuşdur. O yarımstansiyanın əsas funksiyası ötürücü fəaliyyətdir. Yəni belə yarımstansiyalara çevirici yarımstansiyalar deyirlər. Bu, daxili təminat üçün yox, yəni böyük enerji həcmlərinin ötürülməsi üçün tikilib. O hazırdır. O, məhz Zəngəzur elektrik dəhlizi üçün tikilmişdir.Ermənistan ərazisində bizim mütəxəssislər tərəfindən aparılan təhlil nəticəsində hətta yerlər də müəyyən edildi - harada elektrik dirəkləri quraşdırılmalıdır. Ümid edirəm ki, Ermənistan tərəfi də bu məsələni uzatmayacaq. Çünki bu, birinci onların özlərinə lazım ola bilər. Çünki onların bu gün əsas enerji mənbəyi atom elektrik stansiyasıdır. Onun da idarəetməsi onların əlində deyil. Bu birincisi. İkincisi, bu stansiya köhnəlib və bütün bölgə üçün təhlükə mənbəyidir. Dəfələrlə Azərbaycan və Türkiyə müxtəlif beynəlxalq platformalarda bu məsələ ilə bağlı öz narahatlıqlarını ifadə ediblər. O stansiyanın ömrünün uzadılması sonsuz proses ola bilməz, gec-tez bağlanmalıdır. Təbii ki, o bağlanarsa, Ermənistan tamamilə enerji böhranına yuvarlanacaq. Ona görə, necə deyərlər, bir əlavə mənbənin olması ancaq xeyir gətirə bilər.Məsələn, bu gün bizim enerji xətlərimiz Rusiya ilə, İranla, Gürcüstanla, Gürcüstan vasitəsilə Türkiyə ilə birləşdirilib. Ona görə Ermənistan ərazisindən Naxçıvana, ondan sonra Türkiyəyə və Avropaya uzanacaq enerji dəhlizi, eyni zamanda, Ermənistanın enerjisisteminin ayaqda qalmasına, - əgər böhran yaranarsa, - imkan yaradacaq. Ona görə biz bunu nə qədər tez icra etsək, o qədər yaxşıdır. Təbii ki, indi siz də yaxşı bilirsiniz, biz bu son beş ildə Kəlbəcər dağlarında, 3500 metr yüksəkliklərdə qarın içində dirəklər quraşdırmışıq. Yəni əgər biz bu layihəni icra etməli olsaq, bu, maksimum 6 ay çəkər.Amma Ermənistan təbii ki, özü bunu etməlidir. Ona görə hesab edirəm ki, bu məsələyə tezliklə aydınlıq gətirilməlidir. Bu, Zəngəzur dəhlizinin, TRIPP-in ayrılmaz hissəsi olacaq. Çünki bu layihə təkcə dəmir yolu, avtomobil yolu deyil. Hətta buradan fiber-optik kabel, ondan sonra elektrik xətləri, gələcəkdə əgər ehtiyac olarsa, neft-qaz kəmərləri də keçə bilər.Çünki nə qədər çox alternativlər olsa, hamı üçün o qədər də yaxşıdır. Ona görə Naxçıvanın enerji təhlükəsizliyi ilə əlaqədar suala cavab verərək, həm də əvvəl dediyim sözlərə qayıtmaq istəyirəm ki, burada tam dayanıqlı və sığortalı enerji sistemi yaradılır, faktiki olaraq yaradılıb, amma biz bunu daha da təkmilləşdiririk. Biz, əlbəttə ki, ixrac imkanlarını, o cümlədən Naxçıvan ərazisindən genişləndirməliyik.Yenə də deyirəm, yerləşdiyimiz bölgədə bizdən başqa bu qədər enerji ilə, istər neft-qaz, istər elektrik enerjisi ilə təmin olunan ikinci ölkə yoxdur. Qonşu ölkələrə ixrac imkanlarımızı genişləndirərək biz, eyni zamanda, Avropa bazarına da çıxacağıq. Çünki biz indi Avropaya neftimizlə, qazımızla çıxmışıq. Ancaq biz elektrik enerjisi ilə də çıxmaq istəyirik.Bu gün yeganə marşrut Gürcüstan, Türkiyə, ondan sonra Avropa marşrutudur. Bunu biz genişləndirməliyik. O cümlədən Qara dəniz enerji kabelinin layihəsinin texniki-iqtisadi əsaslandırılması hazırdır. Amma ikinci xətt olsa, bu ancaq bizim gücümüzü artıracaq. Özü də yəqin ki, siz də xatırlayırsınız, hələ 2024-cü ilin noyabrında COP29 zamanı Qazaxıstan, Özbəkistan prezidentləri və mən Xəzərin dibi ilə elektrik kabelinin çəkilişini razılaşdırdıq, saziş imzaladıq. Yəni ona da biz hazır olmalıyıq.Azərbaycan həm elektrik enerjisini istehsal edən, qəbul edən, ötürən və ixrac edən ölkə kimi özünü göstərəcək. Yəni bizim strateji baxışlarımız və planlarımız bundan ibarətdir. Yenə də deyirəm, bu planlar bizim bütün həndəvərimizdə yerləşən ölkələrin maraqlarına cavab verir. Sadəcə olaraq, burada koordinasiya işləri düzgün səviyyədə, lazımi səviyyədə aparılmalıdır və danışıqlar sürətləndirilməlidir. Deyə bilərəm ki, bu gün həm Türkiyə ilə, həm İranla bu barədə danışıqlar aparılır. Hələ ki, bir şey demək tezdir. O ki qaldı, Ermənistana, yenə də demək istəyirəm, Ermənistan ərazisində enerji dəhlizi nə qədər tez yaranarsa, o qədər də TRIPP üçün və bütün bölgə üçün yaxşı olar.Jurnalist: Cənab Prezident, ayrı-ayrı istiqamətlər üzrə görülən və görüləcək işlərə toxundunuz. Ümumilikdə bilmək istərdik, Naxçıvanın inkişafı ilə bağlı, - yəqin ki, bu sualın cavabını Naxçıvanda da böyük maraqla gözləyirlər, - yanaşma, strateji baxış və planlar nədən ibarətdir?Prezident İlham Əliyev: Qeyd etdiyim kimi, vacib olan məsələlər təhlükəsizlik məsələləri idi, bu həll olundu. Enerji təhlükəsizliyi idi, Naxçıvan Muxtar Respublikası üçün bu, həll olundu. İndi söhbət gedir ki, artıq Naxçıvan enerjinin ixracı ilə məşğul olacaq.İşsizliklə bağlı görülən tədbirlər. Xüsusilə qeyd etdiyim kimi, Naxçıvan Sənaye Parkının yaradılması buna böyük təkan verəcək. Naxçıvanda müasir sənaye komplekslərinin yaradılması nəzərdə tutulur. Sosial infrastrukturun yaradılması, bərpası nəzərdə tutulur. Mənə verilən məlumata görə, uşaq bağçalarının tikintisinə, təmirinə ehtiyac var, bunu biz edəcəyik.Naxçıvan şəhərinin nəqliyyat problemləri həll olundu. Bu gün yeni elektrik avtobuslarının təqdimatı oldu və artıq onlar, yəqin ki, sabahdan xəttə buraxılacaq. Köhnə avtobuslar tamamilə sıradan çıxarılıb və bu yaşıl rəngli avtobusları biz Bakı küçələrində də tez-tez görürük. Daha çox görəcəyik, çünki onların faiz nisbəti dizel avtobuslarla müqayisədə daha da artır. Naxçıvan şəhəri üçün bu məsələ həll olundu.Bilirəm ki, şəhərlərarası, rayonlararası nəqliyyatda problem var. Göstəriş verildi ki, 217 müasir rayonlararası avtobus alınsın, bu il və gələn il marşruta buraxılsın.Naxçıvan Muxtar Respublikasının yol infrastrukturuna da vaxtilə böyük vəsait qoyulmuşdur. Yolları siz də gördünüz, yaxşı vəziyyətdədir. Amma kənd yolları var, yenə də hələ nasaz vəziyyətdə yollar var və hesablamalar aparılıb, təqribən 420 kilometr uzunluğunda müxtəlif kateqoriyalı yolların həm çəkilişi, həm əsaslı təmiri nəzərdə tutulur. Bu 26 yaşayış məntəqəsindəki əhalinin sayı təxminən 160 min nəfərdir. Bu məsələ öz həllini tapacaq.Ordubad rayonunda su elektrik stansiyasının tikintisi nəzərdə tutulur. Bildiyiniz kimi, bu yaxınlarda bütövlükdə Naxçıvanın inkişafına dair Dövlət Proqramı qəbul edilmişdir, ondan sonra suvarma ilə bağlı tədbirlər planı tərtib olunmuşdur. Mən buraya böyük heyət ezam etdim, bütün məsələlər təhlil olundu və işlərə başlanıldı.Bu ilin may ayında kənd təsərrüfatının inkişafı ilə bağlı qəbul edilmiş Dövlət Proqramında Naxçıvana aid xüsusi bir hissə var və bu göstərişlər verildi. Yəni bununla yanaşı, əlavə tədbirlərin görülməsi üçün sabah mənim tərəfimdən növbəti Sərəncam imzalanacaq. Bu, çox böyük maliyyə tutumlu Sərəncam olacaq, orada konkret layihələr göstəriləcək. Əlbəttə, lazımi nəzarət də təmin ediləcək ki, burada işlər daha da sürətlə getsin.Bütövlükdə bunu mən artıq həm bəyan etmişdim və həm də biz bunu artıq strukturlaşdırdıq ki, Naxçıvan, azad olunmuş ərazilər - Şərqi Zəngəzur, Qarabağ vahid konsepsiya əsasında inkişaf etməlidir. Məsələn, azad edilmiş bütün ərazilərdə şəhərlərin Baş planları təsdiqləndi. Mən göstəriş verdim ki, Naxçıvan şəhərinin də Baş planı işlənilsin, hazırlansın, - bu gün mənə təqdim edilmişdir, - şəhərin inkişafı, müasir infrastrukturun yaradılması ilə bağlı əlavə tədbirlər görülsün.Naxçıvanın turizm potensialı çox zəngindir: həm tarixi abidələri, həm gözəl təbiəti, təmiz havası və mənzərəli yerləri var. Ancaq əfsuslar olsun ki, mehmanxanaların az olması və o qədər də səviyyəli olmaması turizmin inkişafını əngəlləyir. Bu gün şəhərin mərkəzində beşulduzlu yeni mehmanxananın təməli qoyuldu və yəqin ki, təqribən 2028-ci ildə hazır olacaq.Yəni dövlət tərəfindən Naxçıvan Muxtar Respublikasının inkişafına nə lazımdırsa, o da bu günə qədər edilib və ediləcək. Naxçıvanda son 20 il ərzində bütün tikintilər dövlət büdcəsindən maliyyələşdirilib. Hər il Azərbaycan dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasının dövlət büdcəsinə yüz milyonlarla manat vəsait ayrılır. Yəni bu olmasaydı, təbii ki, biz bugünkü inkişaf edən və abad Naxçıvanı da görə bilməzdik.Ancaq biz hər zaman daha yaxşısını arzulayırıq, daha yaxşısını istəyirik. Nəzərə alsaq ki, Qarabağ, Şərqi Zəngəzur demək olar ki, sıfırdan qurulur və Zəngilan rayonu ilə Ordubad rayonu arasında məsafə cəmi 42 kilometrdir. Bu, faktiki olaraq vahid bir məkandır, tarixən də belə olub. Zəngəzur, Naxçıvan, Qarabağ vahid məkan olub və insanların da miqrasiyası əsrlər boyu olub. Ona görə bu böyük coğrafiyada qohum-əqrəbalar da çoxdur. Ona görə biz bunu vahid, nümunəvi bir inkişaf diyarı kimi nəzərdə tuturuq.Qarabağ və Şərqi Zəngəzur yaşıl enerji zonası elan edilib, Naxçıvan da yaşıl enerji zonasıdır. Bu gün burada istehsal olunan enerjinin əksəriyyəti bərpaolunan enerji hesabınadır. Biz artıq 250 meqavatlıq iki batareya saxlanc qurğusunu yaratmışıq. Mən göstəriş verdim ki, Naxçıvanda da birinci mərhələdə ən azı 100 meqavatlıq batareya saxlanc qurğusu qurulsun. Çünki burada da bərpaolunan enerji - Günəş və su elektrik stansiyaları işləyir. Ona görə bu enerjiləri yığmaq üçün gərək bu müasir texnologiyalardan istifadə edək.Bütün bu işlər artıq sistemli şəkildə davam edir. Əgər biz ölkəmizin coğrafi yerləşməsini götürsək görərik ki, hər bir bölgə üçün xüsusi bir inkişaf planı var. Hər bir iqtisadi bölgəmiz uğurla inkişaf edir və bu, ölkəmizin ümumi inkişafını təmin edir.Ona görə planlar böyükdür və bu planların icrası ilə bağlı məndə heç bir şübhə yoxdur. Çünki güclü iradə var, maliyyə resurslarımız da var, heç kimdən də asılı deyilik. Naxçıvanda Qarabağ və Şərqi Zəngəzurdakı kimi idarəetmə üsuli-idarəsini yaratmaqla faktiki olaraq biz bu üç bölgəni inzibati nöqteyi-nəzərindən də birləşdiririk. Təbii ki, Naxçıvan Muxtar Respublikasının muxtar respublika statusu qalmaq şərti ilə, ancaq idarəetmə qaydaları təkmilləşməlidir.Biz Qarabağda və Şərqi Zəngəzurda yeni idarəetmə sisteminin üstünlüklərini gördük. Əminəm ki, artıq orada yaşayan 90 mindən çox insan da bunu görür. Eyni idarəetmə - Prezidentin xüsusi nümayəndəliyi Naxçıvanda da tətbiq olundu. Beləliklə, kadr islahatları ilə paralel olaraq, bu struktur islahatları da, əlbəttə, əsas hədəfə istiqamətlənmiş bir yanaşmadır ki, bu bölgə, bu qədim diyar daim inkişaf etsin, insanlar burada rahat, təhlükəsizlik şəraitində yaşasınlar, firavan yaşasınlar.Jurnalist: Vaxt ayırdığınız üçün çox minnətdaram.Prezident İlham Əliyev: Sağ olun.

"Həmişə deyirəm ki, mən Stalinin dəmir rejimindən keçmişəm" - <span style="color: #ff0000;">100 yaşlı neftçi ilə MÜSAHİBƏ - FOTO</span>

"Sovet hökuməti müharibəyə hazır deyildi. Biz çox zülm çəkdik".

Moderator.az xəbər verir ki, bu sözləri "Kaspi" qəzetinin "Peşəkar" rubrikasına müsahibəsi zamanı 100 yaşlı neftçi Məsməli Mustafayev deyib.

Onu Pirallahı rayonunda uşaqdan böyüyə hamı tanıyır. Zarafat deyil, bir əsrlik ömür yolu keçib. Həyatının yarıdan çoxunu ölkənin neft sənayesinə həsr edib. Bu gün yaxasını SOCAR-ın "Fəxri neftçi" döş nişanı, İkinci Dünya müharibəsi illərində arxa cəbhədəki fədakar əməyinə və neftçi kimi peşəkar fəaliyyətinə görə aldığı orden və medallar bəzəyir. 100 yaşlı neftçinin şəkli həmişə "Azneft"in qırmızı lövhəsində əmək qəhrəmanları arasında yer alıb. Məsməli Mustafayevin çalışdığı illər təkcə əmək kitabçasına deyil, yaddaşına da ömürlük yazılıb: 57 il, 4 ay, 27 gün…

16 yaşında neft mədənində işləməyə başlayır

Məsməli kişinin ömür yolu həm zəngin həyat təcrübəsinin, həm də Azərbaycan neft sənayesinin inkişaf tarixinin canlı şahididir.

Evində qonaq olub uşaqlığı, gəncliyi ilə bağlı xatirələrini dinlədikcə, əmək veteranının şərəfli həyat yolu göz önündən kino lenti kimi keçir. Ancaq bu kadrlarda hər şey realdır. Yaddaşına həkk olunan xatirələrlə bərabər köhnə şəkillər də onun üçün qiymətlidir. Onlara baxıb gah qürurlanır, gah kədərlənir, gah kövrəlir…

Uşaqlığı və gəncliyi müharibə illərinə düşüb. Əməyə vərdişi isə hələ altı yaşında - qonşuların buzovlarını otarmağa başlayanda yaranıb. Qazax rayonunun Aşağı Salahlı kəndində orta məktəbdə oxuyub: "Birinci sinifdən altıncı sinfə kimi sinif nümayəndəsi olmuşam. Mən dərs danışanda müəllim "baxın, yetim uşaqdır, necə gözəl oxuyur, siz niyə oxumursunuz?" - deyə digər uşaqlara nümunə göstərirdi", - deyə xatırlayır: "Ata-anam vəfat edəndən sonra kimsəsiz qaldıq. Məni Qazaxa gətirdilər. Sonra Bayıl qəsəbəsində Fəhlə-gənclər məktəbində oxudum. İşləmək istəyirdim, amma "uşaqdır" deyib icazə vermədilər. İki illik peşə məktəbi kurslarında oxuyanda müharibə başladı. 16 yaşımda maşinist kimi neft mədənində işləməyə başladım. Briqadalararası müsabiqədə qalib olub birinci yeri qazananda 16 yaşım vardı. İlk medalımı yaxama Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri Mirbəşir Qasımov taxdı. Boyum o qədər balaca idi ki, kişinin gözündən yaş axdı: "Neyləmək olar, a bala, müharibə qurtarar, oxuyarsan" dedi".

"Elə bil dənizlə, buruqlarla söhbət edirdim"

Gəncliyindən bəri işinə təkcə sevgi ilə yox, həm də məsuliyyətlə yanaşıb: "Hansı mədən geridə qalırdısa, "Mustafayevi oraya göndərin" deyirdilər. Bir dəfə səhlənkarlıq üzündən bir quyu yüz tonluq fontan vurdu, qarşısını ala bilmədilər. Dənizin üstü bütünlüklə mazut idi. Məni oraya gətirəndən sonra texnikanın köməyi ilə problemi həll etdim. Çalışdığım ərazidə bircə dənə də sızan quyu yox idi. İdarə edən bütün mədən müdirlərinə "bu adamı mənsiz başqa yerə göndərməyin" deyə tapşırmışdı".

Məsməli kişi çalışdığı uzaq illərdən danışır: "Mənim evim-eşiyim mədənlər olub. Elə bil dənizlə, buruqlarla söhbət edirdim. Hər buruq neft verdikcə sevinirdim. Biz işimizin xəstəsi idik, yadımıza ev-eşik düşmürdü. Özümüzü işə həsr etmişdik. Fəhlələr də xətrimizi istəyirdilər. Mənə dövlət tərəfindən verilən evi iki övladı olan evsiz bir işçiyə verdim. Bizim zamanımızda belə idi".

Bakı nefti müharibədə

"Mən müharibənin dəmir rejimindən keçmişəm", - deyən Məsməli kişi Azərbaycan neftinin müharibədə oynadığı rolun böyük olduğunu deyir: "Sovet hökuməti müharibəyə hazır deyildi. Biz çox zülm çəkdik. Nefti Stalinqrada və başqa müharibə gedən şəhərlərə yola salırdıq. Gecə-gündüz çalışıb, hər çətinliyə dözürdük. Əlimiz sabun görmürdü, paltarlarımızı "solyarka" ilə, gillə yuyurduq. Bədənimiz qıpqırmızı idi. Yeməyə çörək tapmırdıq. Bakı nefti, arxa cəbhədəki fədakarlıqlar olmasaydı, müharibədə qələbə də olmazdı. Həmişə deyirəm ki, mən Stalinin dəmir rejimindən keçmişəm".

"Heç vaxt bekar dayanmamışam"

Məsməli kişi deyir ki, müharibədən sonra Azərbaycanın bütün neft sahəsi Pirallahıya köçürülüb: "Burada quyular dayaz, neft isə qiymətli idi. Quyular asan qazılırdı - 800-900 metrdən neft çıxırdı".

Məsməli Mustafayevin bütün həyatı əməklə yoğurulub. Boş vaxtlarında təsərrüfatla məşğul olub - əkib, becərib: "Müharibə qurtarandan sonra bizə icazə verdilər ki, kim nə bacarır etsin, bolluq yaransın. Mən də toyuq, qoyun saxlamışam. Tonlarla üzüm yığırdım. Beş istixanadan gül dərib Moskvaya göndərmişəm. Zirə kəndində bostan əkirdim. Heç vaxt bekar dayanmamışam. İşimlə bərabər ailəmi də unutmadım. Övladlarımı oxutdurdum".

Övladlarının, nəvələrinin hamısı ali təhsillidir

Məsməli kişinin beş övladı, 10 nəvəsi və səkkiz nəticəsi var. Övladlarının, nəvələrinin hamısı ali təhsillidir. Müxtəlif sahələrdə uğurla çalışırlar. "Atamız özü təhsil almadığı üçün ən böyük arzusu bizim oxumağımız idi",- deyə oğlu Emil danışır: "Gedin oxuyun, gəlin çoban olun. Savadınız olanda qəzetin başlığını oxuyub söhbətin nədən getdiyini biləcəksiniz", -deyirdi. Hamımızın oxumağı üçün əlindən gələni etdi".

Məsməli kişi özü ali təhsil ala bilməsə də, mütaliəsini heç vaxt unutmayıb. Nizaminin, Füzulinin, Vaqifin, Səməd Vurğunun yaradıcılığından nümunələr dilinin əzbəridir.

"Gənclər bilsinlər ki…"

Fəxri neftçinin gənclərə nəsihəti də var: "Kəndimiz Kür çayının sahilində idi. Bir gün Kür daşıb kəndimizi apardı. Bizi köçürdülər. Uzun tövlələr tikmişdilər. Mal-qara tövlənin bir başında, biz də o biri başında yaşayırdıq. Mən o şəraitdən çıxıb buraya gəlmişəm. İndi o günləri yada salanda sevinirəm və tanrıya şükür edirəm. Kim deyərdi ki, ayağı çarıqlı yetim bir uşaq gəlib sahə rəisi olacaq? Bu vəzifəyə hər kəsi təyin etmirdilər. Mən maşinistlikdən sahə rəisi vəzifəsinə qədər yüksəldim. Gənclərimizə də məsləhətim budur: çalışsınlar, onlardan bir yadigar qalsın, vətənə faydalı olsunlar. Bilsinlər ki, zəhməti ilə ucalan insan həmişə yadda qalır".

Zəhmət, səbir, təmkin

Məsməli kişi 100 yaş yaşamağın sirrini də açır: zəhmət, səbir, təmkin. Əmək veteranı 1952-ci ildən bəri yaşadığı, üz-gözünün öyrəşdiyi Pirallahıda övladlarının və nəvə-nəticələrinin sevgisi ilə əhatə olunaraq yaşayır. Taleyindən razıdır. Bu yaxınlarda 100 illik yubileyini təmtəraqla qeyd ediblər. "Atam kasıb olduğundan vaxtilə özünə toy edə bilməyib. Biz onun yubileyini təmtəraqlı qeyd etdik. Qohum-qonşular, yaxın dostlar böyük həvəslə iştirak etdilər. 100 illik yubileydə iştirak etmək hamı üçün maraqlı idi. Rayon İcra Hakimiyyətindən, bələdiyyədən də nümayəndələr gəlib atamı təbrik etdilər", - deyə oğlu qeyd edir.

“Manatın devalvasiyası olacaqmı?” – İqtisadiyyat nazirinin sabiq müşaviri ilə müsahibə

İqtisadiyyat nazirinin sabiq müşaviri Emil Məcidov iqtisadçı Fərhad Pərvizə verdiyi müsahibədə Azərbaycanın iqtisadi inkişaf modeli, kiçik biznesin rolu, vergi sisteminin sadələşdirilməsi, dövlət idarəçiliyində bürokratiya, süni intellektin iqtisadiyyata təsiri və manatın perspektivləri ilə bağlı fikirlərini bölüşüb. Həmin müsahibədən əsas məqamları təqdim edirik: Fərhad Pərvizi: Sualımı mümkün qədər siyasi baxımdan korrekt verməyə çalışacağam. Çünki siz vaxtilə cənab […]

Bizim üçün rəqəm yox, etimad əsasdır&nbsp;&ndash; Konkret.az-ın&nbsp;rəhbəri ilə müsahibə

Bu gün Konkret.az saytının fəaliyyətə başlamasından 7 il ötür. Yeddi il ərzində media məkanında özünəməxsus yer qazanan portal operativlik, dəqiqlik və analitik yanaşma prinsipləri ilə oxucu etimadını formalaşdırmağa nail olub. Bu gün münasibətilə saytın fəaliyyəti, əldə olunan nəticələr və qarşıdakı hədəflərlə bağlı suallarımızı Konkret.az-ın...

“Rusiya NATO ölkəsinə hücum edə bilər” - <span style="color: #ff0000;">Tofiq Zülfüqarov Moskvaya zərbələrdən danışdı</span>

Musavat.com-un “Üç sual, üç cavab” layihəsinin bu həftə ilk müsahibi sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarovdur. Həmkarımız onunla Ukrayna ordusunun Rusiya ərazilərinə intensiv hücumları barəsində söhbətləşib.
 
Müsahibəni təqdim edirik:
 
- Tofiq müəllim, Ukrayna Silahlı Qüvvələri Rusiyanın dərinliklərinə və xüsusən Moskvaya hücumları gücləndirməklə nəyə nail olmaq istəyir?
 
- Bu hücumlar zamanı həssas infrastruktur vurulur. Xüsusən enerji və əhalini yanacaqla təmin edən mərkəzlər hər gün zərbələrə məruz qalır. Hesab edirəm ki, iki məqsəd var: birincisi, əhalinin yanacaq təminatına təsir göstərən zərbələr endirmək; ikincisi, Rusiya iqtisadiyyatı üçün həyati sahələr olan enerji sektorunu hədəf almaq. Rusiyada isə son günlər səslənən bir fikir mövcuddur ki, məhz NATO ölkələrinin dəstəyi ilə müharibənin mahiyyəti belə dəyişir. Hətta analitik və təbliğatı səviyyədə fikirlər yer alır ki, cavab zərbələri digər ölkələrə də endirilə bilər. Ona görə də hazırkı hərbi əməliyyatların kəskinləşməsi baş verərsə, növbəti mərhələdə danışıqlar başlana bilər.
 
- Yəni bu hücumlarla Rusiyanı masaya oturmağa vadar edirlər?
 
- Şərait Rusiyanı danışıqlara məcbur edə bilər. Çünki yanacaq təminatı Rusiya vətəndaşlarının həyatına təsir edir. Artıq bir sıra yerlərdə benzin talonla verilir, enerji məhsullarının qiyməti yüksəlir. Bu kimi amillər danışıqlara getmək üçün rol oynaya bilər. Hazırda rusların quruda tank hücumları, yaxud canlı qüvvənin hərbi əməliyyatları mümkün deyil. Dronlar vəziyyəti o həddə çatdırıb ki, az qala ayrı-ayrı döyüşçülərə zərbələr endirilir. Bununla bağlı indi müxtəlif rəqəmlər səslənir. Təxminən 30-40 kilometrlik zolaq artıq “ölüm zolağı”dır. Yəni tərəflər müdaxilə edə bilmirlər. Üstəlik, dronların idarəedilməsi kabellərlə mümkündür, bir növ hörümçək şəbəkəsi kimidir. Ukrayna o qədər PUA istifadə edir ki, belə vəziyyət əmələ gəlib. Eyni zamanda, Ukraynanın timsalında müasir PUA-lar sınaqdan keçirilir. Ukrayna texnologiyaların istifadəsinə geniş verir. Ona görə də bundan sonra Rusiyanın qələbəsindən danışmaq çətindir. Sadəcə, cavab zərbələri də təsirlidir. Ancaq onu da nəzərdən qaçırmayaq ki, bəzi qəbul olunmuş qaydalar var. Məsələn, Moskvada paradın keçirilməsini gördük. Zelenski dedi ki, Qırmızı meydana hücum olmayacaq. Həmçinin qərarlar qəbuletmə mərkəzlərini nə Kiyev, nə Moskva vurdu. Deməli, hər hansı razılaşma var və “qırmızı xətt” mövcuddur. Eləcə də qazın ixracında bu “qırmızı xətt”i görmüşük. Yəni 3-4 il qaz nəqli oldu. Halbuki heç də bütün müharibələrdə belə olmur. Mən ixrac-boru kəmərlərinə toxunulmamasını xatırlamıram. Təsəvvür edin ki, İkinci dünya müharibəsində dəmiryolu fəaliyyət göstərsin, yaxud boru vurulmasın. Hər halda müharibənin hazırkı mərhələsində yeni vəziyyət yaranıb. Bu, Putin üçün yeni şəraitdir. Odur ki, bu yeni şəraitə reaksiya verməmək olmaz. Əgər Rusiyada ictimaiyyətin biganəliyi olarsa, onda dövrün sonudur. İstər-istəməz Rusiya cəmiyyəti baş verənlərə mənfi reaksiya göstərməlidir. Ya da açıq deyilməlidir ki, müharibəyə keçirik. İki gündən bir deyirlər ki, biz Hitler Almaniyasını məğlub etmişik. Ona görə də ya belə bir hücum olacaq, ya da hərbi əməliyyatların dondurulması.
 
- Yəni Rusiyanın NATO ilə birbaşa müharibəsini nəzərdə tutursunuz?
 
- NATO ölkələrindən biri ilə müharibəni nəzərdə tuturam. İndi NATO ilə savaşmaq çətindir. Digər tərəfdən isə Ukraynanın vəziyyətinə də baxmaq lazımdır. Hazırda Kiyevlə Varşava gərginliyində kimin haqlı olması əsas məsələ deyil. Burada “Polşa dəhlizi” məfhumu var. Polşasız hərbi əməliyyatlar aparmaq mümkün olmayacaq. Və belə bir ilkin mərhələdə böhranın yaranması təsadüfi deyil. Ukraynanın hərəkətləri sual doğurur. Çünki döyüş səviyyəsinin yüksək səviyyədə saxlanması üçün Polşa vacibdir. Hazırda silah-sursat, bütün kommunikasiya oradan keçir. Ukrayna Polşanı itirsə, hərbi əməliyyatlarda onun üçün çətin olacaq. Ancaq müharibənin yaxın gələcəkdə dayanmasını da gözləmirəm. Bir tərəfdən də müharibənin uzanması bəzi güclərə sərf edir.

"Deyirdi, ona görə deputat oldum ki, yaxşı pensiya alım" - <span style="color: #ff0000;">Vaqif Səmədoğlunun xanımı</span>

Musavat.com-un budəfəki həmsöhbəti mərhum Xalq şairi Vaqif Səmədoğlunun həyat yoldaşı Nüşabə Babayeva Vəkilovadır. Uzun illərdir şairin zəngin ədəbi irsinin yaşadılması, əsərlərinin qorunması və nəşrə hazırlanması ilə məşğul olan Nüşabə xanım bu missiyanı sadəcə vəfa borcu deyil, həm də mənəvi məsuliyyət kimi qəbul edir.

Söhbət zamanı o, böyük sevgi və kövrək duyğularla Vaqif Səmədoğlu ilə keçən illərə qayıtdı, onun insan və şair, yazıçı kimi yaddaşlarda qalan cizgilərindən danışdı. Nüşabə xanım həm şairin yaradıcılığına, həm də şəxsi həyatına dair maraqlı xatirələrini bölüşərək, oxucuları Vaqifli günlərin işıqlı və nisgilli dünyasına apardı.

Nüşabə xanımla söhbətimizə Vaqif bəylə ilk tanışlıq illərindən danışmaqla başladıq:

- Bizi tanış etdilər və müəyyən müddətdən sonra evləndik.

- Deyəsən o vaxtlar bir az kaprizli olmusunuz.

- Mən kaprizimi ancaq evdə göstərmişəm. Amma böyüdükcə, yaşa dolduqca, həyatı daha yaxından tanıdıqca öz eqomu bir qədər geri atmışam. Vaqiflə tanış olanda artıq anladım ki, şıltaqlıq dövrü keçdi. Biz 25 il evlilik həyatı yaşadıq.

Əgər insan sənə əziz və doğmadırsa, illərin fərqi yoxdur. Əgər ürəyində məhəbbət varsa, o səni ömür boyu aparacaq. Xoşbəxtsən ki, sənə lazım olan və ya varlığına ehtiyac duyan insanla bir yerdəsən. Çünki heç nə əbədi deyil, saniyə ərzində hər şey itir, gedir. Həyatın qiymətini bilmək istəyirsənsə, yəqin ki, onun aniliyini anlamalısan.

Onsuz da əvvəl-axır hamı ayrılır. Heç kim ömürlük bir yerdə o dünyaya getmir. Hər bir görüşün bir sonu var. Vaqif müəllim demişkən, yer üzündəki bütün ayrılıqlar salam sözü ilə başlayır. Mənə isə elə gəlir ki, ümumiyyətlə, dünyada ayrılıqlar görüşlərdən daha çoxdur.


- İlk vaxtlar Vaqif bəy ən çox hansı xüsusiyyəti ilə diqqətinizi cəlb etmişdi?

- Mən çox danışan kişiləri sevmirəm. Vaqif isə az danışırdı və onun çox yüksək yumor hissi var idi. Mənim üçün bu, əsas meyardır. Maraqlı danışırdı və bir xüsusiyyəti də var idi, ləhcələrdə gözəl təqlid edirdi. Özü də deyirdi ki, ondan yaxşı aktyor olar. Bir sözlə, maraqlı insan idi. Daxilən bir yerdə qərar tutmurdu, darıxan idi. Onun üçün zamanında bir yerdə uzun müddət işləmək maraqsız olurdu.

- Vaqif bəydən sonra neçə xatirə kitabını çap etdirdiniz?

- Ondan sonra xeyli kitabı işıq üzü gördü. Mən onun çap olunmayan bir çox şeirlərini, pritçalarını, uşaqlar üçün poemasını çap etdirdim, bundan əlavə, fransız, polyak, serb dillərində kitablarını nəşr etdirdim. Eyni zamanda ötən il onun Türkiyədə dərc olunmuş şeirlər kitabı bəzi əlavələrlə yenidən çap edildi.

Vaqif həm də fotoqraf idi. Ötən il onun foto və deyimlərindən ibarət kitabı 3 dildə çıxdı. Ümumiyyətlə, Vaqif Azərbaycana sığmayan bir şair və şəxsiyyət idi. Təəssüf ki, qiymətini çox gec tapdı.


- Sağlığında Vaqif bəyə niyə mane olurdular?

- 1968-1972-ci illərdə onun iki kiçik şeirlər kitabı çox çətinliklə və qısaldılmış şəkildə məhdud tirajla çap olunub. Şeirləri forma, obraz və mövzu cəhətdən sovet ideologiyasına uyğun gəlmədiyi üçün çox böyük hücumlara məruz qalıb. Heç bir redaktorun da onun yazdıqlarına əl gəzdirməsi ilə barışa bilməzdi, bu, onun xasiyyətinə də uyğun deyildi. Ona görə də gənc ikən öz poetik dünyasına sadiq qalaraq yaza-yaza susmağı seçdi. O, çap olunmamaqla sovet senzurasının təzyiqlərindən özünü qoruya bildi və fikir azadlığını da saxlaya bilmişdi. Ancaq Azərbaycan müstəqillik qazanandan sonra Vaqifin ilk böyük kitabı - “Mən burdayam, İlahi” 1996-cı ildə işıq üzü gördü. Məlum oldu ki, Vaqif Səmədoğlu müstəqillik dövrünün ilk böyük şairi imiş.

- Onun qeydlərini apardığı gündəliklər var idi. Onlar necə oldu?

- Həmin gündəliklər hələ də durur. Bəzi redaktələr edib, çap etdirmək fikrindəyəm.


- O qeydləri sağlığında oxumağa başladınız?

- Yox canım, ağ eləməyin (gülür). Onun sağlığında oxumurdum. Bu, indiki qadınların ərlərinin telefonunu yoxlamasına bənzəyərdi. Əslində o özü də gündəlikləri gizlətməyib.

- Vaqif bəyin sevgiyə aid şeirlərini oxuyarkən içinizdə sual yaradan məqamlara rast gəlirsinizmi?

- Yeni evlənəndə sevgiyə aid şeirlərini çap etməyə başladıqda soruşurdum ki, onları kiməsə yazıbmı? O da deyirdi, “Başlandı” (gülür). Mən isə deyirdim, yox, elə-belə soruşuram. Axırda dedi, “Birdəfəlik bil, şair məhəbbət şeiri yazanda özünü yazır. Mənim həyatımda şeir həsr etdiyim konkret qadın sənsən, sakit oldun?” Dedim, əlbəttə, sakitəm, mən elə də bilirdim (gülür).


- Sizə ünvanlanmış neçə şeir yazıb?

- Saymamışam. Bu gün gündəliklərini çap etdikcə yeni nələrsə qarşıma çıxır. Məsələn, “Sevgilim, gəl tut əlimdən, bu dar dünyadan birgə keçək”.

- Eşitmişəm, digər yazıçılar bu məsələdə ona yüngülcə etiraz edirmişlər ki, evdə həyat yoldaşları narazılıq edir.

- Bəli, Vaqif müəllim də onların etirazına cavab olaraq bildirirdi ki, siz də gedib həyat yoldaşlarınıza şeir yazın.

- Xavər xanımla münasibətləriniz necə idi?

- Mən Xavər xanımı çox istəyirdim. Çox gözəl münasibətimiz var idi. O, Vaqifi çox istəyirdi. Ən sevdiyi övlad idi. Biz evlənənə kimi Vaqif anası ilə 16 il birgə yaşamışdı. Ümumiyyətlə, ana həyatı gətirməyən övladı daha çox istəyir. Övlad həyatda uğur qazananda onunla fəxr edirsən, ancaq həyatı hər cəhətdən gətirməyəndə isə valideyn daha çox narahat olur. Qadınlar möhkəm olur, kişilər isə tez sınır. İnsan sına-sına qalxır, özündə güc tapır. Şükürlər olsun ki, Vaqif bütün çətinliklərə rəğmən, o qələbəni qazana bildi.

Anası hərdən bildirirdi ki, deyirlər, qazaxlı kişilər çox üzüyumşaq olur. Vaqif də mənə baxırdı və ləzgi ləhcəsi ilə deyirdi, “Nuşa, mənim ana tərəfim Dağıstan”. Deyirdim, başa düşdüm (gülür).

- Vaqif bəyin birinci nikahından iki qızı var idi?

- Bəli. Mənim qızıma da öz soyadını vermişdi. Bir sözlə, 3 qız atası idi. Hər yerdə fəxrlə deyirdi ki, mən 3 qız atasıyam.

Necə ata idi?

- Çox gözəl, qayğıkeş ata və baba idi. Ümumiyyətlə, qurduğumuz ailədən Vaqif yaşamaq gücü alırdı. Ailə DNK deyil, ruh yaxınlığıdır. Ailə səni çətinliklərin içində seçən və yanında olandır. Dəhşət ondadır ki, elə ailələr var ki, illərlə bir yerdə yaşayırlar, amma sonda məlum olur ki, onlar ürəklərində öz seçimlərini etməyiblər və daima axtarışdadırlar. Bu, insan faciəsidir.

- Adətən yazıçılar iş masalarına qarşı həssas olurlar. Bu mənada ona yaxın durmağa, təmizləməyə imkan verirdi?

- Vaqif çox səliqəli adam idi. Anası ilə birgə yaşadığı müddətdə Xavər xanım yaşlananda çox vaxt təmizlik işlərini Vaqif edirdi. Evin tozunu alanda istirahət etdiyini deyirdi. Onun müxtəlif növ əşyaları var idi, onların tozunu da özü alırdı. Sonra da deyirdi ki, mənim otağım sizinkilərdən təmizdir. Deyirdim, əlbəttə (gülür). Tərifi sevirdi.

O, bağa, yaşıllığa vurğun adam idi. Öz şeirlərində də onun təbiətə sevgisi sezilir. Ağacların, təbiətin qorunmaması onun ağrılı yeri idi.

Vaqif həm də ov adamı idi. Biz evlənəndən sonra bir-iki dəfə ova da getmişdi. O deyirdi ki, yazıçı, şair üçün mövzu problem olmamalıdır. Ətrafımız, hər şey yazmaq üçün mövzudur.

- Günün hansı hissəsi yazırdı?

- Əsl şeirlər ümumiyyətlə, gecə yazılır. Şair gecə ilə təkbətək qalır. Vaqif də gecə yazırdı. Allahı ilə danışırdı, onunla dərdləşirdi. Dram əsərlərini isə gündüz yazırdı.


- Məzarının üzərindəki misraları 24 yaşında yazıb. İnsan bu yaşda ölümü necə düşünə bilər?

- Vaqif həmişə ölümü düşünüb və heç vaxt qorxmayıb. Deyirdi ki, həyat və ölüm arasında sənə ömür verilir. Sən o ömrü nələrləsə doldurmalısan. Baxmayaraq ki, ölümdən yazırdı, həyat sevgisi ilə dolu insan idi.

- Sizə necə müraciət edirdi?

- “Nuşa” deyirdi. Haqqımda isə “sevgilim” yazırdı. Kitabı çıxanda mütləq birinci nüsxəni mənə verirdi, öz minnətdarlığını bildirirdi və “sevgilim” deyirdi.

- 2022-ci ilə qədər Səməd Vurğun Muzeyinə rəhbərlik etdiniz. Daha sonra isə Vaqif Səmədoğlu Mərkəzini təsis etdiniz. Mərkəzin binası var?

- Əfsuslar olsun ki, yoxdur. Əlbəttə, gözəl olardı. Mərkəzin adından vaxtı ilə tanınmış yazıçılara, elə ilk olaraq yazıçı Anara və digər mədəniyyət adamlarına Vaqif Səmədoğlu medalını vermişik.


- Foto çəkərkən daha çox nələrə üstünlük verirdi?

- Vaqifin 9 yaşı olanda atası ona “komsomolets” fotoaparatı alıb. İndi Səməd Vurğun Muzeyindədir. Mənim üçün əsas Vaqiflə Yusifin ekspozisiyasını yaratmaq idi. Sonra Xavər xanımla Aybəniz xanımın guşələrini yaratdım. Eyni zamanda Qazaxda poeziya evində də bir çox yeniliklər etdim.

Vaqifin fotoları çox olub. Həyatında baş verən dəyişikliklər, köçmələr nəticəsində onların bir qismi itib. Deyirdi, çox böyük arxivi olub. Biz evlənəndən sonra yenidən fotoqraflıq etdi, pianoda ifa etməyə başladı. Bəzən pianoda 3-4 saat ifa edirdi. Klassikaya üstünlük verirdi. Daha sonralar o, elektropiano almışdı.

- Siz də şeir yazmısınız?

- Olub, yazmışam. Vaqif deyirdi, “mən yazdım nə oldu, sən yazıb nə olacaqsan”. Əsərlərinin zamanında çap olunmaması ona təsir etmişdi, yeri hələ də göynəyirdi. O dedikləri də onun əks-sədası idi. Ümumiyyətlə, həyatı çox sevirdi. Deyirdi, xəstələnəndən sonra həyatı daha çox sevir. 75 illiyini qeyd edəndən sonra sanki ona güc, qüvvə gəldi. Əfsuslar olsun ki, bu, amansız xəstəliyin bir üzü idi. Hər şey dəyişdi və daha da pisləşdi.

- Deyirlər, ömrün ikinci baharı daha uğurlu olur.

- Yəqin ki, elədir. Həyatın mənası zamanla dəyişə də bilir. 20-30 il bundan əvvəl mən hansısa suallara başqa cür cavab verərdim. Mühit və zamanla həyata baxışın, məna dəyişir. Bu dünyanın bir qanunu var, o da məhəbbətdir. Mən o məhəbbəti deyirəm ki, o sənə nəfəs, yaşamaq enerjisi verir. Şükürlər olsun ki, biz bunu yaşadıq. Mən Vaqif müəllimlə xatirələrimi 2021-ci ildə çap olunan “Mən sənin yuxunam” kitabında vermişəm.

- Yusif Səmədoğlu ilə münasibətləri necə idi?

- Qardaşını çox istəyirdi. Aralarında 4 yaş fərq var idi, hörmətlə yanaşırdı. Xüsusilə xəstələnəndə Yusif bəy tez-tez onun yuxularına girirdi.

- Millət vəkili də olmuşdu Vaqif bəy. Necə deputat idi?

- Biz evləndikdən sonra deputat seçildi. Qeydlərində yazırdı ki, ikinci dəfə deputat olmaq istəmir. Çünki çox yorulurdu. Gündəliyində yazırdı: “Bəlkə ikinci ili olmayım?” Sonra cavab verirdi: “Yox, mən kömək etdiyim adamlara lazımam”. Vaqifdə vətəndaşlıq, xeyirxahlıq hissi çox güclü idi. Onu da deyirdi, ona görə deputat oldum ki, yaxşı pensiya alım. Zarafat etsə də, burada ciddilik daha çox idi.


- Onun ən çox işlətdiyi hansı sözlər indi də qulağınızdadır?

- Çox olub. Hamısını sizə deyə bilmərəm axı...

Məsmə Aslanqızı: "Azdrama"da keçmiş rəhbərliklə problemimə görə bir çox aktyor mənə salam verməyə qorxurdu" – <span style="color: #ff0000;">MÜSAHİBƏ</span>

İstidir. Fotoqrafımızla birgə Bakının dolanbaclarında kölgəlik axtara-axtara, nəfəs dərə-dərə müsahibimlə vədələşdiyimiz yerə gedirik. Bir az keçmiş müsahibimdən mesaj gəlir. Artıq məkandadır. Bizdən tez çatmasının səbəbini isə belə izah edir:
 
– Düşündüm, bir az piyada gəzərəm, amma çox isti oldu, taksi ilə gəldim.
 
Biz məkana çatıb görürük ki, müsahibimiz bizim üçün guşə də seçib, çay da sifariş verib. İsti yay günlərindən biri, isti çay... qalırdı bircə söhbətə başlamaq... Biz də elə söhbətə yayın dözülməz istisindən başlayırıq.
 
Moderator.az Əməkdar artist Məsmə Aslanqızının "Report"a müsahibəsini təqdim edir.

– İsti ilə aranız necədir?

– Normal, amma yay fəslində adam daha çox Bakıdan kənarda olmaq istəyir. İmkan daxilində mən də Bakıdan uzaqlaşa bilirəm, amma hər fəslin öz gözəlliyinin olduğunu düşünürəm, övladlarıma da bunu təlqin edirəm. Məsələn, adətən, yağışda analar övladlarını orta məktəbə getməyə qoymurlar. Mən belə etmirəm, əskinə, istəyirəm, qızım yağışda da, qarda da dərsə getsin, məhz yağışın, qarın altında dərsə getmək necə bir hissdir, onu görsün, başa düşsün, hiss eləsin.

– Sizinlə müsahibə üçün danışanda qrafikinizin çox sıx olduğunu dediniz.

– Elədir. Ümumiyyətlə, mən işləməkdən zövq alıram, evdə boş-bikar otursam, daha çox yorularam, işləyib yorulmaq daha yaxşıdır. Ən çox zövq aldığım iş isə dublyajdır.

– Hazırda, mən bilən, daha çox elə dublyaja fokuslanmısınız, çünki sizin aktiv tamaşanızı xatırlamıram.

– Doğrudur, uzun müddətdir, mənim olduğum tamaşalar repertuardan çıxarılıb. Hazırda isə yeni tamaşanın məşqini edirik. İrqmar Berqmanın (İsveçli kino və teatr rejissoru, yazıçı-ssenarist, – N.P) "Payız sonatası" pyesi əsasında hazırlanmış üç nəfərlik tamaşadır. İllərdir, səhnədə görmədiyimiz Zemfira Nərimanova, Elşən Rüstəmov və mən. Düşünürəm ki, tamaşanı yeni mövsüm üçün təhvil verərik.

Tamaşalarımın repertuardan çıxarılmasının səbəbini bilmirəm

– Deyirsiniz ki, tamaşalarınız repertuardan çıxarılıb. Məsələn, "Xanuma" və "Qarabağnamə"ni xatırladım, hazırda onlar nümayiş olunmur. Repertuardan çıxarılma səbəbi nə olub?

– Həmçinin İlyas Əfəndiyevin "Boy çiçəyi" tamaşasında da var idim, tərəf müqabilim Xalq artisti Fuad Poladov dünyasını dəyişdi, sonra Xalq artisti Ramiz Novruzla oynadıq, o da dünyasını dəyişdi. Beləcə, zamanla repertuardan çıxarıldı. Siz adlarını çəkdiyiniz tamaşalar da həmçinin. Düzü, tamaşaların repertuardan çıxarılmasının səbəbi ilə bağlı konkret nəsə demək çətindir, yəni bilmirəm.

– Məsmə xanım, Sizin teatr fəaliyyətiniz 1995-96-cı illərdən başlayır. Yəni rahatlıqla demək olar ki, bir igidin ömrü qədər teatr ömrünüz var. Sizin üçün bu 30 illik teatr ömrü necə keçdi?

– Hərdən özüm də inana bilmirəm ki, 30 ildən çoxdur, Akademik Milli Dram Teatrındayam. Məni teatrda işlə təmin edən adam Xalq artisti Həsənağa Turabov olub. Qabiliyyət imtahanı götürəndə mahnı oxumaqdan tutmuş etüd göstərməyə, şeir deməyə qədər hər şey elədim. Adımı soruşdu, dedim Məsmə. Dedi, Məsmə olmaz, Məsməxanım olar. Sonra da dedi ki, çox istedadlı qızsan, əgər qəbul olmasan, "Azdrama"ya gedib onu tapım. Elə oldu ki, qəbul oldum, Xalq artisti Azər Paşa Nemətovun kursuna düşdüm. Xalq yazıçısı Elçinin "Ah Paris, Paris" tamaşasının məşqləri gedirdi. Məşqlərə baxandan sonra bizdən soruşdu ki, nə fikirləşirsiniz? Dedim, burada nə var ki... çıxaram, oynayaram. Amma sonra başa düşdüm ki, belə deyilmiş, səhnə adamı elə tutur, elə ovsunlayır ki... Addım atanda əllərini unudursan, əl-qol hərəkətləri edəndə ayaqlarını... Amma nəticə etibarilə Həsənağa Turabov baxdı, bəyəndi və məni işə götürdü.

– Müsahibələrinizin birində rast gəldim ki, xaraktercə çox utancaq adamsınız. Teatr və utanmaq, mənə çox qəribə gəldi.

Gülür.

– Bilirsiniz, mən uşaq vaxtlarından özümə qapanıq və özgüvənsiz biri olmuşam. Səhnəyə çıxanda bütün bunların hamısını unuduram, səbəbini mən də bilmirəm. Yəni səhnədə tamamilə başqa bir Məsmə oluram. Hətta qohumlarım da tamaşalarıma baxanda eynisini deyirlər, mən, doğrudan da, səhnədə başqa biriyəm. 48 yaşım var, günü bu gün də səhnədən kənarda kimsə məndən danışanda qulaqlarım qızarır.

– Azərbaycan teatr cameəsində zaman-zaman müxtəlif səpkili qalmaqallar olub. Ötən il sizin də adınız bu qalmaqallardan birində hallandı. O söhbətlərə qayıtmaq fikrim yoxdur, sadəcə, bu gün siz "Azdrama"dasınız, deyirsiniz, yeni tamaşanız var. Bu kontekstdə maraqlıdır, bədii rəhbər vəzifəsinin ləğvi və Mehriban Ələkbərzadənin teatrdan getməsindən sonra teatrda vəziyyət necədir?

– Mən bilmirəm, bunu Mehriban Ələkbərzadə ilə bağlamaq olar, ya yox, amma, həqiqətən də, çox ciddi dəyişikliklər var. Bilirsiniz, mən qalmaqal adamı deyiləm. Bu illər ərzində teatra gəlib məşqimi eləmişəm, tamaşamı oynamışam, işimə məsuliyyətlə yanaşmışam, bir çox dövlət tədbirlərində mütəmadi iştirak etmişəm, teatra, dövlətə, dövlətçiliyə sadiq olmuşam. Qeybət, söz gəzdirmək, rol üstündə dava etmək və s. bu cür xırdalıqlar mənlik olmayıb, xislətimdə yoxdur.

Birinci və ümid edirəm ki, sonuncu dəfə yaşadığım o dediyiniz qalmaqal isə daha çox bir insanın haqq səsi idi. Susub eləcə kənardan izləmək olmazdı, əslində, mənim və bir neçə sənət yoldaşımın demək istədiyini bir çox teatr aktyoru, sənət adamı demək istəyirdi. Sadəcə, bəziləri cürət etmirdi, bəziləri qorxduqlarını açıq etiraf edirdi, bəziləri laqeyd yanaşırdı, bəziləri isə səhnə arxasında danışmağa üstünlük verirdi. Nazim Hikmət demiş, sən yanmasan, mən yanmasam, biz yanmasaq, necə çıxar qaranlıqlar aydınlığa. Bir sözlə, biz yandıq, işığımızdan da bir çoxları bəhrələndi.

Şükür, indi teatrda nisbi sakitlikdir. Teatrın yaradıcı heyətinin, demək olar, hamısı tamaşalarla məşğuldur. Hamısı bir-biri ilə mehriban dolanır. Rəhbərlik tərəfindən hamıya eyni insanı münasibət göstərilir. Bir sözlə, heç kəs kənarda qalmır. Bu da teatrın direktoru İlham Əsgərovun sayəsində baş verir.

Kresloda oturmaq olar, vəzifə almaq olar, amma idarəçilik çox çətindir, bunu hər adam bacarmır

– Onda belə çıxır ki, Mehriban xanım orada olanda İlham Əsgərov bədii məsələlərə qarışmırdı.

– Əvvəl-əvvəl qarışmırdı, amma sonra gördü ki, mütləq bu prosesi öz əlinə almalıdır, başqa cür mümkün deyil. İlham Əsgərov 30 ilə yaxındır, "Azdrama"da çalışır, o bu teatrlar bağlı hər şeyi bilir, məlumatlıdır. Mən bunu dəfələrlə demişəm, yenə də deyirəm, bizim bəxtimiz gətirib ki, İlham Əsgərov kimi rəhbərimiz var. Tam səmimiyyətimlə deyirəm, İlham Əsgərov "Azdrama"nı söküb təzədən yığa bilər.

Dediyim kimi, teatrımızda ab-hava çox yaxşıdır, yəni tamamilə dəyişib. Hətta indi teatrda 90-cı illərin sonu, 2000-ci ilin əvvəllərindəki mühiti xatırlayıram, çünki o zaman mövcud olan böyük-kiçik anlayışı hiss olunur, hamının üzü gülür, hamı rahatdır.

Sizə bir şeyi də deyim, Mehriban Ələkbərzadə ilə aramızdakı problemə görə bir çox aktyor mənə salam verməyə qorxurdu ki, birdən xəbər ona çatar, o da onlara rol verməz, bizimlə də düşmənçilik edər, adımızı təqaüdə göndərməz və sair.

Bilirsiniz, hər adam idarəçiliyi bacarmır. Kresloda oturmaq olar, vəzifə almaq olar, amma idarəçilik çox çətindir, bunu hər adam bacarmır. Bu müddət ərzində mən Maqbet müəllimi (Maqbet Bünyadov – əməkdar mədəniyyət işçisi, 2006-2010-cu illərdə Akademik Milli Dram Teatrının direktoru olub, – N.P) çox yaxşı idarəçi kimi xatırlayıram.

– Biz ötənilki qalmaqala müəyyən mənada toxunduq, həmin qalmaqalın bir tərəfi də o idi ki, "Azdrama"ya başqa teatrlardan aktyor-aktrisa dəvət olunur...

– Mənə, ümumiyyətlə, bu müzakirə çatmır, burada qəribə nə var? Bu niyə yanlış olsun ki? Bu, tamamilə, normal haldır, mən heç vaxt heç bir halda "Azdrama"ya başqa teatrdan aktyor-aktrisa dəvət olunmasına pis baxmamışam. Teatrda işlədiyim müddətdə o qədər belə hal olub ki... Normaldır.

– Bayaq dediniz ki, hazırda teatrda hamının tamaşası var. Bəlkə, hamının rol almasına məhz başqa yerlərdən aktyor-aktrisanın dəvət olunması mane olurmuş.

Bir qədər düşünür...

– Yox, mən buna inanmıram.

30 ildir teatrdayam, bu illər ərzində yığdığım hörməti hansısa bir filmdə, serialda alacağım müəyyən qonorar xətrinə itirə bilmərəm

– Aydındır. Bu günlərdə "Mikrorayon" (Rejissor Qulu Əsgərov, ssenari Gəray Həsən, – N.P) adlı serial əməlli başlı gündəm yaradıb. Uzun illərdən sonra sizi filmdə-serialda görmək maraqlıdır və baş qəhrəmanın anası olan Bahar adlı rolunuz da kifayət qədər dramatikdir. Sözügedən rolla bağlı çıxışınıza baxdım, orada bir ifadə işlətdiniz ki, ssenari ilə tanış olan kimi rejissora demisiniz ki, Bahar obrazı mənəm. Maraqlıdır, özünüzlə Bahar obrazı arasında nə kimi bağ var?

Dərin bir ah çəkən Məsmə xanım bir xeyli düşünür. Hiss olunur ki, bu sualı cavablamaq üçün əməlli-başlı hazırlıq görür.

– Mən illərdir, efirdən uzaq düşmüşəm. Çox darıxmışdım efir üçün, çəkiliş meydançası üçün. "Mikrorayon"dan əvvəl iki seriala dəvət almışdım. Desəm ki, rejissorlar qapıma düzülmüşdü, yalan olar. Mən teatr aktrisasıyam, peşəkar kinoda ilk işim Yusif Quliyevin çəkdiyi "Qrinviç meridianından kənarda" qısametrajlı filmi olub, ikinci dəfə isə Xalq artisti Vaqif Mustafayevin Heydər Əliyev haqqında çəkdiyi filmdə Ulu Öndərin anası İzzət xanımın obrazını canlandırmışam. Mən daha çox teatrdakı rollarımla, uşaq verilişlərinin aparıcılığı ilə tanınmışam. "Mikrorayon" serialına dəvətim, sözün düzü, mənim üçün gözlənilməz oldu. Uzun illərdən sonra efirə məhz bu serialla qayıtdığıma görə özümü şanslı hesab edirəm.

– Deyirsiniz, buna qədər iki dəfə dəvət gəlmişdi, niyə imtina etdiniz?

– Ssenari məni qane etməmişdi, mənim üçün ssenari çox-çox vacibdir. Başqa tərəfdən isə rejissordan rejissora da fərq var. Bilirsiniz, rejissor məndə yaxşı fikir yaratmırsa, getmirəm. Mən 30 ildir, teatrdayam, bu illər ərzində yığdığım hörməti hansısa bir filmdə, serialda alacağım müəyyən qonorar xətrinə itirə bilmərəm. Bu mənada, seçici davranıram. Ən kiçik nümunəni deyim, bir də görürsən, mesaj gəlir, oxuyursan ki, bir mesajda beş dənə səhv var. Yəni adi bir təklif, adi bir dəvətdə belə bu cür xətalar məni soyudur, çünki bu ilkin təəssüratdır.

"Mikrorayon"a dəvət gəldi, ssenarini oxudum, oxuduqca inanın ki, əllərim əsirdi. Çünki bu obrazın həyatıma çox yaxın hiss edirdim. Çəkdiyim əziyyətlər, problemlər, təklik... Oxuduqca bütün bunlar mənim gözümün qarşısından keçdi və başa düşdüm ki, Bahar mənəm. Rejissor Qulu Əsgərova da məhz belə dedim, dedim ki, bilmirəm, siz bu rola kimi təsdiq edəcəksiniz, amma Bahar mənəm.

"Mikrorayon"un son seriyasından sonra rejissora yazdım ki, bu cür zəif övlad böyütdüyüm üçün özümə nifrət edirəm

– Necə düşünürsünüz, Azərbaycanda Bahar kimi analar çoxdurmu?

– Əlbəttə, çoxdur. Biz ümid edirik ki, serialda gəlinən ümumi nəticə bu mövzuda müsbət təsirini göstərəcək. Oğlan övladını yetişdirmək çox çətindir. Bəli, mən qız anasıyam, eyni sözləri qız övladı üçün də demək olar. Ümumiyyətlə, ana mövzusu, ananın tək-tənha müxtəlif səpkili problemlərlə təkbətək qalması, doğrudan da, bütün dövrlər üçün aktualdır.

Serialın son seriyasından sonra rejissora yazdım ki, bu cür zəif övlad böyütdüyüm üçün özümə nifrət edirəm. Bilirsiniz, heç bir qadın öz xoşu ilə güclü olmur, bu məcburiyyətdən yaranan bir şeydir. Serialda da bu məsələ kifayət qədər göstərilib, yenə də deyirəm, biz ümid edirik ki, məhz bu mövzudakı problemlərə müəyyən mənada işıq tuta biləcəyik.

Baharın yaşadığı əziyyətlər, ağrı, acı, tək başına bunların öhdəsindən gələ bilib-bilməmək qorxusu mənə çox tanış idi. Çünki məhz o ərəfədə oxşar həyatı özüm yaşayırdım. Mən şükür, öhdəsindən gəldim, Baharın taleyini isə serialda görəcəyik.

– Serial üçün kastinqdə iştirak edənlərin əksəriyyəti gənc nəsil idi. Gənclərlə işləmək necə idi?

– Bu qədər gənclə eyni anda bir kollektivdə ilk dəfə idi, işləyirdim. İnanın, heç birini tanımırdım, onların qabiliyyətini, istedadını görüb elə sevindim, elə sevindim. Nə yaxşı ki, Azərbaycan kinosunda belə bir gənc nəsil var. Böyük-kiçik yeri bilən, istedadlı... Mən elə gedib-gəlib böyük-kiçik yerini bilməkdən danışıram, bu səbəbsiz deyil. Baxın yenə də deyirəm, mən 30 ildir, teatrdayam, tutaq ki, qrim otağındayam, bir də görürəm, otağa Xalq artisti Rafiq Əzimov girdi, tez qalxıram ayağa, ona yer verirəm. Amma elə gənclər var ki, heç veclərinə də olmur, yer vermək bir yana, fikir belə vermirlər.

Davamlı dublyajla məşğul olmağım artıq məişət danışığıma da təsir edib

– Məsmə xanım, teatrı pafossuz düşünmək, demək olar ki, mümkün deyil. Siz teatr aktrisasısınız. Dublyajın diksiyası isə tamamilə fərqlidir. Siz həm də dublyaj aktrisasınız. Nəhayət, gəlirik filmə-seriala. Film həm pafosdan uzaq olmalıdır, həm də dili fərqlidir. Bunun öhdəsindən gəlmək sizin üçün çətin deyil ki?

Gülür.

– Əlbəttə ki, çətindir, həm də çox çətin. Çox düz deyirsiniz, teatrda pafossuz mümkün deyil. Məsələn, götürək "Almaz" pyesini, başdan ayağa pafosdur, onsuz mümkün deyil. Dublyaj danışığı da bir yandan. Sizə deyim, davamlı dublyajla məşğul olmağım artıq məişət danışığıma da təsir edib.

– Siz həftənin neçə günü dublyajda olursunuz ki?

– Bu, tələbatdan asılıdır. Bəzən hər gün, bəzən həftədə iki-üç dəfə, bəzən daha az, yaxud daha çox. Dediyim kimi, "Mikrorayon"a çəkiləndə çox narahat idim ki, həm teatrdakı pafos, həm də dublyajdakı dil mənə mane olsun. Amma belə olmadı, öhdəsindən gələ bildim.

– Dublyajdan söz düşmüşkən, qonorar məsələsi həmişə problemlidir. Yenə də elədirmi?

– Elədir, azdır.

Sırf teatrdan aldığımız maaşla dolanmaq olmur, oradan aldığımız məvacib heç bir həftəlik tələbatı ödəmir

– Yəni zəhmətə dəymir, sırf sevdiyiniz üçün məşğul olursunuz.

– Bilirsiniz, sırf teatrdan aldığımız maaşla da dolanmaq olmur. Bu mənada, əlavə işlər vacibdir. Mən də sevdiyim dublyaj işi ilə məşğulam. Buna qəti şəkildə məcburiyyət deyə bilmirəm, sevməsəydim, bəlkə də, çalışmazdım.

– Bəs serialda vəziyyət necədir? Məsələn, "Mikrorayon"dakı qonorar sizi qane elədimi?

– Mənim uzun müddətdən sonra ilk işim idi, hesab edirəm ki, buna da şükür demək olar.

– Bacılarınızdan birini bilirəm ki, incəsənət sahəsindədir. Bəs ümumiyyətlə ailənizdə başqa belə adamlar varmı?

– Biz üç bacıyıq, böyük bacım hüquq-mühafizə orqanlarında çalışır. Kiçik bacım isə, dediyimiz kimi, mədəniyyət sahəsindədir. İxtisas olaraq, rejissorluğu bitirsə də, hazırda müğənnidir. 1997-1998-ci illərdə iki bacı dövlət tədbirlərində çıxışlar edirdik, mən aparıcı, o isə ifaçı olaraq. Dəfələrlə böyük səhnələrdə, Heydər Əliyev Sarayında, hətta Ulu Öndərin iştirak elədiyi tədbirlərdə çıxışlar etmişik. Sonra ailə həyatı qurdu, bir az səhnədən uzaqlaşdı, indi daha çox el şənliklərində iştirak edir.

Atam şəhid olandan sonra ailəlikcə bilirdik ki, daha əvvəlki həyatımız olmayacaq

– Ailənizdən danışırıq, atanız 20 Yanvar hadisələrində şəhid olub. Bu hadisələr baş verəndə sizin 12-13 yaşınız var idi. Maraqlıdır, əgər yaşasaydı, sizi səhnəyə qoyardımı?

– Yox, qoymazdı. Bayaq danışdığımız utancaqlığım mənə elə atamdan keçib. Adicə hansısa bir toyda, məclisdə çəkilib ən arxada, gözdən-könüldən uzaqda dayanırdı ki, kameraya düşməsin.

Atam şəhid olanda mənim hələ 12 yaşım tamam olmamışdı, amma ona qədər bizi, az qala, Azərbaycanın bütün rayonlarını gəzdirmişdi. O vaxt indiki kimi hotellər, istirahət mərkəzləri yox idi, bir çadırımız olurdu, bir də biz. Hətta bir dəfə xatırlayıram, gedib meşədə çadır qurduq, beş-altı gün orada qaldıq. Axırı meşəbəyi gəldi ki..

– Məskən salmısınız...

– Hə, dedi, burada əməlli-başlı məskən salmışınız. Atam onun üçün "Meşəbəyi" mahnısını qoşdu, dedik, güldük, sonra onu da yola saldıq. Elə olurdu, qidamız qurtarırdı, düşürdük yaxın kəndlərə... Yəni o 11-12 il ərzində o qədər xatirələrimiz var ki... Atam şəhid olandan sonra ailəlikcə bütün bu xoşbəxt günlərimizi də itirdik, bilirdik ki, daha əvvəlki həyatımız olmayacaq. Anam, bu mənada, çox güclü qadındır, böyük qadındır. O bütün həyatını övladlarına bağlayıb, bizi elə böyüdüb. Mənə elə gəlir, qadın ana olandan sonra artıq öz həyatını unudur, övladları üçün yaşayır.

– Bayaq iki serialdan ssenariyə görə imtina etdiyinizi dediniz. Bəs teatrda imtina etdiyiniz rol olub?

– Teatrda buna ixtiyarımız yoxdur. Elə olub ki, baxmışam, bu rol mənim deyil, amma məcbur oynamışam. Bəlkə də, belə bir qayda yoxdur, amma mən heç vaxt imtina etməmişəm, edə bilməmişəm. Bəzən də elə olur ki, obrazı rejissor aktyora düzgün izah edə bilmir. Mənim elə obrazlarım olub ki, bu günə qədər orada nə oynadığımı başa düşməmişəm, çünki rejissor düzgün izah etməyib, edə bilməyib.

– Məsmə xanım, teatrda dostluq etdiyiniz adam varmı?

– Yoxdur (gülür). Mənim nəinki çalışdığım teatrda, ümumiyyətlə, bu sənətdə dostluq, rəfiqəlik etdiyim insan yoxdur. Xətrini çox istədiyim, hörmət etdiyim, pərəstiş etdiyim, ürəyimi sevindirən, üzümü güldürən insanlar var, amma bunlar dostluq deyil. Özümə ən yaxın bacılarımı, anamı və qızımı bilirəm.

– Bir az ənənəvi sualdır, ədəbiyyatla aranız necədir?

– İnanın ki, mən hər gün evdən çıxanda öz-özümə deyirəm ki, ilahi, mənə güc ver, "Səmərqənd"i (Livan əsilli fransız yazıçı Amin Maalufun romanı, – N.P) oxuyub bitirim. O dərəcədə məşğulam, düzdür, bu qətiyyən mənə haqq qazandırmır, amma belədir. Xalamın 85 yaşı var, hələ də kitab oxuyur. Kitabı oxuyuram, kimsə kənardan nəsə söz deyir, harasa çağırır, yarımçıq qalır, iki gün sonra qaldığım yerdən davam edə bilmirəm... Təəssüf.

Sonuncu dəfə Səbahəttin Əlinin "Xəz paltolu Madonna" kitabını səsli variantda dinləmişəm. Evdə iş görə-görə, hansısa hissəsini qaçıranda təzədən geri qaytarıb dinləyə-dinləyə, amma bu kitab oxumağın ləzzətini vermir. Bilirsiniz, kitabı vərəqləyə-vərəqləyə, qoxusunu ala-ala oxumadınsa, heç nə...

Beləcə, Məsmə xanımın kitab oxumağın ləzzətini, dadını özünəməxsus teatrallıqla təsviri ilə müsahibəni yekunlaşdırırıq. Məkandan çıxıb liftə minəndə bizə yaxınlaşan orta yaşlı qadın bayaqdan bəri bizi kənardan izlədiyini deyir.

– O xanımın siması tanış gəlir, yadıma sala bilmədim.

– Əməkdar artist Məsmə Aslanqızı, – dərhal cavablayıram.

Qadın əməlli-başlı təəccüblə o yan-bu yana baxır, axırı təəccübünü yığışdırıb deyir.

– "Mikrorayon"dakı qadındır, hə?

Təsdiq edirəm.

– Çox yaxşı oynayıb, çox təsirli... İndiki anaların səsi olub. İmkanınız olarsa, təşəkkürlərimizi çatdırın...

Əli İsa Cabbarovdan qat-qat yaxşı işi bilənlər var — Əmir Pəhləvanla MÜSAHİBƏ

Azərbaycan Kinematoqrafçılar İttifaqı ətrafında qalmaqallar səngimək bilmir.Xüsusilə mayın 26-da keçirilən qurultayın nəticələrinə əsasən, rejissor Əli İsa Cabbarov AKİ-nin sədri seçilməsi xəbəri yayıldıqdan sonra bir sıra etirazlar oldu.Bir sıra tanınmış simalar bu seçimi qəbul etmədiklərini açıq şəkildə bildirdilər.Oxu24.com-un əməkdaşı məsələni yazıçı-dramaturq,AKİ-nin İdarə Heyətinin üzvü Əmir Pəhləvan ilə müzakirə edib.-Əmir müəllim,Azərbaycan Kinematoqrafçılar İttifaqı ətrafında baş verənləri görürsünüz.Münasibətiniz necədir?-Vətəndaş əxlaqımızın formalaşan əsas prinsiplərindən biri də mədəniyyətdaşlığımızın formalaşdırılmasıdır. Milli şüurumuz və milli vicdanımız oyanıbsa demək keçmişin eksponatları olan total təfəkkür qəlblərini birdəfəlik unutmalıyıq. Mənəm-mənəmlik, qoluzorluluq, şəxsi mənafe xəstəliyi, özünə məftunluq, gizli və məkrli - müəmmalı gedişlər, oyunbazlıq, dövlət və dövlətçiliklə qarşıdurma heç bir vaxt, heç bir quruma və təşkilata, o cümlədən, hec bir kəsə xeyir gətirməyib.Xalq Artisti Rasim Balayevin  dünyasını qəfil dəyişməsindən sonra Azərbaycan Kinematoqrafçılar İttifaqında bir qrupun məkrli gedişlərlə tez-tələsik Konfrans düzənləmək və sədr "seçkisi" keçirmək niyyətini reallaşdırmaq istəyi mədəniyyətdaşlığımızın umumi ahənginə uyğun gəlmir, cənablar!  Bu günlərdə seçki oyunu ilə siyasi şou yarışı aparmağınız mədəniyyətimizin və mədəniliyimizin səviyyəsilə tərs mütənasibdir. Bu şübhəli gedişlərin məqsədi nədir? Niyə belə narahatsınız? İttifaqın üzvlərini və İdarə Heyyətini nə üçün çaşdırırsınız? Nədən sığortalanmaq istəyirsiniz, cənablar?!-Özünüz də dediniz ki,burada seçki oyunu,siyasi şou yaradanlar var.Bəs kimdir bunu edənlər?Bu günə qədər İttifaqında bir çox qərar və layihələr kino ictimaiyyətinin deyil, ayrı-ayrı şəxslərin maraqları üzərində həyata keçirilir. Bunu necə başa düşmək olar? Əgər profesionalliq və peşəkarlıq prinsiplərinin unudulduğu bir qrupun ikitirəlik yaratmaq tendensiyası və 150 ittifaq üzvü ilə Konfrans düzənləyib qürrələnmək  azarı nəfs öldürmək -- öz xülyalarında ciddi qanunsuzluqların ört-basdır edilməsində  sığortalanmağa hesablanıbsa, demək, yanılırsınız, böyük bir səhvə yol verirsiniz.Azərbaycan kino incəsənətində öz möhürlərini vurmuş böyük titul və nüfuz sahiblərinin, o cümlədən Xalq artisti,  dünya şöhrətli görkəmli aktrisa Şəfiqə Məmmədovanın əməyini qiymətləndirməmək, onunla hesablaşmamaq, onun və bizlərin başı üzərindən atdanıb şou göstərmək, kəndirbazlıq eləmək əsil cahillikdir, özbaşınalıqdır, əllaməlikdir!Oxu:   “Çox gözəl oyunçudur, başqa qüvvələrə güvənir ” — Ayaz Salayevlə Kinematoqrafçılar İttifaqı ətrafında MÜSAHİBƏ  -Xalq artisti Şəfiqə Məmmədovanın adını çəkdiniz.O boyda sənətkar niyə kənarda qalsın ki?-Şəfiqə Məmmədovanın səyləri və nüfuzu sayəsində şəhərin mərkəzində yerləşən İttifaqın göz oxşayan möhtəşəm binasında genişliyi, səliqə-sahmanı, dinamik iş rejimi məsuliyyətini və rahatlığı unutmayın.Bu cür böyük bir işin və Şəfiqə xanımın dəyərini qiymətləndirin. Ölkə Prezidentinin kino sahəsinə olan xüsusi diqqətini və qayğısını, o cümlədən Mədəniyyət Nazirliyinin dəstəyini və isti münasibətini də unutmayın. Mən Allah şahidiyəm ki, hər iki İttifaqın birləşməsində Şəfiqə xanım hansı çətinliklərlə qarşılaşdı, hansı təzyiqlərlə üzləşdı, hansı maneələri dəf elədi...Hamını Ana qucağı kimi İttifaqın qoynuna aldı. Bütün bunlar nə tez unuduldu?! Paradoksal bir mənzərə yaranıb.”Gəmidə oturub gəmiçi ilə dava etməzlər”, axı?! -Gələk sözügedən qurultaya və səsverməyə... Bir çoxları bu qurultay kəlməsini də qəbul etmir.Nəticələri də tanımır.Bəs siz?-İttifaqın 460 nəfər üzvündən yüz əllisinin (150) iştirakı və üstəlik bir çox seçicinin zalı tərk etməsi kvorum (tələb olunan iştirakçıların zəruri minimum sayı) olmamasından xəbər vermirmi? Belədə hansı səs vermədən və sədr seçkisindən söhbət gedə bilər? XXl əsrdir, cənablar! Nisbətən cavan nəsli təmsil edən kinematoqrafçılar elektron əsrin prinsipləri çərçivəsində müəyyən çabalar göstərsələr də, milli dəyərlər baxımından istənilən nəticəni əldə edə bilməyiblər.Çünki, özlərindən  müştəbeh razı olmaları, yaş və iş  stajı fərqli olan kino xadimləri ilə hesablaşmamaları və onlara etinasız münasibət  sərgiləmələri başqa bir absurd mənzərənin yaranmasından xəbər verir. Bu baxımdan cəmiyyətin və insanların həyat tərzlərini formalaşdıran və onların məişətinə daxil olan kino incəsənəti bugünümüzün ən aktual və vacib mənəvi-ideologiya cəbhəsi sayılır. Bu cəbhədə isə sözü, çəkisi, hörməti, nüfuzu, istedadı, stajı, imzası və peşəkarlığı olan birinə ehtiyac duyulur. - Məsələn,kim?-Heç şübhəsiz ki, həmən şəxs məhz Şəfiqə xanım Məmmədovadır!-Bəziləri belə hesb edir ki, kino ittifaqı yalnız rejissorlardan ibarət olmalıdır.Bu fikrə yanaşmanız necədir?-Xeyir, bu belə deyil. Ədəbi material film istehsalı üçün əsas təməl daşıdır. O, ədəbiyyatla başlayır.Unutmayaq ki, Azərbaycan kinosu məşhur rejissorlarla yanaşı C. Cabbarlı, H.Cavid. A. Şərifzadə, İ. Tartakovski, M.Hüseyn, R.Rza, Ə.Məmmədxanlı  kimi dramaturqların birgə fəaliyyətləri ilə şərəfli yol keçərək bugünki inkişafa gəlib çıxmışdır. Dramaturqların söz və səs sahibliyini unutmaq insafsızlıq olardı. Məncə onların biliyindən və tövsiyələrindən bəhrələnmək lazımdır.Daha doğrusu, onların istedadı, imzası və nüfuzu fonunda daha mehriban fəaliyyət göstərmək məqsədə uyğun olardı. -Əli İsa Cabbarova gələk.Nədir burada problem?İşi bilmirmi?-Azərbaycan kinosunun dərinliklərini məşhur rejissorlar və dramaturqlar Əli İsa Cabbarovdan qat-qat yaxşı bilirlər.30 ildir ittifaqın üzvü olmağıma baxmayaraq, hələ bir dəfə də olsun məni hansısa bir konkursun, komissiyanın, yaxud bir layihənin icrasına dəvət eləməyiblər.Vaxtilə fəaliyyət göstərən kino məktəbində (təssüf ki, fəaliyyəti dayandırılıb) tələbələrlə görüşdürməyiblər. Fikir və düşüncələrimi soruşmayıblar, biliyimdən istifadə etməyiblər.Görkəmli kino xadimləri  Əbdül Mahmudbəyovun, Elxan Cəfərovun, Vaqif Mustafayevin,Akif Əlinin, Ayaz Salayevin, Firəngiz Qurbanovanın və başqalarının bilik və bacarıqlarından, təcrübələrindən  nə üçün bəhrələnməyiblər? Bu və ya digər məsələlərlə bağlı İdarə heyətinin konkret iclaslarını keçirməyiblər.Ayrı-ayrı müstəqil kino qurumları ilə münasibətlərin və ünsiyyətin, müştərək fəaliyyət istiqamətlərinin coğrafiyası  və umumi nəticələri haqqında heç bir bilgi açıqlanmayıb.   Yekun olaraq,siz də nəticələri tanımırsınız?-İyirmi doqquz (29) nəfər tanınmış kino xadimləri Azərbaycan Kinematoqrafiya İttifaqında azlıq təşkil edən bir qrupun keçirdiyi qanunsuz seçki prosesinin dayandırılmasını konkret dəlil və sübutlarla ölkə  ictimaiyyətinə açıqlamış, xoşagəlməz halların dayandırılmasını tələb etmiş, onları  ittifaqın nizamnaməsi çərçivəsidə davranmağa çağırmışdı. Təəssüf ki, onlar digər çoxluq təşkil edən ittifaq üzvlərinin - bizlərin xahiş və tövsiyyələrini, etirazlarını qəbul etməmiş və qeyri-legitim olan seçkiyə getmişlər.Nəticədə isə məqsədlərinə nail ola bilməyərək kütləvi informasiya vasitələrinin səhifələrində həqiqətə uyğun olmayan informasiyalar təqdim etmişlər.Kütləvi informasiyalar haqqında qanunun bəzi müddəaları ilə təzad təşkil edən, daha doğrusu üst-üstə düşməyən bu məlumatlar anlaşılmazlıq sindiromu yaratmışdır. Necə deyərlər, qanunvericilikdə müəyyən edilmiş qaydalar pozulmuşdur. Belə bir təzadlı, açıq və ya gizli qaydasız döyüşlərdə milli şüurumuz süni stereotiplərdən, birliyimizi pozub aramıza nifaq salanlardan, o cümlədən yersiz hücumlardan, tamahdan və açgözlükdən birdəfəlik qurtulmalı, Azərbaycan Kinematoqrafiya İttifaqı tamlığımızın, bütövlüyümüzün və mövcudluğumuzun ideoloji istiqamətləri müəyyənləşdirilməlidir.Müsahibəni apardı: Miri Məcidli

“Çox gözəl oyunçudur, başqa qüvvələrə güvənir ” — Ayaz Salayevlə Kinematoqrafçılar İttifaqı ətrafında MÜSAHİBƏ  

Ötən gün Azərbaycan Kinematoqrafçılar İttifaqında qurultay keçirildi və Əli İsa Cabbarov sədr seçildi. Həmin andan kino adamları iki yerə bölündü. Müzakirələr hələ də səngiməyib — bəziləri bu seçimi yeni bir nəfəs kimi qarşılayır, bəziləri dərindən narahatla izləyir. Əməkdar incəsənət xadimi, kinorejissor və kinoşünas Ayaz Salayev ikinci qrupdandır. Onun üçün söhbət yalnız bir seçkidən getmir — bu, Azərbaycan kinosunun uzun illər boyu yığılıb bu günə gəlib çıxmış böhranının üzə vurulmasıdır. Sənətkarın vətəndaşlıq mövqeyi, ittifaqın missiyası, Rüstəm İbrahimbəyov faktoru və kino dünyasının içindən keçdiyi parçalanma — Ayaz Salayev bunların heç birindən yan keçmir. Və danışanda susmur.Oxu24.com-un əməkdaşı gündəmi zəbt edən məsələni müzakirə etmək üçün Ayaz Salayevlə görüşüb.Həmin müsahibəni təqdim edirik:  Kino İttifaqındakı seçkilərdə olmadınız — kənardan bu prosesi necə izləyirsiniz?— Mən, sözün düzü, bu ittifaqın üzvü deyiləm və artıq heç vaxt olmayacam. İttifaqlar ayrılanda belə bir təəssürat oyandı ki, bu ittifaqları yuxarıdan ayırıblar, göstərişlə. Amma əslində bu parçalanma çox qanunauyğun bir hadisə idi. Rüstəm İbrahimbəyov ittifaqı öz şəxsi ofisinə çevirmişdi, katiblikdə bir nəfər nüfuzlu rejissor belə qalmamışdı.  İttifaqlar ayrıldıqdan sonra mən Şəfiqə Məmmədovanın idarə etdiyi ittifaqa getdim. O vaxt deyirdim ki, ittifaqlar birləşsə mən ora getməyəcəm, üzv olmayacam.Məncə, Şəfiqə xanım səhv elədi o birləşməyə getdi. Nəinki birləşməyə getdi, hətta ikinci adam olmağa razılaşdı. — Siz niyə ora getmədiniz? Əsas səbəb nədir?— Əsas səbəblərdən biri odur ki, Rüstəm İbrahimbəyov ölkənin prezidentliyinə namizədliyini irəli sürəndə və bununla ittifaqı 5-ci kolona çevirəndə, oradakı adamlardan biri də etiraz edib o təşkilatdan çıxmadı, biri də etirazını bildirmədi...Nəinki etiraz, heç xırda bir narazılığ da bildirmədilər. Bu hansı anlama gəlir? Nəticə çıxarmaq asandır...Ona görə də mən hər şeyə biganə olan adamların arasında ola bilmərəm. — Əli İsa Cabbarovun seçilməsi ilə bağlı nə düşünürsünüz?— Adını çəkdiyiniz şəxsin seçilməsindən sonrakı bu qalmaqallı hadisələr kinomuzda baş verən deqradasiya prosesinin ifadəsidir. Əli İsa Cabbarov, eşitdiyimə görə, yaxşı işləyir, bacarığlı və zəhmətkeşdir. Amma mənim fikrimcə, bu cür təşkilatın başında məsələn Bəstəkarlar İttifaqının başında duran Firəngiz Əlizadə, Rəssamlar İttifaqının başında duran Fərhad Xəlilov, AYB sədri Anar kimi cəmiyyətdə nüfuzu olan bir şəxs durmalıdır.— Səbəb nədir? Axı Əli İsa Cabbarov kino sahəsində bir çoxları üçün hörmətli adamdır.Onun da tərəfdarları var.— Bilirəm, tərəfdarları çoxdur. Xüsusilə, gənc nəsil arasında. Hansı səbəblərdən? Sizə bir misal gətirim. Məşhur rejissor Cahangir Mehdiyevin sözlərinə görə, Əli İsa Cabbarov ona dedi ki, "xoşun gəlmir, çıx get." Ya da buna oxşar hansısa sözləri. Gələn il Cahangir Mehdiyevin Kinematoqrafçılar İttifaqı üzvlüyünün 60 ili tamam olacaq. 60 ildir bu ittifaqın üzvüdür. Sənəd imzalandı, imzayanlar arasında Oqtay Mirqasımov, Cavanşir Quliyev, Vaqif Mustafayev və başqaları var. Əli İsa Cabbarovun heç bir vecinə deyil. Əslində o, bu adamların yanına özü gəlməli, söhbət etməlidir ki, getməyin. Amma o utanmadan deyir ki, o sənəd, o müraciət qanuni deyil, mən onu saymıram. Niyə o belə aparır özünü? Əslində o nə etdiyini çox gözəl bilir. Çox gözəl oyunçudur. Sadəcə o başqa qüvvələrə güvənir və onların təlimatına uyğun özünü belə aparır. Tarixdə bildiyimiz kimi inqilabı belə edirlər. Hər bir inqilabın başçısı deyir ki, bizdən əvvəlkilər heç nə etməyib, biz edəcəyik. Bəli, onlar heç nədir, biz yaxşısıyıq. Bu cür rəhbərlər adamlarda olan natamamlıq kompleksinə əsaslanır. Biz onu dünya tarixindən yaxşı bilirik. Gələcək diktator sadə adamların zadəganlara olan nifrətə güvənir.İttifaqın təzə seçilən rəhbəri də çox yaxşı bilir: necə səsləndirmək lazımdır, nə demək lazımdır, nüfuzlu adamlarla münasibəti necə saxlamaq lazımdır. — Belə qalmaqallı hadisələrdə bir sualda yaranır Kinematoqrafçılar İttifaqı bu gün nəyə lazımdır? İttifaqın vəzifəsi nədir?— Yaradıcı ittifaqlar 1934-cü ildə yaranıb — Yazıçılar İttifaqı birinci yaranıb. Kino ittifaqları artıq Stalindən sonra, Xruşşov dövründə yaranıb. Bu ittifaqları Stalin vaxtında yaratmaqdan məqsəd sənət adamlarını öz yumruğunda saxlamaq idi. İttifaq üzvü olmasan — kinematoqrafçı kimi çalışa bilməzsən. Mənə elə gəlir ki, Azərbaycan Kinematoqrafçılar İttifaqı 1980-ci ildə Həsən Seyidbəylinin vəfatı və Rüstəm İbrahimbəyovun ora rəhbər gəlməyi ilə mənəvi olaraq öldü. Şəxsən özümə qalanda, bu ittifaqlara minnətdar olmağıma heç bir səbəb yoxdur. Fəxri ada məni "Azərkinovideo" təşkilatından rejissor Hüseyn Mehdiyev təqdim etmişdir.  Kinematoqrafçılar gildiyası var, aktyorlar gildiyası var və s. Onların əsasında ölkədə Kino Akademiyasını yaratmaq olardı.Kino Akademiyası yaransaydı, kino ittifaqını əvəz edərdi və indiki qalmaqal, indiki tam qeyri-müəyyənlik olmazdı. Çox maraqlıdır ki, bəzi saytlar Əli İsa Cabbarovun sədr seçilməsini yazdı, daha sonra saytlar həmin məlumatı çıxardıb.  Tam belə bir qeyri-müəyyənlik içindəyik.— Sənətkarların vətəndaşlıq mövqeyindən danışdınız — bu gün mövqe haradadır?— Kino İttifaqin həm sabiq, həm indiki rəhbərlərin dediyi çox məsuliyyətsiz, nüfuzlu təşkilata yaraşmayan ifadələrə rast gəlmək olar, məsələn, “mənim farslardan zəhləm gedir”, “yəhudi ana kimi” və s.  Amma lazım olanda susurdular. Heç bir münasibət bildirilmədi. Nə Qarabağin işğalında, nə Vətən Müharibəsi vaxtı, nə də qələbədə. Min dənə misal gətirə bilərəm. Məsələn, dünyada milliyyətcə azərbaycanlı olan ən məşhur rejissor Cəfər Pənahidir. Bu bir neçə dəfə İranda həbs olundu. Mən təklif edirdim ki: gəlin bir etiraz yazaq, ona dəstək verək. Cənab Prezident özü də deyib ki, Arazın o tayındakı azərbaycanlıların taleyi bizi narahat edir. Heç bir reaksiya yox idi. Tam hər şeydən kənarda qalmaq.  Əvvəlki nəsil belə deyildi. Yadımdadır,  Tofiq Tağızadə, kinostudiyada ermənilərə qarşı, Moskvaya o vaxt etiraz məktubu yazırdı — qapıları döyə-döyə, imzaları toplayırdı. Yaşlı bir adam, məşhur rejissor dəhlizləri gəzirdi. Mənə də dedi: "Qorxma, imzala." Sadəcə hamıya belə sözlərlə deyirdi. Yadımda qalıb. — İstərdim təkrar seçkiyə qayıdaq. Qurultayda illər boyu kamera arxasında birlikdə işləyən həmkarların bir-birinə hücumunu izlədiniz. Artıq kino adamlarının birliyi pozulubmu?Həmin o birlik hələ İbrahimbəyovun vaxtında pozulmuşdur. Hörmətli adamları alçaldırdı.Məsələn, Tofiq Tağızadə kimi rejissorun dalınca “qniloy” deməyinin özüm şahidi olmuşam.  — Hələlik tam rəsmi qərar olmayıb. Yəni Ədliyyə Nazirliyi seçkini tanımayıb. Əli İsa Cabbarovun yerinə yenidən Şəfiqə Məmmədovanın qayıtması mümkündürmü?— Çətin. Görürəm ki, çox adam sosial şəbəkələrdə Əli İsa Cabbarovu dəstəkləyir. Təəssüf ki, hələ bilmirlər söhbət nədən gedir. Şəfiqə xanıma gəldikdə isə o iki səhv qərar verdi. Birincisi, daha çox işləməli idi. İkincisi, o birləşməyə görə getməməli idi. Ən azından ona görə ki, bu ittifaqın adamları prezident seçkilərində Rüstəm İbrahimbəyovu dəstəkləmişdilər.— Rüstəm İbrahimbəyov məsələsinə gəlsək — Əli İsa Cabbarov onun yolunu davam etdirəcəyini deyir. Siz bunu necə qəbul edirsiniz?— Düz vurğulayırsınız — hardasa oxumuşam, deyirdi ki, ittifaq Rüstəm İbrahimbəyovun şanlı yolunu davam etdirəcək. Əslində bu belə də olmalı idi. Seçilən sədr Rüstəm İbrahimbəyovun kreaturasıdır. "Şanlı yol" — bu ayrıca bir söhbətdir, beşinci kolon siyasətidir. Rüstəm İbrahimbəyov açıq deyirdi ki, Azərbaycanı Rusiyanın tərkibində görür. İndi baxın görün, müstəqil ölkəmizin kinosuna gələn yeni nəslin dünya görüşü necə formalaşacaq.Müsahibəni apardı: Miri Məcidli

Metro ilə bağlı vacib AÇIQLAMA: 10 prioritet istiqamət üzrə

"Bakı Metpoliteni" QSC ilə bağlı beynəlxalq məsləhətçi şirkətlə 10 prioritet istiqamət üzrə xüsusi proqram işlənib hazırlanıb.Oxu24.com xəbər verir ki,bu barədə "Report"a müsahibəsində "AZCON Holdinq"in icraçı direktoru Şahin Babayev bildirib.Onun sözlərinə görə, miqyaslı layihələrin reallaşdırılması üçün beynəlxalq maliyyə qurumları, strateji tərəfdaşlar və xarici investorlarla birgə fəaliyyət zəruridir: "Bu məqsədlə "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində inşa ediləcək 10 metro stansiyası, eləcə də Azərbaycan Dəmir Yollarının infrastruktur potensialının artırılması istiqamətində Asiya İnkişaf Bankı (ADB), Asiya İnfrastruktur İnvestisiya Bankı (AİİB) və Dünya Bankı ilə sıx əməkdaşlıq prosesi artıq start götürüb. AİİB tərəfindən "Bakı metrosunun genişləndirilməsi layihəsi – I mərhələ" çərçivəsində 180 milyon ABŞ dolları məbləğində maliyyələşmə müqaviləsi imzalanıb".Ş. Babayev əlavə edib ki, əsas hədəf investisiya layihələrinə investorların cəlb edilməsidir: "Bilik paylaşımı, kadr resurslarının tənzimlənməsi, mütəxəssislərlə qarşılıqlı təlimlərin həyata keçirilməsi istiqamətində də ardıcıl görüşlər davam etdirilir. Bu proses artıq təkcə görüşlər formatında deyil, həm holdinqlərlə qarşılıqlı əməkdaşlıq mexanizmi şəklində icra olunur".

Sahibkarlara ŞAD XƏBƏR - Nazir AÇIQLADI

"Biz maliyyə bazarlarının fəal iştirakçısıyıq və dövlət büdcəsinin gəlir-xərc seqmentinin tənzimlənməsi üçün həm cari sərbəst vəsaitlərimizi investisiya edirik, həm də kəsirin bağlanması məqsədilə borclanmalar həyata keçirir və ya mövcud borcların təkrar maliyyələşdirilməsini təmin edirik. Bu tip geosiyasi çağırışlar birmənalı şəkildə maliyyə bazarlarına təsir edir, faiz xərclərini artırır və nəticə etibarilə bizim üçün müəyyən çağırışlar yaradır".Oxu24.com  xəbər verir ki, bu fikirləri maliyyə naziri Sahil Babayev AzTV və AZƏRTAC-a müsahibəsində səsləndirib."Üçüncü istiqamət kimi düşünürəm ki, real sektora ən böyük təsiri qeyri-neft ixracı ilə bağlı hiss edəcəyik. Çünki bugünkü geosiyasi hadisələr əsasən Körfəz ölkələrində və Rusiya-Ukrayna istiqamətində baş verir. Həm Körfəz ölkələri, həm də MDB məkanı bizim qeyri-neft ixracımızda mühüm rol oynayır.Logistik zəncirlərdə problemlərin yaranması, əlbəttə ki, qeyri-neft sektorunda ixracımıza mənfi təsir göstərəcək. Bu, qeyri-neft sektorunda logistik xərcləri artıracaq, bəzi hallarda isə təhlükəsizlik baxımından həmin bazarlara çıxışımızı məhdudlaşdıracaq.Ona görə də bu aspekt nəzərə alınmalıdır. Düşünürəm ki, növbəti dövrlərdə biz mütəmadi olaraq makro səviyyədə bu qiymətləndirmələri hökumətə təqdim edəcəyik. Birlikdə bu çağırışların minimallaşdırılması, sahibkarlarımıza müvafiq dəstəyin göstərilməsi və növbəti dövrdə adekvat addımların atılması üçün plan və tədbirlərimizi müəyyən edəcəyik", - deyə o qeyd edib.

Sahil Babayev Azərbaycanla bağlı xəbəri rəsmən AÇIQLADI

Bu ilin yanvar-aprel aylarında dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin orta qiyməti təxminən 91,5 ABŞ dolları təşkil edib.Oxu24.com  xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev AzTV və AZƏRTAC-a müsahibəsində bildirib."Dövlət büdcəsində neftin orta çəkili qiyməti 65 ABŞ dolları müəyyən edilib. Orta satış qiymətini 91,5 ABŞ dollar olması Azərbaycan Dövlət Neft Fondunun gəlirlərini artırır. Eynilə qazın qiymətləri də büdcədə nəzərdə tutulmuş rəqəmlərə nisbətən yüksəkdir. Bu da büdcə gəlirlərinə müsbət təsir göstərir. Yəni bizim gəlirlərimiz artır və bu rəqəmlərin müsbət təsirləri, əlbəttə, imkan verəcək ki, biz büdcə gəlirlərini daha optimal idarə edək", - deyə o qeyd edib.Bundan başqa, nazir xatırladıb ki, istənilən dövlət büdcəsi kəsirlə tərtib olunur: "O kəsirin maliyyələşdirilməsi üçün də həmin il üzrə borclanma nəzərdə tutulur ki, həmin kəsir borclanma vasitəsilə təmin olunsun. Bizim əlavə gəlirlərimiz imkan verəcək ki, cari il ərzində əlavə borclanmanı minimallaşdıraq. O gəlirlər məhz həmin kəsirin örtülməsində istifadə olunsun. Ona görə də bu, bizim müsbət seqmentimizdir. Paralel olaraq, neft gəlirlərinin böyük hissəsi də məhz Neft Fondunun ehtiyatlarının artımına gedəcək".Bu ilin yanvar-aprel aylarında Azərbaycanın icmal büdcəsinin qeyri-neft baza kəsiri 17,6 % təşkil edib ki, bu da ötən eyni dövrü ilə müqayisədə təxminən 2 faiz bəndi azdır."Bu, aparılan siyasətin, sağlamlaşmanın, fiskal sektorun neft amilindən asılılığının azaldılmasının ən gözəl göstəricilərindən biridir. Növbəti dövr – 2027-ci il və sonrakı dövr üzrə hədəfləri açıqlayanda bu göstəriciyə xüsusi önəm verəcəyik. Çünki bu göstəricinin aşağı salınması Azərbaycanın dövlət büdcəsinin, makrofiskal siyasətinin və o cümlədən makroiqtisadi çərçivəsinin neft sektorundan asılılığının minimallaşdırılması deməkdir.Biz qeyri-neft gəlirləri ilə xərclərimizin təminat səviyyəsini artırdıqca, neft və yaxud qazın beynəlxalq bazarlarda qiymətindən asılılığımızı azaldırıq. Biz artıq öz gəlirlərimizi qeyri-neft sektorundan qazanırıq, öz xərclərimizi ona uyğunlaşdırırıq və bu çərçivədə özümüzün maliyyə dayanıqlılığımızı növbəti dövr üçün tam şəkildə təmin edə bilirik", - deyə o qeyd edib.

Şair İlham Qəhrəmanla müsahibə:AYB-dən üzr istəmədim

Kulis.az Ülvi Bahadırın şair İlham Qəhrəmanla müsahibəsini təqdim edir.– İlham bəy, Laçın azad olunandan sonra ora getmisiniz?– Laçın azad olunandan təxminən iki il sonra – 2022-ci ilin aprelində getdim. O vaxt getmək çox çətin idi. Qubadlı tərəfdən gedəndə Laçının ilk kəndi Güləbirddi. Sarı Aşığın qəbri də həmin kənddədir. Orada “Laçın” sözü yazılmış banner vardı. Maşından düşüb bannerə sarıldım, kövrəldim, özümü saxlaya bilmədim. Vaxtilə yazdığım “Laçın” şeirinin ilk bəndini xatırladım:“Bu gün gah kürətək qızmar,Gah da qış kimi ayazam.Dünya bir ağ kağız ola,Mən də bircə kəlmə yazam:Laçın.”Mənə elə gəldi ki, sarıldığım banner şeirdəki həmin ağ kağızdır. Sonra Həkəri çayına enib üzümə su vurdum, sudan içdim. Otuz bir ilin həsrətinə qovuşmaq başqa hiss idi. Yadımdadı sosial şəbəkədə Güləbirddə çəkilən şəklimi paylaşıb altında belə qeyd yazmışdım: Həsrəti yeyə-yeyə gəlib Laçına çatdım. Hamı mənə gözaydınlığı verirdi. Sonra uşaqlığımız keçən doğma yerlərə getdik. Tələsirdim ki, şəhəri görüm.– Özünüz hansı kənddənsiniz?– Mən Laçının Sus kəndində doğulmuşam. Uşaq vaxtı dədəm bizi çayqırağı Sus bağlarına köçürmüşdü. Orada bağ qoruqçuları üçün tikilmiş dəyələrə “dəf” deyirdilər. Bir müddət həmin qoruqçu dəfində yaşamışıq. İşğaldan sonra Sus kəndi çayın qırağına köçürüldü, amma köhnə kənd Mərkiz dağının başında qaldı. İşğala qədər Bəylik kəndində evimiz vardı. Laçın alınanda mənə demişdilər ki, bizim ev salamat qalıb. Atamın adı Umud idi, deyirdilər ki, Umud dayının evi durur. Evimiz böyük evlərdən idi. Hətta kənd uşaqları deyirdilər ki, Bəylik kəndində kosmosdan görünən yeganə salamat ev Umud dayının evidir. Amma gedib gördüm ki, evimizin yeri dümdüzdür. Heç daşı da qalmamışdı. Şəhərə gedəndə xatirələr məni çox sarsıtdı. Mən məktəbi Laçın şəhərində oxumuşam. Hər gün çaydan şəhərə doqquz kilometr yolu piyada gedib-gəlirdim. Əlaçı idim, müəllimlər də məni çox istəyirdilər. Sinifdə üç İlham olduğuna görə mənə “Çaylı İlham” deyirdilər. Çünki Həkərinin kənarında yaşayırdıq. Laçın şəhərinin girişində bir “Ana” heykəli vardı. Daşdan yonulmuşdu, qucağında körpə uşaq tutmuşdu. Əsl Azərbaycan qadınının simvolu idi. Laçına gələn hər kəsi o qarşılayırdı. Elə bil anan səni qarşılayırdı. Gedib gördüm ki, heykəl yoxdur. Bu məni çox kədərləndirdi. Göz yaddaşında olanları yerində görməmək adama pis təsir edir. Bir də şəhərdə Böyük Vətən müharibəsinə aid böyük bir abidə vardı. Təpənin üstündə olan bu abidənin təxminən yüz pilləkəni vardı. İlk olaraq ora qalxdım. Ermənilər abidədəki bəzi memarlıq elementlərini dəyişdirmişdilər. O abidənin bizim üçün çox xatirəsi vardı. Oradan baxanda şəhərin özü, Həkəri çayı, Güləbird tərəflər, Zabuğun arxası, Hoçaz qayası, hətta Ermənistanın Dığ kəndi əl içi kimi görünürdü. İndi həmin abidənin ancaq yeri durur. Şəhəri gəzdikcə gördüm ki, uşaqlığımızın, gəncliyimizin xatirəsi olan binalar artıq yoxdur. “Şəhərin başı”, “Şəhərin ayağı” deyilən yerlərə getdim. Cavanlıqda şəhəri piyada başdan-başa gəzməkdən doymazdıq.– Hər iki tərəfiniz Sus kəndindəndir?– Yox. Atam Sus kəndindəndir, anam isə Qızılca kəndindən. Qonşu kəndlərdir.– Laçını yenidən görəndən sonra poeziyanızda dəyişiklik oldumu? Axı qarabağlı şairlərin yaradıcılığında həmişə bir həsrət xətti olub.– Laçın işğal altında olanda mənim bir neçə şeirim vardı, toylarda, məclislərdə onları oxuyardılar. “Evimiz yadıma düşdü”, “Gedəcəm” kimi şeirlər yurd həsrəti ilə dolu idi. Bir də “Yaddaş” adlı poema yazmışam. Laçın azad olandan sonra isə başqa hisslər yarandı. Elə həmin gecə, 2020-ci il dekabrın 1-də ordumuz Laçına girəndə atam dünyasını dəyişdi. Sonra Laçına həsr olunmuş yeni şeirlər yazdım. “Bir yurd qan ağlayır Bəylik kəndində” adlı şeirim də həmin dövrdə yarandı. Laçına ilk səfərimdən sonra çox ağrılı bir yazı yazdım. Məqalənin manşeti təxminən belə idi: “Artıq bu binalar yoxdur...”. Amma əsas olan torpağın düşməndə qalmamasıdır. İndi bacım və qardaşım Sus kəndində yaşayırlar. Gedəndə qalmağa yerimiz var. Şükür! Amma mənim ən böyük arzum Laçına köçmək, orada yaşamaqdır. Torpaq adamı çəkir.– Bu, həm də mənəvi hazırlıq məsələsidir...– Bəli. Yadımdadır, cənab Prezident Şuşada çıxışında demişdi ki, Qarabağa yalnız sakinlər yox, mədəni mühiti canlandırmaq üçün sənət adamları da köçürülməlidir. Tarzən də, şair də, aktyor da orada yaşamalıdır. Mən də özümü o insanların sırasında görürəm. İşğal dövründə Laçını unutmadım, unudulmağa qoymadım. İstəyərdim ki, bir şair kimi yaradıcılığımı Laçında davam etdirim.– Siz həm də folklor toplayıcısı və araşdırmaçısınız. Bu maraq haradan yarandı?– Bu, maraqdan çox ağrıdan yarandı. İşğal illərində hiss edirdim ki, zaman keçdikcə insanlar ümidini itirir. Mən də düşündüm ki, torpaq əldən getsə də, o torpağın sözü itməməlidir. Anamla atam çoxlu folklor nümunələri bilirdilər. Onlardan toplamağa başladım. Anam savadsız olsa da, inanılmaz yaddaşı və səlis nitqi vardı. Hər hadisəyə uyğun bir atalar sözü çəkirdi. 2005-ci ildə deputatlığa namizəd olmuşdum. O vaxt qaçqın düşərgələrində, kəndlərdə laçınlılarla görüşürdüm. Bir dəfə İsmayıllıda Mələk nənə adlı bir laçınlı qadınla rastlaşdım. Mənə bir bayatı dedi, tüklərim biz-biz oldu:“Ərəbəm, oxumuşam,Nə dərdi çoxumuşam.Nə gələn var, nə gedən,Elə bil yoxumuşam”.Bu qadın vaxtilə Laçında qonaqlı-qaralı həyat yaşamışdı. Amma qaçqınlıqda özünü sanki həyatdan silinmiş hiss edirdi. O bayatı mənim folklor toplamaq qərarımı daha da möhkəmləndirdi. Sonra altı il boyunca laçınlıların izinə düşdüm. Nabrandan Daşburuna qədər 59 rayonu gəzdim. Qapı-qapı dolaşırdım. Harada eşidirdim ki, hansısa kənddən bir ağsaqqal, bir ağbirçək folklor bilir, gedirdim onun yanına. Bərdənin Gərənə kəndində Zeynəb nənə ilə görüşüm yadımdadır. Əvvəl dedi ki, Laçın yoxdur, söz nədir? Sonra gördü ki, mən bu işə ürəkdən bağlıyam, başladı danışmağa. Belə insanlardan folklor toplamaq üçün onları danışdırmağı bacarmaq lazımdır, mən buna eydirmək deyirəm. Sən bir tapmaca deyirsən, o biri tapmacanı o deyir, bir bayatı deyirsən, ardınca onlarla bayatı gəlir.Topladığım “Laçın folkloru” kitabı ötən il ikinci dəfə çap olundu. Folklor İnstitutunda əlyazmanı oxuyanda dedilər ki, mətnlərdə heç bir qarışıq yoxdur, hamısı orjinaldır. Çünki mən onları birbaşa insanların dilindən yazmışam. Kitabda Xıdır Nəbi, İlaxırçərşənbə, sayaçı sözləri, holavarlar, zərb-məsəllər, qədim adətlər haqqında çox qiymətli materiallar var. O mətnləri oxuyan adam görür ki, Laçının necə zəngin mənəvi dünyası olub. Bəzi nümunələrdə bu gün üçün vulqar qəbul olunan sözlər var idi ki, keçmişdə ayıb sayılmırdı, insanlar onları gündəlik danışıqda normal şəkildə işlədirdilər. Onları da qeyd edirdim. Beləcə, altı il Laçın folklorunu topladım və kitab 2009-cu ildə çap olundu. Sonra gördüm ki, insanlar mənə yeni materiallar gətirirlər. Deyirdilər ki, şair, belə bir iş görmüsən, bizim rəhmətlik filankəs də bunları danışardı. Mən də deyirdim ki, qurd-quzunun heç nəyini yeməyib, danışın, qoy itib-batmasın. Bu kitab yenə çap oluna bilər. Mən etməsəm də, başqası edər, əsas odur ki, material toplansın. Beləliklə, 2009-cu ildən 2025-ci ilə qədər təxminən 16 il ərzində passiv şəkildə də olsa, əlimə keçən bütün Laçın folkloru nümunələrini toplamağa davam etdim.– Bir dəfə demişdiniz ki, materialları topladıqca əvvəlki nəşrlərdə səhvlər olduğunu gördünüz. Misralar yanlış yazılmışdı. Deyəsən, Aşıq Alı ilə bağlı da belə məqamlar vardı.– Azərbaycan aşıq sənətində “haqq aşıqları” deyilən altı böyük sənətkar var. Mən onların ikisinin irsini toplamışam. Bunlardan biri Sarı Aşıqdır, o biri isə Aşıq Alıdır. Sarı Aşıq cinas bayatıların ustasıdır. Aşıq Alı isə təcnis ustası kimi tanınır. Təcnislər də cinaslar üzərində qurulur. Hər iki sənətkar öz sahəsində zirvə hesab olunur. Onların irsi çox böyük və qiymətlidir. Bir gün Salman Mümtazın 1935-ci ildə çap olunan “Sarı Aşıq və bayatıları” kitabını oxuyurdum. Milli Kitabxanada oxu zalında oturub kitabı vərəqləyirdim. Gördüm ki, bayatılarda bir çox cinaslar səhv verilib. Bayatıların məna sistemi pozulub. Dili dərindən bilməyən oxucu bunu başa düşə bilməzdi. Kitabı götürüb zirzəmidə surətini çıxartdırdım, sonra da kitab kimi üzlətdirib evə gətirdim. Təxminən 1995-ci il idi. Başladım bayatıları yenidən kompüterə yığmağa və səhvləri düzəltməyə. Məsələn, belə bir bayatı var:“Mən aşiq bağça, Pəri,Bağbandı bağça pəri,Qaşın bağ, gözün bağban,Kirpiyin bağ çəpəri.”Kitabda bayatının 4-cü misrası belə getmişdi “Kirpiyin bağça, Pəri”. Əslində isə “bağ çəpəri” olmalıdır, yəni kirpik gözə – bağa çəkilən çəpər mənasındadır. Sonra akademik Məhərrəm Qasımlı mənə dedi ki, Bəhlul Bəhcətin Sarı Aşıq haqqında olan kitabına da baxım. Baxdım və gördüm ki, orada Sarı Aşığın 329 bayatısı var, onların təxminən 130-u Salman Mümtazın kitabında yoxdur. Onları da əlavə etdim. Bir dəfə Tehranda bir nəşriyyatda kitab rəfində ərəb əlifbası ilə çap olunmuş Sarı Aşıq kitabı gördüm. Ərəb əlifbasının ana dilimizdə çap versiyasını oxuya bilirəm. Kitabı vərəqləyəndə başa düşdüm ki, bu, böyük tapıntıdır. Nəşriyyatın rəhbəri olan xanım kitabı mənə hədiyyə etdi. Mənə elə gəldi ki, sanki yerin altından küp tapmışam. Həmin kitabdakı cinasları da bərpa etdim. Bütün səhv verilmiş cinasları düzəltdim. Kitab üç dəfə çap olundu. Sonuncu nəşr bu il çıxdı. Yeni nəşrə ehtiyac ona görə yarandı ki, mənbələrdən Sarı Aşığın daha 21 bayatısını tapdım. Onlardan 3-ü Salman Mümtazın 1927-ci ildə ərəb əlifbası ilə çap etdirdiyi “Aşıq Abdulla” kitabında idi. Qalan 18 nümunəni isə professor Sədnik Paşa Pirsultanlının kitabından əldə etdim. Həmin mənbələrdə Sarı Aşığın bağlamaları və tapmacaları da vardı. Bir çoxunun cavabı yox idi. Biz o cavabları da tapıb yerinə qoyduq. Məsələn, belə bir bağlama var:“Mən aşığam, gələn yaz,Al əlinə qələm, yaz.Aşı payız bişirdi,Yağın tökdü gələn yaz.”Sosial şəbəkədə paylaşmışdım. Laçından və Şuşadan olan iki xanım cavabı yazdı:“Mən aşığam, gələn yaz,Al əlinə qələm, yaz.Taxılı payız əkdi,Suyun verdi gələn yaz.”Yəni bağlamanın açması budur – payız əkilən taxıl.Başqa bir tapmaca:“Mən Aşıq, içi dəri,İçinin içi dəri.Bu gün bir loxma yedim,Üzü ət, içi dəri.”Bunun açması toyuğun pətənəyidir.Bir başqa nümunə:“Mən Aşıq, bu da qatar,O dağı bu dağ atar.Torpaqsız yerdə bitər,Yarpaqsız budaq atar.”Bunun cavabı maral buynuzudur.Bir tapmacanın cavabını isə laçınlı Aşıq Cabbar verdi:“Qarşımızda usta kar,Çəkic çalar ustakar.Bir hikmət görmüş Aşıq,Şagirdi lal, usta kar.”Bunun cavabı kirpikdir. Kirpik kirpiyə dəyir, sanki çəkic vurur, amma səs çıxmır və eşidilmir. Ona görə deyir “şagirdi lal, usta kar”. Beləcə, Sarı Aşığın bağlamalarının, tapmacalarının cavablarını da son nəşrdə yerinə qoyduq. Kitaba geniş ön söz də yazdım. O ön sözü oxuyandan sonra Folklor İnstitutunun direktoru Hikmət müəllim mənə dedi ki, İlham müəllim, siz dilin riyaziyyatını bilirsiniz.Bu ifadənin tam mənasını bilmirəm, amma onu bilirəm ki, dili bildiyimə verilən qiymətdir və mənim tərəfimdən bərpa olunan “Gül dəftəri” kitabı AMEA Folklor İnstitutu Elmi Şurasının qərarı ilə çap olundu.- Aşıq Alının da kitabını tərtib etmisiniz…- Aşıq Alı da Azərbaycan aşıq sənətində böyük təcnis ustası hesab olunur. Aşıq Alının təcnislərini oxudum. Hardasa 80-ə yaxın təcnisi var. Eyni zamanda cinas üzərində qurulan gəraylıları, cığalı təcnisləri də mövcuddur. Bunların hamısı söz ustalığı tələb edən nümunələrdir. Məndən əvvəl çap edilən kitablarını oxuyanda görürdüm ki, bəzi sözlər səhv yazılıb. Haradasa “də” ayrı, hardasa bitişik yazılmalı, haradasa başqa söz işlənməli idi. Oxuduqca başa düşdüm ki, məndən əvvəl bu mətnləri çap edənlər çox səhvlərə yol veriblər. Elə bil Sarı Aşığın cinas bayatıları, Aşıq Alının təcnisləri mənə deyirdi ki, sən bizi anlayırsan, hansı söz olduğumuzu hiss edirsən, bizi düzgün tərtib et. Aşıq Alının kitabını da evə gətirdim və bütün mətnləri özüm kompüterdə yığmağa başladım. Bu ağır işdir, indi gözlərimdən müalicə alıram. Çünki bir işə başlayanda dayanmıram, fasiləsiz işləyirəm. El arasında deyirlər, canavar ova təpildisə, əl çəkməz. Məndə də o xasiyyət var, işə başladım, yarımçıq qoymaram. Allahımdan da razıyam, mənə bu işləri görməyə möhlət verdi. 2020-ci ildə Aşıq Alının kitabı çap olundu. Sonra məlum oldu ki, onun mənim bilmədiyim daha doqquz şeiri var. Bayatı bağlamaları, təsnifləri də tapıldı. Yenidən mənbələrə baxdım, dörd təcnisini, bir neçə gəraylısını, qoşmasını, müxəmməsini, atası və anası haqqında yazdığı şeirləri üzə çıxardım. Bir də Hacı Hüseyn adlı bir şəxsə həsr etdiyi şeirini tapdım və kitaba əlavə etdim. Kitabın ilk nəşri çıxanda Folklor İnstitutunun o vaxtkı direktoru, professor Muxtar müəllim xəbər tutdu. Dedi ki, iki nüsxə mənə gətir. Birini iş yerində kitabxanaya qoyacağam, birini də özüm üçün götürəcəyəm. Getdim yanına. Kitabın qiyməti 12 manat idi. Muxtar müəllim cibindən bir onluq, bir beşlik çıxarıb stolun üstünə qoydu. Dedim ki, Muxtar müəllim, bura onun üçün gəlməmişəm. Kitab istəmisiniz, gətirmişəm. Sonra başladım əvvəlki nəşrlərdəki səhvlərdən danışmağa. Dedim ki, məsələn, bir yerdə “mim”, “cim”, “nun” sözləri yanaşı yazılıb. Halbuki burada Məcnundan söhbət gedir. Çünki ərəb əlifbasında bu hərflər birləşəndə “Məcnun” sözü alınır. Amma bunu oxucuya izah edən olmayıb. Bir başqa səhv də “Aşıq Alının Türkiyə səfəri” dastanında idi. Orada Aşıq Alının Aşıq Əsmərlə deyişməsində Alının dilindən belə bir misra var:“Mən məhək daşıyam, qəlbi tanıram.”Dedim ki, məhək daşı ilə qəlbi tanımırlar axı, qəlpi, yəni saxtanı tanıyırlar. Qızılın, gümüşün saxta olub-olmadığını məhək daşında yoxlayırlar. Kontekstdən görünür ki, burada “qəlp” sözü işlənməlidir. Bunu deyəndə Muxtar müəllim stolun üstündəki pulu götürüb cibinə qoydu, seyfi açdı, oradan əllilik çıxarıb gətirdi. Dedi ki, İlham müəllim, sən sözü çox dəqiq anlayırsan.Dedim, söz özü adamı çağırır. Kontekstə diqqət etməsən, mətni başa düşmək olmaz. Sarı Aşıq və Aşıq Alının irsini toplamağımın əsas səbəbi də buydu, onların cinaslarını, təcnislərini düzgün qurmaq, mətnləri bərpa etmək. Alının keçən il ikinci dəfə işıq üzü görən kitabı da AMEA Folklor İnstitutu Elmi Şuranın qərarı ilə ilə çap olunub. Ümumiyyətlə, toplayıb tərtib etdiyim dörd folklor kitabı Elmi Şuranın qərarı ilə çap olunub.– Siz uzun illərdir bu işlə məşğulsunuz. Sizcə, Azərbaycanın ən böyük aşığı kimdir?– Birinci onu deyim ki, bizim aşıq sənətimizin xocası Dirili Qurbandır. Ondan sonrakılar əvvəlkilərdən bəhrələniblər. Dirili Qurbanın əlində yazılı mənbə olmayıb, amma dili çox güclü olub. Oxuyanda adam zövq alır. Sarı Aşıq cinas bayatıların zirvəsidir. Aşıq ədəbiyyatında belə bir fikir var: “Abbas və Gülgəz” dastanının mükəmməlliyinə görə Tufarqanlı Abbas aşıq səltənətinin padşahı sayılır. “Dirili Qurban və Pəri” dastanına görə isə Dirili Qurban həmin səltənətin vəziri hesab olunur. Tufarqanlı Abbasın dili o qədər axıcıdır ki, misralar adamın dilində yağ kimi əriyir. Məsələn:“Könül, Məcnun kimi yayın dağlara,Əyil bu lalənin budağından öp.Pərvanətək dolan yarın başına,Arala tellərin qabağından öp”.Dil heç yerdə ilişmir.Və ya:“Səhər-səhər sərt çeşmələr başında,Gün kimi aləmə yayılan Pərim.Hər kəs məndən sənə yaman qandısa,Ya əqrəb dişləsin, ya ilan, Pərim”.Bu şeirlərdə dil rəvan və yüyrəkdir..Amma dərinliyə gəlsək, Aşıq Alı həm Seyid Əzim, həm də Nəsimi səviyyəsində şairdir. Onun təcnislərini, qoşmalarını, cığalı təcnislərini, divanilərini oxuyanda görürsən ki, çox dərin sənətkardır.– Şəxsən sizi ən çox kim heyrətləndirir?– Mən hamısını sevirəm. Ələsgəri də, Alını da. Amma, görünür, Alı məni daha çox çəkir. Çünki bir az diqqətdən kənarda qalıb. Bəlkə də ona görə ürəyim ona yanır.Alıda həm dərinlik var, həm də genişlik:“Camalın şəmsidi, xilqət səcdədə,Dövrəndə dövranı bir adət eylər.Könlümün baharı virandı sənsiz,Nəzərin min bəhrə kəramət eylər”.– Bəs Dədə Ələsgər aşıq ədəbiyyatında harada dayanır?– Dədə Ələsgər məişətimizdə, adət-ənənəmizdə, bayramlarımızda, təbiətdə elə bir mövzu olmayıb ki, onu poeziyaya gətirməsin. Dili də çox şirindir. Bizim altı böyük haqq aşığımız var: Dirili Qurban, Sarı Aşıq, Tufarqanlı Abbas, Xəstə Qasım, Aşıq Alı və Dədə Ələsgər.Xəstə Qasım daha çox irfani, sufi şeirlər yazıb. Deyirlər ki, uzun illər dini təhsil alıb. Ələsgər isə xalq həyatını, məişəti, təbiəti, adətləri poeziyaya gətirib. Nə olursa olsun, Azərbaycan aşıq ədəbiyyatı bizim ən böyük mənəvi sərvətlərimizdən biridir. Dastanlarımız da elə. Hansı yaşda oxusan, insana zövq verir, istər qəhrəmanlıq dastanı olsun, istər məhəbbət dastanı. Mənə görə folkloru oxumayan dilimizi dərindən biməyəcək.– Son vaxtlar sizinlə bağlı ən çox müzakirə olunan məsələ AYB ilə yaşadıqlarınızdır. Bu problem necə başladı?– Mən 2004-cü ildən Yazıçılar Birliyində ev növbəsində idim. O vaxt rəhmətlik Arif Əmrahoğlu göstəriş vermişdi ki, İlham Qəhrəmanı ev növbəsinə götürün. Şeirlərimi oxumuşdu, deyirdi ki, istedadlı şairsən. Mən də düşünürdüm ki, Yazıçılar Birliyi istedadlı adamlara, ədəbiyyata xidmət edən insanlara dəstək olmalıdır. Bu nizamnamədə də belədir. Mən o vaxtdan Sabunçuda, Nobel qardaşlarının tikdiyi köhnə zirzəmidə yaşayırdım. Sonralar oranı birtəhər yaşayış yerinə uyğunlaşdırmışdıq. Ev deməyə də adamın dili gəlmir. Təxminən 19 kvadratlıq bir yerdir, girişdə balaca koridoru, mətbəxi, əlüzyuyan yeri var. Şərait çox ağırdı. Ev bölgüsü vaxtı məndən 2 dəfə sənəd istədilər. Getdim MİS-dən sənədi yenidən təsdiqlətdirib gətirdim. Həmin şəraitdə yaşadığımı göstərən sənədləri təqdim etdim. Mənə dəfələrlə demişdilər ki, sən ev alacaqsan.Sonuncu bölgüdən əvvəl Xanəmir, Dəyanət Osmanlı və mən birlikdə Anar müəllimin qəbuluna girdik. Ev şəraitimizin ağır olduğunu dedik. Ondan əvvəl dörd nəfərə mənzil əvəzinə 25 min manat pul verilmişdilər ki, yaşayış şəraitlərini yaxşılaşdırsınlar. Anar müəllim dedi ki, gedin İlqar Fəhmiyə yeni ərizə verin, siz ev alacaqsınız. Biz də sevincək ərizələri yazıb İlqar Fəhmiyə təqdim etdik. Evə gəldim, bir neçə gün sonra oğlumu, gəlinimi, nəvələrimi götürüb apardım ki, gedək bizə mənzil veriləcək binaya baxaq. Əvvəllər də Dəyanətlə, Xanəmirlə danışmışdıq ki, əgər bizə ev verməsələr, orada çadır qurub etiraz edəcəyik. Tikinti gedən yerə çatdıq. Hər tərəf toz-torpaq idi. Oradakı iş icraçısı ilə də söhbət etdik. Bir müddət sonra xəbər yayıldı ki, evlər bölünüb. Baxdım ki, mənim adım yoxdur. Zəng elədim Rauf Aslanova, o həmişə məni inandırırdı ki, ev alacağam. Dedim ki, Rauf müəllim, bu nə məsələdir? Sonradan başa düşdüm ki, Anar müəllimin qəbuluna gedənlərə təsir edən ayrıca bir çevrə var. Mən bilmirəm bunu hamıya edirlər, yoxsa yox. Amma həmişə mənə deyirdilər ki, sən yaxşı şairsən. Əkrəm Əylislinin bir sözü vardı: “Bu ədəbiyyatda mən öz yerimin harada olduğunu bilirəm”. Mən də çağdaş poeziyada yerimi bilirəm. Kimdən aşağıda, kimdən yuxarıda olduğumu da bilirəm. Təvazökarlıqdan uzaq səslənsə də, bu, belədir. Bir dəfə jurnalist Anar müəllimdən soruşdu ki, evləri hansı meyarla bölürsünüz? O da cavab verdi ki, kim məni daha yaxşı inandırırsa ki, evi yoxdur, ona ev veririk.Amma AYB-nin son ev bölgüsündə Bakıda üç villası olan adam da ev aldı, beş evi olan da. Mənə maraqlıdır, bu adamlar Anarı necə inandırırlar ki, evsizdirlər? AYB-də evi olanın evsiz olduğuna inandılar, evsiz olana inanmadılar.– O üç villası olan kim idi?– Bir xanım idi... Ad çəkməyim. Bu ayrı-seçkilik adamın içini yandırır. Sənin haqqın olanı vermirlər, haqqı olmayana verirlər. Sonra da o adam cəmiyyət içində özünü üstün tutur. Bu, düzgün deyil. Mən dəfələrlə İlqar Fəhmidən soruşmuşam. Deyirdi, təkcə məndən asılı deyil. Orada yığıncaq olur, sənin tərəfini saxlayan adamlar olmalıdır. Deməli, mənim tərəfimi saxlayan olmayıb. Məncə, onlar düşünüblər ki, filankəsə ev verilməsə, qalmaqal salacaq, baş-beyin aparacaq. İlham Qəhrəman isə sakit adamdır, şikayət eləməz. Mənə çox deyiblər ki, Heydər Əliyev Fonduna, Mehriban xanıma məktub yaz. Amma xarakterimdə yoxdur. Yazmıram. İllərlə haqqımı gözlədim, vermədilər. İndi də gözləyirəm ki, Anarın dövrü bitsin. Qurultay olsun. Özü də deyir ki, namizəd olmayacaq. Amma ətrafında elə adamlar var ki, guya Azərbaycan ədəbiyyatı onsuz dağılar. Halbuki mən Yazıçılar Birliyinə rəhbərlik edə biləcək, ədəbi meyarları qoruyan adamların adını çəkə bilərəm. Məsələn, Nizami Cəfərovun, Aqil Abbasın. Aqil Abbasla yaxın olmamışam, amma yazılarını oxumuşam. İnanıram ki, onlar haqqı nahaqqa verməzlər.– Bəs məhkəmə prosesi necə başladı?– Yazıçılar Birliyi iddiaçı kimi məhkəməyə müraciət etdi ki, guya mən onlara qarşı şər və böhtan yazmışam, təşkilatın nüfuzuna xələl gətirmişəm. İddia etdilər ki, mən 5000 manat təzminat ödəyim, yazıya təkzib verim və üzr istəyim. Mənim Kulis.az-da bir yazım çıxmışdı. Sonra başqa saytlar da yaydı, böyük rezonans doğurdu. Proses bir ilə yaxın Sabunçu Rayon Məhkəməsində davam etdi. Hakim məndən tələb edirdi ki, Yazıçılar Birliyi ilə bağlı yazdıqlarıma sübut gətirim. Mən yazmışdım ki, Anar qədər ədəbi meyarları saymayan ikinci adam tanımıram. O vaxt Teleqraf saytının jurnalisti Qurban Yaquboğlu Anardan müsahibə almışdı. Söhbət zamanı soruşmuşdu ki, AYB istedadlı şair İlham Qəhrəmanı məhkəməyə verib, bu haqda nə deyə bilərsiniz? Anar cavab vermişdi ki, yaradıcılığı haqqında heç nə deyə bilmərəm, oxumamışam. Amma bizə şər atır.Mən də məhkəmədə dedim ki, əgər Anar mənim yaradıcılığımı oxumayıbsa, onda hardan bilir yaxşı şairəm, yoxsa yox? Mənə Yazıçılar Birliyinin üzvlük vəsiqəsini şəxsən özü təqdim edib.Hakim deyirdi ki, sübut gətir. Mən də deyirdim ki, bu mücərrəd məsələdir, buna necə sübut gətirim? Başqa məsələlər də vardı. Məsələn, deyirdilər ki, filankəsin səndən pul istədiyini sübut et. Mən deyirdim ki, telefon danışıqları Azercell-in arxivində var. Deyirdilər, məhkəmə onu çıxarda bilməz. Məhkəmə uzandı. Hakim də görürdü ki, mənə AYB-nin verdiyi heç bir imtiyaz şamil olunmayıb. Nə yaradıcılıq evinə göndərilmişəm, nə xarici ezamiyyətə getmişəm. Təsəvvür edin, sonradan eşitdim ki, Şabranda yazıçılar üçün yaradıcılıq evi tikilib. Bir dəfə də demədilər ki, İlham Qəhrəman, sən əlilsən, get orada dincəl. 27 il Yazıçılar Birliyinin üzvü oldum. Həmkarlar ittifaqı bir dəfə də demədi ki, səni istirahətə göndərək. Bir dəfə də şeirlərimi tərcümə edib xarici ölkədə təqdim etmədilər. Gedib görmək istədiyim yerlər vardı. Məsələn, Səmərqəndi, Şərqi Anadolunu görmək istəyirdim. Getsəydim, qayıdıb yaxşı yazılar yazardım. Heç biri olmadı.Məndə elə hiss yaranırdı ki, ədəbi mühit bir növ qruplaşma yeridir. Gərək siyasət aparasan, münasibət qurasan. Bir dəfə Şuşada Vaqif Poeziya Günlərində bir nəfər dedi ki, dövlət xətti ilə 97 ölkə gəzib. Sonra məlum oldu ki, onu müxtəlif əlaqələrlə göndəriblər, yəni elə də əlahiddə istedad sahibi deyil. Mən isə dövlət xətti ilə bir dəfə də harasa göndərilmədim.Axırda məhkəmə qərar çıxardı ki, AYB-nin iddiası qismən təmin olunsun. Mən 500 manat təzminat ödəyim, təkzib verim və üzr istəyim. Dostlarım dedi ki, 5000 manatı 500-ə salıblar, bu sənin üçün uğurdur. Amma mən başqa şeyi düşünürdüm. Təzminatın ödənməsinə kömək etmək istəyənlər də vardı. Amma mənim üçün prinsipial məsələ üzr istəmək idi. Düşündüm ki, sabah nəvələrim böyüyəcək, baxacaqlar ki, babaları illərlə folklor toplayıb, araşdırma aparıb, ədəbiyyata xidmət edib. AYB sədrinin babamıza olan qərəzli münasibətinə görə babamızdan bizə heç nə qalmadı, bəs onun təmiz adına nə gəldi?! Mən bunu qəbul edə bilmədim. Hüquqşünaslar da dedilər ki, üzr istəməsən, hər il əlavə cərimə ola bilər. Mən də apellyasiya şikayəti yazdım. Bir hüquqşünas dostdan xahiş etdim ki, Asan İmza ilə göndərməyə kömək etsin. O da sənədlərlə tanış olandan sonra gülüb dedi ki, şair, sənin burada Apellyasiya Məhkəməsi tərəfindən hüquqlarının tanınması istiqamətində sənə kömək ediləcəyinə heç bir ümid yoxdur. Sənin yeganə arqumentin budur ki, yazmısan, bunlar iddia edirlər ki, İlham Qəhrəman onların əleyhinə yazı yazıb və onu populyar, çox oxunan saytda yayıb. Belə çıxır ki, həmin yazını az oxunan, tanınmayan bir sayta versəydin, səni məhkəməyə verməyəcəkdilər. Dedim, Allaha pənah, iddiamı “Asan İmza” ilə Bakı Apellyasiya Məhkəməsinə göndərsinlər. O da sənədləri hazırladı, onlayn qaydada göndərdi. Sonra mənə dedi ki, tez get, MilliÖn-də 51 manat ödəniş etməlisən. Getdim, ödənişi etdim. Bir neçə gündən sonra mənə SMS gəldi ki, iddiam Apellyasiya Məhkəməsinin icraatına qəbul olunub. Bir hüquqşünas dostum da var idi. Açıq şəkildə ortaya çıxa bilmirdi. Deyirdi ki, şair, müəyyən səbəblərə görə mən görünə bilmirəm. Mən isə hər iki məhkəmədə vəkilsiz iştirak etmişəm. Elə vəkil dostlar da var idi ki, biz utanırıq ki, gəlib səni müdafiə edə bilmirik deyirdilər. Pulum yox idi ki, vəkil tutum. Pulsuz kömək etmək istəyənlər də vardı, amma müxtəlif səbəblərdən bunu edə bilmirdilər. Bir müddət sonra bildiriş gəldi ki, filan gün Apellyasiya Məhkəməsinə, filan zala gəlməliyəm. Deyilən gün getdim. Gedəndə Eldar Baxışın, Aşıq Alının, Sarı Aşığın topladığım kitablarını, “Laçın lətifələri”, “Laçın folkloru” kitablarını, öz kitablarımı da götürüb aparmışdım. Düşünürdüm ki, bu qədər iş görmüşəmsə, Anar məni görmək üçün mən ağzımla quş tutmalı idim?! Məndən sonra növbəyə düşən, hətta evə ehtiyacı olmayan adamlara ev verdilər, amma mənə vermədilər. Hakimlər kitabları görəndə dedilər ki, qarşı tərəfin nümayəndəsi yoxdur, İlham müəllim. Amma mənə çıxış üçün söz verdilər. Sonra bildirdilər ki, məhkəmə növbəti iclasa saxlanılır. Təxminən 10-15 gün sonraya tarix təyin etdilər. Həmin gün yenə getdim. Bu dəfə qarşı tərəfin vəkili də gəlmişdi. Hakim qarşı tərəfin vəkilindən soruşdu ki, İlham Qəhrəman təkzib versə, razısınız? Vəkil dedi, icazə verin, çıxım zəng edib danışım. Mən özbaşına qərar verə bilmərəm.– Razı oldular?– Bəli. Çıxıb qayıdandan sonra sevincək dedi ki, razıdırlar.Yazıçılar Birliyi razı idi ki, mən təkzib verim və məsələ bağlansın. Hakim gördü ki, tərəddüd edirəm. Üzünü vəkilə tutub soruşdu ki, Yazıçılar Birliyinin nizamnaməsi yanınızdadır? Vəkil dedi, yox.Hakim yenə soruşdu, Nizamnaməyə görə Yazıçılar Birliyi hər hansı bir üzvünü, o cümlədən sədri müdafiə edə bilərmi? Vəkil dedi ki, bilmirəm. Hakim dedi, növbəti məhkəməni fevralın 16-na təyin edirəm. Nizamnamə ilə gələrsiniz.Fevralın 16-da yenidən məhkəməyə getdik. Hakim ilk olaraq qarşı tərəfin nümayəndəsinə üzünü tutub soruşdu ki, Nizamnamədə nə yazılıb?Vəkil çətin vəziyyətdə qaldı. Dedi, möhtərəm hakim, birbaşa yazılmayıb ki, kimisə müdafiə edə bilərlər. Amma kimisə tutub özünü müdafiə etdirmək mümkündür.Hakim dərhal dedi ki, qətnaməni elan edirəm. Hamı ayağa qalxdı. Sonra qərarı oxudu.Yazıçılar Birliyinin iddiası üzrə Sabunçu Rayon Məhkəməsinin mənə qarşı qəbul etdiyi qərar ləğv olundu. Nə təkzib verdim, nə üzr istədim, nə də təzminat ödədim.Qərar oxunan kimi qarşı tərəfin vəkili məhkəmə zalından çıxıb getdi. Görünür, iş onların istədiyi kimi alınmamışdı.Sonradan vəkil dostlarım dedilər ki, ola bilər, məsələ Ali Məhkəməyə çıxarılsın. Hətta dedilər ki, Ali Məhkəmədə sizi prosesə də çağırmaya bilərlər. Amma o vaxtdan xeyli vaxt keçib. Bilmirəm, indi nə olar. Yenə də düşünürəm ki, orada vicdanlı adamlar var və görürlər ki, sübutum olmasa da yazdıqlarım düzdür, növbəm olub, haqqım tapdalanıb.Rəhmətlik Arif Əmrahoğlu, heç olmasa, vəziyyətimi soruşardı. Bilirdi ki, xəstəyəm, ikinci qrup əliləm, qaraciyər xəstəliyim var, dərmanlara çox pul gedir. Deyirdi ki, bir ərizə yaz, maddi yardım al. Arifdən sonra o da olmadı. İndi orada üz tutmağa bir adam yoxdur ki, gedib deyəsən ki, dərmana ehtiyacım var, pensiya ilə dolanıram.Bizim işimiz də elədir ki, gəlir gətirmir. Kitab satılmır. “Akademkitab”a təxminən yeddi ay əvvəl kitablarımı qoymuşam: Eldar Baxış, Aşıq Alı, Sarı Aşıq, şeirlər kitabım, “Laçın folkloru”, “Laçın lətifələri”... Yeddi ayda bir kitab da satılmayıb. Digər mağazalarda da eyni vəziyyətdir. “Novella” mağazasında kitablarım üç il qaldı, amma biri də satılmadı. Halbuki sərgidə kitabın yanında dayananda vəziyyət tamam başqa olur. Oxucu gəlir, sən ona bir lətifə danışırsan, bir bayatı deyirsən, Aşıq Alıdan, Sarı Aşıqdan, Eldar Baxışdan nümunə deyirsən, ya da öz şeirini oxuyursan. Adam maraqlanır, soruşur ki, bu hansı kitabdandır? Sonra da kitabı alır. Mağazada isə kitab satılmır. Bir problem də nəşriyyat məsələsidir. Məsələn, yaxınlarda “Qanun” nəşriyyatı Aşıq Alının kitabını çap etdi. Mən indiyə qədər heç bir nəşriyyata borclu qalmamışam. Kredit götürüb kitabın pulunu vaxtında ödəmişəm. Axırıncı dəfə Sarı Aşığın kitabını çap etdirəndə “Ol” MMC-də dedilər ki, şair, kağızın pulunu düzəlt, ilin sonuna qədər vaxt veririk.Sonra “Qanun” təklif etdi ki, kitabı satış şəbəkələrinə çıxarsınlar. Soruşdum, faiz necə olacaq? Dedilər, 60 faiz bizim, 40 faiz sənin.12 manatlıq kitabın 60 faizi 7 manat 20 qəpik edir. Belə şərtlə razılaşmaq ziyana işləməkdir. Ölkədə qəribə paradokslar var. Bu sistemin bütün ağırlığı da gəlib qələm adamının üstünə düşür. Bu gün bizim işimiz şeytan fəhləliyidir.

Milli Qəhrəmanın doğum günündə xanımından etiraflar: "Ən çox onun səsi və gülüşü üçün darıxıram" – ÖZƏL  

Bu gün Azərbaycanın hərb və mülki aviasiya tarixinə adını qızıl hərflərlə yazdırmış, göylərin qorxubilməz qartalı, Milli Qəhrəman, təyyarə kapitanı İqor İvanoviç Kşnyakinin anadan olmasının 64-cü ildönümü tamam olur. Ömrünü Azərbaycan səmalarının təhlükəsizliyinə, xalqına xidmətə və yüzlərlə insanın həyatını xilas etməyə həsr edən bu böyük insanın rəsmi bioqrafiyası hər birimiz üçün qürur mənbəyidir. Lakin rəsmi sənədlərin, quru faktların arxasında dayanan o böyük, həssas, sevgi dolu qəlbi yalnız onu ən yaxından tanıyanlar bilirdi.Oxu24.com olaraq, Milli Qəhrəmanımızın doğum günündə onun rəsmi sənədlərdə görünməyən tərəflərinə boylanmaq, ailə mühitində necə bir insan, necə bir ata və yoldaş olduğunu öyrənmək üçün onun ən yaxın sirdaşı – ömür-gün yoldaşı ilə həmsöhbət olduq. Səhifələrlə yazılan qəhrəmanlıq dastanının arxasındakı sadə, humanist və əvəzolunmaz insanı bir də onun ailəsinin gözü ilə tanıyaq.Rəsmi sənədlərin dililə İqor Kşnyakin kim idi?Milli Qəhrəman İqor Kşnyakin 1962-ci ildə Bakı şəhərində dünyaya göz açıb. Hələ uşaq yaşlarından göylərə, pilot peşəsinə olan sonsuz sevgisi onu böyük bir karyera yoluna çıxarıb. Pilot ixtisası üzrə ilk təhsilini 1982-ci ildə Ryazan vilayətində, Sovet İttifaqı Qəhrəmanı Qriqori Taran adına Sasovo Mülki Aviasiya uçuş məktəbində alıb. Elmə və öz sənətinə dərindən bağlı olan İqor bəy, həmçinin 1992-ci ildə Rusiya Dövlət Hidrometeorologiya İnstitutunun Meteorologiya fakültəsini də müvəffəqiyyətlə bitirib.Onun əmək fəaliyyəti addım-addım ucalan bir peşəkarlıq məktəbidir:-1982-ci il: Yevlax Birləşmiş Aviasiya Dəstəsinin "An-2" təyyarəsinin 2-ci pilotu;-1984-cü il: Zabrat Birləşmiş Aviasiya Dəstəsinin "An-2" təyyarəsinin 2-ci pilotu;-1990-cı il: Azərbaycan Mülki Aviasiya İdarəsinin "Yak-40" hava gəmisinin 2-ci pilotu;-1994-cü il: “Yak-40" hava gəmisinin komandiri;-1997-ci il: “Azərbaycan Hava Yolları" (AZAL) "Yak-40" hava gəmisinin kapitanı;-1998-ci il: “Tu-134" hava gəmisinin 2-ci pilotu;-2005-2008-ci illər: “An-140" təyyarəsinin kapitanı və "ATR-42/72" hava gəmisinin kapitanı vəzifəsinə yüksəliş.Həyatını daim yenilənməyə və peşəkar inkişafa həsr edən kapitan, 2013-cü ildə "Embraer-170/190" təyyarəsi üzrə yenidən təlim kursunu bitirərək stajçı pilotluqdan AZAL-ın Uçuşların İstehsalı İdarəsinin Uçuş Xidmətində "Embraer-170/190" təyyarəsinin kapitanı vəzifəsinə təyin edilib.Onun adı tariximizə təkcə peşəkar pilot kimi deyil, həm də sərnişinlərinin həyatı üçün öz canını ortaya qoyan fədakar bir qəhrəman kimi düşüb. 2020-ci ildə Bakıdan Moskvaya uçarkən idarə etdiyi təyyarədə sərnişinlərdən birinin halı qəfildən pisləşir. Kapitan Kşnyakin soyuqqanlılığı və yüksək peşəkarlığı sayəsində təyyarəni təcili eniş etdirərək həmin sərnişinin həyatını xilas edir. Bu, onun insan həyatına verdiyi dəyərin və humanistliyinin növbəti sübutu idi.Biz onun keçdiyi şərəfli xidmət yolunu rəsmi sənədlərdən, xəbərlərdən böyük fəxrlə oxuyuruq. Amma onun rəsmi bioqrafiyalarda görünməyən, sadəcə ev küncündə, ailə mühitində necə bir insan, necə bir ata və yoldaş olduğunu öyrənmək üçün Milli Qəhrəmanımızın həyat yoldaşı Yana Kşinyakinaya üz tutduq. Onun kövrək, sevgi dolu və qürurverici cavabları İqor Kşnyakinin daxili dünyasını bütün çılpaqlığı ilə gözlərimiz önünə sərir.-Onun ən yaxın sirdaşı, həyat yoldaşı siz olmusunuz. İqor Kşnyakin rəsmi bioqrafiyalarda görünməyən, sadəcə sizin bildiyiniz o ev küncündə, ailə mühitində necə bir insan, necə bir ata və yoldaş idi? Onun hansı xüsusiyyəti üçün hamıdan çox darıxırsınız?-İqor hər zaman pozitiv düşünən, nikbin bir insan idi. Nə baş verməsindən asılı olmayaraq, ondan hər zaman bu sözləri eşitmək olardı: “Hər hansı bir problem olarsa – həll edərik”. Onun yanında hər zaman bir dinclik, böyük bir dəstək və həyat sevinci hiss olunurdu. O, hətta ən çətin anlarda belə insanın əhvalını qaldırmağı bacarırdı, onun yumor hissini və etdiyi zarafatları isə unutmaq sadəcə qeyri-mümkündür.Evdə o, olduqca qayğıkeş, xeyirxah və sevgi dolu bir insan, mükəmməl bir həyat yoldaşı və fədakar bir ata idi. Onun rəsmi bəyanatlarda görünməyən ən böyük gücü ailəsinə bəxş etdiyi o sonsuz sevgi idi... Bu gün mən hamıdan çox onun səsi, o unudulmaz gülüşü və ətrafında yaratdığı o isti, doğma ailə atmosferi üçün darıxıram”.Milli Qəhrəmanımızın xanımı, İqor bəyin ailəsi adından hazırda bu sətirləri oxuyan xalqımıza, onun xatirəsini əziz tutan hər kəsə ürəyindəki ən səmimi, bəlkə də indiyə qədər dilə gətirilməyən sözlərini bölüşdü. Bu sözlər bir qəhrəman ailəsinin xalqına olan sonsuz minnətdarlığının ifadəsidir. -Son olaraq, hazırda bizi oxuyan xalqımıza, onun xatirəsini əziz tutan hər kəsə İqor bəyin ailəsi olaraq nə demək istərdiniz, ürəyinizdə qalan, amma demədiyiniz hansı sözünüz var?-Mən İqor Kşnyakini xatırlayan, ona uca Allahdan əbədi dinclik diləyən və onun xatirəsini hər zaman əziz tutub yaşadan hər kəsə ailəmiz adından dərindən təşəkkür etmək istəyirəm. Bu, bizim ailəmiz üçün olduqca vacib və çox dəyərlidir. Çünki insanlar bir insanı xatırladıqca, o, qəlblərdə yaşamağa davam edir. Bizim atamızı, onun keçdiyi şərəfli ömür yolunu və göstərdiyi qəhrəmanlıqları, igidlikləri unutmadığınız üçün hər birinizə minnətdaram.Qoy uca Allah hər kəsə cansağlığı, xoşbəxtlik, firavanlıq bəxş etsin və ailələrinizə hər zaman sülh, əmin-amanlıq nəsib eləsin. Dualarımız sizinlədir”.Səmaların əbədi kapitanı İqor Kşnyakin yalnız öz ailəsinin deyil, bütöv bir xalqın qəlbində silinməz iz qoyub. Həyat yoldaşının bu duyğu dolu, emosional xatirələri bir daha sübut edir ki, əsl qəhrəmanlar təkcə göylərdə bəxş etdikləri hünərlərlə deyil, yerdə buraxdıqları insanlıq, sevgi və xoş xatirələrlə ölümsüzləşirlər.Oxu24.com kollektivi olaraq Milli Qəhrəmanımızın ruhu qarşısında baş əyir, ailəsinə bu səmimi və dəyərli müsahibə üçün dərin minnətdarlığımızı bildiririk. Ruhun şad olsun, cənab Kapitan! Azərbaycan xalqı səni heç vaxt unutmayacaq!Hazırladı: Çimnaz Telmanqızı

Prezident: Təchizat zənciri baxımından Hörmüz böhranı Azərbaycana ciddi təsir göstərmir

Təchizat zənciri baxımından Hörmüz böhranı Azərbaycana ciddi təsir göstərmir.Oxu24.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev mayın 18-də "Euronews" televiziyasına verdiyi müsahibədə deyib."Çünki enerji təchizatı və marşrutların şaxələndirilməsi siyasəti bizim üçün bu günün məsələsi deyil. Bu siyasət uzun illərdir həyata keçirilir və tərəfdaşlarımız, eləcə də qonşu ölkələrlə birlikdə neft, qaz, elektrik enerjisi və nəqliyyat bağlılığı üzrə şaxələndirilmiş təchizat sistemi formalaşdırmağa nail olmuşuq", - Azərbaycan lideri diqqətə çatdırıb."Əlbəttə, Yaxın Şərqdə baş verən hadisələr müəyyən dərəcədə hər kəsə təsir edir. Bəziləri yüksək neft qiymətlərinin faydalı ola biləcəyini düşünə bilər. Bəli, elədir. Ancaq eyni zamanda, neft ehtiyatları ilə zəngin olan ölkələrin bir çoxu öz vəsaitlərini istiqrazlara yatırır, bir çoxu isə səhm bazarlarına investisiya edir. Belə qeyri-sabitlik baş verdiyi vaxt fond bazarları aşağı düşür. Nəticədə biz yüksək neft qiymətlərindən müəyyən gəlir əldə etsək də, bazarlarda investisiyalarımızda itki baş verir. Beləliklə, bu, hər kəsə təsir edir", - İlham Əliyev bildirib.Prezident qeyd edib ki, Azərbaycan öz enerji layihələri baxımından təhlükəsiz mövqedədir:"Siz də qeyd etdiyiniz kimi, biz daim diplomatiyanın tərəfdarıyıq. Diplomatiya olmadan biz öz ehtiyatlarımızı bazarlara çıxara bilməzdik. Çünki bunun üçün digər ölkələrin ərazisindən keçmək, qonşularla və qonşuların qonşuları ilə yaxşı münasibətlər qurmaq, çoxtərəfli əməkdaşlıq formatı formalaşdırmaq, istehsalçılar, tranzit ölkələr və istehlakçılar arasında qarşılıqlı uduşlu vəziyyət yaratmaq lazım idi ki, hər kəs qaydalara əməl etsin və gəlir qazansın.Bu baxımdan düşünürəm ki, Azərbaycanın təcrübəsi faydalı ola bilər. Böhran həll olunduqdan sonra, - bu, tez və ya gec baş verəcək, - yəqin ki, yeni bir vəziyyət yaranacaq. Bir çox ölkələr enerji siyasətlərini və enerji ehtiyatlarının çatdırılması yollarını yenidən nəzərdən keçirəcəklər. Çox güman ki, Azərbaycanın coğrafiyası və mövcud resursları bu gün olduğundan daha çox tələb olunacaq".

Deputat  Fazil Mustafa ilə MÜSAHİBƏ

Milli Məclisin deputatları mətbuatda adətən siyasi məsələlərin şərhində yer alır. Bu bəzən həmin deputatların ədəbi görüşləri, ictimai məsələlərə subyektiv baxışlarını öyrənməyə mane olur. Cəmiyyət deputatları sadəcə siyasi fiqur kimi tanıyır. Oxu24.com  Crossmedia.az - a istinadən Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin rəhbəri Fazil Mustafanın müsahibəsini təqdim edir:- Fazil müəllim, ədəbiyyat sahəsini nə üçün seçdiniz? Yəni ədəbiyyata gəlmək səbəbiniz nədir?- Əslində mən ədəbiyyat sahəsini indi seçməmişəm. Orta məktəb illərimdən həm mütaliə, həm də bədii yaradıcılıqla məşğul olmuşam. Çoxsaylı şeirlərim olub ki, dövri mətbuatda geniş şəkildə çap olunub. Düşünürdüm ki, elə ədəbiyyat sahəsini də seçməliyəm. İki il Bakı Dövlət Universitetinin filologiya fakültəsinə sənədlərimi verdim. Hər iki ildə də konkursa düşdüm, qiymətlərimi məqsədli şəkildə aşağı saldılar. Daha sonra hərbi xidmətə yollandım və hüquq sahəsinə yönəldim.- Hansı kitablar sizin dünyagörüşünüzün formalaşmasında mühüm rol oynayıb?Hesab edirəm ki, hər bir insanın həyatında kitablarla tanışlıq və kitab mühitinin içində olmaq həyatı üçün böyük bir dönüm nöqtəsidir. Ona görə də, çoxsaylı mütaliə etmək və mütaliəni vərdişə çevirmək insanı həmişə formada saxlayan ən vacib amillərdən biridir. Mən də bu məsələdə hər zaman çalışmışam ki, mütaliə vərdişimdən kənara çıxmayım. Mən mütaliəni və zəruri bilgilər əldə etməyi özüm üçün həyati ritual sayıram. Bu baxımdan da, bizim dünyagörüşümüzün formalaşmasında həm kitablar, həm müzakirələr, həm də mübahisələr böyük rol oynayır. Həm də, sonradan elmi tədqiqat sahəsində insanın işinə yarayır. Çünki dünyagörüşünün geniş olması gələcəkdə konkret sahə üzrə araşdırmada insanın işini sadələşdirir. Bu baxımdan da, kitabların həyatımızdakı rolu əvəzolunmazdır.- Həm deputat, həm yazar olmaq sizə çətinlik yaradır, yoxsa daha çox insanla ünsiyyət imkanı tanıyaraq yazmaq həvəsi? - Əslində, deputat fəaliyyəti hansısa şəkildə yaradıcılığa mane olmur. Yaradıcılıq insanın təbiətində olursa, onun hansı peşəyə sahib olmasının əhəmiyyəti qalmır. Boş vaxtlarımızı yaxud sərbəst zamanlarımızı hansısa süni formatda doldurmaqdansa, tədqiqatla oxumaqla doldurmağa çalışırıq. Bu da həm də deputat fəaliyyətində də işimizə yarayır. Çünki rastlaşdığımız seçici yalnız hansısa iş həyatının, peşə sahibi deyil, həm də düşüncə insanı olur. Eyni zamanda, deputat fərqli düşüncədə olan və fərqli platformalarda çalışan insanlarla ünsiyyətdə olur. Onların problemlərini anlamaq üçün həm hüquqşünas olmalısan, həm iqtisadçı olmalısan, həm də məişət problemlərinin bilicisi olmalısan. Bunlar hamsı insanlarla ünsiyyət üçün kömək edir. Bir də psixoloji həddləri aşa bilirsən. Ona görə də, hazırlıqlı olmaq və yetkin düşüncəyə sahib olmaq bu mənada insana lazım olur.- Necə düşünürsünüz yaradıcı birliklərin, məsələn Azərbaycan Yazıçılar Birliyinin (AYB) dövlət tərəfindən maliyyələşməsi nə qədər düzgündür? Bu yazıçı azadlığını məhdudlaşdırmır? - Məncə AYB-nin dövlət tərəfindən maaliyyələşdirilməsi vacibdir. Çünki Azərbaycanda oxucu kontingenti say etibarilə elədə geniş deyil. Və dövlətin dəstəyi olmadan yazıçının yazdığı əsərlərlə ayaqda qalması çox çətindir. Xüsusilə də, o əsərlər kütləyə xitab edən əsərlər deyil, peşəkar nöqteyi-nəzərdən ədəbiyyatın inkişafına yönəlmiş əsərlər olursa, bunun satışı gəlir gətirmir. Belə bir vəziyyətdə mütləq dövlətin yaradıcılığa müdaxilə etmədən maddi baxımdan ədəbiyyat mühitinə dəstək verməsi normal qəbul olunmalıdır. Yazıçıları taleyin ümidinə buraxmaq olmaz. Bunun maddi cəhətdən sıxıntısını çəkən insanlar öz potensialını ortaya qoymaqda çətinlik çəkəcəklər. Ona görə də, AYB keyfiyyətcə bir az fərqli olmalı və kütləvilikdən xilas olmalıdır. Mən AYB-nin kütləvi mahiyyətinə o qədər də müsbət münasibətim yoxdur. Qafiyə düzəldən hər kəs AYB-yə üzv ola bilər, kitab yazan hər kəs üzv ola bilər deyə bir yanaşma olmamalıdır. Keyfiyyətli ədəbiyyat mühitinin bir episentri olmalıdır və bu baxımdan nüfuz da daha yüksək olar və dəyərləndirmə zamanı da hansısa narazılıq simptomları olmaz. Bəzən bunun əksini görürük. AYB-nin başında duran Anar kimi görkəmli yazarı, eyni zamanda oradakı dəyərli yazıçılarla birgə elementar və zövq tərəfini canlandıra bilməyən, cızma-qara ilə tanınan adamların orada qeydiyyatda olması AYB-ni müəyyən mənada yataqxana modelinə çevirir. Əslində biz AYB-ni daha çox elitar bir qurum kimi formalaşdırsaq ədəbiyyata daha çox fayda vermiş olar. - Kitablarınızda cəmiyyətə çatdırmaq istədiyiniz əsas nüanslar nələrdir? Sizcə bunu bacarırsızmı?- Əvvəla kitablarda müxtəlif ideyaların cəmiyyətə açıq şəkildə çatdırılması və kimsənin rəyi olmadan ancaq sənə məxsus fikirlər kimi təqdim olunması mənim üçün önəm daşıyır. Mənim heç bir kitabımda oxunmasını tövsiyə edən bir rəy olmur. Bu mənim əvvəldən seçdiyim metoddur. Bu söz mənimdir və mən sözümü iddialı şəkildə ortaya qoymağa və mübahisələndirməyə hazıram. İstər din, istər tarix istərsə də fəlsəfəyə dair mətnlərdə mən bu xətti qoruyuram. İndiyə qədər çap edilən 30-dan çox kitabım orijinal mətnlərdən ibarətdir. Ayrı-ayrı məqalələr toplusundan ibarət əsərlər hesab edirəm ki, öz oxucusunu tapmaqdadır. Biz kütləviliyə yönəlmədən öz keyfiyyətli oxucusunu axtaran yaradıcılıq hədəfidir. Düşünürəm ki, bu istiqamətdə daha aktual və cəmiyyətin faydalanacağı ideyaları yayğınlaşdırmağa çalışmalıyıq.- Hazırda mütaliə etdiyiniz kitab var? Hansı kitabları tövsiyə edə bilərsiniz? - Hazırda iki kitabı mütaliə edirəm. Birincisi, Daron Acemoğlunun “İqtidar və texnoloji” kitabıdır. İkincisi də, XX əsrin böyük alman filosofunun “Həqiqət və yöntəm” kitabıdır. Hər ikisi çox maraqlı kitablardır. Birinə də yeni başlamışam. Mən paralel kitabları oxumağı çox sevirəm. Üçüncü kitabım isə Kitab maqazinləri Seoldan sankt-peterburqa qədər. Burada da dünyada olan kitab dükanlarının müqayisəli təqdimatı var. Mənim maraq dairəmə yaxın olduğuna görə bu sahədə də mütaliə edirəm. - Bu gün Azərbaycan ədəbiyyatında çatışmaz olan sizcə nədir? - Bu barədə fikir bildirmək çox risklidir. Çünki buna mənim yanaşmam peşəkar olmaya bilər. Amma Azərbaycan ədəbiyyatının ən böyük problemi dünya ədəbiyyatı içərisində özünü tapa bilməməsidir. Dünya ədəbiyyatında mövzular ümumi dünya mədəniyyətinə uyğunlaşdırılması yaxud yön verməsi kimi tendensiya özünü göstərir, klassiklərdən tutmuş indiyə qədər. Amma bizim XX əsr ədəbiyyatımızda mənim ən  dəyər verdiyim əsər Süleyman Sani Axundovun “Qaraca qız” əsəridir. Bu kitabın mövzusu və obrazları dünya ədəbiyyatına girməyə layiqdir. Biz bunu nə dərəcədə tərcümə edib və bu sıraya qoşa bilmişik? Bu özü sual doğuran məsələdir. Hər halda bu kimi ədəbiyyat mövzularını biz dünyəviləşdirmək baxımından çox işlər görməliyik. Çatışmayan məncə dünya mədəniyyətinə uyğun gələn və başqa xalqları heyrətləndirən mövzu kəşfidir. Bu olsa məncə ədəbiyyatımızın adından daha böyük platformalarda danışa biləcəyik. - Həm deputat, həm yazar olaraq gənc yazıçılara dəstək olursunuzmu? Onlara nə tövsiyyə edərdiniz?- Ədəbiyyat adamlarına istənilən formada dəstək olmağa çalışıram. Hər halda bizim də gücümüzün bir həddi var. Amma mümkün olan bütün variantlarda dəstəyimi əsirgəmirəm. Bu istər hansısa platformada iştirakın təminatı olsun, istərsə də başqa bir şey ki, mən hər zaman dəstək olmağa çalışıram. Amma bütövlükdə bu dəstək ayrı-ayrı şəxslərin verdiyi dəstək olmamalıdır. Mən o ideyanı hər zaman dəstəkləmişəm ki, ölkəmizdə “İstedadları dəstəkləmə fondu” yaradılmalıdır. Bu fonda da insanlar yaradıcılığı dəstəkləmək üçün vəsait qoymalıdırlar. Bu olarsa, fond çox geniş işlər görə bilər. İstedadlı adamlara dəstək olmaq daha rahat olar. Bu istiqamətdə müəyyən addımlar atmaq mümkündür. Bu fond təkcə ədəbiyyata yox, teatr sahəsinə, rəssamlıq sahəsinə, kino sahəsinə də aiddir. Sənət sferasında istedadlı şəxslərin öləziyib sıradan çıxmasının qarşısını almaq olar. Əslində bizim kimi cəmiyyətlər bu cür istedadların qorunması hesabına irəli gedə bilərlər. Bizdə kütləviliyin hansısa tərəqqiyə gətirəcəyini gözləmək sadəlövhlükdür. Bizdə çatışmayan elitarlığı qorumaqdır. Biz bunu edə bilsək hər halda 5-10 istedadlının çiynində bütöv bir xalqın tərəqqisi özünü dərhal biruzə verəcəkdir. - George Orvell deyir ki, azadlıq 2+2-nin 4 olduğunu deyə bilməkdir. Haqlıdır? Sizcə azadlıq nədir?- Öncə də bəhs etdiyim Qademerin Həqiqət və Yöntəm kitabında məsələ həqiqətin deyilməsi deyil, üslubun doğru olmasıdır. Çünki üslubu doğru olmayan həqiqət fayda vermir. Və fikrimcə azadlıq insanın Allah olma istəyidir və bu istəyi reallaşdırmağa nə Allah icazə verir, nə hökümət nə də insanın yaşadığı cəmiyyət. Azadlıq daha çox insanın öz potensialını kəşf etmə imkanıdır. Bu imkanı insanın əlindən alırlarsa, insan hansısa bir faydalı varlıq olmaqdan çıxır və öz potensialını doğru kəşf etməyən insan da bu cəmiyyətdən ya qisas alır ya da zərər vurmağa başlayır. Ona görə də, biz azadlığı öz potensialını düzgün kəşfetmə kimi anlamalıyıq. Ondan o tərəfi isə açığı başqa cür nə cəmiyyətin, nə hökümətin nə də cəmiyyətin icazə vermədiyi bir boşluğun içində qalmalı olursan. Bu baxımdan, bəzən istəklərdən imtina edən insanın qarşısına sual çıxır. Müəyyən həzzlərdən imtina etməli olursan. Amma əsl həzz öz potensialının kəşfindən aldığın həzzdir ki, bu zaman real imkanlarla real varlıq olaraq öz faydalı yaşamını həm özünə, həm də cəmiyyətə inandırmağı bacaracaqsan.- Hər zaman deyilir ki, Şərq və Qərb mədəniyyəti arasında uçurum var. Sizcə bu uçurum nədən ibarətdir? Bu gün də varmı?- Mədəniyyətin bu bölgüsü əslində tərəfimizdən qəbul olunub. Çünki mədəniyyət özü insanlığa bütövlükdə bəxş olunmuş dəyərdir. Bu dəyəri Çinli də, Şərq də, Yunan da verə bilər. Bu dəyərləri bütövlükdə qazandırma missyasını daşımaqdır vacib olan. Bunu sonrakı dövrlərin nəsilləri bu dəyərləri necə tətbiq edib həyatlarında yaşadacaqlar bu məsələnin digər tərəfidir. Biz onun üzərindən Qərb və Şərqi bölməməliyik. Vahidlik ideyası var ki, bu ideyadan çıxış etməliyik. Bu baxımdan, mən Şərq və Qərb mədəniyyətləri anlayışını doğru hesab etmirəm. “Şərqli kimi yaşamaq” və “Qərbli kimi yaşamaq” adlı qəliblər var ki, insanlar özlərini bu qəliblərə salırlar. Şərqdə bir Qərb mədəniyyətinin elementi kimi də yaşaya bilərsən ki, bu sənin azadlığınla və özünü kəşfinlə bağlı məsələdir. Qərbdə də bir Şərqli kimi yaşaya bilərsən. Bu məkan və mədəniyyət məsələsinin önəm daşımadığını, əsas məsələnin öz potensialına münasibətin olduğu görünür.

"Corcia Meloninin Azərbaycana səfəri Bakı-Roma münasibətlərində əlavə əhəmiyyət kəsb edir"

"Biz hesab edirik ki, bir çox sahələrdə, xüsusilə də İtaliyanın əsas tərəfdaşımız olduğu enerji sektorunda əməkdaşlığın gücləndirilməsi üçün əhəmiyyətli potensial mövcuddur".
 
Moderator.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov İtaliyanın "La Repubblica" nəşrinə müsahibəsi zamanı deyib.
 
Müsahibəni təqdim edirik:
 
- Parlamentdə bəziləri bunu "fosil diplomatiyası" adlandırıb. Mayın 5-də Baş nazir Corcia Meloni Hörmüz boğazında gərginlik və ölkənin Rusiya ixracından imtinası fonunda yeni enerji mənbələrini təmin etmək məqsədilə Azərbaycanın paytaxtı Bakıya səfər edəcək.
 
- İtaliya uzun müddətdir ki, Azərbaycan qazının Avropada əsas idxalçısıdır. Bu qaz Apuliya bölgəsinə Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə çatdırılır. Cənub Qaz Dəhlizinin (CQD), o cümlədən TAP-ın mövcud ötürmə gücü tam şəkildə dolub. Bu, artıq yalnız İtaliya ilə ikitərəfli məsələ deyil. Bu, bütövlükdə Avropanın enerji arxitekturasına aiddir.
 
- 2025-ci ildə İtaliya Azərbaycan nefti və təbii qazının Avropada əsas təyinat nöqtəsi olub və mayın 5-də Baş nazir Meloni məhz tədarükləri müzakirə etmək üçün Bakıya səfər edəcək. Hörmüz boğazında blokada və Avropanın Rusiya karbohidrogenlərindən asılılığının tədricən azalması fonunda tədarüklərin artırılması planlaşdırılırmı?
 
- Ölkələrimiz 2020-ci ildən etibarən çoxşaxəli strateji tərəfdaşlıq əlaqələri formalaşdırıblar. Baş nazir Meloninin Bakıya səfəri bunun bariz nümunəsidir. Biz hesab edirik ki, bir çox sahələrdə, xüsusilə də İtaliyanın əsas tərəfdaşımız olduğu enerji sektorunda əməkdaşlığın gücləndirilməsi üçün əhəmiyyətli potensial mövcuddur. 2025-ci ildə Azərbaycan İtaliyaya 9.5 milyard kubmetr təbii qaz ixrac edib. İtaliya, həmçinin ümumilikdə Aİ-nin 10 üzv dövlətinə ixrac edilən 12.5 milyard kubmetr qazın əsas istiqaməti olmaqla yanaşı, xam neft ixracımızın da əsas bazarıdır. Bu göstərici 2021-ci illə müqayisədə 53% çoxdur. Bazarın dəyişkənliyi və geosiyasi gərginliklərə baxmayaraq, Azərbaycan etibarlı və məsuliyyətli təchizatçı olaraq qalır.
 
- Azərbaycan TAP-da genişləndirmə aparılmadan İtaliyaya qaz ixracını artıra bilərmi? Bu halda ötürmə gücünün ikiqat artırılması zəruri deyilmi?
 
- Cənub Qaz Dəhlizinin (CQD), o cümlədən TAP-ın mövcud ötürmə gücü tam şəkildə dolub. Bu artıq yalnız İtaliya ilə bağlı məsələ deyil, ümumilikdə Avropanın enerji arxitekturasına aiddir. İlk genişləndirmə artıq həyata keçirilir: cari ilin yanvar ayından etibarən TAP illik 1.2 milyard kubmetr əlavə ötürmə gücü əldə edib, bunun 1 milyard kubmetri İtaliyaya yönəldilir. Bununla belə, ixrac olunan qaz həcmlərinin daha da artırılması üçün hasilat və boru kəmərlərinin ötürmə qabiliyyətinin genişləndirilməsinə əlavə investisiyalar tələb olunacaq. Bu isə Aİ-nin strateji maraqlarına cavab verir, çünki enerji idxalının diversifikasiyanı gücləndirir, uzunmüddətli enerji təhlükəsizliyini artırır və Avropanın xarici təsirlərə həssaslığını azaldır.
 
- Ötən ilin yanvar ayında İtaliya-Azərbaycan Hökumətlərarası Komissiyasının altıncı iclası çərçivəsində ikitərəfli iqtisadi tərəfdaşlığın inkişafına dair Fəaliyyət Planının qəbul edilməsi qərara alınıb. Artıq yol xəritəsi varmı və hansı sahələri əhatə edəcək?
 
- Hökumətlərarası Komissiya strateji istiqamətləri müəyyən edir. Fəaliyyət Planının qəbulu İtaliya ilə Azərbaycan arasında iqtisadi tərəfdaşlığın inkişafı üçün vacib rol oynayacaq. Plan 2026-2027-ci illər üzrə 18 prioritet sahəni əhatə edən 65 tədbirin həyata keçirilməsini nəzərdə tutur. Bu sahələrə enerji, yaşıl keçid, rəqəmsallaşma, investisiyalar, nəqliyyat, sənaye, kənd təsərrüfatı, elm, təhsil və mədəniyyət daxildir. Yol xəritəsi artıq hazırdır, konkret və genişmiqyaslıdır.
 
- İtaliya sizin əsas ticarət tərəfdaşınızdır və eyni zamanda qaz ixracınızın Almaniya və Avstriyaya ötürülməsi üçün tranzit ölkədir. Bu səfərinizin əsas məqsədi nə idi?
 
- Məqsəd ölkələrimiz arasında aktiv və müntəzəm siyasi dialoqa töhfə vermək, həmçinin ikitərəfli, regional və çoxtərəfli gündəliyimizdə yer alan əsas məsələlər üzrə tərəfdaşlarımızla fikir mübadiləsi aparmaqdır. Bu məsələlərə Azərbaycanın Aİ və NATO ilə münasibətləri də daxildir. Eyni zamanda, Ermənistan ilə sülh və normallaşma prosesinin mövcud vəziyyəti və perspektivləri ilə bağlı fikirlərimizi bölüşdük. 2026-cı il sülhün sazişinin imzalanması və əvvəlki münaqişənin de-yure başa çatdırılması baxımından həlledici il ola bilər. Baş nazir Meloninin Azərbaycana mühüm səfəri ölkələrimiz üçün qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi baxımından əlavə əhəmiyyət kəsb edir.
 
- Siz həmçinin Vatikanla görüşlər keçirmisiniz. Müqəddəs Taxt-Tac ilə münasibətlərinizdə hansı inkişaflar var?
 
- Müqəddəs Taxt-Tac ilə münasibətlərimiz həm məzmun, həm də əhatə baxımından yüksələn xətt üzrə inkişaf edir. Bu münasibətlər qarşılıqlı hörmətə və mədəniyyətlərarası dialoqun, dinlərarası anlaşmanın dərinləşdirilməsinə yönəlmiş ortaq və qətiyyətli öhdəliyə əsaslanır. Dövlətlərimiz arasında siyasi dialoq davamlı və yüksək səviyyədədir. Bu, ilk növbədə Heydər Əliyev Fondunun artıq 15 ildən çoxdur ki, Müqəddəs Taxt-Tac və onun dini, elmi və akademik qurumları ilə çoxşaxəli və səmərəli əməkdaşlığı ilə bağlıdır. Vatikan ərazisində yerləşən dini və mədəni abidələrin, o cümlədən Müqəddəs Pyotr Bazilikası, Vatikan Muzeyləri, Vatikan Apostol Kitabxanası və katakombaların bərpasına verdiyimiz töhfədən qürur duyuruq. Hazırda əməkdaşlıq elm, arxiv işi və səhiyyə kimi sahələri də əhatə etməyə başlayıb. Bu dinamikanın digər mühüm göstəricisi Bakıda Müqəddəs II İohann Pavelə həsr olunmuş katolik kilsəsinin tikintisidir və onun 2027-ci ildə tamamlanması nəzərdə tutulur. Bütün bu amillər Azərbaycanın multikulturalizmə, dini tolerantlığa və sivilizasiyalararası dialoqa sadiqliyini nümayiş etdirir və hörmət və məsuliyyətə əsaslanan diplomatiyanı əks etdirir.
 
- Ölkənizin İsraillə sıx təhlükəsizlik əlaqələri var, eyni zamanda İranda milyonlarla azərbaycanlı yaşayır və Naxçıvana əsas nəqliyyat yollarını təmin edir. Sərhədlərinizdəki müharibə bu iki ölkə ilə strateji münasibətlərinizə təsir edirmi?
 
- Xeyir, Azərbaycan həm İsrail, həm də İran ilə mühüm münasibətlərə malikdir və yanaşmamız balanslı və ölçülüdür. Biz gərginliyin azaldılmasını və diplomatik səyləri qətiyyətlə dəstəkləyirik və ümid edirik ki, atəşkəs daha da möhkəmlənəcək. Bu da digər məsələlərlə yanaşı, münaqişənin Cənubi Qafqaza yayılması riskini minimuma endirəcək.
 
- İrandakı münaqişənin ABŞ Prezidenti Donald Tramp tərəfindən irəli sürülmüş və Ermənistan ərazisi vasitəsilə Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında əlaqəni təmin edəcək TRIPP (Sülh və Rifah naminə Tramp Marşrutu) layihəsinə təsirləri mümkündürmü?
 
- Bu, real narahatlıq doğuran məsələdir. Çünki əlavə eskalasiya regional bağlantı və enerji təhlükəsizliyi üzrə ambisiyalı layihələrin həyata keçirilməsi üçün zəruri olan siyasi mühitə və praktiki şərtlərə mənfi təsir göstərə bilər. Azərbaycanın qərb rayonlarını Naxçıvanla, Asiyanı isə Avropa ilə birləşdirən TRIPP layihəsinin həyata keçirilməsi Cənubi Qafqazda mövcud sülh mühitinin möhkəmləndirilməsi üçün mühüm əhəmiyyət kəsb edir. Ümid edirik ki, davam edən qeyri-müəyyənlik ciddi gecikmələrə səbəb olmayacaq.

“Ukraynaya Ulu öndər Heydər Əliyev siyasəti gərəkdir...” – ZAHİD ORUC 

Ukrayna Prezidentinin ölkəmizə səfəri dünya mediasında, o cümləədn keçmiş sovet məkanı informasiya kanallarında geniş təhlillərə və şərhlərə səbəb oldu.Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc ukraynalı liderin səfərinin səbəbləri və nəticələri ilə bağlı Oxu24.com-un   sualını belə şərh edib: “Ölkəmizin son illərdə formalaşdırdığı yeni geosiyasi arxitektura - regionda yaratdığı qalib hərbi-siyasi reallıq və artan diplomatik rol Volodimir Zelenskinin Azərbaycana səfərinin mühüm səbəblərindən biridir. Qarabağın geri qaytarılması, torpaqlarımızın işğaldan azad olunması təkcə hərbi uğur deyil, uzun illər aparılan düşünülmüş siyasətin, iqtisadi güclənmənin və milli iradənin nəticəsidir.Vətən müharibəsində əldə olunan qalibiyyət Cənubi Qafqazda yeni siyasi və təhlükəsizlik çağırışları formalaşdırdı. İndi regionumuz 90-cı illərdəki kimi deyil, güc balansı dəyişib, təşəbbüs tamamilə ölkəmizin tərəfinə keçib və yaxın-uzaq dövlətlər üçün Bakı cazibə mərkəzinə çevrilib.Biz eyni vaxtda müxtəlif güc mərkəzləri ilə bərabərhüquqlu və balanslı işləməyi bacarırıq. Bir tərəfdən, Rusiya ilə münasibətlərimizi suverenlik və qarşılıqlı hörmət çərçivəsində qururuq, təzyiq və diqtə imperativləri, hegemoniya leksikonunu qəbul etmirik, digər tərəfdən, Türkiyə ilə strateji müttəfiqliyimizi daha da gücləndiririk. Qardaşlıq münasibətləri təkcə hərbi sahədə deyil, iqtisadiyyat, enerji və təhlükəsizlik sahələrində yeni səviyyəyə qalxıb.Eyni zamanda, Azərbaycan İsrail ilə əməkdaşlığını davam etdirir, texnologiya və təhlükəsizlik sahələrində qarşılıqlı faydalı əlaqələr qurur. Digər qonşumuz İranla isə mürəkkəb, lakin idarə olunan münasibətlər modeli qorunub saxlanır və Körfəz ölkələrindən fərqli olaraq, Azərbaycan Qərbin hərbi infrasrukturunu regiona daşımır. Yəni, Azərbaycan NATO, yaxud Kollektiv TMT-nin üzvü deyil, bloklara qoşulmama siyasəti yürüdür, müxtəlif güclər arasında tarazlıq yaradan müstəqil aktordur.Məhz çoxvektorlu siyasət ölkəmizin beynəlxalq aləmdə diplomatik paytaxt statusunu daha da gücləndirməyə imkan verir. Bakı artıq təkcə regional mərkəz deyil, müxtəlif tərəflərin vasitəçilik üçün müraciət etdiyi platformalardan biridir. Vaxtilə NATO-Rusiya, ABŞ-Rusiya yüksək çinli generalları, daha sonra Türkiyə-İsrail siyasi nümayəndə heyətlərinin Bakıda görüşməsi təsadüfi deyildi, ölkəmizin etibarlı, təhlükəsiz və balanslı məkan kimi qəbul edilməsinin nəticəsi idi. Söhbət klassik mənada “qlobal vasitəçi mərkəz” olmaqdan, Cenevrə və Vyanaya çevrilməkdən gedir, çünki “dialoq üçün uyğun platforma” statusunu qazanmışıq. Bu isə gələcək üçün çox ciddi potensial deməkdir.Mürəkkəb geosiyasi şəraitdə belə platformalara ehtiyac getdikcə artır. 21-ci əsrin tək qalib ölkəsi kimi, son iki əsrlik savaşı qazandığımız bir vaxtda ətrafımızda iki qlobal toqquşmadan qorumaq o qədər də asan deyil.Lakin Ukrayna Prezidentinin Azərbaycana səfəri təsadüfi deyil, yalnız iki dövlətin mənafelərini əhatə etməyib, dünya təhlükəsizliyi üçün əhəmiyyət daşıyır. 4 ildən artıqdır Rusiyanın hücumlarına məruz qalan bir ölkə ağır humanitar, iqtisadi və hərbi vəziyyətdədir, müxtəlif istiqamətlərdə Moskva ilə, nəhayət, anlaşmağa diplomatik kanallar axtarır. İndi dünyada yalnız balanslı siyasətlə böyük güclər arasında tarazlıq yaratmaq yetərli deyil, çevik siyasətlə bir tərəfdən aktiv oyunqurucu dövlət olmağı bacarmalısan, digər yandan risqlərin bölüşdürülməsi yollarını tapmalısan.Zelenskinin açıq mətnlə dediyi kimi, bir çox dövlətlərdən fərqli olaraq, Azərbaycan ən ağır şərtlər altında - işğal dövründə də Ukraynanın ərazi bütövlüyünü prinsipial şəkildə müdafiə edib, lakin Moskva əleyhinə bloklara da qoşulmayıb - forpost olmayıb, regionda anti-Moskva cəbhəsi açmayıb, ona görə də rəsmi Kiyev Bakını Türkiyə qədər danışıqlar üçün alternativ məkan sayır.Əlbəttə, Ukrayna rəhbərinin məlum açıqlamasından keçən 5 gün ərzində Rusiya ilə danışıqlar məsələsi ətrafında müxtəlif spekulyasiyalar aparılsa da, Kremlə yaxın bəzi media və parlament təmsilçilərinin bunu “blef” kimi qiymətləndirməsinə baxmayaraq, Azərbaycana qarşı açıq mənfi münasibət faktiki olaraq, müşahidə olunmur. Göründüyü kimi, rəsmi Bakının neytral və etibarlı tərəf kimi qəbul olunması şübhə doğurmur.Əgər Azərbaycan potensial olaraq, Rusiya–Ukrayna danışıqları üçün məkan kimi seçilərsə, prosesin məhz sülh istiqamətində irəli aparılmasına qadirdir. Çünki Azərbaycan hər iki tərəfə sözünü deyə bilən nadir dövlətdir, gizli geosiyasi oyun aparmır və risqləri real qiymətləndirir.Digər tərəfdən, bəzi regional nümunələr göstərir ki, vasitəçi olmaq üçün yalnız iddia kifayət etmir - tərəflər üzərində etimad və təsir imkanları lazımdır. Azərbaycan isə həm Moskva, həm də Kiyevlə eyni məsafədə dayanaraq, öz mövqelərini təqdim etmək imkanına malikdir. Məsələn, İran tərəfi ABŞ ilə danışıqlar prosesinin sonunda Pakistanı onda ittiham etdi ki, Trampa İranın sözünü deyə bilmir, lakin Azərbaycan Moksva və Kiyevə 4 illik savaşın bitməsi üçün strateji baxışlarını təqdim edə bilər...Üstəlik, Azərbaycanın Türkiyə və ABŞ ilə yüksək səviyyəli münasibətləri danışıqların beynəlxalq dəstək qazanmasına əlavə zəmin yaradır. Nəhayət, Qarabağ Zəfərindən sonra sülh üçün ən yaxşı dialoq və barış məkanı məhz Bakıdır - regionda formalaşan yeni reallıq fonunda Azərbaycanın iki əsrlik düşmənçiliyə son qoymaq iradəsi və formulu digər qlobal müharibələr üçün də real və praktik nümunə kimi çıxış edə bilər.Müasir beynəlxalq münasibətlər sistemi bizə bir daha göstərir ki, dövlətlərin üzləşdiyi əsas risklərdən biri onların böyük geosiyasi qarşıdurma zonasına düşməsidir. Ukraynanın yaşadığı mürəkkəb vəziyyət - milyonlarla insan öz yurd-yuvasını tərk etmək məcburiyyətində qalıb, insan itkiləri yüz minlərlə ölçülür, ölkənin iqtisadi və sosial infrastrukturu isə böyük dağıntılara məruz qalıb - risklərin real nəticələrini nümayiş etdirir.Eyni zamanda, münaqişə şəraitində təqdim olunan geniş maliyyə vəsaitləri və dəstək paketləri qısamüddətli sabitləşdirici rol oynasa da, uzunmüddətli perspektivdə əlavə iqtisadi öhdəliklər və borc yükü yarada bilir.Hər bir ölkə üçün prioritet məsələlərdən biri milli maraqları qorumaqla yanaşı, özünü qlobal toqquşmaların mərkəzinə çevrilməkdən qorumaqdır. Azərbaycanın dövlətçilik təcrübəsi böyük dövlətçilik tarixi olan Kiyev üçün əvəzsiz nümunələr təqdim edir. Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan siyasi kurs mürəkkəb geosiyasi şəraitdə çoxvektorlu diplomatiyanın və milli maraqların necə qorunmasının bənzərsiz nümunəsidir. Ukraynaya Ulu öndər Heydər Əliyev siyasəti gərəkdir.50-dən artıq dövlətin fəal hərbi-maliyyə və humanitar yardımına baxmayaraq. Son olaraq, 90 milyard avroluq kreditin verilməsi fonunda Ukrayna gündəlik qaydada dağıntılara məruz qalır. Nəhayət, savaşın durudurulması yolunu tapmağı düşünmək müharibəni davam etdirmək qərarından üstün olmalıdır.Eyni zamanda, regionumuzda İran ətrafında formalaşan gərginlik münasibətlərin əhəmiyyətini daha da artırır. Yaxın Şərq, Körfəz ölkələri və İran amili təkcə regional deyil, qlobal gərginliyin yerləşdiyimiz yaxın 300 km-lik zolaqda hansı təhlükələrin mövcud olduğunu göstərir. Azərbaycan savaş zolağında deyil, əksinə müxtəlif tərəflərlə dialoq saxlaya bilən nadir aktorlardandır.Ukrayna rəhbərinin ölkəmizlə əlaqələrə xüsusi önəm verməsi və Kiyevin İranla münasibətlərindəki düşmənçilik çağırışları Zelenskinin Yaxın Şərqlə bərabər, Türkiyə-Azərbaycan trekini aktiv qorumağa məcbur edir. Gözlənilən sülh müqaviləsi hər bir müharibə aparan tərəf üçün əvəzsiz nümunədir.Qlobal təhlükəsizlik böhranı Qarabağ Qələbəsinə əsaslanıb yenidən formalaşdırmaq mümkündür".

Baba Vəziroğlu ilə poetik SÖHBƏT

Müasir dövrün sürəti, sosial şəbəkələrin həyatımıza diktə etdiyi yeni qaydalar və gənclərin klassik ədəbiyyatdan uzaqlaşması mövzusu hər zaman aktualdır. Bəs sənət fədaisi, tanınmış şair, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi Baba Vəziroğlu bu barədə nə düşünür? Poeziya ölürmü, yoxsa sadəcə libasını dəyişir?Oxu24.com Baba Vəziroğlu ilə müsahibəni təqdim edir:- Baba müəllim, gənclərin çoxu artıq kitab oxumur, qısa paylaşımlara üstünlük verir. Bu, poeziyanın gələcəyi üçün bir təhlükə sayıla bilərmi?-Həzrəti Əlinin məşhur bir kəlamı var, bilirsiniz: “Uşaqlar öz valideynlərindən daha çox zəmanəsinə bənzəyirlər”. Əlbəttə ki, biz bu gün doğma kimi, ehkam kimi qoysaq ki, gənclər bu gün kitab oxumur, qısa paylaşımlar oxuyur; bu, poeziyanın gələcəyi üçün təhlükəlidirmi? Xeyr. Sadəcə format dəyişir. Bu gün təbii ki, gənclər uzun-uzadı poemalar, romanlar oxumur. Qısa ifadələr daha çox bəyənilir geniş oxucu-dinləyici kütləsi tərəfindən. Hikmətli sözlər... Poeziya da artıq formatını dəyişir: nəğmələrə çevrilir, süni intellekt vasitəsilə yayılır.Bu mənada poeziya üçün təhlükə görmürəm ki, gələcəkdə poeziya ümumiyyətlə sıradan çıxsın. Çünki bəşər tarixi yaranandan poeziya yaranıb, yəni ədəbiyyat yaranıb, sənət yaranıb. Yaranıb ki, insan öz hisslərini, öz duyğularını adi sözlə ifadə edə bilməyəndə sənət köməyə çatıb. Yəni adi lüğət tərkibli sözlər aciz olub insanın öz yaşantılarını çatdıra bilmək üçün. Onda sənət yaranıb, poetik dil yaranıb, rəssamlıq yaranıb, heykəltəraşlıq yaranıb, simvolika yaranıb. Bu mənada nə qədər ki, bəşər canlıdır, yaşayır, poeziya da, sənət də yaşayacaq.- Bəs bugünkü oxucu daha çox hansı tip şeirlərə üstünlük verir: dərin, sadə, yoxsa qısa?-Bu sualın cavabı çox birmənalıdır. Axı bu hər üç məziyyət poeziyaya aiddir. Təbii ki, sadə və o sadəlikdə dərinlik olmalıdır. Mümkün qədər fikrini oxuculara, dinləyicilərə demək istədiyini qısa və lakonik formada çatdırmalısan. Bu, poeziyanın təməl prinsipləridir. Yəni poeziya söz yığını olmamalıdır, uzun-uzadı təsvirçiliklə məşğul olmamalıdır. Sadəlikdə dərinlik olmalıdır.Məsələn üçün biz xalq bayatılarında görürük necə sadə, qısa, lakonik və dərindir:"Əzizim bəxtiyaram,Bəxtimin taxtiyaram.Üzündə göz izi var,Sənə kim baxdı yarım?"Təsəvvür eləyirsiniz? Bu poeziyanın artıq zirvəsidir. Çox sadə, anlaşılan və eyni zamanda dərin. Yəni ki, göz izinin üzdə olması bu artıq poetik təfəkkürün olimpidir, Everest zirvəsidir. Bax, mən poeziyanı şəxsən belə görürəm və belə təsəvvür edirəm.- Gənc şairlərə nə məsləhət verərdiniz: sosial mediada aktiv olsunlar, yoxsa daha çox ənənəvi ədəbiyyata yönəlsinlər?-Mən gənclər qarşısında belə bir dilemmanın qoyulmasının əleyhinəyəm. Çünki bilirsiniz, poeziyanı insanlara çatdırmaq üçün formanın, formatın, vasitənin heç bir önəmi yoxdur. Mən təklif eləyirəm ki, hər yanda aktiv olsunlar. Xüsusən onu da qeyd eləmək istəyirəm ki, bu gün bütün dünya, o cümlədən Azərbaycan, bəlkə də Azərbaycan daha çox TikTok adlı bir sosial şəbəkədə mövcuddur, yaşayır. O sosial şəbəkə ilə, formatla nəfəs alır, sevib-sevilir, düşüncələrini bölüşür, məhəbbətini, nifrətini bildirir. Və orada mütləq poeziyanın yeri olmalıdır.Poeziya insanları haqq yoluna dəvət etməlidir. Poeziya bəyan etməlidir ki, insanın insan olmağı üçün hansı məziyyətlər lazımdır, hansı təfəkkürə sahib olmaq lazımdır. Yəni tək Mirzə Cəlil demişkən, insan həyatı səhər qayğanaq yeyib işə getmək və axşam gəlib bir bozbaş yeyib yatmaqdan ibarət deyil. İnsan həyatı daha zəngin, maraqlıdır. Və belə bir həyat yaşamaq lazımdır. Bu həyatı da yaşamaq üçün mütləq poetik təfəkkürə, romantik ovqata sahib olmalısan. Və insanları da məhz digər canlı məxluqdan ayıran bax bu hissiyyatlardır, bu ovqatdır, bu təməl prinsiplərdir.Mən deyirəm hər yanda... Ənənəvi ədəbiyyatın öz yeri var, bugünün təbliğat-təşviqat vasitələri olan sosial şəbəkələr də əlbəttə ki, öz yerindədir. Və bunlardan istifadə etməmək, bunlardan uzaq durmaq təxminən göydə günəşi danmaq kimi bir şeydir. Bunlar var həyatda və həyatımızı idarə eləyir. O həyatın idarə olunmasında sən də iştirak etmək istəyirsənsə, öz töhfəni vermək istəyirsənsə, az da olsa bu hərəkətdə, bu cəmiyyətdə — sosial şəbəkələr cəmiyyətində — aktiv iştirak etməlisən. Sən də öz sözünü deməlisən, yaxşı söz deməlisən. Yaxşı söz deməlisən ki, orada balans yaxşıların xeyrinə artsın…Baba Vəziroğlu ilə bu səmimi söhbət poeziyanın heç vaxt ölməyəcəyini, sadəcə yeni nəsillərin dilində və texnologiyanın imkanları ilə yenidən doğulduğunu bir daha sübut etdi.Hazırladı: Çimnaz Telmanqızı

Elçin Əmirbəyov "Euro" jurnalına müsahibə verib 

Azərbaycan ilə Çexiya arasında strateji tərəfdaşlıq üzrə Birgə Bəyannamənin imzalandığı 2015-ci ildən etibarən ikitərəfli münasibətlər uğurla inkişaf edir.Oxu24.com  xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun Çex Respublikasına işgüzar səfəri çərçivəsində "Euro" (Financial Times) jurnalına müsahibəsində deyib.Müsahibə zamanı Azərbaycan–Çexiya strateji tərəfdaşlığı, Orta Dəhlizin artan əhəmiyyəti və bu xüsusda Azərbaycanın Avropa ilə Asiya arasında vacib nəqliyyat qovşağına çevrilməsi, Azərbaycan-Ermənistan normallaşma prosesi, habelə regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.E.Əmirbəyov Çexiyanın idxal etdiyi xam neftin mühüm hissəsinin Azərbaycandan tədarük olunduğunu diqqətə çatdıraraq, iki ölkə arasında enerji əməkdaşlığının yalnız neft sektoru ilə məhdudlaşmadığını, təbii qaz, bərpaolunan enerji və digər istiqamətlərdə də əməkdaşlığın genişləndirilməsi üçün qarşılıqlı marağın mövcud olduğunu vurğulayıb.Bununla yanaşı, Azərbaycan ilə Çexiya arasında müdafiə, sənaye, texnologiyalar və digər sahələrdə də əməkdaşlığın inkişafı üçün imkanların olduğu qeyd edilib.Müsahibədə enerji təhlükəsizliyi məsələlərinə xüsusi yer ayrılıb. E.Əmirbəyov Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfəsinin son dövrlərin geosiyasi böhranları fonunda yaranmadığını, ölkəmizin hələ 2006-cı ildən etibarən Avropanın enerji təchizatında mühüm rol oynadığını qeyd edib. Bu xüsusda Bakı-Tbilisi-Ceyhan neft kəmərinin, eləcə də 2020-ci ildə tamamlanmış Cənub Qaz Dəhlizinin əhəmiyyəti vurğulanıb. Bildirilib ki, hazırda Azərbaycan 16 ölkəyə təbii qaz ixrac edir və onlardan 10-u Avropa İttifaqına üzv dövlətlərdir. E.Əmirbəyov Azərbaycanın bazardakı dəyişkənlik və geosiyasi mürəkkəbliklərdən asılı olmayaraq, öhdəliklərinə sadiq, uzunmüddətli və etibarlı tərəfdaş kimi özünü təsdiq etdiyini diqqətə çatdırıb.E.Əmirbəyov bildirib ki, Avropa hazırda həm şimalda, həm də cənubda mövcud qeyri-sabitlik fonunda əlavə enerji həcmləri axtarır. Azərbaycan isə bu tələbatın qarşılanmasına hazırdır. Bununla belə, xüsusilə təbii qaz tədarükünün artırılması üçün mövcud infrastrukturun, o cümlədən Cənub Qaz Dəhlizinin ötürücülük qabiliyyətinin genişləndirilməsinə ehtiyac duyulur. Bu xüsusda Avropa İttifaqının maliyyə institutları tərəfindən sərmayələrin və maliyyə dəstək mexanizmlərinin cəlb olunması vacibdir.Hazırkı geosiyasi vəziyyət fonunda Orta Dəhlizin artan əhəmiyyətindən bəhs edən E.Əmirbəyov qeyd edib ki, Avropanın yeni bazarlara və təbii sərvətlərlə zəngin regionlara çıxışını təmin etmək baxımından Cənubi Qafqaz və Azərbaycan mühüm rol oynayır.Müsahibədə Azərbaycan-Ermənistan sülh prosesi və regional bağlantıların bərpası məsələsinə də toxunulub. E.Əmirbəyov uzun illər ərzində münaqişə səbəbindən Azərbaycan ilə Ermənistan arasında birbaşa əlaqələrin mövcud olmadığını, regiondakı əsas marşrutların yalnız Gürcüstan və Türkiyə üzərindən keçdiyini qeyd edib. O bildirib ki, hazırda yaranmış yeni şəraitdə nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası sülhün möhkəmləndirilməsinə və Cənubi Qafqazın iqtisadi potensialının gücləndirilməsinə xidmət edə bilər. E.Əmirbəyov Zəngəzur dəhlizinin fəaliyyətə başlaması ilə Gürcüstan marşrutuna əlavə olaraq yük daşımaları üçün daha qısa və sərfəli marşrutun formalaşacağını bildirib.Bu kontekstdə Avropa İttifaqının infrastruktur layihələrinə mümkün dəstəyi məsələsinə də toxunulub. E.Əmirbəyov qeyd edib ki, söhbət əsasən münaqişədən əvvəl mövcud olmuş, lakin sonradan yararsız vəziyyətə düşmüş Naxçıvan ərazisindəki təxminən 174 kilometrlik dəmir yolunun bərpasından gedir. Bildirilib ki, sözügedən layihə üzrə artıq Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən texniki-iqtisadi əsaslandırmanın hazırlanmasına başlanılmışdır. Avropa İttifaqının öz maliyyə resurslarını bu layihəyə cəlb etməsi təkcə nəqliyyat dəhlizlərinin inkişafına deyil, eyni zamanda regionda uzunmüddətli sülhün möhkəmləndirilməsinə xidmət edəcəkdir.Azərbaycan-Ermənistan normallaşma prosesinin hazırkı vəziyyətinə dair sualı cavablandıran E.Əmirbəyov ötən ilin avqustunda Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflandığını və tərəflərin hazırda de-fakto sülh şəraitində yaşadığını bildirib. O, ötən dövr ərzində bu istiqamətdə görülmüş etimad quruculuğu tədbirlərinə də diqqət çəkib, Ermənistana tranzit yük daşımalarına tətbiq olunan məhdudiyyətin aradan qaldırıldığını, yanacağın tədarük edildiyini və iki ölkənin vətəndaş cəmiyyətlərinin qarşılıqlı səfərlərinin həyata keçirildiyini qeyd edib.E.Əmirbəyov Ermənistanın daxili siyasi proseslərinin də sülh gündəliyi baxımından mühüm əhəmiyyət daşıdığını nəzərə çatdırıb. O, Ermənistanda keçiriləcək parlament seçkilərinin və yeni konstitusiya üzrə referendumun nəticələrinin iki ölkə arasında sülh sazişinin imzalanması baxımından həlledici rol oynaya biləcəyini vurğulayıb. Bildirilib ki, Ermənistanın yeni konstitusiyasında Azərbaycana qarşı ərazi iddiası kimi yozula biləcək hər hansı müddəanın yer almaması sülh sazişinin imzalanması və uzunmüddətli sabitliyin təmin edilməsi baxımından prinsipial əhəmiyyət kəsb edir.Müsahibə zamanı regional təhlükəsizlik məsələlərinə də toxunulub. E.Əmirbəyov Azərbaycanın Ukraynanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyini, münaqişələrin beynəlxalq hüquq və diplomatik vasitələrlə həllinin vacibliyini qeyd edib. İran ətrafında gərginliyə münasibət bildirən E.Əmirbəyov bu vəziyyətin bütün region üçün ciddi narahatlıq doğurduğunu, qeyri-sabitliyin yayılmasının təhlükəsizlik, iqtisadi layihələr, enerji və bağlantı təşəbbüsləri üçün risklər yarada biləcəyini vurğulayıb.Qeyd edək ki, E. Əmirbəyov aprelin 14-də "CNN Prima News"a da müsahibə verib.

Azərbaycanla yeni MÜHARİBƏ XƏBƏRDARLIĞI elan edildi!—Politoloq DETALLARI AÇIQLADI  

Ermənistanda 7 iyuna təyin edilmiş seçkilər ərəfəsində siyasi gərginlik pik həddə çatıb. Nikol Paşinyan administrasiyası ilə Moskva tərəfindən dəstəklənən "köhnə qvardiya" – Robert Koçaryan və tərəfdarları arasındakı mübarizə artıq sadəcə daxili hakimiyyət davası deyil, həm də regionun gələcək təhlükəsizlik arxitekturasını müəyyən edəcək həlledici məqamdır. Məsələ ilə bağlı politoloq Məhəmməd Əsədullazadə Oxu24.com-un suallarına cavab olaraq bildirib ki, Ermənistan cəmiyyəti bu seçkidə iki yol arasında qalıb: reallığa əsaslanan sülh və ya revanşizm gətirən yeni müharibə.-Paraflanmış sənəd qüvvədən düşə bilərmi?-Azərbaycanla Ermənistan arasında əldə olunmuş ilkin razılaşmalar və sülh mətninin paraflanması prosesi hazırda bir növ "mina tarlası"ndadır. Əgər radikal müxalifət (Koçaryan-Sarkisyan xətti) hakimiyyətə gələrsə, sülh prosesi bu risklərlə üzləşəcək. Belə ki, Müxalifət artıq indidən bəyan edir ki, Paşinyanın imzaladığı və ya razılaşdığı sənədlər Ermənistanın milli maraqlarına ziddir. Onlar sülh sazişini yenidən müzakirəyə çıxarmaqla prosesi illərlə uzada və ya tamamilə dondura bilərlər.Hazırda davam edən sərhəd xətlərinin müəyyənləşməsi prosesi "mübahisəli ərazilər" bəhanəsi ilə dayandırıla bilər ki, bu da birbaşa hərbi toqquşmalara zəmin yaradan amildir. Azərbaycan üçün sülh masasından qaçan və revanşist ideologiya ilə çıxış edən bir hökumət legitim hərbi hədəflərin yaranması deməkdir. Bu, sülh sazişinin yerini yeni bir hərbi əməliyyatın tutması ehtimalını artırır”.Bəs Radikal qüvvələrin hakimiyyətə gəlmə ehtimalı nə qədər realdır?Politoloq Məhəmməd Əsədullazadənin də vurğuladığı kimi, bu ehtimal hazırda o qədər də yüksək görünmür, lakin diqqətdən kənarda saxlanılmamalıdır:“Ermənistan əhalisinin böyük əksəriyyəti 44 günlük müharibənin travmasını hələ də üzərindən atmayıb. Koçaryanın proqramı "müharibə anonsu" kimi qəbul edildiyi üçün, seçici yeni bir fəlakətdənsə, Paşinyanın "acı sülhünü" seçməyə daha meyillidir. Müxalifətin tezislərinin Kremldə hazırlandığı sirr deyil. Lakin Rusiyanın Ermənistandakı nüfuzunun zəifləməsi və Paşinyanın Qərblə (Aİ və ABŞ) qurduğu balanslı münasibətlər radikalların manevr imkanlarını məhdudlaşdırır. "Hayastan" və digər revanşist bloklar əsasən keçmiş sistemin qalıqlarından və paytaxtın müəyyən radikal qruplarından dəstək alır. Rayonlarda və kənd yerlərində Paşinyanın elektorat bazası hələ də dominantlığını qoruyur”,-deyə politoloq əlavə edib. Nəticə olaraq, 7 iyun seçkiləri Ermənistan üçün "status-kvo"nu qorumaqla regional inteqrasiyaya qoşulmaq və ya Moskvanın təlimatları ilə bölgəni yenidən qan gölünə çevirmək arasında seçim olacaq. Ruben Rubinyanın da xəbərdarlıq etdiyi kimi, radikal ideologiya Ermənistanı dövlətçilik itkisi ilə üz-üzə qoya bilər.Çimnaz Telmanqızı

ABB səhmdarlarına 200 mln. manat dividend ödənişi təklif ediləcək - MÜSAHİBƏ 

Oxu24.com ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimovla olan müsahibəni təqdim edir:- Abbas müəllim, 7 may 2026-cı ildə ABB səhmdarlarının növbəti Ümumi Yığıncağı keçiriləcək. Yığıncağın gündəliyinə səhmdarlara dividendin ödənilməsi məsələsi də daxildir. Bank ötən ilin mənfəətindən səhmdarlara bu dəfə nə qədər dividend ödəyəcək?- Əvvəlcə onu qeyd edim ki, elə bu günlərdə ABB Maliyyə Qrupunun 2025-ci il üzrə maliyyə hesabatlarına kənar auditor rəy verdi. Maliyyə qrupumuz 2025-ci ili 404,491 milyon manat xalis mənfəətlə başa vurub. Bu, ABB-nin tarixində rekord mənfəət göstəricisidir. ABB-nin böyüməsində, belə yüksək mənfəət qazanmasında, təbii ki, son illər formalaşdırdığımız dayanıqlı biznes modelinin çox böyük rolu var.Menecment olaraq bu il də səhmdarlarımıza yüksək məbləğdə, 200 milyon manat dividend ödənişi təklifi etmişik. Ümumi Yığıncaqda təklifimiz dəstəklənərsə, səhmdarlarımız bu il də nominal qiymətdən 15.6% dividend gəliri əldə edəcəklər. Biz son 8 ildə səhmdarlarımıza ardıcıl olaraq dividend ödəyirik. İki ildir ki, gəlirlərimizi 30 mindən artıq səhmdarımız, vətəndaşımızla bölüşürük.- Yığıncağın gündəliyində ABB-nin xarici bankda iştirak payı alması məsələsi də var. ABB hansı xarici ölkədə və hansı bankı almaq fikrindədir?- ABB-nin 2026-2028-ci illər üzrə strateji inkişaf planındakı əsas hədəflərdən biri coğrafi genişlənmədir. Bu hədəfə yönələrək Özbəkistanın maliyyə bazarına daxil olmaq niyyətindəyik. Bu niyyətimiz Azərbaycan və Özbəkistan arasındakı strateji tərəfdaşlığın dərinləşməsinə, Özbəkistandakı əlverişli biznes mühitinə, ölkənin sosial-iqtisadi perspektivlərinə əsaslanır. Özbəkistan əhalisinin sayı 40 milyona yaxındır. Əhali tərkibində rəqəmsal bank xidmət və məhsullarına meylli gənc nəsil böyük yer tutur.Bu bazara daxil olmağımız ABB-nin son illərdə tətbiq etdiyi korporativ idarəetmə, rəqəmsallaşma, süni intellekt əsaslı innovasiyaların böyük əhalisi olan Özbəkistan bazarında tətbiqinə, ABB Maliyyə Qrupunun daha böyük dəyər əldə etməsinə imkan yaradacaq, Bankımızın regional və beynəlxalq imicini möhkəmləndirəcək.Nəzarət səhm paketini almaq istədiyimiz bank isə Özbəkistanın özəl banklarından biridir. Səhmdarlarımız buna müsbət qərar verərsə, qanunvericiliyin tələblərinə uyğun hüquqi prosedurlara başlayacağıq.Strategiyamıza uyğun olaraq coğrafi genişlənmə məqsədli bazar araşdırmalarımızı isə bundan sonra da davam etdirəcəyik.- Son dövrlər ABB-nin öhdəliklərinin strukturunda milli valyutanın payı artmaqdadır. Bu, manata inamın artmasının göstəricisi kimi dəyərləndirilə bilər?- Bəli, təkcə son 3 ayda ABB-də manatla depozitlərdə 235 milyon manat artım olub. Bu tendensiya təkcə ABB-də yox, ümumən sektorda özünü göstərir və birbaşa manata inamın davamlı artmasından irəli gəlir.Son 3 ildə bank sektorunun cəmi əmanət portfeli 51% artıb. Milli valyutada müddətli əmanətlər son 3 ildə 2.1 dəfə artaraq 7.5 mlrd. manata çatıb. Bu dövrdə fiziki şəxslərin əmanətlərində dollarlaşma səviyyəsi 40%-dən 31.1%-ə qədər azalıb. Unikal müddətli əmanətçi sayında da davamlı artım müşahidə olunur. 2023-cü ilin sonu ilə müqayisədə unikal müddətli əmanətçi sayı 89.4% artım göstərib.- ABB bu ildən manatda istiqrazlar da buraxmağa başlayıb və bunun davamlı olacağı bildirilir. Məqsəd əlavə vəsait cəlb etməkdir?- Əsas məqsədimiz ölkəmizin kapital bazarını əlavə alətlərlə dəstəkləmək, bazara çoxsaylı fiziki şəxs investorlar cəlb etməkdir ki, daimi aktivlik olsun. Martda fiziki şəxslərə üstünlük hüququ verməklə ilk emissiyanı keçirdik. Hər biri 5 milyon manat olmaqla 1 il və 2 il müddətinə 10 milyon manatlıq istiqraz buraxılışı uğurla baş tutdu. Sifarişlərin həcmi təklif edilən məbləği təxminən 5 dəfə üstələdi. Fikrimizcə, bunun özü də milli valyutaya olan inamdan, investorların ABB istiqrazları kimi gəlirli maliyyə alətlərinə getdikcə artan marağından irəli gəlir. Eyni zamanda, bu alətlərin əlçatanlığı da mühüm məqamdır. İnvestorların 98%-dən çoxu ABB istiqrazlarını heç yerə getmədən, ABB mobile tətbiqimiz üzərindən, cəmi bir neçə toxunuşla, tam rəqəmsal təcrübə ilə əldə etdilər. 528 investor ABB istiqrazlarına sahib oldu.Bu il ərzində davamlı tranşlarla ümumən 100 milyon manat məbləğində istiqraz emissiyasını planlayırıq. Hədəfimiz ölkəmizin kapital bazarına minlərlə yeni investor cəlb etməkdir.- ABB süni intellekt sahəsinə ciddi investisiyalar etməyə başlayıb. Bu investisiyalar Bank üçün hansı dəyərləri yaradır?- Bankın süni intellekt texnologiyalarına investisiya etməsi artıq seçim yox, strateji zərurətdir. Çünki gələcəyin bankçılığı süni intellektlə qurulur. Süni intellekti indidən dəyərləndirməyən şirkətlər çox yaxın gələcəkdə həm texnoloji, həm biznes baxımından geri qala bilərlər. Ona görə ABB olaraq biz süni intellekt texnologiyalarının tətbiqində milli çempionlardan biri olmağı hədəfləyirik, müştərilərimizlə birgə gələcəyin bankçılığını qururuq.Yeni strategiyamız çərçivəsində biz ABB-nin “Süni intellekt və Generativ süni intellekt” Yol Xəritəsini qəbul etmişik. Bu Yol Xəritəsi əsasında süni intellekt həllərini yalnız müştəriyə yönəlik xidmətlərdə deyil, eyni zamanda əməkdaşlarımızın gündəlik fəaliyyətində, arxa ofis əməliyyatlarında və risk idarəetməsində geniş şəkildə tətbiq edirik.Hazırda ABB-də müxtəlif istiqamətlər üzrə tətbiq olunan süni intellekt modellərinin sayı 180-ə yaxınlaşır. Bununla yanaşı, dayanıqlı və miqyaslana bilən süni intellekt infrastrukturumuzu qururuq. NVIDIA HGX B200 platforması əsasında qurulan Dell GPU yüksək performanslı hesablama infrastrukturunun formalaşdırılması prosesindəyik.Bu ilin əvvəlində AI-khan və AI-nur adlı süni intellekt köməkçilərimizi bütün müştərilərimizin istifadəsinə təqdim etdik. Biz buna sadəcə yeni bir texnoloji funksiya kimi yanaşmırıq, bu, bankçılığa yanaşmanın dəyişməsi – Gələcəyin bankçılığı deməkdir.- Bütün bunlar bankçılıqda nəyi dəyişir?- Uzun illər banklar rəqəmsal xidmətləri tətbiqlər vasitəsilə müştərinin mobil telefonuna gətirirdi. Bu gün isə süni intellekt texnologiyası sayəsində bank ilk dəfə müştərinin həyatına onun danışıq dili ilə daxil olur. Artıq milyonlarla müştəri ilə eyni anda, amma hər biri ilə fərdi şəkildə ünsiyyət qurmaq mümkündür.Bu istiqamət qlobal səviyyədə yeni formalaşır və ən innovativ maliyyə institutlarının diqqət mərkəzində olan sahələrdən biridir. ABB olaraq biz bu yeniliyi erkən mərhələdə təkcə ölkəmizdə yox, regionda və qlobal miqyasda tətbiq edən ilk banklardan biri kimi çıxış edirik.Qısa müddətdə yüz minlərlə müştərinin AI-khan və AI-nurla sadəcə danışaraq müxtəlif maliyyə əməliyyatlarını həyata keçirməsi göstərir ki, artıq müştərilər sadəcə rəqəmsal interfeys yox, ünsiyyət gözləyirlər. Bu isə bankçılığın növbəti mərhələsinin istiqamətini aydın şəkildə müəyyən edir.Hədəfimiz süni intellekti ayrıca bir funksiyaya yox, müştəri ilə bütün münasibətlərin ayrılmaz hissəsinə çevirməkdir. Yəni bank təkcə maliyyə xidmətləri göstərən qurum olmaqdan çıxıb, müştərinin gündəlik həyatında real dəyər yaradan, onunla daim ünsiyyətdə olan həyat tərzi tərəfdaşına çevrilir.

Ağdaban Soyqırımı: Mədəniyyətimizə və Tariximizə Qarşı Yönəlmiş Qanlı Cinayət  

8 aprel 1992-ci ildə Kəlbəcər rayonunun Ağdaban kəndində törədilmiş qətliam, Azərbaycan tarixinə ən qanlı səhifələrdən biri kimi həkk olunub. Bu faciənin pərdəarxası məqamlarını və gizli qalan detallarını Tarix üzrə fəlsəfə doktoru, dosent Cəmilə Həsənova Oxu24.com-un suallarına cavab verərkən açıqlayıb.– Cəmilə xanım, Ağdaban qətliamının törədilməsinin əsas səbəbləri və ermənilərin buradakı əsas motivləri nələr idi?– Ağdaban qətliamı təsadüfi bir hərbi əməliyyat deyildi. Bu, əvvəlcədən düşünülmüş strateji və ideoloji planın tərkib hissəsi idi. Əsas səbəblərdən biri ərazinin strateji əhəmiyyətidir. Ağdaban kəndi coğrafi baxımdan Kəlbəcər rayonunun müdafiəsi üçün kilit mövqedə yerləşirdi. Ermənilərin məqsədi bu yüksəkliyi ələ keçirməklə Kəlbəcəri faktiki təcrid etmək idi ki, bu da bir il sonra rayonun tam işğalı üçün zəmin hazırladı. Digər tərəfdən, burada məqsəd bölgədəki azərbaycanlı əhalinin iradəsini qırmaq və onları qorxuya salaraq əzəli torpaqlarından didərgin salmaq, yəni etnik təmizləmə siyasətini həyata keçirmək idi.– Həmin dövrdə regiondakı siyasi və hərbi mənzərə bu faciəyə necə təsir göstərdi?– 1992-ci ilin yazında Azərbaycan dərin xaos və daxili böhran içində idi. Cəmi bir neçə ay əvvəl baş vermiş Xocalı soyqırımından sonra erməni hərbi birləşmələri daha da cəsarətlənmişdi. Paytaxtda hakimiyyət uğrunda gedən siyasi çəkişmələr vahid komandanlığın yaranmasına mane olurdu, bu da bölgələrdəki əhalini müdafiəsiz qoyurdu. Üstəlik, SSRİ-dən qalan hərbi texnikanın əhəmiyyətli hissəsinin ermənilərin əlinə keçməsi və onlara göstərilən xarici hərbi dəstək döyüşlərdə qeyri-bərabər şərait yaratmışdı.– Ağdaban faciəsini digər soyqırımlardan fərqləndirən xüsusi məqamlar hansılardır?– Ağdaban faciəsinin ən dəhşətli və fərqləndirici cəhəti onun mədəni irsimizə qarşı yönəlməsidir. Qətliam zamanı klassik aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Şəmşirin kənddəki evi və on illərlə toplanmış zəngin arxivi, nadir əlyazmaları qəsdən məhv edilmişdir. Bu, təkcə fiziki deyil, həm də mənəvi və mədəni yaddaşımızı silmək cəhdi idi. Erməni silahlıları kəndi sadəcə işğal etmədilər, 130-dan çox evi yandıraraq kəndi yer üzündən silməyə çalışdılar. Dinc əhaliyə, xüsusən yaşlılara və uşaqlara qarşı göstərilən ekstremal qəddarlıq, insanların diri-diri yandırılması bu hadisəni ən ağır hərbi cinayətlərdən birinə çevirir.– Bu gün bu faciəni necə xatırlamalıyıq?– 8 aprel 1992-ci il Ağdaban soyqırımı tariximizdə silinməz bir yaradır. Bu hadisə həm hərbi-strateji hücum, həm siyasi böhranın acı nəticəsi, həm də xalqın mədəni sərvətlərinə və mülki əhalisinə qarşı yönəlmiş misilsiz bir vəhşilikdir. Biz bu həqiqətləri gələcək nəsillərə çatdırmalıyıq.Müsahibəni hazırladı: Çimnaz Telmanqızı

Sığınacaqdakı uşaqların taleyi    —   Kəmalə Ağazadə ilə MÜSAHİBƏ

Ailə dəyərlərinin aşınması, nəzarətsizlik və sosial şəbəkələrin qurbanı olan onlarla uşaq... Onlar indi haradadır? Cinsi və fiziki zorakılığa məruz qalan o yeniyetmə qızların taleyi necə dəyişir?Oxu24.com-un suallarını Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə cavablandırır.— Kəmalə xanım, bu gün sığınacaqlara və uşaq müəssisələrinə yerləşdirilən uşaqların sayı az deyil. Bu uşaqları ailədən qoparıb bura gətirən əsas səbəblər nələrdir?— Bilirsiniz, əsas problem uşaqların diqqətdən kənarda qalması və ailə dəyərlərinin aşağı olmasıdır. Uşaq nəzarətsiz qalan kimi ya sosial şəbəkələrin, ya da yaşıdlarının və özündən böyüklərin mənfi çevrəsinə düşür. Bu da sonda onları sığınacaqlara gətirib çıxarır. Bizim müəssisəyə yerləşdirilən uşaqların demək olar ki, hamısı qızlardır. Və acınacaqlı odur ki, bu qızlar fiziki, cinsi zorakılığın və psixoloji şiddətin qurbanlarıdırlar. Həm məişət daxili zorakılıq, həm də sosial şəbəkə tələsinə düşən yeniyetmələrimiz çoxdur.— Sığınacağın qapısından içəri girən o uşaqların ilk reaksiyası necə olur? Onları yenidən həyata necə qaytarırsınız?— İlk addımımız adaptasiya prosesidir. Uşaq hiss etməlidir ki, bura təhlükəsizdir. Hazırda bizdə Türkiyədən dəvət olunmuş peşəkar psixoloqlar çalışır, eyni zamanda Bakı Psixologiya Mərkəzi bizə böyük dəstək verir. Elə uşaq var adaptasiyası bir ay çəkir, eləsi var üç ay. Amma bizim üçün ən önəmli məsələ təhsildir. Sığınacağa gələn uşaqların 90%-i vaxtilə təhsildən kənarda qalmış uşaqlardır. Biz onların yarımçıq qalmış təhsilini bərpa edirik.—Hazırda sığınacaqda neçə uşaq var və onların gələcək karyerası üçün hansı addımlar atılır?— Qeydiyyatımızda 53 uşaq var. Onlardan 12-si hazırda müalicədədir, 35-i isə buradadır. Sevindirici haldır ki, 16 qızımız peşə liseylərində, kollec və universitetlərdə oxuyur. Hətta 10 qızımız SOCAR-ın xüsusi təhsil proqramına cəlb olunub. Onlar 10 ay müddətində 5 ixtisas üzrə hazırlaşırlar və təcrübəni də SOCAR müəssisələrində keçəcəklər. Bitirdikdən sonra isə işlə təmin olunacaqlar. Biz onlara həm də peşə və gələcək veririk.— Sığınacaqda bir gün necə keçir? Eşitdiyimizə görə, burada çox maraqlı və nizam-intizamlı bir mühit var...— Bizim sabahımız saat 5-də açılır. Saat 05:30-da səhər yeməyi başlayır. Çünki liseyi, məktəbi uzaqda olan uşaqlarımız var. Bir məqamı xüsusi qeyd edim: mənim sığınacaqdakı hər bir qızım məktəbə, kollecə hörüklə gedir. Onların çantasına hər gün yeməyi, meyvəsi mütləq qoyulur.Dərsdən qayıdan kimi art-terapiya, xor dərnəyi, rəqs saatları və motivasiya təlimləri başlayır. Balacalarımız üçün bağça məşğələləri, tamaşalar hazırlayırıq. Özümüzün kiçik aktyorlarımız var, sərgi və konsertlərdə iştirak edirlər. Burada həyat çox qaynardır. Saat 21:00-da balacalar, 23:00-da isə böyüklər yuxuya gedir. Yalnız universitetə hazırlaşan abituriyentlərimizə gecə saat 12-yə qədər icazə veririk.— Qanunvericilik tərəfi necə tənzimlənir? Məsələn, o uşaqların işləməsi və ya qəyyumluğu məsələsi...— 14 yaşdan yuxarı uşaqların işləməsi valideyn razılığı və qanun çərçivəsində tənzimlənir. Bir çox hallarda uşaqlar rəsmən mənim qəyyumluğumda olduğu üçün müqavilələr mənimlə bağlanır. Onların hər bir addımı həm hüquqi, həm də psixoloji nəzarət altındadır. Bizim məqsədimiz bu uşaqları cəmiyyətə sındırılmış qurban kimi deyil, təhsilli və öz ayaqları üstə duran fərdlər kimi qaytarmaqdır.— Aydındır. Təşəkkür edirik, Kəmalə xanım!— Təşəkkürlər! View this post on Instagram A post shared by "Azərbaycan Uşaqları" İctimai Birliyi (@usaq_siginacagi) Müsahibəni apardı: Çimnaz Telmanqızı

"40-45 dəqiqə ərzində biz düşmənin ön xəttini yardıq"   —   Aprel döyüşlərinin canlı şahidi DANIŞIR

Aprel döyüşlərinin canlı ŞAHİDİ: XTQ Qrup Komandiri Əhliyət Mehdiyevin Döyüş Yolu2016-cı ilin aprel ayı Azərbaycan hərb tarixinə sadəcə bir hərbi uğur kimi deyil, böyük qələbələrimizin başlanğıcı kimi düşdü. Həmin günləri ön xətdə, ən qaynar nöqtələrdə yaşayanlardan biri də Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) ehtiyatda olan baş leytenantı, 3-cü qrup Qarabağ qazisi Əhliyət Mehdiyevdir. O, Aprel döyüşlərində 12 nəfərlik xüsusi əməliyyat qrupuna rəhbərlik edib. Qazimizin dilindən o şanlı gecənin və sonrakı ağır döyüşlərin tam təfərrüatını təqdim edirik:– Əhliyət bəy, Aprel döyüşlərinə gedən yol necə başladı? O günləri necə xatırlayırsınız?–2016-cı ilin aprel ayının 1-nə qədər hər gün düşmən təxribatlar törədirdi. Lakin aprelin 1-də bu təxribatlar artıq dözülməz bir həddə çatdı. Ermənistan silahlı qüvvələri ağır artilleriya və iri çaplı atıcı silahlardan istifadə edərək bizim cəbhəyanı yaşayış məntəqələrimizi hədəfə alırdı. Nəticədə dinc əhali arasında yaralananlar və şəhid olanlar oldu. Artıq səbr kasası daşmışdı. Müzəffər Ali Baş Komandanın qətiyyətli qərarı ilə Azərbaycan ordusu əks-hücum əməliyyatına başladı.Cənubda Lələtəpə, şimalda isə Goranboy-Tərtər-Ağdərə istiqamətində hərəkətə keçdik. -Sizin mənsub olduğunuz XTQ bölmələri şimal istiqamətində idi. Ermənilərin "keçilməz" dediyi sədləri necə yardınız?-Cənubda ikinci ordu korpusunun və kəşfiyyat bölmələrinin misilsiz qəhrəmanlığı sayəsində 20 ildən artıq işğalda qalan Lələtəpə yüksəkliyi və ətraf strateji postlar nəzarətə götürüldü. Ümumilikdə 2000 hektar torpaq azad edildi, on minlərlə hektar ərazi isə ordumuzun nəzarətinə keçdi.Mənim mənsub olduğum Xüsusi Təyinatlı Qüvvələr isə şimal istiqamətində düşmən təxribatının qarşısını aldı. Yuxarı komandanlığın bizə verdiyi tapşırığa əsasən, cəmi 40-45 dəqiqə ərzində biz düşmənin ön xəttini yardıq.-Döyüş meydanında unuda bilmədiyiniz qəhrəmanlıqlar çox olub...-Bu yüksəkliklərin alınmasında bizim əfsanəvi komandirlərimiz – “Murov qartalı” Raquf Orucov, Polad Həşimov, Vüqar Yusifov, Murad Mirzəyev, Samit İmanov və Mübariz İbrahimov kimi qəhrəmanların ruhu və rəhbərliyi var idi. Eyni zamanda Pəncəli Teymurov, Babək Abdulov, Elvin Namazov, Elnur İsgəndərov kimi oğullarımız böyük fədakarlıq göstərdilər. Bizim əsgər və zabitlərimizin mənəvi hazırlığı çox yüksək idi. Erməni əsgəri isə arxaya dönüb baxanda xaraba qalmış əraziləri görürdü və anlayırdı ki, bura onun deyil.Şəhidimiz Elnur Səfərov (Neftçaladan) ağır yaralanmışdı. Onu təxliyə etmək istəyəndə dedi: “İllərdir mən bunu gözləmişəm. İndi istəyirsiniz gedim arxada ölümdən qaçım?”. O, bilirdi ki, şəhadətə çatacaq, amma postu tərk etmədi. Ravil Novruzov isə bir səngərdə 4 erməni xüsusi təyinatlısını məhv etdi, beşinci ilə eyni anda atəş açdılar. Ravil o bir neçə metr məsafəni erməninin üzərinə gedərək onu əzdi və qalib kimi şəhid oldu. XTQ Baş leytenant Elvin Namazov da həmin döyüşlərin qəhrəman şəhidlərindən idi.-Sizin yaralanmağınız necə baş verdi? O an nələr hiss etdiniz?-Mən 12 nəfərlik xüsusi əməliyyat qrupunun komandiri idim. Aprelin 2-dən 3-nə keçən gecə, səhər saat 4 radələrində düşmən itirdiyi mövqeləri qaytarmaq üçün tank taborları və artilleriya ilə hücuma keçdi. Düşmənin atdığı 120 millimetrlik mərmi düz mənimlə "badim" (döyüş yoldaşım) Şəhriyar Eyvazovun olduğu mövqeyə düşdü. Güclü partlayış dalğası bizi havaya qaldırıb yerə çırpdı.-Ayılanda vəziyyətiniz necə idi? İlk kimi axtardınız?-Bir müddət huşsuz qalmışam. Ayılanda sol gözüm açılmırdı, şiddətli ağrılarım vardı, sol gözüm heç nə görmürdü. Yerimək istədim, gördüm sol ayağım tutulub, dizim zədə alıb. İlk olaraq gözlərim Şəhriyarı axtardı. Onu 7-8 metr aralıda hərəkətsiz görəndə elə bildim şəhid olub. Amma bir az sonra gözünü açanda dünyalar mənim oldu. Hər ikimiz ağır kəllə-beyin travması və onurğa zədəsi almışdıq. Şükür ki, ərazi relyefi bizi qəlpələrdən qorumuşdu-Sonradan tale yolunuz necə davam etdi?-Bir ildən artıq Silahlı Qüvvələrin Baş Klinik Hospitalında müalicə olundum. Onurğa zədəsinə görə mənə hidrosefaliya diaqnozu qoyuldu. 2017-ci ilin iyununda baş leytenant rütbəsində ordudan tərxis olundum. Amma "badim" Şəhriyar xidmətə davam etdi və Vətən müharibəsində Şuşaya qədər gedib vuruşdu, orada yaralanıb qazi oldu.-Aprel döyüşlərini Azərbaycan hərb tarixində necə qiymətləndirirsiniz?-Bu döyüşlər bizim zəfərə gedən yolumuzun ilk mərhələsi idi. Xalqımız illərdir bu qələbənin həsrətində idi. Apreldə ordunun cəmi 3-5 faizi ilə düşməni lərzəyə saldıq. Məhz o ruh bizi 2023-cü ilin antiterror əməliyyatına, Xocalının, Xankəndinin azad olunmasına apardı. Azərbaycanın ərazi bütövlüyü təmin olundu. İnanıram ki, xalqımız şəhidlərimizi və qazilərimizi heç vaxt unutmayacaq…Allah şəhidlərimə rəhmət etsin!-Amin!Müsahibəni hazırladı: Çimnaz Telmanqızı

Xocalıdan 74 il əvvəl başlayan eyni dəst-xətt: Qoca tarix unudanları bağışlamır! — MÜSAHİBƏ  

Azərbaycan xalqının yaddaşına silinməz ağrılarla həkk olunmuş 1918-ci ilin Mart hadisələrindən 108 il ötür. Uzun illər "vətəndaş müharibəsi" adı altında gizlədilən, əslində isə millətimizin varlığına qəsd edən bu dəhşətli soyqırımı bu gün necə anlamalıyıq? Bolşevik-daşnak ittifaqının Bakı nefti uğrunda apardığı çirkin siyasətin qurbanı olan on minlərlə soydaşımızın qisası və tarixi həqiqətlər dərsliklərimizdə necə əks olunur?Oxu24.com -un əməkdaşı  mövzu ilə bağlı Akademik Zərifə Əliyeva adına liseyin tarix müəllimi, orta məktəblər üçün tarix dərsliklərinin və “Zəfər tarixi" dərs vəsaitinin həmmüəllifi Pərviz Ağalarov ilə həmsöhbət olub. Müəlliflə müstəmləkə zülmündən doğan müdafiəsizlik, Şaumyanın "müdhiş" missiyası və tarixin qanlı dərsləri barədə geniş müsahibəni təqdim edirik:-Bu gün biz 31 mart soyqırımını necə anlamalıyıq?-Dövlətsizliyin gətirdiyi bəla kimi.  Azərbaycanın şimalı Rusiya tərəfindən işğal edildikdən sonra yüzilliklər boyu bu coğrafiyanın söz sahibi olan ağa və hakim xalqdan kölə xalqa çevrilməyə başladıq. Şimali Azərbaycan torpaqları rus müstəmləkə zülmü altına düşdü. Artıq qanunları biz vermir, idarəçiliyi biz etmirdik. Üstəlik müsəlman və türk olduğumuzdan rus imperiyasının etibar tərəzisində ən sonuncu yerdə idik. Vaxtilə bütün Cənubi Qafqaz coğrafiyasının hakimi olan türk-müsəlman əhalisi məhkum vəziyyətinə düşmüşdü. Müstəqilliyin itirilməsi sadəcə işğal deyildi, həm də müstəqil iradənin itirilməsi idi. Ordudan, hərb işindən uzaqlaşdırılmağımız isə daha böyük itki idi. Çar Rusiyasının bu addımı - müsəlmanları hərb işindən uzaqlaşdırılması- azərbaycanlıların özünümüdafiə hüquqlarına böyük zərbə oldu. Özünüqoruma instiktlərinin zəifləməsi, zadəgan zümrəsinin də çar hakimiyyətinə müəyyən qədər inamı ona gətirib çıxardı ki, xalq hər hansı təhlükəyə qarşı müdafiəsiz duruma düşdü. 1918-ci ildə mart ayının sonlarından başlanan soyqırım o dövrə qədərki 100 illik rus  əsarətinin bolşevik şinelində davamı, daha sərt təzahürü idi. Qısacası, əgər rus istilası olmasaydı  bölgənin türk-müsəlman əhalisinə  qarşı  bu dəhşətli soyqırımlar da baş verməzdi.-1918-ci ilin mart hadisələrinin baş verməsinə səbəb olan əsas amillər nələr idi?-Mart soyqırımlarına Rusiyada baş verən bolşevik çevrilişinin Azərbaycandakı inikası kimi baxılmalıdır. Birinci dünya müharibəsi çarlıq Rusiyasının, Rusiyanı tam 304 il idarə edən Romanovların sonunu gətirdi. Sülalə hakimiyyətini Müvəqqəti Hökumət əvəz etdi. Bu hökumətin qəbul etdiyi əsas qərarlardan biri belə idi:  Rusiyanın gələcəyi, siyasi quruluşu seçkilər əsasında formlaşacaq Müsəssislər Məclisində həll edilməli idi. Lakin hökumətin zəifliyindən və çar Rusiyasından miras qalan sosial-iqtisadi, siyasi problemlərdən məhz  V.İ.Leninin başçılıq etdiyi bolşeviklər ustalıqla yararlandı. 1917-ci ildə hakimiyyətə gələn bolşeviklər sözdə Rusiya imperiyası ərazisində yaşayan xalqlara muxtariyyat və öz müqəddaratını təyin etmə hüququ vəd etsələr də, özdə imperiyanı dağıtmaq istəmirdilər. İmperiyaya daxil olan ərazilər içərisində isə  həm strateji mövqeyinə, həm də təbii sərvətlərinə görə Azərbaycan mühüm yer tuturdu. Lenin Rusiyasının xüsusilə Bakı neftinə böyük ehriyacı var idi. Rusiyanın neftə tələbatının 80%-dən çoxunu Bakı ödəyirdi. Bakısız Rusiya qana kəskin ehtiyacı olan xəstəyə bənzəyirdi. O "qan" neft idi! Rusiya  sənayesi o neft olmadan iflic vəziyyətinə düşürdü. Məhz buna görə bolşeviklərin ilk hədəfi Bakı, sonrakı hədəfi Bakı quberniyası və bütün Cənubi Qafqaz idi. Sual oluna bilər ki, bu soyqırım baş verməyə bilərdimi? Bəlkə də.. Amma Leninin müdhiş qərarı, yəni 1917-ci ilin dekabrında Bakı Soveti rəhbərliyinə əvvəllər "Daşnaksütyün" partiyasının üzvü olmuş, sonralar isə  bolşevik partiyasına (RSDFP) keçən Stepan Şaumyanın gətirilməsi gələcək soyqırımının ilk işartısı oldu. O, təkcə Bakı Sovetinin rəhbəri deyil, həm də Cənubi Qafqaz üzrə bolşevik hökumətinin fövqəladə və səlahiyyətli komissarı təyin edilmişdi. Beləliklə, bolşeviklərin imperiya maraqları  "Böyük Ermənistan" xülyası ilə alışıb yanan erməni millətçilərinin məqsədləri ilə çulğalaşdı. Bakı Sovetinin silahlı qüvvələrinə başçılıq edənlərin çoxusu -Lalayan, Hamazasp, Ter-Avetisov- daşnak təfəkkürlü ermənilər idi. Məhz bu amil türk-müsəlman əhalisinə qarşı qırğınların törədilməsində ən həlledici məqamlardan biri oldu. Bakı və Bakı quberniyasının dinc əhalisi etnik təmizləmənin qurbanlarına çevrildilər. Bakı Sovetində yuva quran bolşevik libasına bürünmüş erməni millətçilərinin 1918-ci ilin mart-sentyabr ayları arasındakı dövrdə 50 mindən artıq mülki əhalini xüsusi amansızlıqla qətlə yetirdiyi tarixi  sənədlər , tapılan kütləvi məzarlıqlar sübut etməkdədir. Dinc  əhalini dəst-xətti isə 1905-1906-cı illərdə müsəlman əhaliyə qarşı törədilən vəhşi üsüllarla eyniyyət təşkil edirdi. Təəssüf ki, sonralar bu amansız qətliam metodlarının  Qaradağlı , Xocalı,  Ağdaban soyqırımlarında yenidən şahidi olduq. Qoca tarix unudanları bağışlamır...-Bu hadisələr hansı coğrafiyanı əhatə edirdi və ən çox hansı bölgələr zərər çəkdi?-Bakı Sovetnin , orada yuva qurmuş erməni millətçilərinin törtədiyi soyqırımlar Qubadan Lənkəranadək bütün Bakı quberniyasını əhatə etmişdir. Bakının, Şamaxı və Qubanın, Lənkəran qəzasını dinc müsəlman əhalisi insanlığa yaraşmayan ən vəhşi üsullarla, xüsusi amansızlıqla qətlə yetirilmşdi. Qadın, qoca, uşaq demədən türk və müsəlman olduqları üçün yerli əhali qanına qəltan edilirdi.-Bu hadisələrin təşkilatçıları və iştirakçıları kimlər idi?-Bütün sovet hakimiyyəti dövründə üstü ciddi-cəhdlə örtülən, adına vətəndaş müharibəsi qoyulan bu soyqırımların məsuliyyəti sözsüz ki, Rus-bolşevik hökumətinin üzərinə düşür. Yəni, bu qırğınların, cinayətin ilk təşkilatçısı  V.İ.Leninin özü və onun rəhbərlik etdiyi partiya, eyni zamanda RSFSR Xalq Komissarları Soveti idi. Təsadüfi deyil ki, S.Şaumyan atdığı addımların Sovet Rusiyasında həyata keçirələn "islahatlara" uyğunlaşdırdığını bəyan edirdi. Ona dəstəyi, hərbi yardımları da Sovet Rusiyası edirdi. Mart soyqırımları bolşevik-daşnak ittifaqının birgə  "əsəri" idi. Bu dəhşətli "əsərin" hər səhifəsi günahsız türk-müsəlman qanı ilə yazıldı, tamamlandı.. Yerli əhalini yalnız bir istəyi vardı: müstəqil yaşamaq! Bu istəyin qarşısını nə bolşevik-daşnak itttifaqı, nə də onların törətdiyi qırğınlar ala bilməzdi. Mart soyqırımlarında qanı tökülən dinc əhali müstəqillik yolunda verdiyimiz ilk qurbanlardır desək, yəqin ki, yanılmarıq. Yeri gəlmişkən, Azərbaycan Xalq Cümhuriyyəti hökuməti bu soyqırımları araşdırmaq üçün xüsusi fövqəladə komissiya yaratmışdı. Lakin bu komissiyanın topladığı materiallar sovet hakimiyyəti dövründə xalqdan gizlədildi. Mart soyqrımılarına hüquqi qiymət bu soyqırımlardan yalnız 80 il keçdikdən sonra verildi. 1998-ci il martın 26-da Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin fərmanı ilə "31 Mart Azərbaycanlıların Soyqırımı Günü" elan edilmişdir. Allah Azərbaycanın müstəqilliyi, azadlığı və ərazi bütövlüyü uğurnda canından keçən bütün şəhidlərimizə rəhmət eləsin!!!-Allah rəhmət eləsin. Müsahibəni apardı: Çimnaz Telmanqızı

Kinomuz  yetim qaldı   —  Rasim Balayev MÜZAKİRƏSİ

Azərbaycan kinosu deyəndə gözümüzün önündə canlanan o məğrur duruş, o nüfuzedici baxışlar və xarakterlərin fırtınası artıq bir xatirəyə çevrildi. Rasim Balayevin gedişi ilə sanki milli kinomuzun sonuncu simvollarından biri də tarixə qovuşdu. O, sadəcə rolları ifa etmirdi, o, obrazların ruhunu öz simasında yenidən yaradırdı. Bəzən bir kəlmə söz demədən, bircə baxışla tamaşaçıya bütöv bir taleyi nəql edə bilən nadir istedad sahiblərindən idi.Oxu24.com-un əməkdaşı  jurnalist  Ramilə Qurbanlı ilə  Rasim Balayev fenomeninin sirrinə işıq tutmağa çalışıb.-Rasim Balayev obrazlarına necə yanaşırdı, onu digər aktyorlardan ayıran nə idi?-Bir dəfə Ramiz Həsənoğlunun "Sübhün səfiri" filminin çəkilişləri idi, mən də çəkilişlərdən reportaj hazırlayırdım. Filmdə bir kadr var: İran səfiri ilə Mirzə Fətəlinin görüşü. O səhnədə Rasim Balayev çox sözdən istifadə etmirdi. Sözdən çox mimikalarla, sifətinin ifadələri ilə danışırdı, gözləri ilə danışırdı.Kadr o qədər uğurlu alındı, uğurla oynanıldı ki, Rasim müəllim ikinci kadrda artıq "stop" dedi, ikinci kadrı artıq götürürdü. Ramiz müəllim, birinci kadrı Rasim müəllimə sadəcə olaraq izah etdi ki, “Rasim, mənə bu lazımdır, mənə İran səfiri xiyarı götürüb yeyəndə sənin sifət ifadən lazımdır”.Birinci kadrda bir kəlmə bunu dedi. İkinci kadrda Rasim müəllim artıq onu verdi. Yəni o qədər peşəkar, o qədər işinin ustası idi ki, ona mizan verməyə ehtiyac da olmurdu.Həmin kadrdan sonra mən Rasim müəllimə yaxınlaşdım - kadr çəkilib qurtarandan sonra. Dedim ki: "Rasim müəllim, bəlkə də sizə heç kim deməyib, bilmirəm, deyiblər mi ki, siz çox böyük aktyorsunuz?" O da belə gülümsədi, dedi ki: "İşimizdir də, işimiz budur yəni." Həqiqətən də o obrazları yaratmaq, müxtəlif, müxtəlif xarakterli obrazları yaratmaq sanki o adamın sadəcə işi idi.-Onun ən güclü rolu hansıdır və niyə məhz o?-Düşünürəm ki, onun obrazlarını birini digərindən ayıra bilmərəm. Hərəsi öz xarakterinə görə, öz məziyyətinə görə fərqli obrazlardır və güclü obrazlardır. Deyə bilərəm ki, məsələn, Rasim Ocaqovun "Həm ziyarət, həm ticarət" filmində onun yaratdığı o obrazla bir anlıq, məsələn, Nəsimini və yaxud "Qatır Məmməd" filmində Əzizlə Babəki - yəni hansını müqayisəyə gətirmək olar ki? İstər mənfi, istər müsbət obrazları çox böyük məharətlə oynayırdı, yaradırdı. Çox böyük məharətlə. Məsələn, Əziz obrazında ona nə qədər nifrət bəsləyirdinsə, Babəkdə o qədər sevirdin.-Rasim Balayevin vəfatı Azərbaycan kinosu üçün nə deməkdir-Azərbaycan kinosu onsuz da can üstədir. Bu saat çox ağır dönəmlərdən keçir. Bilmirəm keçəcəkmi, yoxsa elə o dönəmlərdə öləcəkmi? Amma Rasim Balayevin vəfatı Azərbaycan kinosu üçün çox böyük itkidir. Azərbaycan kinosu, Azərbaycan mədəniyyəti çox böyük itki verdi.Azərbaycan kinosunun, məsələn, simaları Həsən Məmmədov, Həsənağa Turabov, Ədil İsgəndərov, Məlik Dadaşov - onlarla bir sırada mən Rasim Balayevi hesab edirdim. Mən "Azərbaycan kinosu" deyəndə bu simalar gəlib dururdu gözümün önündə. Yəni onlardan qalan bir Rasim Balayev idi. Təsəvvür edin ki, Azərbaycan kinosu simasını itirdi…Çimnaz Telmanqızı

Neftin qiyməti üçün "fəlakət ssenariləri" – <span style="color: #ff0000;">Azərbaycanın qazancı bu olacaq</span>

ReAl Partiyasının sədri Natiq Cəfərli Teleqraf-ın suallarını cavablandırıb.

Moderator.az həmin müsahibəni təqdim edir:

- Natiq bəy, İran ətrafında baş verənlər neftin kəskin bahalaşmasına səbəb olur. Bu hansı səviyyəyə qədər yüksələ bilər?

- İndiki halda neftin qiymətinin 200 dollar və daha yüksək həddə qalxacağı ilə bağlı “fəlakət ssenariləri” uydurulur. Bu çox da reallaşacaq bir məsələ deyil. Dünya iqtisadiyyatı neftin barrelinin 200 dolları səviyyəsini daşıya bilməz və bu mümkün deyil. Belə qiymət artımı ən uzağı bir-iki gün, hansısa gərginlik fonunda ola bilər. Sonradan neftin qiymətinin aşağı düşməsi qaçılmazdır.

- Yəni, neft qiymətlərinin uzun müddət eyni səviyyədə qalması mümkün deyil...

- Çünki dünya iqtisadiyyatında yanacağın dəyərinin 200 dollardan yuxarı olması infilyasiyanın iki rəqəmli olması, işsizlik, aviaşirkətlərin dayanması deməkdir. Bu eyni zamanda turizm sektorunun demək olar ki, tamamilə sıradan çıxması ilə nəticələnə bilər. Ona görə də bu, o qədər də ağılabatan ssenari deyil.

- Hörmuz boğazının bağlanması fonunda nələr yaşana bilər?

- Bu boğazla dünya neftinin 20 faizi daşınır. Onun da yarısını, yəni 7 milyon barrelini az qala artıq başqa marşrutlarla Qırmızı dəniz üzərindən daşımağa başlayıblar. Keçən həftədən artıq belə bir addımlar atılıb. Sözsüz ki, gərginlik neftin-qazın qiymətini artıran faktora çevrilib.

- Gərginliyin davam etməsi nə vəd edir?

- Prosesin məhz bu müstəvidə davam etməsi neftin-qazın qiymətinin bahalaşması, hətta bir barrel neftin 100-120 dollar səviyyəyə çatması gözlənilir.

- Azərbaycan üçün bu məsələdə əsas proqnozlar nədən ibarətdir?

- Təbii ki, neft qiymətlərinin artması Azərbaycana əlavə valyutanın gəlməsi deməkdir. Bu artım kifayət qədər olacaq və beləliklə mart-aprel aylarında Azərbaycanın xarici ticarət dövriyyəsində müsbət saldo kəskin şəkildə artacaq.

- Amma bunun həm də əks tərəfləri var…

- Sözsüz ki, bu ikitərəfli bir yoldur. Azərbaycan həm də idxaldan asılı olan bir ölkədir. Ərzaq, qeyri-ərzaq məhsulları, məişət texnikası, avtomobillər, ehtiyat hissələri, dərman preparatları idxal edən ölkə kimi Azərbaycan neftin qiymətinin artması fonunda digər əlavə xərclərlə üzləşəcək. Çünki neftin qiymətinin artması, logistikanın, sığorta haqqlarının artmasına səbəb olacaq. Bu da ölkəyə idxal edilən məhsulların qiymətində artım deməkdir. Beləliklə də ölkədə infilyasiyanın yüksəlməsi labüd olar. Yəni, bir tərəfdən udduğumuzu, digər tərəfdən uduza bilərik.

- Bu halda əsas prinsiplər necə qoruna bilər?

- Neft ixrac edən ölkələr, o cümlədən Azərbaycan ədalətli qiymət prinsipinə üstünlük verir. Bu mənada istehsalçılara və istehlakçılara uyğun bir qiymət dəhlizinin olması daha məntiqlidir.

- Enerji məhsullarının daşınması ilə bağlı indiki halda ortaya çıxan əsas anlayışlar hansılardır?

- Gərginliyin artması geosiyasi anlamda boru xətləri vasitəsi ilə enerji məhsullarının daşınmasının önəmini artırıb. Əvvələr isə boru kəmərlərinin aktual olmaması ilə bağlı fikirlər səslənirdi. Çünki nefti və qazı daşıyan böyük tankerlər yaranmışdı. Məsələn, əvvəllər 500-800 min barrel neft daşıyan tankerlər mövcud olmuşdusa, indi artıq 2,5-3 milyon barrelə qədər nefti, 100 milyon kubmetr qazı birdəfəyə daşıyan tankerlər mövcuddur. Cənubi Koreya tərəfindən 1 milyard kubmetr sıxılmış qazı daşımağa hazır olan tankerlər dövriyyəyə buraxılıb. Son hadisələr isə göstərdi ki, boru xətləri ilə daşımalar ucuz və təhlükəsizdir.

- Azərbaycanın enerji məhsullarının ixracı istiqamətində rolu ilə bağlı proqnozlar nədən ibarətdir?

- Yaxın gələcəkdə ölkəmizin boru xətləri habına çevrilməsi mümkündür. Bununla Azərbaycanın özü ilə yanaşı, digər dost və tərəfdaş ölkələrin də enerji məhsullarını daşımaq imkanları artır. Məhz Azərbaycan üzərindən enerji məhsullarının Avropaya çatdırılması üçün imkanlar açılır. Çox guman ki, premium Avropa bazarı da buna diqqəti daha da artıracaq. Azərbaycanla əməkdaşlıq, onun geosiyasi önəminin artması daha çox hiss ediləcək.

“İran qalib olacaq, yoxsa, ABŞ-İsrail tərəfi?”- Siyasətçidən şərh  

ABŞ Prezidenti Donald Tramp açıqlamasında deyib ki, müharibə tezliklə bitəcək, çünki zərbə vurmaq üçün demək olar ki, heç bir şey qalmayıb. İstənilən vaxt - nə vaxt istəsəm, o vaxt da bitəcək:“Müharibə əla gedir. Biz qrafikdən çox irəlidəyik. Hətta biz əvvəl hesabladığımız “6 həftə ərzində mümkün ziyan”dan daha çox ziyan vurmuşuq”. İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) məsləhət qrupunun rəhbəri Əli Fədəvi  isə deyib ki,  dünəndən bəri Tramp və amerikalılar atəşkəs üçün səy göstərirlər:” Niyə? Göstərdiyimiz təzyiqə görə, məhz bu, onları bu məsələni ciddi şəkildə nəzərdən keçirməyə sövq edib".  Bəs, prosesə baxdıqda hansı tərəfin  öz məqsədinə çatdığını görmək olar? Müdafiəçi İran yoxsa, hücumçu  ABŞ və İsrail?  Məsələ ilə bağlı Azad Vətən Partiyasının sədri Akif Nağı  Oxu24.com saytına  açıqlama verib. O, açıqlamasında bildirib ki,  müharibənin kimin üstünlüyü ilə bitəcəyini   tərəflərin döyüşlərdən əvvəlki  hədəflərini analiz etdikdən sonra demək mümkündür.Bildiyiniz kimi  İsrail və ABŞ-ın hədəfi İranın regionda   mövqe və nüfuzunu maksimum zəiflətmək , İrandakı hazır ki hakimiyyətin ortadan qaldırmaq,  ali dini rəhbər Seyid Əli Xameneyi daxil olmaqla, İranın yüksək vəzifəli şəxslərini aradan götürmək, hakimiyyətə özlərinə yaxın şəxsləri gətirmək, İsrail- ABŞ koalisiyasının əsas hədəfi  hesab edilir. Xüsusən İranın İsrailə qarşı təhlükə mənbəyi olması ilə bağlı vəziyyət dəyişdirilsin. Bu fikir ona görə səslənir ki, İran uzun illərdir qarşısına məqsəd qoyub ki,  regionda İsrail adlı dövlət olmamalıdır. İsrail də İranın bu tip açıqlama və çağırışlarını,   məqsədini öz varlığı üçün təhdid hesab edirdi. Bunun qarşısını almaq İsrailin  əsas vəzifələrindən biri idi. Məlumdur ki, İranın nüvə silahı əldə etməsinin qarşısını almaq da Prezident Trampın bəyan etdiyi müharibə məqsədlərindən biridir. Eyni zamanda ,  məqsədlərdən biri də İranın neft -qaz yataqlarının ABŞ tərəfindən nəzarətə götürməsidir” .Akif Nağı  İsrail və ABŞ    fevralın 28-i səhər saatlarında ABŞ və İsrailin başladığı genişmiqyaslı əməliyyatı dağıdıcı adlandırıb."Əməliyyat zamanı Tehran başda olmaqla ölkənin strateji əhəmiyyətli digər bölgələri  İsfahan, Təbriz, Qum kimi iri şəhərləri hədəfə alınıb. Məsələn,  İsrail Müdafiə Ordusu İranın İsfahan şəhərində ballistik raketlərin buraxılış meydançalarına və daxili təhlükəsizlik qüvvələrinin qərargahlarına zərbələr endirib, 1300-dən çox insan həlak olub, 9000 nəfər yaralanıb.ABŞ-İsrail müəyyən nəticələr əldə etdiklərini desələr də , gözlənilməz hallarla da qarşı-qarşıya qalıblar. Beləki, İsrailin İrana qarşı hücumlarından sonra Hörmüz boğazı bağlandı. Bundan sonra  körfəzdən dəniz nəqliyyatı rəsmi olaraq dayandırıldı. Daha dəqiq,  İran tərəfi boğazı nəqliyyat üçün bağladığını açıqladı və keçməyə cəhd edən gəmilərə qarşı tədbir görüləcəyini bildirdi və bunu edir. Bu da Qərb ölkələrində neftin qiymətinin 30 faiz,  qazın qiymətinin isə  50 faiz  artmasına gətirib çıxarıb. Yanacağın bahalaşması  dünyada  böyük narazılığın yaranmasına səbəb olub”.Siyasətçi onu da bildirib ki, ABŞ və İsrail üçün  gözlənilməz nəticələrdən biri İranın rejimi saxlamaq üçün mübarizə aparmasıdır."İranın ABŞ hərbçilərinin yerləşdiyi iki əsas bazaya , Ramat-David hərbi aviabazasına, Hayfa hava limanı ərazisinə və Təl-Əvivin şərqində yerləşən raket qurğularına zərbələr endirməsi, regiondakı neft yataqları və terminallarını vurması hələ müharibənin tez bir zamanda bitməyəcəyini deyir. Bu müharibəni analiz etdikdən sonra   məlum olur ki heç bir tərəf qarşısına qoyduğu hədəfə çatmayıb.  Üstəlik,  dünya siyasətçiləri, politoloq və ekspertləri də iddia edir ki, İranın Hörmüz boğazındakı blokadası davam edərsə, ABŞ-ın birbaşa və dolayı itkiləri yüz milyardlarla dolları keçə bilər. Bu nüans ABŞ dərindən  narahat edən nüanslardan biri olduğu da qeyd edilir. Odur ki, hələlik hər iki tərəf öz mövqeyində qalıb”-deyə  partiya sədri vurğulayıb.Xatırladaq ki, İran Prezidenti Məsud Pezeşkian isə bildirib ki, sionist rejim və ABŞ tərəfindən alovlandırılan bu müharibəni bitirməyin yeganə yolu İranın qanuni hüquqlarının tanınması, vurulan zərərin ödənilməsi və gələcəkdə yeni hücumların olmayacağına dair möhkəm beynəlxalq zəmanətlərin verilməsidir. Əntiqə Rəşid

İranı bu gedişlə nələr gözləyir?    —   SENSASSİYALI AÇIQLAMA 

İran-ABŞ-İsrail  gərginliyi yeni mərhələyə keçib. ABŞ-ın nüvə proqramı və regional siyasətə dair tətbiq etdiyi sanksiyalar, eləcə də İranın strateji addımları dünya mediasının diqqət mərkəzindədir. Bu gərginlik yalnız diplomatik deyil, həm də daxili siyasi dinamikaya təsir edir. Gündəmdə olan və müzakirə edilən məsələlərdən biri İranda hakimiyyət dəyişikliyinin olub-olmayacağı ilə bağlıdır. Məlumdur ki, İranda hakimiyyət əsasən iki əsas mərkəz arasında bölünüb: dini rəhbərlik və seçilmiş hökumət. Ölkədəki gərginlik, xüsusilə iqtisadi çətinliklər və beynəlxalq təcrid, gənc nəsil və şəhər əhalisi arasında narazılığı artırır. Bəzi ekspertlərin fikrincə, bu durum seçilmiş hökumət və dini rəhbərlik arasında daha açıq ziddiyyətlərin yaranmasına səbəb ola bilər. Tarixi təcrübə göstərir ki, İranın daxili hakimiyyətində dəyişikliklər çox vaxt gözlənilməz hadisələr və kütləvi etirazlarla müşahidə olunub.Mövzunu Oxu24.com-a dəyərləndirən politoloq Asif Nərimanlı bildirib ki, hazırda İranda hakimiyyət dəyişikliyinin olacağını proqnozlaşdırmaq çətindir. Çünki hadisənin gedişatından çox şey asılı olacaq. Politoloqun sözlərinə görə, əslində müharibənin başlamasından sonra belə görünür ki, Amerikanın cari dövr üçün iki əsas ssenarisi var:“Birincisi, İranın bütövlükdə hava məkanını nəzarətə götürmək və mövcud rejimin özünü hakimiyyətə təslim olmağa məcbur etməkdir. İkincisi isə, dini lider Əli Xamneinin öldürlüməsi ilə İran rejiminin təslim olacağını düşünürdülər. Təbii ki, İran rejimi qarşısında irəli sürülən tələblər arasında hakimiyyətin loyallaşdırılması, müəyyən qədər ötürülüməsi məsələsi də var idi. Yəni, rejim dəyişikliyinin bu formada həyata keçirilməsi düşünülürdü. Amma İranın cavab reaksiyası tamamilə əks effekt verdi, İran daha total müharibə taktikasına əl atdı. Bu konteksdə baxdıqda artıq tərəflərin hər hansı danışıqlara gələcəyi və məsələri həll edəcəyi çətinləşib. Xüsusilə, yeni dini liderin seçilməsi də bu məsələləri çətinləşdirdi”. A.Nərimanlı qeyd edib ki, Əli Xamneinin oğlunun yeni dini lider seçilməsi İranda sərt siyasətin davam edəcəyini göstərir:“O, atasını öldürənlərlə bir masaya oturmayacaq, o cümlədən yeni danışıqlar masası olacaqsa, İranın öz şərtləri olacaq, yəni təslim olmağı qəbul etməyəcəklər. Ümumiyyətlə, müharibənin və sərt siyasətin davam etdirilməsi yeni dini liderin seçilməsindən sonra daha da aktuallaşıb. Bu baxımdan yanaşdıqda İranda rejimin dəyişib-dəyişməyəcəyini müharibənin gedişatı müəyyənləşdirəcək. Bu məsələdə bir qədər müəmmalı məqamlar var. Çünki hava hücumları ilə bütövlükdə İranın infrasturukturunu - hərbi qüvvələri, nəqliyyatı, enerji bazaların sıradan çıxarmaq olar.  Hava zərbələri ilə İranı tamamilə çökdürə bilərlər. Amma nəticə etibarı ilə quruda döyüş olmadığı müddətdə düşünümürəm ki, İranın mövcud rejimi təslim olsun”. Politoloqun fikrincə, hakimiyyətin dəyişməsi üçün mütləq şəkildə İranın daxilində müəyyən proseslərin başlanması labüddür: “Bu proses də bir neçə istiqamətdə ola bilər: Birincisi, quru əməliyyatın başlanmasıdır və Amerika bu prosesə təkbaşına qoşulmaq niyyətində deyil. İkincisi, xalq üsyanının və silahlı üsyanın başlanması məsələsidir. Bu da əvvəllər gündəmə olan və istisna edilməyən məsələ idi. Hazırda bu məsələ gündəmdə olmasa da düşünürəm ki, həmin variant əsas seçimlərdən biri kimi qalır. Yəni İranda küçə etirazları ilə hakimiyyəti dəyişmək mümkün deyil, bu, yalnız silahlı üsyanla mümkün ola bilər. Xüsusilə, kürdlərin adı çəkilirdi, sonra isə təkzib olundu. Lakin silahlı üsyan etnik qarşıdurmaya gətirib çıxaracaq, bu, qaçılmazdır. Bütün bunlar da İranın parçalanması, Suriya ssenarisinin İranda təkrarlanması deməkdir. Bu ssenrailərə baxdıqda İranda müharibənin gedişatını tam proqnozlaşdırmaq çətindir. Lakin hazırda belə görünür ki, Amerika İran üzərində havadan nəzarəti tam götürsə belə, hakimiyyəti dəyişmək imkanları məhduddur”.Yeganə

Tarix müəllimi necə meyxanaçı oldu? — Rüfət Nasosnu özü haqqında DANIŞDI  

Tarix müəllimi idi, indi isə milyonların qarşısındadır:RÜFƏT NASOSNU "Oxu24.com"a danışdı!Son günlərin ən çox müzakirə olunan simalarından biri, həm “Milyonçu” şousundakı intellektual performansı, həm də yeni teleaparıcılıq fəaliyyəti ilə gündəmdən düşməyən tanınmış meyxanaçı Rüfət Kərimov (Nasosnu) Oxu24.com saytına özəl müsahibə verib.Sənətçi müsahibəsində uşaqlıq illərindən, ali təhsilli bir tarixçi kimi meyxana aləminə gəlişindən və ailəsinin onun hüquq-mühafizə sistemində çalışması ilə bağlı arzularından səmimi şəkildə bəhs edib. 2001-ci ildən peşəkar sənətə qədəm qoyan Rüfətin meyxananı necə həyat tərzinə çevirməsi, “Milyonçu” yarışmasındakı pərdəarxası məqamlar və “Kanal S”dəki yeni aparıcılıq karyerası haqqında maraqlı faktları ilk dəfə bizə açıqlayıb.Həmin maraqlı müsahibəni təqdim edirik:-İlk olaraq sizi daha yaxından tanımaq üçün soruşmaq istərdim: harada doğulmusunuz və uşaqlıq illəriniz necə keçib?-Mən, Rüfət Nofəl oğlu Kərimov Sumqayıtda “Hacı Zeynalabdin Tağıyev” qəsəbəsində doğulmuşam. Uşaqlığım çox gözəl keçib. Atam, anam yanımda olub, normal qazanıblar, ikisi də işləyib. Yəni, həmin dövr üçün normal maaş alıblar, normal dolanmışıq. İncəsənətə evdə dərin maraq göstərən olmayıb. Hamı necə, bizim ailə də elə.Mənim incəsənətə meylim olub, ancaq bizim evdə başqa qanunlar olub. Yəni, bizim evdə elm, təhsil ardınca getmək daha məqsədəuyğun sayılıb, ailənin belə qanunları olub. Çünki, atamın nəsli də, anamın nəsli də müəyyən yüksək dairələrdə işləyən adamlar olublar. Elm və təhsillə, polis sistemində - o vaxtkı milis sistemində, prokurorluqda işləyən adamlar olduğu üçün istəyiblər ki, mən də onlardan biri olum. Mənim də həvəsim olub ki, prokuror olum.9-10-cu sinifdə orta məktəbdə oxuyanda bir yarışma var idi - "Tapmaca". Mən, “Konkret.az” saytının baş redaktoru Fadil Paşayev, Ağabala Samid adında bir dostumuz, Rəşad Mütəllimov, Elton Hacıyev və bir neçə nəfər bir yerdə o yarışmanın qalibi olmuşuq. Komanda şəklində keçirilən bir oyun olduğu üçün 4 dəfə qalib olmuşuq.-Meyxana ilə ilk tanışlığınız necə baş verdi və ilk dəfə nə vaxt səhnəyə çıxdınız?-Sonra, meyxana ilə ilk tanışlığımız haqqında desəm, “Hacı Zeynalabdin Tağıyev” qəsəbəsində qaldığımıza görə, çadır toylarında meyxana çox olurdu. Bir az bədahətən söz sənətinə həvəsimiz var idi. Sonradan bu həvəs bir az da çoxaldı. Mən heç meyxana deməyimi bilmirdim. İlk dəfə universitetə, Lənkəran Dövlət Universitetinə qəbul olanda, orda uşaqlar meyxana deyəndə mən də onlara qoşulurdum.  1996-cı ildə onlarla bir yerdə çayxanada, məktəbin tinində meyxana deyirdik. O vaxt belə idi. Sonradan bizim universitetin yanında 2 nömrəli orta məktəb var idi, onun bufetinin otağında da meyxana deyirdik.-Təhsiliniz barədə də danışardınız. Hansı sahə üzrə oxumusunuz və bu təhsil sənət yolunuza necə təsir edib?-Mən, Lənkəran Dövlət Universitetinin Tarix fakültəsini bitirmişəm. İxtisasım Tarix müəllimliyi olub. Elə oldu ki, müəyyən çətinliklər, müəyyən işlər oldu və 2001-ci ildən professional şəkildə meyxana ilə məşğul olmağa başladım. Dərsdən bir az yayındım, müəllimlikdən yayındım, meyxana ilə məşğul olmağa başladım. Və indiyə qədər də meyxana ilə məşğulam. Yəni, mənim həyatda məqsədim meyxana deyən olmaq olmayıb, çünki, meyxana ilə tam ciddi şəkildə məşğul olmamışam. Meyxana ilə qazanc məqsədi ilə, əyləncə xatirinə məşğul olmuşam. Belə olub ki, sonradan meyxana həyat tərzimə çevrilib. Heç də peşman deyiləm meyxana dediyimə görə. Çünki meyxana deyənlərin də arasında özünə hörmət edən, təhsilli, qabiliyyətli insanlar var və indiki zamanlarda, indiki dövr meyxana deyənlərdə, hətta bizim nəsildə elələri çoxdur. Allah hamının ruzisini versin.-Siz yaxın zamanda "Milyonların şousu" proqramında iştirak etdiniz və 11-ci suala qədər irəlilədiniz. Bu təcrübə sizin üçün necə oldu? İstərdim bu barədə də təəssüratlarınızı bölüşəsiniz. -“Milyonçu" şousuna gəldikdə isə, deməli, bu proqrama qatılmaq üçün 2024-cü ildən anket doldurmuşam. Sonradan 2025-ci ilin əvvəlində mənə dəvət gəlib. Telefonda müəyyən problem olduğuna(sındığına görə) o dəvəti görməmişəm. Sonradan telefon düzəldikdə görmüşəm ki, dəvət gəlib və həmin dəvət olduğum gün telefon düzəldiyinə görə əlaqə saxlamışam, məni qəbul etməyiblər. Sonradan dəvətim olduğuna görə yayda bir dəfə də məni 2025-ci ilin yayında dəvət etdilər. Getdim imtahan verdim. Düzdür, nəticələri heç kimə demirlər, kim nə qədər nəticə toplayıb, sadəcə olaraq deyirlər ki, məsələn, ayın beşinə kimi, ikisinə kimi, on beşinə kimi cavab gəldisə keçmisiniz, gəlmədisə keçməmisiniz. Mənə cavab gəlmədi, amma mən zəng edib xahiş etdim ki, necə nəticə toplamışam, nəticəm necə olub? Dedilər ki, dörd suala da cavab versəydiniz, keçəcəkdiniz. Yəni yayda keçmədim. Bu qış yenidən gedib, İçərişəhər Tarix-Diyarşünaslıq Muzeyində test kimi imtahan verdim. İmtahana hazırlaşmışdım deyə suallara cavab verə bildim, keçdim. Çağırdılar, getdik, “Baku Crystal Hall”da çəkilişlər oldu. Orada da mənə ayrı-seçkilik edilmədi, hamı kimi növbəmi gözlədim. Bir çəkiliş oldu, ikinci çəkilişdə məni dəvət etdilər, çəkildim.Sonra verilişin vaxtı bitdi. İkinci veriliş də sonradan çəkildi və hamıya məlum olan uduşla oyunu tərk elədim. Tam obyektiv oyundur. Sadəcə olaraq, bəzi anlayışı olmayan adamlar elə bilirlər ki, şoudur. Mən onları həm qınayıram, həm qınamıram. Qınayıram ona görə ki, İctimai Kanal ciddi kanaldır. Sponsor da var - "Azərlotereya". Dövlət də ödəniş edir. Yəni orada indiyə qədər 100 mini qazanan heç kim olmayıb. Sonuncu dəfə 25 mini iki il bundan əvvəl bir həkim qazanmışdı. Məbləğ o qədər də yuxarı deyil, kanalın gücü çatacaq qədərdir.-Son zamanlar “Kanal S”də aparıcı kimi fəaliyyətə başlamağınız böyük maraq doğurdu. Bu təklif necə yarandı?-O ki, qaldı mənim aparıcı olmağıma, qismət belə imiş, dəvət etdilər, getdik aparıcı olduq. Kimlərsə bunu birmənalı qarşılamırsa, bu mənim üçün önəmli deyil. Mənim üçün önəmli olan kanal rəhbərliyi və məndən daha ağıllı, sözü eşidilən, dəyərli insanların fikridir. Yoxsa ki, həyatda heç bir müvəffəqiyyəti olmayan adamların məni qınaması, irad bildirməsi qəbul edilməzdir. Belə adamlara fikir verməməyə çalışıram. Nailiyyəti məndən yüksək olan insanların sözü mənim üçün qanuna bərabərdir.İnşallah çalışacağıq ki, verilişimizin formatını dəyişək. Şou xarakterini saxlamaqla başqa bir verilişlə camaatın qarşısına çıxaq. O da qismət. Şou verilişini belə qərara gəlmişik ki, saxlayaq. Görək nə olur inşallah, yaxşı olar”!-Təşəkkür edirik, Rüfət bəy!-Təşəkkürlər!Çimnaz Telmanqızı

“Sionist qüvvə" bəhanəsi və gizli plan: İrandakı avantürist dairələr nəyi hədəfləyir?  

İran bildirib ki, bölgədə amerikalı və sionist qüvvələrlə döyüşlərdə iştirak etsə də, dost və müsəlman ölkələrin təhlükəsizliyinə zərər verməməyə çalışır. Tehran Azərbaycana müraciət edərək regionda gərginliyin artmaması üçün “sionist qüvvələrin” ölkədən çıxarılmasını istəyir və bunun həm Azərbaycan, həm də İranın təhlükəsizliyi üçün vacib olduğunu qeyd edir.Məsələ ilə bağlı Strateji Planlaşdırma və Araşdırmalar İnstitutu İctimai Birliyinin sədri, politoloq Azad Məsiyev Oxu24.com-a açıqlamasında bildirib ki, İrana məxsus dronların Naxçıvan ərazisində - Naxçıvan hava limanına zərbə endirməsi iki dövlət arasında münasibətə xələl gətirib:“Təbiidir ki, İran prezidentinin qonşu dövlətlərdən üzr istəməsi təqdirəlayiqdir. İran prezidenti iki dövlət arasında münasibətlərin gərginləşməməsi üçün belə bir bəyanat verdi. Amma digər fikirlər var ki, məsələn, İranın daxilində olan digər qüvvələr var, Azərbaycanın İsraillə siyasi əməkdaşlığına qısqanclıqla yanaşırlar.Bildiyiniz kimi, 44 günlük Vətən müharibəsində İsrail Azərbaycana həm siyasi, həm də mənəvi dəstək olmuşdu. Azərbaycanla İsrail arasında bir dostluq-əməkdaşlıq sahəsində bir siyasət həyata keçirilir. Ümumilikdə, Azərbaycan balanslaşdırıcı siyasət yürüdür. Azərbaycan çalışır ki, düşməni az olsun, dostları çox olsun. Bu baxımdan, Azərbaycan-İsrail münasibətlərinə İran tərəfindən bir qısqanclıqla yanaşılır.Azərbaycanda İsrailin heç bir hərbi bazası yoxdur. Azərbaycan dəfələrlə bəyan edib ki, Azərbaycan ərazisindən üçüncü dövlətə icazə verilməyəcək - qonşular əleyhinə, İran əleyhinə fəaliyyət göstərilməsinə. Açıq şəkildə Azərbaycan qonşularla dinc yanaşı yaşama prinsipini əməl edir və bunu da beynəlxalq hüquq müstəvisində tənzimlənməsində maraqlıdır”.Politoloqun sözlərinə görə İranda bəzi avantürist dairələr Azərbaycanın İsraillə əməkdaşlığına qısqanclıqla yanaşır:“İran dövləti hesab edir ki, Azərbaycan İranın maraqlarına uyğun siyasət həyata keçirməlidir. Bu isə yanlış fikirdir. Ona görə ki, Azərbaycan öz dövlət və milli maraqlarını nəzərə alaraq öz xarici siyasətini həyata keçirir. Azərbaycan-İsrail əməkdaşlığı İran əleyhinə hesablanmayıb. Azərbaycan-İsrail əməkdaşlığı iki dövlət arasında münasibətlərin yaxşılaşdırılmasına, əməkdaşlığın inkişafına hesablanıb və Azərbaycanın müstəqilliyinin qorunmasında İsrailin dəstəyini biz həmişə görmüşük.Və Azərbaycan da bu nöqteyi-nəzərdən İsrail ilə əməkdaşlıq edir. Bir də unutmayaq ki, İsrailin beynəlxalq aləmdə Azərbaycana qarşı erməni diasporu, ümumdünya erməni lobbisi kampaniya aparır və erməni lobbisinə qarşı da Azərbaycan öz dostları ilə, dəstək almaqla erməni lobbisinə qarşı çıxış edir.Ümumilikdə, Azərbaycan xarici siyasətində qonşu dövlətlərin əleyhinə fəaliyyət göstərmir. İsraillə Azərbaycan arasında əməkdaşlıq üçüncü dövlətin əleyhinə deyil. Bu, iki dövlət arasında dövlət və milli maraqlara uyğun olaraq balanslaşdırılmış bir siyasətdir.İran dövləti qonşularda düşmən axtarırsa, birinci Ermənistanı gözünün qabağına gətirsin. Amerika Birləşmiş Ştatlarının Ermənistandakı səfirliyində 3000-ə yaxın diplomatik korpus fəaliyyət göstərir. Bunun da 50%-i Mərkəzi Kəşfiyyat İdarəsinin kadrlarıdır. Ermənistanda Mərkəzi Kəşfiyyat İdarəsinin bir rezidentura şəbəkəsi var. Bu rezidentura şəbəkəsi müntəzəm şəkildə İran daxilində kəşfiyyat-pozuculuq işləri aparır.Eyni zamanda, Nikol Paşinyanın apardığı siyasət nəticəsində Zəngəzur dəhlizi Amerika Birləşmiş Ştatlarının himayəsinə verilib. Artıq İran dövləti Ermənistanda gedən proseslərə göz yumur, Azərbaycanın siyasətinə isə qısqanclıqla yanaşır. Bu yanaşma, bu ikili yanaşma onu göstərir ki, İranda fəaliyyət göstərən avantürist dairələr iki dövlət arasında münasibətlərin korlanması üçün fəaliyyət göstərir. Unutmayaq ki, İran-Azərbaycan münasibətlərinin korlanması üçüncü tərəfin - Amerika Birləşmiş Ştatlarının xeyrinədir.Və İran daxilində bəzi avantürist siyasətçilər bu cür məsuliyyətsiz bəyanatlar verməklə İran-Azərbaycan münasibətlərinə kölgə salmaq istəyirlər. Ümumilikdə təkrar etmək istəyirəm: Azərbaycan xarici siyasətində qonşularla dinc yanaşı yaşama prinsipinə əməl olunur və bu da beynəlxalq hüquq müstəvisində tənzimlənir. Eyni zamanda, Azərbaycan xarici dövlətlərlə əməkdaşlığı öz dövlət və milli marağına uyğun tənzimləyir. Üçüncü dövlətin - nə İranın, nə də Rusiya əleyhinə hesablanmayıb. Bu baxımdan Azərbaycana qarşı səsləndirilən fikirlər hesab edirəm ki, ədalətsizdir və bu cür qərəzli davranışlar qonşuluq münasibətinə uyğun deyil”,-deyə politoloq qeyd edib. Çimnaz Telmanqızı

İrandan  Naxçıvana hücumun PƏRDƏARXASI: Əslində...

Xəbər verdiyimiz kimi, 5 mart 2026-cı il tarixində İran ərazisindən Naxçıvan Muxtar Respublikasına, xüsusilə mülki infrastruktur hesab olunan Beynəlxalq Hava Limanına və təhsil müəssisələrinin yaxınlığına edilən pilotsuz uçuş aparatı (PUA) hücumları regionda gərginliyi pik həddə çatdırıb. Ali dini liderin ölümündən sonra daxili qarışıqlıq və xarici təzyiqlərlə üzləşən Tehran rejiminin bu addımı Bakıda və beynəlxalq aləmdə kəskin etirazla qarşılanıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilən Təhlükəsizlik Şurasının iclasında verilən mesajlar Azərbaycanın öz suverenliyini qorumaq əzmini bir daha nümayiş etdirdi. Bəs, İran niyə məhz Naxçıvanı hədəf seçdi? Bu hücumun arxasında hansı strateji hədəflər dayanır? Mövzu ilə bağlı politoloq  Rəşad Bayramov Oxu24.com-un suallarını cavablandırıb.-Naxçıvanın geosiyasi mövqeyi nəzərə alınsa, bu hücum hansı strateji mesajı ehtiva edə bilər?-İranın Naxçıvan Muxtar Respublikasını hədəf alması, Azərbaycan ilə İran arasındakı gərginliyi artırmaqla yanaşı, eyni zamanda regiondakı geosiyasi vəziyyətə də ciddi təsir göstərə biləcək bir addım kimi qiymətləndirilməlidir. Bu hücumun arxasında bir neçə strateji məqsəd dayanır və həmçinin, beynəlxalq hüquq və diplomatik baxımdan müxtəlif nəticələrə yol aça bilər. Azərbaycan Prezidentinin bu məsələyə dair verdiyi bəyanatlar da vəziyyətin daha da mürəkkəbləşdiyini göstərir.Məlumdur ki, Naxçıvan həm coğrafi, həm də geosiyasi baxımdan çox mühüm bir ərazidir. Azərbaycanın əsas hissəsindən ayrılmış bu ərazi, Türkiyə ilə birbaşa sərhədi olan yeganə Azərbaycan bölgəsidir. Bu, Naxçıvanı yalnız Azərbaycan üçün deyil, həm də Türkiyə üçün  də strateji baxımdan əhəmiyyətli bir nöqtə edir. İranın Naxçıvana zərbə endirməsi, yalnız Azərbaycanı təhdid etmək deyil, Türkiyəyə də dolaylı bir mesajdır. Bu hərəkət, regionda güc balansını pozma cəhdi kimi də qiymətləndirilə bilər. İran Naxçıvanı hədəf alaraq, həm Azərbaycanın, həm də Türkiyənin təhlükəsizliyini təhdid etməyə çalışır. Bu, regiondakı güc mübarizəsində İranın öz mövqeyini daha da möhkəmlətməyə çalışmasının göstəricisidir. Əslində, bu hücum, həm də beynəlxalq aləmdə, xüsusən də Türkiyə ilə Azərbaycan arasındakı strateji müttəfiqliyi hədəfə almaq məqsədini daşıyır. Başqa sözlə İranın bu addımı, Türkiyəyə və Azərbaycan dövlətinə qarşı həm hərbi, həm də diplomatik bir təzyiq formasıdır.Naxçıvana edilən bu hücum, beynəlxalq hüquq baxımından ciddi nəticələrə yol aça bilər. Bu hücum ölkələrin ərazi bütövlüyü və suverenliyinin toxunulmazlığı ilə bağlı beynəlxalq hüququn əsas prinsiplərinin kobud şəkildə pozulmasıdır.-Naxçıvana yönəlmiş zərbə beynəlxalq hüquq baxımından hansı hüquqi və diplomatik nəticələrə səbəb ola bilər?-Naxçıvanın hədəf alınması, Azərbaycanın ərazi bütövlüyünə qarşı açıq bir təcavüzdür. Bu vəziyyət, beynəlxalq hüquq çərçivəsində Azərbaycanın öz haqqını müdafiə etməsi üçün hüquqi zəmin yaradır. Şübhəsiz ki, Azərbaycan beynəlxalq hüquq çərçivəsində bu təcavüzün qınanması və İranın məsuliyyəti ilə bağlı müvafi qaddımlar atacaq. Hücumun İran tərəfindən həyata keçirilməsi, Azərbaycanın hüququnu qorumaq üçün beynəlxalq aləmdə daha güclü diplomatik təzyiqlər və həmçinin beynəlxalq məhkəmələrə müraciət etməsi kimi nəticələrə də səbəb ola bilər. Bu, həmçinin regional güclərin və beynəlxalq güclərin bu məsələyə necə yanaşacağına bağlı olaraq, İranın beynəlxalq izolyasiyasını daha da artıra bilər. İranda isə, bu hücumun nəticələrindən asılı olaraq, daha geniş bir diplomatik təzyiq altında qalma ehtimalı var.-Prezident İlham Əliyev çıxışında Azərbaycanın heç vaxt İran əleyhinə əməliyyatlarda iştirak etmədiyini də qeyd etdi. Bu bəyanat regiondakı geosiyasi balans baxımından nə deməkdir?-Prezidentin Təhlükəsizlik şurasının iclasındakı çıxışında ölkəmizin heç vaxt İran əleyhinə əməliyyatlarda iştirak etməməsi ilə bağlı bəyanatına gəldikdə isə bu mövqe rəsmi Bakı tərəfindən dəfələrlə və ən müxtəlif formalarda səsləndirilib və regiondakı geosiyasi balans baxımından çox önəmli bəyanatdır. Bu bəyanat, həm Azərbaycan xalqına, həm də beynəlxalq ictimaiyyətə Azərbaycanın mövqeyini aydın şəkildə təqdim edir. Azərbaycan heç vaxt qonşularına qarşı hərbi əməliyyatlar aparmayıb və aparmaq niyyətində də deyil. Bu, Azərbaycanın regionda sabitlik və təhlükəsizlik naminə balanslı bir yanaşma sərgilədiyini göstərir. Son nəticədə, Naxçıvanın hədəf alınması, yalnız Azərbaycanın deyil, həm də regional və beynəlxalq aləmdə yeni gərginliklərə səbəb ola bilər. İranın bu təcavüzkar hərəkətinə qarşı Azərbaycanın sərt reaksiyası və beynəlxalq hüquqa əsaslanan mövqeyi isə özündə həm region ölkələrinə, həm də qlobal güclərə mesajı ehtiva edir.Çimnaz Telmanqızı

“Aktrisa heç bir yerini şişirtməli deyil” – <span style="color: #ff0000;">Gülşad Baxşıyeva ilə MÜSAHİBƏ</span>

Moderator.az Əməkdar artist Gülşad Baxşıyevanın Lent.az-a müsahibəsini təqdim edir.
 
- Gülşad xanım, pedaqoji fəaliyyətlə məşğulsunuz. Tələbələrlə işləmək necədir?
 
- Artıq 41 ildir pedaqoji fəaliyyətlə məşğulam. Açığı, bu mənim üçün bir enerji mənbəyidir. Tələbə ilə işləmək sevdiyin sənəti daim xatırlamaq və öyrətməkdir. Biz yol öyrədirik, istedad vermirik. Tələbəyə aktyorluq sənətini akademik səviyyədə başa salırıq. Tamaşa qurmaq xatirinə etmirik bunları. Seçdiyimiz əsərlər tələbənin inkişafına xidmət etməlidir. Solğun, bəsit obrazları tələbə ilə işləmək olmaz. Cəfər Cabbarlı, Mirzə Fətəli Axundov, Şekspir kimi canlı obrazları olan əsərləri işləyirik. Orada bir xarakter olmalıdır. Tələbə daim inkişaf etməli, püxtələşməlidir.

- Bəs indi tələbələrdə istedad hansı səviyyədədir? Razısınızmı onlardan?
 
- Bir bilsəniz, nə qədər istedadlı uşaqlar var. İstedadı vermək olmaz. Bir dəfə tələbəyə nəyisə izah edirdim, görürdüm ki, alınmır. Bilirdim niyə alınmır. Axırda dedim, oğlum, o şey ki səndə var, onu səndən ala bilmərəm, o şey ki səndə yoxdur, onu verə bilmərəm. O da istedaddır. Tələbə hələ-hələ rolu özününküləşdirə bilmir. İstedadlı tələbə müəllimin dediyindən əlavə öz yaradıcılığını da qatır. 
 
Tələbələrin bir çoxu sənəti üstdən, səthi sevirlər. Dərinliyini bilmirlər, öz üzərilərində işləmək istəmirlər. Bu baxımdan çox tənbəldirlər. Onlara verilən tapşırıqları yerinə yetirsələr, nəsə əldə edə bilərlər. Bütün bunlarla yanaşı, çox istedadlı tələbələr də var ki, özlərindən daim narazıdırlar. Onlar sənəti sənətə görə sevirlər. Bir çox universitetlərdə diplom almaq üçün oxuyurlar. 

- Kino və teatrdan uzaqlaşmısınız, daha çox pedaqoji fəaliyyətlə məşğulsuz. 

- Vaxtilə kino və seriallara çəkilmişəm, indi universitetdə kafedra müdiriyəm. Tələbələrin, müəllimlərin problemini həll etmək, onlarla maraqlanmaq lazımdır. Serial da belədir ki, səhər tezdən gedib axşam gəlirsən. Əlimdə iki qarpız tutmaq həvəsim yoxdur. Teatrdan isə çoxdan uzaqlaşmışam. Bəzən filmlərə çəkilirəm. O da ssenariyə baxıram, xoşuma gələndə gedirəm. Yenə də dəvət gəlsə, seçim edəcəyəm.
 
- Seçimi nəyə əsasən edirsiz?

- Rola görə. İki il əvvəl bir tələbəmiz var idi. Dedi ki, Şəkidə bir serial çəkirik. Dedim, ver, ssenarini oxuyum. Dedi, çəkilərsiz bizim seriala? Dedim, rol xoşuma gəlsə, çəkilərəm. Böyük məmnuniyyətlə o seriala çəkildim. İkincisi isə, Şəki aşiqiyəm, ora mənim üçün başqa bir məkandır. Serial çəkiləndən sonra gəlib oturdum, operator dedi, Gülşad xanım, bu sizsiniz? Gözləriniz rol oynayanda başqa, indi başqa idi. Dedim, insan gərək içini hazırlasın o rola.

- Deyirlər, sənət fədakarlıq tələb edir. Sənətə görə özünüzdən, həyatınızdan nəyi fəda etmisiz?

- Ümumiyyətlə, hər bir işdə fədakar olmalısan. Fədakarlıq odur ki, işinə ciddi yanaşasan, məqsədinə çatasan. Elə aktyor var 15 dəfə oynadığı rolu hər dəfə fərqli oynayır, püxtələşir. Eləsi də var, gəlib sözlərini deyir, gedir. Nəyi fəda etmişəm? Bunlar hamısı cəfəngiyatdır. Hamının bir qərəzi var. Ora sənin iş yerindir, fədakar olmalısan. Deyirlər, “həyatımı sənətə qurban verdim”. Heç kim heç nəyi qurban vermir. Gəlib teatrda baxır, siyahıda adı varsa, gedib rolunu oynayır, yoxdursa, baş qaldırır ki, mənim rolum niyə yoxdur? Deyirlər, mən həyatımı, canımı teatra, ekranlara qoydum. Əvəzində də nəsə almısan da. Hardan oldu fədakarlıq?

- Son illər sənət adamlarını sosial verilişlərə çağırıb ekspert kimi danışdırırlar. Sizi də televiziyalara çağırırlar?

- Əvvəl bəzi verilişlərə çağırdılar. Mənlik deyildi. Verilişin tam məğzini başa düşmürdüm. Sonra gördüm, kimsə gəlir və başlayırlar onun problemini müzakirə etməyə. Mən də imtina elədim. Hələ bilmək olmaz o insanın vəziyyətinə düşsəm, nə edərəm. Mənim mənəvi haqqım yoxdur ona məsləhət verməyə. Ona görə də, o verilişlərdən vaz keçdim. Kiməm ki ona məsləhət verim? Ailə qalmaqallarını efirə çıxarmaq olmaz. Elə səviyyədə danışırlar ki... Danışıq maneraları yoxdur, qışqırır hamısı.

Gənclər oradan nə ibrət götürəcək? O ailə-məişət mövzularının açıldığı verilişlərin hamısını bağlamaq lazımdır. Əvvəl o verilişə gedib çıxana qədər böyük distansiyalar var idi, efirdə bir dənə yanlış söz demək olmazdı. İndi fikir verin, hamısında qışqıra-qışqıra danışır, hamısı "alə" deyə müraciət edir. Qadınlarımız manekenə dönüb, heç birində təbiilik yoxdur. Qaşlar, burun, saçlar eynidir, botokslar eynidir. Bir dəfə məndən soruşdular, dedim, son illərdə gələn heç bir müğənnini tanımıram. Hamısı eyni sifətdədir. Manqurtlaşırlar, robot sifəti alırlar. İnsanı redaktə etmək olar, demirəm ki, yuxudan duran kimi efirə çıxmaq lazımdır. O vaxt Rübabə Muradova, Şövkət Ələkbərova var idi... Bazar məişətini efirə çıxarmaq olmaz. Kənardan baxan deyir, Azərbaycan budur? Korifeylərə baxın, görün özlərini necə aparırlar. Televiziyalar gəlir mənbəyinə dönüb, ancaq pul qazanırlar. Televiziyalar insanların mənəviyyatını pozur. Mənəviyyat olmayan yerdə çox pozğunluqlar olacaq. İctimai TV-də, AzTV-də elə gözəl verilişlər olur, deyirəm, yaxşı ki, onlar var. 
 
- Aktyor, aktrisa necə olmalıdır və necə olmamalıdır?
 
- Aktrisa, aktyor kütlədən seçilməli deyil. Hamı kimi sadə, adi olmalıdır. O, işi ilə, sənəti ilə seçilməlidir. Bizdə seçilmək istəyirlər - geyimləri, yaşayışları ilə. Bunu nümayiş etdirirlər. Aktrisa heç bir yerini şişirtməli deyil. Kamera bunu qəbul etmir. Botoks olanda əzələlər işləmir. Aktrisa gülür, amma üz olduğu kimi qalır. Botokslu aktrisa ola bilməz. Cəmiyyət elə olub evdar qadınlar belə botoks etdirir. Olar, amma çox ehtiyac varsa. Başa düşürəm, qocalmaq istəmirlər, amma çox çirkin görünürlər. Evdar qadın rolunu oynayır, baxırsan ki, üzündə botoks var. Belə şey olar? 

-Bəs Aktyor və aktrisanın apardığı rolla əxlaqi keyfiyyətləri arasında bir əlaqə olmalıdır? Əxlaqi keyfiyyətləri apardığı rola təsir edir?

- Aktrisa səhnədə pozğun bir qadını oynaya bilər, amma o demək deyil ki, o pozğundur. Sadəcə aktyorlar və aktisalarda müşahidə qabiliyyəti, intuisiyası çox güclü olmalıdır. Amma əxlaqi keyfiyyətləri aşağı biri əxlaqlı birini canlandıra bilməz. Çünki onun başı həyatı boyu əxlaqsızlığa yönəlib. Nə qədər oynasa da, yenə də o əxlaqsız tərəfi özünü göstərəcək. O gərək nə qədər fitri istedada sahib ola ki, dəyişə bilə. Yoxsa mütləq həyatdakı hərəkətlərini orada göstərəcək. Bir jest, bir mimika onu ələ verəcək ki, bu obraz onun həyatına aid deyil. 

- Hələ də öyrəndiyiniz şey nədir?

- Hələ də insanları, həyatı qavramağı öyrənirəm. Həyatın boyu öyrəndikcə dərinə gedirsən, getdikcə də görürsən ki, heç nə bilmirsən. Dahilər var, hamısı dəlidir. Məsələn, Albert Eynşteyn çox qəribə idi. Stiven Hokinq niyə o gündə idi? Hamısı çox bilməkdən idi.

“İran müharibəsi sonlanır, əgər bu ay yekunlaşmasa…” – <span style="color: #ff0000;">SENSASİON gözlənti</span>

Moderator.az xəbər verir ki, Musavat.com-un “Üç sual, üç cavab” layihəsinin bugünkü suallarını Respublikaçı Alternativ (REAL) Partiyası Siyasi Komitəsinin sədri Natiq Cəfərli cavablandırıb. Mövzu İranda davam edən hərbi əməliyyatlar və bundan sonrakı gözləntilər olub.

- Natiq bəy, Rusiya Kiyevi üç günə tutmaq ehtirasında idi, alınmadı. ABŞ-İsrail qüvvələrinin də İranda eyni aqibətlə üzləşdiyini demək olarmı?

- Ukraynaya təcavüzlə İrana hücumu müqayisə etmək olmaz. Rusiya qurudan hərbi əməliyyatlar aparır və klassik savaş metodundan istifadə edir. Bu da Ukrayna ərazilərinin işğalından ibarətdir. İrana isə quru qoşunlarının girməsi mümkün deyil. Tramp hərbi əməliyyatların 4-5 həftə davam edəcəyini açıqlamışdı. Ona görə əməliyyatların bu ay yekunlaşması yüksəkdir, əks halda, bəli, sizin dediyiniz kimi, ABŞ və İsrailin bataqlığa düşməsindən danışmaq olar. İranın daxili sisteminə gəlincə, ərəb ölkələrindən fərqlənir. Əgər hadisələrin gedişində SEPAH mobilizə olarsa, hər məhəlləyə belə adam yerləşdirə bilər. Ümumiyyətlə, İran forması, quruluşu, xarakteri və tarixi fərqli ölkədir. Ancaq əvvəlki gücdə deyil, xeyli dəyişib və zəifləyib. Sadəcə, xarici müdaxilə vətəndaşları rejimlə birgə olmağa vadar etdi. Bu da gözlənilən idi. Amma kifayət qədər güclü fiqurlar öldürüldü və hazırda ikinci nəsil şəxslər üçün fərqli mövqe tutmaq fürsəti var. Məncə, danışıqlar üçün müəyyən zəmin hazırlanır.

- Əgər sistem dəyişmirsə, bu əməliyyatların davam etməsinin mənası nədir?

- Onsuz da Tramp deyir ki, hədəf sistem dəyişikliyi deyil. Əsas məsələ budur ki, İranla danışıqlarda anlaşa biləcəkləri komanda olsun. Necə ki Venesuelada sistem dəyişmədi, üstəlik, Rodrigez sərt ritorika ilə danışır, amma ABŞ ilə anlaşa da bilirlər. İranda da bənzər şəxslər var. Siyasətin görünməyən tərəfləri budur. Ona görə ABŞ özünü qalib elan edəcək ki, qarşı tərəfin bütün hərbi potensialını vurduq, İran da deyəcək ki, axıra kimi dözdük və sistemi qoruduq.
Əslində isə Pezeşkianla danışıqlar mümkündür. O, milyonların səsini almış liderdir və bəyanatlarında müəyyən yumşalmaya getmişdi. Amma sonra daxildən təzyiq oldu və ritorikası sərtləşdi. İndi bağlı qapılar arxasında danışıqlar olacaqsa, vəziyyətin yumşalmasına doğru gedəcək. Artıq bunun müəyyən əlamətləri də var: bəzi ölkələr hava məkanını açıb, bəzi dövlətlər uçuşları bərpa edib. Sadəcə, ritorikanın sərtləşməsi fonunda bunun necə inkişaf edəcəyini demək çətindir.

Lakin burada çox maraqlı geosiyasi mənzərə yaranıb: ABŞ Ukrayna müharibəsində moderatordur, həm də Kiyevə silah dəstəyi verir. Rusiya da İrana dəstək verir, amma həm də bu proseslərdə moderator kimi görünür. Yəni ABŞ və Rusiyanın məqsədi qlobal danışıqlarda bir-birindən güzəşt qoparmağa hesablanıb. Belə desək, böyük oyunçuların danışıqlarında öz maraqları var, amma məsələn, Ukrayna öz suverenliyi üçün çalışır. İran haqda da eyni sözləri demək olar. Ona görə böyük güclərin təkliflərini rədd edə bilmirlər.

- Ancaq İran parlamentinin sədri deyir ki, atəşkəs istəmirik. Bu arxayınlıqdır, xalqa hesablanmış çıxışdır, yoxsa tək Rusiya deyil, Çinin də dəstəyindən irəli gələn əminlikdir? Ümumiyyətlə, savaşın sonu görünürmü, çünki Tramp belə demişdi…

- Əlbəttə, Çin də İrana dəstək verir. Amma Çin-ABŞ münasibətləri haqda mifologiya çoxdur. Trampın bu ayın sonu və ya gələn ayın əvvəli Çinə səfəri gözlənilir. Əgər səfər baş tutacaqsa, deməli, razılaşma var və sənədlər imzalanacaq. ABŞ lideri səfər xatirinə Pekinə getməz. Bu da çox əhəmiyyətli məsələdir və müharibənin gedişində mühüm əhəmiyyət kəsb edir. Bundan sonra İranda ritorika sərtləşəcək və bu da təbiidir. Çünki ölənlər var, məktəblilər həlak olub, dini liderlər öldürülüb, qəzəblidirlər. Başqa necə ola bilər? Bu baxımdan İran rəsmilərinin daxili auditoriya üçün ritorikasının sərtləşməsi mümkündür. Ancaq sabah ABŞ əməliyyatları dayandırsa, necə olacaq, təkrar hücum edəcəkmi? Eyni zamanda, neftin qiymətlərinə baxmaq lazımdır. Hazırda qiymətlər qalxır və bu da müharibəni sonlandırmaq üçün şərtlərdən biri ola bilər.

İnsan ruhu oruc tutan zamanı necə QİDALANIR?  —  İlahiyyatçı Ağa Hacıbəyli ilə MÜSAHİBƏ

Ramazan ayı müsəlmanlar üçün il boyu gözlənilən, ruhani bir məktəbdir. O, 30 gün davam edir və bu müddət ərzində insan həm fiziki, həm də mənəvi baxımdan tərbiyə olunur.İlahiyyatçı  Ağa Hacıbəyli  Oxu24.com – a açıqlamasında Ramazan ayının mahiyyəti, onun bir məktəb kimi insan ruhunu qidalandırması və bu 30 günlük prosesin insanın fiziki və mənəvi aləminə təsiri haqqında danışdı.“Ümumiyyətlə, ola bilsin kimsə şikayət etsin, kim oruca görə şükür etsin, kimi təqdir eləsin, kimdə ola bilsin ki, hələ təfrik dərəcəsində qalsın. Ramazan ayı bir məktəbdir, 30 gündən ibarətdir. Əsas hədəf və qayəsi insanın ruhunu qidalandırmaqdır. Ramazan boyunca hər gün insan varlığında fiziki ərimə, zəifləmə, ruhani dünyasında isə tərəqqi, möhkəmlənmə gedir. Bu prosedur tam 30 gün həyata keçiriləcək, 30 gün müddət ərzində insanın dili, zikr, qəlbi, şükür və varlıq aləmi ruhu da sevgi ilə dolmağa namizəd olacaq. Gerçəkdən, əgər insan Ramazan ayının həqiqətlərini, Ramazan ayının yükünü gözəl şəkildə anlayıb daşımaq istəsə, Ramazan şəhadətnaməsində ayənin söylədiyi kimi: “gerçəkdən təqva əlindən olarsınız, deyir. Və insan o təqvaya çatmış olar. Bu 30 günün içərisində. 30 gün insan bir niyyəti, eyni məfkurəni, eyni əməlləri yerinə yetirirsə, o artıq bir mələkə halına gəlir. Bu onda  gözəl bir hala çevrilir. Bu zaman təzadlar yox, onsuz da insan vücudunda təzad var. İnsan fiziki olaraq torpaqdan, mənəvi olaraq da ruhdan ibarətdir. Zatən insan dünyasında bir təzad var. Amma oruc bu təzadı dərinləşdirmək yox, əslində bu təzadın arasında bir körpü qurmaq üçün gəlib. Yəni bu baxımdan biz nə qədər çox Allahın əmrlərinə, Onun verdiyi fərmanlara itaət eləyiriksə, o qədər bizim insani tərəf, insanlıq tərəfimiz qabarır. Nə qədər çox biz gücümüzü, nəfsimizə, bədənimizə, cismimizə yönəldiriksə, o qədər də bizim ruhu dünyamızda bir çöküş yaranır. Mənəvi aləmimizdə bir sükunət formalaşır. Odur ki, lazım olan qədərindən artığını belə bu oruca, bu orucun arxasındakı sirlərə yönəltmək lazımdır ki, işin sonunda Allah bizə o rəyyan qapısını açsın. Cənnətdə rəyyan qapısı deyir. Və gerçək oruc tutanlar o qapıdan inşallah cənnətdə içəri girərlər”,-deyə o bildirib.Hazırladı: Ülkər   Rəhmanqızı

İranda yaşayanalar Azərbaycana necə təsir EDƏ BİLƏR?

İran, ABŞ və İsrail arasındakı gərginlik uzun müddətdir ki, proqnozlaşdırılır. Bu müharibə ehtimalı artıq reallığa çevrilib,  o cümlədən Azərbaycanda, ciddi miqrasiya problemləri yarada bilər. Belə bir şəraitdə  Azərbaycan üçün həm humanitar, həm də təhlükəsizlik riskləri ön plana çıxır. Bu münaqişənin başlaması yalnız regional sabitliyə təsir etməyəcək, eyni zamanda İrandan Azərbaycana böyük miqrant axınına səbəb ola bilər. Bu miqrantlar  həm humanitar baxımdan dəstəyə, həm də inteqrasiya və təhlükəsizlik tədbirlərinə ehtiyac duyacaq. Mövzu ilə bağlı   sosioloq  Üzeyir Şəfiyev  Oxu24.com – a açıqlama verib.“İran-ABŞ-İsrail müharibəsi gözlənilən idi.  O baxımdan çox güman ki, preventiv tədbirlər nəzərdə tutulub. Əlbəttə, bu toqquşmalar  uzunmüddətli müharibə olmayacaq, qısa zaman kəsiyində ABŞ və İsrail nöqtəvi zərbələrlə İranı neytrallaşdırmaq, təsirsiz hala salmaq və kapitulyasiya aktını imzalamağa məcbur etməyə israrlıdır. Güman edirəm ki, buna da müəyyən qədər nail ola biləcək. Yəni uzunmüddətli müharibə olmadığına görə də böyük miqrant axını, qaçqın axını proqnozlaşdırılmır. Olsa belə, güman edirəm ki, biz bununla bağlı beynəlxalq öhdəliklərimiz var şübhəsiz ki, biz  onlara humanitar dəstək göstərəcəyik. Ancaq biz bunu göstərərkən həm də dövlətin maraqlarımızı və media maraqlarımızı da, xalqımızın, vətəndaşlarımızın təhlükəsizliyini də fikirləşməliyik. Yəni, bu istiqamətdə çox güman ki, qardaş Türkiyə təcrübəsindən istifadə edə bilərik.Necə ki, Suriya qaçqınları Türkiyəyə gələrkən ... Onlar üçün ola bilər ki, sərhəd bölgəsində, İranın elə öz ərazisi daxilində Azərbaycanla sərhəddə və yaxud da ki, Azərbaycanın İranla sərhəddində, yəni, Azərbaycan ərazisində müvəqqəti düşərgə, çadır şəhərciyi düşünülə bilər və həmin elə düşərgədə onlara tibbi təhsil, səhiyyə və digər sosial xidmətlər göstərilə bilər. O baxımdan  heç onların yerli əhaliyə inteqrasiyasına da ehtiyac qalmaz. Çünki belə inteqrasiyalarda bir qədər problematik məqamlar olur, yerli əhali ilə uyğunlaşma məsələsi, onların psixoloji və eyni zamanda hüquqi baxımından problemlər yarana bilər. Bu baxımdan o olmasın deyə, güman edirəm ki,  Azərbaycan ərazisində İranla sərhəddə yaxud da İran ərazisində Azərbaycanla sərhəddə elə onlara humanitar dəstək göstərilə bilər. Güman edirəm ki, bunlar dövlətimiz tərəfindən rasional şəkildə hesablanıb. Çünki qeyd elədiyim kimi, bu müharibə gözlənilən müharibədir, ona görə də güman edirəm ki, birinci miqrant axını, böyük miqrant axını gözlənilmir. Olsa belə  hesab edirəm ki, dediyim mexanizmlər kimi və ya Türkiyə təcrübəsi timsalında bu tənzimlənə bilər. Azərbaycan onsuz da humanist dəstəyi ehtiyacı olan bir sıra bölgələrə, ölkələrə göstərir və bu baxımdan Azərbaycanın belə bir təcrübələri var. Güman edirəm ki, İrandan gələn miqrant müraciətçilərə də Azərbaycan bu dediyim istiqamətdə dəstək göstərə bilər və şübhəsiz ki, öz təhlükəsizliyimizi də qorumaq şərti ilə”,-deyə  Üzeyir Şəfiyev bildirib.Hazırladı:  Ülkər Rəhmanqızı

Rusiyalı politoloqun "Oxu24.com"-a ÖZƏL MÜSAHİBƏSİ  

Donald Trump administrasiyası Rusiyanın Ukraynaya qarşı müharibəsini ABŞ-ın müstəqilliyinin 250 illiyi – 4 iyul tarixinədək başa çatdırmaq niyyətində olduğunu bəyan edir. Bu diplomatik səylər Trampın 2024-cü il seçki kampaniyası zamanı verdiyi “müharibəni bir günə bitirmək” vədi ilə əlaqələndirilir. Lakin münaqişənin başlanmasından təxminən dörd il keçməsinə baxmayaraq, hələ də nəzərəçarpacaq irəliləyiş yoxdur.Məsələ ilə bağlı rusiyalı politoloq Dmitri Solonnikov Oxu24.com- özəl müsahibə verib. Həmin müsahibəni təqdim edirik:-Vəziyyətə Rusiya rəhbərliyinin mövqeyindən yanaşsaq, Kreml Trampın mümkün vasitəçilik təşəbbüslərinə nə dərəcədə açıqdır?"Rusiya üçün burada seçim yoxdur — sülh danışıqlarına keçid, yaxud hərbi əməliyyatların davam etdirilməsi. Rusiya üçün vəzifə münaqişənin kökündə duran ilkin səbəblərin aradan qaldırılması problemini həll etməkdir. Bu sülh yolu ilə həll olunsa çox yaxşı, hamı yalnız bunun tərəfdarıdır. Sülh yolu ilə olmasa, deməli, Sergey Viktoroviç Lavrovun dediyi kimi, “Döyüş meydanında, hazırlaşın”.Beləliklə, şərtlər yerinə yetirilənə qədər döyüş əməliyyatları davam edəcək. Burada söhbət sülh yolu və ya hərbi yol arasında seçim etməkdən getmir. Söhbət xüsusi hərbi əməliyyatın(Red- Rusiya Ukraynada gedən müharibəyə belə ad verib)başında qarşıya qoyulmuş vəzifənin həllindən gedir. Həll olunsa, münaqişə dayanacaq. Bir daha deyirəm, seçim qarşısında deyilik.-Hazırkı mərhələdə Rusiya üçün hansı daha sərfəlidir — danışıqlara keçid, yoxsa hərbi əməliyyatların davam etdirilməsi?-Moskva dəfələrlə bəyan edib ki, münaqişənin müvəqqəti dayandırılmasının heç bir mənası yoxdur. Münaqişənin müvəqqəti dayandırılması Qərbin Rusiyaya öz şərtlərini diktə etmək cəhdidir: yəni, indi döyüşlər dayansın, Rusiya cəbhə xəttindəki təzyiqini azaltsın, bu fasilə zamanı Ukrayna NATO silahları ilə təchiz olunsun, silah ehtiyatını doldursun. Həmçinin Avropada və Ukraynada zavodlar işə salınsın, oraya Rusiyaya tuşlanmış strateji silahlar gətirilsin, münaqişəni və Rusiya Federasiyasına qarşı təcavüzü davam etdirmək üçün NATO qoşunları və muzdlular yerləşdirilsin.Buna görə də münaqişənin dayandırılmasının Rusiya üçün heç bir mənası yoxdur. Müvəqqəti atəşkəsin Rusiya Federasiyası üçün zərrə qədər də mənası yoxdur, bu variant nəzərdən keçirilmir.-Əgər Ukrayna cəbhədə mövqelərini qoruyub saxlayırsa, Moskva hansı şərtlərlə atəşkəsə razı ola bilər?-Kreml hər zaman istənilən vasitəçilik təşəbbüslərinə açıqdır, istər Vaşinqtondan, istər Pekindən, istər Rio-de-Janeyrodan, istərsə də Yohannesburqdan olsun. Haradan gəlməsinin fərqi yoxdur. Rusiya üçün əsas vəzifə indiki münaqişənin dayandırılmasıdır. Münaqişənin ilkin səbəblərinin aradan qaldırılması şərti ilə bunun hərbi yolla deyil, diplomatik yolla həll edilməsi daha yaxşıdır.Daha sonra bu səbəblərin aradan qaldırılmasında kimin vasitəçi olacağı önəmli deyil. Ukraynada denasifikasiya və demilitarizasiya prosesləri həyata keçirilməlidir. Yəni Ukraynada rusdilli əhaliyə qarşı, rus mədəniyyətinə, rus dilinə və Rus Pravoslav Kilsəsinə aidiyyatı olanlara qarşı faşist Almaniyasının praktikasını tətbiq edən hazırkı neonasist rejimi ləğv edilməlidir. Əhalinin “yuxarı təbəqə” və “tamdəyərli insan hesab olunmayanlar” kimi seqreqasiyasına (ayrı-seçkiliyinə) son qoyulmalıdır. Rusların “ikinci dərəcəli insan” statusuna salınması dayandırılmalıdır.Həmçinin Ukraynanın demilitarizasiyası baş verməlidir. Yəni Ukrayna tərəfindən Rusiya Federasiyasının ərazilərinə qarşı heç bir təhlükə olmamalıdır. Ukraynada xarici qoşunların yerləşdirilməsi qadağan edilməli, ölkənin nüvəsiz statusu təsdiqlənməli, NATO-ya üzv olmamalı və Rusiyanın dinc şəhərlərini təhdid edən hücum silahları ixtisar edilməlidir. Xüsusi hərbi əməliyyatın başlanmasına səbəb olan bütün bu amillər aradan qaldırılmalıdır.Nəticə etibarilə, bu şərtlərin yerinə yetirilməsinə hansı vasitəçinin səyləri ilə nail olunacaqsa, əsl uğur onundur. Bu, münaqişənin dayandırılmasına və çoxdan gözlənilən sülhün bərqərar olmasına real töhfə olacaqdır. Buna görə də, ABŞ-nin, Çinin, Braziliyanın, Cənubi Afrikanın, Hindistanın və ya digər bir dövlətin vasitəçilik səyləri müsbət qarşılanır. Kim Ukraynanı bu məsələlərin dinc yolla həllinə razı sala bilsə, o da qalib olacaqdır.-Açıqlama üçün təşəkkürlər!-Təşəkkürlər!Çimnaz Telmanqızı

 Cinsi azlıqlarla bağlı "Quran"da nə yazılıb? - İlahiyyatçıdan şok faktlar   

Hazırda dünyada homoseksuallıq atmaqda davam edir və bu da bir sıra dəyərlərə dağıdıcı zərbələr endirir.    Oxu24.com -un suallarını ilahiyyat üzrə fəlsəfə doktoru, dosent Əkrəm Həsənov cavablandırıb.-Baxmayaraq ki, səmavi dinlərin hamısı birmənalı olaraq homoseksuallığı “iyrənc “ adlandırıb, amma homoseksual insanlar arasında bütün dinlərin nümayəndələri var.  “Tövrat” da cinsi azlıqlardan 2 dəfə bəhs edilir və kişilərin bir-birləri ilə cinsi əlaqədə olmaları yəhudi qanunlarına görə edamla cəzalandırılır. Xristianlıq inancına görə, homoseksual sayılan hər cür münasibət iyrəncdir və  bu Tanrının qəzəbinə layiq görülür və sair. Bəs İslam dinində bu bəla necə qarşılanır? -Hazırda dünyada homoseksuallıq mövzusu çox açıq şəkildə ifadə olunur, haqq qazandırılır və müzakirə olunur. Bu məsələ əslində emosiya ilə yox, elmlə, dinlə və insan psixologiyası ilə dəyərləndirilməli məsələdir. Məhəmməd Peyğəmbər sallallahu aleyhi və səlləm buyurub ki, qəlbdən keçən, amma əmələ çevrilməyən şeylərə görə, ümmətim sorğu-sual olunmaz. Bu hədis İslamın məsuliyyət anlayışını göstərir. Əgər insanın doğuşdan tibbi vəziyyəti varsa, bu onun imtahanıdır, günahı deyil.  -Siz düşünürsünüz ki, homoseksuallıq seçim yox,  xəstəlikdir? Axı, tarixdə elə ağıllı, savadlı şəxslər var ki, ölkələrə   başçılıq edib. Məsələn, Ksavye Bettel – Lüksemburqun baş naziri, Leo Varadkar – İrlandiyanın baş naziri, Ana Brnabiç – Serbiyanın baş naziri...  -Müasir biologiya da göstərir ki, insan cinsiyyəti sadəcə iki qutudan ibarət mexaniki sistem deyil. Xromosom pozuntuları, hormonal balans fərqlilikləri, genetik mutasiyalar nəticəsində müxtəlif hallar yarana bilir. Bu hallar çox nadir olsa da mövcuddur. Dünya səhiyyə təşkilatlarının məlumatına görə, interseks doğum halları müəyyən faizlə qeydə alınır. Bu tibbi faktdır və bunu inkar etmək mümkün deyil. Amma bu tibbi vəziyyətlə sonradan formalaşan cinsi yönəliş ideologiyasını bir tutmaq düzgün deyil. Birincisi bioloji reallıqdır. İkincisi isə fərdin psixoloji, sosial və davranış müstəvisində ortaya çıxan məsələdir. İslam hüququnda xünsa ilə Lut qövmünün əməli ayrı-ayrı başlıqlarda müzakirə olunub. Bu, onların eyni kateqoriya olmadığını göstərir.  -Yəni, dinimizdə harınlıqdan, özbaşnalıqdan baş verən homoseksuallıq  qadağandır... -Əgər bir insan doğuşdan belə fərqliliklə dünyaya gəlibsə, onun günahı nədir sualı əslində Quranın ədalət prinsipinə qayıdır. Allah Zilzal surəsində buyurur ki, kim zərrə qədər xeyir edərsə onu görər, kim zərrə qədər şər edərsə onu görər. Yəni,  ölçü əməl üzərindədir. İnsan iradəsi xaricində olan xüsusiyyətə görə deyil, seçiminə görə cavabdehdir. Burada cəmiyyətin də məsuliyyəti var. Belə insanlara təhqir, damğa, zor tətbiq etmək İslam əxlaqına ziddir. Hucurat surəsi 13-cü ayədə insanlar arasında üstünlüyün yalnız təqva ilə olduğu bildirilir. Heç kim bioloji quruluşuna görə alçaldıla bilməz. Çünki söhbət ideologiyadan getmir, insandan gedir. Din əvvəlcə insana baxır, sonra onun əməlini dəyərləndirir.  -Bildiyimiz qədəri ilə İslam dinində homoseksuallıq barədə “Qurani-Kərim”də söhbət açılıb... -Qurani Kərimdə bu mövzu ən açıq şəkildə Lut peyğəmbərin qövmü ilə bağlı ayələrdə keçir. Əraf surəsi 80–81-ci ayələrdə buyurulur ki, Lut öz qövmünə dedi ki, siz aləmlərdə heç kimin etmədiyi bir işi edirsiniz, qadınları qoyub şəhvətlə kişilərə yaxınlaşırsınız. Eyni məzmun Hud 77–83, Hicr 67–77 və Şuəra 165–166-cı ayələrdə də təkrar olunur. Klassik təfsir alimləri, o cümlədən İbn Kəsir, Təbəri və Qurtubi bu ayələri şərh edərkən bildirirlər ki, burada qadağan edilən məsələ cinsi münasibətin təbii fitrətdən çıxarılmasıdır. Yəni, Quranda tənqid olunan yönəliş hissin özü yox, bu hissin əmələ çevrilməsidir. İslam hüququnda cinsi münasibət ailə çərçivəsində, kişi və qadın arasında halal sayılır. Nisa surəsi 1-ci ayədə insanın bir nəfsdən yaradıldığı və ondan zövcəsinin meydana gəldiyi bildirilir. Rum surəsi 21-ci ayədə isə kişi və qadın arasında sevgi və mərhəmətin qoyulduğu vurğulanır. İslam ailəni cəmiyyətin əsası sayır. Bu səbəbdən nikah modelindən kənar cinsi münasibətlərin hamısı günah sayılır. Bu yalnız homoseksual münasibətlərə yox, nikahsız heteroseksual münasibətlərə də aiddir.  -Eramızın 79-cu ilində Vezuvi vulkanının partlayışı İtaliyanın  Pompey, Herkulanum və Stabiya şəhərlərinin yox olmasına səbəb olur. Dinimizdə bu eyni zamanda homoseksualizmi adi hal hesab edən  əxlaqsız  Lut tayfasının məhvi kimi  göstərilib...-Hədis mənbələrində də Lut qövmünün əməlini ağır günah sayan rəvayətlər var. Lakin fiqh alimləri bu mövzuda hüquqi cəza məsələsini dövlət və məhkəmə səlahiyyəti ilə əlaqələndiriblər. Heç bir halda fərdi insanların özbaşına hökm verməsi qəbul edilməyib. İmam Əbu Hənifə, Şafii və digər məzhəb alimləri hüquqi məsələləri ciddi sübut və şərtlərlə bağlayıblar. Bu da göstərir ki, İslam hüququ emosional yox, sistemli yanaşma tələb edir. Burada mühüm bir məqam var. İslam insanın meylinə görə yox, əmələ görə hökm verir. Klassik alimlərdən İmam Qəzzali və İbn Teymiyyə qeyd edirlər ki, qəlbdə yaranan meyl insanın iradəsindən kənar ola bilər, lakin əməl insanın seçimi ilə bağlıdır. Bu baxımdan bir insanın daxilində hər hansı meylin olması ilə onun bunu həyat tərzinə çevirməsi eyni şey deyil. Günah əməl ilə bağlıdır.  -Amma bütün hallarda homoseksualizm ailə dəyərlərini hərtərəfli şəkildə  məhv edir, istər bir dəfə bu hərəkət olsun, istərsə də bir neçə  dəfə və yaxud həyat tərzinə çevrilsin... -Müasir elmdə isə məsələ daha mürəkkəbdir. Psixologiya və biologiya sahəsində müxtəlif yanaşmalar var. Amerika Psixiatriya Assosiasiyası 1973-cü ildən homoseksuallığı xəstəlik siyahısından çıxarıb. Bu qərar sosial və elmi müzakirələr fonunda verilib. Bəzi tədqiqatçılar genetik faktorların rolundan danışır, bəziləri isə sosial mühitin təsirini vurğulayır. Hələ də bu mövzuda tam yekdil və qəti bioloji səbəb müəyyən olunmayıb. Bu da göstərir ki, məsələ yalnız bir amillə izah olunmur. Din ilə müasir hüquq sistemləri arasında fərq də burada ortaya çıxır. Bir çox Qərb ölkələrində bu məsələ fərdi azadlıq çərçivəsində dəyərləndirilir. İslam isə azadlığı məsuliyyətlə birlikdə düşünür. İslamın baxışında insanın cinsi həyatı ictimai nəticə doğuran bir məsələdir. Ailə modeli, nəsil davamlılığı və sosial sabitlik əsas prinsiplər kimi qorunur.  - Sosioloqlar iddia edir ki, qınamaq, tənbeh etmək meyilləri olmadıqca  bu tip  pis vərdişlər  cəmiyyətdə baş verəcək və artacaq... -Amma burada çox mühüm bir həqiqəti unutmaq olmaz. İslam heç bir halda zorakılığı, təhqiri, linçi qəbul etmir. Hucurat surəsi 11-ci ayədə insanlar bir-birini məsxərəyə qoymaqdan çəkindirilib. Məhəmməd peyğəmbər sallallahu aleyhi və səlləm buyurub ki, müsəlman o kəsdir ki, başqaları onun əlindən və dilindən əmin olsun. Günah ayrı şeydir, insanın ləyaqəti ayrı şey. İslam günahı rədd edir, insanı yox. Tarix boyu İslam alimləri də bu mövzuda mötədil mövqe tutublar. Onlar əməli haram sayıb, amma insanın tövbə qapısının açıq olduğunu bildiriblər. Zümər surəsi 53-cü ayədə Allah buyurur ki, ey özlərinə qarşı həddi aşan qullarım, Allahın mərhəmətindən ümidinizi kəsməyin. Bu ayə bütün günah sahiblərinə aiddir. Bu mövzu ilə bağlı ən böyük səhv iki ifrat mövqedir. Biri hər şeyi tam normallaşdırmaq, digəri isə nifrət dili ilə yanaşmaq. İslam nə birincini qəbul edir, nə də ikincini. İslamın mövqeyi aydındır. Cinsi münasibət yalnız kişi və qadın arasında nikah çərçivəsində halal sayılır. Bunun xaricində olan bütün formalar günahdır. Amma insanla münasibətdə ədalət, mərhəmət və ədəbin qorunması əsasdır. Bu gün cəmiyyət üçün əsas məsələ mübahisə yox, maarifləndirmədir. Gənclərə ailə modelinin fəlsəfəsini anlatmaq lazımdır. Quranda ailə təsadüfi qurum kimi yox, ilahi hikmət kimi təqdim olunur. İnsan təkcə bioloji varlıq deyil, həm də mənəvi varlıqdır. Din insanın fitrətini qorumağa çalışır. İslam homoseksual əməli haram sayır. Bu mövqe açıqdır və dəyişməzdir. Lakin İslam heç kəsə qarşı zorakılığı və təhqiri qəbul etmir. Mövzuya yanaşma elmi, sakit və mərhəmətli olmalıdır. Çünki insanı qazanmaq nifrətlə yox, anlayışla mümkündür. Din qorxu üzərindən deyil, hikmət üzərindən yaşadılmalıdır.-Ətraflı şərhə görə sizə təşəkkür edrik Əkrəm müəllim, sağ olun... Söhbətləşdi: Əntiqə Rəşid

Üzərliyin tərkibində bu maddələr  var imiş — Həkim faydalarını AÇIQLADI  

"Yüz illərdir həm xalq təbabətində istifadə edilir, həm hədislərdə var"- Fitoterapevt üzərliyin faydalarından danışdıHazırda üzərlik bitkisinin zərərləri ilə bağlı mediada məlumatlar yayılır. Yyaılan xəbərlərdə  deyilir ki,bu bitki zəhərlidir və mütəmadi istifadəsi sağlamlığa zərər verə bilər. "Tüstüsü bronxlara və tənəffüs yollarına mənfi təsir göstərir, ağciyər xəstəlikləri olan insanlar üçün təhlükəlidir",-deyə qeyd olunur.Məsələ ilə bağlı  fitoterpevt  Tuqay Əsgərli  Oxu24.com-un suallarını cavablandırıb. -Turqay bəy,min illərdir xalqımızın, elə tibbimizin də faydalı hesab etdiyi üzərlik bitkisi doğrudanmı təhlükəlidir?-Əvvəlcə üzərlik haqqında danışaq,daha  sonra onun  xüsusiyyətlərini ortaya qoyaq.Deməli, üzərlik, elmi adı -Peganum harmala L. – olan bu bitkinin  farmakoloji xüsusiyyətləri və təhlükəsizlik aspektləri tarix boyu müxtəlif xəstəliklərin müalicəsində istifadə olunub. Xalq təbabətində geniş yayılmış bu bitki müasir elmi araşdırmalarda da diqqət mərkəzindədir.Tədqiqatlarda onun antimikrob, antioksidant, antiparazitar, sedativ və potensial antikonvulsant (epilepsiya əleyhinə) təsirləri qeyd olunub. Fitoterapiya praktikasında üzərlik müəyyən hallarda istifadə edilsə də, onun güclü bioloji aktivliyə malik olması səbəbilə ehtiyatla yanaşılmalıdır. -Əsrlər əvvəl Peyğəmbərimiz (s): "Üzərliyin hər bir budağına, yarpağına və meyvəsinə bir nəfərin əli yetişənə və ya o, meyvə olana qədər bir mələk vəkil edilib. Onun kökündə və budaqlarında bir sirr, dənəsində isə yetmiş iki dərdin dərmanı var. Elə isə onunla və buxurla müalicə olunun" tövsiyəsi edib. 72 dərdin  dərmanı olan üzərliyin  tərkibində nə var ki? -Bitkinin kimyəvi tərkibi əsas aktiv maddələrlə zəngindir, üzərlik toxumlarında əsasən karbolin alkaloidləri mövcuddur. Bunların içərisində əsas bioloji aktiv maddələr: Harmin,Harmalin,Harmol kimi alkaloidlər bitkinin farmakoloji təsirinin əsasını təşkil edir. Onların antimikrob, antiviral, antiparazitar, antikonvulsant (epilepsiya əleyhinə) və sedativ təsirləri müxtəlif eksperimental tədqiqatlarda göstərilib.Yandırılaraq  qoxusunun insana verilməsi və baş ağrılarına  müsbət təsiri məhz bu  alkaloidlərdən irəli gəlir . -Xalq təbabətində var:“nəzər dəymə”, yaxud, ağır depressiya halında olmağın çarəsini nənələrimiz  üzərliklə  ortadan qaldırdığını öz gözümüzlə görmüşük.Başımız ağrıyıb, üzərliyin tüstüsünü iylədikdən sonra baş ağrısı çəkilib. -Bəli, antikonvulsantın təsiri haqqında xüsusi danışmaq lazımdır. Yandırılmış üzərlliyin tüstüsündə olan bu  maddə sstres və depressiya kimi mənfi halların qarşısını alır ki, bu da  epilepsiya xəstələrinə   fayda verir.  -Doktor, xalqımız  hələ tibb inkişaf etməmişdən əvvəl  belə üsullarla sağlamlığını qorumağa çalışıb.Təbii ki, müsəlman olaraq üzərlik yandıranda müqəddəs kitab olan Quranda adı gedən  "əl-Fələq" və "ən-Nas" surələrini də  söyləyirdilər.Hətta hədislərdə deyilir ki, Məhəmməd Peyğəmbər iki acı şeydə- üzərlik və səbrdə necə bir şəfa olduğuna dair fikir bildirib.100 illər əvvəl deyilmiş bu fikirlər hazırda sizin klinikanın araşdırmasında necə dəyərləndirilir?-Klinikamızın araşdırmaları sayəsində müəyyən olunubdur ki, üzərliyin toxumu oynaq ağrılarının ən yaxşı dərmanıdır. Toxumunu əzərək isti su ilə qarışdrıb alınan kütləni isti-isti bədənin ağrıyan yerinə qoyanda ağrılar kəsilir.Sidik yanmasına kömək edir – əzilmiş üzərlik toxumu və isti su ilə qarışdırılmış isti kütləni sidik kisəsi üzərinə qoymaq və 12 qram üzərlik toxumu şəkərlə içərək həmin xəstəlikdən qurtarmaq mümkündür. Toxumu sirkədə qaynadandan sonra həmin maye ilə bədəni ovmaq xeyirlidir. Sidik yolları tutulanda üzərliyin şüyüd və aptekçobanyastığı ilə birlikdə dəmləməsi yaxşı nəticə verir. Tüstüsü diş ağrısının qarşısını alır.Üzərliyi kətan toxumu və balla qarışdırıb qəbul etmək astma xəstəliyi zamanı çox faydalıdır. Üzərliyin kökündən hazırlanan dəmləməsi sinir sisteminə qıcıqlandırıcı təsir göstərir. Burda diqqətli olmaq lazımdır.-Xalqımız bu bitkiyə əvvəldən mistik qüvvə kimi baxıb. Məsələn, biz uşaq olan  vaxtı üzərlik yığmağa gedəndə nənəm deyərdi ki, üzərlik kolunun arasına kiçik bir çörək parçası  qoyun, yoxsa, sizi vurğun vurar. -Bizim xalqımızın folkloru kimi güclü folkloru olan bir xalq yoxdur. Üzərliyi yandırarkən tüstüsündən şəfa alan insanlar bu bitkinin tərkibi  haqqında məlumatlı olmaması bir sıra “möcüzə”, “müəmma” kimi diqqət cəlb edən rəvayətlər yarana bilər. Bildiyimiz kimi üzərlik dünyanın bir çox quru iqlimi olan ərazilərində  bitir. Azərbaycanın da bir çox   ərazilərində bu bitkiyə sıx-sıx rast gəlmək olur.   Nənələr bu bitkinin  ən çox qəbiristanlıqlarda   bitməsindən təşviş keçirib. Bilirsiniz, qəbiristanlıq müsəlman dünyası üçün ən ağır ərazidir və bu bitkinin orada daha çox görünməsi  insanları narahat etməyə  bilməzdi. Buna  müsəlman qəbristanlığında adətən  su olmaması, o əraziyə tez-tez ayaq dəyməməsi bu bitkinin orda sıx  bitməsinə səbəb olur. Üzərliyə olan mistik münasibət və inanclar, çox güman ki, bitkinin qəbiristanlıqda yetişməsi ilə əlaqədardır.Üzərliyin rus dilindəki adlarından biri tərcümədə ( могильник) “köhnə qəbiristanlıq” mənası verir. Eyni zamanda qərb  mənbələri yazır ki, üzərlik  qədim boya bitkisidir . Onun toxumlarından yun və parçaları müxtəlif canlı çalarlarda (sarıdan qırmızıya qədər) boyamaq üçün davamlı boya əldə etmək üçün istifadə olunurdu. Bu boya əvvəllər ənənəvi türk baş geyimləri olan fəsləri boyamaq üçün istifadə edildiyi üçün türk boyası adlanırdı . Harmala boyası bu gün də sənətkar xalçaçılıqda istifadə olunur .-Demək, üzərlik bitkisi 100 illərdir necə var,  eləcə də, qalmalıdır. Amma bəzən ondan istifadə edərkən, sizin kimi təcrübəli fitoterapevtlərlə məsləhətləşməkdə fayda var. Faydalı izaha görə təşəkkür edirik .Əntiqə Rəşid

“Faciənin yeganə “sevincli” tərəfi doğmasının cəsədini tapana verilən “gözaydınlığı” idi” – Şahid danışır   

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum etdi və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutdu.Həmin dövrdə şəhid olmuş xocalılıların Ağdam Cümə Məscidinə daşınmasında yaxından kömək etmiş Ağdam şəhər sakini  Barat Abbasoğlu xatirələrini Oxu24.com-la bölüşüb.B. Abbasoğlu bildirib ki, o zaman Ağdam dövlət bankında işləyirdim və  inkasatorların ratsiyasında dalğa qarşıdığından Xocalıda baş verən ağır durumu eşidib, bilirdik:” 25 fevral gecəsi  Ağdam tərəfdən Xankəndi istiqamətində  mərmilər atılırdı. Durumun ciddiliyi məlum idi. Amma o məşum xəbəri səhər tezdən eşitdik.  Eşidən kimi də inkasator Telmanın maşını ilə  əlimizdən gələni etmək üçün  yollara düşdük. Şelli kəndi istiqaməti, Ağdam məsçidi, Ağdam Mərkəzi Xəstəxanası və Ağdam Xalq Cəbhəsinin qərargahı arasına qalmışdıq. Nəhayət Şelli tərəfdən 3 xocalılını   götürüb xalq cəbhəsinin qərargahına gətirdik. Sonra, məsçidə getdik. Artıq soyqrımına məruz qalanların nəşi yavaş yavaş yuyulub kəfənlənirdi. Meyidlərin boşaldılmasındakömək etməyə başladıq . Həyatımda görmədiyim mənzərənin şahidi idim. Düzdür, 20 noyabr şəhidlərinin də  məsciddə avtomobillərdən biz boşaltmışdıq amma bu dəfə mənzərə daha dəhşətli idi. Ən çətini böyük maşınların üstündə gətirilən beş-altı meyidi bir birindən aralaması olurdu. Çünki istər istəməz bu qədər bir yerdə ölü can görmədiyin üçün, qolun, qılçın kimə aid olduğunu ilk baxışda ayrıd etmək olmurdu. Həqiqətən dəhşətli mənzərə idi... Heç filmlərdə belə vəhşiliyi izləməmişdik ki, həyatda erməni qaniçənlərin törətdikləri quduzluğun, şərəfsizliyin şahidi olurduq. Anaların, qız gəlinlırin fəryadı qan dondururdu. Amma onlardan biri yük maşınında gətirilən meyidlərin içərisindən  öz doğmasının parçalanmış , didik -didik olmuş, buzlamış  cəsədini tapanda ağlaya-ağlaya, haray çəkə-çəkə sevinirdi, bütün xocalılılar  ona “gözaydınlığı” verirdilər.O anları indi də unuda bilmirəm, yadımdadır ki, meyidləri maşından düşürə-düşürə  qeyri - ixtiyari gözlərimdən yaş süzülürdü. İnsanlar şokdaydı.Heç kimin ağlına gəlməzdi ki, bütöv bir şəhəri qıralar... Ən ağrılı müşahidə etdiyim hallardan biri də, məsciddə doğmasını axtarıb tapmayan kişilərin düşdüyü durum idi. Əllərindən heç nə gəlmədiyindən və hər şeyini, bütün doğmalarını itirdiyindən, analarımız kimi sinə vurub, ağı deməkləriydi.. İndidə gözümün qarşısından çəkilmir , donub ölmüş  bir uşağın açıq qalmış gözləri, o gözlərdə həkk olub qalmış dəhşətli baxışlar... O baxışlar məni ölənə qədər tərk etməyəcək...Məsçiddə Ağdamın qadınları Xocalı qadınlarına ürək- dirək verir, üzlərinin ətini dırnaqları ilə didməməsi üçün əllərini tutur, sonrada ordan çıxanlara qoşulub sinə vurur, ağı deyir, dərdli insanların dərdinə şərik olmağa çalışırdılar... Bu aradabu gün  başda axund Barat və digər mollaları, ən başlıcası bizim evdən bir az aralı yaşayan Haqverdi kişini yad etməmək genah olar. İstər Xocalı qətlamı vaxtı, istərsədə müharibənin gedişində Şəhidlərin yuyulub kəfəblənmısində bu adamın əziyyəti sonsuzdur, eləcə də Axund Barat və digər mollalarımızın əziyyəti... Qapı bir qonşumuz İldlrım əminin qızı Xocalıya gəlin köçmüşdü. İnstitutda oxuyanda bir- birini bəyənib sevmişdilər. Xocalıda olmasalar da qohum əqrabaları orda idi. Xəstəxanada hündür boylu İldırım əmini qıraqdan hönkürtü ilə ağladığını gördüm, istədim yaxınlaşam, sonra fikrimi dəyişdim, dedim qoy rahat ürəyəyini boşaltsın. Qudasını, yeznəsinin qohumlarını soraqlamağa gəlmişdi... Vəhşiliyi görüb özün hakim ola bilməmişdi. Hönkürtüsü dəhlizdə əks -səda verirdi.Onsuzda əksəriyyət kişilər kənara çəkilib,ürəklərini boşaldırdı. Həmən gün daşda ağlayırdı bu dərdə... Bütün Ağdam ayaqdaydı. Şelli istiqaməti, Ağdam Baş Xəstəxanası, Ağdam məsçidi, Xalq Cəbhəsinin o vaxtkı “Lenin bağı”nda olan qərargahı insanlarımızla dolu idi. Hər kəs yuxarıda qeyd etdiyim kimi nəsə etməyə çalışırdı. Kimisi isti pal paltar gətirir, kimisi evdə hazırlatdırdığı yeyecək gətirir, kimisi gecələməyə evlərinə dəvət edir, cavanlarımızın idarə etdiyi sovet maşınları da hır kəs üçün hazır idi. Qohumların axtaran insanlar o maşınlara əyləşib, gah məsçidə, gah xəstəxanaya, gah cəbhənin qərargahına, gah da Şelli və Avdal Gülablı istiqamətinə gedirdilər.... Danışdıqca, sanki o günləri bir daha yaşayıram...-deyə Ağdamın fəallarından olan  Barat Abbasoğlu bildirib.      Əntiqə Rəşid

İlhamə Quliyevaya cinayət işini KİM AÇIBMIŞ?  —  Keçmiş köməkçisindən sensassion AÇIQLAMA 

Bu gün Azərbaycanın və Dağıstanın Xalq artisti, “Şərəf” və “Şöhrət” ordenli müğənni  İlhamə Quliyevanın anım günüdür. Xalq artistinin  vəfatından 10 il ötür. 1943-cü il təvəllüdlü Quliyeva II Fəxri Xiyabanda - anası Tükəzban İsmayılova və atalığı Həbib Bayramovun məzarları ilə eyni sırada dəfn olunub.Anım günündə Oxu24.com-un əməkdaşı Xalq artistinin mətbuat katibi olmuş və onunla qalmaqallı şəkildə ayrılan,həbsxanaya düşən tanınmış jurnalist Mehriban Bəylərqızı ilə müsahibə aparıb.Həmin müsahibənin bir hissəsini  təqdim edirik:Tam hissəni LİNKdən oxuya bilərsiniz.-Detallı danışaq.Videonu kim çəkdi?-Mən İlhamə xanımın evinə gəldim.Həmin vaxt qapını bağladılar,məni döydülər.Orxanın dostu Vüqar İlhamə xanımın əlinə bıçaq verdi ki,məni vursun.İlhamə xanım ayağıma bıçaqla vurdu,məni qan apardı.Bunu görən İlhamə xanımın huşu getdi,şəkəri qalxdı.Çox pis vəziyyətdə qaldı.Başları ona qarışdı,mən köməksiz vəziyyətdə qaldım.Özümə yardım etməyə çalışdım...-Videoda bir qadın da var idi.O,kim idi?-Mən onu tanımırdım şəxsən.Özünü Məsmə kimi təqdim edirdi.O,Vüqarın yanında idi.Belə qara-qura işlərlə məşğul olurdular.Hamısı da qanunla cəzasını aldılar.-Bəs,evdən necə çıxdınız?-Həmin vaxt tanınmış bir müğənni İlhamə xanımın evinə gəldi.Onun köməkliyi ilə evdən çıxa bildim.-Kim idi O?-Demək istəmirəm...O günlər çox acıdır mənim üçün...-Kişi idi,ya, qadın?-Kişi müğənnisi,İlhamə xanımla çox yaxın idi.Tələbəsi olmuşdu ...-İlhamə xanımın tələbəsi Ülvü Qılınc,Elton Hüseynəliyev...-Ülvü Qılınc idi...-Xilas oldunuz,bəs niyə şikayət etmədiniz?-Əslində mən şikayət etməyə getmişdim.Həmin vəzifəli şəxsin otağında olarkən İlhamə xanıma mənə zəng etdi.Dedi ki,dur,gəl bizə.Hər şeyi bitirək,mənə səhv məlumat veriblər.Məni inandırdı və yenidən ikinci dəfə onun evinə getdim.Həmin vaxt İlhamə xanım tək olduğunu demişdi mənə.Evə girdikdən sonra qəfildən Vüqar,Orxan və Faiq Ələkbərli otaqdan çıxdılar.Mənə təyziqlər oldu,fiziki güc tətbiq etdilər və mənim diz çöküb,İlhamə xanımdan üzr istəməyimə məcbur etdilər.Məni ağlasığmaz şeylərlə şantaj edirdilər...Videonu çəkdikdən sonra məni gecə saatlarında evə buraxdılar...-Yenə şikayət etmədiniz?-Onlar bu videonu çəkməklə guya mənim günahkar obrazımı yaratmaq və əllərində saxta fakt kimi aidiyyatı orqanlara təqdim etmək istəyirdilər və belə də etdilər.-Və sonra?-İlhamə Quliyevanın tapşırığı ilə onun yüksək vəzifədə olan yaxın dostunun iştirakı ilə mənə cinayət işi açıldı...İdarə rəisi idi.-Kim idi o vəzifəli?Hazırda işləyir?-Çox yüksək vəzifəsi var idi.Hazırda məncə,yox.-Sizə cinayət işi harada açıldı?-Bakı şəhər Baş Polis İdarəsində...-Həmin vaxt İdarənin rəisi general-mayor Mirqafar Seyidov idi.-Bəli,İlhamə xanımla çox yaxın dost idilər.Mənim həbsimdən bir müddət öncə həmin şəxslər başqa bir yüksək vəzifəli şəxsin evinə gediblər.Orada söhbət gedib ki,Mehribana cinayət işi açılmalı və həbs olunmalıdır.Deyiblər ki,bu,İlhamə Quliyevanın göstərişidir…Bu faktı rəsmi şəxs  özü də açıq etiraf edib.-Kimdir O?-Hazırda istefada olan  mayordur...-Onun yanına kimlər idi gedən?Nə istəyiblər ondan?-Mayor mənə sonradan dedi ki,sənin həbs olunmağınla bağlı tanınmış şəxslər  onun evinə gediblər…- Bunu həmin şəxs bizə də etiraf edə bilər?-İstəsəniz,zəng edim,özü danışsın…Harda qalmışdıq?...Sizi həbs etdilər və istintaq necə getdi?-Çox qəribə bir hal yaşandı.Mən həbs olunduqdan sonra işimə baxan müstəntiqlər dəyişdilər.İşə baxan birinci müstəntiq mənim günahsız olduğumu demişdi.Sonradan iş ondan alındı,başqasına verildi.Sonradan gələni də dəyişdilər...-Səbəb nə idi?Niyə dəyişirdilər müstəntiqləri?-Əslində mənə də aydın deyil. Maraqlısı odur ki,müstəntiqlər mənim həbs olunmağım üçün əsas tapa bilmirdilər.Hamısı qarşı tərəfin uydurduğu saxta ittihamlar idi...Həmin dövrdə "Nardaran" hadisələri baş vermişdi.Məlum  hadisə ilə bağlı araşdırmaya müstəntiqlər ayrılırdı.Bu,səbəbdən də mənim işim onlardan alınmışdı.-Bəs,sizə açılmış cinayət işinin istintaqını kim apardı?-Müşfiq Abbasov...- Necə getdi istintaq,razı qaldınız?-Mənə qarşı çox haqsızlıqlar oldu.Müşfiq Abbasov əslində məni qanuni əsaslarla azadlığa buraxa bilərdi.Amma etmədi...-Daha dəqiq desək...Hansı  əməllərdən narazı qaldınız?-Mən tələb edirdim ki,üzləşmə aparılsın,şahid varsa,dindirilsin .Amma sanksiya müddətində Müşfiq Abbasov məni heç kimlə üzləşdirmədi...Hər dəfə sanksiya müddəti əsassız olaraq uzadılırdı. Axırda da işi verdi məhkəməyə. Sonda ədalətli məhkəmə və İlahi ədalət sayəsində azadlığa çıxdım...- İlhamə Quliyevanın ölümünü həbsxanada olarkən eşitdiniz?10 il əvvələ qayıdaq…-Bəli,səhər tezdən efirə baxırdıq.Birdən xəbərlərdə onun ölümünü eşitdim.Huşumu itirdim,ürəyim getdi.Məni bir neçə saatdan sonra ayıldıla bilmişdilər...- Onun ölümü sizin azadlığa çıxmağınıza səbəb oldu?-Yox,bu fikir tamamı ilə  yalnışdır.Əksinə,İlhamənin ölümü mənim həbsdən çıxmağımı gecikdirdi...Mənim azadlığa çıxmağım sırf ədalətli məhkəmə sayəsində və məni müdafiə edən tanınmış şəxslərin çağırışları oldu.Məni həbs edəndə dedilər ki,biz sizi bu yolla onlardan qoruyuruq.Həmin vaxt  çöldə olsaydım,başıma çox işlər gələ bilərdi.Bunu mənə İdarədə də demişdilər.Onlar məni həqiqətən də mühafizəyə aldılar və vaxtı çatanda azadlığa çıxdım.- İlhamə xanımın özünə cinayət işi açılıbmış?- Bəli,bu haqda mən də eşitmişəm.Özü də bir neçə mənbədən...Dedilər ki,həm mənim məsələmə görə,həm də başqa işlərə görə,ona cinayət işi açılıbmış...Eşitdiyimə görə,bu məsələ ilə bağlı ona zəng ediblər...Vəziyyəti çox pisləşib və dünyasını dəyişib...Bir söz deyim,bu işdə mənə tələ quran 7 nəfər olub.Hamısı da öz cəzasını alıb...Onları Allah cəzalandırdı.Amma 7 nəfərin adını çəkmirəm...İlhamə Quliyevadan sizə nəsə qaldı?-Bircə o məşhur telefon nömrəsi... O,da mənim adıma idi.Sonradan Orxan istədi,həmin nömrəni də ona verdim...Bir də üzük hədiyyə vermişdi. Onu da məlum hadisələrdə əlimdən aldılar.Müsahibəni apardı: Miri Məcidli

“İlhamə Quliyevanın evindən məni həmin müğənni xilas etdi” —  10 ildən sonra açılan ŞOK FAKT   —  ÖZƏL MÜSAHİBƏ

Bu gün Azərbaycanın və Dağıstanın Xalq artisti, “Şərəf” və “Şöhrət” ordenli müğənni  İlhamə Quliyevanın anım günüdür. Xalq artistinin  vəfatından 10 il ötür. 1943-cü il təvəllüdlü Quliyeva II Fəxri Xiyabanda - anası Tükəzban İsmayılova və atalığı Həbib Bayramovun məzarları ilə eyni sırada dəfn olunub.Anım günündə Oxu24.com-un əməkdaşı Xalq artistinin mətbuat katibi olmuş və onunla qalmaqallı şəkildə ayrılan,həbsxanaya düşən tanınmış jurnalist Mehriban Bəylərqızı ilə müsahibə aparıb.Həmin müsahibəni təqdim edirik:-Mehriban xanım,necəsiniz?İşlər necə gedir?-Çox sağolun,hər şey qaydasındadır.Öz sahəmizdə çalışırıq. Hazırda Türkiyədə “TürkAz İnformasiya Ajansı”nın  media sektorunda Sahil İmanovun rəhbərliyi ilə çalışıram. İşlərimiz Azərbaycanı təbliğ etmək,informasiya vermək və yeni layihələr təqdim etməkdir.Hazırda işlərimlə bağlı Bakıdayam.-Sizinlə müsahibəyə hazırlaşarkən qarşıma maraqlı kadrlar çıxdı.Sizi,cənab Ərdoğanın sonuncu seçkilərdə qalib gəlməsi zamanı təşkil olunmuş tədbirdə gördüm.Cənab Ərdoğanın  "balkon"una qədər gedib,çıxmısınız..-Bəli,Cənab Ərdoğan seçkilərdə qalib gələndə biz də Ankaradaydıq.Sandıqlar açıldı,səslərin sayımına başlandı.Üstüklük Cənab Ərdoğanda olduğunu görəndə çox sevindik.Biz də hamı  kimi o məşhur “balkon”a can atmaq istəyirdik.Türkiyədəki rəhbərim Sahil İmanovun dəstəyi ilə mən də bu proseslərdə iştirak etdim.Mühafizəçilər əlimdə Azərbaycan bayrağını görəndə mənə yol açdılar. Bu görüntülər Türkiyə mediasında da böyük məşhurluq tapdı .Orada hər kəs Azərbaycan bayrağına diqqət yetirirdi.Həmin vaxt bir Azərbaycan xanımı kimi qürur keçirdim. Qardaş ölkədə iştirak etdiyim bütün tədbirlərdə,verilişlərdə Azərbaycan bayrağı ilə çıxış edirəm.-Mehriban xanım,gördüyüm kimi kifayət qədər ciddi ortamda olmusunuz.Niyə bu gün aktiv deyilsiniz?- Niyə mən yoxam?Niyə məni verilişlərə dəvət etmirlər?Bu mənim özüm üçün də qaranlıq qalıb...Mən  Azərbaycanda kanallardan birinin  Parlament müxbiri olmuşam.Ciddi şəxslərlə müsahibələr aparmışam.İndi ortada olanların əksəriyyəti o qədər də ciddi olmayan şəxslərdir.Bu,çox acıdır...- Siz həm də şəhid bacısısınız...-Bəli,qardaşım I Qarabağ Müharibəsində,Murov dağlarında şəhid olmuş Emin İbrahimovdur. Biz onunla 19 yaşında vidalaşdıq...Bu barədə danışmaq mənə çox çətindir...-Qardaşınız harada dəfn olunub?-Bərdədə, kənd qəbiristanlığında dəfn olunub.Anam belə istədi. Ona görə Şəhidlər Xiyabanında dəfn olunmadı.Sonradan qardaşımın məzarının Şəhidlər Xiyabanına köçürmək istəsələr də,anam buna razı olmadı.Bu gün anamla qardaşımın məzarı yanaşıdır...Biz özümüz İbrahim xanın nəslindənik.Ailəmiz böyükdür.-Mehriban xanım,görüşümüzün əsas məqsədi mərhum Xalq artisti İlhamə Quliyeva haqqında söhbət  olduğunu bilirsiniz.Necə oldu ki,siz onunla işbirliyinə başladınız?-İlhamə xanımla bizim tanışlığımız çoxdan var idi.Mən hələ o zamanlar “oxumeni” qəzetində çalışanda  İlhamə xanımla müsahibələr alırdım.Tanışlığımız yaranmışdı.Hətta İlhamə xanım bir neçə dəfə bizim evimizə də gəlib. Ona sevdiyi samovar çayı dəmləyirdim...Beləcə  münasibətlər  yarandı.Günlərin birində İlhamə xanım mənə işçi kimi onunla çalışmağımı təklif etdi. Həmin vaxt mən “Lider” kanalında idim. Təxminin 2013-cü ilin may-iyun ayları idi.Sezon bitdiyinə görə  əməkdaşlıq üçün ona razılıq verdim.-Hansı şərtlərlə?-Mən həmin vaxt televiziyada və qəzetdə çalışırdım.İlhamə xanıma dedim ki,sizin yanınızda mətbuat katibi kimi işləsəm,gərək bu işlərimi də görə biləm. O,əslində buna razı olmamışdı.Buna baxmayaraq birtəhər dil tapa bildik.Əməkhaqqı razılaşıdıq və işə başladıq.-Əməkhaqqının məbləğini açıqlaya bilirik?-Əvvəl mənə dedi ki,indiyə kimi heç kəsə aylıq maaş verməmişəm. Deyirdi ki,yanımda işləyənləri dolandırıram. Mənsə,buna razılaşmırdım. Dedim,müəyyən xərclərim var,aylıq maaşla işləyə bilərəm. Qısası,aylıq mənə 2000 manat maaş verirdi.-Xasiyyəti necəydi?Yola gedə bilirdiniz?-Əslində İlhamə xanım göründüyü kimi deyildi. O,kənardan hegemon,əsəbi,qəddar kimi görünsə də,daxilində kövrək və dərdli qadın idi..Amma bunu çox da büruzə verməzdi.-Nə idi dərdi?-Övlad dərdi,sağlamlıq...O qədər problem var idi ki...-Övladı var idi İlhamə xanımın?-Mənə çox şeyləri danışırdı.Deyirdi ki,bir qız uşağı dünyaya gətirib.Həmin uşağın doğuş zamanı öldüyünü ona deyiblər.Amma bu məsələ onun üçün qaranlıq qalmışdı.Həmin qızın taleyi barədə əlavə nəsə danışmırdı. Daha sonra özü mənə dedi ki,bir dəfə də ana olmaq şansı olub.Amma ona xarici ölkələrin birində tibbi müdaxilə ediblər.Bu zaman onun ana olmasına əngəl olan bir əməliyyat keçirilib.Özü deyirdi ki,bunu onun düşmənləri edib ki,bir də ana ola bilməsin...-İlhamə xanımın qazancı hardan idi?-İlhamə xanımın gəlirləri yaxşı idi.Dövlətdən pensiya alırdı,dostları,iş adamları dəstək olurdular.Bundan əlavə evini satıb,banka qoymuşdu.Oradan aylıq 3000 manat faiz pulu alırdı.Bunlarla çox yaxşı dolanırdı.-Biz gördüyümüz qədər varlı  deyildi onda?-Əslində yox...Sadəcə İlhamə xanımın özünü belə göstərməyi xoşlayırdı.Dəbdəbəni,geyimi-keçimi çox sevirdi.Paltarlarının pulunu çox vaxt almırdılar,ona hədiyyə edirdilər.Özü də çox zövqlü xanım idi.Taclar,qır-qızıl taxmağı sevirdi.-Taclardan söz düşmüşkən,onlar həqiqətən də qızıldan,brilliantdan idi?-Düzünü deyəcəm...Yox...Bu,bir şou idi.Əslində taclar adi bir aksesuar idi.-Onda balonlarla daş-qaş söhbəti də uydurmadır?-Onun balonlarla qızılı,brilliantı olmayıb.Düzdür,sənət adamları ona ad günündə,bayramlarda hədiyyələr verirdilər.Özü hədiyyə almağı çox sevirdi.Anası Tükəzban xanımdan da ona müəyyən qızıllar qalmışdı.Amma bunlar o qədər də çox deyildi.-İlhamə xanım harada yaşayırdı?-İlhamə xanım “Elmlər”metrosu yaxınlığında yerləşən hündürmərtəbəli evdə yaşayırdı.Anasından qalma evi də var idi.Amma orada heç kim yaşamırdı.Bağlı qalırdı.Arada gedib,baxırdıq.-Evinə qonaqlar,dost-tanış,qohum-əqraba gəlirdi?-Dostları çox idi.Əsasən də iş adamları,vəzifəli şəxslər.Qohumlardan bacısı İradə və müğənni Əli Mirzəliyev,onun qızı daha çox gəlirdi.Əli Mirəliyevin bağına da tez-tez qonaq gedirdik.-Qohumlara maddi,mənəvi dəstəyi dəyirdi?-Yox,mən görməmişəm...-Evdə necə idi?Yeməyi sevən xanım idi.Kim bişiridi yeməkləri?-Desəm,inanmayasınız...Bütün yeməklərini özü bişirirdi.Özü də gözləyirdi ki,mən də gələm,birgə yeyək...Çox qurman xanım idi.-Deyirdilər ki,İlhamə xanım filankəsə qadağa qoydurdu,filankəsi efirdən kənarlaşdırdı və s.Bunlar nə dərəcədə realdır?-Bu haqda düzünü deyəcəm.İlhamə xanımın sənət adamları ilə arada münasibətləri gərginləşirdi.Bunu isə İlhamə xanımın məndən əvvəl mətbuat katibi olmuş şəxs edirdi.O,müğənnilər haqqında doğru olmayan sözləri İlhamə xanıma çatdırırdı.Belə olanda bərk əsəbiləşirdi və efirlərə zəng edib,həmin müğənniyə qadağa qoydururdu.Bildiyiniz kimi,Tarix Əliyev (Tolik) də onunla işləyib.Özü deyirdi ki,Tolikdən çox razıyam.Tolik onun yanından gedəndən sonra pis olmuşdu.Onu bütün müğənnilərlə üz-üzə qoyan əvəlki mətbuat katibi olmuş şəxs  idi...”Mamacan” deyə-deyə işini görürüdü.-Gələk,xəstəlik məsələsinə.İlhamə xanıma nə olmuşdu?-O,heç vaxt xəstəliyi barədə danışmırdı.Amma evin içərisi mən idim deyə,hər şeyi bilirdim.Amma bunu mətbuata çıxmağa qoymurdum.Bildiyiniz kimi,İlhamə xanım ürək əməliyyatı keçirmişdi.Onun ayaqlarından damar götürüb,ürəyinə yerləşdirmişdilər.Bundan sonra o ayaqlarına gözəllik üçün “dolğu” tətbiq etmişdi.Həmin əməliyyatdan sonra onda problem yaranmışdı.Ayaqlarında çürümə gedirdi.Bununla bağlı çox yerlərdə olduq.İrandan bir həkim gəlmişdi.Dedi ki,sizin ayağınız kəsilməlidir.Bu sözü eşidəndə İlhamə xanım çox əsəbiləşdi,həmin cərraha çox sərt şəkildə cavab verdi.Bu hadisədən sonra tanınmış türkiyəli həkimlə görüşdük.Həkim Həyat Akbaşın  təklifi ilə biz Türkiyədə yerləşən “19 Mayis” xəstəxanasına getdik.Əhməd bəy adlı tanınmış həkim onu müayinə etdi və 3 ağır əməliyyat keçirdi.Onun ayağına xüsusi maddə yeridildi ki,çürükləri təmizləsin.Həkim ona demişdi ki, qətiyyən əsəb,stress olmaz.Çünki ağır əməliyyat keçirmişdi.-Bunu mediadan gizlətdiniz?-Bu haqda heç kim bilmirdi.Yalnız ikimiz bilirdik.Mənə dedi ki,mətbuata bildir ki,İlhamə xanım köməkçisi ilə xaricə dincəlməyə gedib.Bu ərəfələrdə İlhamə xanım bütün əmlakını mənim adıma keçirmişdi.İkimiz  birlikdə 44 saylı natariusa getdik və həmin etibarnaməni mənə verdi. O,əmlakını mənim adıma keçirdəndə Quranı ortaya qoydu və mənim and içməyimi istədi.Mən də and içdim ki,sizin əmlakınızda gözüm yoxdur.O,istəyirdi ki,evi muzey kimi qalsın,paltarlarına əl vurmasınlar.Bunları da mənə etibar edirdi.-Başa düşmədim.İlhamə xanım bütün var-dövlətini sizə verirdi?-Yox,əməliyyata girəndə qorxurdu ki,ona nəsə olar.Çünki vəziyyəti yaxşı deyildi.Ağrıkəsicilərlə yaşayırdı.Əmlakları etibarnamə ilə mənə vermişdi ki,başına bir işgəlsə,əmlakları əldən çıxmasın.-Bəs,Orxan?Ona oğlum deyirdi...-Orxanla İlhamə xanımın münasibətləri mən onlara gələndə bir qədər sərin idi,inciklik var idi.Sonradan mən onların arasında mehribanlıq yaratdım.Onlar İlhamə xanımın evinə bayramlarda,ad günlərində gəlib,gedirdilər.-Orxanın yoldaşı Arifə xanım bəs?-Açığı İlhamə xanım onu sevmirdi.Deyirdi ki,bizə uyğun gəlin olmadı.Amma nəvəsi Ruslanı çox istəyirdi.Orxan Arifədən ayrılıb,başqası ilə ailə həyatı qursaydı,İlhamə xanım bütün var-dövləti ona verərdi.Mən belə görürdüm.-Orxandan söz düşmüşkən.Deyirlər ki,o həyatda yoxdur...-Mən də mediadan gördüm.Fikrimcə,həqiqətən bu,belədir.İnşallah ki,sağ olması barədə xəbərin alarlar...-Mövzu o qədər genişdir ki,Türkiyədəki əməliyyatdan gəlib Orxana çıxdıq...Qayıdaq Türkiyəyə.Orada nə baş verdi?Həkimlər nə dedilər?-Orada İlhamə xanımı çox ağır əməliyyatlar etdilər.Hardasa 1 ay orada qaldıq.Əməliyyatdan sonra bir qədər yüngüllük hiss edirdi.Amma artıq o deyildi.Biz Azərbaycana qayıtmalı olduq.Gecə ilə Bakıya gəldik.İlhamə xanımı əlil arabasında gətirdim.-İlhamə xanım kimi bir qadın əlil arabasında hava limanına girməyə razı oldu?-İnanın ki,o qadın çox qürurlu idi.Bilet yoxlanışı zamanı pasportunu işçilərə verəndə özü ayaqları ilə getdi.İstəmirdi ki,onu əlil arabasında görsünlər.-Xarici pasport dediniz.Bir məsələ yadıma düşdü.İlhamə xanımın diplomatik pasportu var idi?Bu haqda nə bilirsiniz?-Bəli,onun xarici pasportu fərqli idi.Biz xaricə gedəndə o başqa yoxlama məntəqəsindən keçirdi.”VİP” uçuşlardan istifadə edirdi.Diplomatik pasportu necə aldığını mən bilmirdim.-Diplomatik pasport demişkən.Deyirdilər ki,İlhamə xanım diplomatlarla,məmurlarla sıx dostluq əlaqəsindədir.Bəzi işlərində bu əlaqələrdən istifadə edir.Bunun şahidi olmuşdunuz?-Bilirsiniz,İlhamə xanım Xalq artisti idi,tanınmış sənətçi idi.Ona hörmət edirdilər.Hava limanında nazirlər,məmurlar onunla salamlaşırdılar,söhbət edirdilər.Ola bilər ki,bu zaman sözlərini də deyirmiş...-Ölkəyə qayıtdınız,nə baş verdi sonra?-Əməliyyatdan sonra Bakıya qayıtdıq.Sən demə biz orda olanda mənə qarşı burada plan cızırlarmış.İlhamə xanım salonda deyibmiş ki,hər şeyi Mehribanın adına keçirmişəm.Bu sözü Orxana çatdırıblar.Bu,məsələ Orxana pis təsir edib.Bu məsələdən sonra mənə qarşı plan hazırlanıb ki,məni İlhamə xanımdan uzaqlaşdırsınlar.-Dediniz,plan qurublar.Kimlər idi onlar?-Əslində bunu çoxları bilir.Mənə qarşı plan quranların hamısı cəzasını alıb...-Planı necə cızmışdılar ki?-Biz İlhamə xanımla Türkiyədə müalicədə olanda bunlar öz aralarında işlər görüblər.Biz qayıtdıqdan sonra mən rayona getmişdim.Rayonda olanda İlhamə xanıma zəng etdim,telefonu açmadı.Özüm də məəttəl qaldım.Nə baş verdiyini bilmədim.Bakıya qayıdanda İlhamə xanım məni evinə çağırdı.Həmin məlum videodakı hadisələr baş verdi.-Detallı danışaq.Videonu kim çəkdi?-Mən İlhamə xanımın evinə gəldim.Həmin vaxt qapını bağladılar,məni döydülər.Orxanın dostu Vüqar İlhamə xanımın əlinə bıçaq verdi ki,məni vursun.İlhamə xanım ayağıma bıçaqla vurdu,məni qan apardı.Bunu görən İlhamə xanımın huşu getdi,şəkəri qalxdı.Çox pis vəziyyətdə qaldı.Başları ona qarışdı,mən köməksiz vəziyyətdə qaldım.Özümə yardım etməyə çalışdım...-Videoda bir qadın da var idi.O,kim idi?-Mən onu tanımırdım şəxsən.Özünü Məsmə kimi təqdim edirdi.O,Vüqarın yanında idi.Belə qara-qura işlərlə məşğul olurdular.Hamısı da qanunla cəzasını aldılar.-Bəs,evdən necə çıxdınız?-Həmin vaxt tanınmış bir müğənni İlhamə xanımın evinə gəldi.Onun köməkliyi ilə evdən çıxa bildim.-Kim idi O?-Demək istəmirəm...O günlər çox acıdır mənim üçün...-Kişi idi,ya, qadın?-Kişi müğənnisi,İlhamə xanımla çox yaxın idi.Tələbəsi olmuşdu ...-İlhamə xanımın tələbəsi Ülvü Qılınc,Elton Hüseynəliyev...-Ülvü Qılınc idi...-Xilas oldunuz,bəs niyə şikayət etmədiniz?-Əslində mən şikayət etməyə getmişdim.Həmin vəzifəli şəxsin otağında olarkən İlhamə xanıma mənə zəng etdi.Dedi ki,dur,gəl bizə.Hər şeyi bitirək,mənə səhv məlumat veriblər.Məni inandırdı və yenidən ikinci dəfə onun evinə getdim.Həmin vaxt İlhamə xanım tək olduğunu demişdi mənə.Evə girdikdən sonra qəfildən Vüqar,Orxan və Faiq Ələkbərli otaqdan çıxdılar.Mənə təyziqlər oldu,fiziki güc tətbiq etdilər və mənim diz çöküb,İlhamə xanımdan üzr istəməyimə məcbur etdilər.Məni ağlasığmaz şeylərlə şantaj edirdilər...Videonu çəkdikdən sonra məni gecə saatlarında evə buraxdılar...-Yenə şikayət etmədiniz?-Onlar bu videonu çəkməklə guya mənim günahkar obrazımı yaratmaq və əllərində saxta fakt kimi aidiyyatı orqanlara təqdim etmək istəyirdilər və belə də etdilər.-Və sonra?-İlhamə Quliyevanın tapşırığı ilə onun yüksək vəzifədə olan yaxın dostunun iştirakı ilə mənə cinayət işi açıldı...İdarə rəisi idi.-Kim idi o vəzifəli?Hazırda işləyir?-Çox yüksək vəzifəsi var idi.Hazırda məncə,yox.-Sizə cinayət işi harada açıldı?-Bakı şəhər Baş Polis İdarəsində...-Həmin vaxt İdarənin rəisi general-mayor Mirqafar Seyidov idi.-Bəli,İlhamə xanımla çox yaxın dost idilər.Mənim həbsimdən bir müddət öncə həmin şəxslər başqa bir yüksək vəzifəli şəxsin evinə gediblər.Orada söhbət gedib ki,Mehribana cinayət işi açılmalı və həbs olunmalıdır.Deyiblər ki,bu,İlhamə Quliyevanın göstərişidir…Bu faktı rəsmi şəxs  özü də açıq etiraf edib.-Kimdir O?-Hazırda istefada olan  mayordur...-Onun yanına kimlər idi gedən?Nə istəyiblər ondan?-Mayor mənə sonradan dedi ki,sənin həbs olunmağınla bağlı tanınmış şəxslər  onun evinə gediblər…- Bunu həmin şəxs bizə də etiraf edə bilər?-İstəsəniz,zəng edim,özü danışsın…Harda qalmışdıq?...Sizi həbs etdilər və istintaq necə getdi?-Çox qəribə bir hal yaşandı.Mən həbs olunduqdan sonra işimə baxan müstəntiqlər dəyişdilər.İşə baxan birinci müstəntiq mənim günahsız olduğumu demişdi.Sonradan iş ondan alındı,başqasına verildi.Sonradan gələni də dəyişdilər...-Səbəb nə idi?Niyə dəyişirdilər müstəntiqləri?-Əslində mənə də aydın deyil. Maraqlısı odur ki,müstəntiqlər mənim həbs olunmağım üçün əsas tapa bilmirdilər.Hamısı qarşı tərəfin uydurduğu saxta ittihamlar idi...Həmin dövrdə "Nardaran" hadisələri baş vermişdi.Məlum  hadisə ilə bağlı araşdırmaya müstəntiqlər ayrılırdı.Bu,səbəbdən də mənim işim onlardan alınmışdı.-Bəs,sizə açılmış cinayət işinin istintaqını kim apardı?-Müşfiq Abbasov...- Necə getdi istintaq,razı qaldınız?-Mənə qarşı çox haqsızlıqlar oldu.Müşfiq Abbasov əslində məni qanuni əsaslarla azadlığa buraxa bilərdi.Amma etmədi...-Daha dəqiq desək...Hansı  əməllərdən narazı qaldınız?-Mən tələb edirdim ki,üzləşmə aparılsın,şahid varsa,dindirilsin .Amma sanksiya müddətində Müşfiq Abbasov məni heç kimlə üzləşdirmədi...Hər dəfə sanksiya müddəti əsassız olaraq uzadılırdı. Axırda da işi verdi məhkəməyə. Sonda ədalətli məhkəmə və İlahi ədalət sayəsində azadlığa çıxdım...- İlhamə Quliyevanın ölümünü həbsxanada olarkən eşitdiniz?10 il əvvələ qayıdaq…-Bəli,səhər tezdən efirə baxırdıq.Birdən xəbərlərdə onun ölümünü eşitdim.Huşumu itirdim,ürəyim getdi.Məni bir neçə saatdan sonra ayıldıla bilmişdilər...- Onun ölümü sizin azadlığa çıxmağınıza səbəb oldu?-Yox,bu fikir tamamı ilə  yalnışdır.Əksinə,İlhamənin ölümü mənim həbsdən çıxmağımı gecikdirdi...Mənim azadlığa çıxmağım sırf ədalətli məhkəmə sayəsində və məni müdafiə edən tanınmış şəxslərin çağırışları oldu.Məni həbs edəndə dedilər ki,biz sizi bu yolla onlardan qoruyuruq.Həmin vaxt  çöldə olsaydım,başıma çox işlər gələ bilərdi.Bunu mənə İdarədə də demişdilər.Onlar məni həqiqətən də mühafizəyə aldılar və vaxtı çatanda azadlığa çıxdım.- İlhamə xanımın özünə cinayət işi açılıbmış?- Bəli,bu haqda mən də eşitmişəm.özü də bir neçə mənbədən...Dedilər ki,həm mənim məsələmə görə,həm də başqa işlərə görə,ona cinayət işi açılıbmış...Eşitdiyimə görə,bu məsələ ilə bağlı ona zəng ediblər...Vəziyyəti çox pisləşib və dünyasını dəyişib...Bir söz deyim,bu işdə mənə tələ quran 7 nəfər olub.Hamısı da öz cəzasını alıb...Onları Allah cəzalandırdı.Amma 7 nəfərin adını çəkmirəm...- Dediniz,sizi müdafiə edənlər də oldu.İlhamə Quliyevadan çəkinməyib,bu cəsarətli addımı atanlar kim olub?-Çox oldu. Efirlər,jurnalistlər,deputatlar,müğənnilər..çox adam.. Bir söz deyim.Mənə çox böyük dəstəklərdən biri Xalq artisti Aygün Kazımovanın çıxışı olmuşdu.Bu,xanımı çox sevirəm.Onunla görüşmək istəyirdim...Aygün xanımdan əlavə Nazpəri Dostəliyeva,Elza Seyidcahan,o vaxtki mədəniyyət naziri Əbülfəs Qarayev,deputat Çingiz Qənizadə də məni müdafiə etdi.İlhamə Quliyevadan sizə nəsə qaldı?-Bircə o məşhur telefon nömrəsi... O,da mənim adıma idi.Sonradan Orxan istədi,həmin nömrəni də ona verdim...Bir də üzük hədiyyə vermişdi. Onu da məlum hadisələrdə əlimdən aldılar.-Bu gün şükürlər olsun ki,azadlıqdasınız.Dövlət də,məhkəmə də ədalətin yanında oldu.Necə deyərlər,şər qüvvələr məğlub oldular.Son sözünüz nədir.İlhamə Quliyevaya rəhmət oxuyursunuz?- Bu sual çox çətindir...Bu qədər hadisə baş verib...Bu,bütün insanlara dərs olmalıdır...Allah ona da rəhmət etsin.Mən helə də kinli adam deyiləm.Xeyirxah işlərlə məşğul olmağı,xeyirli vətəndaş olmaq yolunu seçmişəm.Bu gün himayəmdə əri tərəfindən şiddət görmüş,iki övladı olan bir xanım var.Ona dəstək oluram.Övladlarının təhsilində yanındayam.Həmin xanım mənim qohumum deyil,sadəcə bir insan kimi ona dəstəyəm.Müsahibəni apardı: Miri Məcidli

Azərbaycanlı ekspert Rusiyanın ŞOK PLANININ üstünü açdı: Rəqəmlər nə deyir?

"Rusiya savaşa türk xalqlarını bu məqsədlə göndərir, onları qırdırır" - Ekspert səbəbləri sadaladı2025-ci il İtkilər baxımından Rusiya üçün ən qanlı il olub. Beynəlxalq  təşkilat və  media iddia edir ki, təkcə ötən il  49.935 rus hərbçisinin öldüyünü  təsdiqlənib.Məslənin ən diqqət çəkən nüansı odur ki,  ölüm hallarının mütləq sayına görə, siyahının başında Başqırdıstan (7,7 min), Tatarıstan (6,8 min) və Sverdlovsk vilayəti (6,3 min) gəlir. Mövzu ilə bağlı Oxu24.com-un  suallarını  diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk cavablandırıb.-Elnur müəllim, Rusiya  Ukrayna ilə müharibə aparır, amma müharibədə ruslardan daha çox  ölənlər ölkə ərazisindəki türk  kökənli xalqlardır.Rusiya bunu qəsdənmi edir?-Rusiyanın Ukraynaya  qarşı müharibəsi ilk gündən  bütün dünyanın gündəmindədir və qonşu olduğumuz üçün qeyri-ixtiyari biz də bu qanlı müharibəni izləyirik. Əslində müharibənin ilk günündən  görürük ki, döyüşə ən çox türk   və müsəlman dinindən olanlar məcbur aparılır. Hətta  2022-ci ilin payızında ardıcıl səfərbərliyə məruz qalmış etiraz mitinqləri keçirdilər. Başqırd millətçiləri səfərbərliyə cavab olaraq  Respublikanın Rusiyadan ayrılması şüarları altında silahlı müqavimət göstərdilər. Hətta başqırdların bir lideri var: adı Ruslan Qabbasov mediaya dedi ki, bu bizim müharibəmiz deyil:”Başqırdılar niyə Ukraynada “rus dünyası” uğrunda ölməlidirlər?”Hətta deyə bilərəm ki, Tatarıstan rəhbəri də tatarların  müharibəyə aparılmasına qarşı olub.  2010-cu ildən tatarların lideri Rüstəm Minnexanov elan etmişdi ki, yaxşı olar ki, əhalinin sıxlığı ilə seçilən Moskva və Sankt-Peterburqdan əsgər toplasınlar. Amma Rusiya admistrasiyası  bunu qətiyyən qəbul etmədi.- Axı niyə?-Bunun bir çox səbəbləri var. Əsas səbəb odur ki, Rusiya dövlət olub ortaya çıxandan özünə düşmən kimi türkləri seçib. Odur ki, ruslar tarix boyu ən çox müharibə apardığı xalq da, dövlət də Türkiyə olub, türklər olub. Odur ki, istər çar Rusiyası dövründə, istər sovet dövründə , istər müasir  federativ dövrdə  Rusiya pataloji olaraq düşmən hesab etdiyi millətin nümayəndələrinin   məhvini məqsədli şəkildə həyata keçirib.Çox uzaq tarixi demirəm: Sovet hökümətinin yarandığı gündən dağıldığı günə qədər  heç bir günahı olmayan, amma deportasiyaya, represiyaya,  kütləvi işğəncə və qətllərə məruz qalan türk  xalqlarının nümayəndələri olub. -Dediyiniz fikirləri təsdiq edəcək  faktlar çoxdurmu?-Əslində bilmirəm hansından başlayım, amma öz xalqımı qoyub başqa xalqdan başlamaq istəmirəm. Deməli,   1918-ci -ci illərdə  - yəni çar Rusiyası dövründə rus  silahlı bolşeviklərinin və bolşevik qılığına girmiş  daşnakçı ermənilərin Bakıda yaratdığı mart soyqırımı, sovet hakimiyyəti illərində sonra repressiya illəri, sürgün, həbs, kütləvi qətllər türk kökənli azərbaycanlılara qarşı düşmənçilik deyildi? Daha sonra Böyük Vətən Müharibəsində  300 mindən çoxu azərbaycanlılar   kütləvi şəkildə müharibəyə qurban verilmədi? Azərbaycanlıların doğma torpaqlarından 3 dəfə kütləvi şəkildə deportasiya edilməsi düşmənçilik deyil?-Bu hallar sovet imperiyasın başqa xalqlarına qarşı edilibmi?- Türk kökənli istənilən xalq sovet rejiminin  verdiyi deportasiya, qırğın,  repressiya və s. kimi dəhşəti yaşayıb. Qaraçaylılar Qafqazda yaşayan və ilk həyata keçirilən deportasiyanın  qurbanına çevrilən etnik qrupdur. Sonra     balkanlar, Krım tatarları, Axısqa türkləri və kalmıklar  Mərkəzi Asiyaya yola salınıb və xüsusi  yırtıcılığa məruz qalıblar.-Yəqin ki, qazax,  özbək, türkmən kimi  böyük türk xalqlarını  etnik qruplara yaşatdığını yaşada bilməyiblər.- Sovet rejimi onlara da bir  başqa  formada   dəhşət yaşada bilib.Sovet hökümətinin əli ilə erməni daşnak-Nemezis üzvü olan Levon Mirzoyanın  Qazaxıstana göndərilməsinin  səbəbi qazax xalqına qarşı soyqırım törətmək olub. Oxuduğum məlumatlarda deyilir ki, 1920-1933-ci illər sovetin məqsədli şəkildə erməninin əli ilə  Qazaxıstanda qəsdən  yaradılan aclıq fəlakəti səbəbiylə, qazaxların 40 faizindən çoxu, yəni, təxminən 2 milyon 230 min məhv edildi. 110 min qazax sürgün edilib, 25 min insan isə güllələnib...Bu gün əgər Rusiya  Ukraynaya Moskvada kef içərisində yaşayan rusları deyil , türk kökənli xalqların nümayəndələrini  göndərirsə, bu rusların pataloji nifrətinin nəəticidir və rusun atası olan I Pyoturdan qalma vəsiyyətnamənin  məqsədyönlü davamıdır.  - Ətraflı açıqlamaya görə, sizə dərin təşəkkürümüzü bildiririk. Söhbətləşdi: Əntiqə Rəşid

Həbs olunan Müşfiq Abbasov həmin məşhur cinayət işini də aparıbmış — Xalq artistinin adı keçirdi  

Xalq artisti, "Şərəf" və "Şöhrət" ordenli  müğənni  İlhamə  Quliyevanın  vəfatının  növbəti ildönümü  ərəfəsidir.Oxu24.com  bu ərəfədə  Xalq artistinin  mətbuat katibi  olmuş və müğənni  ilə qalmaqallı şəkildə yolları ayrılan, həbsxanaya  düşən  tanınmış  jurnalist  Mehriban Bəylərqızı ilə müsahibə aparıb.O,müsahibəsində İlhamə Quliyevanın şikayəti əsasında həbs olunduğu dövrdə ona açılmış cinayət işinin istintaqını aparan müstəntiqlərdən də danışıb.Onun müsahibəsindən bəlli olur ki,müstəntiqlərdən biri dünən həbs olunan  Bakı Şəhər Prokurorluğunun keçmiş müstəntiqi Müşfiq Abbasov olub.Həmin müsahibədən bir hissəni təqdim edirik:Əvvəlki bölümü buradan oxuya bilərsiniz....Mehriban xanım,cinayət işinizin araşdırmasını kim aparırdı?-Çox qəribə bir hal yaşandı.Mən həbs olunduqdan sonra işimə baxan müstəntiqlər dəyişdilər.İşə baxan birinci müstəntiq mənim günahsız olduğumu demişdi.Sonradan iş ondan alındı,başqasına verildi.Sonradan gələni də dəyişdilər...-Səbəb nə idi?Niyə dəyişirdilər müstəntiqləri?-Əslində mənə də aydın deyil. Maraqlısı odur ki,müstəntiqlər mənim həbs olunmağım üçün əsas tapa bilmirdilər.Hamısı qarşı tərəfin uydurduğu saxta ittihamlar idi...Həmin dövrdə "Nardaran" hadisələri baş vermişdi.Məlum  hadisə ilə bağlı araşdırmaya müstəntiqlər ayrılırdı.Bu,səbəbdən də mənim işim onlardan alınmışdı.-Bəs,sizə açılmış cinayət işinin istintaqını kim apardı?-Müşfiq Abbasov...- Necə getdi istintaq,razı qaldınız?-Mənə qarşı çox haqsızlıqlar oldu.Müşfiq Abbasov əslində məni qanuni əsaslarla azadlığa buraxa bilərdi.Amma etmədi...-Daha dəqiq desək...Hansı  əməllərdən narazı qaldınız?-Mən tələb edirdim ki,üzləşmə aparılsın,şahid varsa,dindirilsin .Amma sanksiya müddətində Müşfiq Abbasov məni heç kimlə üzləşdirmədi...Hər dəfə sanksiya müddəti əsassız olaraq uzadılırdı. Axırda da işi verdi məhkəməyə. Sonda ədalətli məhkəmə və İlahi ədalət sayəsində azadlığa çıxdım...Müsahibənin tam versiyasını yaxın zamanda Oxu24.com saytında oxuya bilərsiniz.Bakı Şəhər Prokurorluğunun keçmiş müstəntiqi Müşfiq Abbasovun həbs olunması barədə məlumat vermişdik.Yasamal Rayon Məhkəməsi prokurorluğun müraciəti əsasında belə qərar qəbul edib.Qərara əsasən, M.Abbasova inzibati qaydada 15 sutka həbs verilib. O, internetdə yayılması qadağan edilən məlumatları paylaşmaqda təqsirli bilinib.Qeyd edək ki, M.Abbasov əvvəllər də rüşvət alma ittihamı ilə həbsdə olub.Müsahibəni apardı: Miri Məcidli

İlhamə Quliyeva ilə bağlı sensassiyalı AÇIQLAMA: Özü sağlığında bu şəxsə övlad dünyaya gətirdiyini deyibmiş  

 Xalq artisti, "Şərəf" və "Şöhrət"ordenli  müğənni  İlhamə  Quliyevanın  vəfatının  növbəti ildönümü  ərəfəsidir.Oxu24.com  bu ərəfədə  Xalq artistinin  mətbuat katibi  olmuş və müğənni  ilə qalmaqallı şəkildə yolları ayrılan, həbsxanaya  düşən  tanınmış  jurnalist  Mehriban Bəylərqızı ilə müsahibə aparıb.Həmin müsahibədən bir hissəni təqdim edirik:-Mehriban xanım,İlhamə Quliyevanın  çox sirrini bilirdiniz?Sizə sirlərini verirdi?-Bəli,mənimlə çox yaxın idi.Bütün həyatını,hər şeyi danışırdı mənə. Yaxın adamı kimi etibar edirdi.-Hər şeyi deyərkən?Məsələn,övladı ilə bağlı...Ana olması ilə bağlı...Bu mövzuda danışmışdınız?-İlhamə xanım ana olduğunu,uşaq dünyaya gətirdiyini  demişdi mənə.Özü də qız uşağı.Bu haqda mediada da sonradan yazılar çıxdı.Bir dəfə İlhamə xanım mənə dedi ki,uşaq dünyaya gətirib.Həkimlər ona uşağın doğuşdan sonra öldüyünü deyiblər. Bu məsələ bir az onun özünə də qaranlıq qalmışdı. Bir dəfə də dedi ki,ikinci dəfə də ana olmaq şansı yaranıb. Amma onu xaricdə əməliyyat ediblər və qəsdən ana ola bilməməsi üçün orqanlarına toxunublar. Özü deyirdi ki,bunu düşmənləri edib ki,bir də ana ola bilməsin...Kənardan hegemon,güclü qadın kimi görünsə də,əslində çox dərdli idi,xoşbəxt deyildi,çox duyğusal idi. Amma bunu heç vaxt  üzdə  biruzə  verməzdi.- Bəs oğulluğu  Orxan?Onunla ailədaxili münasibəti necə idi?- Mən İlhamə xanımın yanına gələndə Orxanla münasibəti  bir az sərin idi.Küsülü idilər. Sonradan onları elə mən barışdırdım. Barışıqdan sonra Orxan və ailəsi İlhamə xanımın evinə gəlib,gedirdilər. Orxan da  İlhamə xanımı çox istəyirdi.Qayğısına qalırdı.-Orxanın həyat yoldaşı ilə münasibəti necə idi İlhamə xanımın?-Açığı Arifəni qəbul etmirdi.Deyirdi ki,mən istəyən kimi gəlin olmadı.Bəzi əsasları var idi. Orxan  Arifədən ayrılıb,başqa xanımla ailə qursaydı, İlhamə  xanım hər şeyi Orxana verərdi. Amma nəvəsi Ruslanı  çox  sevirdi.Qonaqlıqlarda,ad günlərində  bir yerdə olurdular.-İlhamə xanım onlara maddi yardım edirdi?-O qədər də yox.Mən şəxsən görməmişəm.Amma Orxanın bəzi problemlərini həll edirdi.-Orxandan söz düşmüşkən,iddia olunur ki,Orxan həyatda yoxdur.Nə düşünürsünüz?-Mən də mediadan oxumuşam.Fikrimcə,həyatda yoxdur,həqiqətən...İnşallah ki,yaxşı xəbərini alarıq.-Gələk,sizin həbsiniz məsələsinə.Məndə olan məlumata görə,4-5 nəfər tanınmış simalar Sizin həbsiniz üçün vəzifəli şəxsin evinə gediblər.Həbsinizin detalları barədə öyrənmək istəyirdim...Kim idi onlar?- Bəli,hər şeyi açıq danışacam...Müsahibənin tam versiyası yaxın günlərdə Oxu24.com saytında yayımlanacaq.Müsahibəni apardı: Miri Məcidli

Bakıda motosikleti səkiyə vuran 18 yaşlı sürücü ölüb 

Bakıda motosikleti səkiyə vuran 18 yaşlı sürücü ölüb.Paytaxtın Suraxanı rayonunda baş verib.Məlumata görə, rayonun Zığ qəsəbəsinin ərazisində hərəkətdə olan 2008-ci il təvəllüdlü Məhəmməd Ovçuyev idarə etdiyi “Minsk” markalı motosikleti səkiyə vurub.M.Ovçuyev hadisə yerində ölüb.Faktla bağlı araşdırma aparılır.

Ana Dilimiz – Milli Kimliyimiz: 21 Fevral Beynəlxalq Ana Dili Günü  

Ana Dilimiz – Milli Kimliyimiz: 21 Fevral Beynəlxalq Ana Dili GünüBu gün dünyada milyonlarla insan öz ana dilinin saflığını, gözəlliyini və yaşamaq haqqını qeyd edir. Amma biz azərbaycanlılar üçün 21 Fevral sadəcə təqvimdə qeyd olunan bir tarix deyil. Bu gün bizim üçün minilliklərin süzgəcindən keçib gələn, yad nəfəslərdən qorunan, qanımızla, canımızla yoğrulan Azərbaycan dilinin zəfər günüdür. Oxu24.com  bu müqəddəs gündə dilimizin keçdiyi çətin, lakin şərəfli yola nəzər salır.Dilimiz – Tarixin fırtınalarından keçən gəmiAzərbaycan dili sadəcə sözlər toplusu deyil; o, Dədə Qorqudun nəsihəti, Şah İsmayıl Xətainin qılıncı, Füzulinin qəlbinin döyüntüsüdür. Bu dil əsrlər boyu müxtəlif imperiyaların, siyasi basqıların təzyiqinə məruz qalsa da, öz saflığını, ahəngini və qürurunu itirmədi. Çünki bu dildə analarımızın laylası, şəhidlərimizin son sözü, körpələrimizin ilk kəlməsi gizlənib."Dilini itirən xalq hər şeyini itirər" deyiblər. Biz dilimizi itirmədik, əksinə, onu dövlət rəmzinə çevirdik.Heydər Əliyev və Ana Dilinin İntibah DövrüAzərbaycan dilinin dövlət dili kimi bərqərar olması, onun nüfuzunun yüksəldilməsi bilavasitə Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər hələ sovetlər dönəmində, ideoloji qadağaların hökm sürdüyü bir vaxtda böyük cəsarət nümayiş etdirərək Azərbaycan dilini Konstitusiyaya dövlət dili kimi daxil etdirmişdi.Müstəqillik illərində isə bu siyasət daha qətiyyətli xarakter aldı:* 18 iyun 2001-ci il: Heydər Əliyev "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" tarixi fərman imzaladı. Bu fərman dilimizin inkişafında yeni bir eranın başlanğıcı oldu.* Latın Qrafikasına Tam Keçid: 2001-ci ilin avqust ayından etibarən ölkədə tamamilə latın qrafikalı əlifbaya keçilməsi Azərbaycanın türk dünyası ilə inteqrasiyasını təmin etdi və milli kimliyimizi möhkəmləndirdi.* 1 Avqust Bayramı: Məhz Ulu Öndərin sərəncamı ilə hər il avqustun 1-i ölkəmizdə "Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü" kimi qeyd edilir.Heydər Əliyevin məşhur kəlamı hər birimizin qəlbinə həkk olunub: "Mən fəxr edirəm ki, Azərbaycan dilində danışıram”!Prezident İlham Əliyev: Dilimizin Qlobal Nüfuzu və ModernləşməsiUlu Öndərin dil siyasətini bu gün Prezident İlham Əliyev ən yüksək səviyyədə davam etdirir. Müasir dövrün çağırışlarına uyğun olaraq, dilimizin saflığının qorunması dövlət siyasətinin mərkəzində dayanır.Cənab Prezidentin bu sahədəki misilsiz xidmətləri dilimizi daha da qüdrətli edib. Prezidentin sərəncamı ilə Azərbaycan və dünya ədəbiyyatının inciləri latın qrafikası ilə kütləvi şəkildə çap edilərək kitabxanalara paylanılıb. Bu, gənc nəslin öz ana dilində mütaliə etməsinə böyük təkan verib. Küçə reklamlarından tutmuş media məkanına qədər dilimizin yad təsirlərdən təmizlənməsi üçün mühüm addımlar atılıb. Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin fəaliyyəti ana dilinin bütün səviyyələrdə düzgün işlədilməsinə xidmət edir.Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dili bu gün beynəlxalq konfranslarda, BMT kürsüsündə və rəqəmsal platformalarda layiq olduğu yeri tutur.Beynəlxalq Ana Dili Günündə dilimizin sadəcə keçmişini deyil, bu gününü və sabahını da düşünmək hər birimizin vətəndaşlıq borcudur. Xüsusilə cəmiyyətin güzgüsü hesab olunan medianın, televiziyanın dili bu məsələdə həlledici rol oynayır. Bəs bu gün ekranlarımızdan, xəbər lentlərimizdən süzülən dil bizi qane edirmi?Oxu24.com olaraq bu suallara aydınlıq gətirmək üçün ölkəmizin tanınmış jurnalisti, televiziya tənqidçisi, publisist, filologiya elmləri doktoru və BDU-nun professoru Qulu Məhərrəmli ilə həmsöhbət olduq. Dilimizin saflığı keşiyində duran, illərini bu sahənin elmi və praktik inkişafına həsr edən Qulu müəllimlə medianın dil qüsurlarından, şoulaşan informasiya üslubundan və gələcəyə dair qayğılarımızdan danışdıq.-Qulu müəllim, xoş gördük. Beynəlxalq Ana Dili Günündə ilk sualımızı elə ən ağrılı yerdən başlayaq: Sizcə, hazırda Azərbaycan mediasında dil normaları nə dərəcədə qorunur?-Ana dilinin ən çox işləndiyi sahələrdən biri mediadır. Yəni, onun müxtəlif qollarında Azərbaycan ədəbi dili geniş şəkildə işlənir. Saytlarda, qəzetlərdə, televiziyada, radioda, internetin media profillərində ana dili yüksək, intensiv şəkildə işlənir. Əlbəttə ki, bu müsbət tendensiyadır.Qorunur, bəli, bir çox media platformalarında ana dili normaları uyğun şəkildə istifadə olunur. Burada hər şey peşəkarlıqdan asılıdır. Əgər, sayt redaktoru Azərbaycan dilinin orfoqrafiya qaydalarını qoruyursa, televiziyada orfoepiya normaları gözlənilirsə, demək ki, dil bu sahədə yaxşı qorunur. Təkcə qorunmur, həm də təbliğ olunur. Çünki biz düzgün yazmaqla, düzgün danışmaqla həm də bir ədəbi norma nümayiş etdiririk.-Uzun illərdir televiziya məkanındasınız. Bu günün televiziya aparıcılarının və jurnalistlərin nitq mədəniyyəti, tələffüz tərzi sizi peşəkar kimi qane edirmi?-Əvvəlki illərlə müqayisədə, məsələn,beş il, on il ilə müqayisədə indi televiziya aparıcılarının nitqində müsbət meyllər daha çoxdur. Yəni hiss olunur ki, efirə buraxılan insanlar, yəni efirə buraxılan aparıcıların dili ilə müəyyən şəkildə məşğul olunur, tələblər qoyulur və bu yaxşı haldır. Aparıcılar əlbəttə ki, özləri məsuliyyətlə yanaşmalıdırlar, çünki onun əsas silahı, ifadə vasitəsi dildir. Aparıcı — televiziya, radio aparıcısı ana dilinin ifadə imkanlarını göstərir, dilin funksionallığını göstərir, dilin gözəlliyini, onun ədəbi normalara uyğunluğunu bir növ göstərir. Bu baxımdan, əlbəttə ki, ümumiliklə götürəndə bu aparıcılar adamı qane edir.-Maraqlı bir məqama toxunmaq istərdik: Bəzi kanallarda şou üslubunun, küçə leksikonunun hətta informasiya dilinə, xəbər proqramlarına təsiri barədə nə düşünürsünüz? Bu, dili sadələşdirir, yoxsa korlayır?-Veriliş dramaturgiyası, tamaşaçı zövqünü təmin etməklə bağlı problemlər təkcə veriliş iştirakçılarının seçilməsi, mövzuların qoyulması, onların çatdırılması, verilişin ümumi səviyyəsi yalnız bununla bağlı olmur, həm də dil materialı ilə bağlı olur. Bizdə ana dilinin əzab çəkdiyi veriliş formaları daha çox şoularda özünü göstərir. Çünki, şou proqramlarında müəyyən sərbəstlik var, müəyyən bir üslub var və o üslub bir çox hallarda dilin qayda və normalarının pozulmasına gətirib çıxarır. Məsələn; xəbər üslubunda yazılır, oxunur, redaktə olunur. Amma çox təəssüf ki, şou-proqramlarda, bəzən də canlı olan proqramlarda dilə xüsusi tələb müşahidə olunmur. Bəzi verilişə dəvət olunan adamlar sırf məişət üslubunda danışır. Çox az sözlərdən istifadə edir, yəni, leksik layı çox kasıb görünür.Mən hələ burada verilişin ümumi səviyyəsi, peşəkarlığı, bəzi aparıcıların dar düşüncəsi, onların müraciət formaları, insanlarla davranışının etik faktorlardan kənara çıxmasını demirəm. Amma bütövlükdə həm də dil materialı çox zəif və təhrif olunmuş şəkildə özünü göstərir.Yəni bu proqramlara dəvət olunan insanların mütaliəsinin olmaması, ümumi dünya görüşünün aşağı olması, danışılan mövzuların tamaşaçı üçün heç bir ictimai faydası olmaması, bunlarla bir yerdə bəzi şou-proqramlarda Azərbaycan dilinin qaydalarının tapdalanmasını da müşahidə eləyirik. Əlbəttə ki, televiziya rəhbərləri, redaktorlar bunun qarşısını almalıdırlar.-Sonda, bir elm adamı və ziyalı kimi, Azərbaycan dilinin gələcəyi ilə bağlı nikbin və ya narahat olduğunuz məqamlar hansılardır? Gənclərə və həmkarlarımıza mesajınız nədir?-Azərbaycan dilinin gələcəyi ilə bağlı biz o halda tam nikbin və rahat ola bilərik ki, bu dilin daşıyıcıları, yəni bizlər, o dilə böyük sevgi ilə yanaşırıq, o dilin statusunu qoruyuruq, o dilin üstünlüyünü yaşadırıq. Bizdə indi müxtəlif proseslər gedir. Alınma sözlərdən, əcnəbi sözlərin dildə çox yer almasından danışıb narahatlığımızı ifadə edirik. Bunlar keçib gedəcək. Çünki, Azərbaycan dili neçə yüz illərdir ki, özünün qaydalarını, özünün gözəlliyini, özünün ifadə tərzini yaşadır və o getdikcə də bu funksionallıq, bu ifadə imkanlarının daha da genişlənməsi prosesi özünü göstərir.Önəmli olan dilə yanaşmadır. Yəni məsələ indi bəzi insanlarla ünsiyyətdə olanda, onların Azərbaycan dilinin gələcəyi ilə bağlı, bu dilin insanı sanki karyeraya doğru apara bilməməsi ilə bağlı ümidsizlik ifadə olunur. Bunları qəbul eləmək çətindir.İkinci bir tendensiya, deməli, türk dili arealında Azərbaycan dilinin mövqeyinin zəifləməsi haqqında düşünənlər var ki, Azərbaycan dili ilə müqayisədə türk dili daha geniş areala malikdir, ona görə biz o dilə daha çox meyllənməliyik. Belə bir yanlış təsəvvür də var ki, ortaq türk dili şəraitində Azərbaycan dilinin işləklik, tətbiq dairəsi azala bilər və s. Yəni bu cür proqnozlar var. Mən isə bilirəm ki, bu tendensiyalar olduqca təhlükəlidir və biz, əlbəttə ki, böyük Türk Dünyasının bir parçasıyıq, gələcəkdə ortaq türk dili olduğu şəraitdə belə biz Azərbaycan dilini qorumalı, inkişaf etdirməli və onu gələcək nəsillərə salamat bir şəkildə çatdırmalıyıq.-Qulu müəllim, bu dəyərli vaxtınızı bizə ayırdığınız, dilimizin ağrılı məqamlarına peşəkar güzgü tutduğunuz və hər birimiz üçün örnək olan bu səmimi söhbətiniz üçün oxu24.com kollektivi və oxucularımız adından Sizə dərindən təşəkkür edirik. Sizin kimi ziyalıların narahatlığı və tövsiyələri dilimizin gələcək saflığı üçün ən böyük təminatdır. Çox sağ olun!-Təşəkkür edirəm!Beynəlxalq Ana Dili Günündə gəlin bir daha söz verək: Dilimizi sevək, sevdirək və onu gələcək nəsillərə daha saf, daha qüdrətli şəkildə ötürək. Çünki dilimiz qədər varıq, dilimiz qədər güclüyük!Hazırladı: Çimnaz Telmanqızı

"Dinimizdə ölmüş birinin süni intellektlə "dirilməsi" necə qaşılanır?"- İlahiyyatçı alimdən AÇIQLAMA  

Müxtəlif yaşlarda  şəxslərin  öldükdən sonra  süni intellektlə "dirildilməsi", ona video çəkilməsi  demək olar ki, sosial şəbəkələrdə hər addımbaşı rastlaşdığımız  adi hala çevrilib.  Oxu24.com -un suallarını ilahiyyat üzrə fəlsəfə doktoru, dosent Əkrəm Həsənov cavablandırıb.-Əkrəm müəllim, son zamanlar süni intellekt vasitəsilə vəfat etmiş insanların görüntüsünü və səsini bərpa edib video hazırlamaq halları da yayılıb. Dinimiz ölənlərə sayğı  ehtiva etsə də, amma süni intellektə “vurulmuş” biriləri  dinin  təqdir etmədiyi məqamlara toxunur.-Belə videolarla sosial şəbəkələrdə tez-tez rastlaşırıq. Bu  məsələ əslində emosional olduğu qədər də hüquqi və əxlaqi müzakirə tələb edir. Mövzuya yanaşarkən təşviş yox, prinsip əsas götürülməlidir. İslam baxımından ölüm bioloji hadisə olmaqla yanaşı metafizik keçiddir. Qurani -Kərimdə Möminun surəsi 99 və 100-cü ayələrdə insanın ölümündən sonra geri dönüşünün mümkün olmadığı, qarşısında bərzəx mərhələsinin olduğu bildirilir. Bu, ontoloji həqiqətdir. Texnoloji vasitə ilə görüntü yaratmaq həmin şəxsi diriltmək demək deyil. Bu sadəcə rəqəmsal simulyasiyadır.- Şəxsən mən bu tip videoları  mərhumun yaxınları  tərəfindən yaradıldığını görmüşəm. Yaxını olsa belə bir mərhum üçün bu sayğısızlıq  nə vaxt mümkün hesab oluna bilər?- Bəşəriyyət üçün ən mühüm prinsip insan ləyaqətidir. İsra surəsi 70-ci ayədə insanın şərəfli yaradıldığı vurğulanır:”Biz, Adəm oğullarını hörmətli etdik, onları quruda və dənizdə (minik üstündə) daşıdıq, onlara pak ruzilər verdik və onları yaratdıqlarımızın çoxundan xeyli üstün elədik”. -Bu şərəf həyatla məhdudlaşmır. Peyğəmbərimizdən gələn səhih hədisdə buyurulur ki, ölünün sümüyünü sındırmaq, diri insanın sümüyünü sındırmaq kimidir. Bu rəvayət Sünən Əbu Davud və İbn Macədə yer alır və alimlər buradan belə nəticə çıxarıblar ki, ölünün hörməti diri insanın hörməti kimidir. İmam Nəvəvi və digər fiqh alimləri meyitin təhqir olunmasını, alçaldılmasını haram saymışlar. Əgər süni intellektlə hazırlanan video mərhumun razılığı olmadan, ailəsinin icazəsi olmadan və ya onu gülüş obyektinə çevirmək, kommersiya məqsədi ilə istifadə etmək üçün edilirsə, bu, dini baxımdan problemli hesab olunur. Çünki burada həm şəxsi hüquq, həm də insan ləyaqəti pozula bilər. Əksinə, əgər məqsəd xatirəni qorumaq, hörmət çərçivəsində yad etməkdirsə, alimlər bunu ayrıca qiymətləndirirlər. Burada əsas meyar niyyət, məzmun və nəticədir. -Bayaq bir dindar şəxs  bu tip videoları qiyamətin əlaməti kimi  xarakterizə etmişdi. Bu  reaksiya doğrudurmu? - Qiyamət əlaməti məsələsinə gəldikdə, klassik mənbələrdə süni intellekt kimi texnoloji hadisələr konkret əlamət kimi qeyd olunmayıb. Hədislərdə böyük və kiçik əlamətlərdən bəhs olunur. Məsələn, elm və texnologiyanın artması barədə ümumi işarələr var, lakin konkret olaraq rəqəmsal simulyasiya və ya virtual görüntü barədə məlumat yoxdur. Ona görə də bu texnologiyanı birbaşa qiyamət əlaməti kimi təqdim etmək elmi və dini baxımdan əsaslı deyil. Müasir baxış bu məsələyə əlavə ölçü gətirir. Süni intellekt insanın məlumatlarını analiz edib yeni kontent yaradır. -Yəni, prosesə  "xatirələrin canlandırılması" da deyə bilərikmi?-Bu ontoloji dirilmə deyil, məlumatın emalıdır. Fəlsəfi baxımdan şüur, ruh və şəxsiyyət məlumat bazasına reduksiya edilmir. Ona görə də belə video real dirilmə yox, texniki illüziyadır. Bir sözlə,  ölən şəxsi süni intellektlə diriltmək mümkün deyil, sadəcə onun obrazı modelləşdirilir. Bunun dini hökmü niyyətə, istifadəyə və ləyaqət prinsiplərinə bağlıdır. Qiyamət əlaməti kimi təqdim etmək isə mənbələrə əsaslanmır. Əsas məsələ texnologiyanın özündə deyil, onu hansı əxlaqi çərçivədə istifadə etməyimizdədir. - Geniş, maraqlı məlumatlara görə təşəkkür edirik, Əkrəm müəllim! Söhbətləşdi: Əntiqə Rəşid

Bakıda 12 restoran açan hindistanlı - “Prezident də ailəsi ilə restoranımda qonaq olub”

28 ildir Bakıdadır. Bu müddətdə 12 restoran açıb. Düzdür, onu başqa bir şirkət konsultant kimi ölkəmizə dəvət etmişdi, amma gələndən qısa müddət sonra öz işini qurur. Hazırda Fəvvarələr Meydanında (Targovı) 2 restoranla - “Panchos” və “Premji” ilə Azərbaycanda biznes fəaliyyətini davam etdirir. Oxu24.com  valyuta.az-a istinadən xəbər verir ki, söhbət 71 yaşlı hindistanlı iş adamı Dipak Viiddən gedir.Qeyd edək ki, “Panços” meksikan, “Premji” hind mətbəxini təqdim edən restorandır.- Deepak, Bakıya nə zaman köçmüsünüz?- 1998-ci ildən Bakıda yaşayıram. 28 il keçib. Artıq 71 yaşım var.- Gəldiyinizdə 43 yaşınız olub. Azərbaycandan öncə Hindistanda yaşayırdınız?- Mənim uşaqlığım Hindistanda keçib. Sonra ali təhsilimi Hindistanda humanitar elmlər üzrə aldım. Hansı ixtisas seçməyimin fərqi yox idi. Çünki ailə biznesimiz var idi və bilirdim ki, axırda o işlə məşğul olacağam. Universiteti bitirib atamın biznesi ilə məşğul olmağa qayıtdım. Sonra ailə qurdum. Evləndikdən sonra həyat yoldaşım dedi ki, Hindistandan çıxmalıyıq. Mən soruşdum: "Niyə?" O isə dedi: “Hindistan sənin üçün çox rahatdır, özünü çətin bir mühitdə sınamalısan”. Dubaya köçdük. O dövrdə Dubay çox çətin və gərgin yer olsa da, düşündüm ki, burdayam, öhdəsindən gəlməliyəm. İlk il çox çətin keçsə də, bir ildən sonra “Marlboro” şirkəti məni işə dəvət etdi. Onlar məni əvvəlcə marketinq meneceri, daha sonra isə regional menecer təyin etdilər. Daha sonra “Cəbəl-əli” Azad Zonasında Fars körfəzi bölgəsində ilk siqaret fabrikini qurduq. Ardınca öz konsultasiya şirkətimi yaratdım və sonra o şirkət vasitəsilə Azərbaycana dəvət etdilər.- Azərbaycana gəlməyinizdən də danışarıq, amma maraqlıdır, atanızın biznesi hansı sahədə idi?- Atam Hindistanda restoranlara sahib idi.- Restoran biznesinin içinə böyümüsünüz ki…- Bəli, məktəbdən sonra əvvəlcə oynamağa, sonra atamın restoranına gedirdim. 14-15 yaşımdan sonra artıq atama kömək etməyə başladım. Həm atamdan, həm də restoranın əməkdaşlarından çox şey öyrəndim.- Hindistanda ancaq ailə bizneslərində oldunuz?- Əvvəl atamın restoranlarında çalışdım, amma universiteti bitirəndən sonra əmim məni fabrikində menecment üzrə təcrübə keçməyə dəvət etdi. Bu çox ağır iş idi. Əmim mənim qohumum olduğuma görə heç bir güzəşt etmədi. Əksinə, mənə başqalarından 10 dəfə çox iş gördürdülər və maaş da çox az idi.Bilirdim ki, atamın biznesi bir gün mənim olacaq, amma gənc olanda insan istəyir ki, özü nəsə etsin. Ona görə də öz biznesimə başladım. Bu çətin idi, amma bir neçə aydan sonra işlər uğurlu getməyə başladı. Sonra Dubaya köçdüm, sonra da Bakıya.- Bakıya gəlməyiniz iş təklifi ilə oldu?- İçki sahəsində dünyanın ən böyük ixracatçı şirkəti olan “Diageo”dan mənimlə əlaqə saxladılar. Soruşdular ki, Azərbaycana gəlib onların bütün əməliyyatını qurmağım mümkün olarmı? “Yaxşı ödəniş olarsa, bu işi görərəm” dedim (Gülür). Dedilər ki, pul problem deyil və gəldim.- Ailəniz də sizinlə gəldi?- Mən Dubayı qızlarım orta məktəbi bitirəndən sonra tərk etdim. Onlar təhsillərini davam etdirmək üçün həyat yoldaşımla birlikdə Kanadaya köçdülər. Mən isə Bakıda qalırdım, sonradan həyat yoldaşım da bura köçdü. Biz Azərbaycanı sevirik.- Neçə il sizi Azərbaycana dəvət edən şirkətdə işlədiniz?- 4-5 il işlədim. Bizim razılaşmamıza görə ayın 20 günü onlar, 10 günü isə özüm üçün işləyirdim. Çünki bu, daimi iş deyil, konsultant fəaliyyəti idi. Bakıya gələndən 1 il sonra paralel olaraq Bakıda ilk restoranımı açmışdım.- İlk olaraq Hindistan restoranı açdınız?- Yox, amerikan üslubunda bir restoran idi. Bu, eyni zamanda Bakıda filippinli musiqiçilərin çıxış etdiyi ilk restoran idi. Onları Filippindən gətirmişdim və burada çıxış edirdilər.- İlk restoranınız nə qədər müddət fəaliyyət göstərdi?- O məkanda təxminən bir il yarım fəaliyyət göstərdi. Daha sonra icarəçi ilə problemlər yaşadıq. Ona görə oranı tərk etdik və şəhər mərkəzində spot bar formatında məkan açdıq. Sonra Bakıda ilk Meksika restoranını, sonra ilk tay restoranını və ardınca yapon, italyan restoranını açdım. Hind restoranı da daxil olmaqla bir çox ölkə mətbəxlərinə aid fərqli restoranlar açmışam. Hazırda meksikan və hind mətbəxini təqdim edən iki restoranım var.- Azərbaycanda insanlar hansı ölkənin mətbəxini daha çox sevirlər?- Yapon mətbəxi çox populyardır. Ardınca türk, italyan, sonra isə meksikan mətbəxi gəlir.- Yapon mətbəxinə tələb var, sizin də yapon restoranınız olub. Bəs niyə bağlandı?- “Akasaka” adlı yapon restoranım çox populyar idi. Rusiya səfirliyinin yanında yerləşirdi. Hətta “Teppanyaki” masaları var idi. Aşpazlar yeməyi müştərilərin qarşısında bişirirdi, şou göstərirdilər. Amma bir gün restoranın qarşısında parklama qadağan edildi. Bütün müştərilərim varlı insanlar idi və maşınla gəlirdilər. Parklanma problemi işimizə mənfi təsir etdi. Nəticədə restoran bağlandı.- Özünüz Hindistandansınız, hind restoranınız da var, amma vaxtınızı daha çox Meksika restoranına sərf edirsiniz.- Çünki mən meksika yeməklərini və latın musiqisini çox sevirəm. Müxtəlif millətlərin mədəniyyətlərinə marağım var, fərqlilik xoşuma gəlir.- Meksikan mətbəxindən yemək istəyən sizin restorana gəlir…- Bəli, biz Bakıda yeganə meksikan restoranıyıq. Bu restoranı açanda Bakıda daha üç meksika restoranı var idi. Amma bir il ərzində onların hamısı bağlandı. İnsanlar həm də ona görə bura gəlirlər ki, bütün ədviyyat və sousları ABŞ-dan gətiririk. Buradan isə yalnız təzə meyvə, mal əti, toyuq və tərəvəzlər alırıq. Həmçinin bizim yeməklər çox acı deyil, bu da azərbaycanlılar üçün uyğun gəlir.- Aşpazınız azərbaycanlıdır?- Bəli, iki azərbaycanlı baş aşpazımız var. Onlar Meksika və Kolumbiyadan olan dostlarım tərəfindən təlim alıblar.- Ən çox hansı meksikan yeməkləri satılır?- “Nachos” və “Taco” daha çox sifariş verilir.- Hind restoranını nə vaxt açmısınız?- Hazırda fəaliyyət göstərdiyi məkanda il yarım əvvəl açılıb. Amma bundan əvvəl 20 il ərzində başqa ünvanlarda hind restoranlarımız olub.- Hind restoranı üçün də məhsulları Hindistandan gətirirsiniz?- Hind məhsulları ilə bağlı vəziyyət daha asandır. Çünki burada fəaliyyət göstərən hind şirkətləri həmin məhsulları Dubaydan və Hindistandan gətirir, biz də onlardan alırıq.- Müştərilərinizin neçə faizi azərbaycanlılardır?- Meksika restoranında müştərilərin təxminən 75, hind restoranında isə 2 faizi azərbaycanlılardır. Hindistanda tropik iqlim olduğuna görə, hind mətbəxində çoxlu ədviyyatlardan – zəfəran, zəncəfil, sarımsaq və s. istifadə olunur. Bu isə azərbaycanlıların gündəlik istifadəsinə uyğun gəlmir. Mən azərbaycanlı dostlarımı hind restoranına apardıqda, əvvəl deyirlər: “Yox, yox, hind mətbəxi çox acıdır, yemək olmaz”. Sonra isə izah edirəm ki, hind yeməkləri çox acı olmaq məcburiyyətində deyil, sadəcə ləzzətlidir. Acılıqla ləzzət fərqli anlayışlardır. Dadına baxdıqdan sonra isə “Bu əladır” deyirlər.- Hansı restoran daha çox gəlir gətirir: hind, yoxsa meksikan mətbəxi?- Bu, dövrdən asılıdır. Hind restoranı daha böyük dövriyyə ilə işləyir, çünki turizm yaxşı olanda, Bakıda hind turistləri çox olur. Onlar böyük qrup turları ilə gəlirlər. Əvvəllər Bakıda 8-10 hind restoranı var idisə, pandemiyadan sonra turizm bərpa olunmağa başlayanda, bu rəqəm 45-ə çatdı. Sonra bəziləri bağlandı, hazırda 30 hind restoranı var. Təsəvvür edin, təkcə “Boulevard Hotel”də 900 otaq var və hamısı hind turistlərlə dolu idi. Digər otellər də eyni vəziyyətdə idi. Bir naharı mənim restoranımda yeyirlər, birini başqa restoranda və s. Biz eyni zamanda tam vegetarian yeməklər üzrə ixtisaslaşmışıq. Hindlilərin çoxu vegetarian olduğuna görə bu onlar üçün böyük üstünlükdür. Yəni əsas qonaqlarım hindistanlı turistlərdir.- Hazırda həyat yoldaşınızla birlikdə Azərbaycanda yaşayırsınız?- Bəli.- O nə işlə məşğuldur?- Müəllimdir, uzun illər Azərbaycanda özəl məktəblərdə çalışıb. Bu yaxınlarda təqaüdə çıxıb. Hazırda ABŞ-da qızım və nəvələrimizin yanındadır. İnşallah, gələn ay mən də gedəcəm və 2-3 həftə onlarla birlikdə olacağam.- Hindistan və Dubayda biznes təcrübəniz var. Müqayisədə Azərbaycanda iş qurmaq necədir?- Azərbaycanda biznes qurmaq çox asandır. Öz işini qurmaq kifayət qədər rahatdır. Yeganə çətinliklərdən biri bəzən sənədlərin və ya qaydaların şərhində ortaya çıxır. Eyni səhifəni iki nəfər fərqli cür anlaya bilər. Əslində, bütün dünyada dövlət sənədləri çox mürəkkəb yazılır. Bu isə müəyyən hallarda çətinlik yaradır. Ümumilikdə, mən 27 ildir ki, burada işləyirəm və heç bir ciddi problem yaşamamışam.- Azərbaycanda dostlarınız var?- Bəli, burada həm yerli, həm xarici dostlarım var. Bu illər ərzində azı 40 ölkədən dostlarım yaranıb.- Həmin şəxslərlə restoranlarınızda tanış olmusunuz?- Bəli, restoranda hər gün yeni insanlarla tanış oluram. İnsanlarla ünsiyyət qurmağı çox sevirəm. Hətta o qədər şanslı olmuşam ki, prezident İlham Əliyevlə də görüşmək fürsətim olub.- Bu, nə vaxt olub?- Uzun illər əvvəl.- Görüşü necə xatırlayırsınız?- Görüşdən bir gün əvvəl gedib ən bahalı mağazalardan kostyum aldım, hər şey mükəmməl olsun deyə hazırlaşdım. Prezidentin ofisinə daxil olanda isə, gördüm ki, o çox rahat, qalstuksuz geyimdədir, əhvalı yüksəkdir.Əlbəttə ki, cənab prezident mükəmməl ingilis dilində danışır. Bizim planımız cəmi 10 dəqiqəlik görüş idi, amma söhbət bir saat davam etdi. Çox rahat və səmimi atmosfer var idi.Mən tay mətbəxinə aid restoranımı açanda prezident, birinci xanım və övladları restoranıma gəlmişdilər. Dünyanın başqa ölkələrində bir nazirlə belə görüşmək mümkün olmur, prezidentdən danışmağa dəyməz. Mən kiməm ki, adi bir iş adamıyam. Özümü çox kiçik biri hesab edirəm, amma Azərbaycanda gördüyüm hörmət və münasibət məni çox təsirləndirdi. Bu, unudulmaz və çox dəyərli təcrübə idi.- Restoran biznesində sizin sirriniz, yanaşmanız nədir?- Biz meksikan restoranında elə yeməklər təqdim edirik ki, onları siz Los-Ancelesdə və ya Meksikada yeyə bilərsiniz. Orijinallığı qoruyanda, insanlar bunu anlayır və dəyərləndirir.Əlbəttə ki, bu işi təkbaşına görmürəm, mənim əla komandam var. Restoranı divarlar yox, insanlar məşhur edir. Qonaq yaxşı qarşılanırsa, xidmət və yeməklərdən razı qalırsa, uğurun sirri budur.Bundan əlavə, biz Bakıda ən yaxşı marqarita içkilərini hazırlayırıq. Hər cümə günü latın gecəsi təşkil edirik. Həftənin müxtəlif günlərində müxtəlif tədbirlər keçiririk. Bu da xüsusilə gənclərin marağına səbəb olur.- Bütün qonaqlarınızla ünsiyyət qurursunuz?- Restorandan olanda, bəli, şəxsən masalara yaxınlaşıram, soruşuram: “Necəsiniz? Yeməklər xoşunuza gəlirmi? Hər şey qaydasındadırmı?”- Bəzən müştəri deyir ki, yeməyi bəyənmədim.- Dərhal üzr istəyirik, hesab almırıq. Müştəri həmişə haqlıdır, səhv olsa belə.- İndiyə qədər neçə nəfərdən hesab almamısınız?- Son 3 ildə təxminən 6-7 nəfər olar. Bilirsiniz, bəzən yeməkdə problem olmur, sadəcə olaraq fərqli mətbəxdir, sınayır və bəyənmir.- Bakıda indiyə qədər neçə restoran açmısınız?- 12 restoranım olub.- Bütün restoranları öz maliyyəniz ilə açmısınız, yoxsa investor olub?- Bəli, öz pulumla açmışam. Əslində, restoran açmaq üçün çox da pul lazım deyil. O mənada ki, bu ölçüdə bir restoranı Dubayda açmaq istəsəniz, minimum 700-800 min manat tələb olunur. Çünki orada icarə çox bahadır, təmir isə çox yüksək xərclidir. Dubayla müqayisədə Azərbaycanda qiymətlər daha münasibdir. Məsələn, eyni restoranı Dubayda açsam və işlər yaxşı getməsə, müflis olaram. Eyni restoranı Bakıda açsam və uğurlu olmasa belə, müflis olmuram, idarə edə bilirəm. Fərq budur. Böyük şəhərlərdə risk çox böyükdür, Moskva, İstanbul hər biri çox bahalıdır. Azərbaycan isə bu baxımdan daha münasibdir.- 71 yaşınız, 50 ildən çox biznes təcrübəniz var. Maraqlıdır, son illərdə biznes sahəsində nə öyrəndiniz?- Əvvəllər çox ambisiyalı idim. 24 saat işləyirdim, özümü yorurdum. Amma pandemiya başladı, bir gündə hər şey bağlandı və əlimdə heç nə qalmadı. Bu zaman anladım ki, həyat təkcə pul və uğurdan ibarət deyil. Bir çox zəngin hindli dostlarım deyir: “Gəl, Mumbayda belə bir restoran aç, bütün pulu qoyuruq, böyük iş görək”. Amma deyirəm ki, pul istəmirəm. Mənə bəsdir. Dostlarımla otururam, söhbət, zarafat edirik. Daha ambisiyalı deyiləm, olduğum vəziyyətdən razıyam. Əvvəllər səhər işdə olurdumsa, indi hər gün axşamtərəfi 5-6-da restoranıma gəlirəm, səhərlər isə evdə dincəlirəm. Evdə pişiyim var. Həyatdan həzz alıram.- Hindistana gedirsiniz?- 15 ildir getmirəm. Qızımın biri İspaniyada, digəri ABŞ-da yaşayır. Mən də onlara baş çəkməyə gedirəm.- Azərbaycanca danışa bilirsiniz?- Dil öyrənmək mənə çox çətindir. Uzun müddət ərəb ölkələrində yaşadım, amma dillərini öyrənə bilmədim. Azərbaycanca da çox zəif bilirəm. 3 dəfə öyrənməyə cəhd etdim, bir ay sonra müəllimlər dedilər ki, sizdən heç nə alınmaz.- Azərbaycanda müxtəlif ölkələrin mətbəxinə aid restoranlar açmısınız. Bəs Azərbaycan mətbəxi ilə aranız necədir?- “Piti”, “Buğlama”, “Kabab”, “Qutab”, “Dolma” və s. hamısını sevirəm. Hətta deyə bilərəm ki, yemək baxımından artıq hindliyə yox, azərbaycanlıya bənzəyirəm. Gündəlik bəzən sadəcə qutab yeyirəm. Tək-tük hind yeməklərini həftədə bir dəfə yeyirəm.- Atanızın biznesində olduğunuz zaman öyrəndiyiniz əsas dərs nədir ki, indi öz işinizdə tətbiq edirsiniz?- Atamdan öyrəndiyim ən vacib dərs insanları idarə etmək oldu. Çünki istənilən biznesdə uğur insanlardan asılıdır. Əgər insanları düzgün idarə edə bilirsinizsə, demək, uğurun yarısını artıq əldə etmisiniz. İnsanları öyrətmək, onlarla birgə işləmək və liderlik etmək çox vacibdir. Çünki onlar lider axtarırlar. Əgər sən liderlik edirsənsə, səni daha çox hörmətlə qarşılayırlar və anlayırlar ki, sən özün də çətinliklərə hazırsan.

"Bu bayramda uşaqdan -böyüyə hamı xüsusi bir sevinc, ruh yüksəkliyi yaşayır" - Folklorşünas "Xızır Nəbi"dən danışdı   

Azərbaycanda fevralın 9-u Xıdır Nəbi bayramı qeyd olunur və  “Xıdır Nəbi” bayramı xalqın qədim adət ənənələrinə əsaslanan, yazın gəlişini müjdələyən mövsüm mərasimi kimi  tanınır. Mövzu ilə bağlı Oxu24.com-un suallarını  AMEA N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun Şifahi xalq ədəbiyyatı və yazılı abidələr şöbəsinin elmi işçisi Nərmin Həsənova   cavablandırıb.-Nərmin xanım,  Xızır Nəbi bayramı  adətən fevralın 9-u və 10-u, bəzi yerlərdə isə fevralın 14-ü və 15-i - Xızır İlyasın doğulduğu gün qeyd olunur. Deyilənə görə, bu dövr həmçinin fevralın 1-dən 20-nə kimi davam edən kiçik çillə dövrünə təsadüf edir. Bəs bu bayram hansı xüsusiyyətinə görə önəmlidir, nə kimi əhəmiyyəti var?-  Xıdır Nəbi bayramı Azərbaycan xalqının qədim mifoloji dünyagörüşünə və arxaik inanclar sisteminə söykənən, əsrlər boyu xalq yaddaşında yaşadılan və bu gün də öz mənəvi-ideoloji əhəmiyyətini qoruyub saxlayan mərasimlərdəndir. Türksoylu xalqların mifik təfəkküründə təbiətin oyanışını, bolluq və bərəkətin gəlişini müjdələyən bu obraz müxtəlif məkanlarda Xıdır Nəbi, Xızır İlyas, Qışyarısı kimi adlarla tanınır. Bayram ənənəvi olaraq fevral ayının ikinci həftəsinin son cümə axşamı qeyd olunur. - Qarabağ zonasında bu mərasimə rast gəlməmişəm, amma bizim zonada  fevralın sonunda keçirilən    “hava, su, torpaq, od” çərşənbələrinə daha çox bənzəyir ...-Əski çağlardan üzü bəri xalq Xıdır Nəbi bayramını Novruzun mübarək gəlişinin müjdəçisi kimi qarşılamış, qışın yarısını yola salmaq məqsədilə çal-çağırlı yığnaqlar qurmuş, vaxtı söz-söyləmə, düzgü və qoşmalarla ötürmüşdür. Folklor mənbələrində bu bayramın hər il qış yarı zamanı - böyük çillə ilə kiçik çillə arasında keçirildiyi xüsusi vurğulanır. Xalq inanclarına görə, Xıdır Nəbi həyatverici qüvvəni təcəssüm etdirən, bolluq və bərəkət gətirən müqəddəs bir obrazdır. Onun gəlişi ilə torpağın canlandığına, qışın sərtliyinin zəiflədiyinə, insanların ruzi payının artdığına inanılır. Bu baxımdan Xıdır Nəbi bayramının əsas mahiyyəti insanla təbiət arasında harmoniyanın bərpası ideyasına əsaslanır. Bayram eyni zamanda ümid və gözlənti mərasimi kimi də səciyyələnir.- Eynən, Novruz bayramının gəlişinə hazırlıq kimi dəyərləndirilməsi də diqqətdən yayınmır...  Bəli, qışın çətinliklərini arxada qoyan insan üçün bu mərasim yeni fəslə, yeni günlərə inamın rəmzi kimi çıxış edir. Bayram zamanı icra edilən niyyət tutma, pay qoyma, ev-eşik təmizləmə kimi adətlər xalqın gələcəyə yönəlmiş arzu və istəklərini ifadə edir. Mahiyyət etibarilə Xıdır Nəbi bayramı Novruzdan əvvəl keçirilən mərasimlər silsiləsinə daxildir və Novruza aparan ideya-mənəvi hazırlıq mərhələsi kimi mühüm funksiyanı yerinə yetirir. Bu bayram təbiətin oyanışı ilə yanaşı, insanın daxili saflaşmasını, kollektiv yaddaşın yenilənməsini və milli-mənəvi dəyərlərin qorunub yaşadılmasını təmin edən əhəmiyyətli folklor hadisəsidir. -Bayram ən çox hansı bölgələrimizdə qeyd edilir?- Bayram əsasən Naxçıvan, Tovuz, Qazax və digər bölgələrdə qeyd olunur və bu bayram ilə bağlı Azərbaycanın müxtəlif bölgələrində fərqli adət-ənənələr mövcuddur. Bu bayram bir sıra xalq adətlərini və inanclarını ehtiva edir. Məsələn, Naxçıvan bölgəsində bu bayram münasibətilə nişanlı qızlara və təzə gəlin köçmüş qızlara pay aparmaq adəti geniş yayılıb. Oğlan evi nişanlı qıza, ata evi isə təzə gəlinə Xıdır xonçası göndərir ki, bu da ailə bağlarının möhkəmləndirilməsi və bolluq-bərəkət arzusu ilə bağlıdır.  -Bir Gürcüstan azərbaycanlı həmkarım var, o da bu bayramı çox sevdiyini və hər il ailəvi keçirdiklərini deyir...- Bəlkə də, bu bayramı  ən maraqlı şəkildə elə Gürcüstan azərbaycanlıları  keçirir. Qonşu ölkədə yaşayan azərbaycanlılar  Xıdır Nəbi bayramında buğdanı  üyüdüb ondan “qovuq” (Bir çox bölgələrdə ona “qovut” da deyilir- Ə.R.) hazırlayır, bir qaba tökərək ətrafına şamlar düzür, üzərini qırmızı lent və qırmızı örtüklə bağlayırlar. Daha sonra dilək tutulur və niyyət edilir ki, arzu həyata keçərsə, gələn il Xıdır Nəbi adına xoruz qurban veriləcək. İnama görə, səhər yuxudan durarkən qovuğun üzərində at nalı formasında iz görünərsə, bu, Xıdırın həmin evə gecə gəldiyinin və diləyin qəbul olunduğunun işarəsi sayılır. Ümumiyyətlə, deyə bilərik ki, qarlı- şaxtalı  havalardan, sazaqlı günlərdən sonra başlayan Xızır Nəbi bayramı qız -gəlinlərin də, böyüklərin,  uşaqların da ən çox sevindikləri,  ruh yüksəkliyi yaşadığı günlər hesab olunur.   - Yəqin elə buna görə də el arasında belə bir bayatı var: Mən Xıdırın quluyam,Göy atının çuluyam.Ağzının arpasıyamAyağının nalıyam.Nərmin xanım, maraqlı açıqlamaya görə dərin təşəkkürümüzü bildiririk. Söhbətləşdi:Əntiqə Rəşid

Politoloq xəbərdarlıq etdi:  "ABŞ-nin  regiondakı hərbi gücü yenidən qiymətləndirilə bilər”  

İran ABŞ hərbi baza və obyektlərinə raket və pilotsuz uçuş aparatları ilə zərbə planı hazırlayıb.Bu barədə xarici media məlumat yayıb.  Bu,reallaşarsa,hansı nəticələrə səbəb ola bilər?Məsələ ilə bağlı politoloq Rəşad Bayramov  Oxu24.com-a  açıqlamasında bildirib ki,İranın ABŞ-ın müdaxiləsi halında regiondakı hərbi baza və obyektlərinə raket və pilotsuz uçuş aparatları ilə zərbə planı hazırlaması xəbərdarlığı, qarşılıqlı hərbi və siyasi hesablamaları bir daha diqqət mərkəzinə gətirir. İranın bu potensialı yalnız texnoloji cəhətdən deyil, strateji və taktiki baxımdan da ABŞ üçün ciddi təhlükə yaradır.“Belə ki, İranın arsenalında müxtəlif mənzilli ballistik və qanadlı raketlər mövcuddur. Fateh, Zülfüqar, Sejil və Qiyam tipli raketlər regiondakı ABŞ bazalarının əksərini əhatə edir. Eyni zamanda, ucuz, lakin çoxsaylı və aşağı hündürlükdə uçan PUA-lar, məsələn, Şahed və Mohajer seriyalı uçuş aparatları müdafiə sistemləri üçün xüsusilə çətin hədəf yaradır. Şübhəsiz ki, İranın hərbi potensialı ABŞ bazaları üçün tam dağıdıcı imkana malik deyil, amma buna baxmayaraq müəyyən itkilər yaratmaq üçün yetərlidir.ABŞ da bunu bildiyi üçün regiondakı bazaların yüksək səviyyədə qorunması istiqamətində addımlar atır. Regiona yerləşdirilmiş Patriot, THAAD və Aegis sistemləri hava və raket hücumlarına qarşı ciddi müdafiə təmin edir, peyk və erkən xəbərdarlıq infrastrukturu isə zamanında cavab imkanları yaradır. Bununla belə, PUA-ların aşağı hündürlükdə uçması, kütləvi hücumların effekti və bəzi bazaların coğrafi həssaslığı ABŞ müdafiəsini tam təmin etməyə imkan vermir. Yəni, başqa sözlə desək bazalar qorunur, lakin genişmiqyaslı hücum qarşısında tamamilə itkisiz qalmaq olduqca çətindir.Odur ki, belə bir hücum baş verdiyi təqdirdə Yaxın Şərqdə təhlükəsizlik balansı dərhal dəyişəcək. ABŞ öz bazalarının toxunulmazlığı ilə bağlı imicin zərər görməməsi üçün bütün mümkün addımları atacaq. Əks halda imizin zədələnməsi region ölkələrinin Vaşinqtonun müdafiə gücünə yenidən qiymət verməsinə səbəb ola, İran və onun müttəfiqləri psixoloji üstünlük qazana bilərlər. Eyni zamanda, Livan, Qırmızı dəniz və Hörmüz boğazı kimi strateji məntəqələrdə regional eskalasiya riski arta bilər.ABŞ-ın cavab addımlarına gəlidkdə isə bu çoxşaxəli ola bilər. Birincisi, hərbi addımlarla bağlıdır. İranın raket bazaları, PUA zavodları və komanda mərkəzləri hava zərbələrinə məruz qala bilər, kiberhücumlar və elektron müharibə üsulları da aktivləşdirilə bilər. İkincisi, regional koalisiya çərçivəsində İsrail və Körfəz ölkələri ilə birgə müdafiə və hücum planları icra edilə bilər. Diplomatik həll yolllarına gəldikdə isə belə bir imkan hələ ki qalır. Son olaraq Omanda keçirilən görüş tərəflərin dialoqa açıq olduğunu göstərir. Başqa szölə gərginliyi dondurma və riskləri azaltma yolları hələ ki, mövcuddur. Amma hərbi eskalasiyanın baş verməməsi üçün ABŞ-ın nəsə əldə etməsi lazımdır. ABŞ-nin heç nə əldə etmədən geri çəkilməsi Tramp və onun adminstrasiyasının reytinqinə olduqca böyük zərbə ola bilər. İranın raket və PUA potensialının ABŞ üçün təhlükə yaratmasına baxmayaraq hərbi üstünlük şübhəsiz ki, Vaşinqtondadır. İran da öz qərarlarında bu amili nəzərə alaraq addımlar atacaqsa, yəni ABŞ-ın nüvə şərtləri ilə bağlı güzəşt ortaya qoyacaqsa o zaman hərbi eskalasiyadan qaçmaq mümkün olacaq”,-deyə müsahib qeyd edib. Çimnaz Telmanqızı

Psixoloq: “Son 6-7 ildə cəmiyyət çox çətin dönəmlərdən keçdi və dözümsüzləşdi” 

Psixoloq: “Son 6-7 ildə  cəmiyyət çox çətin dönəmlərdən keçdi və dözümsüzləşdi”Hazırda cəmiyyətdə baş verən  bəzi  neqativ hallar, gərginlik üzərində qurulmuş münasibətlər bir neçə gündür sosial şəbəkələrdə müzakirə mövzusudur.Əvvəlki illərlə nisbətdə, son 6-7 ildə insanların aqressiv hərəkətlərinin, heç bir səbəb olmadan qəzəbli baxışlarının, danışarkən üz mimikasınin dəyişməsinin və ətrafa nifrət qaçmasının sayı artıb . Bunun kökündə nə durur? Oxu24.com-un suallarını psixoloq Pərvanə Faiq qızı  cavablandırıb.Psixoloq qeyd edir  ki, artıq aqressiya həyatımıza elə daxil olub ki, biz onun təsirlərindən qorunmağa da səy göstərmirik."Artıq çoxu,  üzərinə  qışqıra-qışqıra gələn şəxsi susmaqla, problemi sakit şəkildə, danışaraq çözülməsinə çalışmır. Əksinə eyni templə qəzəbli, əsəbi şəxsin üzərinə yeriyir. Bu da sonda çox zaman bədbəxt hadisələrə,faciələrə gətirib çıxarır. Məktəblərdə müəllim- şagird, marşurutda sürücü- sərnişin, xəstəxanada pasiyent-həkim və s.  zümrələrin münasibətlərindəki gərginlik hətta, mətbuatda da  tez-tez öz əksini tapır. Ailələrdə şiddətin artması, iş yerlərində kobud münasibətlər ucbatından baş verən problemlər  hər birimizin psixikasına təsirsiz ötüşmür. Son 6-7 ildə  əvvəlki illərlə nisbətdə bu gərginlik pik həddə çatıb. Həmişə xəbərlərdən oxumuşduq ki, uşaq yaxud  məktəbli  ancaq xarici ölkələrdə müəllimini güllələyə bilər. Ancaq xarici xəbərlərdə deyilirdi ki,  ailə üzvü öz doğmalarını xüsusi amansızlıqla öldürüb:Atasını, anasını, bacı, qardaşını ... Amma artıq bu tip olaylar Azərbaycana da ayaq açıb". Psixoloq onu da qeyd edib ki, cəmiyyətdəki,   qanlı , eyni zamanda gözlənilməz faciələrin baş vermə səbəbləri bir deyil, bir neçə aspektdən izah edilir."Xatırlayırsınızsa, pandemiya dövrü Azərbaycan cəmiyyəti üçün heç vaxt görmədiyi bir dönəm oldu. İnsanlar heç vaxt qarşılaşmadığı bir problemlə qarşılaşdı. Həm insanlar  sürətlə , kütləvi şəkildə ölürdü, həm də insanların  doğal haqqı olan azadlığı pandemiya çərçivəsində  əlindən alınırdı. Evdən çıxma yasağı insanları ən çox aqressivləşdirən, onu özündən çıxardan səbəblərdən biri oldu. Pandemiyanın nəinki, Azərbaycanda, eləcə də dünyada yaratdığı psixoloji travmasının miqyasının  nə qədər böyük olduğunu izah etməyə ehtiyac yoxdu. Hamımız buna şahid olduq.  Əsəblərimiz, psixologiyamız sakitləşməmiş ölkədə erməni işğalçılarına qarşı  müharibə başladı. Təbii ki, elə müharibə sözünün   ağırlığını anlamaq, müharibənin necə dəhşətli olmasını ortaya qoyur. Çox ağır bir proses idi və bu da 30 ildən sonra (bəzi istisnalarla) ilk böyük müharibə idi.  Pandemiya stressindən sonra sağalmamış əhali müharibəyə kökləndi.  Üçüncüsü isə  sosial rifahdır ki, işsizlik   və yaxud iş saatının çox olub  maaşın az olması... bununla bağlı  diğər problemlər  yaşayan əhali , üstəlik,   iqtisadi çətinliklərlə də üz-üzə qaldı. Qiymət artımı, məhsul qıtlığı. Bu  faktorlar son 6-7 ildə- çox qısa müddətdə ölkəmizdə  yaşandı. Bəli, 2020-ci ildə bir il təxminən boyunca həm müharibəni, həm pandemiyanı yaşadıq,  ardınca gələn sosial - iqtisadi vəziyyətin pisləşməsi eyni zamanda psixoloji cəhətdən insanların zərbələr alması onları dözümsüzləşdirdi” -deyə psixoloq vurğulayıb. Əntiqə Rəşid

Naxçıvanda idarəetmə necə dəyişdirilir? - Tarixçi alimlə MÜSAHİBƏ  

 Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına edilmiş dəyişikliklərə görə, Naxçıvanın muxtariyyəti “de-fakto” ləğv edildi.  Oxu24.com-un bununla bağlı suallarını AMEA-nın Tarix və Etnologiya İnstitutunun aparıcı elmi işçisi, dosent Mübariz Ağalarlı  cavablandırıb. -İlk növbədə ağlımıza gələn  sual bu olur ki, Naxçıvan Muxtariyyətinin ləğvinin  əhəmiyyətli tərəfləri nədir? -Əvvəlcə bilməyənlər üçün qeyd edim ki, 2026-cı ilin  2 fevralında Azərbaycan Milli Məclisi “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” Konstitusiya Qanununu qəbul edib. Preambulada yazılırdı ki, “Naxçıvan Muxtar Respublikasının xalqı çoxəsrlik dövlətçilik ənənələrini davam etdirərək, "Azərbaycan Respublikasının Konstitusiyası" tərəfindən müəyyən edilmiş muxtariyyət statusunu, Moskva (16 mart 1921-ci il) və Qars (13 oktyabr 1921-ci il) beynəlxalq müqavilələrinin müddəalarını rəhbər tutaraq, Naxçıvan Muxtar Respublikasının Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olduğunu bəyan edərək, muxtar respublikada demokratik, hüquqi, dünyəvi dövlət quruluşunu təmin etmək, vətəndaş cəmiyyətinin bərqərar olmasına nail olmaq məqsədilə bu Konstitusiyanı qəbul edir”.Bununla da NMR Konstitusiyasının preambulasından Moskva və Qars müqavilələrinə istinadlar çıxarılıb, bəzi digər maddələrdə də dəyişikliklər edilibdir. Bu siyasi təşəbbüs Naxçıvanın Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi statusunu hüquqi olaraq daha da möhkəmləndirmək və idarəetməni mərkəzləşdirmək məqsədi daşıyır. Yəni, Naxçıvanın muxtariyyət statusundakı bu dəyişiklikləri Cənubi Qafqazda formalaşan yeni geosiyasi şəraitdən kənarda təhlil etmək mümkün deyil, çünki region artıq passiv müdafiə zonasından aktiv iqtisadi mərkəzə çevrilir. Naxçıvanın gələcəkdə Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində böyük bir logistik qovşağa çevrilməsi hədəflənir. Bu miqyasda beynəlxalq əhəmiyyətli iqtisadi layihələrin idarə olunması, gömrük və sərhəd prosedurlarının unifikasiyası yerli muxtar qurumların səlahiyyət çərçivəsini aşır. Bu proses birbaşa mərkəzi hökumətin operativ müdaxiləsini və beynəlxalq tərəfdaşlarla birbaşa Bakı üzərindən danışıqlar aparılmasını tələb edir. Həmçinin, Ermənistanla sülh sazişi ərəfəsində Naxçıvanın hüquqi statusunun möhkəmləndirilməsi və daxili idarəetmənin unifikasiyası, gələcəkdə hər hansı "xüsusi status" və ya separatizm meyilləri ilə bağlı yarana biləcək mübahisələrin qarşısını almaq üçün preventiv addımdır. Vahid idarəetmə sistemi regionun müdafiə və təhlükəsizlik arxitekturasını daha çevik edir.Muxtariyyətin idarəetmə modelinin dəyişməsi regionun iqtisadi inkişafı üçün tamamilə yeni perspektivlər açır və "qapalı ada" iqtisadiyyatına son qoyur.Tarixi materiallardan oxumuşuq, bilmişik ki, Naxçıvanın muxtariyyət statusu bir neçə mərhələdən ibarət olub. 1921-ci il martın 16-da Naxçıvan Sovet Sosialist Respublikası, 1923-cü il iyunun 16-dan sonra Naxçıvan diyarı, 1924-cü il fevralın 9-dan Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin dekreti ilə Naxçıvan Muxtar Sovet Sosialist Respublikası, 1990-cı il noyabrın 17-də isə Ulu Öndərin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikası adlandırılıb. Tarixçilər sonuncu statusu (NMR ) uzaqgörən liderin, təcavüzçülərə qarşı  müdafiə modeli kimi xarakterizə ediblər.Naxçıvanın muxtariyyət statusu XX əsrin əvvəllərindən etibarən həm beynəlxalq hüquqi aktlar (Moskva və Qars müqavilələri), həm də Azərbaycanın daxili konstitusion normaları ilə tənzimlənən xüsusi bir hüquqi rejim idi.Lakin həyata keçirilən konstitusiya islahatları bu statusun mahiyyətini kökündən dəyişdirərək, "muxtariyyət" anlayışını klassik muxtar dövlət modelindən daha çox mərkəzləşdirilmiş inzibati idarəetmə modelinə doğru meylləndirir.-Bu,dəyişikliklə nələr dəyişəcək?-Konstitusiya islahatlarının ən mühüm tərəfi Naxçıvanın hüquqi statusunun istinad nöqtəsinin dəyişməsidir. Preambuladan Moskva və Qars müqavilələrinin adlarının çıxarılması simvolik deyil, dərin strateji xarakter daşıyır. Birincisi, bu dəyişiklik suverenliyin unifikasiyasına xidmət edir; beynəlxalq müqavilələrə istinadın azaldılması Naxçıvanın statusunun üçüncü tərəflərin (zamin dövlətlərin) iradəsindən deyil, birbaşa Azərbaycan xalqının və dövlətinin suveren iradəsindən asılı olduğunu bəyan edir. Bu, Azərbaycanın öz ərazisində tam və qəti suverenliyini təsbit edir, kənar güclərin hüquqi müstəvidə müdaxilə imkanlarını minimuma endirir. Vahid hüquqi məkanın yaradılması kontekstində Naxçıvan MR Konstitusiyasının Azərbaycan Respublikası Konstitusiyasının 134-cü maddəsi ilə tam uyğunlaşdırılması muxtar respublikanı “dövlət daxilində dövlət” modelindən çıxarır. Bu, qanunvericiliyin harmonizasiyası deməkdir; yəni yerli qanunlar artıq mərkəzi qanunvericiliyin bir uzantısı kimi çıxış edir və hər hansı hüquqi uyğunsuzluğun qarşısı alınır.-Belə çıxır ki, Naxçıvan artıq bir şəxsin  idaretməsindən çıxarılaraq, mərkəzi hakimiyyətin tabeçiliyinə verilir. Bu həm də Azərbaycan dövlətinin  unitar dövlət olmasına xidmət etmirmi?     -Yeni dəyişikliklər Naxçıvanda onilliklər boyu mövcud olmuş “ali vəzifəli şəxs” institutunu ləğv etməklə hakimiyyətin idarəetmə  prinsipinə yeni baxış gətirir və idarəetmədə paralel strukturların aradan qaldırılmasına xidmət edir. Daha dəqiq, bu, Naxçıvanın daxili idarəetmə orqanlarının (məsələn, Nazirlər Kabinetinin) artıq yerli qanunverici orqana (Ali Məclisə) deyil, birbaşa Bakıya – mərkəzi hakimiyyətə hesabat verməsi deməkdir. Beləliklə, icraedici hakimiyyət şaquli iyerarxiya üzrə tam mərkəzləşir. Bir sözlə, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında edilən son dəyişikliklər muxtariyyətin hüquqi baxımdan tam ləğvi deyil, onun dövlətçilik maraqlarına uyğun funksional transformasıyasıdır. Bu proses Azərbaycanın unitar dövlət quruluşunu möhkəmləndirir, Naxçıvanı ölkənin ümumi siyasi-hüquqi və iqtisadi sisteminə tam inteqrasiya edir. Yaradılan yeni idarəetmə arxitekturası regionun gələcək geosiyasi əhəmiyyətinə və Zəngəzur dəhlizi kimi qlobal layihələrə tam cavab verir. Naxçıvan artıq “izolyasiya olunmuş muxtariyyət” modelindən "strateji inteqrasiya olunmuş mərkəz" modelinə keçid edərək, Azərbaycanın inkişafının əsas lokomotivlərindən birinə çevrilir. Əntiqə Rəşid

"Əbülfəz Elçibəylə də elə həmin il tanış oldum"   —    Fazil Mustafa ilə MÜSAHİBƏ

Fəlsəfə üzrə fəlsəfə doktoru, Böyük Qurtuluş Partiyasının başqanı, millət vəkili Fazil Mustafa yerli mediaya müshaibə verib.Oxu24.com həmin müsahibəni təqdim edir:- Salam Fazil bəy, necəsiniz?- Sağ olun, şükürlü insan olaraq ancaq yaxşılıqdan və gözəllikdən danışa bilərəm.- Orta təhsil aldığınız məktəblə bağlı hansı xatirələr yadınızda qalıb. O illəri tez-tezmi xatırlayırsınız?- Əlbəttə, bu ömür yolumuzun ən maraqlı və duyğusal anlarıdır. İlk əlifba hərfi, ilk 5 və 2 qiymətlər, ilk sevgilər, ilk dostluqlar və ən əsası da müəllimlər və sinif yoldaşları. Ara-sıra öz müəllimlərimlə, sinif yoldaşlarımla o keçmiş günləri xatırlayarkən ən çox üzərində durduğumuz xatirə mənim son zəng günündə bütün sinif yoldaşlarıma ayrı-ayrılıqda yazdığım bir bəndlik həcv olur. Şeir yazmaq qabiliyyətimi nəzərə alaraq sinif yoldaşlarım hər biri haqqında bir bənd yazmamı istədilər, mən də yazdım. Hər birinin xarakterini əks etdirməyim və özümü də obyekt olaraq vurğulamağım hamıda xoş təəsürat yaratmışdı.- Bu gün cəmiyyətimizdə müəllimlərin yeri və rolu sizi qane edirmi?- Hər məsələni zamana görə dəyərləndirməmiz lazımdır. O dövrün qapalı cəmiyyəti ilə indiki informasiya cəmiyyəti çox-çox fərqlidir. O zaman müəllimlər də, şagirdlər də sovet dövrünün standartlarına tabe durumda idi və fikir azadlığı qapadılmışdı. İndi daha geniş düşüncə diapazonuna sahib bir cəmiyyətdəyik, ancaq fikir qıtlığı əvvəlkindən daha bariz görünür. Lakin müstəqillik dövründə müəllimi üstün savada malik insan kimi yetişdirmə mexanizmini təhsil sistemində qura bilmədik. Bu isə müəllim nüfuzunu ucada tutmağa imkan vermədi. İş adamı, pul və ya vəzifə sahibi olanların zirvəsinin yanında müəllim təpəsinə boylanmaq insanlara maraqlı görünmədi. Ancaq biz hökmən bunun acısını uzun illər çəkməli olacağıq. Müəllimliyin peşə şərəfini ucaltmağa çalışmaq bütün cəmiyyət üzvlərinin öhdəliyi olmalıdır.- Azərbaycan təhsilinin hazırkı durumunu müasir dünya təhsili ilə müqayisədə qənaətbəxş hesab etmək olarmı?- Əlbəttə, bu müqayisə ciddi səslənməz. Çünki biz hələ təhsilin məqsədinin nə olduğunu və nəticə olaraq hansı məhsulu ortaya qoyacağımızı lazımınca dərk etməyən cəmiyyətik. İlk növbədə məktəbəqədər təhsili və orta təhsili ciddiləşdirməli, nizam-intizamı statistika naminə deyil, özümüzə doğru hesabat verərək etməliyik. Universitet muxtariyyətini və fikir plüralizmini genişlətməliyik ki, elmi düşüncə sərbəstliyi yayğınlaşsın. Xaricdə keyfiyyətli təhsil alıb geri dönənlərə biganəliyə son qoymalıyıq, o halda nələrisə irəli aparmaq mümkündür.- Siz ixtisasca hüquqşünassınız. Poeziya, bütövlükdə isə ədəbi-bədii yaradıcılıq ruhunuzdadır. Bu iki sahəni biri-biriylə necə uzlaşdıra bilirsiniz?- Əsl həqiqətdə hüquq mənim üçün təsadüfi seçilmiş peşədir. Ədəbiyyat ixtisası üzrə iki il universitetin o zamankı tapşırıq və rüşvət mexanizmini aşa bilmədim. Mənim kimi döyüşkən adam bir çox hallarda vicdansız müəllimlərlə döyüşməkdən usandı. Hər dəfə süni şəkildə cüzi bir fərqlə müsabiqədən keçə bilmədim. İki illik cəhddən sonra bir az da küskün durumda hərbi xidmətə yola düşdüm və dönüşdən sonra sənədlərimi filologiyaya vermək istəmədim və növbə olmayan hüquq fakultəsinə təqdim etdim və yenə də dava-dalaşla da olsa bu baryeri aşa bildim. Və oldum zorən hüquqşünas. Ancaq çalışdım ki, yaxşı oxuyam və maraqlıdır ki, hüquq sahəsinin konkret istiqaməti məni illərdir bağlı olduğum şeir mühitindən uzaqlaşdırdı. Həm də artıq peşəkar siyasətin içində duyğusallaşmadan uzaq durmaq bəlkə də ən uyğun seçim idi. Demək ki, uzlaşdıra bilmədim bu iki istiqaməti. Bununla belə, mütaliə, kitab sevgim və anlayışım qətiyyən azalmadı.- Bir qədər də ictimai-siyasi fəaliyyətiniz haqqında... Milli Azadlıq Hərəkatının liderlərindən biri olaraq xatirənizdə qalan hansı vacib məqamları qəzetimizin oxucuları ilə bölüşmək istərdiniz?- Milli-azadlıq hərəkatında yaşına görə bəlkə də ən stajlılardan biri sayıla bilərəm. Yəni pensiya kapitalım yetərincə doludur. 1981-ci ildə orta məktəbin 9-cu sinfində oxuyandan Naxçıvanda fəaliyyət göstərən sovet rejimi əleyhinə qruplarda ciddi işlər görməyə başlamışdım. Özümdən ən azı 10-15 yaş böyük və ali təhsilli insanlarla müzakirələrə qatılmaqdan çəkinmirdim. Əbülfəz Elçibəylə də elə həmin il tanış oldum və bir neçə saatlıq söhbətləşmədən sonra dostluğumuzun əsası qoyuldu. Bəlkə də Əbülfəz bəyin mənə ciddi yanaşması bu yolda davamlı mövqe tutmağıma başlıca səbəb oldu. Universitetə qəbul olandan sonra bir çox birliklərin yaradıcıları sırasında yer aldım. “Yurd” birliyi, “Çənlibel” birliyi, AXC Hüquq fakultəsindəki dayaq dəstəsi, Şimali Azərbaycan Azad Tələbə İttifaqı kimi birliklərin rəhbərliyində təmsil olundum. 1988-ci il Meydan hərəkatının ilk mitinqində 4 bənddən ibarət tələbləri mən oxudum. 1989-cu ilin dekabr ayında Sov.İKP biletini meydanda xüsusi bəyanatla çıxış edərək yandırdım. Hüquq fakultəsinin 3-cü kurs tələbəsi idim o zaman. 20 yanvar hadisələrində ən gərgin məkanlarda hansı cəsur işlər gördüyümüzü dostlar yəqin ki, xatırlayar. Ən maraqlısı isə 1992-ci ildə həm mart ayının 7-də, həm də may ayının 14-də Xalq Cəbhəsinin bəyanatlarını hazırlamağım oldu.- Siz həm də fəallığı ilə seçilən bir millət vəkili, nüfuzlu partiya başqanısınız. Gələcəkdə hər hansı bir sahədə karyera qurmaq istəyən şagirdlərimizə, tələbə-gənclərimizə hansı faydalı məsləhətləri vermək istəyərdiniz?- Mən məsləhət verməyi doğru saymıram. Hər kəsin özünəməxsus davranış stereotipi və enerjisi var. Həyatın hər məqamı ayrılıqda bir məktəbdir. Sadəcə oxuyursan, öyrənirsən, hazırlıqlı olursan, sonda həyatın dalğası səni itələyib ehtiyac duyulan bir yerlərə gətirəcək. Sadəcə oxuyub-öyrənməkdən usanmamaq vacib şərtdir.- Bir vacib məsələ ilə də bağlı fikir bildirməyinizi istərdim. Hazırda ölkə üzrə 600-dən çox, Bakı şəhəri üzrə isə onlarla məktəbdə direktor vəzifəsi boşdur. Elm və Təhsil Nazirliyi isə hələ də bu boşluğu operativ şəkildə doldurmaq üçün konkret addımlar atmır. Belə olan təqdirdə nümunəvi məktəbdən və keyfiyyətli təhsildən danışmaq olarmı?- Bu məsələni Milli Məclisdə iki ay öncə gündəmə gətirmişdim. Sadəcə utancverici haldır. Məktəb necə direktorsuz ola bilər? Bu təhsilə edilən ən ciddi qəsdlərdən biridir. Sadə mexanizm müəyyənləşdirib layiqli insanları idarəetməyə gətirmək lazımdır. Təəssüf ki, ardı -arası kəsilməyən imtahan, müsabiqə və setifikasiya oyunbazlıqları ilə təhsilin bərbad vəziyyətə salınması insanın ürəyini sızladır və durumu dəyişmək üçün cəhdlərimiz səmərəsiz qalır.- Artıq bir neçə ildir ki, davam edən müəllimlərin biliyinin qiymətləndirilməsi (sertifikasiya) prosesi cəmiyyətimizin ayrı-ayrı təbəqələri arasında fikir müxtəlifliyinə səbəb olub. Sizin fikrinizcə bu proses hazırda “Ən yaxşı müəllim”in aşkar edilməsində yetərlidirmi və özünü doğrulda bilərmi?- Bu özünü inanmıram ki, doğrultsun. Yaxşı müəllimi yalnız testlə seçmək olmaz, ağılla seçmək mexanizmi tapılmalıdır. İlk növbədə müəllimi yaşayış yerinə yaxın yerə təyin etməlisən ki, tıxacda vaxt itkisi yaşamasın. İkincisi təcrübə amilinə xüsusi diqqət yetirməlisən. Ən vacibi də məktəb kollektivinə yerində və zamanında problemləri çözməyə səlahiyyət tanımalısan. Pedoqoji təcrübəsi olmayan şəxsləri menecment adı altında pərdələyərək sistemə doldurmamalısan. Ən yaxşı müəllim cəmiyyətə örnək ola biləcək insanlar olmalıdır.- Hazırda təhsil sahəsindəki qabarıq problemlərdən biri də repititorluğun ölkə boyunca kütləvi hal alaraq məktəbi üstələməsidir. Yəni şagird dərs zamanı məktəbin yanından ötərək repititor yanına gedir. Fikrinizcə bu problemin kökü haradan qaynaqlanır və həlli yollarını necə tapmaq olardı?- Repitirorluq cəmiyyətin yanlış olaraq ali məktəbə qəbul modası üzərindən imkan tanıdığımız bir fəaliyyət sahəsidir. Keçici informasiya baqajı yaradır, artıq ali məktəbə qəbul olduqdan sonra biliyin üzərindən rahatlıqla adlayıb keçirsən. Məktəb axı yalnız testə hazırlaşmaq yeri deyil, təlim-tərbiyənin bir-birini tamamladığı və tarazladığı yerdir. Repitirorluq yalnız müəllim və şagirdin maddi və başqa bəhanələrə əsas vermədən məktəbə bağlı olmasından sonra zəifləyə bilər.- Ulu tanrı hər insana bir tale qisməti, bir ömür payı bəxş edir. Yəqin sizin də ömür adlı həyat yolunuzun daşlı - kəsəkli keçidləri olub. Ümumiyyətlə taleyinizdən razısınızmı?- Tale ilə razı olmaq, yaxud taledən narazı olmaq hər zaman yayınmağa çalışdığım sualdır. Mən insanam və öz insanlıq missiyam var. Düşündürən sual əslində budur: Taleni yazan, müəyyənləşdirən Yaradan mənim mövcudluğumdan razıdırmı? Yaradanın rizasını qazanmaq insan üçün istisnasız olaraq ən böyük hədəf sayıla bilər. Ancaq bunun cavabını yəqin ki, bəni-adəm olaraq haçansa bilməyəcəyik.- Son olaraq “Müəllim sözü” qəzetinin oxucularına nə demək istərdiniz?- Müəllim sözü müəllimin özünü doğru tanıtımından başlar. Öyrənməkdən və öyrətməkdən dəyərli hərəkət yoxdur yer üzündə. Müəllim bu hərəkətin hər iki qütbündə yerini qazanmış bir şəxsiyyətdir. “Müəllim sözü” qəzeti bizə müəllim sözünü dinləməyi tövsiyə edir. Allah sözünüzə qüvvət versin.Mənbə: "Müəllim sözü" qəzeti

İran Türkiyənin vasitəçiliyindən niyə imtina etdi?   —   Politoloq  qaranlıq məqamlara aydınlıq gətirdi

Politoloq Aydın Quliyev :"Bunu İranın Türkiyəyə qarşı "hörmətsizliyi" kimi qiymətləndirmək yanlışdır"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salmanın yan-yana, rahat və bərabər addımlaması  İrana mesajdır, yoxsa, hazırda bölgədə olan  ABŞ-yə?Oxu24.com -un bu sualını politoloq Aydın Quliyev cavablandırıb. O, bildirib ki, bəziləri İranın ABŞ ilə danışıqların İstanbuldan Omana köçürülməsini Türkiyəyə qarşı “hörmətsizlik” kimi qələmə verməyə çalışırlar. Ancaq  bu məsələyə “hörmətsizlik” kimi yanaşmaq düzgün  deyil. "Əvvəldən də bütün ağıllı analitiklər hesab edirdilər ki, İranla  ABŞ-nin  arasında Türkiyənin vasitəçiliyi baş tutan deyil. Türkiyə buna cəhd etsə də, həqiqətən vasitəçilik etməyə  çalışsa da, baş tutmadı.Əvvəlcədən də bunun  effektiv olacağı gözlənilən deyildi”,-deyə politoloq bildirib.Bunun da  səbəblərini politoloq belə  açıqlayıb: “Çünki əvvəla ABŞ-nin  özünün bu vasitəçiliyi nə dərəcədə məqbul saydığı şübhəlidir. Tramp olduqca iddalı siyasətçidir, özü haqqında böyük fikirdədir. 8 müharibəni tək başına yekunlaşdırdığı ilə bağlı qürur keçirdiyini dəfələrlə deyib. Belə şəraitdə Trampın başladığı müharibəni hansısa bir liderin yatırması ilə barışacağı real görünmür. Tramp onun İranla münasibətlərində kiminsə vasitəçilik etməyini həqiqətən sevmir və özü hər şeyi birbaşa, üz-üzə həll etmək niyyətindədir.  İkinci, İran Türkiyənin vasitəçilik səyləri ilə əvvəldən barışa bilməzdi.  Çünki Türkiyə ilə İranın bir sıra regional məsələlərdə ciddi rəqabəti var. Belə olan halda İran yaxşı başa düşür ki, onun ABŞ ilə  münasibətləri prosesinə Türkiyənin buraxılması onun regional geosiyasət yanaşmalarının Türkiyəyə bəlli olmasına gətirib çıxarda bilər. İran da bunu istəmir. Tehran özünün bir sıra regional siyasət tezislərinin Türkiyəyə bəlli olmasını istəmir. Bu cəhətdən də həmin o vasitəçiliyin İstanbuldan Omana keçirilməsini İran daha məqbul hesab elədi. Bir sözlə, o hadisə İranın Türkiyəyə hörmətsizliyi nöqteyi nəzərindən yanaşılmamalıdır. Buna o konteksde yanaşılmalıdır ki, Türkiyənin bu məsələdə vasitəçiliyi İranın regional maraqlarına uyğun deyildi”- deyə politoloq vurğulayıb.Xatırladaq ki, İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani bir neçə gün əvvəl ABŞ-ın ölkəsinə hücumu halında Amerikanın Səudiyyə Ərəbistanı, Qətər və BƏƏ-dəki səfirliklərinin vurulacağı ilə hədədləmişdi. Daha sonra isə Türkiyə ilə ABŞ arasında bir neçə günlük gərgin danışıqlar aparılıb. Rəsmi Ankara bu müddət ərzində Trampın İrana hücumunun qarşısını almaq üçün xeyli səy göstərib. Nəhayət, uzun müzakirələrdən sonra ABŞ-İran görüşünün 6 fevralda İstanbulda keçirilməsi qərara alınıb. İran qəflətən ABŞ ilə danışıqların İstanbuldan Omana köçürülməsini tələb edib. Bu bölgədə nüfuzu olan Türkiyəyə qarşı sayğısızlıq kimi anlaşıldı.  Əntiqə Rəşid

“Paşinyan “bizim deyil” dedikcə, ermənilər “artsax” nağılına daha bərk sarılır”- Ermənişünas alim səbəbləri açıqladı   

Ermənistan Baş naziri Nikol Paşinyan deyib ki,  onun üçün Qarabağ məsələsi artıq tam bağlanıb. Qarabağ hərəkatı davam etməməlidir. Mən, Ermənistan Baş naziri olaraq, hazırkı siyasi xətti davam etdirəcəyəm. Əgər vətəndaşlar hesab edirsə ki, səhv edirəm və bu siyasətlə razı deyillərsə, onları inqilaba çağırıram”. Buna baxmayaraq, erməni ictimaiyyəti hələ dəgerçəkliklə barışmamaqda israrlıdır. Beləki,   27 yanvarda müharibədə ölmüş  ermənilərin  basdırıldığı Yerablur (Üçtəpə ) qəbiristanlığında  ucaldılmış  “artsax çağırışı” "abidə"sini  ziyarət ediblər, orada pafoslu çıxışlarla gəncləri qisasa səsləyiblər. Bundan başqa sosial şəbəkələr üzərindən “qədim erməni yurdu artsax” təbliğatları geniş vüsət alıb. Bütün dünya təsdiq etdi ki, Qarabağ Azərbaycanın bir hissəsidir.  Bəs, niyə ermənilər bu gerçəyə qarşı israrlı şəkildə birləşirlər? Oxu24.com-un sualını Bakı Dövlət Universitetinin Erməni Araşdırmaları və Təlim Mərkəzinin direktoru Ermənişünas alim İsmayıl Tanrıverdi  cavablandırıb.  Ermənişünas alim bildirib ki,  hələ Ermənistan dövləti yaranmamışdan əvvəl ermənilər mütəşəkkil şəkildə birləşib türk toplumlarına qarşı terror və kütləvi ölümlər həyata keçirib. Təsəvvür edin ki, erməni kilsəsi (özlərinin iddiasına görə, guya  1441-ci ildə öz mərkəzini qədim Azərbaycan torpağı olan Eçmiədzinə köçürüblər) türklərə qarşı terrorun  təşkilatçısı, kütləvi ölümlərin səbəbkarı isə Erməni qriqoryan kilsəsi olub.  Erməni qriqoryan kilsəsi ilk yarandığı gündən bu günə qədər ermənilər arasında  öz nüfuzunu  qoruyub, saxlayıb.  Qərbin əlində  Qafqaza və Türkiyə qarşı “çomaq aləti” rolunu  oynayan  Erməni qriqoryan kilsəsini Avropa dövlətləri hər zaman dəstəkləyib. “Böyük Ermənistan”  , “artsax” , Türkiyə ərazisində “Qərbi Ermənistan” nağıllarını gerçək kimi ermənilərin beyninə doldurub, onları qisasçılıq hisslərinə təşviq edib, bu hisslərdən istədikləri kimi istifadə edirlər. Qərb dövlətlərində, eləcə də, ABŞ-da erməni mərkəzləri fəaliyyət göstərir ki, bu da  separatizmin və terrorizmin   genişlənməsinə yardımçı olmaq üçün maliyyə imkanlarına malikdir. Bir sözlə, Ermənistanda, eləcə də dünya erməniləri arasında separatizm meyllərini, terror və qisasçılıq  hallarının azalması üçün ilk öncə erməni kilsələrinin fəaliyyətini  nəzarətdə saxlamaq lazımdır. Göründüyü kimi Paşinyan 500 illik  erməni  terrorizminin daha dəqiq , kilsə ekstrimizminin  qarşısını almaqda  hələ ki çox zəifdir. Bu səbəblə də erməni təxəyyül məhsulu olan “artsax” kimi dərin xəstəliklərin müalicəsi  çətindir”- deyə  İsmayıl Tanrıverdi bildirib. Əntiqə Rəşid

Şagirdləri ilə xizək sürür,selfi çəkdirir,ad günü qeyd edir — Şəhərdə oxuyub, ucqar kənddə dərs deyən müəllimin HƏYATI  

Oxu24.com-un bu günkü qonağı  Riyaziyyat fənnini tədris edən müəllim Tünzalə Zöhrabzadədir. İsmayıllının Xankəndi kəndində böyüyən bu müəllim üçün müəllimlik nə uşaqlıq arzusu, nə də təsadüfi peşə seçimi olub. Zamanla formalaşan düşüncə, həyat təcrübəsi və insanlara faydalı olmaq istəyi onu bu yola gətirib. Bu gün isə o, Zaqatalanın Cımcımax kəndində dərs deyərək, çətin şəraitə baxmayaraq təhsilin əsl ünvanının harada olduğunu göstərir.Sizə müsahibəni təqdim edirik:-Harada doğulmusunuz və uşaqlığınız necə keçib?-İsmayıllı rayonu, Xankəndi kəndində doğulmuşam. Uşaqlığım texnologiyadan uzaq, daha çox açıq havada, kollektiv oyunlarla keçib. Biz internet və telefonla böyüməyən son nəsillərdən idik. Uşaqlıqdan rəqəmlərə xüsusi marağım olub. Ailəm deyir ki, saatlarla loto daşları ilə oynayır, rəqəmlərlə məşğul olurdum. Bacım məndən üç yaş böyükdür və məktəbdə öyrəndiklərini evdə mənə də öyrədirdi. Bu səbəbdən erkən yaşlardan oxumağa və düşünməyə marağım formalaşıb. -Uşaqlıq arzunuz nə idi, müəllim olmaq o arzuların içində var idi?-Uşaqlıq arzum pilot olmaq idi. Son siniflərdə oxuyarkən o dövrdə qızların pilotluğa qəbul edilmədiyini öyrəndim. Müəllimlik isə uşaqkən planlarım arasında olmayıb. Bu peşəni sonradan, daha şüurlu bir qərarla seçmişəm.-Müəllimlik yolunu seçməyinizə kim və ya nə təsir etdi?-9-cu sinifdə oxuyarkən məktəbimizə rayon mərkəzindən Azərbaycan dili və ədəbiyyatı müəllimi Turac müəllimə gəldi. Onun kənddə yaşayıb işləməsi, məsuliyyəti və xarakteri mənə böyük təsir etdi. İlk dəfə həmin vaxt müəllimliyin yalnız peşə deyil, həm də seçim və fədakarlıq olduğunu anladım. Riyaziyyat fənnini seçməyim isə ailədən gəlirdi. Atam riyaziyyat müəllimi idi və bu fənni çox sadə və anlaşılan şəkildə izah edirdi. Uşaqlıqdan evdə riyazi düşüncə ilə böyümüşəm.-Həyatınızda sizi ən çox formalaşdıran hadisə hansı olub?-Dörd il müəllim kimi işlədikdən sonra şəxsi qərarımla işdən ayrılıb səyahətə çıxdım. Çadırla və avtostopla bir neçə ölkəni kənd-kənd gəzdim. Planlaşdırmadığım halda Hindistan və Nepalda oldum. Bu səyahət mənim dünya görüşümü ciddi şəkildə dəyişdi. Fərqli mədəniyyətlər, insanlar və həyat tərzləri ilə tanışlıq mənə həm müəllim, həm də insan kimi yeni baxış bucağı qazandırdı.-Sizi həyata bağlayan, motivasiya verən əsas şey nədir?-İnsanlara faydalı ola bilmək və çətin vəziyyətlərdə belə insani dəyərləri qorumaq. Xüsusilə uşaqlarla işləyərkən bunun nə qədər vacib olduğunu daha aydın görürəm.-Kənddə yaşamaq şəxsi həyatınızda hansı dəyişikliklərə səbəb oldu və bu həyat tərzi sizə nə qazandırdı?-Uşaqlığım da kənddə keçdiyi üçün bu həyat mənə yad deyil. Kənd həyatı sadə yaşamağı, mövcud imkanlarla uyğunlaşmağı öyrədir. Bəzən elementar şəraitlə bağlı çətinliklər olur, amma bu, insana dözümlülük və prioritetləri düzgün müəyyən etməyi qazandırır.-Kənd məktəbində müəllim kimi qarşılaşdığınız əsas çətinliklər hansılardır?-Əsas çətinliklər istilik problemləri, internetin olmaması və qış aylarında yolların təhlükəli olması ilə bağlıdır. Bütün bunlar dərs prosesinə təsir göstərir, amma alternativ yollar tapmağa çalışırıq.-Maddi-texniki imkanlar tədris üçün yetərlidirmi?-Məktəbin iki növbəli olması sinif otaqlarının azlığı ilə bağlıdır və bu, biz müəllimlər üçün bir qədər yorucudur. İnternetin olmaması səbəbindən İKT-dən istifadə imkanımız məhduddur. Bununla belə, mövcud resurslarla dərs prosesini mümkün qədər səmərəli qurmağa çalışırıq.-Valideynlərin təhsilə münasibətini necə qiymətləndirirsiniz?-Valideynlər övladlarının oxumasını istəyir, amma tədris prosesində fəal iştirak hələ ki, istənilən səviyyədə deyil. Mən çalışıram valideynlərlə daha sıx əlaqə qurum ki, bu boşluğu qismən də olsa doldura bilim. -Gənc müəllimlərə bölgələrdə işləməklə bağlı nə tövsiyə edərdiniz?-Bölgələrdə işləməkdən çəkinməsinlər. Çətinliklər var, amma qazandırdığı peşəkar və insani təcrübə çox dəyərlidir. Mən özüm də gələcəkdə fərqli bölgələrdə işləməyi və bu təcrübəni davam etdirməyi düşünürəm.-Sosial şəbəkədə şagirdlərinizlə birlikdə xizək sürdüyünüz video insanlar tərəfindən maraqla izlənir. Bu haqda nə deyə bilərsiniz?-Qış aylarında uşaqların internetdən uzaq əyləncələrindən biri xizək sürməkdir. Mən də uşaqkən bunu çox sevirdim, indi müəllim kimi şagirdlərlə birlikdə sürmək həm onlara, həm də mənə zövq verir və aramızdakı bağı gücləndirir.-Səmimi və maraqlı söhbət üçün sizə təşəkkür edirik, Tünzalə xanım!-Diqqətiniz üçün təşəkkür edirəm!Tünzalə müəllimənin həyat hekayəsi bizə bir daha sübut edir ki, təhsil sadəcə dörd divar və müasir texnologiya deyil; təhsil hər şeydən əvvəl bir fədakarlıq və sevgi hekayəsidir.Müsahibəni apardı: Çimnaz Ağayeva

“Bakının Kiyevə mütəmadi yardımı Putində qıcıq yarada bilərmi?”- Politoloq şərh edir  

 Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərib. Elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardımdan  ibarət növbəti yük Sumqayıt Texnologiyalar Parkının ərazisindən yola salınıb. Azərbaycanın mütəmadi  olaraq Ukraynaya humanitar yardım göndərməsi onsuzda Azərbaycana soyuq münasibət göstərən  Rusiyanı qıcıqlandır bilərmi? Rusiya Azərbaycana qarşı  hansısa bir əmələ əl ata bilərmi?Oxu24.com-un  sualına  politoloq Turan Rzayev  cavab verib. O, bildirib ki, Azərbaycanın Ukraynaya yardım göndərməsi  ilk hadisə deyil:  "Yəni,  bundan öncə də bir neçə dəfə rəsmi  Bakı  Ukraynaya  yardım  edib.  Prinsipcə Ukrayna  Rusiya işğalına məruz qalan, torpaqları işğal altında olan mülki insanların həyatını itirdiyi haqsızlığa məruz qalan bir ölkədir. Azərbaycan da illərlə torpaqlarının 20 faizi  işğal altında olmuş, haqsızlığa,  ikili standartlara məruz qalmış bir ölkədir. Əslində bu gün Ukraynanı ən yaxşı başa düşən ölkə məhz Azərbaycandır . Azərbaycan ilk növbədə beynəlxalq hüquq  çərçivəsində Ukraynaya  yardım edir. Bu iki ölkə arasında   münasibətlər kifayət qədər yaxşıdır.  Aydındır ki, biz Ukraynaya  silah yardım etmirik ki, bu bir problem halını alsın.  Rusiyanın da etirazına səbəb olsun. Göründüyü kimi  yardımız elektrik avadanlıqlarından ibarətdir və bundan əvvəl də  dərman pereaparatları  göndərilib.Nəticə etibarı ilə humanitar bir yardımdır və bu gün də Ukrayna xalqının  ən çox ehtiyacı olan məsələlər budur. Rəsmi Bakı hər zaman haqlı gördüyü tərəfin yanında olub.Beynəlxalq hüququn dəstəkləmədiyi heç nəyi etməyib.Bu baxımdan da ölkəmizin məsələyə yanaşması obyektiv və konstruktivdir və  bunun da Rusiya ilə münasibətlərimizə xüsusi bir gərginliyə səbəb olacağını düşünmürəm.   Fikrimcə, Rusiya ilə  müasbətlərimiz soyuqdur və Rusiyanın özü hər Azərbaycana qarşı etdiklərinə görə rəsmi Bakının tələblərini yerinə yetirməyib. Belə olan halda da Azərbaycan 2 qat haqlı olur"- deyə  politoloq  Turan  Rzayev  vurğulayıb.  Əntiqə Rəşid

Aparıcılar niyə əcnəbi sözlərdən istifadə edir?  —    İlqar Əlfioğlu ilə MÜZAKİRƏ

Tanınmış aparıcı: "Efirdə yad sözlərdən istifadə edənlər özlərini fərqləndirməyə çalışırlar”.  Xəbər verdiyimiz kimi,  Audiovizual Şura məlumat yayıb.Məlumatda bildirilir ki,  ötən ilin dekabr ayında Azərbaycan dilində qarşılığı olan 33 xarici söz 14 televiziya kanalının aparıcıları tərəfindən ümumi olaraq 1366 dəfə istifadə olunub.Axı niyə Azərbaycan dilində qarşılığı olan sözlər  Azərbaycan teleməkanında işlənsin? Bunu vacib edən amillər nədir?Oxu24.com-un  suallarını Azərbaycan Televiziyası tarixində ilk tok-şoulardan biri olan "Dalğa" verilişinin müəllifi və aparıcısı olmuş peşəkar jurnalist İlqar Əlfioğlu cavablandırıb. O bildirib ki, mən inanmıram ki, aparıcılar xarici dildə işlətdikləri sözlərin Azərbaycan qarşılığını bilməmiş olsun: Az da olsa savadı  olan  şəxs  o sözlərin qarşılığını  bilməlidir.  Çünki onların dilində qeyri-adi bir şey olmur axı, ümumişlək  sözlər olur. İkincisi: o sözləri işlətmək sovet dövründə də var idi, insanlar danışanda rus sözü işlədirdi. Bu  o demək deyil ki, o sözün  qarşılığı yox idi, vardı. Mənə elə gəlir ki,  xarici sözlərə önəm verənlər, onu işlədənlər sadəcə özünü göstərir. Bax,  efirdəkilərin də özünü başqalarından fərqləndirmək istəyi var. Məsələn,  efirdə aparıcının “kalite” deməsi. Keyfiyyət demək istəmir ... Mənim başa düşdüyüm budur ki, aparıcı özünü bu tərz danışıqlarla   fərqləndirməyə çalışır.  Amma efirlərə, ekrana diqqətlə nəzarət eləmək lazımdır, çünki efirlərdən xalqa sırınan sözlər yavaş-yavaş dilə keçməyə başlayır.  İkinci etapda isə söz mübahisələrə səbəb olur. Başlayırlar mübahisə eləməyə ki,  bu türk dilindən gəlib. Yəni ,doğmadır bizə. Bəli, türk dili də, Türkiyə də bizə doğmadır, əzizdir, amma nəzərə almaq lazımdır ki, türk dili müstəqil bir dildir,  özbək , qırğız, qazax dili kimi. Xalqlarımızın arasında qohumluq, qardaşlıq bağları var deyə, kiminsə sözünü olduğu kimi istifadə etməliyik? İşlədilən  sözün Azərbaycan qarşılığı varsa,  xarici sözləri  efirdə işlətmək qəbahətdir” -deyə tanınmış jurnalist  vurğulayıb.Xatırladaq ki,  Audiovizual Şura məlumat yayıb ki, keçən ilin son ayında ümumölkə yerüstü və peyk yayımında olan 14 televiziya kanalının efiri süni zəka əsaslı proqram vasitəsilə monitorinq olunub. Monitorinq zamanı bədii filmlər, seriallar, tamaşalar və digər bədii əsərlər, həmçinin xarici vətəndaşların çıxışları nəzərə alınmayıb.İlkin müşahidələr nəticəsində ən çox rast gəlinən xarici sözlərin istifadəsi yoxlanılıb. Daha sonra həmin sözlərin siyahısı AMEA-nın Dilçilik İnstitutuna təqdim olunub, onların həqiqətən xarici söz kimi Azərbaycan dilində qarşılığının olub-olmamasının bildirilməsi xahiş edilib.Dilçilik İnstitutunun rəsmi rəyinə əsasən təqdim olunmuş sözlərdən 33-ü Azərbaycan dilində qarşılığı olan xarici söz kimi müəyyən edilib."Monitorinqin nəticələrinin televiziya yayımçıları tərəfindən ciddi nəzərə alınması tövsiyə olunub. Yayımçılara bu istiqamətdə redaksiya nəzarətinin gücləndirilməsinin vacibiyi bildirilib, növbəti monitorinqlərin nəticələrinə əsasən Azərbaycan dilində qarşılığı olan xarici sözlərdən yersiz istifadə tendensiyasının azalmayacağı təqdirdə qanunvericiliyiə müvafiq olaraq inzibati tənbeh tədbirlərinin tətbiq ediləcəyi xatırladılıb", - deyə, məlumatda vurğulanıb.Əntiqə Rəşid

İran mediasının Azərbaycanla bağlı paylaşdığı bu xəbər ŞOK EFFEKTİ YARATDI   —   Siyasi şərhçidən AÇIQLAMA 

İran növbəti dəfə  Azərbaycana qarşı ittihamlar və hədələyici fikirlər səsləndirib. Guya İsrail qüvvələri Azərbaycan ərazisindən istifadə edir.Məlumatı “Fars” xəbər agentliyi dərc edib və məqalədə vurğulanıb ki,  guya İsrail qüvvələri Azərbaycan ərazisindən istifadə edir. "Əgər ABŞ və İsrail tərəfindən İrana mümkün hücum halında Tehran Azərbaycana zərbə endirəcək",-deyə məqalədə qeyd olunur.Mövzu ilə bağlı siyasi ekspert Elməddin  Behbud Oxu24.com-a  danışıb:-Elməddin müəllim,  İranda bir problem olanda, istər daxildə, istər xaricdən, ilk növbədə Azərbaycanı hədəf alır. Azərbaycan vətəndaşı olaraq düşünürük ki, görəsən, bu İranın növbəti hədəsidir, yaxud bu iddia reallaşa bilər? -Artıq təəccüblənməyə ehtiyac yoxdu. Çünki, təhdid İranın Azərbaycana qarşı klassik münasibətidir. Biz İranın bütövlükdə qonşularla olan münasibətlərinə diqqət etsək , görərik ki, təhdid, hədələmə, bəzən təhqir, əgər    “münbit şərait “ varsa güc tətbiqi iranın xarici siyasəti üçün sistematik  xarakter daşıyır. Bütövlükdə bunlar qonşuluq münasiətlərini  təhdid- hədə üzərində qurublar. Müxtəlif dövrlərdə Azərbaycan rəhbərliyi də  İran rəhbərliyi ilə görüşlərində, təmaslarında Azərbaycanın ünvanına  İran mediasında İran rəhbərliyinin söylədiyi ittihamların əsassız olduğunu, mehriban qonşuluq siyasətinə zidd olduğunu deyib. Bizim ortaq mədəni, dini, tarixi birliyimizə yaraşmadığını da dilə gətiriblər. Onlar da hər dəfə deyirlər ki, bəli, bu məsələlər aradan  qaldırılacaq. Ancaq bu məsələlərin heç biri aradan qalxmır. Bu onu göstərir ki, qonşularla kanseptual əsaslı   münaibəti həmin o prinsiplər üzərində qurulub. -12 günlük müharibədən sonra da İran Azərbaycanı “düşmən” çıxartmaqda davam edir. Sanki İranı İsrail Silahlı Qüvvələri deyil, Azərbaycan ordusu darmadağın edib. Bundan nəticə çıxartmaqdansa, yenə də hədələyir. -Hazırki vəziyyətdə, əlbəttə ki, 12 günlük müharibədən sonra, İran təbii ki müəyyən nəticələr çıxarıb və növbəti savaşa daha ciddi şəkildə hazırlaşmaqdadır. Ancaq onların Azərbaycana olan ittihamları, məsələn guya burda İsrailin bazası var, İsrail məhz Azərbaycandan zərbə endirəcək” kimi iddiaları heç bir əsası yoxdu. Ümumiyyətlə, Azərbaycan ərazisində heç bir dövlətin hərbi bazası yoxdu,  bunu peyk imkanı olan İran dövləti də bilir. - Bəs, bilirsə, niyə inadından, böhtanından əl çəkmir. -Sadəcə daim gərginlik, təhdid və münasibətlərin   tarıma çəkilməsi , nataraz vəziyyətdə saxlanması  qonşularımızın əsas siyasətidir və münasibətləri bu siyasətin üzərində  qururlar. Mən guman eləmirəm ki, ola biləcək hansısa ABŞ- İsrail eskalasiyası dövründə  onlar Azərbaycana qarşı zərbə endirsinlər. Doğrusu , belə bir şey gözləmirəm, amma müharibənin miqyası bir çox şeyi formalaşdıracaq. Yəni,  ABŞ-İsrail kiçik zərbələrlə bu məsələni başa çatdıracaq, yoxsa artıq İranda 1979-cu ildən hakimiyyətdə olan hazırki siyasi qüvvənin devrilməsinə qədər davam eləyəcək? Yəni münaqişə nə qədər böyüyəcəksə,  əlbəttə ki, onun odunun- alovunun daha çox uzaq coğrafi nöqtələrə sıçraması gözlənilən olur. Azərbaycan üçün arzu olunmaz bir haldı bu. Güman edirəm ki,  məsələ bu qədər böyüməz.- Ümid edək ki, ABŞ- İsrail  real hücumu baş verərsə, burda da bizi  “günahkar” çıxarmazlar…- İran qonşuluq münasibətlərində də, dostluq- qardaşlıq münasibətlərində də səmimi deyil. Davamlı yalan istehsalı ilə məşğuldur. Düşüncə sistemindən gələn bir həyasızlıqla tirajlıyırlar ki, “ ay İranda guya bu yaxın günlərdə  Təbrizdə Azərbaycan dili tədris olunur, Azərbaycan dilində dərslər keçilir, orda Azərbaycan dilində telekanallar var”. O telekanallara baxırıq. Bütün günü yalnız şimaldakı Azərbaycan dövlətinə nifrət qusur. Düşünmək olar ki, elə   o kanalları Azərbaycana qarşı  təbliğat aparmaq üçün  açıblar.-Geniş açıqlamaya görə təşəkkür edirik.Əntiqə Rəşid

Aqil Abbas mənim toyuma pul əvəzinə kitab yazdırmışdı - Mehman Cavadoğlu ilə MÜSAHİBƏ 

Oxu24.com tanınmış jurnalist, publisist Mehman Cavadoğlunun APA-ya müsahibəsini təqdim edirVotsapda göndərilən məkan bizi asanlıqla Badamdardakı ünvana çatdırır. Bloku, mənzili axtarıb tapmaq lazımdır. Hardasa 27-28 il öncəni xatırlamağa çalışıram, o zaman olduğum məhəllə çox dəyişib, nə qədər yeni bina var. Zəng edirəm. “Bir az qabağa gəlin, çıxıram”, deyir. Az keçmir blokun qarşısından səsləyir. 20 ilə yaxındır görmədiyim tanınmış qəzetçi, jurnalist, publisist, tərcüməçi Mehman Cavadoğlu qarşımızda dayanıb. Dillənməsə, tanımazdım. Bircə səsi, bir də təbəssümü dəyişməyib.Mənzilin qapısını açıb içəri dəvət edir. Xəyalən 90-cı illərin sonlarına boylanıram - xəstələnib yatağa düşəndə kollektiv halda ona evində baş çəkməyimiz, mərhum həyat yoldaşı Lətifə xanımın bizi qarşılamağı, hay-küylə otağa daxil olmağımız...Elə o zamandan podaqra adlı mərəzdən əziyyət çəkən Mehman Cavadoğlu indi daha şiddətli ağrılarla mübarizə aparır, xəstəlik zahirən çox dəyişib onu. Çətinliklə yeriyir. Ağrıdan çəkdiyi əzabı nə qədər gizləməyə çalışsa da, hiss olunur...Səliqəli balaca otağa daxil olanda bizi divardakı böyük rəsmi “qarşılayır”. “İndisinə bənzəri yoxdur, amma kim çəkibsə, cizgilərinə kimi yaradıb”, deyirəm ürəyimdə.Uzun zamandır səssizliyə çəkilən müsahibimizin ötən ay 70 yaşı tamam olub. Bu söhbəti elə dekabr ayında – 70 illiyi ərəfəsində etmək istəsək də, səhhəti imkan vermədi. “Babat olan kimi görüşərik” dedi və vədinə əməl elədi...- Mehman müəllim, dekabrda 70 illik yubileyiniz oldu. 70 yaşı təsəvvür eləyirdiniz?- Demək olar ki, yox. Heç vaxt ağlıma gəlməzdi ki, mən 70 yaşa çatacam və yaxud 70 yaşlı insan necə olur. O uzaqdan, uzaq illərdən baxanda çox əlçatmaz görünür, sonra görürsən ki, yox, elə adi günlərdən biridir, elə belə də olmalıymış. Sadəcə, yaşlandıqca əvvəlki həvəs, əvvəlki həyat eşqi azalır, necə deyərlər, sönməyə doğru gedir. Və başlayırsan xatirələrlə yaşamağa. İnsan gəncliyində daha çox arzularla, qocalığındasa xatirələrlə yaşayır. Yaşadığı günlərin dadınısa yalnız uşaqlıq illərində və cavanlığında çıxarır.Xatirənin yaxşısı, pisi yoxdur, hamısı şirindir- 70 yaşda ən çox hansı xatirələr yada düşür?- Həmişə deyillər ha xatirələr şirindir, bu fikirdə böyük həqiqət var. Yaşlaşandan sonra insanın yaddaşında ilişib qalan nə varsa, hamısı şirinləşir - pis günlər də, yaşadığın acılar da... Halbuki bu acıları yaşayarkən hər şeydən, həyatdan da, özündən də, ətrafından da bezirdin. Ona görə də xatirənin yaxşısı, pisi yoxdur, hamısı şirindir. Həyatın özü kimi. Pis günlər olmasa, yaxşı günlərin də qədir-qiyməti bilinməz.Çətinliklə oturduğu hiss olunur, amma gizlətməyə, qamətini tarazlamağa çalışır. Divardakı portret fotoqrafımız İlkinin də diqqətindən yayınmır, kadra alır.- Cavanlığınızı kim çəkib?- Rəhmətlik Vidadi Həmidli. Dostum, qohumum, əqidə yoldaşım. Əzim Əzimzadə adına rəssamlıq texnikumunun məzunu...- İlk yazınız yadınızdadır yəqin, necə xatırlıyırsınız?- İlk yazılarım, orta məktəbin divar qəzetində çıxıb. Sonra BDU-nun jurnalistika fakültəsində oxuyanda. Fakültənin “Jurnalist” adlı tədris qəzeti çıxırdı, orada ara-sıra yazılarımız dərc olunurdu. Bu yaxınlarda Naxçıvanda yaşayan tələbə yoldaşım Hüseyn həmin qəzetdə çıxan bir yazımı arxivindən tapıb göndərmişdi mənə. (Telefonun yaddaşından dostunun çəkib göndərdiyi fotonu – həmin məqaləni tapıb göstərir)Sanki duyubmuş ki, bu günlərdə mənə belə bir sual veriləcək. “Dad yarımçıq əlindən” adlı satirik qeydlər, felyeton idi.- Dövri mətbuatda nə vaxtdan dərc olundunuz?- Tələbə vaxtı müəyyən qəzetlərdə yazılarım çıxırdı, “Azərbaycan gəncləri” və daha bir neçə qəzetdə yazılarım dərc olunmuşdu. O vaxt yazı çap etdirmək çox çətin məsələ idi. İndiki kimi deyildi. Birincisi, qəzet-jurnal az idi, indiki kimi ölkəni başına götürməmişdi, ikincisi, onlara çıxış imkanları çox məhdud idi. Jurnalistika fakültəsinin hər hansı tələbəsinin haradasa balaca bir yazısı gedəndə toy-bayram olurdu.- İlk iş yeriniz “Azərbaycan gəncləri” oldu?- Yox, “Azərbaycan gəncləri” qəzetində işləməmişəm. İlk iş yerim “Sovet kəndi” qəzeti olub.- Həmin qəzet yardımdadır, bizə evə gəlirdi, atam abunə idi. Nəsə yadımda maraqlı qəzet kimi qalıb…- Hə, institutu qurtarandan sonra ilk dəfə o qəzetdə işləmişəm. Əvvəl müxbir, sonra şöbə müdiri olmuşam. Oradan Ali Partiya Məktəbinə ikinci təhsilə getdim. Sonra 20 Yanvar hadisələrində partiya biletini cırdım, partiya üzvlüyündən çıxdım. Rektorun yenidən partiyaya bərpa olub məktəbə qayıtmaqla bağlı israrlı təklifini qəbul etmədim. Məktəbi qurtarmağa 6 ay qalmış ordan yarımçıq çıxdım.- O dövrdə vəzifə tutmaq istəyən, yaxud vəzifədə irəliləmək istəyənlər üçün Ali Partiya Məktəbində oxumaq tələbi vardı deyəsən…- Oranı qurtaranların guya üstünlüyü var idi. Əslində isə çox şeyi proteksiya və rüşvət həll eləyirdi. Əvvəlcə pioner, sonra komsomol olurdun. Bunları hamı keçirdi. Amma hamı Kommunist Partiyasının üzvü ola bilmirdi, müəyyən seçimlər gedirdi. Dövlət işlərində, hətta mətbuat orqanlarında da vəzifələrə partiyanın üzvü olanlar keçə bilərdi. Ali partiya məktəbi də kadrlar hazırlayırdı. O vaxt MK-nin ikinci katib vardı, Konovalov, həmin məktəbə gedənləri son mərhələdə o qəbul eləyirdi. Sorğu-sual vaxtı milli məsələlərə toxundum deyə, söhbətimiz alınmamışdı. Başqa vaxt olsaydı, məni nəinki məktəbə qəbul eləməzdilər, hətta cəzalandırardılar.Fəxri xiyabanda Şıxəli Qurbanovun məzarı önündə aksiya keçirmişdik- Deyəsən, elə gəncliyinizdən millətçi olmusunuz.- Universitet illərindən. 1974-cü ildə Novruz bayramı münasibəti ilə ilk dəfə bu bayramın rəsmi şəkildə qeyd edilməsinin təşəbbüskarı olan mərhum Şıxəli Qurbanovun Fəxri xiyabandakı məzarı önündə aksiya keçirmişdik. Təxminən 50-60 nəfər idik. İndiki gəncliyə qəribə gələr. Bu, elə bir dövr idi ki, mətbuatda “Novruz” kəlməsinin işlədilməsi belə qadağan idi.- Xalq hərəkatına nə zaman qoşulmuşdunuz?- Lap əvvəldən hərəkatda iştirak etmişəm. Xalq Cəbhəsinin ilk bülleteninin, “FV/ÇP” qəzetinin hazırlanmasında rəhmətlik Ağamalı Sadiq Əfəndi ilə birlikdə çalışmışıq. Partiya məktəbində isə Eldar Sabiroğlu və Fəxrəddin Abbasla birlikdə Xalq Cəbhəsinin özəyini yaratmışdıq. Ali Partiya məktəbində partiya əleyhinə mitinqlər keçirirdik. Ora da milli ruh gətirdik. Sözügedən məktəb Zaqafqaziya regionunu əhatə edirdi, orada həm Gürcüstandan, həm də Ermənistandan tələbələr təhsil alırdı.20 Yanvar hadisələri ərəfəsində vəziyyət daha da gərginləşdi. Erməni tələbələr artıq məktəbi tərk edib öz respublikalarına getmişdilər, gürcü tələbələr isə qalırdı. Həmin dövrdə keçirilən mitinqlərin birində çox sərt qətnamə layihəsi hazırlamışdıq. Məktəbin partiya təşkilatının da hökumətin rəsmi mövqeyi ilə üst-üstə düşən alternativ layihəsi var idi. Layihələr səsə qoyuldu və bizim sənəd qəbul olundu. Bilirsən niyə? Gürcülərin hesabına. Onların, demək olar ki, hamısı bizim hazırladığımız və Xalq Cəbhəsinin mövqeyini əks etdirən qətnamə layihəsinə səs verdilər. Özümüzünkülərdən isə çox az sayda adam bizim varianta səs vermişdi.Bakıda zirzəmidə kustar üsulla nəşr edilən qəzetin arxasında gah Tiflisdə, gah da Dərbənddə çap olunduğunu yazırdıq- “FV/ÇP” qəzeti nə zamandan çıxmağa başladı?- 20 Yanvar hadisələrindən dərhal sonra. Ağır günlər idi. Bakıda hərbi vəziyyət elan olunmuşdu, bütün mətbuat orqanları, demək olar ki, bağlanmışdı. AzTV-nin enerji blokunu da partlatmışdılar. Bir sözlə, ölkə tam şəkildə həm hərbi, həm də informasiya blokadasında boğulurdu. “FV/ÇP” belə bir vaxtda çıxmağa başladı. Ağamalı bəyin evində hazırlanır, Çapayev küçəsindəki (indiki Təbriz küçəsi) bir zirzəmidə kustar üsulla nəşr edilirdi. Arxasında isə gah Tiflisdə, gah da Dərbənddə çap olunduğunu yazırdıq. Yayımı nəşrindən də çətin idi. Bütün şəhər rus hərbçilərinin nəzarəti altındaydı. Amma rəhmətlik İbrahim (hamı onu İbiş kimi tanıyırdı) və komandası bunun öhdəsindən layiqincə gəlirdi. Metro stansiyalarında, küçələrdə satılırdı. Dəryada damlaydı. Buna baxmayaraq, milli müqavimətin, milli ruhun ölməzliyinin simvolu kimi çox qiymətliydi.- Bu vəziyyət nə qədər davam elədi?- 90-cı ilin ortalarına kimi. İyul ayında Hüquqşünaslar İttifaqının orqanı kimi “Ədalət” qəzeti nəşrə başladı. Dostlarım Adil Minbaşı və Aqil Abbasla birlikdə bu qəzetin yaradılmasında iştirak etmişəm. Həmin ilin oktyabrında isə Ağamalı bəylə birlikdə “Müxalifət” qəzetini buraxmağa başladıq. Bu qəzet parlamentdəki “Demblok”un orqanı idi.Xalq Cəbhəsi hakimiyyətə gələndən sonra isə Ali Sovetin orqanı olan “Həyat” qəzetinin baş redaktoru oldum. Bir neçə aydan sonra qəzetin adını dəyişib “Azərbaycan” qoyduq. Bilirsiniz, “Azərbaycan” qəzeti 1918-1920-ci illərdə Azərbaycan Demokratik Cümhuriyyətinin rəsmi orqanı olub.80-ci illərin sonlarından başlayaraq Sabir Rüstəmxanlının baş reaktorluğu ilə Qarabağa Xalq Yardımı Komitəsinin orqanı olan “Azərbaycan” adlı qəzet çıxırdı. Təbii ki, “Azərbaycan” adlı iki qəzet ola bilməzdi. Bərpa prosesində Sabir Rüstəmxanlı artıq qəzetdən getmişdi, Mətbuat Komitəsinin sədri işləyirdi. Biz qəzetin o zamankı rəhbərliyi ilə danışdıq, onlar da prosesi müsbət qarşıladı. Həmin qəzetin adı dəyişdi - “Qarabağ” adı ilə çıxmağa başladı. O kollektivdən əməkdaşların bir qismi isə bizə qoşuldu...Yaddaşım məni aldatmırsa, həmin vaxt - 1918-1920-ci illərdə qəzetin 443 nömrəsi çıxmışdı. Odur ki, biz yeni “Azərbaycan”ı 444-cü nömrəylə nəşr etməyə başladıq. Yəni, 73 ildən sonra həmin qəzetin fəaliyyətini bərpa etdik.- Sizin rəhbərliyinizlə nə qədər davam elədi?- Bir il. Xalq Cəbhəsi hakimiyyətdən gedəndən sonra 1993-cü ilin iyununda mən də istefa verdim.- Özünüzlə xeyli gəncləri də aparmışdınız o qəzetə. Həmin gənclərdən kimlər daha çox yadınızda qalıb?- Xeyli gənc, tələbə aparmışdım. Gəlsənə ad çəkmədən keçinək. Yaşlaşmışam, kimlərinsə adını unudaram, yaxşı çıxmaz.- Rəhmətlik Səbuhi Məmmədli deyirdi ki, o da qəzetə həmin müraciətin iziylə gedib.- Hə. Birinci, yaxud ikinci kursda oxuyurdu. Maraqlı bir yazıyla gəlmişdi. Elə tələbəykən qəzetin əməkdaşı oldu. Arabir “Azərbaycan” qəzetində də dərc olunurdu. Sonra Yusif “Respublika” qəzetinə getdi, unutmuşam, həmin vaxtmı, bir az sonramı Səbuhi də “525-ci qəzet”də baş redaktor oldu. Tələbə redaktor, özü də ölkənin ən tirajlı qəzetlərindən birinin redaktoru...- “525-ci qəzet” də o zaman yaranıb, orada da fəaliyyətiniz oldu?- “525-ci qəzet”in də yaradılmasına, sonra isə müəyyən dövrdə nəşrinə köməkliyim olub. “Azərbaycan” qəzetində baş redaktorun birinci müavini olan Rəşad Məcidin təsisçiliyi ilə açılmış həmin qəzetə ilk aylarda “Azərbaycan”ın redaksiyasında bir neçə otaq verdim, yerləri yox idi. Arif Hacılının da o qəzetin yaranmasında mühüm rolu olmuşdu. Səhv etmirəmsə, qəzetin ilk nömrəsində gənclərə qəzetlə əməkdaşlıq etmələri üçün müraciət edildi. Az keçməmiş qəzetə xeyli istedadlı gənc gəldi və başqa bir istedadlı gəncin - Yusif Rzayevin rəhbərliyi ilə çox maraqlı bir qəzet yarandı.Heç kimə minnət qoymaq lazım deyil, hər kəs öz istedadının bəhrəsini görür- "Mehman Cavadoğlu məktəbi" deyirdilər, elə indi də deyirlər. Bir xeyli jurnalist, yazar Sizi özünün ustadı, müəllimi sayır...- (Gülümsəyir) Deyirlər, sağ olsunlar. Mən bilmirəm. Kim deyirsə, sağ olsun. Bəzən kimsə deyir ki, sağ olun, sizin rəhbərliyiniz altında bunu öyrəndik. Mən burada qeyri-adi bir missiya görmürəm. Lazım olanı etmişəm. O şey ki, borcum idi, vəzifəm idi, onu etmişəm. Buna görə heç kimə minnət-zad qoymaq lazım deyil. Kənardan nə qədər dəstək və kömək olsa da, bütövlükdə hər kəs öz istedadının bəhrəsini görür. Quyuya su tökməklə quyu sulu olmaz ki! Mənim yanımda işləyənlərin hamısı yaxşı jurnalist olmadı ki?!- Siz ilk dəfə yazımı oxuyanda xeyli həyəcanlanmışdım. Yazını demək olar ki, təzədən yazdınız, qorxdum deyəcəksiniz ki, yaza bilmirsən, amma dediniz ki, yaxşıdır, gələn dəfə daha yaxşı olacaq. Yəni gənclərə ruh verməyi, dəstək olmağı hər kəs bacarmır...- Yəqin ki, o yazıda nəsə bir işartı görmüşdüm. Ən ağırı odur ki, baxırsan adamda ümidverici heç nə yoxdur. Qalırsan naəlac... Kim gənclərə dəstək vermirsə, bunu etmirsə, düz etmir. Mənim borcum insanların potensialını üzə çıxarmaq üçün şərait yaratmaq idi, onu da etmişəm. Hər şey bu qədər sadədir.Heç kimi zorla jurnalist etmək olmaz- “Hər kəs öz istedadının çörəyini yeyir”- belə bir fikriniz də vardı...- Hə, nə vaxtsa buna bənzər sual vermişdilər onda demişdim. Heç kimi zorla jurnalist etmək olmaz, zorla ədəbiyyata, elmə yönəltmək mümkün deyil. Bu qabiliyyət insanın özündə olmalıdır. Sadəcə, rəhbər vəzifədə olan adamların həm vəzifə, həm də vicdan borcudur ki, istedadlı adamlara şərait yaratsınlar. Düzdür, çoxu bu cür adamlara qısqanclıqla yanaşır. Ona görə də vəzifə borcunu vicdanla yerinə yetirən adamlar qeyri-adi, lazım olduğundan bəlkə də daha artıq hörmətlə qarşılanır.- Bəs, kimi öz yetirməniz sayırsınız?- Tabeliyimdə olan bütün işçilərə eyni münasibət bəsləmişəm. Onların içərisində yaxşıları da, pisləri də olub. Sözün düzü, o “yetişdirmək” sözündən də sən deyən xoşum gəlmir.Cəmiyyətin ilkin oyanış mərhələsində istedadla, zəhmətlə yaxşı qəzet çıxarmaq mümkün idi- “Sovet kəndi”, “Həyat”, “Azərbaycan”, “Müxalifət”, “525-ci qəzet”, “Rezonans”, “İntibah”. Bunların hamısı ya birbaşa, ya da dolayısı ilə Sizin fəaliyyətinizlə bağlıdır. Hansı qəzeti doğma saymısınız?- Heç birini ayırmaq istəməzdim. Adını çəkdiklərinizin hamısı mənə doğma qəzetlərdir. “525-ci qəzet”ə gəldikdə isə, müəyyən dövrlərdə onun fəaliyyətində iştirak eləsəm də, o qəzet daha çox Rəşadın əsəridir. Amma alınmayan layihələr də olub. Cəmiyyətin ilkin oyanış mərhələsində istedadla, zəhmətlə yaxşı qəzet çıxarmaq mümkün idi. Sonra elə dövr gəldi ki, hər şey daha çox maliyyədən asılı duruma düşdü. Qabiliyyət və maliyyə! Biri axsayanda iş də axsayır, müəyyən sıxıntılar yaranırdı.- Məktəbdən danışdıq. Siz kimi özünüzə müəllim, ustad sayırsınız?- Universiteti bitirən ili müəllimlərimizdən biri, rəhmətlik Nəriman Zeynalov “Sovet kəndi” qəzetinə redaktor getdi. Universitetdən tanıdığı bəzi tələbələri, o cümlədən məni də həmin qəzetə apardı. Sizin o quruluş haqqında çox məhdud təsəvvürləriniz var. Həmin dövrdə universitet partası arxasından belə bir qəzetə getmək çox çətin idi, göydəndüşmə bir şans idi. Apardı və bizə meydan verdi, bizsə adına partiya jurnalistikası deyilən mürəkkəb, anlaşılmaz, lap dəqiqi, əndrəbadi rəsmi üslubu bir kənara qoyub, hamının başa düşdüyü sadə, anlaşıqlı dildə yazmağa başladıq. Söhbət məzmundan getmirdi. Məzmunun daha həssas məqamlarına “qlavlit” adlı bir qurum nəzarət edirdi ki, onun qarşısında baş redaktorlar da gücsüz idi.- “Qlavlit”, yəni senzura. Senzuraya tuş gələn yazılarınız olub?- O dövrün jurnalistlərinin özlərində daxili bir senzura var idi, hansı sözün, cümlənin keçib-keçmyəcəyini əvvəlcədən bilirdik. Müstəqillik illərində də müəyyən müddət senzura oldu. Yeri gəlmişkən, əsrin əvvəllərində “Molla Nəsrəddin” jurnalında senzuranın icazə vermədiyi karikaturalar, mətnlər olub. Mirzə Cəlil “Molla Nəsrəddin” jurnalında qəribə bir forma tapmışdı. O yazını ki, senzura buraxmırdı, yerinə xaç işarəsi çəkir, altından da yazırdı ki, bizdən asılı olmayan səbəblərə görə bu yer boş qaldı. Sovet dövründə bu da mümkün deyildi. Elə müstəqillik dövründə tətbiq olunan senzura dönəmində də bunun qarşısını alırdılar. Biz o zaman bunu bir neçə dəfə “Rezonans” qəzetində tətbiq etmək istədik, mətbəə qəzeti çap etmədi. Amma səhv etmirəmsə, “Azadlıq” qəzeti bir dəfə bu variantdan istifadə etmişdi. Necə olmuşdusa gözdən yayınmışdı.- Özünüzün senzorlarla birbaşa təmasınız olurdu?- Sovet dövründə daxili senzura o qədər güclüydü ki, nadir hallarda senzorla üzləşməli olurduq. Bilirdin ki, onsuz da bu söz, bu fikir getməyəcək. Üstəlik, o vaxtlar yazısı bir dəfə senzor qayçısına tuş gələn adamın adı da “qara siyahı”ya düşürdü. Amma müstəqillik dövründə senzorla didişmələr çox olub.Birini 100-150 manata aldığım kitablar var idi, nadir kitablardan birini Aqil Abbas mənim toyuma salmışdı- Bundan sonrakı qəzetçiliyi necə təsəvvür edirsiniz? Deyirlər ki, qəzetçilik dövrü bitdi. Siz də elə hesab edirsiniz?- Məncə düz deyirlər. Kağız jurnalistikası, kağız ədəbiyyatı, ümumiyyətlə, ifadə caizsə, kağız kitabı dövrü öz qürubunu yaşayır. Nə qədər ağır olsa da, bu həqiqəti qəbul etməyə, reallıqla barışmağa məhkumuq. Mənim çox zəngin kitabxanam var. İsmayıllıdakı ata evindədir. Bir otaq və qarşısındakı şüşəbəndli balkon başdan-başa kitab şkafları və rəfləridir. Birini 100-150 manata aldığım kitablar var idi. Söhbət sovet dövrünə qadağan olunmuş kitablardan gedir. Bu kitabların bəziləri xaricdən gizli yolla gətirilirdisə, bəziləri bolşevik inqilabından əvvəl, bəzilərisə sovetin ilk illərində nəşr olunmuş, amma sonradan qadağan edilmiş kitablar idi. Kitab alveriylə məşğul olan xüsusi adamlar var idi onlardan, bəzən də “Bukinist”dən alırdıq. Belə nadir kitablardan birini Aqil Abbas mənim toyuma salmışdı. İndi də rayondakı bəzi qohum və dostlarım onu televizorda görəndə deyir ki, Mehmanın toyuna kitab salan oğlan danışır.Bütün bunları ona görə danışıram ki, indi deyəcəklərimə görə məni qınamasınlar. Biz artıq kitab, daha doğrusu, ifadə caizsə, kağız kitab və yaxud kağızda kitab dövrünün sonunun çatması faktıyla barışmalıyıq. Əgər indi mənim kitabxanamdakı qədər kitabı bir neçə fləşkarta yazıb cibdə gəzdirmək mümkündürsə və yaxud istədiyin mətni cibindəki telefonda tapıb oxuya bilirsənsə, o boyda kitabxana kimə lazımdır?!- Qəzetçilik də tarixə qovuşacaq?- Artıq yavaş-yavaş qovuşur. Bu məsələdə bizim hədsiz təşvişimiz “kağız nəsli” olmağımızla bağlıdır. Amma 20-30 il sonrakı nəsil üçün bu, o qədər də ağrılı olmayacaq. Bəlkə indi kimsə gil tabletlərin, papirusun, runi yazılarının, nə bilim perqamentin xiffətini çəkir? Məşhur filmdə, ya hekayədə İçərişəhər haqqında necə deyilir? Təxminən belə: “İçərişəhər də ilk məhəbbət kimidir, istəyirik saxlayaq saxlaya bilmirik, keçib gedəndir”. İndi də “keçib getmək”, tarixə qovuşmaq növbəsi kağız kitabındır, buna qarşı çıxmaq Don Kixotun yel dəyirmanıyla vuruşmağı kimi bir şeydir.Kiminsə məni xatırlayacağını düşünmürdüm- Belə başa düşdüm ki, qəzet, kitab da oxumursuz?- Son vaxtlar nə qədər bədii ədəbiyyat oxumuşamsa, hamısını elektron formatda oxumuşam. Qəzetisə saytlar əvəz eləyir.- Azərbaycan mətbuatının 150 illiyi münasibətilə Siz də medalla təltif olundunuz. Gözləyirdiniz?- Yox, tamamilə gözlənilməz oldu. Kim təşəbbüs göstərib yada salıbsa, sağ olsun. Açığı, kiminsə məni xatırlayacağını düşünmürdüm. Bir gün sadəcə, zəng edib, xəbər verdilər ki, medalla təltif olunmuşam. Haradan gəldi, necə gəldi bilmirəm... Mənim özümə isə İlqar Tağıyev gətirib verdi. O da bir müddət mənim yanımda işləyib...- Bir müddət tərcüməylə də məşğul olmusunuz. İndi davam edirsiniz, yoxsa?- Bir xeyli tərcümə kitablarım çap olunub. İndi səhhətim imkan vermir. Amma tərcümə ilə bağlı 7-8 kitabım çıxıb. Boris Pasternakın Nobel mükafatı almış “Doktor Jivaqo” romanı da var. Bulqakovun “İt ürəyi”, Boris Akuninin “Türk qambiti”, Sturqatski qardaşlarının “Hoteldə qətl” əsərləri və s.- “Doktor Jivaqo”ya yazdığınız “Ön söz” xeyli maraqla qarşılanmışdı. Deyəsən, elə son yazınızdır.- ”Ön söz”... Hə, yazmışam... Son yazı? (Düşünür) Yox, son yazı deyil. Arada bir müddət “Ədalət” qəzeti üçün də yazırdım. Xəstəlik əllərimi şikəst edəndən sonra yazmağa çətinlik çəkirəm.- Biz zamanlar deyirdilər ki, Mehman Cavadoğlu başqa imzalarla da yazır.- Yox. Əvvəllər imzam Mehman Məmmədov olub, sonra Mehman Cavadoğlu imzası ilə yazmışam. İmzasız redaksiya yazıları da yazmışam. İmzamı gizlətdiyim hal isə olmayıb.- Ən çox hansı yazınız yadınızda qalıb?- Bu barədə heç düşünməmişəm. İranla sərhədlər təzə açılanda ora getmişdim. Həmin səfərdən sonra “Azərbaycan bir olsun, paytaxtı hara olsun” adlı geniş yazı yazmışdım. “Ədalət” qəzetində təxminən 25-30 nömrə getmiş, xeyli maraqla qarşılanmışdı.“20 yanvar” hadisələrindən sonra xalq hərəkatı haqqında “Gənclik” jurnalında geniş yazım çıxmışdı. Həmin vaxt bu mövzuda yazı çap etdirmək çətin idi. Hərbi vəziyyət idi, çox redaksiyalar imtina elədi, amma rəhmətlik Məmməd İsmayıl onu dərc elədi. Daha hansını deyim, bilmirəm. Yaxşı-pis o qədər yazı olub ki...- Uzun zaman Müsavat Partiyasında fəaliyyət göstərdiniz. Sizcə, bu, jurnalistkaya necə təsir göstərib?- Maraqlı sualdır. 1993-cü ilin sonlarından etibarən Müsavat Partiyasının katibi və ya başqan İsa bəyin müavini olmuşam. Qəzetçi kimi nə qədər tərəfsiz olmağa çalışsam da, şübhəsiz ki, bu amil fəaliyyətimə təsirsiz ötüşməyib...- Podaqra ilə “yoldaşlığınız” da uzundur. 70 ilin neçə ilini onunla “yoldaşlıq” edirsiz?- Podaqra xəstəliyi ilk dəfə 33 yaşımda üzə çıxdı, ayağımda tutmuşdu. Halbuki tibbi ədəbiyyatda yazılır ki, bu xəstəlik adətən 40-45 yaşdan sonra başlayır. Atamda da bu xəstəlik var idi, irsidi. Amerikada da, Tailandda da, Leninqradda da, Tiflisdə də müayinə etdirmişəm. Hər yerdə eyni sözlər, eyni dərmanlar. Tam müalicəsi yoxdur. Ömrünün axırına kimi gözləməlisən, nazıyla oynamalısan. Oynamadınsa, cəzalandırır. Mən də indi vaxtilə etdiyim səhlənkarlığın cəzasını çəkirəm.Əllərim açılarsa, xəstəliyimin tarixçəsini yazaram- Əlləriniz açılsa, nə yazmaq istəyərdiniz? Heç yarımçıq qalan tərcüməniz varmı?- Yarımçıq tərcüməm yoxdur. Əllərim açılarsa, elə bu xəstəliyimin tarixçəsini yazaram, publisistcəsinə. Həkim kimi yox, bir xəstə kimi, yaşadığım dəhşətli əzabları...- Başqa nəsə yazmaq istəmirsiz? Xatirələrinizi yazmaq, çap etmək...- (Bayaqdan bəri neçənci dəfə bədənini tarazlamağa çalışır, yarıbükülü əllərinə baxıb düşünür) Ola bilər. Ancaq bu dəqiqə onu etməyə fiziki imkanlarım yoxdur...Son bir ildə, bir il yarımda çox əziyyət çəkmişəm. Əvvəllər bir həftə, 10 gün yatırdım, keçib keçirdi. İndi isə il yarımdır tutub buraxmır, daha bezmişəm. Nə öldürür, nə də rədd olub gedir. Demək olar ki, hər şeyə həvəsim itib. Nəsə, çox pessimizmə qapılmayaq...Sağollaşanda ağrılı əllərini tutmağa ehtiyat edirəm. Ürək-dirək verirmiş kimi “İnşallah, əlləriniz açılar, mütləq yazın, maraqlı olar”, deyirəm.- (Gülümsəyir) Görək. Olsa, fikirləşərəm...

Rusiya İranda baş verənlərə MÜDAXİLƏ EDƏ BİLƏR?     —   Politoloqla gündəm MÜZAKİRƏSİ

Politoloq: ""SEPAH dəfələrlə İranı "qan içində boğub",   Rusiya kimi xarici oyunçular isə..."  Hazırda dünya mediasının diqqəti İran İslam Respublikasında baş verən etiraz aksiyalarına yönəlib. Müxtəlif siyasi və ictimai simalar, eyni zamanda, dövlət başçıları hadisələrlə bağlı subyektiv fikirlərini səsləndirməkdədirlər. Rusiyalı politoloq Qriqori Qolosov açıqlaması isə birmənalı qarşılanmayıb. Qolosov iddia edib ki, SEPAH hərəkətə keçsə, İran qan içində boğulacaq:”SEPAH İran hadisələrinin əsas oyunçusuna çevrilir. Onun İranı qana boyamaq üçün kifayət qədər gücü və motivasiyası var”.Oxu24.com un   mövzu ilə bağlı suallarını  Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov cavablandırıb.-Tural müəllim, doğrudanmı, rusiyalı politoloq Qriqori Qolosovun dediyi  kimi   SEPAH "İranı qan içərisində boğmaq" gücünə malikdir?-Rusiyalı politoloqun SEPAH-ın potensial müdaxiləsi haqqında söylədiyi “İran qan içində boğulacaq” ifadəsi diqqət çəkir. Bu bəyanat etirazçıların motivasiyasını azaltmaq məqsədi daşıya bilər. Amma sual yaranır: bu, Rusiyanın molla rejiminə dəstəyi kimi qiymətləndirilməlidir, yoxsa real vəziyyətin obyektiv təsviri? Rusiya-İran münasibətləri strateji xarakter daşıyır. Suriya və Ukrayna münaqişələrində hərbi-texniki əməkdaşlıq, sanksiyalara qarşı birgə mövqe bu əlaqənin əsasını təşkil edir. Rusiya İranın regiondakı sabitliyini öz maraqları üçün vacib sayır. Buna görə Qolosov kimi analitiklərin bəyanatları çox vaxt Moskvanın ümumi xəttini əks etdirir. -Deməli, Rusiya, Ukrayna – Rusiya müharibəsi başlayandan ona dəstək olan İran rejiminə  etdikəri  “ yaxşılıqlarının” əvəzini bu yolla qaytarır. Çətin gündə ona bu tip fikirlərlə dəstək göstərir… -Politoloqun  sözləri rejimə dolayı dəstək kimi görünə bilər, çünki etirazçıları qorxutmaqla daxili qarşıdurmanın qarşısını almağa çalışır. Lakin bu, məsələni həddindən artıq sadələşdirmək olar. Qolosov akademik mühitdən gəlir və Rusiyanın daxili siyasəti haqqında tənqidi fikirlər səsləndirən analitiklərdəndir. Onun İran barədə bəyanatı rejimin repressiv potensialını real qiymətləndirmə kimi də qəbul edilə bilər. SEPAH-ın tarixən etirazlara qarşı sərt mövqeyi məlumdur – 2009 və 2019-cu illərdəki hadisələr buna misaldır. Eyni zamanda Rusiya həmişə İranı dəstəkləmir. Yaxın Şərqdə öz maraqlarını prioritetləşdirərək bəzən Tehranla ziddiyyətə düşür. Bu baxımdan Qolosovun sözləri sadəcə “dəstək” deyil, region sabitliyi haqqında xəbərdarlıq kimi də oxuna bilər. Tənqid nöqtəsindən isə Rusiya belə bəyanatlarla özünü beynəlxalq izolyasiyaya daha da yaxınlaşdırır, çünki bu, demokratik proseslərə qarşı mövqe kimi qəbul oluna bilər.- Axı, ötən ilin yayında İsrail Silahlı Qüvvələrinin  hücumu qarşısında SEPAH-ın generalları yetdığı yerdə öldürülmüşdü, SEPAH çökmüşdü. Onun elə qüvvəsi qaldımı ki  2026-cı ildə İranı qana boyasın? -İndi SEPAH-ın ötən ilin iyununda İsrail qüvvələri qarşısında “çökməsi” iddiasına gələk. Həmin dövrdə “12 günlük müharibə” adlanan qarşıdurmada İranın zəiflikləri üzə çıxdı: raket zərbələrinin koordinasiyasında çətinliklər, kibermüdafiədə boşluqlar, xüsusilə Bank Sepah-a yönələn kibertəcavüzlər. İran cavab zərbələri vurdu və rejim dayanıqlı qaldı, lakin bu hadisələr SEPAH-ın omnipotent olmadığını göstərdi. Xarici təzyiqlər qarşısında zəif nöqtələri var. “Çökmə” ifadəsi həddindən artıq kəskin olsa da, SEPAH-ın repressiv rolu İran cəmiyyətini dərindən bölür. Etirazçılar haqlı olaraq dəyişiklik tələb edir, lakin rejim bu qüvvəni sərt istifadə etməklə öz legitimliyini itirir. Digər tərəfdən etirazçılar da beynəlxalq dəstəyi effektiv şəkildə istifadə etməli, çünki xarici müdaxilələr (kibertəcavüzlər daxil) vəziyyəti daha da mürəkkəbləşdirir. - Haqlısınız, kibertəcavüzlər İrana heç də az zərbə vurmadı.  Elə həmin günlərdə İranın ən böyük kriptovalyuta birjası "Nobitex"a giriş sındırıldı.  “Yırtıcı Sərçə” adlı haker qrupu İran birjasından 90 milyon dollar oğurladılar...- Nəticə olaraq,  Qolosovun bəyanatı həm Rusiya dəstəyi elementləri daşıyır, həm də real riskləri əks etdirir. SEPAH-ın zəiflikləri aşkarlandı, lakin bu, tamamilə çökmə deyil. Hər iki tərəf – rejim və etirazçılar – dialoq yolu ilə çıxış axtarmalıdır. Qarşıdurma regionu daha da qeyri-sabitləşdirir. Rusiya kimi xarici oyunçular isə maraqlarını insan haqları ilə balanslaşdırmalıdır. Bu, İranın gələcəyi üçün əsas məsələlərdən biridir. -  Tural bəy, geniş və ətraflı müsahibəyə görə təşəkkür edirik.- Sizə də təşəkkür. Söhbətləşdi : Əntiqə Rəşid

Jurnalistlər üçün vacib xəbər: Əhməd İsmayılov mühüm məlumatları AÇIQLADI   —   MÜSAHİBƏ

Prezident İlham Əliyevin 2021-ci il yanvarın 12-də imzaladığı “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı ilə ölkə mediasının inkişafında yeni bir mərhələnin əsası qoyuldu, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi yaradıldı.Oxu24.com  xəbər verir  ki, ötən beş il ərzində Agentliyin fəaliyyəti, ölkədə həyata keçirilən media islahatlarının gedişi və qarşıda duran vəzifələr barədə AZƏRTAC-ın suallarını Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov cavablandırıb.- Əhməd müəllim, Medianın İnkişafı Agentliyinin beş illik fəaliyyətinə nəzər saldıqda hansı məqamları vurğulamaq istərdiniz?- Azərbaycanda həyata keçirilən media islahatlarının beş illik mərhələsinə nəzərə saldıqda inamla deyə bilərik ki, qarşıda qoyulmuş vəzifələrin hər birinin yerinə yetirilməsi istiqamətində sistemli addımlar atılıb, ölkənin media ekosisteminin müasirləşdirilməsi, yeni trendlərə uyğunlaşdırılması baxımından praktik nəticələr əldə olunub. Medianın inkişafının dəstəklənməsi, bu sahədə peşəkarlığın artırılması və rəqəmsallaşmanın stimullaşdırılması, eyni zamanda, cəmiyyət tərəfindən mediaya etimadın yüksəldilməsi islahatların mahiyyətini təşkil edən vacib amillərdir. Əldə olunmuş nailiyyətlərin əsasında dövlətin informasiya siyasətinə strateji yanaşması, cənab Prezidentin həm cəmiyyətin informasiya təminatında, həm də ictimai nəzarətin həyata keçirilməsində medianın fəaliyyətinə verdiyi daimi dəstək dayanır ki, bu da konkret nəticəyönümlü islahatların daha inamlı həyata keçirilməsi prosesində müstəsna əhəmiyyət daşıyır. Eyni zamanda, medianın sağlamlaşması və müasirləşməsi tendensiyasının vacibliyini anlayan ölkənin media ictimaiyyətinin və cəmiyyətimizin islahatların davamlılığına konseptual yanaşması, həmrəyliyi bu illər ərzində görülmüş işlərə münasibətin göstəricisidir.Məlumdur ki, cənab Prezident “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı 44 günlük Vətən müharibəsində möhtəşəm zəfərimizdən az vaxt keçdikdən sonra imzalamaqla cəmiyyətin informasiya təminatının yaxşılaşdırılmasına dövlətin həssas yanaşmasını nümayiş etdirmiş oldu. Fərmandan irəli gələrək tətbiq olunmuş yeniliklər Azərbaycan mediasının şəffaflıq və vətəndaş məmnunluğu prinsiplərinə əsaslanan, cəmiyyətin obyektiv və peşəkar şəkildə məlumatlandırılmasına xidmət edən fəaliyyətinin stimullaşdırılmasına şərait yaradan, modernləşmə, rasionallıq, qabaqcıl texnologiyaların geniş tətbiqi, aparıcı trendlərin izlənilməsi kimi qlobal informasiya mühitinin müəyyənləşdirdiyi fəaliyyət prinsiplərinin, innovativ yanaşmaların tətbiqinə təkan verib. Media sahəsində yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması, vətəndaş və cəmiyyət üçün ictimai maraq doğuran layihələrin həyata keçirilməsinin təşkili, həmçinin dövlət orqanlarının və qurumlarının, yerli özünüidarəetmə orqanlarının, hüquqi və fiziki şəxslərin müvafiq sahə üzrə fəaliyyətinin əlaqələndirilməsinin həyata keçirilməsi Medianın İnkişafı Agentliyinin əsas prioritetlərindən olub.Qlobal rəqəmsallaşma prosesləri bütün dünyada yeni və dinamik media mühitinin formalaşmasına gətirib çıxarıb. Milli media məkanının müasir tendensiyalara uyğun inkişaf etməsi və media mesajlarının həm ölkədaxili, həm də ölkəxarici auditoriyaya operativ və dolğun çatdırılması məqsədilə yerli media məkanında həyata keçirilən islahatlar mahiyyət etibarilə özündə bu sahədə fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarının yenilənməsinə, həmçinin kütləvi informasiyanın əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı, yayımı kimi məsələlərin daha təkmil formada nizamlanmasına yönəlmiş tədbirləri ehtiva edir.- Media islahatlarının əsas tərkib hissəsi olan “Media haqqında” Qanun Azərbaycan mediasının inkişafı üçün yeni imkanlar və yeni mərhələ kimi qiymətləndirilir. Ümumiyyətlə, islahatların gedişində əldə olunmuş nəticələrlə yanaşı, yaxın perspektiv hədəflər barədə nə deyə bilərsiniz?- Azərbaycanda həyata keçirilən media islahatlarının “yol xəritəsi” funksiyasını yerinə yetirən “Media haqqında” Qanun ötən dövr ərzində ölkənin informasiya mühitinin sağlamlaşdırılması və qorunması sahəsində öz praktik əhəmiyyətini təsdiqləyib. Xatırlatmaq istərdik ki, Qanun layihə formasında parlamentdə müzakirəyə çıxarılanadək aparıcı media subyektlərində onun təqdimatı olub və yüzlərlə jurnalistin, media nümayəndəsinin və ekspertinin iştirakı ilə müzakirəsi həyata keçirilib. Qanunun parlament səviyyəsində də dəfələrlə ictimai müzakirəsi təşkil olunub. Bir çox ekspertlər haqlı olaraq “Media haqqında” Qanunu dövlət büdcəsi haqqında Qanundan sonra cəmiyyətdə böyük maraq doğurmuş və geniş müzakirə olunmuş hüquqi akt kimi dəyərləndiriblər. “Media haqqında” Qanunun məqsədi ölkəmizin informasiya məkanının təhlükəsizliyinin təmin edilməsi, yerli medianın inkişafına təkan verilməsi, informasiya mühitinin sağlamlaşdırılması və rəqabət qabiliyyətinin artırılması, habelə jurnalistika peşəsinin nüfuzunun yüksəldilməsinə şərait yaradılmasıdır. Qanun qüvvəyə mindikdən sonra “Media Reyestrinin aparılması Qaydaları”nın icrası təmin edilib, media subyektlərinə və jurnalistlərə dair məlumatların sistemləşdirilməsi prosesinin hüquqi tənzimlənməsi həyata keçirilib.Əlamətdar haldır ki, cənab Prezident 2022-ci il 8 fevral tarixində, yəni Qanunu təsdiqləməsi ilə eyni gündə güzəştli ipoteka kreditindən istifadə etmək hüququna malik olan şəxslərin siyahısına jurnalistlərin də daxil edilməsini nəzərdə tutan Fərman imzalayıb. Bu addım cəmiyyəti obyektiv və qərəzsiz informasiya ilə təmin etmək kimi şərəfli bir peşəni icra edən jurnalistləri digər dəyərli peşə sahibləri ilə eyni sıraya daxil etməklə jurnalist əməyinə dövlətin yüksək diqqət və qayğısının bariz nümunəsi olub.Bildiyiniz kimi, bu ildən media subyektlərinin öz fəaliyyətlərindən əldə etdikləri gəlirlərin gəlir (mənfəət) vergisindən azadolma müddəti artırılıb. Mediaya bu iqtisadi güzəştlər 2023-cü il yanvarın 1-dən tətbiq edilməyə başlanılıb. Media sahəsində dövlətin qərarlarının məzmununa nəzər salsaq görərik ki, Azərbaycan mediasının iqtisadi dayanıqlığının gücləndirilməsi, müstəqil, güclü, fəaliyyətini günümüzün tələbləri səviyyəsində qurmağı bacaran, habelə dövlətçilik ənənələrinə bağlı və xalqımızın milli maraqlarını rəhbər tutan medianın inkişafı prioritet vəzifələrdən biri kimi daim diqqət mərkəzində olub. Medianın İnkişafı Agentliyi də öz işini media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi, müvafiq sahədə yeni iqtisadi modelin formalaşdırılması, yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması üzərində qurub. Vurğulamaq istərdik ki, media islahatlarının bu təməl yanaşmasının bundan sonra da davam etdirilməsi prioritet hədəflərimizdəndir.- Beş il ərzində Agentlik tərəfindən jurnalist peşəkarlığının artırılması istiqamətində addımların, eyni zamanda mediaya dəstək layihələrinin həyata keçirilməsinin davamlılığı təmin olunub. Növbəti mərhələ üçün bu istiqamət əsas götürüləcəkmi?- Azərbaycan mediasının güclü olması, insanları ictimai məzmunlu informasiya ilə yüksək səviyyədə təmin etməsi, vurğuladığınız hər iki amillə, yəni həm jurnalist peşəkarlığının artırılması, həm də media subyektlərinin güclənməsi ilə bilavasitə bağlıdır. Bu baxımdan, gələcəkdə də bu xətt öz aktuallığını qoruyub saxlayacaq. Ölkəmiz sistemli şəkildə dezinformasiya təhdidləri ilə üzləşir, müasir çağımızda informasiya mühitimizi çirkləndirməyə yönəlmiş addımların intensivliyi əvvəlki illərlə müqayisədə daha da artıb. Cənab Prezidentin vurğuladığı kimi Azərbaycanın nüfuzu möhkəmləndikcə, beynəlxalq müstəvidə öz layiqli yerini tutduqca ona qarşı müəyyən qarayaxma kampaniyaları da geniş vüsət alır. Azərbaycan mediası yalnız daxili auditoriyanı məlumatlandırmaqla öz işini bitmiş hesab etməməlidir, bununla yanaşı, dezinformasiya təhdidlərinə cavab vermək, ölkəmiz haqqında həqiqətləri dünyaya çatdırmaq kimi vacib missiya da bizim medianın üzərinə düşür. Məsələyə bu kontekstdən yanaşdıqda media subyektlərinin rəqabətə davamlılığının artırılmasını, jurnalistlərimizin daha da peşəkarlaşmasını olduqca vacib amil kimi dəyərləndirə bilərik.Nizamnaməsinə uyğun olaraq Agentlik Azərbaycanda medianın inkişafı prosesini stimullaşdırmaq məqsədilə yüksək keyfiyyətli jurnalistikanı təşviq etmək üçün yerli və beynəlxalq mütəxəssislərin iştirakı ilə inkişaf proqramlarının icrası, müvafiq sahədə kadr potensialının gücləndirilməsi və məşğulluq imkanlarının genişləndirilməsi, regional media üçün əlverişli mühitin yaradılması kimi bir sıra istiqamətlərdə media dəstək layihələri həyata keçirir. Media nümayəndələrinin bilik və bacarıqlarının təkmilləşdirilməsi məqsədilə peşəkar və sahəvi jurnalistikanın inkişafı istiqamətində il ərzində yerli və xarici ekspertlərin iştirakı ilə müxtəlif tədbirlər və inkişaf proqramları həyata keçirilməkdədir. Medianın İnkişafı Agentliyinin ADA Universiteti ilə uğurlu tərəfdaşlığı çərçivəsində təkcə ötən il 250-ə yaxın media nümayəndəsi üçün yerli və xarici ekspertlərin təlimçi qismində cəlb olunması ilə “Azərbaycan mətbuat tarixi”, “Media etikası”, “Narrativlərin formalaşdırılması: Strateji kommunikasiya və ictimaiyyətlə əlaqələrdə effektivlik”, “Data Jurnalistikası”, “Media, miflər və yanlış təsəvvürlər: Mediada Süni İntellekti necə səmərəli şəkildə istifadə edə bilərik”, “Süni intellektin mediada tətbiqi”, “Storytelling”: müasir publisistikanın yeni narrativləri və aktual trendləri” mövzularında təlimlər təşkil edilib.Ötən il Medianın İnkişafı Agentliyinin və Avropanın aparıcı xəbər şəbəkələrindən biri olan “Euronews” telekanalının birgə əməkdaşlığı ilə daim dəyişən media mühitində tələbatlı məzmun yaratmaq, müasir media tendensiyalarını effektiv tətbiq etmək və oxucu vərdişlərinə uyğun yeni media texnikalarını anlamaq məqsədilə yüksək keyfiyyətli təlim proqramları təqdim edən “Euronews Academy” Azərbaycanda fəaliyyətə başlayıb. Beynəlxalq tədris platforması tərəfindən media nümayəndəsi, jurnalistika və kommunikasiya ixtisası üzrə təhsil alan, həmçinin media sahəsinə marağı olan tələbələr üçün “Rəqəmsal Jurnalistika” və “TV və canlı jurnalistika” mövzularında ümumilikdə 3 moduldan ibarət təlim proqramları icra edilib.Onu da qeyd etmək istərdik ki, Azərbaycanda elə bir media subyekti yoxdur ki, beş il ərzində Agentliyin həyata keçirdiyi təlim proqramlarından kənarda qalsın. Hər il artan statistik göstəricilər deməyə əsas verir ki, jurnalist peşəkarlığının artırılması davamlı xarakter daşıyır, media əməkdaşlarının yeni bilik və bacarıqlara yiyələnməsi bundan sonra da davam etdiriləcək. Eyni zamanda, dövlət orqanlarının (qurumlarının) kommunikasiya strategiyalarının səmərəli şəkildə işlənilməsi, ictimaiyyətlə əlaqələr üzrə məsul şəxslərin bilik və bacarıqlarının artırılması, mətbuat xidmətlərinin işinin təkmilləşdirilməsi, onların fəaliyyətinin müasir kommunikasiya sistemlərinə uyğunlaşdırılması, mümkün böhran vəziyyətlərində ictimaiyyəti məlumatlandırma mexanizmlərinin effektiv icra edilməsi məqsədilə müvafiq mütəxəssislərə təlimlər keçirilməsi də artıq ənənə halını alıb.- Media subyektləri üçün dəstək layihələrinin həyata keçirilməsi artıq yeni məzmun daşımaqdadır. Bu barədə nə deyə bilərsiniz?- Xatırlatmaq istərdik ki, Agentlik “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”nın prinsiplərinə istinad edərək media subyektlərinin fəaliyyətini dəstəkləmək məqsədilə müsabiqələr təşkil edir. Məqsəd media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsinin təmin edilməsidir. Dövlətin mediaya dəstək mexanizmləri dövrün tələblərinə uyğun olaraq daim təkmilləşdirilməkdə və yeni elementləri özündə əks etdirməkdədir. Belə ki, əvvəllər yalnız sosial şəbəkələr peşəkar jurnalistikanın rəqibi kimi görülürdüsə, hazırda IT texnologiyalarının inkişafı, xüsusən də süni intellekt əsaslı kontentin geniş yayılması mediaya münasibətdə daha çevik yanaşma tələb edir. Media da öz növbəsində göstərilən dəstəkdən müasir trendlərdən geri qalmamaq üçün yararlanmalıdır. Onu da bildirək ki, artıq ikinci ildir ki, Audiovizual Şura ilə birlikdə dövlət sifarişi əsasında audiovizual məhsulların istehsalı və yayımı üzrə müsabiqələr təşkil edirik. Hədəfimiz yeni media mühitində auditoriya yönümlü və hədəf kütlələrə hesablanmış məzmun istehsalı və yayımını təşviq etməkdir. Maarifləndirici materialların rəqabətədavamlılığının artırılması, məzmun müxtəlifliyi və yaradıcılığının stimullaşdırılması əsas prioritet kimi müəyyənləşmişdir. Məqsədimiz informativ və ictimai dəyər daşıyan materialların sayını artırmaq, eyni zamanda televiziya kanallarını innovativ, çoxformatlı, yaradıcılığa əsaslanan məzmuna həvəsləndirməkdir.- Əhməd müəllim, son illər yalnız ölkəmizdə deyil, beynəlxalq müstəvidə formalaşmış yeni media trendlərindən biri də Şuşada keçirilən media forumlardır. Bu barədə fikirlərinizi bildirmənizi istərdik.- Dünya jurnalistlərinin beyin mərkəzi kimi formalaşmış Şuşa Qlobal Media Forumlarında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şəxsən iştirak etməsi, media nümayəndələrinin çoxsaylı suallarını cavablandırması dövlətimizin haqq səsinin dünyaya çatdırılması baxımından əlamətdar hadisə olmaqla yanaşı, eyni zamanda mediaya diqqət və qayğının müstəsna təzahürüdür. Yeni media mühitində müşahidə edilən tendensiyaların geniş spektrdan təhlili, media sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi, bu sahədə aparıcı trendlərin izlənilməsi, innovativ təkamülün yaradıcı sənayelər üçün yaratdığı imkanların tətbiq mexanizmlərinin araşdırılması məqsədilə 22-24 iyul 2023-cü il tarixlərində Şuşa şəhərində 4 panel sessiyadan ibarət “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” Şuşa Qlobal Media Forumu keçirilmişdir. Forum çərçivəsində dünyanın tanınmış və nüfuzlu media rəhbərləri, ekspertləri panel sessiyalarda media və informasiya-kommunikasiya sahəsində qlobal səviyyədə mühüm aktuallıq kəsb edən məsələləri müzakirə etmiş, həmçinin tədbir çərçivəsində müxtəlif beynəlxalq layihələrin təqdimatı, sərgilər, mədəni tədbir, təlimlər təşkil edilmiş, Forum gedişində çoxsaylı əməkdaşlıq müqavilələri imzalanıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə 2024-cü il 20-22 iyul tarixlərində “Yalan Məlumatların İfşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumu təşkil edilmiş, qlobal media gündəminin müzakirəsi və dezinformasiyaya qarşı birgə hərəkət platformasının yaradılması Forumun əsas hədəfi olmuşdur. Qlobal sabitlik üçün ən əsas təhdidlərdən biri hesab edilən dezinformasiyaya qarşı mübarizədə innovativ metodların tətbiqi imkanları, proaktiv strategiyaların araşdırılması və geniş spektrdan təhlili, bu istiqamətdə medianın rolu və effektiv həll yollarının müəyyənləşdirilməsi, süni intellektin reallığa, mediaya və dezinformasiyaya təsiri, eyni zamanda media savadlılığının dezinformasiyaya qarşı mübarizədə önəminin müəyyənləşdirilməsi məqsədilə qeyd edilən tarixlərdə 4 panel müzakirə, “Yaşıl dünya naminə həmrəylik - COP29” mövzusunda təqdimat, Türk Xəbər Agentlikləri Alyansının (ATNA) İcraiyyə Komitəsinin iclası, müxtəlif mövzularda paralel tədbirlər keçirilmiş, həmçinin Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) ilə dörd xarici informasiya agentliyi - Əlcəzairin APS, Seneqalın APS, Pakistanın APP və Macarıstanın MTI agentlikləri arasında əməkdaşlıq haqqında müqavilələr imzalanmışdır. Dövlət başçımızın iştirakı ilə 2025-ci il 19-21 iyul tarixlərində “Rəqəmsal Keçidlər: Süni İntellekt Dövründə İnformasiya və Media Dayanıqlılığının Gücləndirilməsi” mövzusunda 3-cü Şuşa Qlobal Media Forumu təşkil edilmişdir. Süni intellektin informasiya istehsalında yaratdığı imkanlar və risklər, dezinformasiyanın yayılmasının qarşısının alınmasında media savadlılığının rolu, sosial medianın ictimai etimada təsirinin təhlili məqsədilə qeyd edilən tarixlərdə “İnnovativ yanaşmalar: Rəqəmsal dövrdə media savadlılığı”, “Media savadlılığı informasiya təhlükəsizliyinin təminatı kimi” və “Sosial medianın təkamülü ictimai etimada necə təsir edir: Media savadlılığının əhatəsində” adlı 3 panel sessiya, həmçinin “Süni intellekt dövründə jurnalistika: Avtomatlaşdırma şəraitində həqiqətin qorunması” mövzusunda təkbətək görüş və müxtəlif paralel tədbirlər təşkil edilib. Forum çərçivəsində Qarabağın zəngin mədəni irsi və tarixi abidələrinə həsr olunmuş açıq hava sərgisi və digər paralel tədbirlər təşkil edilib. Bununla yanaşı, “AnewZ” kanalı ilə Çin Mərkəzi Televiziyasının xəbər xidməti olan CCTV+ və Qazaxıstan Respublikası Prezidentinin Televiziya və Radio Kompleksi arasında strateji media tərəfdaşlıqları istiqamətində razılıq əldə edilmiş, həmçinin Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) ilə Özbəkistanın Milli İnformasiya Agentliyi (UZA) arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Vurğulamaq istərdim ki, bütün keçirilən forumlara maraq ildən ilə artmaqdadır, bu isə media müstəvisinin inkişafı və davamlılığının təmin edilməsində, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında mühüm rol oynayır.- Şuşada keçirilən media forumlardan söz düşmüşkən, medianın beynəlxalq əlaqələri barədə fikirləriniz eşitmək maraqlı olardı.- Şuşa Qlobal Media Forumlarının dinamik təsirləri özünü beynəlxalq əlaqələrimizin gücləndirilməsində göstərməkdədir. Ötən il noyabr ayında D-8 İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin media sahəsinə məsul qurumlarının və aparıcı media subyektlərinin rəhbərlərinin, digər yüksək vəzifəli nümayəndələrin və sahə üzrə tanınmış ekspertlərin iştirakı ilə “Dialoqun, əməkdaşlığın və regional həmrəyliyin təşviq edilməsi” mövzusunda ilk dəfə D-8 Media Forumu keçirilmişdir. Forumda regional və beynəlxalq müstəvidə informasiya mübadiləsinin təkmilləşdirilməsi, media sahəsində əməkdaşlığın gücləndirilməsi, dezinformasiyaya qarşı mübarizə üzrə birgə mexanizmlərin formalaşdırılması, rəqəmsal media istiqamətində birgə layihələrin təşviqi və təcrübələrin paylaşılması məsələlərinin müzakirəsi məqsədilə “Məsuliyyətli jurnalistika və rəqəmsal innovasiya” və “Strateji kommunikasiya və böhranın idarə olunması” mövzularında iki panel sessiya, həmçinin “Rəqəmsallaşan dünyada media etikası: Texnologiyalar, trendlər və narrativlər” mövzusunda vörkşop təşkil edilmişdir. 8 ölkədən və Təşkilatın Katibliyindən xarici nümayəndələr olmaqla baş tutan D-8 Media Forumu çərçivəsində D-8 Media Mükəmməllik Mərkəzinə dair təqdimat edilmiş, habelə üzv dövlətlər arasında media sahəsində birgə inkişaf və əməkdaşlıq ilə bağlı Bakı Bəyannaməsi imzalanmışdır.2025-ci il 27-28 noyabr tarixlərində Türk Dövlətləri Təşkilatının media və informasiya üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 7-ci toplantısı, təşkilatın Media və informasiya üzrə işçi qrupunun 12-ci iclası keçirilmişdir. Eyni zamanda “Müasir dövrdə artan qlobal informasiya təhdidlərinə qarşı dayanıqlı və preventiv addımlar: Türk dövlətlərinin media ekosistemi nümunəsində” və “Rəqəmsal media mühitində TDT-yə üzv dövlətlərin qarşılıqlı əməkdaşlıq imkanları” mövzularında iki panel sessiyadan ibarət Türk Dövlətləri Təşkilatının Media Forumu təşkil olunmuşdur. Forum çərçivəsində həmçinin WUF13 Azərbaycan Əməliyyat Şirkətinin nümayəndəsi “Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) çərçivəsində media imkanları” mövzusunda təqdimatla çıxış etmişdir.Ötən ilin 5 dekabr tarixində Azərbaycan və Gürcüstan arasında media və kommunikasiya sahəsində ikitərəfli əməkdaşlığın gücləndirilməsi məqsədilə “İnformasiya təhlükəsizliyinin təmini məqsədilə media ekosisteminin gücləndirilməsi” və “Jurnalistlərin peşəkarlığının və cəmiyyətin media savadlılığının artırılmasında birgə əməkdaşlıq” mövzularında iki panel sessiyadan ibarət “İctimai etimadın formalaşdırılmasında medianın rolu və informasiya təhlükəsizliyi” mövzusunda Azərbaycan-Gürcüstan Media Forumu keçirilib.- Media islahatlarının gətirdiyi vacib yeniliklərdən biri də media savadlılığı və bu istiqamətdə ictimai düşüncənin daha da inkişaf etdirilməsi, maarifləndirmə tədbirlərinin gücləndirilməsidir. Əhməd müəllim, istənilən cəmiyyət üçün media savadlılığı niyə bu qədər önəm daşıyır?- Rəqəmsal transformasiya şəraitində sağlam media mühitinin formalaşdırılması, dezinformasiya risklərinin azaldılması və cəmiyyətdə media savadlılığının gücləndirilməsi Agentliyin fəaliyyətində prioritet istiqamətlərdən biri olmuşdur, bu məqsədlə media savadlılığının artırılmasına yönəlmiş sistemli, çoxşaxəli tədbirlər görülməkdədir. Media savadlılığı ilə bağlı cəmiyyətdə düşüncə tərzinin inkişaf etdirilməsi və informasiya təhlükəsizliyinin təmini, dezinformasiyaya qarşı mübarizənin gücləndirilməsi, bu sahədə görülən tədbirlərin effektivliyinin yüksəldilməsi, o cümlədən, müxtəlif tərəflər arasında koordinasiya, eləcə də əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məqsədilə artıq üçüncü ildir ki, hər ilin dekabrında “Media Savadlılığı” Həftəsi təşkil edirik. Həftəyə hazırlıq işləri çərçivəsində regionlarda yaşayan gənclərin media və informasiya mühitində məsuliyyətli mövqeyinin formalaşdırılması, informasiyanın etibarlılığının müəyyənləşdirilməsi istiqamətində bilik və bacarıqlarının artırılması, habelə dezinformasiyaya qarşı mübarizədə həmrəyliyin gücləndirilməsi məqsədilə Agentlik silsilə tədbirlər həyata keçirir. Məsələn, təkcə ötən il Bakı şəhərində yerləşən, 2-si pilot olmaqla 12 ümumi və orta təhsil müəssisəsində müəllimlər üçün TOT (təlimçilər üçün təlim) seminarları təşkil olunmuş, noyabr-dekabr aylarında isə həmin müəllimlər tərəfindən məlumatlandırma sessiyası və açıq dərs keçirilmişdir. Media savadlılığı üzrə fəaliyyətlərin regional əhatə dairəsinin genişləndirilməsi və bu sahəyə diqqətin artırılması məqsədilə Naxçıvan Muxtar Respublikasında “Media Savadlılığı” Həftəsi çərçivəsində silsilə tədbirlər həyata keçirilmişdir. Media savadlılığı geniş aspektdə sosial, mədəni və iqtisadi fəaliyyətlərin mərkəzində olan bacarıq olduğundan bu istiqamətdə görülən işlərdə effektiv nəticə əldə edilməsi üçün sektorlararası əməkdaşlığın təşviqi məqsədilə bu il Həftə dövlət orqanları (qurumları), özəl şirkətlər və akademik müəssisələr olmaqla, 13 qurumun tərəfdaşlığı ilə təşkil olunmuşdur. Həftə çərçivəsində beynəlxalq təcrübənin öyrənilməsi, bilik və təcrübə mübadiləsinin aparılması məqsədilə Türkiyə, Özbəkistan, Qazaxıstan, Macarıstan, Pakistan və Albaniyadan xarici qonaqlar ölkəmizə səfər etmişdir. Qeyd edilən xarici ekspertlərin iştirakı ilə gənclər üçün “Manipulyasiyanın xüsusiyyətləri: süni intellekt kontekstində media məzmunu” və “Rəqəmsal gigiyena və onlayn təhlükəsizlik: rəqəmsal mühitdə şəxsi məlumatların, hesabların və reputasiyanın qorunması” mövzularında təlimlər təşkil olunmuşdur. Qeyri-formal öyrənməni təşviq edən müxtəlif maarifləndirmə tədbirləri çərçivəsində yüzlərlə gəncin iştirakı ilə ilk dəfə intellektual oyun keçirilmişdir. Cəmiyyətdə media savadlılığının artırılması hər bir fərdin məlumat istehsalı və istehlakı proseslərinə daha tənqidi və məsuliyyətli yanaşmasına, sağlam media mühitinin inkişafına, cəmiyyətdə məlumat təhlükəsizliyinin təmin edilməsinə bilavasitə təsir göstərir. Eyni zamanda, media savadlılığı cəmiyyətin dayanıqlı inkişafını gecikdirən yalan və çaşdırıcı məlumatlarla mübarizə aparılmasında vacib rol oynayır.- Əhməd müəllim, ötən il 150 illik yubiley yaşını qeyd edən Azərbaycan mediası üçün əlamətdar hadisələrlə yadda qaldı, gələcək perspektivlər barədə nə deyə bilərsiniz?- Ötən il milli mətbuatın yubiley tədbirləri silsilə xarakter daşıdı və yüksək səviyyədə qeyd olundu. Cənab Prezident tərəfindən jurnalistlər dövlət təltiflərinə layiq görüldülər. Eyni zamanda “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” Azərbaycan Respublikasının yubiley medalının təsis olunması dövlətin milli jurnalistikanın inkişafına göstərdiyi həssas münasibətin təzahürü kimi qiymətləndirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin AMEA-nın 80 illik yubileyində jurnalistləri ədəbi dil məsələsində xüsusi məsuliyyət daşıyan peşə sahibləri kimi qeyd etməsi ilə bağlı çağırışından dərhal sonra 7 noyabr 2025-ci il tarixində Medianın İnkişafı Agentliyi və Azərbaycan Mətbuat Şurasının birgə təşkilatçılığı ilə media mühitində Azərbaycan dilinin ədəbi normalara uyğun, səlis və düzgün istifadəsini təşviq etmək, dil mədəniyyətini inkişaf etdirmək və mediada nitq standartlarının yüksəldilməsinə töhfə vermək məqsədilə “Mediada Azərbaycan ədəbi dilinin normalarının düzgün tətbiqi” mövzusunda konfrans keçirilmişdir. Konfrans çərçivəsində “Televiziya və radio məkanında Azərbaycan ədəbi dilinin normalarına əməl olunması vəziyyəti və nitq mədəniyyəti” və “Çap və onlayn mediada Azərbaycan dilinin istifadə qaydaları: problemlər və həll yolları” mövzularında panellər təşkil edilmiş, yekunda müzakirələrdən praktik çıxarışlar hazırlanmışdır. Dövlət başçımız ana dilimizin qorunması ilə bağlı bir müddət öncə yerli telekanallara verdiyi müsahibəsində bir daha bəhs etmişdir. Azərbaycan dilinin mediada düzgün istifadə olunması jurnalistlərin məsuliyyətini şərtləndirir, Agentlik olaraq bu istiqamətdə səylərimizi daha da artırmalıyıq. Qeyd etdiyimiz kimi dezinformasiya ilə mübarizə Azərbaycan üçün həmişə prioritet olaraq qalacaqdır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva COP29 çərçivəsində Yaşıl Zonada “Gənclər iqlim fəaliyyətlərinin ön cəbhəsində” mövzusunda keçirilən konfransdakı çıxışında beynəlxalq ətraf mühit gündəliyinə münasibətdə riyakarlıq və ikili standartların aydın göründüyünü vurğulayaraq bildirmişdi ki, “COP29-a ev sahibliyi edən ölkə kimi Azərbaycan ətraf mühit məsələlərindən xeyli uzaq olan mülahizələr hesabına ədalətsiz hücum dalğası, yalan hekayətlər və ikili standartlar ilə üzləşib”. Bu cür ikili standartların başa çatdığını söyləmək sadəlövlük olardı, ona görə də Azərbaycan mediası ölkəmizin informasiya mühitini çirkləndirmə hallarına qarşı daim prinsipial olmalıdır. Bir sözlə, müasirləşmə, informasiya rəqabatində daha da güclənmə, ölkəmizin haqq səsini yüksək səviyyədə dünyaya çatdırmaq kimi prinsiplər dərinləşən media islahatlarının əsas hədəfi olaraq qalacaq. 

Əhməd İsmayılov: <span style="color: #ff0000;">"Uğurlarımızın əsasında dövlətin informasiya siyasətinə strateji yanaşması dayanır"</span>

"Uğurlarımızın əsasında dövlətin informasiya siyasətinə strateji yanaşması dayanır".

Moderator.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov deyib.

Prezident İlham Əliyevin 2021-ci il yanvarın 12-də imzaladığı "Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında" Fərmanı ilə ölkə mediasının inkişafında yeni bir mərhələnin əsası qoyuldu, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi yaradıldı.

Əhməd İsmayılov ötən beş il ərzində Agentliyin fəaliyyəti, ölkədə həyata keçirilən media islahatlarının gedişi və qarşıda duran vəzifələr barədə sualları cavablandırıb:

- Əhməd müəllim, Medianın İnkişafı Agentliyinin beş illik fəaliyyətinə nəzər saldıqda hansı məqamları vurğulamaq istərdiniz?

- Azərbaycanda həyata keçirilən media islahatlarının beş illik mərhələsinə nəzər saldıqda inamla deyə bilərik ki, qarşıda qoyulmuş vəzifələrin hər birinin yerinə yetirilməsi istiqamətində sistemli addımlar atılıb, ölkənin media ekosisteminin müasirləşdirilməsi, yeni trendlərə uyğunlaşdırılması baxımından praktik nəticələr əldə olunub. Medianın inkişafının dəstəklənməsi, bu sahədə peşəkarlığın artırılması və rəqəmsallaşmanın stimullaşdırılması, eyni zamanda, cəmiyyət tərəfindən mediaya etimadın yüksəldilməsi islahatların mahiyyətini təşkil edən vacib amillərdir. Əldə olunmuş nailiyyətlərin əsasında dövlətin informasiya siyasətinə strateji yanaşması, cənab Prezidentin həm cəmiyyətin informasiya təminatında, həm də ictimai nəzarətin həyata keçirilməsində medianın fəaliyyətinə verdiyi daimi dəstək dayanır ki, bu da konkret nəticəyönümlü islahatların daha inamlı həyata keçirilməsi prosesində müstəsna əhəmiyyət daşıyır. Eyni zamanda, medianın sağlamlaşması və müasirləşməsi tendensiyasının vacibliyini anlayan ölkənin media ictimaiyyətinin və cəmiyyətimizin islahatların davamlılığına konseptual yanaşması, həmrəyliyi bu illər ərzində görülmüş işlərə münasibətin göstəricisidir.

Məlumdur ki, cənab Prezident "Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında" Fərmanı 44 günlük Vətən müharibəsində möhtəşəm zəfərimizdən az vaxt keçdikdən sonra imzalamaqla cəmiyyətin informasiya təminatının yaxşılaşdırılmasına dövlətin həssas yanaşmasını nümayiş etdirmiş oldu. Fərmandan irəli gələrək tətbiq olunmuş yeniliklər Azərbaycan mediasının şəffaflıq və vətəndaş məmnunluğu prinsiplərinə əsaslanan, cəmiyyətin obyektiv və peşəkar şəkildə məlumatlandırılmasına xidmət edən fəaliyyətinin stimullaşdırılmasına şərait yaradan, modernləşmə, rasionallıq, qabaqcıl texnologiyaların geniş tətbiqi, aparıcı trendlərin izlənilməsi kimi qlobal informasiya mühitinin müəyyənləşdirdiyi fəaliyyət prinsiplərinin, innovativ yanaşmaların tətbiqinə təkan verib. Media sahəsində yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması, vətəndaş və cəmiyyət üçün ictimai maraq doğuran layihələrin həyata keçirilməsinin təşkili, həmçinin dövlət orqanlarının və qurumlarının, yerli özünüidarəetmə orqanlarının, hüquqi və fiziki şəxslərin müvafiq sahə üzrə fəaliyyətinin əlaqələndirilməsinin həyata keçirilməsi Medianın İnkişafı Agentliyinin əsas prioritetlərindən olub.

Qlobal rəqəmsallaşma prosesləri bütün dünyada yeni və dinamik media mühitinin formalaşmasına gətirib çıxarıb. Milli media məkanının müasir tendensiyalara uyğun inkişaf etməsi və media mesajlarının həm ölkədaxili, həm də ölkəxarici auditoriyaya operativ və dolğun çatdırılması məqsədilə yerli media məkanında həyata keçirilən islahatlar mahiyyət etibarilə özündə bu sahədə fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarının yenilənməsinə, həmçinin kütləvi informasiyanın əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı, yayımı kimi məsələlərin daha təkmil formada nizamlanmasına yönəlmiş tədbirləri ehtiva edir.

- Media islahatlarının əsas tərkib hissəsi olan "Media haqqında" Qanun Azərbaycan mediasının inkişafı üçün yeni imkanlar və yeni mərhələ kimi qiymətləndirilir. Ümumiyyətlə, islahatların gedişində əldə olunmuş nəticələrlə yanaşı, yaxın perspektiv hədəflər barədə nə deyə bilərsiniz?

- Azərbaycanda həyata keçirilən media islahatlarının yol xəritəsi funksiyasını yerinə yetirən "Media haqqında" Qanun ötən dövr ərzində ölkənin informasiya mühitinin sağlamlaşdırılması və qorunması sahəsində öz praktik əhəmiyyətini təsdiqləyib. Xatırlatmaq istərdik ki, Qanun layihə formasında parlamentdə müzakirəyə çıxarılanadək aparıcı media subyektlərində onun təqdimatı olub və yüzlərlə jurnalistin, media nümayəndəsinin və ekspertinin iştirakı ilə müzakirəsi həyata keçirilib. Qanunun parlament səviyyəsində də dəfələrlə ictimai müzakirəsi təşkil olunub. Bir çox ekspert haqlı olaraq "Media haqqında" Qanunu "Dövlət büdcəsi haqqında" Qanundan sonra cəmiyyətdə böyük maraq doğurmuş və geniş müzakirə olunmuş hüquqi akt kimi dəyərləndiriblər. "Media haqqında" Qanunun məqsədi ölkəmizin informasiya məkanının təhlükəsizliyinin təmin edilməsi, yerli medianın inkişafına təkan verilməsi, informasiya mühitinin sağlamlaşdırılması və rəqabət qabiliyyətinin artırılması, habelə jurnalistika peşəsinin nüfuzunun yüksəldilməsinə şərait yaradılmasıdır. Qanun qüvvəyə mindikdən sonra "Media Reyestrinin aparılması Qaydaları"nın icrası təmin edilib, media subyektlərinə və jurnalistlərə dair məlumatların sistemləşdirilməsi prosesinin hüquqi tənzimlənməsi həyata keçirilib.

Əlamətdar haldır ki, cənab Prezident 2022-ci il 8 fevral tarixində, yəni Qanunu təsdiqləməsi ilə eyni gündə güzəştli ipoteka kreditindən istifadə etmək hüququna malik olan şəxslərin siyahısına jurnalistlərin də daxil edilməsini nəzərdə tutan Fərman imzalayıb. Bu addım cəmiyyəti obyektiv və qərəzsiz informasiya ilə təmin etmək kimi şərəfli bir peşəni icra edən jurnalistləri digər dəyərli peşə sahibləri ilə eyni sıraya daxil etməklə jurnalist əməyinə dövlətin yüksək diqqət və qayğısının bariz nümunəsi olub.

Bildiyiniz kimi, bu ildən media subyektlərinin öz fəaliyyətlərindən əldə etdikləri gəlirlərin gəlir (mənfəət) vergisindən azadolma müddəti artırılıb. Mediaya bu iqtisadi güzəştlər 2023-cü il yanvarın 1-dən tətbiq edilməyə başlanılıb. Media sahəsində dövlətin qərarlarının məzmununa nəzər salsaq, görərik ki, Azərbaycan mediasının iqtisadi dayanıqlığının gücləndirilməsi, müstəqil, güclü, fəaliyyətini günümüzün tələbləri səviyyəsində qurmağı bacaran, habelə dövlətçilik ənənələrinə bağlı və xalqımızın milli maraqlarını rəhbər tutan medianın inkişafı prioritet vəzifələrdən biri kimi daim diqqət mərkəzində olub. Medianın İnkişafı Agentliyi də öz işini media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi, müvafiq sahədə yeni iqtisadi modelin formalaşdırılması, yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması üzərində qurub. Vurğulamaq istərdik ki, media islahatlarının bu təməl yanaşmasının bundan sonra da davam etdirilməsi prioritet hədəflərimizdəndir.

- Beş il ərzində Agentlik tərəfindən jurnalist peşəkarlığının artırılması istiqamətində addımların, eyni zamanda mediaya dəstək layihələrinin həyata keçirilməsinin davamlılığı təmin olunub. Növbəti mərhələ üçün bu istiqamət əsas götürüləcəkmi?

- Azərbaycan mediasının güclü olması, insanları ictimai məzmunlu informasiya ilə yüksək səviyyədə təmin etməsi, vurğuladığınız hər iki amillə, yəni həm jurnalist peşəkarlığının artırılması, həm də media subyektlərinin güclənməsi ilə bilavasitə bağlıdır. Bu baxımdan, gələcəkdə də bu xətt öz aktuallığını qoruyub saxlayacaq. Ölkəmiz sistemli şəkildə dezinformasiya təhdidləri ilə üzləşir, müasir çağımızda informasiya mühitimizi çirkləndirməyə yönəlmiş addımların intensivliyi əvvəlki illərlə müqayisədə daha da artıb. Cənab Prezidentin vurğuladığı kimi, Azərbaycanın nüfuzu möhkəmləndikcə, beynəlxalq müstəvidə öz layiqli yerini tutduqca ona qarşı müəyyən qarayaxma kampaniyaları da geniş vüsət alır. Azərbaycan mediası yalnız daxili auditoriyanı məlumatlandırmaqla öz işini bitmiş hesab etməməlidir, bununla yanaşı, dezinformasiya təhdidlərinə cavab vermək, ölkəmiz haqqında həqiqətləri dünyaya çatdırmaq kimi vacib missiya da bizim medianın üzərinə düşür. Məsələyə bu kontekstdən yanaşdıqda media subyektlərinin rəqabətə davamlılığının artırılmasını, jurnalistlərimizin daha da peşəkarlaşmasını olduqca vacib amil kimi dəyərləndirə bilərik.

Nizamnaməsinə uyğun olaraq Agentlik Azərbaycanda medianın inkişafı prosesini stimullaşdırmaq məqsədilə yüksəkkeyfiyyətli jurnalistikanı təşviq etmək üçün yerli və beynəlxalq mütəxəssislərin iştirakı ilə inkişaf proqramlarının icrası, müvafiq sahədə kadr potensialının gücləndirilməsi və məşğulluq imkanlarının genişləndirilməsi, regional media üçün əlverişli mühitin yaradılması kimi bir sıra istiqamətlərdə media dəstək layihələri həyata keçirir. Media nümayəndələrinin bilik və bacarıqlarının təkmilləşdirilməsi məqsədilə peşəkar və sahəvi jurnalistikanın inkişafı istiqamətində il ərzində yerli və xarici ekspertlərin iştirakı ilə müxtəlif tədbirlər və inkişaf proqramları həyata keçirilməkdədir. Medianın İnkişafı Agentliyinin ADA Universiteti ilə uğurlu tərəfdaşlığı çərçivəsində təkcə ötən il 250-ə yaxın media nümayəndəsi üçün yerli və xarici ekspertlərin təlimçi qismində cəlb olunması ilə "Azərbaycan mətbuat tarixi", "Media etikası", "Narrativlərin formalaşdırılması: Strateji kommunikasiya və ictimaiyyətlə əlaqələrdə effektivlik", "Data Jurnalistikası", "Media, miflər və yanlış təsəvvürlər: Mediada Süni İntellekti necə səmərəli şəkildə istifadə edə bilərik", "Süni intellektin mediada tətbiqi", "Storytelling": müasir publisistikanın yeni narrativləri və aktual trendləri" mövzularında təlimlər təşkil edilib.

Ötən il Medianın İnkişafı Agentliyinin və Avropanın aparıcı xəbər şəbəkələrindən biri olan "Euronews" telekanalının birgə əməkdaşlığı ilə daim dəyişən media mühitində tələbatlı məzmun yaratmaq, müasir media tendensiyalarını effektiv tətbiq etmək və oxucu vərdişlərinə uyğun yeni media texnikalarını anlamaq məqsədilə yüksəkkeyfiyyətli təlim proqramları təqdim edən "Euronews Academy" Azərbaycanda fəaliyyətə başlayıb. Beynəlxalq tədris platforması tərəfindən media nümayəndəsi, jurnalistika və kommunikasiya ixtisası üzrə təhsil alan, həmçinin media sahəsinə marağı olan tələbələr üçün "Rəqəmsal Jurnalistika" və "TV və canlı jurnalistika" mövzularında ümumilikdə üç moduldan ibarət təlim proqramları icra edilib.

Onu da qeyd etmək istərdik ki, Azərbaycanda elə bir media subyekti yoxdur ki, beş il ərzində Agentliyin həyata keçirdiyi təlim proqramlarından kənarda qalsın. Hər il artan statistik göstəricilər deməyə əsas verir ki, jurnalist peşəkarlığının artırılması davamlı xarakter daşıyır, media əməkdaşlarının yeni bilik və bacarıqlara yiyələnməsi bundan sonra da davam etdiriləcək. Eyni zamanda, dövlət orqanlarının (qurumlarının) kommunikasiya strategiyalarının səmərəli şəkildə işlənilməsi, ictimaiyyətlə əlaqələr üzrə məsul şəxslərin bilik və bacarıqlarının artırılması, mətbuat xidmətlərinin işinin təkmilləşdirilməsi, onların fəaliyyətinin müasir kommunikasiya sistemlərinə uyğunlaşdırılması, mümkün böhran vəziyyətlərində ictimaiyyəti məlumatlandırma mexanizmlərinin effektiv icra edilməsi məqsədilə müvafiq mütəxəssislərə təlimlər keçirilməsi də artıq ənənə halını alıb.

- Media subyektləri üçün dəstək layihələrinin həyata keçirilməsi artıq yeni məzmun daşımaqdadır. Bu barədə nə deyə bilərsiniz?

- Xatırlatmaq istərdik ki, Agentlik "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası"nın prinsiplərinə istinad edərək media subyektlərinin fəaliyyətini dəstəkləmək məqsədilə müsabiqələr təşkil edir. Məqsəd media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsinin təmin edilməsidir. Dövlətin mediaya dəstək mexanizmləri dövrün tələblərinə uyğun olaraq daim təkmilləşdirilməkdə və yeni elementləri özündə əks etdirməkdədir. Belə ki, əvvəllər yalnız sosial şəbəkələr peşəkar jurnalistikanın rəqibi kimi görülürdüsə, hazırda İT texnologiyalarının inkişafı, xüsusən də süni intellekt əsaslı kontentin geniş yayılması mediaya münasibətdə daha çevik yanaşma tələb edir. Media da öz növbəsində göstərilən dəstəkdən müasir trendlərdən geri qalmamaq üçün yararlanmalıdır. Onu da bildirək ki, artıq ikinci ildir ki, Audiovizual Şura ilə birlikdə dövlət sifarişi əsasında audiovizual məhsulların istehsalı və yayımı üzrə müsabiqələr təşkil edirik. Hədəfimiz yeni media mühitində auditoriyayönümlü və hədəf kütlələrə hesablanmış məzmun istehsalı və yayımını təşviq etməkdir. Maarifləndirici materialların rəqabətədavamlılığının artırılması, məzmun müxtəlifliyi və yaradıcılığının stimullaşdırılması əsas prioritet kimi müəyyənləşmişdir. Məqsədimiz informativ və ictimai dəyər daşıyan materialların sayını artırmaq, eyni zamanda televiziya kanallarını innovativ, çoxformatlı, yaradıcılığa əsaslanan məzmuna həvəsləndirməkdir.

- Əhməd müəllim, son illər yalnız ölkəmizdə deyil, beynəlxalq müstəvidə formalaşmış yeni media trendlərindən biri də Şuşada keçirilən media forumlardır. Bu barədə fikirlərinizi bildirmənizi istərdik.

- Dünya jurnalistlərinin beyin mərkəzi kimi formalaşmış Şuşa Qlobal Media Forumlarında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şəxsən iştirak etməsi, media nümayəndələrinin çoxsaylı suallarını cavablandırması dövlətimizin haqq səsinin dünyaya çatdırılması baxımından əlamətdar hadisə olmaqla yanaşı, eyni zamanda mediaya diqqət və qayğının müstəsna təzahürüdür. Yeni media mühitində müşahidə edilən tendensiyaların geniş spektrdən təhlili, media sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi, bu sahədə aparıcı trendlərin izlənilməsi, innovativ təkamülün yaradıcı sənayelər üçün yaratdığı imkanların tətbiq mexanizmlərinin araşdırılması məqsədilə 22-24 iyul 2023-cü il tarixlərində Şuşa şəhərində 4 panel sessiyadan ibarət "4-cü Sənaye İnqilabı dövründə Yeni Media" Şuşa Qlobal Media Forumu keçirilib. Forum çərçivəsində dünyanın tanınmış və nüfuzlu media rəhbərləri, ekspertləri panel sessiyalarda media və informasiya-kommunikasiya sahəsində qlobal səviyyədə mühüm aktuallıq kəsb edən məsələləri müzakirə edib, həmçinin tədbir çərçivəsində müxtəlif beynəlxalq layihələrin təqdimatı, sərgilər, mədəni tədbir, təlimlər təşkil edilib, Forum gedişində çoxsaylı əməkdaşlıq müqavilələri imzalanıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə 2024-cü il 20-22 iyul tarixlərində "Yalan Məlumatların İfşası: Dezinformasiyaya qarşı mübarizə" mövzusunda 2-ci Şuşa Qlobal Media Forumu təşkil edilib, qlobal media gündəminin müzakirəsi və dezinformasiyaya qarşı birgə hərəkət platformasının yaradılması Forumun əsas hədəfi olub. Qlobal sabitlik üçün ən əsas təhdidlərdən biri hesab edilən dezinformasiyaya qarşı mübarizədə innovativ metodların tətbiqi imkanları, proaktiv strategiyaların araşdırılması və geniş spektrdən təhlili, bu istiqamətdə medianın rolu və effektiv həll yollarının müəyyənləşdirilməsi, süni intellektin reallığa, mediaya və dezinformasiyaya təsiri, eyni zamanda media savadlılığının dezinformasiyaya qarşı mübarizədə önəminin müəyyənləşdirilməsi məqsədilə qeyd edilən tarixlərdə 4 panel müzakirə, "Yaşıl dünya naminə həmrəylik - COP29" mövzusunda təqdimat, Türk Xəbər Agentlikləri Alyansının (ATNA) İcraiyyə Komitəsinin iclası, müxtəlif mövzularda paralel tədbirlər keçirilib, həmçinin Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) ilə dörd xarici informasiya agentliyi - Əlcəzairin APS, Seneqalın APS, Pakistanın APP və Macarıstanın MTI agentlikləri arasında əməkdaşlıq haqqında müqavilələr imzalanıb. Dövlət başçımızın iştirakı ilə 2025-ci il 19-21 iyul tarixlərində "Rəqəmsal Keçidlər: Süni İntellekt Dövründə İnformasiya və Media Dayanıqlılığının Gücləndirilməsi" mövzusunda 3-cü Şuşa Qlobal Media Forumu təşkil edilib. Süni intellektin informasiya istehsalında yaratdığı imkanlar və risklər, dezinformasiyanın yayılmasının qarşısının alınmasında media savadlılığının rolu, sosial medianın ictimai etimada təsirinin təhlili məqsədilə qeyd edilən tarixlərdə "İnnovativ yanaşmalar: Rəqəmsal dövrdə media savadlılığı", "Media savadlılığı informasiya təhlükəsizliyinin təminatı kimi" və "Sosial medianın təkamülü ictimai etimada necə təsir edir: Media savadlılığının əhatəsində" adlı 3 panel sessiya, həmçinin "Süni intellekt dövründə jurnalistika: Avtomatlaşdırma şəraitində həqiqətin qorunması" mövzusunda təkbətək görüş və müxtəlif paralel tədbirlər təşkil edilib. Forum çərçivəsində Qarabağın zəngin mədəni irsi və tarixi abidələrinə həsr olunmuş açıq hava sərgisi və digər paralel tədbirlər təşkil edilib. Bununla yanaşı, "AnewZ" kanalı ilə Çin Mərkəzi Televiziyasının xəbər xidməti olan "CCTV+" və Qazaxıstan Respublikası Prezidentinin Televiziya və Radio Kompleksi arasında strateji media tərəfdaşlıqları istiqamətində razılıq əldə edilib, həmçinin Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) ilə Özbəkistanın Milli İnformasiya Agentliyi (UZA) arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Vurğulamaq istərdim ki, bütün keçirilən forumlara maraq ildən ilə artmaqdadır, bu isə media müstəvisinin inkişafı və davamlılığının təmin edilməsində, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında mühüm rol oynayır.

- Şuşada keçirilən media forumlardan söz düşmüşkən, medianın beynəlxalq əlaqələri barədə fikirləriniz eşitmək maraqlı olardı.

- Şuşa Qlobal Media Forumlarının dinamik təsirləri özünü beynəlxalq əlaqələrimizin gücləndirilməsində göstərməkdədir. Ötən il noyabr ayında D-8 İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin media sahəsinə məsul qurumlarının və aparıcı media subyektlərinin rəhbərlərinin, digər yüksəkvəzifəli nümayəndələrin və sahə üzrə tanınmış ekspertlərin iştirakı ilə "Dialoqun, əməkdaşlığın və regional həmrəyliyin təşviq edilməsi" mövzusunda ilk dəfə D-8 Media Forumu keçirilib. Forumda regional və beynəlxalq müstəvidə informasiya mübadiləsinin təkmilləşdirilməsi, media sahəsində əməkdaşlığın gücləndirilməsi, dezinformasiyaya qarşı mübarizə üzrə birgə mexanizmlərin formalaşdırılması, rəqəmsal media istiqamətində birgə layihələrin təşviqi və təcrübələrin paylaşılması məsələlərinin müzakirəsi məqsədilə "Məsuliyyətli jurnalistika və rəqəmsal innovasiya" və "Strateji kommunikasiya və böhranın idarə olunması" mövzularında iki panel sessiya, həmçinin "Rəqəmsallaşan dünyada media etikası: Texnologiyalar, trendlər və narrativlər" mövzusunda vörkşop təşkil edilib. 8 ölkədən və Təşkilatın Katibliyindən xarici nümayəndələr olmaqla baş tutan D-8 Media Forumu çərçivəsində D-8 Media Mükəmməllik Mərkəzinə dair təqdimat edilib, habelə üzv dövlətlər arasında media sahəsində birgə inkişaf və əməkdaşlıq ilə bağlı Bakı Bəyannaməsi imzalanıb.

2025-ci il 27-28 noyabr tarixlərində Türk Dövlətləri Təşkilatının media və informasiya üzrə məsul nazirlərinin və yüksəkvəzifəli rəsmilərinin 7-ci toplantısı, təşkilatın Media və informasiya üzrə işçi qrupunun 12-ci iclası keçirilib. Eyni zamanda "Müasir dövrdə artan qlobal informasiya təhdidlərinə qarşı dayanıqlı və preventiv addımlar: Türk dövlətlərinin media ekosistemi nümunəsində" və "Rəqəmsal media mühitində TDT-yə üzv dövlətlərin qarşılıqlı əməkdaşlıq imkanları" mövzularında iki panel sessiyadan ibarət Türk Dövlətləri Təşkilatının Media Forumu təşkil olunub. Forum çərçivəsində həmçinin WUF13 Azərbaycan Əməliyyat Şirkətinin nümayəndəsi "Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) çərçivəsində media imkanları" mövzusunda təqdimatla çıxış edib.

Ötən ilin 5 dekabr tarixində Azərbaycan və Gürcüstan arasında media və kommunikasiya sahəsində ikitərəfli əməkdaşlığın gücləndirilməsi məqsədilə "İnformasiya təhlükəsizliyinin təmini məqsədilə media ekosisteminin gücləndirilməsi" və "Jurnalistlərin peşəkarlığının və cəmiyyətin media savadlılığının artırılmasında birgə əməkdaşlıq" mövzularında iki panel sessiyadan ibarət "İctimai etimadın formalaşdırılmasında medianın rolu və informasiya təhlükəsizliyi" mövzusunda Azərbaycan-Gürcüstan Media Forumu keçirilib.

- Media islahatlarının gətirdiyi vacib yeniliklərdən biri də media savadlılığı və bu istiqamətdə ictimai düşüncənin daha da inkişaf etdirilməsi, maarifləndirmə tədbirlərinin gücləndirilməsidir. Əhməd müəllim, istənilən cəmiyyət üçün media savadlılığı niyə bu qədər önəm daşıyır?

- Rəqəmsal transformasiya şəraitində sağlam media mühitinin formalaşdırılması, dezinformasiya risklərinin azaldılması və cəmiyyətdə media savadlılığının gücləndirilməsi Agentliyin fəaliyyətində prioritet istiqamətlərdən biri olmuşdur, bu məqsədlə media savadlılığının artırılmasına yönəlmiş sistemli, çoxşaxəli tədbirlər görülməkdədir. Media savadlılığı ilə bağlı cəmiyyətdə düşüncə tərzinin inkişaf etdirilməsi və informasiya təhlükəsizliyinin təmini, dezinformasiyaya qarşı mübarizənin gücləndirilməsi, bu sahədə görülən tədbirlərin effektivliyinin yüksəldilməsi, o cümlədən, müxtəlif tərəflər arasında koordinasiya, eləcə də əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məqsədilə artıq üçüncü ildir ki, hər ilin dekabrında "Media Savadlılığı" Həftəsi təşkil edirik. Həftəyə hazırlıq işləri çərçivəsində regionlarda yaşayan gənclərin media və informasiya mühitində məsuliyyətli mövqeyinin formalaşdırılması, informasiyanın etibarlılığının müəyyənləşdirilməsi istiqamətində bilik və bacarıqlarının artırılması, habelə dezinformasiyaya qarşı mübarizədə həmrəyliyin gücləndirilməsi məqsədilə Agentlik silsilə tədbirlər həyata keçirir. Məsələn, təkcə ötən il Bakı şəhərində yerləşən, ikisi pilot olmaqla 12 ümumi və orta təhsil müəssisəsində müəllimlər üçün TOT (təlimçilər üçün təlim) seminarları təşkil olunub, noyabr-dekabr aylarında isə həmin müəllimlər tərəfindən məlumatlandırma sessiyası və açıq dərs keçirilib. Media savadlılığı üzrə fəaliyyətlərin regional əhatə dairəsinin genişləndirilməsi və bu sahəyə diqqətin artırılması məqsədilə Naxçıvan Muxtar Respublikasında "Media Savadlılığı" Həftəsi çərçivəsində silsilə tədbirlər həyata keçirilib. Media savadlılığı geniş aspektdə sosial, mədəni və iqtisadi fəaliyyətlərin mərkəzində olan bacarıq olduğundan bu istiqamətdə görülən işlərdə effektiv nəticə əldə edilməsi üçün sektorlararası əməkdaşlığın təşviqi məqsədilə bu il Həftə dövlət orqanları (qurumları), özəl şirkətlər və akademik müəssisələr olmaqla, 13 qurumun tərəfdaşlığı ilə təşkil olunub. Həftə çərçivəsində beynəlxalq təcrübənin öyrənilməsi, bilik və təcrübə mübadiləsinin aparılması məqsədilə Türkiyə, Özbəkistan, Qazaxıstan, Macarıstan, Pakistan və Albaniyadan xarici qonaqlar ölkəmizə səfər edib. Qeyd edilən xarici ekspertlərin iştirakı ilə gənclər üçün "Manipulyasiyanın xüsusiyyətləri: süni intellekt kontekstində media məzmunu" və "Rəqəmsal gigiyena və onlayn təhlükəsizlik: rəqəmsal mühitdə şəxsi məlumatların, hesabların və reputasiyanın qorunması" mövzularında təlimlər təşkil olunub. Qeyri-formal öyrənməni təşviq edən müxtəlif maarifləndirmə tədbirləri çərçivəsində yüzlərlə gəncin iştirakı ilə ilk dəfə intellektual oyun keçirilib. Cəmiyyətdə media savadlılığının artırılması hər bir fərdin məlumat istehsalı və istehlakı proseslərinə daha tənqidi və məsuliyyətli yanaşmasına, sağlam media mühitinin inkişafına, cəmiyyətdə məlumat təhlükəsizliyinin təmin edilməsinə bilavasitə təsir göstərir. Eyni zamanda, media savadlılığı cəmiyyətin dayanıqlı inkişafını gecikdirən yalan və çaşdırıcı məlumatlarla mübarizə aparılmasında vacib rol oynayır.

- Əhməd müəllim, ötən il 150 illik yubiley yaşını qeyd edən Azərbaycan mediası üçün əlamətdar hadisələrlə yadda qaldı, gələcək perspektivlər barədə nə deyə bilərsiniz?

- Ötən il milli mətbuatın yubiley tədbirləri silsilə xarakter daşıdı və yüksək səviyyədə qeyd olundu. Cənab Prezident tərəfindən jurnalistlər dövlət təltiflərinə layiq görüldülər. Eyni zamanda "Azərbaycan milli mətbuatının 150 illiyi (1875-2025)" Azərbaycan Respublikasının yubiley medalının təsis olunması dövlətin milli jurnalistikanın inkişafına göstərdiyi həssas münasibətin təzahürü kimi qiymətləndirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin AMEA-nın 80 illik yubileyində jurnalistləri ədəbi dil məsələsində xüsusi məsuliyyət daşıyan peşə sahibləri kimi qeyd etməsi ilə bağlı çağırışından dərhal sonra 7 noyabr 2025-ci il tarixində Medianın İnkişafı Agentliyi və Azərbaycan Mətbuat Şurasının birgə təşkilatçılığı ilə media mühitində Azərbaycan dilinin ədəbi normalara uyğun, səlis və düzgün istifadəsini təşviq etmək, dil mədəniyyətini inkişaf etdirmək və mediada nitq standartlarının yüksəldilməsinə töhfə vermək məqsədilə "Mediada Azərbaycan ədəbi dilinin normalarının düzgün tətbiqi" mövzusunda konfrans keçirilib. Konfrans çərçivəsində "Televiziya və radio məkanında Azərbaycan ədəbi dilinin normalarına əməl olunması vəziyyəti və nitq mədəniyyəti" və "Çap və onlayn mediada Azərbaycan dilinin istifadə qaydaları: problemlər və həll yolları" mövzularında panellər təşkil edilib, yekunda müzakirələrdən praktik çıxarışlar hazırlanıb. Dövlət başçımız ana dilimizin qorunması ilə bağlı bir müddət öncə yerli telekanallara verdiyi müsahibəsində bir daha bəhs edib. Azərbaycan dilinin mediada düzgün istifadə olunması jurnalistlərin məsuliyyətini şərtləndirir, Agentlik olaraq bu istiqamətdə səylərimizi daha da artırmalıyıq. Qeyd etdiyimiz kimi dezinformasiya ilə mübarizə Azərbaycan üçün həmişə prioritet olaraq qalacaq. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva COP29 çərçivəsində Yaşıl Zonada "Gənclər iqlim fəaliyyətlərinin ön cəbhəsində" mövzusunda keçirilən konfransdakı çıxışında beynəlxalq ətraf mühit gündəliyinə münasibətdə riyakarlıq və ikili standartların aydın göründüyünü vurğulayaraq bildirib ki, COP29-a ev sahibliyi edən ölkə kimi Azərbaycan ətraf mühit məsələlərindən xeyli uzaq olan mülahizələr hesabına ədalətsiz hücum dalğası, yalan hekayətlər və ikili standartlar ilə üzləşib. Bu cür ikili standartların başa çatdığını söyləmək sadəlövhlük olardı, ona görə də Azərbaycan mediası ölkəmizin informasiya mühitini çirkləndirmə hallarına qarşı daim prinsipial olmalıdır. Bir sözlə, müasirləşmə, informasiya rəqabətində daha da güclənmə, ölkəmizin haqq səsini yüksək səviyyədə dünyaya çatdırmaq kimi prinsiplər dərinləşən media islahatlarının əsas hədəfi olaraq qalacaq.

Qorxudan fobiyaya keçid və ondan necə qurtulmaq olar? - <span style="color: #ff0000;">Mütəxəssislə müsahibə</span>

Hər birimizin həyatında qorxular olur – qaranlıq, hündürlük, imtahandan... Bəzən bu qorxular o dərəcədə güclənir ki, gündəlik həyatımızı, sosial münasibətlərimizi və hətta evdən çıxmağımızı belə çətinləşdirir. Məhz bu zaman adi qorxu fobiyaya çevrilir.

Qorxu ilə fobiya arasındakı fərq, fobiyaların necə formalaşdığı, genetik və ətraf mühit faktorlarının rolu, ən çox rast gəlinən növləri, eləcə də uşaqlar və böyüklərdə müalicə üsulları barədə suallarımızı Səhiyyə Naziriyi Sanator-Kurort Reabilitasiya Mərkəzinin psixoloqu Fidan Məmmədova cavablandırır.

- Fidan xanım, fobiya haqqında məlumat verərdiniz. Fobiya nədir?

- İlk öncə onu deyim ki, xarici təhlükələrə qarşı göstərdiyimiz emosional reaksiyamıza qorxu deyilir. Fobiyalar da bu qorxunun bir versiyasıdır. Fobiyası olan insanlara fobik deyilir. Bu, insanlarda tez-tez rast gəlinən narahatlıq pozğunluqlarındandır. Qorxu bir növ xəbəredici mexanizmdir. Şəxsin rahatlaşa bilməməsi nəticəsində qorxu və narahatlıq get-gedə artır və bu vəziyyət təşvişə yol aça bilər. Təşviş şəxsin gündəlik həyatına mənfi təsir göstərir. Beləliklə, qorxu və xəbərdarlıq mexanizmi olaraq adlandırdığımız qorxu fobiyaya çevrilir. Fobiya qorxudan formalaşır – biz qorxularımızı azaltmadıqca, onlar böyüyür və fobiyaya keçir.

Bəzən qorxu ilə fobiyanı qarışdırırlar. Qorxu öhdəsindən gəlmək mümkün olan təcrübə əsasında qazanılmış bir hissdir. Fobiya isə aradan qaldırılması qeyri-mümkün olan qorxu hissidir. Məsələn, insan hansısa bir heyvandan qorxur. Həmin heyvanın yanından qorxaraq da olsa qaçırsa – bu qorxudur. Əgər insan həmin heyvanı görəndə yolunu dəyişir, bir müddətdən sonra evdən çıxmamağa başlayır, sosial həyatından təcrid olunur – bu halda artıq qorxu fobiyaya çevrilib.

- Fobiyanın yaranma səbəbi nədir?

- Fobiyanın ən geniş yayılmış yaranma səbəbləri arasında genetik və ətraf mühit faktorlarını göstərmək olar. Fobik pozuntular valideynləri xasiyyətcə narahat və həyəcanlı olan uşaqların ailələrində daha çox baş verir. Onlar tərbiyə prosesində uşağa öz qorxu və həyəcanını ötürürlər. Zəngin təxəyyülə malik, emosional cəhətdən həssas olanlar fobiyaya daha çox meyillidirlər. Bundan başqa, xroniki sağlamlıq problemləri yaşayan, travma keçirmiş və ya uzun müddətli stress altında olan şəxslərdə də müxtəlif fobiyalar ortaya çıxa bilər.

- Fobiyalar hansı yaş dövrlərində müşahidə olunur və nə kimi əlamətlərlə özünü göstərir?

- Fobiyalar hər yaş dövründə müşahidə edilə bilər. Maraqlıdır ki, yaşlılarda nadir hallarda aşkar olunur – ehtimal ki, həyata baxışın sadələşməsi qorxuların aradan qalxması ilə nəticələnir. Daha çox uşaqlıq və yeniyetməlik dövrlərində rast gəlinir. Müalicə olunmadıqda bu fobiyalar 45-50 yaşlarına qədər davam edə bilər. Kişilərə nisbətən qadınlarda daha çox müşahidə edilir.

Əlamətləri arasında titrəmə, soyuq tər, ürək döyüntüsü, üzün qızarması, üzdə qaşınma və ya yanma hissi, nəfəs darlığı, udqunmada çətinlik, ağızda quruluq, bayılma, boğulma hissi, əsəb krizi, şok, şüur itkisi, mədə bulantısı və s. kimi hallar var.

- Fobiyaların hansı növləri var?

- Fobiyaların 300-dən artıq növü var. Onlar 3 qrupa bölünür: fəza (məkan) fobiyaları, sosial fobiyalar və spesifik fobiyalar.

Fəza fobiyalarına aqorafobiya (küçə, meydan, bazar, teatr kimi ictimai yerlərdən qorxma) və klaustrofobiya (qapalı məkanlar, lift, tunel kimi yerlərdən qorxma) daxildir. Aqorafobiya ən çox qadınlarda və gənc yaşlarda müşahidə olunur. Klaustrofobiyada insanlar nəfəs ala bilməməkdən və ya orada ömürlük qalmaqdan qorxurlar.

Sosial fobiyası olanlar ictimai yerlərdə çıxış etməkdən, auditoriya qarşısında danışmaqdan, başqaları qarşısında gülünc vəziyyətə düşməkdən qorxurlar. Utancaqlıq, alçalmaq duyğusu, başqaları tərəfindən pis qəbul olunmaqdan qorxurlar. Çox vaxt yeniyetməlikdən başlayır, bullinqə məruz qalmış şəxslərdə daha çox olur. Əlamətləri üzün qızarması, əllərin əsməsi, tərləmə, titrəmədir.

- Spesifik fobiyalar dedikdə hansılar nəzərdə tutulur?

- Spesifik fobiyalar müəyyən bir vəziyyətə, obyektə və ya fəaliyyətə həddindən artıq qorxu və narahatlıqla reaksiya verməkdir. Spesifik fobiyalar heyvan (it, pişik, hörümçək, siçan, ilan və s.), təbii mühit (yüksəklik – akrofobiya, su – hidrofobiya) və tibbi fobiyalar (qan – hemofobiya, iynə, həkim və ya diş həkimi qorxusu) kateqoriyalarına bölünür.

- Fobiyanın müalicəsi varmı?

- Bəli, fobiyalar müalicə oluna bilər. Müalicə həm dərmanla, həm də psixoterapiya ilə aparılır. Təkcə dərman effektiv nəticə vermir – ən yaxşı nəticə hər iki üsulun birgə tətbiqində əldə olunur.

- Uşaqlarda və böyüklərdə fobiyalar özünü necə büruzə verir və aradan qaldırmaq üçün hansı üsullardan istifadə olunur?

- Uşaqlarda valideynlərin tərbiyə üsulundan çox şey asılıdır. Həddindən artıq qayğı, qəddarlıq və ya diqqətsizlik fobiyaya səbəb ola bilər. Məsələn, “Heyvanlara əl dəymə, infeksiya keçər, dişləyər” kimi ifadələr uşaqda heyvan fobiyası yarada bilər. Pis qiymətə həddindən artıq mənfi reaksiya məktəb fobiyasına səbəb olur. Qorxunc filmlər, qan səhnələri də təsir edir.

Uşaqlarda koqnitiv-davranış terapiyası ilə yanaşı qum terapiyası və nağıl terapiyası effektivdir.

Böyüklərdə əsas üsul psixoterapiyadır. Koqnitiv-davranış, geştalt terapiya, relaksasiya, autotreninq. Müalicə fərdi seçilir. Əsas məqsəd – pasiyenti fobiyası ilə üz-üzə gətirmək, qorxusu ilə üzləşməsini təmin etməkdir.

- Bu gün daha çox müşahidə edilən fobiyalar hansılardır?

- Bütün yuxarıda qeyd etdiklərimizə tez-tez rast gəlinir. Bundan əlavə, obezofobiya (kökəlməkdən qorxma), ablutofobiya (yuyunmaqdan qorxma), agirofobiya (piyada keçidlərindən qorxma), anatidaefobiya (ördəklərdən və onların təqibindən qorxma) kimi maraqlı növlər də var. Bunlar çox vaxt travma nəticəsində yaranır.

- Uşağında fobiyası olan valideynlərə hansı məsləhətləri verərdiniz?

- Əvvəlcə fobiyanın nə vaxt və hansı hadisədən başladığını düşünün. Səbəbi tapın, çünki fobiyanın altında yatan səbəb var. Uşağı qınamayın, anlamağa çalışın. Qorxu yaradan vəziyyətlə tədricən üz-üzə gətirin: məlumat verin, şəkillər göstərin, özünüz toxunun, sonra uşağın toxunmasına kömək edin. Sadə tapşırıqlardan başlayın. Effektiv ünsiyyət və psixoterapiya ilə uşağınız fobiyadan qurtula bilər.

Orta Şərqdə milyardlar xərcləyən İran öz xalqını susuz, çörəksiz qoydu -<span style="color: #ff0000;"> MÜSAHİBƏ</span>

Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə Teleqraf-ın suallarını cavablandırıb.
 
Moderator.az həmin müsahibəni təqdim edir:
 
- Asim bəy, regionda baş verən hadisələr, İranda etiraz aksiyalarının miqyası və mahiyyəti bölgədəki proseslərə necə təsir edə bilər?
 
- Azərbaycan bu gün təhlükəsizliklə bağlı məsələlərdə ciddi hazırlıq görüb. Ölkəmizin Silahlı Qüvvələri bu gün öz hazırlığına görə səciyyələnir. Qardaş Türkiyə ilə müttəfiqlik fonunda Azərbaycan regionda xoşagəlməz proseslər gedərsə, bunlara reaksiya verməyə hazırdır.
 
Sözsüz ki, regionda, xüsusən də İranda baş verən hadisələr böyük narahatlıq doğurur. Çünki xalqın sosial vəziyyətini acınacaqlı hala salan İran rejimi bu gün onun qəzəbi ilə üzləşib. Bunun da əsas səbəbi bəllidir. Milyardlarla vəsaiti Orta Şərqə öz “ideologiyası” naminə xərcləyən İran rejimi bu gün öz xalqını susuz, çörəksiz qoyub. Təbii ki, buna görə də rejim çox ciddi xalq qəzəbi ilə üzləşib.

- Bunun fonunda İrandaki hadisələr hansı mərhələyə qədər inkişaf edəcək?

- İndi bunu proqnozlaşdırmaq çox çətindir. Hazırda İran rejimi minlərlə insanı ağır silahlarla məhv edir. Faktiki olaraq, rejim bu gün öz xalqı ilə müharibə aparır.

- Bu cür qətliamlara region ölkələrinin reaksiyası necə olacaq?

- Ən azı Azərbaycan minlərlə insanın qətlindən narahatdır. Sözsüz ki, Azərbaycanı Orta Şərqdə baş verən hansısa prosesə cəlb etmək mümkün deyil. Təbii ki, Azərbaycan humanitar sahədə hamıya dəstək verir. Bakının Ukraynaya, Suriyaya və digər ehtiyacı olan dövlətlərə humanitar yardımları var. Ölkəmiz müstəqil siyasət həyata keçirir. Azərbaycan dövləti öz xalqının rifahı barədə düşünür. Bunun fonunda ölkəmizin qardaşlıq siyasəti Türk dünyası ilə sıx əməkdaşlıq, bizə əlavə güc verir.

- İrandakı iğtişaşların rejim dəyişikliyi ilə nəticələnməsi ehtimalı varmı?

- Proseslərin gedişi ilə bağlı tələsik mövqe sərgiləməyə ehtiyac yoxdur. Baş verənlər fonunda İranda rejim dəyişə bilər. Amma kiminsə bu idarəetməni əlində saxlaması mümkün olacaqmı? Bunu söyləmək çətindir. Hazırkı iğtişaşlar fonunda İranın çox ağır və ciddi problemlərlə üzləşəcəyi də mümkündür.

- Ölkənin parçalanması silahlı qarşıdurmaların başlaması kimi riskləri necə dəyərləndirirsiniz?

- Artıq iğtişaşların gedişində bunlar baş verir. Yəni, silahlı qarşıdurmalar var. Amma Azərbaycanın sərhədləri möhkəmdir. Bunun üçün heç bir narahatlıq yoxdur.

- Beynəlxalq birliyin bu proseslərə reaksiyası nədən ibarətdir?

- Avropa İttifaqının bu məsələlərə yanaşmaları səhvdir. Onlar özlərini yenidən imperiya zənn edir. Bu da daxildə ciddi parçalanmaya, iqtisadi problemlərə yol açıb. Bunun fonunda dünyada böyük ölkələrin oyunları gedir. Bunun da qurbanları elə özləri olacaqlar.

"Kamal müəllimlə bir-birimizi işarədən anlayırıq"  —   Baba Vəziroğlu ilə doğum günündə ÖZƏL MÜSAHİBƏ

Azərbaycanın sevilən nəğməkar şairi Baba Vəziroğlunun qələmindən çıxan misralar illərdir ki, ölkə musiqisinin ana xəttini təşkil edir. Bu gün  sevilən şairin doğum günüdür.O,72 yaşını qeyd edir.Baba Vəziroğlu Azərbaycan SSR Lenin komsomolu mükafatı (1988) və "Humay" mükafatı (2000) laureatıdır. Azərbaycan Respublikasının əməkdar incəsənət xadimidir (2005). 10 yanvar 2020-ci ildə Azərbaycan ədəbiyyatının inkişafında xidmətlərinə görə "Şöhrət" ordeni, 11 yanvar 2024-cü ildə isə "Şərəf" ordeni ilə təltif edilib.Oxu24.com-un əməkdaşı doğum günündə  Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi ilə həmsöhbət olub.Sözügedən müsahibəni təqdim edirik:-Baba müəllim, uzun illərdir yaradıcılıqla məşğulsunuz. Geriyə boylananda "yaxşı ki, yazmışam" dediyiniz ən əziz misranız hansıdır?-“Geriyə boylanıb baxanda “yaxşı ki, yazmışam” dediyim ən əziz misra yox, misralar çoxdur. Həm də yazdığım bütün misralar mənə doğma və əzizdir. Ona görə ki, mən o misraları şeirlə, sözlə, poetik düşüncəylə ifadə etməsəydim ürəyimdə bir düyün kimi qalardı. Sevinirəm ki, nə yaxşı ki, də ifadə etmişəm. Minlərlə oxuyuculara, dinləyicilərə çatdırmışam. İnsana qalan yalnız xatirədir. Bir-birimizdən, sevdiyimizdən nigaran olaq və bir gün onları itirə bilmək qorxusu ilə yaşayaq hər zaman. İnsan həmişə kimdən nigaran olur? Çox sevdiyindən. Ona görə “Səndən nigaranam” mahnısı belə yaranıb. Bugünkü Azərbaycanın banisi olan Ulu Öndərin həyatına, tarixi missiyasına həsr etdiyim “Sən elə bir zirvəsən” mahnısı mənim şah əsərlərimdən biridir və böyük məhəbbətlə yazılıb. Bəzən şairləri bölürlər. Vətən şairi, məhəbbət şairi, təbiət şairi və s. Düşünürəm ki, bütün şairlər məhəbbət şairi olur. Onlar təbiətə də, insanlara münasibətdə də məhəbbətlə yanaşırlar.-Siz həm də bir çox yaddaqalan filmlərin ssenari müəllifi və redaktorusunuz. Kinonun dili ilə poeziyanın dili arasında necə bir bağ var?-Poeziya, drammaturgiya və bir çox sahələrin təməlində söz dayanır. Müqəddəs kitablarda deyilir ki, hər şey sözdən başlayıb, sözdən yaranır. Ona görə də mənim üçün istər kinossenarilərim, istər mahnı mətnlərim, istər şeirlərim, istər publisistikam, istərsə də televiziya yaradıcılığımın hər biri sözlə bağlıdır. Kino ilə bağlı yaradıcılığım çox qədimdən başlayır ki, mən hələ televiziyada işləyərkən məni Azərbaycan Kinomotoqraflar İttifaqına dəvət etdilər. Çünki, İttifaq sədri Rüstəm İbrahimov orada mənə dedi ki, “Rus dilli ittifaqı ana dilinə çevirə bilərsənmi?” Beləcə məni dəvət etdi. Əvvəl Kinomotoqrafçılar İttifaqında baş redaktor,  daha sonra uzun illər boyu isə İttifaqının idarə heyətinin katibiyəm. Bugün də Rasim Balayev adlı Azərbaycanın milli kinosunun siması ilə birlikdə çalışıram. Kinoya marağım televiziyadan yaranıb, 17 yaşımda Azərbaycan Dövlət Televiziyasında verilişlər aparmışam. O verilişlərin aparıcısı, redaktoru, operatoru, rejisoru, ssenari müəllifi də mən olmuşam. Çünki, o zamanlar belə idi, müəllif verilişi idi. Ona görə də bugün kino sahəsi mənim üçün çox doğmadır.-Sizin yaradıcılığınızda bəstəkar Kəmaləddin Heydərovla olan işbirliyiniz xüsusi bir mərhələ təşkil edir. Bu tandemdən Azərbaycan musiqi xəzinəsinə onlarla uğurlu mahnı ("Səndən nigaranam", "Gözləyəcəyəm" və s.) daxil olub. Bu yaradıcılıq birliyinin sirrini nədə görürsünüz? Sizin sözləriniz Kamal müəllimin musiqisi ilə necə bir harmoniya tapır?-Yaradıcılıqda həmişə tandemlər olub, var və olacaq. Sadəcə  bu tandemlər bəzən uğurlu alınır, bəzən də uğursuz. Məsələn, bizdən öncə, baxın, necə gözəl yaradıcılıq tandemləri var idi. Söhbət məhz mahnı yaradıcılığından gedir. Emin Sabitoğlu, Nəbi Xəzri, Fikrət Qoca, Ramiz Mirişli, Cabir Novruz, Oqtay Kazımov və başqa. Bir xoşbəxt gün oldu ki, mən Kamal müəllimin ilk melodiyasına söz yazdım. Biz ondan əvvəl “ayaqüstü” tanış idik. Amma sonra dostlaşdıq, qardaşlaşdıq. Və belə bir yaradıcılıq tandemi yarandı. İlk  nəğməsi “Gəl, qayıdaq o günlərə”-ni gözəl sənətkarımız Ağadadaş Ağayev ifa etdi. Sonradan necə oldusa, yaradıcılıq birliyi yarandı. Ondan sonra biz təxminən 50-dən çox mahnı yazdıq. Hər biri də günün sevilən, yadda qalan, bəlkə biraz əbədi yaşayacaq mahnılara çevrildi. Onlar hər zaman səslənib, səslənir də, yeni-yeni ifalarda, yeni-yeni gənclərin yaradıcılığında özünə yer tapacaq. “Sən elə bir zirvəsən”, “Cənab Ali Baş Komandan”, “Səndən nigaranam”, “Xatirədir”. Daha sonra Alim Qasımovun ifasında “Ölüm-dirim yalan oldu”, “İlahi”, Zülfiyyə Xanbabayevanın ifasında “Ayrılığa dözərəm”, Röyanın ifasında “Dəniz”, “Yenə yaz gələcək”, Aygün Kazımovanın ifasında “Yox deyəndə mən”, Aygün Bəylərin ifasında “Nə yaxşı sən varsan, sevirəm səni”, “O yenə xatirədir” və bir çoxlarının ifasında mahnılar Mərkəzi Asiyada, Türküstanda, Nəsibə xanım Abdullayevanın ifasında və özbək, tacik, qazax, türkmən ifaçılarının ifasında o mahnılar səsləndi. Həm də biriylə bu şəxsi münasibətlər tutur ki, o zamam yaradıcılıq da gözəl alınır. Bir-birimizi yarım sözdən, işarədən anlayırıq.-Bilirik ki, Kamal müəllimin bəstələri çox emosional və geniş diapazonludur. Onun musiqisi sizin şair təxəyyülünüzdə hansı rəngləri və ya mənzərələri canlandırır?-Kamal müəllimlə işləmək kənardan asan görünə bilər. Amma Kamal müəllimlə işləməyin ən özəl və çətin tərəflərindən biri odur ki, o melodiyanın boş vaxtlarında, özü pianoda yaradır, sonra deyir, “Gəl, mahnıya baxaq”. Təsəvvür edin, artıq musiqi hazırdır. Musiqi hazırdırsa, deməli musiqinin mövzusu, ölçüləri, vurğuları var. Və onlara yalnız söz yazmaq qalır.  Söz yazmaq mürəkkəb bir prosesdir. Həmin musiqinin mövzusunda olmalıdır, həmin ölçülərdə, vurğularda olmalıdır. Lakin yaradıcılıq ruhu olan mühitdə yaxşı nəğma yaratmaq ovqatında olanda bu o qədər də çətin olmur. Həmdə söz yazanda elə yazmalısan ki, bu musiqidən kənar, şeir olmalıdır. Ümumiyyətlə, bizim yaradıcılıq fantaziyalarımızın müəyyən bağları üst-üstə düşür, fikirlərimiz, insanlara, həyata, musiqiyə münasibətimiz düz gəlir. Qısaca “ürəyimiz düzdür…”-Baba,müəlllim,Sizi doğum gününüz münasibəti ilə bir daha təbrik edirik.Sizə daim qələminizin işlək və iti olmasını arzu edirik.-Diqqətinizə görə təşəkkür edirəm.Müsahibəni apardı:Çimnaz Telmanqızı

Sosioloq:" Əgər, ailədə qadın kişini döyürsə, zorakılıq edirsə, o qadını..."    

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən  bildirilib ki,  2025-ci ildə Azərbaycanda 83 kişi psixoloji və iqtisadi zorakılığa məruz qalıb.Maraqlıdır ki, indiyənə qədər anlayırdıq ki, qadınlar kişilərin zorakılığına məruz qalıb. Müxtəlif səbəblərlə qadınları incidiblər. İndi necə olur  ki, kişilər  zorakılığa məruz qalır?  Bu hansı səbəblərdən qaynaqlanır? Kişini  "diligödək" edən nədir?  Sualımızı tanınmış sosioloq Elçin Bayramlıya  yönəldirik. Oxu24.com -a danışan  sosioloq təəssüflə  bildirdi ki,  belə halların sayı artır: "Buna səbəb isə cəmiyyətdə  hökm sürən mənəvi deqredasiya ilə bağlıdır. Mənəvi deqradasiya, cəmiyyətdə və ya fərdlərdə əxlaqi dəyərlərin, mədəni standartların, insani keyfiyyətlərin zəifləməsi, pisləşməsi və itirilməsi prosesidir".Sosioloq bəzi qadınların azğın fikirlərə düşdüyünü də qeyd edir: "Son dövrlərdə bəzi qadınlar "müasirlik", "azadlıq" adı altında azğınlaşıblar.   Bu isə birbaşa  mənəvi dəyərlərin aşınması, ailə institutunun zəifləməsi, sosial ədalətsizlik və insanlar arasında münasibətlərin korlanması ilə bağlıdır. artıq cəmiyyətdə .  Belə qadınlar üçün daha gəlirli iş yerləri var. Beləliklə, ailədə gəlir-qazanc üstünlüyünü ələ alırlar və ondan sonra həyat yoldaşına tabe olmamağa, özbaşınalığa başlayır. Fiziki təcavüz isə məhz bu özbaşnalığın  fonunda baş verir. Çünki belə özbaşına qadınlar üçün nə ər, nə kişi, nə ailə məfhumu olmur,, dəyər təşkil eləmir.Digər problemlər də psixi problemlərdən qaynaqlanır. Yəni ailədə iki tərəfdən biri  belə xəstəlikdən əziyyət çəkirsə, belə problemlər yaranır.Fərqi yoxdur ki, xəstə ya qadın, ya da kişi olsun, hər iki halda  nəticə eynidir". E. Bayramlı kişi ilə qadının bərabərhüquqlu olmamasını önəsürür:"Minillik adət -ənənələrimizdə belə bir sistem vardı ki, ailədə kişinin öz yeri , missiyası var, qadının öz yeri və missiyası var. Son dövrlərdə təbliğ olunduğu kimi  qadın və kişi hər şeydə bərabər deyil, ola da bilməz! Bu varlıqlar bütün sahələrdə tamamilə fərqli varlıqlardı biolojik  qanunlarda da, psixologiyada da, fiziki quruluşda , mənəvi dəyərlərdə də fərqlənirlər. "Azadlığı" özbaşınalıq kimi anlayan qadınlar   həmişə hüquqlarının davasını döyürlər, amma heç vaxt  öhdəliklərini yada salmırlar.  Ailəli qadının əsas öhdəliyi isə əri ilə normal münasibət və müəyyən məsələlərdə ona tabe olması da var.   Tabeçilik,  öhdəlik hissi olmayan qadınların nəticədə boşanır ki, bu da ailə dəyərlərinə zərbə vurur". Belə halların qarşısını almaq üçün, cəmiyyət olaraq, hansı üsullardan istifadə etmək, nə etmək lazımdır - sualına sosioloq  belə cavab verdi:"Ailə institutunun zəifləməsinin əsas səbəbi milli və mənəvi dəyərlərdən uzaqlaşmaqdır.Min illər boyu formalaşmış ailə modelimiz ən möhkəm terapiya nümunəsidir. Əvvəllər ailə sistemi sevgi, hörmət və fədakarlıq üzərində qurulurdu. Amma indi yad ideologiyalar, psixoloji manipulyasiyalar və saxta “müasirlik” anlayışı ailə təməllərini sarsıdır. İnsanlar azadlıq və fərdiyyətçiliyi yanlış başa düşürlər. Ailədə hər kəsin istədiyini etməsi, rəhbərsiz sistemin formalaşması ailəni dağıdır. Nəticədə  statistik rəqəmlərə çevrilir. Bu halın qarşısını almaq isə milli və ailə dəyərlərimizin təbliği gücləndirilməklə almaq olar".Xatırladaq  ki,  2025-ci il ərzində məişət zorakılığı ilə əlaqədar komitəyə ümumilikdə 558 müraciət daxil olub.Müraciətlərin 83-ü kişilərin, 539-u qadınların, 515-i isə uşaqların zorakılığa məruz qalması ilə bağlıdır.Dövlət komitəsinə məişət zorakılığı ilə əlaqədar daxil olan müraciətlərdən 169-u psixoloji, 35-i iqtisadi, 343-ü fiziki, 11-i cinsi zorakılıqla əlaqədar olub. Əntiqə Rəşid

SOCAR prezidentindən MÜHÜM  AÇIQLAMALAR: 2026-cı ildə gözləntilər nədir?

Azərbaycan fəal şəkildə üç böyük "yaşıl enerji" dəhlizi formalaşdırır - Xəzər dənizi-Qara dəniz-Avropa, Azərbaycan-Türkiyə-Avropa və Mərkəzi Asiya-Azərbaycan-Avropa.Oxu24.com   xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəfin Dünya İqtisadi Forumunun saytında dərc olunmuş məqaləsində deyilir.R.Nəcəfin sözlərinə görə, 2022-ci ildə Buxarestdə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlığa dair Sazişin imzalanması Avropaya "yaşıl enerji" dəhlizinin formalaşdırılması istiqamətində atılan mühüm addım olub.O qeyd edib ki, enerji keçidinə dair milli strategiyalar dekarbonizasiya sahəsində regional faydalar gətirə bilər. Strateji coğrafi mövqeyi, mövcud infrastrukturu və inkişaf etmiş enerji tərəfdaşlıqları nəzərə alınmaqla Azərbaycan Xəzər regionu, Mərkəzi Asiya və Avropa arasında əlaqələndirici həlqə olmağa imkan verən unikal mövqeyə malikdir."Ümumilikdə üç "yaşıl enerji" dəhlizi 10 QVt-a qədər bərpa olunan elektrik enerjisi ötürə biləcək ki, bu da Azərbaycanın gələcəkdə sərhədlərarası təmiz enerji ötürmə qovşağı kimi rolunu möhkəmləndirəcək", - SOCAR-ın prezidenti vurğulayıb.R.Nəcəf qeyd edib ki, dünya qlobal enerji landşaftının inkişafında dönüş nöqtəsindədir. Aşağı karbonlu gələcəyə doğru irəliləmə şəraitində enerji keçidi təkcə ekoloji zərurət deyil, həm də iqtisadi transformasiya amilinə çevrilir. Bununla yanaşı, infrastruktura, ekspertizaya və investisiya imkanlarına malik olan ənənəvi enerji istehsalçıları aparıcı rol oynamağa davam edir."Azərbaycan karbohidrogen hasilatına əsaslanan iqtisadiyyatın bərpa olunan enerji mənbələrinin inkişafı, ötürücü şəbəkələrin modernləşdirilməsi və ölkə boyu "yaşıl yenidənqurma"nın tətbiqi hesabına enerji təhlükəsizliyini təmin etməklə yanaşı, dekarbonizasiyanı necə təşviq edə biləcəyini nümayiş etdirir", - o bildirib.SOCAR-ın prezidenti vurğulayıb ki, qlobal iqtisadi və geosiyasi çağırışlar fonunda enerji təhlükəsizliyi və iqlim dayanıqlığı Azərbaycan üçün əsas prioritetlərə çevrilib. Onun fikrincə, belə bir yanaşma enerji sisteminin etibarlılığına və makroiqtisadi sabitliyə xələl gətirmədən bərpa olunan enerji mənbələrini inteqrasiya etməyə imkan verir.O xatırladıb ki, "təmiz ətraf mühit və yaşıl artım" "Azərbaycan-2030" strategiyasında təsbit olunmuş prioritetdir. Bu siyasət çərçivəsində Enerji Səmərəliliyi Fondu ətraf mühitə təsirin azaldılması və enerji sektorunun səmərəliliyinin artırılmasını hədəfləyən layihələr üçün kreditlər, qrantlar və subsidiyalar təqdim edəcək."Azərbaycan karbohidrogen sənayesinin potensialından istifadəni davam etdirməklə yanaşı, bərpa olunan enerji istehsalını artırır. Ölkə 2007-ci ildən elektrik enerjisinin netto-ixracatçısıdır, 2023-cü ilədək istehsal həcmi 29,3 milyard kVt/saat təşkil edib ki, bu da 10 il əvvəlki səviyyədən 25,5 % çoxdur.2016-cı il üzrə Strateji Yol Xəritəsinə əsasən, hökumət enerji balansını şaxələndirməyi və BOEM-in payını artırmağı planlaşdırır. Azərbaycanda bərpa olunan enerji mənbələrinin texniki potensialı quruda 135 QVt, dənizdə isə 157 QVt həcmində qiymətləndirilir. Məqsəd 2030-cu ilədək elektrik enerjisi istehsalında BOEM-in payını təxminən 40 %-ə çatdırmaqdır", - R.Nəcəf bildirib.O xatırladıb ki, son beş ildə ölkədə bir sıra iri BOEM obyektləri, o cümlədən Xəzər regionunda ən böyük günəş elektrik stansiyası olan 230 MVt gücündə "Qaradağ" stansiyası istifadəyə verilib."Qarabağ və Şərqi Zəngəzurun hidroenergetikası fəal şəkildə inkişaf edir, burada ümumi gücü 270 MVt olan 32 stansiya fəaliyyət göstərir və 500 MVt-a qədər genişləndirilməsi planlaşdırılır. "ACWA Power" və SOCAR ilə birgə 240 MVt gücündə "Xızı-Abşeron" külək elektrik stansiyası inşa edilib və onun 2025-ci ilin sonunadək tam həcmdə fəaliyyət göstərəcəyi gözlənilir.Biləsuvarda (445 MVt) və Neftçalada (315 MVt) illik 1,7 milyard kVt/saatdan artıq olan istehsal gücünə malik günəş enerjisi layihələrinin maliyyələşdirilməsi tamamlanıb, həmçinin azad edilmiş ərazilərdə sənaye miqyaslı ilk günəş enerjisi layihəsi olan 240 MVt gücündə "Şəfəq" günəş elektrik stansiyası həyata keçirilir", - SOCAR-ın rəhbəri vurğulayıb.Dövlət Statistika Komitəsinin məlumatına görə, son beş ildə SES-lərdə elektrik enerjisi istehsalı 2,8 dəfə, günəş enerjisi istehsalı isə 12,6 dəfə artıb.R.Nəcəf qeyd edib ki, SOCAR enerji təhlükəsizliyi, keçid dövrü təşəbbüsləri, rəqəmsallaşma və innovasiyaları birləşdirən uzunmüddətli strategiya həyata keçirir: "Xüsusilə "Petkim" neft-kimya kompleksi və STAR neft emalı zavodu "Industry 4.0" həllərinin tətbiqinə görə Dünya İqtisadi Forumu tərəfindən "Global Lighthouse" şəbəkəsinin obyektləri kimi tanınıb. "SOCAR Carbamide" zavodunda 2024-2025-ci illərdə süni intellekt texnologiyalarının tətbiqi resurs istehlakını azaltmağa və 13 milyon ABŞ dolları məbləğində əlavə dəyər yaratmağa imkan verib".Onun sözlərinə görə, qlobal enerji keçidi karbohidrogenlərdən kəskin imtina deyil, mövcud istehsalçıların və infrastrukturun vacib rol oynamağa davam etdiyi mərhələli transformasiyadır."SOCAR-ın ənənəvi neft və qaz istehsalçısından inteqrasiya olunmuş enerji şirkətinə təkamülü təcrübəli oyunçuların eyni zamanda enerji təhlükəsizliyi və iqlim gündəliyinin hədəflərini necə irəli apara biləcəyini nümayiş etdirir", - o, sonda bildirib.

İranı nə gözləyir?   —   Xaricdən gətirilən döyüşçülərlə bağlı yeni DETALLAR AÇIQLANDI

"İraqdan gətirilən silahlı qruplaşmalar, üsyançıları susdura biləcək"-Siyasi şərhçi gizlinləri açdıHazırda İran kütləvi etiraz aksiyalarını yatırtmaq üçün son çarələrə baş vurur. Beləki, İran hökuməti İraqdan özünə bağlı silahlı qüvvələrin ölkəyə gətirilməsini sürətləndirib. Məlumatlarda deyilir ki, "Kətaib Hizbullah", "Hərəkət-i Əlnücəba", "Seyydi əl-Şühəda" və "Bədr" silalı qruplaşmalarının 800 üzvü İrana keçib. Bu mənzərədən sonra bir sual düşündürücü olur:”Görəsən, İran hökümətinin sonuncu “çarə”sinin etiraz aksiyalarını yatırmağa gücü çatacaqmı? Siyasi şərhçi Müşfiq Abdulla  Oxu24.com-un bu mövzuda olan suallarını cavablandırır: -İran niyə qarışdı?Etiraz aksiyaları niyə bu həddə çatdı?  - İranda baş verənlər  spontan (Heç bir kənar təsir olmadan, öz-özünə, qəfil və düşünülməmiş şəkildə baş verən hərəkət, hadisə və ya reaksiya deməkdir; red-Ə.R.) xarakterli olsa da, bu aksiya məqsədyönlü və genişəhatəli bir prosesdir. Bu baxımdan da İranda hakim teokratik rejimin çökəcəyi, devriləcəyi və dünyəvi dövlətin bərpa olunacağı ilə bağlı proqnozlar getdikcə artmaqdadır. Bunu zəruri edən səbəblərdən biri  İranda sahibkarların da aksiyaya qoşulmasıdır.  Tarixən də məlumdur ki, bütün üsyan və inqilabların hərəkətverici qüvvələri sahibkarlar təbəqəsi, tacirlər, imkanlı şəxslər olub. Əvvəlcə , İran rialının ABŞ dolları qarşısında ucuzlaşması, dəyər itirməsi, əvvəl xırda-orta sahibkarların, sonra isə  iri sahibkarları etiraza qalxması ölkədə hakimiyyət dəyişməsi üçün ciddi səbəb yaradıb. Artıq Tehran bazarı bağlanıb, Təbriz bazarındakı  sahibkarlar da bazarı bağlayıb tətilə çıxdılar. Göründüyü kimi xalq mütəşəkkil birləşərək  etiaz edir və rejimin dəyişilməsini tələb edir. Maraqlı məqam  burasıdır ki, əslində xalq əvvəlki illərdəki kimi  tələbini hakimiyyətdən daha çox dini rəhbərlərə ünvanlayır.  Xalqın hədəfində xüsusən, İranın hazırkı dini rəhbəri Ayətullah Əli Xamenei və onun komandasıdır. - Bəli,  dini rəhbərliyə olan nifrət  İran Prezidenti Masud Pezeşkiana və onun komandasına  qarşı yoxdur ?Niyə?-Pezeşkian hökümətinin  xalqla qarşıdurmadan çəkinməsi, daha çox danışıqlar tərəfdarı kimi çıxış etməsi, neytral mövqe sərgiləməsi molla rejiminin əlini zəiflədən diğər amildir.-Niyə  rəhbərlik xalqın  etiraz səsini kəsmək üçün   İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) köməyi ilə yox, İraqdan gətirilən silahlı qüvvələrin köməyindən istifadə edir. Məqsədi nədir?-2025-ci il, iyun ayında İran-İsrail arasında baş verən  12 günlük müharibədə  SEPAH rəhbərliyi məhv edildi, gücdən salındı, hərbi bazaları dağıdıldı. Sonuncu etiraz aksiyalarına qədər ölkədə nə qədər etiraz aksiyası baş vermişdisə, onun hamısını SEPAH yatırtmışdı. Hazırda  məhz buna görə də rejim gücünü itirib, siyasi balans, siyasi tarazlıq rejim əleyhinə dəyişir. Üstəlik dini rəhbərlik  daxildəki güc strukturlarına da artıq inanmır, çünki baş vermiş iqdisadi  çöküş bütün təbəqələrə, eyni zamanda  güc strukturlarına ciddi və mənfi  təsir edib. İndi xaricdən gətirilən silahlıların üsyanı yatırtmağa gücü çata biləcəyini və yaxud əksini də demək olmur. Çünki burda da bəzi amillər var. Birinci üsyanın lideri yoxdur ki, üsyanı idarə etsin, ikinsi isə İranın devrilmiş şahı Məhəmməd Rza Pəhləvinin oğlu, mühacirətdə yaşayan Rza Pəhləvinin yenidən İrana şah gəlməsi iddiası var. Bu səbəbdən üsyançılar arasında qarşıdurma yarana bilər. Ümumiyyətlə,  hələlik kütləvi etiraz aksiyaları bütün gücü ilə davam edir və  aksiyalar başlayandan üsyançılar tərəfindən  27 vilayətin 89 şəhərini əhatə edib, indiyədək azı 1200 nəfər saxlanılıb. Etirazlarda ölənlərin sayı isə 38-ə çatıb. Əgər bura qədər etirazçılar mütəşəkkildirsə,  ümid edək  ki, silahlı qrupların da onlara gücü çatmayacaq.  - Müşfiq müəllim, geniş və əhatəli müsahibəyə görə təşəkkür edirik. Müsahibəni apardı: Əntiqə Rəşid

“Bunu ancaq Mirşahin yaxşı bilir” – İlham Əliyev 

“907-ci düzəliş bizə qarşı tətbiq olunanda bu çox böyük ədalətsizlik idi”.Oxu24.com xəbər verir ki, bunu Prezident İlham Əliyev yerli televiziya kanallarında müsahibəsində bildirib.“Eyni zamanda, o vaxtkı Azərbaycan rəhbərliyinin buna laqeyd yanaşması idi. O vaxt Azərbaycan hakimiyyəti və onun diplomatiyası hansı səviyyədə idi, yəqin ki bunu ancaq Mirşahin burada oturanlardan yaxşı bilir. Siz o vaxt gənc idiniz, uşaq idiniz. Əlbəttə ki, bu bir biabırçılıq idi. Azərbaycan diplomatiyasılna rıəhbərlik edən insanlar heç bir dildə danışa bilmirdilər. Hətta Azərbaycan dilində düz əməlli danışa bilmirdilər. Heç bir təcrübəsi olmadan, hansısa diplomatiyaya, siyasətə aid olmayan sahələrdən gətirilərək bu mühüm vəzifələrə təyin olunrudular. O vaxtkı AXC-Müsavat hakmiyyəti peşəkarlardan ibarət deyildi. Əksinə, çox təsadüfi insanlar hakimiyyəti zəbt etmişdilər və faktiki olaraq Azərbaycanı məhvə doğru aparırdılar”, – deyə dövlət başçısı qeyd edib.

Politoloq gizlinləri AÇIQLADI: Rusiya son olaylardan hansı nəticəni çıxarıb?   —   DÜNYA GÜNDƏMİ 

 Politoloq:"Nə Rusiya, nə Çin ABŞ-a qarşı əks hərəkətə cürət etməyəcək, çünki ..."ABŞ-ın   Venesuelanın paytaxtı Karakasa zərbələr endirdikdən, xüsusi təyinatlı qüvvələr ölkə Prezidenti Maduro və həyat yoldaşını ələ keçirərək, ABŞ-yə  aparmasından sonra dünyanın gözü -qulağı bu iki ölkədədir.İndi vəziyyət necə olacaq? Tramp hədəfindəki Kuba, Meksika, Danimarka və Kolumbiyaya  qarşı  hərbi əməliyyatlar başladacaqmı? Daha sonra bəşəriyyət hansı sürprizlə üzləşəcək? Oxu24.com -un suallarını   politoloq Məhəmməd Əsədullazdə cavablandırır:- Məhəmməd bəy,Siz bu hadisəni necə xarakterizə edirsiniz? ABŞ haqlıydımı?- Dünyanın diqqətini, fikirlərini  hazırda ən çox məşğul edən bu olaydır. Baxmayaraq ki, planetin bir çox ölkəsində yaşayan venesuelalılar Prezident Nikolas Maduro rejiminin süqutunu qeyd edirlər, amma bu  bir ölkənin süverenliyinin pozulmasıdır. Bu bölgədə geopolitik oyunların getməsi heç kəsə gizli deyil.  Amma nəzərə alsaq ki, Venesuelanın  uzun illərdir Rusiya ilə silah ticarəti və siyasi əlaqələr, Çinlə isə daha geniş iqtisadi əməkdaşlıq mövcud idi. Və bu münasibətlər ABŞ prezidentini " Monro doktrinası"nı işə salmağa məcbur etdi. (  Monro doktrinası" -202 il əvvəl ABŞ prezidenti postunda oturan C.Monro eynilə Tramp kimi "Amerikalılar üçün Amerika" şüarı elan edib, ölkəsinin xarici siyasətinin prinsiplərini müəyyənləşdirib.) Venesuelada bu əməliyyatı keçirməklə o Venesuelanın idarəçiliyini öz əlinə keçirdi , regionun gücü olduğunu sübut etdi. - Bildiyimiz kimi, Çin Tayvanı öz ərazisi hesab edir və üzərində nəzarət qurmaq üçün zorakılıqdan istifadəni istisna etməyib. Bu əməliyyatdan sonra Çin də buna bənzər bir qərar həyata keçirə bilərmi? Məsələn,   yeni ilin yeni gününə olan məlumarlara görə, Çin keçirdiyi  “Justice Mission 2025” adlı təlimlər zamanı onlarla raket Tayvana doğru atılıb, həmçinin adanın yaxınlığında çoxsaylı hərbi gəmilər və aviasiya qüvvələri yerləşdirilib.- Düzdür, Çin Dövlət mediası ABŞ-nin Venesuelaya qanunsuz müdaxiləsindən sonra Tayvana qanuni müdaxilə imkanının yarandığını bildirərək, “Hər şey buna doğru gedir” deyib. Bir çox ölkələr həmçinin   Çin də Donald Trampın əmri ilə atılan bu addımı kəskin pisləyib, Nikolas Maduro və həyat yoldaşının dərhal azadlığa buraxılması tələbini irəli sürüb.  Amma Çinin Tayvanda ABŞ-ın Venesueladakı kimi hərbi əməliyyat aparacağına inanmıram.  Bu əməliyyat, eyni zamanda  ABŞ-ın beynəlxalq müstəvidə nüfuzunu da artırdı. Nə Çin, nə də Rusiya ABŞ-la  qarşı-qarşıya gəlmək, düşmən münasibətdə olmağı istəməz.- Bəs, Maduronun geri dönmək şansı varmı?- Qətiyyən! Çünki, Trampın hədəfində  hazırda Meksika, Kanada, Danimarka və Kolumbiya kimi "cəzalandırılacaq" ölkələr var. Onun hədəflərinə çatmadan heç kimi bağışlamayacağı  məlumdur. Məlumat  üçün qeyd edək  ki, ABŞ Prezidenti Donald Trampın hədəfdəki ölkələrə müdaxiləsi  aktivdir. Hər an əməliyyat gerçəkləşə bilər. O,  Venesuelaya qarşı həyata keçirilən əməliyyatın nəticələrinə dair mətbuat konfransına çıxış edərək, bu hücumun İkinci Dünya müharibəsindən bəri görülən ən miqyaslı zərbələrdən biri olub-deyərək qürrələnib. Əntiqə Rəşid

Kəşfiyyatçı ilə MÜSAHİBƏ:"Komandimi bir anlıq görmək fürsətim olsaydı, deyərdim ki..."    

Bu gün  Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik-leytenant Şirin Mirzəyevin doğum günüdür. Gələcək nəsillər üçün rəşadət, mərdlik, Vətənə sədaqət timsalı Şirin Mirzəyevin yaratdığı batalyonun kəşfiyyatçısı olmuş Rey Kərimoğlu  Oxu24.com- a   danışıb:  -Azərbaycan ordusuna öz göstərdiyi misilsiz xidmətlərlə  yaddaşlara əbədi həkk olan  Şirin Mirzəyev Azərbaycan dövlətinin milli ordusunun yaradıcılarından biri olub: ”Polkovnik-leytenant 1991-ci ilin  avqustda Azərbaycana gəlib.  Ordu quruculuğuna isə    1991 -ci ilin 4 sentyabrında başlayıb. - Siz ilk dəfə  komandirinizlə harda tanış oldunuz? Hansı şəraitdə?- İlk dəfə sentyabrın əvvəlində öz kəndimizdə – Şıxbabalıda gördüm. Sona qədər ona sadiq qalan Kərim Cəlilov və Telman Bağırov onu müşayiət edirdi. Ş.Mirzəyev kənd-kənd gəzib, yeni yaradılacaq Azərbaycan Milli Ordusuna ilk könüllü əsgərləri toplayırdılar.  Bu o dövr idi ki, Ağdamın Mərzili, Abdal-Gülablı, Şıxbabalı-Muğanlı, Şelli, Əhmədavar-Çuxur Məhlə, Əlağalı, Cinli, Qalayçılar, Papravənd kəndləri erməni hədəfində olan kəndlər idi. Ermənilərin tez-tez bu kəndlərə silahlı basqınları olurdu. Bax o arada Şirin Mirzəyev öz yaxın adamları ilə bu kəndlərə səfər edib, könüllülər toplayırdı. Bu kəndlərin ən mərd, dəliqanlı, qoçaq oğlanları qoşulurdu könüllü dəstələrə. Mənim orduya yazılmağım da bu dövrə təsadüf edir.-Könüllülər taboruna yazıldıqdan sonra orada nələr baş verdi?-Təxminən mindən artıq insan müraciət etmişdi. Hamı döyüşmək, torpaqlarımızın müdafiəsində yaxından iştirak etmək istəyirdi. Amma Ş.Mirzəyev onlardan yalnız 520 ya da 530-nu ilk yaratdığı hərbi hissəyə qəbul etdi. Batalyon formalaşmağa başlayandan sonra,  ayın 11-də isə böyük toplantımız olub.  Sentyabrın sonunda bizə hərbi geyim verdilər. Ağdamın Xaçın-Dərbənd kəndində sürücülük məktəbinin bazasında taborumuzun qərargahı yerləşirdi. Bu qərargahda təlimlər keçir, burdan döyüşlərə, kəşfiyyata yollanırdıq. Beləliklə, 1992-ci ilin martından batalyon alay oldu və  Azərbaycan Milli Ordusunun ilk qaranquşu sayılan 836 saylı Ağdam Ərazi Əlahiddə Özününmüdafiə alayı belə yarandı.- Batalyon təkcə Ağdamı müdafiə etmək üçün yaradılmışdı?- Ağdamda milli ordumuzun yaradılması işinə son dərəcə çətin bir vaxtda - respublikmızı xaos və anarxiyanın bürüdüyü bir zamanda başladı. Çətinliklərimiz  çox idi, buna baxmayaraq  döyüş əzmimizi yüksəldən vətən torpaqlarımızın azadlığı və sərkərdəmiz Şirin Mirzəyevin  bacarıqı, cəsarəti idi. Odur ki, alayımız Ağdam rayonunun kəndlərini müdafiə etməklə yanaşı, 1992-ci ilin fevral ayının 8-də Əsgəran rayonunun Fərrux kəndini, həmin ilin mart ayının 4-də Ağdərə rayonunun Qazançı kəndini, may ayın 10-da Əsgəran rayonunun Naxçıvannik, Pircamal, Dəhraz və Ağbulaq kəndlərini, iyun ayının 12-də Ağdərə rayonunun Qazançı, Bəşirlər, Qaralar, Sırxavənd və Ballıqaya kəndlərini erməni işğalçılarından azad etmişdi. Ümumiyyətlə, batalyonumuz yaranandan sonra xeyli döyüş əməliyyatları  oldu ki, bu da torpaqlarımızın həm düşməndən azad olunmasında, həm də müdafiəsində, həm də  hərb tariximizdə  mühüm mövqe hesab olunurdu.  -Bu gün Milli Qəhrəman Şirin Mirzəyevin  azad görmək arzusunda olduğu , canını qurban verdiyi Qarabağ düşməndən tamamilə azad olub. Əgər Allah bir anlığına sizə komandirinizlə danışmaq üçün  1 dəqiqəlik fürsət versəydi ona nə deyərdiniz?-Çox ağır sual oldu, həm də heç kim belə bir sual verməmişdi mənə....(xeyli pauza)... Amma o fürsət əlimə keçsəydi sevinclə onu qucaqlayardım,  deyərdim ki, komandir, gözün aydın olsun,  ata-baba yurdun  Şuşanın Mirzələr kəndi də, təhsil aldığın Xankəndi də, uğrunda ölümə getdiyin Ağdam da,  bütün Qarabağ da azaddır! Bizə 35 ildir örnək olan sərkərdəmiz, ruhun şad olsun! Bütün şəhidlərimizin də ruhu şad olsun! Biz sizi heç vaxt unutmuruq, unutmarıq...-Hörmətli qazimiz, 836 saylı  hərbi hissənin kəşfiyyatçısı Rey Kərimoğlu, Allah sizə və bütün qazilərimizə sağlam can, uzun ömür versin! Versin ki, siz də belə igidlərin xatirəsini gənclərə, gələcək nəslə təbliğ edin, şahidi olduğunuz qəhrəmanlıqları danışmaqla  başqalarını da Şirin Mirzəyevi örnək seçməyə həvəsləndirin ! Xatırladaq ki,  əslən Şuşanın Mirzələr kəndindən olan Şirin Mirzəyev 1947-ci il yanvar ayının 5-də Xankəndində dünyaya göz açıb. 1965-ci ildə Xankəndindəki 4 nömrəli beynəlmiləl orta məktəbi bitirir. 1966-cı ildə keçmiş SSRİ Daxili İşlər Nazirliyinin Daxili Xidmət Qoşunlarının 5456 saylı hərbi hissəsində xidmətə başlayır, 1967-ci ildə oradan SSRİ Daxili İşlər Nazirliyinin Ali Siyasi Məktəbinə göndərilir. 1971-ci ildə həmin ali məktəbi bitirərək 20 il SSRİ Daxili İşlər Nazirliyi Daxili Xəidmət Qoşunlarının müxtəlif hissələrində xidmət edir. 1990-cı ilin oktyabr ayında polkovnik-leytenant rütbəsi alır. 1991-ci ilin əvvələrində sovet ordusunda xidmətdən imtina edir. 18 iyun 1992-ci ildə Sırxavənd istiqamətində aparılan döyüş əməliyyatı zamanı minaya düşərək həlak olub. Ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı ilə təltif edilib.  Müsahibəni apardı: Əntiqə Rəşid

Rusiya-Ukrayna müharibəsi buna görə bitmir    —  Azərbaycanlı polkovnik GİZLİNLƏRİ AÇIQLADI 

"Mənfəətlər dövriyyədəykən, 2026-ci ilin "sülh ili" olması..."- Hərbi ekspert ilə  MÜSAHİBƏ Rusiya- Ukrayna müharibəsi başladığı tarixdən  politoloq və hərbi ekspertlər dəfələrlə müharibənin tezliklə bitməsi ilə bağlı proqnozlar veriblər və təəssüf ki, o proqnozların heç biri özünü doğrultmayıb.Amma dekabr ayının ikinci ongünlüyündə Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə mümkün sülh razılaşması barədə Kiyevdə çıxışı zamanı dedi ki, hələlik belə bir razılaşma yoxdur və olmaya da bilər.  “Bəs sülh nə vaxt bərqərar ola bilər, ümumiyyətlə, Rusiyanı dayandıracaq bir qüvvə mövcuddurmu?Ola bilərmi ki, Rusiyanın  sürpriz ”atəşkəs” qərarı  reallaşsın?”Oxu24.com  mövzu ilə bağlı hərbi ekspert, polkovnik Rövşən Məhərrəmovla müsahibə aparıb.Sözügedən müsahibəni təqdim edirik:- Cənab polkovnik, Zelenski niyə net şəkildə dedi ki, sülh yoxdur və olmaya bilər?Halbuki, ABŞ administrasiyasının bu məqsədə yönəlmiş cəhdləri var. Bunu necə xarakterizə edirsiniz?-Ötən ilin noyabrında  Rusiyanın Ukraynaya qarşı müharibəni dayandırmaq üçün təklif etdiyi "sülh şərtləri" dünya ictimaiyyətində bir qəzəb hissi yaratdı. Çünki bu  şərtlər faktiki olaraq Ukraynanın kapitulyasiyası anlamına gəlirdi. Bu isə nə ABŞ-a, nə Qərb ölkələrinə, nə hazırda Rusiya işğalını növbəti qurbanı ola biləcək kiçik dövlətlərə, nə də Ukraynaya sərf etmədi. Bu "sülh şərtləri" Rusiyaya  təcavüzü mükafatlandıracaq, işğalı qanuniləşdirəcək və Kremlə Ukraynanın gələcəyi ilə bağlı veto hüququ verəcəyini  dəstəkləyirdi.  Artıq dünya Putinin “sülhü”nün nə olduğunu bildi və bu işğalçı düşüncəyə bir daha nifrətini bildirdi.- Zelenski məhz bu “sülh şərtləri”ndən sonra məlum  fikirləri dedi?- Bilirsiniz, ABŞ istəsə bu müharibəni tez bir zamanda dayandıra bilər. Amma onun özünün “çıxarları”, mənfəəti Ukrayna tərəfindən təmin edilməyib və ABŞ o mənfəəti götürmədən müharibə bitməyəcək.-Siz yəqin ki, ötən ilin fevralında gündəmi zəbt edən mövzunu işarə edirsiniz? – Bəli,  Ukrayna, titan, uran, boksit, qrafit, kaliy duzları kimi strateji minerallara, nadir torpaq metallarının və digər qiymətli mineralların ehtiyatlarına sahibdir. ABŞ-ın , Ukraynanın mineral ehtiyatlarına  marağı var və minerallara şərik olmaq müqabilində iqtisadi və hərbi yardım təklif etdi. Ukrayna ABŞ-ın bu təklifini rədd edən kimi  Tramp elan etdi ki, Ukraynaya təhlükəsizlik zəmanətini Avropa verməlidir. Elə həmin vaxtdan ABŞ Ukraynaya birbaşa silah verməyi dayandırdı. Artıq NATO-ya üzv dövlətlər  ABŞ-dan Ukrayna üçün silah almaq məcburiyyətində qaldı. Yəni, bu qanlı müharibədə mənafe güdülməsə sülh olacaq.                                       -ABŞ belə performansı Rusiyanı yeni ərazilər tutmağa həvəsləndirdi...                    – Bəli elə bu səbəb yetərli oldu ki, Rusiya döyüş əməliyyatlarının dayandırılması üçün Ukraynaya şərt qoydu. Daha dəqiq,  29 dekabrda Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov  Ukrayna Silahlı Qüvvələri Donbasdan – regionun inzibati sərhədlərindən kənara çəkilməlidir.                                                               -Ukrayna Ordusunun bu qərara gəlməsini Rusiya çoxdan  istəyir və bunun üçün Ukrayna ərazisinə “İsgəndər” raketi və digər ballistik raketlər atmaqda israrlı olduğunu  göstərir.   – Amma Ukrayna da Rusiyanın hücumlarına hələki cavab verməyi bacarır. Yeni ildən bir neçə gün əvvəl Novqorod vilayətində Rusiya prezidentinin dövlət iqamətgahına Ukraynaya məxsus pilotsuz uçuş aparatları ilə hücum cəhdini yəqin ki xatırlayırsınız.Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirdi ki,  hücumda 91 pilotsuz uçuş aparatı iştirak edib.  -Bu hadisə , Rusiyanın dediyi kimi bu “terror aktı” gələcəyə hesablanmış “sülh danışıqları”na zərbə vurmur?  – Təbii ki, yaxın gələcəkdə sülhün olmayacağı zatən göz qabağındadır.  Amma Rusiyanın dron hücumunu “ tereakt” adlandırması əslində  daha geniş planla işğalçılıq əməlləri aparmasına xidmət edir. Elə Ukrayna  rəsmiləri də belə düşünür ki, Rusiya sülh danışıqlarını bloklamaq üçün Putinin iqamətgahına hücum barədə yalan danışır.-Cənab polkovnik, verdiyiniz maraqlı məlumatlara və geniş müsahibəyə görə təşəkkür edirik.  Eyni zamanda oxucularımıza mövzu ilə bağlı bir xəbəri də çatdırırıq: Bu günlərdə Polşanın  Baş naziri Donald Tusk  deyib ki, Ukrayna-Rusiya sülh danışıqları hələ finaldan çox uzaqdır:”“Avropa liderləri ilə gecə danışıqlarından sonra bir şey dəqiqdir: Rusiya bizi parçalamağa və sülh şərtlərini diktə etməyə müvəffəq olsa, Qərb və Ukrayna bu qarşıdurmanı uduzacaq. ABŞ-ın təhlükəsizlik zəmanətlərində iştirakına dair bəyannamə bir uğurdur, lakin danışıqlar hələ finaldan uzaqdır”.    Əntiqə Rəşid

Məşhur ekstrasensdən Azərbaycanla bağlı 2026 proqnozu 

Məşhur ekstrasens, medium və “Ekstrasenslər Döyüşü” layihəsinin 8-ci mövsümünün ən güclü iştirakçılarından biri olan Qalina Bağırova “Minval Politika”ya verdiyi eksklüziv müsahibədə Azərbaycanla bağlı baxışlarını bölüşüb.Axar.az sözügedən müsahibəni təqdim edir:- Xəzər dənizi sürətlə quruyur və hələlik heç kim su ehtiyatının bərpası üçün effektiv yol tapa bilməyib. Sizcə, bu proses dönməzdir?- Volqa çayından suyun istiqaməti dəyişdirilib və o, artıq tam şəkildə Xəzərə axmır. Bu, təbii proses deyil, insan müdaxiləsinin nəticəsidir. Bərpa məsələsində isə vaxt çox önəmlidir. Əgər daha üç il ərzində ciddi addımlar atılmasa, Xəzər dənizi çox sürətli şəkildə qurumağa başlayacaq. Dənizin geri çəkilməsi zəlzələlərin daha tez-tez və güclü baş verməsinə səbəb ola bilər, çünki dəniz seysmik titrəmələri müəyyən qədər saxlayır.Bundan əlavə, gələcəkdə ciddi içməli su qıtlığı yaranacaq.- Azərbaycanın perspektivləri və iqtisadi inkişafı barədə nə hiss edirsiniz? Hansı sahələrdə genişmiqyaslı inkişaf gözlənilir?- Günəş panellərinin kütləvi şəkildə yayılacağını görürəm. Bərpa olunan enerji istehsalı üçün zavodlar tikiləcək, bu sahədə innovasiyalar inkişaf edəcək. Məişət texnikası da daxil olmaqla bir çox avadanlıqlar günəş enerjisinə keçəcək. Elektrikli nəqliyyat vasitələrinin sayı artacaq və elektrik enerjisinə alternativ mənbələr formalaşacaq. Kənd təsərrüfatı da inkişaf edəcək. Daha iri çəkili yeni qoyun cinsləri yetişdiriləcək, fermerlər istehsal həcmlərini genişləndirəcəklər.Eyni zamanda robot texnologiyalarından geniş istifadə olunacaq. Xüsusilə hərbi sənaye, tibb və mina təmizləmə sahələrində robotlar ön plana çıxacaq. Azərbaycan Ordusu ən müasir texnologiyalarla təchiz ediləcək.Hətta gələcəkdə robot yarışları keçiriləcək və bu yarışlarda Çin istehsalı robotların qalib gələcəyini görürəm.- Çin robotlarından söz düşmüşkən, Çinin Cənubi Qafqazdakı mövqeyi necə dəyişəcək?- Çin texnoloji tərəqqi və iqtisadi inkişaf yolu ilə səssiz şəkildə mövqelərini genişləndirir. Cənubi Qafqazda Çin şirkətlərinin sayı artacaq. Onlar Azərbaycanda yaşıl enerji layihələrində əsas investor və podratçı rolunu oynayacaqlar. Enerji şəbəkəsinin sabitliyi üçün iri batareya saxlama sistemləri, yeni yarımstansiyalar, günəş və külək elektrik stansiyaları tikiləcək.- Azərbaycanın qonşu ölkələrlə münasibətləri hansı istiqamətdə inkişaf edəcək?- Ermənistanla sülh əldə olunacaq və sülh müqaviləsi imzalanacaq. Bunun nəticəsində bütün sahələrdə qarşılıqlı əməkdaşlıq başlayacaq. İranla müharibə olmayacaq. Hətta Rusiya–Azərbaycan–İran arasında səssiz, amma funksional bir əməkdaşlıq formalaşacaq. İranda teokratik rejim zəifləyəcək, daha yumşaq idarəetmə forması yaranacaq. İslam qalacaq, lakin Avropa yönümlü dəyişikliklər baş verəcək və dini təzyiqlər azalacaq. Birləşmiş Ərəb Əmirlikləri turistlərə qarşı daha liberal mövqe sərgiləyəcək. ABŞ isə “Tramp marşrutu” vasitəsilə Cənubi Qafqazdakı mövcudluğunu gücləndirəcək.- Azərbaycan–Gürcüstan quru sərhədinin açılması ilə bağlı proses niyə dayandı və gələcəkdə nə gözlənilir?- Sərhəd mütləq açılacaq. Gürcüstan üzərindən Türkiyəyə əlavə yol açılacaq. Azərbaycan, Gürcüstan və Türkiyə arasında əlaqələr daha da genişlənəcək. “Tramp marşrutu”nun işə düşməsindən sonra Azərbaycanın quru sərhədlərinin açılması ehtimalı xeyli artacaq və yeni nəqliyyat xətləri çəkiləcək.- Azərbaycan hansı böyük enerji proseslərində iştirak edəcək?- İsrail və Azərbaycan arasında əməkdaşlıq çox sürətlə inkişaf edəcək.

Astroloq:" 560 ildir ölmüş Nostradamusun, yaxud Vanqanın "həftəlik, aylıq" proqnozları uydurmadır   

Astroloq:" 560 ildir ölmüş Nostradamusun, yaxud Vanqanın "həftəlik, aylıq" proqnozları  uydurmadır  Cəmiyyətimizdə hər ilin sonu  ən çox məşhur astroloq Səbuhi Rəhimlinin proqnozları dinlənilir, oxunur və qeydlər aparılır.  Məsələn, ötən ilin dekabrında 2025-ci il üçün verdiyi proqnozda bildirmişdi ki, “Azərbaycanla Ermənistan arasında 2025-ci ilin ilk yarısında sülh müqaviləsi imzalanmayacaq. Lakin ilin ikinci yarısında bunun olma ehtimalı var". (2025-ci ilin 8 avqust tarixində ABŞ-ın Vaşinqton şəhərində imzalanmış sülh müqaviləsi, ) Zəngəzur dəhlizinin isə 2025-ci ildə açılacağını proqnozlaşdırmıram”. ( Bu ilin oktyabr ayında Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə mətbuata bəyanatında məlumat verib:"Zəngəzur dəhlizinin açılması 2028-ci ilin sonunadək baş verə bilər”). Tanınmış astroloqun 2026-cı illə bağlı videopaylaşımı da xeyli marağa səbəb olub.Oxu24.com-un əməkdaşı  astroloq Səbuhi Rəhimli ilə həmsöhbət olub. S. Rəhimli ilə söhbətimizdə o "Vanqa" və "Nostradamus"  miflərinə  inananların daha çox olduğunu vurğulayıb.Astroloq bildirdi ki, Nostradamus və Vanqa  - heç biri bürc proqnozu verməyib:" İnsanlarımıza hər dəfə deyirik, amma cahillik səbəbindən bəzi  xarici mətbu orqanların  uydurmasını ciddi qəbul edir. Nostradamus 560 il əvvəl ölübdür, amma guya oturub, günbəgün, həftəbəhəftə 2025-ci ilin  proqnozlarını yazıb. Axı bu absurd bir fikirdi. O ,  ancaq planetlərlə bağlı proqnozlar verib. Məsələn,  Mars planeti  əkizlər bürcündə olanda , tutaq ki, 2002-də filan hadisə, 2012-də başqa bir hadisə olacaq. Yoxsa ki, bu həftə dünya dağılacaq, gələn həftə qıtlıq olacaq, yox bir " marketdən bu həftə bazarlıq edin" öncəgörməsi. Səbuhi Rəhimli onu da vurğuladı ki, cəmiyyətimizin böyük əksəriyyəti xarici mətbuatda öncəgörmə, bürclər, illərlə bağlı proqnozları daha gerçək qəbul edir, eyni zamanda bunu öz ölkəsində də tətbiq edirlər: "Bəziləri ekstrasens  Zirəddin Rzayevin fotosunu qoyub absurd həftəlik- aylıq proqnozlar  yazırlar. Məsələn,   "bu ay 3 bürc qəfil varlanacaq". Zirəddin dəfələrlə özü qeyd  edib ki, mən astrologiya  ilə məşğul deyiləm, mənim dediyim proqnozlar  önəgörmədir.Vanqa ilə bağlı danışan astroloq deyib ki, "nənə kahin" astrologiya haqqında heç bir məlumata malik olmayıb.  Amma görücülük qabliyyəti olub: " Vanqa bildirib ki, 2025-ci ilin bu həftəsinə qədər  böyük bir hadisə olacaq" kimi açıqlamalar çox mənasız uydurmalardır".Astroloq Çin təqviminə görə odlu qırmızı at ilinin   17 fevral 2026-cı ildə başlayacağını və 5 fevral 2027-ci ildə başa çatacağını da bildirdi. Əntiqə Rəşid

Fərid Məmmədov “Forbes”da Azərbaycanın yeni rəqəmsal erasından bəhs edib 

Qlobal biznes dünyasının ən nüfuzlu tribunalarından olan “Forbes Middle East” jurnalı bu dəfə diqqətini Azərbaycanın sürətlə dəyişən iqtisadi mənzərəsinə yönəldib. Bir ekosisteminin baş icraçı direktoru, Kapital Bank-ın Müşahidə Şurasının sədri Fərid Məmmədov nüfuzlu nəşrdə dərc olunan məqaləsində Azərbaycanın qeyri-neft sektorunun yüksəlişi və ölkənin regional innovasiya habına çevrilməsi vizyonunu təqdim edib. Məqalə sadəcə bir iqtisadi təhlil deyil, eyni zamanda Azərbaycanın qlobal rəqəmsal arenadakı yeni yerinin manifesti xarakteri daşıyır.Yazıda Fərid Məmmədov ölkə iqtisadiyyatının şaxələndirilməsi fonunda maliyyə texnologiyalarının oynadığı həlledici rolu xüsusi vurğulayıb. O qeyd edib ki, Azərbaycan artıq resurs əsaslı iqtisadiyyatdan, bilik və texnologiya əsaslı yeni bir eraya keçid edir. Bu transformasiyanın dəstəkçilərindən biri də insanların həyat tərzini kökündən dəyişən, bankçılıq və gündəlik xidmətləri vahid çətir altında birləşdirən Qafqazın ilk tam inteqrasiyalı rəqəmsal ekosistemi olan Bir ekosistemidir. Müəllif məqaləsində rəqəmsal həllərin sadəcə biznes proseslərini deyil, cəmiyyətin maliyyə vərdişlərini necə müsbətə doğru dəyişdiyini qlobal auditoriyanın diqqətinə çatdırır.Məqalənin ən yaddaqalan məqamlarından biri Fərid Məmmədovun gələcək vizyonu ilə bağlıdır: “Bizim hədəfimiz rəqəmsal xidmətlər təklif etməklə yanaşı, sərhədləri aşan və qlobal bazarlara inteqrasiya edə bilən dayanıqlı texnoloji infrastruktur qurmaqdır. Bu gün Azərbaycan regionda rəqəmsal inkişafın əsas liderlərindən biri kimi çıxış edir və innovasiya ixrac edən ölkəyə çevrilmək yolundadır”. Qeyd edək ki, Forbes nəşrində yer alan bu fikirlər Azərbaycanın investisiya cəlbediciliyini və texnoloji potensialını beynəlxalq işgüzar dairələrə çatdırmaq baxımından strateji əhəmiyyət daşıyır.Məqaləni oxumaq üçün link: http://www.b-b.az/frbsBir ekosistem ölkənin aparıcı brendləri olan Birbank, Birmarket, m10 və MilliÖn brendlərini bir çətir altında birləşdirir. Eyni zamanda ekosistem Trendyol Azərbaycan və BakıKart kimi strateji tərəfdaşlarla əməkdaşlıq edərək həm təsir dairəsini genişləndirir, həm də müştəri təcrübəsini zənginləşdirir. Bu inteqrasiya sayəsində müştərilər partnyor şəbəkəsində və ictimai nəqliyyatda QR ödənişlərdən, Birmarket-də Birbank vasitəsilə kreditli alış-verişdən, Trendyol Azərbaycan-da Birbank taksit kartları ilə ödənişlərdən, vahid bonus proqramından və bir çox digər yenilikçi həllərdən faydalanırlar. Bütün bu imkanlar ekosistemin dörd əsas konsepti – Vahid giriş, Vahid bonus, Vahid ödəniş və Vahid kredit platforması üzərində qurularaq müştərilərə sürətli, rahat, sərfəli və təhlükəsiz xidmət təqdim edir.

Leyla Əliyeva "Euronews"a IDEA-nın ətraf mühitin mühafizəsi sahəsində fəaliyyəti haqqında danışıb 

IDEA İctimai Birliyi Azərbaycanda və dünyada ekoloji çağırışlara cavab vermək məqsədi ilə yaradılıb.Oxu24.com   xəbər verir ki, bunu Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva "Euronews"a müsahibəsində bildirib.Telekanal IDEA-nın ekologiya, iqlim dəyişikliyi və biomüxtəlifliyin qorunması sahəsində fəaliyyəti haqqında reportaj hazırlayıb."Əvvəldən başa düşürdük ki, ekologiya ayrı-ayrı növlərin xilası və ya iqlim dəyişikliyi ilə mübarizədən qat-qat artıqdır. Bu, həyat tərzimiz, mədəniyyətimiz və hər birimizin ətraf mühitə necə təsir etdiyimizlə bağlıdır. Bir çox ölkələr təəssüf ki, qorunan ərazilərini itirsə də, Azərbaycan onları genişləndirməkdə davam edir. Son illərdə iki yeni milli park açılıb, digərləri isə genişləndirilib.Gələn il biz Qarabağ Milli Parkının açılışını gözləyirik və bundan sonra Azərbaycanda qorunan ərazilərin sahəsi ölkə ərazisinin təxminən 30 faizini təşkil edəcək. Bu gün bizim diqqətimizi yeni, aktual çağırışlara, xüsusən də Xəzər dənizindəki vəziyyətə – suyun səviyyəsinin aşağı düşməsinə, çirklənməyə və dəniz həyatı, o cümlədən Xəzər suitisi üçün artan təhlükəyə yönəldirik. Bu, heç bir ölkənin təkbaşına həll edə bilməyəcəyi böhrandır. Biz birlikdə hərəkət etməli və Xəzəri ortaq milli sərvətimiz kimi dəyərləndirməliyik.Mənə elə gəlir ki, biz indi elə bir məqama çatmışıq ki, ekologiya artıq söhbətdən deyil, fəaliyyətdən ibarətdir. Biz bu barədə kifayət qədər danışmışıq və bu, əlbəttə ki, vacibdir, lakin təbiətin artıq sözə ehtiyacı yoxdur - onun bizim hərəkətlərimizə ehtiyacı var. Əsas odur ki, optimist qalmaq və hər kəsin, hətta tək başına çox şey dəyişə biləcəyini başa düşməkdir. Birlikdə isə möcüzələr yarada bilərik", - deyə Leyla Əliyeva qeyd edib.Süjetdə Azərbaycanda ətraf mühitin mühafizəsi tədbirləri biomüxtəlifliyin qorunmasından çox kənara çıxdığı vurğulanıb. Milli institutlar və şirkətlər, xüsusən də IDEA ətraf mühitin mühafizəsi sahəsində həm quruda, həm də dənizdə işləyirlər. Bu işlərin ən bariz nəticələrindən birini ölkə ərazisində milli parkların genişləndirilməsi və mühafizəsində görmək olar."Euronews"a açıqlama verən Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Mühafizəsi Xidmətinin rəis müavini Arzu Babayeva deyib:"Dünyada biomüxtəlifliyin itirilməsi, iqlim dəyişikliyi, ekoloji təzyiq kimi bir çox ekoloji problemlər mövcuddur. İndi hərəkət etmək vaxtıdır. Gördüyümüz iş özümüz üçün deyil, dünya, təbiət və gələcək nəsillər üçündür".O, ilk mühafizə zonasının 1910-cu ildə yaradıldığını, sonra isə belə ərazilərin şəbəkəsinin genişləndiyini qeyd edib: "Hazırda 12 milli parkımız, doqquz dövlət milli qoruğumuz və 24 dövlət təbiət qoruğumuz var. Bu ərazilərdə nəsli kəsilməkdə olan və nadir növlər, məsələn, imperator qartalı, dağ ceyranları, qonur ayılar, ağ quyruqlu qartallar və başqaları yaşayır".Sujetdə vurğulanıb ki, hökumət milli parkların yaradılması üzərində işləyərkən IDEA kimi yerli təşkilatların işi daha da təsir edicidir. Belə ki, təşkilat bizonların Azərbaycanın şimal bölgələrinə qaytarılmasına, həmçinin Azərbaycanın ən mühüm sərvəti olan Xəzər dənizinin qorunmasına kömək ediblər.WWF-in Azərbaycan ofisinin direktoru Elşad Əsgərov telekanal açıqlamasında bildirib ki, Qafqaz bölgəsinin simvolu olan bizon çox qədim zamanlarda Azərbaycanda yaşayıb: "Biz layihəyə 2018-ci ildə başlamışıq və bu ərazi bizonun hələ də bərpa oluna biləcəyi nöqtələrdən biri kimi seçilib. Bundan sonra biz Avropa zooparklarında hələ də Qafqaz bizonu genlərinə malik heyvanlar tapdıq. Ona görə də biz bura yalnız Qafqaz dağ bizonu cinsinin genlərinə malik olan fərdləri gətirdik. Onlar indi vəhşi təbiətdə yaşayırlar. Yayda alp qurşağında, soyuq mövsümdə isə qışda meşəyə enərək qışı meşəlik ərazilərdə keçirirlər".Müəllif qeyd edib ki, IDEA Xəzər dənizində layihələr üzərində işləyərkən eyni yanaşmadan istifadə edib."Mikroplastik çirklənmə Xəzər dənizinin üzləşdiyi digər əsas problemlərdən biridir. Böyük miqdarda plastik çirklənmə digər ölkələrdən qaynaqlanır və cərəyanlarla Xəzər sahillərinə daşınır. Bu plastikin Xəzər sahilindən təmizlənməsi üçün IDEA-nın rəhbərliyi ilə bir sıra tədbirlər həyata keçirilir", - deyə Coğrafiya İnstitutunun "Caspian Integrated Scientific Network" (CASPISNET)) proqramının koordinatoru Elnur Səfərov bildirib.Materialda deyilir ki, bu ekoloji təhdidlər tərəfdaşlıq və məsuliyyətdən tutmuş planetin gələcəyinə qədər getdikcə daha geniş mövzuları gündəmə gətirir.

Bu ölkə də Rusiya əleyhinə ÇIXDI: Regionun taleyi sual altındadır  - POLİTOLOQLA MÜSAHİBƏ

İsveçrə Avropa İttifaqının Rusiyaya qarşı 19-cu sanksiya paketinə qoşulub.Bu,hansı dəyişikliyə səbəb ola bilər?Azərbaycanın Şimal qonşusu olan Rusiyada nələr gözlənilir?Məsələ ilə bağlı politoloq Azad Məsiyev  “Oxu24.com”a açıqlamasında qeyd edib ki, Rusiya-Ukrayna münaqişəsi ilə əlaqədar Rusiya əleyhinə bir koalisiya yaradılıb:“Bu koalisiya bütün vasitələrlə Ukraynaya dəstək verir.  Rusiyaya təzyiq etmək üçün sanksiyalar tətbiq edir. Məqsəd Rusiyanı iqtisadi cəhətdən zəiflətməkdir. Başda ABŞ olmaqla NATO blokunun bu proyekti özünü doğrultmadı. Ukrayna-Rusiya münaqişəsi artıq defaktodur, Rusiya-NATO arasında gedən savaşdır. Bu savaşda NATO bloku məğlubiyyətə uğramaqdadır. Bütün sanksiyalara baxmayaraq Rusiya bu münaqişədə həm hərbi müstəvidə, həm də siyasi müstəvidə qalib tərəfdir. Artıq Avropanın bütün dövlətləri bu sanksiyalara qoşulmaqdadır. İsveçrə də bu sanksiyalara qoşulmaqla Rusiya əleyhinə yaradılan koalisiyada aktiv rol oynamaqdadır. 2024-cü il martın 7-də İsveçrə NATO-nun tamhüquqlu üzvü oldu. NATO-nun üzvü olmaqla İsveçrə neytrallığını itirdi. Artıq İsveçrə hərbi blokun üzvüdür. Əlbəttə, koalisiyaya qoşulan, NATO-ya üzv olan bir dövlət istənilən halda NATO-nun qərarlarına hörmətlə yanaşmalı, ona uyğun davranmalıdır. Əgər İsveçrə Rusiyaya qarşı sanksiyalara aktiv qoşulursa, Rusiyanın qeyri-dost siyahısına düşmüş olacaqdır. Və Rusiya da İsveçrəyə qarşı adekvat addımlar atacaq. Qeyd etmək lazımdır ki, Rusiyaya qarşı tətbiq olunan sanksiyalarla bağlı Rusiyanın 300 milyard aktivləri dondurulub. Həmin aktivlərdən Ukraynaya dəstək vermək üçün proqram işlənir. Eyni zamanda mətbuatda gedən məlumatlara əsasən, qeyd edim ki,  Avropanın da Rusiyada 800 milyard dollar dəyərində aktivləri dondurulub. Yəni təsirin əks-təsirə prinsipi gündəmə gəlir. Bu münaqişədə Rusiyaya qarşı hər bir təzyiqlərə Rusiya addımlar atır. Unutmayaq ki, Avropa-Rusiya ilə iqtisadi əməkdaşlıq Avropanı inkişat etdirmişdi. Artıq Avropanın Rusiya ilə əməkdaşlığını bitirməsi ilə Avropada iqtisadiyyatın çökmə prosesi getməyə başlayıb. ABŞ Prezidenti Trampın təşəbbüslərinə baxmayaraq, Avropa İttifaqı bu münaqişənin dayandırılmasına maraqlı deyil. Təbiidir ki, münaqişə uzandıqca Rusiyaya tətbiq olunan sanksiyalar öz qüvvəsində qalacaq. Hesab edirəm ki, ən böyük ziyan İsveçrənin özünə dəyə bilər. Çünki, Rusiyaya tətbiq olunan sanksiyalara qoşulan dövlətlərlə Rusiya bütün iqtisadi əlaqələrini dayandırır”,-deyə politoloq bildirib.Çimnaz Telmanqızı

Prezidentin fotoqrafından Ramiz Mehdiyevlə bağlı şok SÖZLƏR

“1996, ya da 97-ci il idi. Prezident Aparatında struktur islahatları aparılanda vəzifəmi dəyişdirdilər. Dəyişiklikdən sonra maaşımda azalma oldu. Ulu Öndər mənə demişdi ki, nə problemin olsa, yaxınlaşıb mənə deyərsən. Mən də bundan sonra yaxınlaşıb dedim ki, cənab prezident, vəzifəmi dəyişdirib maaşımı aşağı salıblar. Soruşdu ki, kim edib? Dedim, Ramiz Mehdiyev əmr verib”.Oxu24.com  xəbər  verir ki, bu sözləri Ümummilli Liderin fotoqrafı olmuş Rafiq Bağırov “Yeni Sabah”a verdiyi müsahibəsində deyib:“Heydər Əliyev telefonu götürüb Ramiz Mehdiyevə dedi ki, “sənin Rafiqlə nə işin var? Nə üçün maaşını aşağı salmısan? O mənimlə işləyir, onunla işin olmasın”, deyib telefonu yerinə qoydu. Çıxanda köməkçisi Tariyel Ağayev dedi ki, Ramiz Mehdiyev səni çağırır. Gəldim Ramiz Mehdiyevin otağına”.Fotoqrafın sözlərinə görə, Ramiz Mehdiyev həmin vaxt onu çox əsəbi qarşılayıb: “Mənə dedi ki, sən niyə gedib məndən prezidentə şikayət eləmisən? Şikayətin varsa, özümə deyərdin. Dedim, siz artıq əmri vermisiniz, sizin yanınıza gəlib nə deyim? Əmrimi dəyişdirdi, amma bir-iki dəfə mənə əngəl yaratmağa çalışdı.”R.Bağırovun sözlərinə görə, Ramiz Mehdiyev kinli adamdır və kiminləsə münaqişəsi oldusa, ömrünün axırına kimi bunu unutmur: “Nə etsən də, kini qalırdı. Bu hadisəyə görə sonuna qədər mənə qarşı kin saxladı”.

Rusiyaya görə nə qədər  pul itirilib? - Azərbaycanlı politoloqla müsahibə

Aİ-nin Rusiya əleyhinə sanksiyalara görə itirdiyi məbləğ açıqlanıb.Mövzu ilə bağlı politoloq Zeynal Əmrəliyev  Oxu24.com-a açıqlamasında qeyd edib ki, Avropa Birliyi ölkələrinin birlikdə ticarətdə Rusiyaya qarşı sanksiyaların tətbiqindən sonra xeyli itirdilər:“Əsasən Şərqi Avropa ölkələri, hansı ki, bu ölkələrin Rusiya ilə çox geniş ticarət əlaqələri var idi. Təsadüfi deyil ki, bu gün Şərqi Avropa ölkələrinin bəziləri məhz Rusiya ilə əlaqələrə yenidən can atır, Ukrayna müharibəsinin tezliklə bitməsini arzulayırlar. Bu ölkələrin içərisində bəziləri Avropa İttifaqının Rusiyanın əleyhinə qəbul edəcək qərarlarını veto edirlər. Avropa İttifaqının Rusiya ilə bağlı proseslərə cəlb olunması, sanksiya siyasətində aktiv şəkildə iştirak etməsi kifayət qədər ciddi iqtisadi problemləri özündə birləşdirir. Rusiya, ümumilikdə Avropada ,əsasən Şərqi Avropa ölkələrində, keçmiş sosializm quruculuğu olan ölkələrdə kök salmışdı. Yəni, iqtisadiyyatı güclü idi. Eyni zamanda siyasi dayaqları da var idi. Çünki, bu ölkələr vaxtilə sosialist təsirində olduğu üçün bu ölkələrdə yetişən kadrların bir çoxu hələ də Rusiyaya xidmət edirdi. Və həmin ölkələrin də Avropa İttifaqına üzv dövlətlər kimi sanksiya siyasətinə qoşulması istər-istəməz Rusiya və İttifaq daxilində müəyyən dərəcədə çaxnaşmalara səbəb oldu. Çünki, vaxtilə bu şəxslər hakimiyyətdə olan zaman Rusiyanın öz ölkələrində təsirinin güclənməsinə soyuq baxmadılar. Faktiki olaraq, Rusiya həmin ölkələrdə öz təsirini gücləndirdi. Bu həm diplomatik-siyasi təsirlərdir, həm də iqtisadi təsirlər. Buna görə də bu gün Avropa İttifaqı ticarəti qadağan edərkən buna üzv olan, bu kimi keçmiş sosialist ölkələrində vəziyyət pisləşir.  Bu da Ümumi ittifaq dilində xeyli sayda pul itirilməsinə gətirib çıxaran amildir”.Çimnaz Telmanqızı

Əli Kərimli Ramiz Mehdiyevlə görüşməyi ondan xahiş edibmiş   —   SENSASSİYALI FAKTLAR

Vaxtilə müxalifət cəbhəsinin aktiv simalarından olmuş "Yeni Müsavat" media qrupunun rəhbəri Rauf Arifoğlu keçmiş mübarizə yoldaşlarına qarşı sərt ittihamlar səsləndirib.Oxu24.com xəbər verir ki,  Rauf Arifoğlu Azloqos.eu saytının rəhbəri, tanınmış yazıçı-jurnalist Ələkbər Əliyevə geniş müsahibəsində Müsavat və Azərbaycan Xalq Cəbhəsi partiyaları haqqında xeyli mübahisə doğuracaq məqamlara toxunub. Oxu24.com  saytı müsahibənin aktuallığını nəzərə alaraq, onu oxucularına təqdim edir:- Rauf bəy, yaxın günlərdə “Yeni Müsavat”ın 30-illik yubileyini qeyd edəcəksiniz. Nəinki ölkə, region mediası üçün ciddi rəqəmdir. Çətin ki, bu yola başlayanda 30 il sonrası haqda düşünmüşdünüz, amma yenə də soruşmaq istəyirəm – gözlədiyiniz, arzuladığınız yerdəsiniz bu gün?- Bu işə başlayanda – 1989-cu ildə jurnalistikanı özüm üçün gələcək kimi görmürdüm. Ona görə də xüsusi bir iddia və düşüncədən danışmaq mümkünsüzdür. O zaman Milli Azadlıq mübarizəsində idik, iki cəbhədə – SSRİ-yə və Ermənistana qarşı vuruşurduq, düşüncəmizin əsas amili fərqli idi. Amma bütün bunlarla yanaşı bir yaradıcılıq xətti də vardı. Yazılarımı, məqalələrimi broşur şəklində çap etdirib, Şenol imzası ilə yayırdım. Belə bir periodda Azərbaycan Milli Demokrat Yeni Müsavat partiyası təsis etməyə qərar verdik. Beş nəfər rəhbər heyəti ilə start verdik. Prosesdə məlum oldu ki, bizə bir qəzet, yayım orqanı lazımdır. Qərar verəndən sonra da məlum oldu ki, komandada bu işi məndən başqa görəcək kimsə yoxdur. Mən də bu missiyanı öz üzərimə götürdüm və uğurlu alındı. Çünki ondan əvvəl mən “Birlik” adlı qeyri-formal bir dərgini redaktə edirdim. Beləliklə, bu günə uzanan bir yol başladım qəzetçilikdə… - Deyəsən sizin “Dünya” adlı qəzetiniz də olmuşdu…- Doğrudur, Elçibəy iqtidarı dövründə dostum Novruz Həsənovla birlikdə “Dünya” jurnalı nəşr edirdim, amma ondan başqa da nəşrlər vardı – “Yeni Turan” qəzeti, “Cümhuriyyət” qəzeti kimi. Və, əlbəttə “Yeni Müsavat” qəzeti. “Dünya” jurnalı və “Yeni Müsavat”ın hətta rusca versiyaları da var idi. 1992-93-cü illər də bu minvalla davam etdi, jurnalistika fəaliyyətindən heç aralanmadım; baxmayaraq ki, paralel olaraq Müsavatın və AXC-nin rəhbərliyində də təmsil olunurdum. Zamanla bu peşəyə isindim… Sonra çevriliş oldu, iqtidar dəyişdi, senzura sərtləşdi, qəzetlər bir-bir əlimdən çıxdı, bircə “Yeni Müsavat”ı qoruya bildim və yola onunla davam etdim. Mətbuatla bağlı konseptual fikirlərim və iddialarım Elçibəy iqtidarı dönəmində formalaşdı. Ard-arda media quruluşlarını yaratmamda da səbəb vardı. Elə bir zaman idi ki, Elçibəyin tapşırığı ilə Güney Azərbaycan üçün də əski əlifba ilə vərəqələr buraxırdıq. Bütün bunlara görə, mən media-qəzet bazarına çox geniş baxırdım o zamanlar. Bütün türk dünyasını əhatə edəcək bir media holdinq qurmaq istiqamətində düşünürdüm. Amma olmadı… -Bir gerçək var ki, siz bütün jurnalistika fəaliyyətiniz boyunca həm də siyasi kimliyinizlə tanınmısınız. O kimlik heç vaxt sizdən ayrı olmayıb… Hər zaman gedib-qayıtmısınız.- Mediaya siyasətdən gəlmişəm. Daha doğrusu, hərəkatdan. Mən gizli qəzet çıxaranda, bunu başlayanda, Azərbaycanda müstəqil mətbuat yox idi, hər yerdə kommunist qəzetləri idi. Bayaq da dediyim kimi, mətbuat orqanı yaratmağım siyasi bir prosesin gedişində ehtiyac kimi ortaya çıxdı. Siyasi proseslər, ictimai fəallıq azalanda, qəzetçilik kimliyim önə çıxırdı, çünki yaradıcılıq və ayaqda qalmaq üçün çalışmaq imkanları açılırdı. Belə mərhələlərdə qurucularından olduğum siyasi təşkilatı – partiyanı da qəzet və təbliğat vasitəsi ilə gündəmdə saxlamağı bacarırdım. Ölkədə siyasi fəallıq yüksələndə, ictimai həyat aktivləşəndə isə siyasətçi kimi ön cərgələrdə olurdum. Amma bəzən o qədər önə çıxırdım ki, tutub basırdılar türməyə… Mən hər zaman iddialarımın arxasınca sonuna qədər gedirəm: istər siyasi iddialar olsun, istərsə, mətbu iddialar.2003-cü ildə, ölkədə prezident seçkiləri keçiriləndə qəzetçi-siyasətçi olaraq əsas və aparıcı sima mən idim. Prezident seçdirəcəyimiz liderdən belə önə çıxmışdım. Böyük risk idi, hər kəs özü üçün ehtiyat variant, sığınma zonası hazırlamışdı, məndə isə bu variant yox idi. Uduzacağımız təqdirdə iki seçimim vardı – ya ölmək, ya həbsxana…Həbsxana qismət oldu, onu da getdik yatdıq. Lakin içəridə də boş dayanmadım. Məqalələr, reportajlar yazdım, yazılarımla çöldə məyus və başsız qalmış tərəfdarlara ruh verdim, özünü bazara çıxardan siyasi xadimlərə basqı yapdım… Bir sözlə, qəzet yenə əsas rupor idi… O zaman gördüm, media gücünə sahib olmaq ikinci can kimi bir şeymiş. Səni “öldürürlər”, amma sən sağ qalırsan… Elə o zaman, türmələrdə keçirtdiyim 17 ay ərzində qərar verdim: yavaş – yavaş siyasətdən çəkilmək və qəzetlə, media ilə qalmaq, onunla davam etmək…-Həbsxanadan çıxdınız və bunu etdinizmi?- Dərhal deyil. Həbsdən 17 ay sonra çıxdım və bir başa siyasi burulğanların içinə düşdüm. 20 mart 2005-ci ildi, Elmar Hüseynovu yenicə öldürmüşdülər. Bu, cəmiyyətdə böyük dalğalanmaya səbəb olmuşdu. Əfv çıxmış, siyasi açılım başlamışdı. Parlament seçkilərinə aylar qalırdı, bütün ölkə təkrar qaynayırdı, bizim çıxmağımız isə müxalifəti yenidən coşdurmuşdu, hər kəsdə ruh yüksəkliyi vardı. Seçkiyə girdik. Mən də girdim və nümunəvi bir kampaniya apardım. Seçkini uddum, amma mandatı Eldar Quliyev adlı bir mafioza verdilər. Hələ də parlamentdədi və MM-in ən susqun deputatlarındandır…Elə həmin zamanlardan bir şeyi müşahidə etdim. Müxalifətin başını çəkən təkələr- liderlər bütün prosesi, sadəcə olaraq batırırlar. Hətta mənə elə gəldi ki, bunu qəsdən edirlər. 2005-in 26 noyabrındakı o meydan təlxəkliyini yada salın. O zaman Əli Kərimliyə şahidlərin yanında şəxsən dedim ki, bu avantüraya getmə. Dedi ki, xarici jurnalistlər 27 noyabrdan sonra gedirlər, o zamana kimi kadrlara düşəcək nələrsə etməliyik… Etdilər. Meydana toplaşan müxalif güclərə bəyan olundu ki, fasiləsiz mitinqlərə başlayırıq, gecələrə də qalacağıq, çadırlar quracağıq. Güclü olduğumuz cizgidən kənara çıxdıq, xarici ölkə jurnalistlərinin kameralarına düşəcək görüntülər oldu, müxalifəti 5-6 dəqiqəyə döyüb, sürüyüb, meydandan atdı hökumət. Güc formatında bizim iqtidara heç zaman zorumuz yetməzdi...Bununla da “sürünən etirazlar” dayandı, proses tormozlandı…-Siz nə etdiniz?- Məyus oldum. Qəzetə daha çox bağlandım. Azərbaycandakı siyasi liderlərlə çox çətindi, bərabər iş görmək. Etibarsızdırlar, çoxlu siqaret çəkir və boş-boş, saatlarla danışırlar. Hamısı, az istisnalarla, erroziyaya uğrayıb, üstəlik, “paslanıb”. Onlara söykənmək də olmaz…Onları əvəzləyəcək güc də yoxdur; ictimai proseslərin sanki partiya seqmentinə dəxli yoxdur, yenilənmə getmir, nədənsə. Sadəcə, müxalifət funksionerlərinin, sadiq fəalların özlərinin və qohumlarının uşaqları böyüdülər, bu periodda. Ölkədə də iş güc olmadığından, o gənclər də müxalif düşərgəyə yönlənməyə məcbur oldular. Buradan heç olmasa, Avropaya, mühacirətə gedib, ölkəni və həyatı dəyişmək olur…-Bəs, siz niyə çıxıb getmədiniz o düşərgədən. Bunu etməyə nə mane olurdu?- Əslində heç nə. Burada çox ləngidim, gərək həbsdən çıxandan sonra, ən geci, 2006-cı ildə ayrılardım. Lakin, bayaq da dedim, iddialarımın arxasınca sonuna qədər, bütün şanslar bitənəcən gedirəm. Yanlış, ya doğru, belə də etdim. 2013-ə qədər müxalifətin bütün layihələrinə dəstək verdim. Fəallıq və peşəkarlıq nümunələri göstərdim. Ancaq onu da görürdüm ki, bunlarla heç nə etmək mümkün olmayacaq… Bu, qəzetçiliyə tam dönüş üçün qəti qərarımın verildiyi anlar idi…-Hökumətlə keçmiş və bugünkü münasibətlərinizi müqayisə edən zaman ön planda xiffət durur, peşmanlıq, ya başqa bir şey? Özünüzlə harmoniya içindəsiniz? - Yekunlar üçün hələ tezdir. Proses davam edir və mən hələ də ölkənin ictimai rəy institutlarının ən mühümünə sahib olan, üstəlik, 30 il media və siyasətçi təcrübəsi daşıyan birisiyəm. Lakin keçmişə nəzər salanda, görürəm ki, mərhum prezident Heydər Əliyevlə münasibətlərdə səhvlərə yol vermişəm. Sonrakı illər və indiki zaman da göstərir ki, mahiyyətcə Heydər Əliyev mənim iqtidara gətirmək istədiklərimdən daha ciddi demokrat imiş. “Çörəyi” demokratiya və söz azadlığından çıxan birisi kimi, belə bir siyasi lideri gücləndirmək əvəzinə, onun rəqiblərinin gücünü artırmışıq. Amma etiraf edim ki, onunla qarşı tərəfdə olmaq, mübarizə aparmaq, ona qarşı fəaliyyət göstərməyin özü də çox maraqlı idi. Onun miqyası eləydi ki, çərçivələri geniş tuta bilirdi və bizdən, öz ölkəsinin müxalifətçi vətəndaşlarından çəkinmirdi. Bizə bütün imkanlar, şərait yaradılmışdı, yəni indiki ilə müqayisədə Heydər Əliyev dövrü ifrat demokratik dövr sayıla bilər. Efir canlı yayım konsepti ilə işləyirdi, xəbərlərdə senzlər az idi, ən əsası, efirdə tənqid vardı. Bu şəraitin, bu modelin müəllifi Heydər Əliyev idi…-İndi bu model yoxmu? Azərbaycan Heydər Əliyev yolu ilə getmirmi?- Mənə görə, ən azı, mediada bu model işləmir. Yoxsa mən belə nostaljik ifadələr işlətməzdim. Bugünkü Azərbaycanda qəzet idarə etmək, media rəhbəri olmaq çox çətindir. Heydər Əliyev dövrü ilə müqayisədə bu gün medianın sadəcə, imkanları genişlənib. İnternet sayəsində çox böyümüşük, multi-media seqmentinə aid layihələrimiz uğur qazanır. Arzularımızı, təxəyyüllərimizi ötüb keçən imkanlar açılıb – facebook, youtube platformalarında canlı yayınlar, verilişlər edirik, yüksək standartlarda saytlarımız var, xəbərlərimiz bütün dünyaya anındaca yayılır. Azərbaycanda internet azaddır, kim nə istəyir, yazır, çəkir, yayır…-Yaxşı, o zaman problem nədir?- Tənqid imkanları məhduddur. Ciddi çatışmazlıqdı. Rəsmi efirdə, ümumiyyətlə tənqid yoxdu. Bir az yazılı mətbuat və onun üzərində qurulmuş yayın orqanlarında, konkretləşdirsək, “Yeni Müsavat” media qrupunda qalıb. Lakin mən də çox ehtiyatlı davranıram. “Özünüsenzura” əhdimizi və yaradıcılığımızı kəsib, biçir. Mən özüm, köşə yazılarını minimuma endirmişəm. Doğrudur, məni heç kim sıxmır və hakimiyyət orqanları ilə çox mədəni münasibətlərim var. Lakin mən mövcud çərçivələri və sərhədləri görürəm – əhatə çox məhduddur. Belə bir durumda tiraj – IP saxlamaq çox çətindir. Hazırda tənqid “xarici mala” çevrilib. Ölkədə qadağandı, buna görə də xaricdən gəlir – bizim yerimizi və efirdəki tənqidin yerini bir baxın, görün, kimlər nələrlə doldurub? Ölkənin siyasətdəki və ictimaiyyətdəki dələduzlarının hamısı “yutub”dadı; kanal açıb, söyürlər. Narazı elektorata çox səviyyəsiz məhsul təklif olunur. Lakin alternativi yoxdur və buna görə də hətta açıq söyüşlər söyən “yutuberlər” belə özünə auditoriya toplaya bilir.-Müqayisə çox yerində, hətta maraqlı oldu, amma mən daha çox İlham Əliyevə münasibətinizin dəyişməsinin arxa planını nəzərdə tutmuşdum.- Arxa plan-filan yoxdu. Hər şey çox şəffafdı və proses də şəffaf gedib. Bayaq sizə anlatdım – 2013-dən sonra çox şeyləri ölçdüm-biçdim. Bu düşərgə ilə davam edə bilməyəcəyim yəqin idi: gözümün qabağında, mənim birbaşa informasiya almaq imkanlarımın məsafəsindəcə onların bir qismi vətəni satmağa bərabər hərəkət etmişdi. Söhbət Milli Şura layihəsindən gedir. Azərbaycan tarixində ilk dəfə idi ki, siyasi müxalifətə xarici ölkə paytaxtında – konkret olaraq, Moskvada hazırlanan bir model təklif olunurdu. Mən bütün prosesin içində olmuşam – məsələni dəqiqliyi ilə bilirəm.Təklif olunan modelin başındakı yeni sima da Rusiya vətəndaşı idi. Və bunu müxalifətin o zamankı liderləri də bilirdilər. “Milyarderlər İttifaqı” şərti adı ilə adlanan bir oluşum qurulmuşdu, bu oluşum Azərbaycan kökənli zənginlərdən ibarət idi; lakin təşkilat Moskvada yerləşirdi, məqsədi də Qarabağı qurtarmaq deyildi…- Nə idi, bəs onların məqsədləri?- Azərbaycan siyasətinə, o platforma vasitəsi ilə, Azərbaycana müdaxilə etmək. Moskvada yaradılan “Milyarderlər İttifaqı” Bakıda Milli Şura qurdu və onun da başına dünya şöhrətli yerlimiz – kinodramaturq Rüstəm İbrahimbəyovu təklif etdi. Lakin, Rüstəm bəy Bakıya kino çəkməyə gəlmirdi – dərhal da elan etdi: onun məqsədi prezident İlham Əliyevi devirmək imiş. Bakıdakı müxalif avtoritetlər həyəcanlandılar, tez, İbrahimbəyovun ətrafında sıx birləşdilər, onu tənqid edən hər kəsi, eləcə də məni, hədəfə aldılar, lənətlədilər və vətən xaini, iqtidar adamı və s. elan etdilər… Sonra ictimaiyyətə də məlum oldu ki, İbrahimbəyov Rusiya vətəndaşıdı, prezidentliyə namizəd ola bilməz; sonra ağsaqqal heç Bakıya da gəlmədi. Dedi, məni tuta bilərlər, gəlmirəm… Cəmi bir dəfə “ac hərifləri” Tiflisə yığdı, danışdılar, ayrıldılar…-Bəs, sizdən başqa bu prosesə etiraz edən yox idi?- Hamı atmosferə düşmüşdü. Durmadan belə bir propoqanda yayılırdı ki, Putin İlham Əliyevi devirir, hakimiyyət dəyişir, burada da əsas alət Milli Şuradır və s. Bunun təsirləri böyük idi. Çoxları olası hakimiyyət dəyişikliyindən kənarda qalmaq istəmirdi. Bilə-bilə, düzünə qəsdlə Rusiya xüsusi xidmət orqanlarının avantürasına gedirdilər: bəlkə də oldu, ümidi ilə… Bəzi dostlarımız isə, “Milli Şuraya gedək, orada çoxluğu və nəzarəti ələ götürək, Rusiya layihəsinə imkan verməyək”, devizi ilə oraya doğru yön almışdı. Milli Şuraya qədər biz İctimai Palata modeli ilə birləşmişdik və bu model Azərbaycanın demək olar ki, bütün müxalifət düşərgəsini əhatə edirdi. Son iclaslarda Əli Kərimli təklif etdi ki, İP-i buraxaq, Milli Şuraya gedək. İP-in Milli Şuraya çevrilməsi ilə bağlı müzakirələri kiminsə bağ evində, telefonlar söndürülərək, müzakirə etdik. Qızğın müzakirələr gedirdi, hətta söz davaları düşürdü… -Kimin bağ evində toplaşmışdınız?- Bu, o qədər də önəmli deyil.-Milli Şura Azərbaycan üçün konkret hansı təhlükə yaradırdı?- Bir qismini bayaq dedim. Bu, xarici ölkə paytaxtında qurulub, Azərbaycana ixrac olunan bir layihə idi. Prezident seçkisi vəsiləsi ilə çevriliş edib, hakimiyyəti ələ alıb, iki illik keçici və koalisyon bir hökumət qurulacaqdı. Daha sonra isə plana görə, Azərbaycanın keçmiş 1-ci vitse-premyeri Abbas Abbasov prezident seçdiriləcəkdi. Bununla da Azərbaycanda tam Rusiya yönümlü oyuncaq bir hakimiyyət qurulacaqdı. Onun vasitəsi ilə də Dağlıq Qarabağda ikinci erməni dövlətinin reallaşması nəzərdə tutulurdu. Əlbəttə, Milli Şura layihəsinin mahiyyətindəki bu planı hamımız kimi, Əli Kərimli və başqa liderlər də bilir və etiraf edirdilər. Elə mübahisələrimiz də bu məqamlarda doğurdu. Biz deyirdik, axı, bu açıq-aşkar vətənə xəyanət layihəsidir. Buna imkan vermək olmaz. Layihəyə “ok” deyənlərinsə arqumenti bu idi ki, biz Rusiya vasitəsi ilə İlham Əliyevi devirək, iki illik koalision hökuməti quraq, məhz bu zaman xalqla birlikdə İbrahimbəyovu və digər Rusiya adamlarını uzaqlaşdırıb, bütün təşəbbüsü özümüz ələ alarıq… O zamanlar sonradan “Ərəb baharı” adlanan proses də Azərbaycana çox təsir edirdi, müəyyən ictimai fəallaşmalar var idi; liderlər düşünürdülər ki, 1988-92-ci illərdə Azərbaycanda və 2010-cu illərdə Ərəbistan yarımadasında olduğu kimi, məhz xalq hərəkatları vasitəsi ilə, küçə rıçaqlarını işə salaraq, hər şeyi tənzimləyə biləcəklər. “Rusiyanı Azərbaycandan biz qovmadıqmı, indi də onun adamlarını, Abbas Abbasovu qovarıq. Hələ bir İlham Əliyevi devirək…” Düşüncə, arqument və həm də təhlükə… bunlar idi.-Və nəyə qərar verdiniz?- Gördüm və əmin oldum ki, İlham Əliyev Əli Kərimlidən, hətta müxalifətin bir çoxundan daha vətənpərvər liderdir. Bunu öncə, Wikileaks təlatümü zamanı da- məxfi sənədlər açılarkən, faktoloji olaraq görmüşdüm… Əli Kərimli və tərəfdarları isə hakimiyyət naminə hər şeyi – ölkəmizi belə, qurban etməyə hazır, qorxulu və güvənilməz bir dəstədir. Milli Şura layihəsi Azərbaycana çox baha başa gəldi. Mən prosesin görünməyən tərəflərindən də xəbərdaram, lakin çox şeyləri də deyə bilmirəm, az qala dövlət sirridir. Onu deyə bilərəm ki, İlham Əliyev hakimiyyətini və ölkədəki sabitliyi, hətta böyütmədən deyirəm, Azərbaycanı qorumaq üçün 2013-cü ildə bəzi qurbanlar verdi. O zaman yazırdıq ha, Rusiya Bakıya Xəzərdən gəmilərlə gəldi (girdi)… Bax, ondan danışıram… İlham Əliyev bacardı, Rusiya Milli Şuranı istifadə edib, bir küncə atdı, bəlkə bir daha da lazım oldu, deyə…-Ümumiyyətlə, sanki müxalifəti iqtidardan daha həvəslə qınayırsınız. Yoxsa səhv təəssüratdır?- Elə deyil. Ya da hamısını deyil. Baş verənlərin sadəcə, bir qismini anlatdım. Bu gün məni hər hansı xəyanətdə suçlayanların başında gələnlərin özlərinin kim olduqlarını göstərməyə çalışdım. Amma müxalifət düşərgəsində mənim keçmiş və indiki dostlarım, çox hörmət etdiyim layiqli, fədakar insanlar var. Normal siyasi partiyalar, perspektivli gənclər də çoxdur. Əksinə, mən iqtidara deyirəm ki, müxalifətin nəfəsini kəsmək olmaz, onu sıradan çıxartmaq təhlükəlidir, müxalifət dövlətin strateji nöqtəsidir. Müxalifətə büdcədən maliyyə ayırmaq, qərargahla təmin etmək, qayğılarına qalmaq, müxalif liderləri protokola salmaq lazımdır. Ölkədə sekulyar, sivil müxalifətin güclənməsini təmin etmək şərtdir. Hakimiyyətin efir və media siyasəti qədər də, daxili siyasətdə səhvləri var. YAP-çılar qürurla öyünür ki, ölkədə müxalifət yoxdur. Belədirsə, çox pis. Belə deyilsə, bunu belə görməyi arzulayırlarsa, daha da pis. Buyur, ölkədəki müxalifəti, medianı sıxışdır, sənə Avropada müxalifət cəbhəsi açıb, üstünə təhdid və söyüşlər yağdıracaqlar. Avropada mövcud Azərbaycan iqtidarına qarşı qurulan aqressiv virtual müxalifətdən başqa, hər mənada xarici paytaxtlardan qidalanan başqa güclər də var. Və onlar ən müxtəlif dini-ideoloji cərəyanlar adı altında, icmalar şəklində Azərbaycanda təşkilatlanırlar.İqtidar ölkənin daxilində ictimai-siyasi həyatın aktivləşməsində, narazı elektoratın baxış bucağının ölkə daxilinə yönlənməsində özü maraqlı olmalıdır. Düşünürəm ki, müxalifətin tanınmış simaları televiziyalara çıxmalı, fikirlərini çəkinmədən söyləməli və Azərbaycan insanı, alternativ xəbər, fikir arayan hər kəs onları dinləməlidir. Nəinki Orduxanı, Vidadini və başqa söyüşlə, jarqonla xitab edən yeni “Avropa müxalifəti”ni. Parlament seçkiləri 6 ay qabağa çəkilməli, seçkilərin azad və ədalətli keçirilməsinə imkan yaradılmalı, bunu da əsasında, Milli Məclis yenidən təşkil olunmalıdır. Növbəti parlament seçkisi ilə Ana müxalifətin lideri bəlirlənməlidir. Prezident qədər, ana müxalifət liderinin də kim olmasının, nə vəziyyətdə olmasının böyük əhəmiyyəti var dövlətimiz, müstəqilliyimizin təminatı baxımından.-Müxalifətdən də, hökumətdən də müəyyən narazılığınız var. Hökuməti bildik, bəs müxalifəti niyə dəyişməyə çalışmadınız? Bəlkə özünüz lider olmalıydınız? Hətta belə xəbərlər dolaşır ki, Müsavat partiyasının deqradasiyası davam edərsə, onu ələ keçirmək üçün sizdə hüquqi zəminin olduğunu demisiniz. Müsavatı ələ keçirmək kimi planınız varmı?- Bunu Facebookda bir dostumuzla yazışanda, qısa replika kimi yazıdım. Elə bir xüsusi bəyanım olmayıb. Amma Azərbaycanda Müsavat adına ilk təşkilat quranlardan və bugünkü Müsavat Partiyasının da qurucularından biri olaraq, hər zaman özümü bu partiya ilə bağlı məsuliyyət altında hiss edirəm.-“Müsavat adına ilk təşkilat” deyəndə ki, bəyəm onu tək qurmuşdunuz? - O mərhələdə, indiki Müsavat rəhbərlərindən heç kim yox idi. Bunu demək istəyirəm. Müsavat 1989-cu ilin oktyabr ayında yaradıldı. İlk rəhbər heyətdə bunlar var idi: Mənsur Əlisoy (vəfat edib), Əhməd Rza, mən, Bəxtiyar Tuncay və Niyazi İbrahimov. Sonradan mənim təşəbbüsümlə Nəsib Nəsibzadə (indi Nəsibli) partiyaya gətirildi. İsa Qəmbər başda olmaqla, indi rəhbərlikdə olanlardan bəzilərini biz Müsavat təşkilatına dəvət etdik. Konkret olaraq, mən və Nəsib Nəsibli.-Yəni, İsa Qəmbəri siz dəvət etmisiniz Müsavata? - 1990-cı ilin iyun ayındakı konfransda Nəsib bəyi təşkilata rəhbər gətirdik. Bu, mənim və Niyazi İbrahimovun (hazırda Almaniyada mühacirətdədi) təşəbbüsü idi. Düşündük ki, partiya daxilində konfliktlərə və parçalanmalara son qoymaq üçün araşdırmaçı alim, yaxın dostumuz Nəsib Nəsibzadə (Nəsibli) AMDP Yeni Müsavatın rəhbərliyinə gətirilsin. Üstəlik, bilirdik ki, Nəsib bəy Ankaradakı Milli Mərkəzlə – Müsavatın hüquqi varisləri ilə yaxındır. Bu əlaqə vasitəsi ilə Ankaradakı Rəsulzadə silahdaşlarının da dəstəyini almaq, daha da böyümək və Azərbaycanda Müsavatı həm də hüquqən bərpa etmək istədik. İndidən deyim ki, bu plan çox parlaq şəkildə baş tutdu. AXC sədri, milli hərəkatın lideri Elçibəylə görüşdüm, onun dəstəyini aldım, daha sonra Nəsib bəylə bərabər Elçibəylə görüşüb, ondan Müsavat Partiyasına rəhbərlik etməsi xahişində bulunduq…-Görünən budur ki, Elçibəy bu təklifinizi qəbul etməyib. - Etməyib. Əbülfəz bəy dedi ki, mən indiki halda AXC hərəkatını buraxa bilmərəm. Müsavata rəhbərliyi İsa Qəmbərə təklif edin, mən də öz razılığımı ona söyləyəcəm. Burada mütləq onu da deməliyəm ki, mənim Elçibəylə təmasım və onun məsləhətləri ilə partiyaya yön verməyim 1990-cı ilin ortalarından başlayır. 1991-ci ilin sonlarında isə, ona Müsavatın başına gəl, təklifini etdik… -İsa Qəmbərin reaksiyası necə olmuşdu? Nə iş görürdü o vaxt İsa bəy? - İsa Qəmbərlə üçümüz görüşdük – Nəsib bəy, mən və Niyazi İbrahimov. O zaman AXC içərisində elan olunmuş, amma fəaliyyətsiz bir partiya vardı- ŞADP. Ona da rəhbərliyi İsa Qəmbər edirdi. Bizim dəvətimizlə İsa bəy ŞADP-ni buraxıb, Müsavata gəldi və indiki Müsavat partiyası qurulmağa başlandı.-Kimlər vardı prosesdə?- Aradan 27 il keçib, hazırda əlimin altında sənədlər yoxdur. Amma bütün onların hamısı arxivimdə var. Yadıma düşənləri deyə bilərəm. Belə qərara gəldik ki, 5 nəfər “Yeni Müsavat”dan, 5 nəfər də ŞADP-dən olmaqla, bir ilkin heyət yaradılsın, bu heyət danışıqları və Müsavatın Azərbaycanda rəsmi bərpa prosesini hazırlasın. “Yeni Müsavat” tərəfdən heyəti dəqiq xatırlayıram: Nəsib Nəsibli, Rauf Arifoğlu, Niyazi İbrahimov, Sədrəddin Soltan (o zaman İsmayılov idi) və Rizvan Hüseynov. İsa Qəmbərin rəhbərlik etdiyi ŞADP-dən isə İsa bəy özü, Sabit Bağırov, Mirbaba Babayev və Vurğun Əyyub yadımdadır. Hikmət Hacızadə ilkin heyətə təklif olundu, lakin mənim etirazımla onun adı başqasına dəyişdirildi. Kimə, onu dəqiq xatırlaya bilmirəm. Tofiq Qasımov da, bir başqası da ola bilərdi... -Hüquqi zəmin buna deyirsiniz? Bunlar kifayətdir ki, Müsavat Partiyasına əl qoyasınız?- Heç bir zəminə iddia etmirəm. Müsavat Partiyasına da iddiam yoxdur. Mən siyasətə, yenidən partiyalaşmağa qərar versəm, bunu Müsavatı geri almaq davasına çevirməyəcəm.“Yeni Müsavat” adı məndə qalır, müsavatçılıq missiyası da. Elan etsəm və bütün müsavatçıları, hərəkatçıları “Yeni Müsavat” çatısı altına dəvət etsəm, əminəm ki, bu dəfə də böyük uğur qazanacam və parlaq nəticələr olacaq. Mənim əl qoyduğum layihələr birmənalı olaraq uğur qazanır və uzun ömürlü olur. Məsələn, elə “Yeni Müsavat” qəzeti…-Bəs, nəyi gözləyirsiz, niyə etmirsiz?- Kim dedi ki, etməyəcəm…-Deməli, yaxın zamanlarda yeni partiya, yenidən Müsavat prosesi gözlənilir?- Elə də demədim. Bu barədə hər zaman düşünmüşəm və hazır mexanizmlərim, çoxsaylı tərəfdarlarım, böyük təcrübəm var. Partiyaların dövlət həyatında və siyasətdə əhəmiyyəti indiki halda qalsa, buna ehtiyac yoxdur. Lakin ölkədə böyük dəyişikliklər gözlənilir. O cümlədən də, seçki haqqında qanunun dəyişməsi, proporsional seçki sisteminin bərpası, parlamentdə yerlərin saylarının artırılması və s. Belə bir vəziyyətdə duruma və harada daha çox fayda verə bilərəm sualının cavabına yenidən baxacam.- Hazırda indiki Müsavatda Yeni Müsavatdan kimlərsə qalıb?- Məncə, yox. Məndən sonra qalanları da Qubad İbadoğlu ilə bərabər “təmizlədilər”. İndi Müsavat “gəlmələrdədi”.- İsa Qəmbər başqan olmasaydı, Müsavat bu boyda olacaqdı? Siz ondan niyə narazısınız?- Müsavatı 3 adam böyütdü, gücləndirdi. İsa Qəmbər, Rauf Arifoğlu və Heydər Əliyev. Sonuncu ismin burada rolu ondan ibarət idi ki, prezident Heydər Əliyev AXC-ni mümkün qədər sıxdı, Elçibəyi illərlə Kələkidən Bakıya qaytarmadı, siyasət meydanını tam və birmənalı olaraq, AMİP-ə və bizə – Müsavata verdi. Daha sonra AMİP-i də küncə qoydu və bir yerlərə qədər Müsavat siyasət Meydanında və şəhərin düz mərkəzindəki qərargahında çox əzəmətli görünürdü…Mənim rolum bundan ibarət idi ki, oartiya üçün effektli media quruluşu yarada bilmişdim, informasiya siyasətini və təbliğat işini düz qurmuşdum, ən yaxşı qələmlər qəzetin ətrafında idi və onlar Müsavat Partiyası üçün yazırdılar. Lakin prosesdə əsas sima İsa Qəmbər idi. O, Elçibəy iqtidarının çöküşü günlərində böyük cəsarət nümunəsi göstərdi və yüksək reytinq yığdı… Bütün ölkə və AXC elektoratı da bunu fərq etdi, İsa Qəmbərə yüksək etibar yarandı. Bunun və İsa Qəmbərin siyasi qabiliyyətinin sayəsində yeni yaranan Müsavat Partiyası ətrafında bir təmərküzləşmə başladı. İsa Qəmbər çox böyük siyasətçidir. AXC liderləri içərisində tolerantlığı və intellekti ilə fərqlənən liderlərdən idi. Ətrafına özünəvurğun siyasi ulduzları topladı, daha sonra intellektual elitanın görkəmli nümayəndələri partiyaya gəldi, onları rəhbərlikdə yerləşdirdi, radikallarla intellektualların, millətçilərlə liberalların, ateistlərlə dindarların bir arada və bir partiyada uğurlu fəaliyyət modelini qurdu. Bunu İsa Qəmbərdən başqa hələ heç kim edə biləməyib və nə zamansa yenidən belə bir modelin ola biləcəyinə də az ehtimal verirəm. İçindəki o zamankı dürüstlüyü siyasətə gətirdi, dostlarına yalan danışmadı, mübahisələrdə, davalarda tərəf tutmadı…Ümumiyyətlə, biz İsa bəyi Müsavata dəvət edəndə və ondan da sonra (2003-cü ilə qədər) o, siyasi performansının ən pik həddində idi. Genəlləmə etsək, 2014-cü ilə qədər mən, İsa Qəmbərin başqanlığından razı olmuşam. Ancaq o, 2014-cü ildə öz gedişi ilə partiyanın darmadağın olmasına səbəb oldu. Öz yerinə də elə yanlış seçim etdi ki, nəticədə neçə illər ərzində yığdığı komandası darmadağın edildi, milli azadlıq hərəkatının əfsanə isimləri partiyadan qovuldu, onlara “satqın” damğası vuruldu, vitrin sıfırlandı… 2014-cü ildən sonra Müsavatın başına gələnləri ancaq 1920-ci ildəki məlum işğal olayı ilə müqayisə etmək olar. Özü də mən və digər dostlar bunları proqnozlaşdırmış, yazmış və demişdik… Biz İsa Qəmbərə getmə deyə yalvarırdıq. Partiya dağılacaq, ona illərimizi vermişik, deyirdik. Xüsusilə, indi başqan olan adama partiyanı vermə…-Niyə? Arif Hacılı yaxşı başqan ola bilməzdi ki? - Onun potensialına və qabiliyyətinə yaxşı bələdəm. Onunla ən yaxın adamları belə uzun yol gedə bilməzlər. Arif lider deyil, funksionerdi, güclü adamları sevmir, mübahisə və müzakirələri xoşlamır, tabeçiliyi sevir, monoloqu xoşlayır… Onunla 6 ay 17 gün bir kamerada qalmışıq. Çətində, rahatda hansı reaksiyalar verdiyini, kapasitesini, qəlbinin tutumunu hər gün müşahidə etmək imkanım olub. Tualeti də içində olan, yeddi kvadrat metrlik bir kamera təsəvvür edin, 6 ay 17 gün 24 saat bərabər olan insanlar orada – Pənah Hüseyn, Arif Hacılı və mən… Yeddi kvadratlıq kamerada maskalanmaq olmur, artistlik mümkün deyil, olsa da bir yerə qədər; hər kəsin mahiyyəti çıxır içindən. Hər kəsin dəyanəti, gücü, imkanları… Yəni adama ən doğmalarından da çox bələd idim, belə birisini Müsavata gətirmək onu batırmaq demək idi. Təəssüf ki, belə də oldu…-Hiss olunur ki, İsa Qəmbəri hələ də sevirsiniz…- İsa Qəmbər mənim yeganə siyasi liderim olub. 16 il qəzetimizin təsisçisi kimi, 23 il də başqanımız olaraq, bərabərliyimiz var. Mən bu illəri və ona verdiyimiz zəhməti sevirəm.-Narazılıqlarınız nədir? Partiya başqanlığından getməsindən başqa da iradlarınız varmı?- Ondan ayrıldığım gündən bəri, bir dəfə olmayıb ki, İsa bəyin adını mənfi hallandırım, onu incidəcək bir söz deyim. Obyektivlik naminə, danışığımdakı axın naminə bəzən məcbur olub adını çəkirəm. Ortaq çox sirlərimiz var. Bilirsiniz, bəzi sirlər var ki, müəyyən dəyərlərə görə aça bilmirəm. Elçibəy demişkən, bunlar zamana bağlı sirlərdir, amma zaman imkan verəcəkmi bizə, onu da bilmirəm. Sizə bir söz deyim və bunu ilk dəfə sizə açıqlayıram – Müsavat Partiyasında olduğum müddətdə hansı prosesdə olmuşamsa, heç zaman separat, gizli, öz maraqlarım üçün heç bir addım atmamışam. Buraya iqtidarla təmaslar da aiddir! Sanksiya almışam, ondan sonra hərəkət etmişəm. Hər hansı bir təmasım, dialoq və təkliflərim partiyanın və müxalifətin ən yüksək instansiyası tərəfindən sanksiyalaşdırılıb. Bunu çox kiçik dairədə etmişik və iştirakçılar da sağdı. Lakin təəssüf edirəm ki, bunu etiraf etmədilər, arxamda dayanmadılar. Məni xərcləməyə qalxdılar. İnanın ki, bu prosesdə bir başqası olsaydı, yəqin ki, xərclənərdi. Mən dözdüm, dayandım, bir dəfə də demədim ki, əziz “Ağsaçlılar”, axı məni siz görəvləndirmişdiniz?-“Görəv” dediyiniz nə idi?- Azərbaycandakı siyasi mühiti sağlamlaşdırmaq, Müsavatın strateji maraqlarını təmin etmək üçün bir layihəni mənə tapşırdılar, alınmadı, ya da onlar istəyən kimi olmadı. Sonunda da məni tək buraxdılar. Həm iqtidarın, həm də məsələlərin mahiyyətini bilməyən elektoratın qarşısında.-Hiss olunur ki, bu barədə axıra kimi danışmaq istəmirsiz. Ona görə də hökumətə qayıdaq. Müxalifət hər nədir, nə deyildir, etiraf edirəm ki, doğrudan da pis gündədir, hətta yoxdur. Bəs necə olur ki, bu səviyyədə bacarıqsız, səriştəsiz hökumət hələ də iş başındadır? Tənqidi sıxışdırır, ölkə xaricinə çıxarır dediniz. Bunlar artıq diaqnoz deyilmi? Özləri nə gündə olduqlarını başa düşürmü heç olmasa?- Məncə başa düşürlər. Hakimiyyət mənsubları, tərəfdarları, düşərgəyə yaxın olan media rəhbərləri ilə söhbətlərimiz əsnasında görürəm ki, onların da əksəriyyəti fikirlərimi bölüşür. Tərəfimdən dəfələrlə təklif eləmişəm ki, Heydər Əliyev modelinə geri qayıdaq. Görürəm ki, onlarda da o zamankı media modelinə yüksək nostalji var və bunu istəyirlər. Bilirsiz, efir və xəbər məkanı da Vətən kimidir. Sərhədləri, ərazisi var və onları qorumaq lazımdır. Bu gün isə, efirimiz tam işğal altındadır. Xaricdə oturmuş youtuber-lərin, türk tv-lərindəki dizilərin, Rusiya telekanallarının işğalı altındadır.Yəni Azərbaycan vətəndaşları axşamı gözləyir ki, küçə söyüşləri ilə çıxış edən xaricdəki blogerlərə qulaq assın. Xanımlarımız türk seriallarına, rusdillilərimiz rus seriallarına və proqramlarına baxırlar. Bütün fəal kəsim bunu edir, gizlətməyə ehtiyac yoxdur. Hətta hökumət mənsubları də bir-birlərinə whatsapp-la linklər yollayırlar ki, «bunu görmüsən?»Maraqlı bir dövrə şahidlik edirik. Televizorları əvəzləyən paralel ekran – mobil telefonlar artıq həyatımızın əsas amilidir. Hər şeyi oradan alır, oradan ötürürük. Azərbaycan iqtidarı bu dəyişimi yaxalaya, ona uyğunlaşa bilmədi. Milyonlarla xərc çəkdikləri televiziyalar, layihələr boşuna gedir. Yerli seyriçini Bakı televiziyalarına bağlamaq üçün şou proqramlardan o tərəfə gedə bilmirlər. Bizim Azərbaycana da, iqtidara da ürəyimiz yanır və şəxsən mən istəyirəm ki, bu mərhələdə İlham Əliyev güclü olsun, Azərbaycanda kataklizm yaratmaq istəyənlər buna nail olmasınlar. Çünki bu bir faktdır ki, hazırda ölkədə stabilliyin təminatı və bölgənin əsas siyasi aktyoru İlham Əliyev və onun iqtidarıdır. Lakin mövcud informasiya siyasəti ilə Prezidenti və Azərbaycanı qoruya bilmirlər. Çoxlu açıq nöqtələr buraxılıb. Və oradan da ancaq Prezidenti, onun ailəsini vururlar. Bizə də imkan verilmir ki, güclənək, reytinq yığaq, daxili auditoriyanın diqqətini bundan əvvəlki illərdə olduğu kimi, özümüzə yönləndirək, tənqidi azərbaycanlılaşdıraq və konstruktivləşdirək…-Hökumət bu söyüşlərə bu qədər baş qoşmasaydı, onlar yenə də təsirli olardımı? Biz burda əlli dənə ağıllı məqalə yazsaq, video çəksək hökumətdən bir nəfər də reaksiya verməz. Ana-bacı söyüşlərinə isə tez cavab verirlər. Söyüşlər başlayınca sanki çaşıb qaldılar, vahid strategiya müəyyən edə bilmədilər. Hazır deyildilər elə bil…- Bu, çox təhlükəli prosesdir, ona görə də müəyyən qədər baş qoşmağa dəyər. Söyüş söyənlər gəlib burda nəsə eləyəcəklər deyə təhlükəli deyil. Lakin, onlar söydükcə, bu hakimiyyəti qanı və canı ilə müdafiə edən elektorat görür ki, büt kimi baxdığı, sevdiyi, qorxduğu adamları, hökuməti təhqir edirlər və bunun heç bir cəzası yoxdur. O cümlədən də opponentlər, iqtidarı sevməyənlər bunu görür… Bəsit bir söyüş məsələsi deyil, Azərbaycanın zirehlərinin dəlinməsi, oradan gələcəyimizi partladacaq bombaların yerləşdirilməsi kimi bir şeydir… Hər yerə və hər kəsə sirayət edir.Halbuki, bu prosesin qarşısını qısa zamanda almaq çox asandır. Ölkədə ictimai-siyasi məhdudlaşdırmalar, mətbuatdakı görünməz yasaqlar aradan qaldırılmalıdır. Tənqid, özünü senzurasız ifadə efirə qayıtmalıdır. Parlament seçkiləri keçirilib, bayaq da dediyim kimi, küçə rıçaqlarını özündə daşıyan liderlər Milli Məclisin binasına toplanmalıdır. İqtidarın özündə çox güclü polemistlər var.İlham Əliyevin tərəfindən çıxış etmək, onun mövqelərini və siyasətini arqumentləşdirmək heç də çətin deyil. Bunu efirdə də, parlamentdə də edə biləcək çoxlu ziyalılar var və iqtidarın kadr potensialı ölkədə ən güclü potensialdır.Yetər ki, o potensial hərəkətə gətirilsin. Bu gün sosial şəbəkələr dünyadakı bütün iqtidarların ən ciddi müxalifətidir. Bu gücün qarşısını almaq, kontrol etmək mümkün deyil. Axı sosial şəbəkə potensialı niyə ölkədən kənara çıxmalıdır? Olmazmı bizim bacarıqsız, aşağı göstəricilərə malik, lakin müəyyən oyun qaydalarına riayət edən müxalifəti gücləndirəsən? Sosial şəbəkələr, tənqid kimi strateji məsələlər ölkə içində qalsın?..-Sizinlə ünsiyyətimiz olmayıb, yaxşı tanış deyilik, amma bayaqdan qulaq asıram, çoxaçıqsözlü insan təsiri bağışlayırsınız. Amma sizi yenə də sevmirlər ki, sevmirlər. Mən də zamanında sevməmişəm, belə deyək, kütləvi psixoza qapıldığım illərdə. Sırf öz dediyiniz kimi, malik olduğunuz güclü obrazdır buna səbəb?- Əsas sevmək deyil, haqqımda çoxlu danışmaqdır. Onu da edirlər və edirsiz… Hazırkı missiyam üçün bu mənə yetərlidir. Mənə qarşı ölkənin əsas müxalif liderləri əllərindəki bütün gücləri ilə qaralama kampaniyası apardı, həm də illərlə. Onlar məni özlərinə rəqib görürdülər, gələcək kateqoriyasındakı bir rəqibi bitirmək üçün gizli koalisiya da yaratmışdılar. Mən bu faktı bilirəm. Arif Hacılı və Əli Kərimli Landmark-ın barında belə bir ortaqlıq qurmuşdular və həm AXC-nin, həm də Müsavatın internet resurslarındakı gücünü mənə qarşı birləşdirməyə anlaşmışdılar. Həm də bu, o zamanlar idi ki, Arif Hacılı ilə insani münasibətlərim, dialoqum qalırdı. Bunu onun özünə də dedim. Dedi, nə danışırsan, Əli səni pislədi, belə bir təklif etdi, ağzından vurdum, dedim, mən belə bir şeyə getmərəm. Amma getdi. Arif Hacılı bilməli idi ki, mən Müsavata rəhbərlik edənlərdən biri olmuşam, orada hələ də məni qəbul edənlər, dostlarım var. Günü bu gün də Müsavatın ən qapalı qruplarından “skrin”lər ala bilirəm. Nəysə, bu, müxalifətin maraqları…Daha bir cinah da var – sistematik olaraq Xədicə İsmayıl və onun ətrafındakı fəallar da mənə hücum edirdilər. Xədicə İsmayıl 90-cı illərdə Prezident Aparatından tapşırıq alıb, mənim əleyhimə yazı yazan dəstənin ən fəal üzvlərindən idi. O zamandan başlanan proses davam edir. Mənim harada olmağım ona fərq etmir. İmkan düşən kimi, vurur… Əli Kərimlinin düşərgəsindən danışmağa isə ehtiyac yoxdur. Trol ordusu yaratmaq və saxlamağı hökumət Əli Kərimlidən öyrənib. Bu işin atası Azərbaycanda Kərimlidir.-Bu qədər trollu hardan, necə tapır?- Hər bir cəbhəçinin 20-30 saxta profili var. Onun özünün mənə məlum olan, 11 saxta profili vardır. Onlardan da 5-i qadın adı ilə aparılır. Yəni, bəzən Əli Kərimli qadın niki ilə fb-ə girir və oradan rəqiblərinə qarğış, nifrin və s. yağdırır. Bugünlərdə də Gültəkin Hacıbəyli “kişi” çıxdı. Onun da saxta Türkel Oğuz profili tam təsadüfən, Şahin Cəfərli ilə polemikada ifşa olunmuşdu. Bax, məni sevməyən, belələridir…Əli Kərimli ilə yaxın olduğumuz zamandan bilirəm ki, bu işdə çox peşəkarlaşıb. 2010-13-cü illərdə, facebook-da hər kəsdən tez təşkilatlanmışdı. İsrarla deyirdi ki, orda təşkilatlanmaq lazımdır. Tunisdən, Misirdən, ərəb baharından yaman ilhamlanmışdı.Bu üzdən sosial şəbəkələrdə yeni imkanlar görürdü. Hazırda da ən güclü troll ordusu Azərbaycanda onundur. Yəni hökumət qüsura baxmasın, Kərimliyə çata bilməz.-Yəni sizi sevməyənlər sırf keçmiş partiyadaşlardır? Qalan hər kəs sevir və təqdir edir?- Yox, əlbəttə ki, başqa motivlərlə də nifrət edənlər var. Məsələn, millətçi xəttimə görə, məni etnik ayrımçı hesab edirlər…-Axı bu, yalan deyil. Siz doğrudan da ifrat mühafizəkar, türkçü-turançı görünürsünüz…- Bəli, elədir, mən türk milliyyətçisiyəm. Bunun kimə nə ziyanı var? Amma bu gün bizim bir çox keçmiş və indiki soydaşlarımız Rusiyada, Avropada məskən salmaqlarına baxmayraq, bütün vasitələrlə Azərbaycanda etnik separatizmi qızışdırırlar. Qəribədir ki, onların Avropada Əli Kərimli tərəfdarları ilə açıq əməkdaşlığı da var. Məni heyrətləndirən də budur. Bir adam hər kəsləmi təmasa girə bilər? Göründüyü kimi, bəli. Talış separatizmi xəttində olub Ermənistan və Rusiya xüsusi xidmətlərilə açıq əməkdaşlıq edən şəxslər, Əli Kərimlinin media resurslarında daimi və əziz qonaqlardır. Ordan məni və başqalarını təhqir edirlər. Bunlara siyasi pasportu da Kərimli verir. Buna çox təəssüf edirəm. -Sizcə, Əli Kərimli nə istəyir? Sadəcə hakimiyyətə gəlmək uğrunamı edilir bunlar?- İnad mərhələsindədir Kərimli. Həm geriyə yolu yoxdur, həm də oturmağa təzə qucaq. Siyasi mənada əlbəttə ki, kimsə ona qucağını açmır artıq. Biz onunla 90-lardan bu yana dəfələrlə dalaşıb-barışmışıq. Əvvəl mən onu ittiham edirdim ki, satılmısan, hökumətə işləyirsən. Sonra doğrudan da, getdi deputat oldu. Fərhad Əliyevin ofisindən ona maliyyə axırdı, hökumətin də nəzərində islahatçı xəttin vacib bir elementi kimi qiymətləndirilirdi. Maraqlı hadisələrlə zəngin dövr idi. Məsələn, Kərimli deputat olduğu illərdə, biz onun haqqında nəsə yazan kimi, bizi prokurorluğa verirdi. Bir gün hətta məni və Azər Ayxanı küçədə tutub gətirdilər prokurorluğa. Deputat şikayəti əsasında.Tahir Kazımov vardı o zamanlar, Bakının prokuroru. Deyirdi «əlimdən bir şey gəlmir, adam deputatdır, şikayət eləyib, sizi tutmalıyam. Eldar Həsənov da tapşırıb ki, sizi dindirim». O vaxt türməyə düşməməyimiz möcüzə olmuşdu.Dediyim kimi, dəfələrlə dalaşıb-barışmışıq. Sonuncu dəfə bizi Qənimət Zahid, öz evində barışdırmışdı. Orda uzun söhbətimiz oldu və mən Azər Ayxanın bir cümləsini orda onun üzünə təkrarladım ki, «Allah üzümüzə baxıb, Heydər Əliyevin oğlu İlham Əliyevdir, sən Əli Kərimli yox…»-Ağır sözdür. Əlbəyaxa oldunuz?- Yox, əlbəttə. Amma çox pis oldu. Dedim, əgər sən prezident olsaydın, nəslimizi kəsərdin. Çox incidi, sarsıntı keçirdi. O da bilir, başa düşür ki, belədir, inkar etmək mənasızdır.Xarakteri, quruluşu belədir, adam despotdur və fəqrli fikir qəbul etmir, fərqli düşünəni, ona biət etməyəni səmimi bir şəkildə boğub, öldürmək istəyir. Bunu edəmmir, əvəzində tollarını işə salıb, mənəvi terrora məruz qoyur...  Özünü tez müdafiəyə keçdi ki, «mən elə deyiləm, əslində demokratam, insansevərəm» filan.Yenə də barışdıq və bunun nəticəsində, 2011-ci ildə İctimai Palatanın rəhbərliyinə seçilməyimə dəstək verdi.-Doğrudanmı bu qədər pis adamdır? Çevrəmdə mənim kimi snob olan və olmayan hər kəsin ondan zəhləsinin getməsi normal haldırmı? Belə bir şey necə ola bilər? Onu sevənlərə baxanda isə, görürsən ki, müəyyən antropoloji quruluşa malik, əyri-üyrü, intellektdən yoxsun, eybəcər adamlardır. Bir nəfər simpatik sima, vücud, beyin yoxdur ətrafında. Hərdən düşünürəm ki, adam xarabalıqlar padşahıdır…- Amma özü gerizəkalı filan deyil, xəbəriniz olsun. Güclü adamdır, güclü liderdir, böyük təşkilatçıdır, dəhşətli intuisiyaya malikdir, yəni bir növ siyasi “heyvan”dır. Öz tərəfdarları üçün can yandıran adamdır, onları ölümünə qorumağa, müdafiə etməyə hazırdır. Siyasətçidə bunlar üstün keyfiyyətlərdir. Məsələn Müsavatda belə bir ənənə heç vaxt olmayıb. Bircə dəfə olub ki, üstümə gəliblər, başqan da məni qoruyub. Qərəz, bu göstəricilərinə görə, həmçinin İsa Qəmbərin kənarlaşması səbəbilə, bu gün hakimiyyətə əsas alternativ Əli Kərimlidir.Sizə bir əhvalat da danışım. Barışandan sonra ikinci görüşümüz restoranda baş tutdu. Mənə orda pıçıltı ilə dedi ki, «məni filankəslərlə görüşdür». Dedim «deyəsən qəzetlərdə yazılanlara inanırsan. Mənim onlarla heç bir əlaqəm yoxdur». Necə heyrətləndiyimi, bozardığımı gördü. Onda mənə çatdı ki, mənimlə barışmaqda məqsədi həmin adamlara çıxış əldə etmək imiş. Yenidən sistemdaxili müxalifətə çevrilmək, hökumətlə anlaşmaq istəyir.-Kimdir o adamlar?- Ramil Usubov və Ramiz Mehdiyevi deyirdi. O zaman bəzi qəzetlər iddia edirdilər ki, mənim onlarla sıx əlaqəm var. Mən də dedim ki, qəzetlərdə yazılanlar yalandır. Özü də gördü ki, çox pis oldum. Tez söhbəti fırlatdı və dedi ki, sən məni düz başa düşmədin. Məni onlarla görüşdür, onları öz tərəfimizə çəkim. Məndə bir sıra arqumentlər var, onları sadalasam, razılaşacaqlar…-Nə absurd söhbətdir. O hansı arqumentlərdir ki, Ramil Usubov və Ramiz Mehdiyevi hökumətdən, İlham Əliyevdən ayırıb onları Əli Kərimlinin yanına çəkə bilər?- Bilmirəm, o zaman nələrsə dedi, indi dəqiq ifadə edə bilmərəm. Amma söylədikləri gerçək düşüncəsi deyildi… Bu günə qayıtsaq, bu gün Əli Kərimlinin hakimiyyət orqanları ilə heç bir əməkdaşlığı yoxdur. Belə görünür. Bəlkə hansısa bir cinahın var, ya da keçmişdən kimlərsə var ki, onlardan dəstək alır. Amma onlar da hakimiyyətin qorunması adına yox, başqa niyyətlərlə onunla yaxınlıq edirlər. -Belə çıxır ki, əvvəl Əli Kərimlini tənqid etdiyiniz şeylərə görə, bu gün özünüz tənqid olunursunuz. İlham Əliyevdən medal almaq məsələsini deyirəm…- Medal yox, əməkdar jurnalist adını almışam. Buna obyektiv baxsaq, o ad əlbəttə ki, mənim haqqım idi. Subyektiv baxanda isə, bu İlham Əliyevin jesti və fədakarlığı idi. O düşərgədə Rauf Arifoğluna, hakimiyyəti amansız, bəzən haqsız tənqid etmiş; hakimiyyətin yıxılması, getməsi, əvəzlənməsi üçün əlindən gələni etmiş bir adama qarşı belə bir jest, birmənalı qarşılanmadı əlbəttə. Ona görə böyük fədakarlıqdır deyirəm. İçəridəki prosesi sıravi müxalifətçilərin bilməsi mümkün deyil axı, ona görə ağızlarına gələni danışa bilirlər. Siz, ordakı prosesləri təsəvvür edə bilməzsiniz. Mən isə bilirəm. Onun alt qatında hansı fədakarlıq yatır, bilirəm. Ona görə də, təklif gələndə imtina etmədim çünki bu, onun jesti, addımı idi. İsa Qəmbər bu prosesi düzgün ifadə eləmişdi – “şəffaf proses gedir, Rauf Arifoğlu İlham Əliyevlə barışdı”, yaxud tərsinə, İlham Əliyev Rauf Arifoğlu ilə barışdı.-İlham Əliyevlə dostlaşdınız? Whatsapp-dan ona səs atmaq olur?- Yox, elə yaxınlığımız yoxdur, olsa, sevinərəm. Amma onun köməkçiləri, bəzi nazirlərlə əməkdaşlıq atmosferində çalışırıq. Sağ olsunlar, bəziləri bir zəng qədər yaxın olduğum adamlardır. Dərhal, bir neçə saniyəyə rabitə qurmaq imkanlarım var. Həm də ki, mən tək deyiləm, açılım prosesində xeyli media nümayəndəsinə doğru addımlar atıldı.İslahatlar, açılım kadr islahatlarına bağlıdır. Tək bir şəxs nə qədər islahat istəsə də, kadrlar olmadan arzusunu reallaşdıra bilməyəcək.- Bəs bu qədər yeni kadrı hardan tapsınlar?- Elə YAP-ın ikinci eşalonunda nə qədər adam var, xaricdə oxuyanlar yüzlərlədir. Baxın, deyirsiniz ki, AzLogos-un Bakıdakı əməkdaşlarını iqnor edirlər, cavab vermirlər, mən isə deyirəm ki, nəinki AzLogos-un Azərbaycan nümayəndələrini, xaricdəki soydaşlarımızın hamısını qucaqlamaq lazımdır. İqtidar dövlət adından özünün mühacir övladlarını Azərbaycana qazandırmalı, tarixi nümunə göstərməlidir.Ölkənin ən cəsarətli, təcrübəli, qabiliyyətli, ağıllı adamlarının bir çoxu bu gün mühacirətdədir. Onları niyə itirməliyik? Onlar üçün ölkəni açmaq, toplaşmaq, görüşmək lazımdır. Kim haçansa nədənsə küsüb, bəzən çox xırda güzəştlərlə onlarla barışmaq mümkündür. Bu gün, bu gündür. Gəlin birlikdə ölkə yararına çalışaq. Hətta ən radikal olanların belə bir yolu var ki, ölkəyə düşmən kəsilməsinlər.Hər zaman bunu təbliğ etmişəm. Mühacirət cəsarətdir, çox böyük cəsarətdir, hər adamın işi deyil, ömrünün, yaşının həlledici bir mərhələsində ölkəsini və həyatını dəyişmək üçün addım atsın. Artıq orda ikinci, hətta üçüncü nəsil də başlayıb yetişməyə. Hər zaman deyirəm ki, Avropa vətəndaşı olacaq insanları daimi düşmənə çevirmək olmaz. O ailələrin uşaqları, sabah o ölkələrdə vəzifəyə gələcək. Millət vəkili olacaq, bələdiyyə sədri ya üzvü olacaq. Artıq başlayıb bu karyera yüksəlişləri Avropa və başqa dövlətlərdə. İkinci nəsil azərbaycanlılar beş-on il sonra çox böyük qüvvəyə çevriləcəklər. Bir də Avropada öz təşkilatlarını qursalar tamamdır. Orda söz sahibi olacaqlar. Güney Azərbaycanlı, Türkiyəli qardaşlarımız artıq görün haralardadır. Sabah bizimkilər üçün də bu günlərdən var. Amma bir sıra Güney Azərbaycanlı və Türkiyəli müxalif mühacirlərdən fərqli olaraq, yaxşı olardı ki, bizimkilər ölkələrinə bağlı olsunlar, iqtidar-müxalifət zəminli ixtilaflar vətəndaşları vətəndən soyutmasın.Bütün vektorlar üzrə siyasət yenilənməlidir. Başqa yolu yoxdur.-Avropa demişkən. Xaricdən maliyyələşən adamlar maliyyə kanalları bağlanınca pis vəziyyətə düşdülər, maskaları yırtıldı. Qurunun oduna yaş da yansa da, hesab edirəm ki, İlham Əliyevin bu addımı təqdirəlayiqdir. Bəs necə oldu ki, siz heç vaxt xaricdən maliyyələşmədiniz? Özünüzü necə qorudunuz? Yoxsa fondlar, səfirliklər sizi sevmirdi, sizdən çəkinirdilər?- Bu qədər də kəskin, dramatik deyil vəziyyət. Soros fondundan maliyyə də almışam, gözəl işlər də görmüşəm. Ancaq bir mərhələyə, bir yerə qədər. Bizim çox gözəl layihələrimiz olub və biz bundan heç zaman biznes niyyətinə istifadə etməmişik. Vaxtı vaxtında hesabat vermişik, şəffaf işləmişik, hər şey çox açıqda, çox üzdə olub. Bəlkə ona görə elə bir obraz yaranıb ki, xaricilərlə heç işləməmişik. Mən özümü dünyadan təcrid etməmişəm axı. Sadəcə əməkdaşlığın da, işin də bir həddi olmalıdır.-Sirr deyilsə nə layihələri idi bunlar? Mənə maraqlıdır sadəcə, Rauf Arifoğlu Soros-dan nə üçün pul ala bilər.- Səhv etmirəmsə, 2000-ci ildə Konsorsium yaratdıq. Qəzet kağızı qıtlığı yaranmışdı, hökumət də qəsdən əngəl olurdu, kağız gətirmirdi ki, qəzetlərin belini qırsın. O zaman biz Macarıstana, Soros-un ofisinə yazdıq və «1000 ton qəzet kağızı» adlı cəsur bir layihə həyata keçirdik, qəzet bazarında vəziyyəti düzəltdik.-Konsorsiumda kimlər vardı?- Rəhmətlik Rauf Talışinski vardı Ayna-Zerkalo qəzetindən, Azadlıq qəzeti, Yeni Müsavat, Hürriyyət qəzeti kimi media quruluşları. Yəni hamımız Soros fondu ilə bu kağız məsələsini həll etmişik. Sonra bölgələrdə oxu evləri də açmışıq. Ondan sonra isə müraciət etmək ehtiyacı hiss etməmişəm. Ən sərt müxalifətçilik dövründə belə, yaxşı yaşamaq imkanımız olub, qəzet satışından çox yaxşı pul qazanmışıq. Ehtiyac olmayıb fondlara getməyə.ABŞ səfirliyi ilə də yaxşı münasibətlərimiz vardı. Məsələn bir səfir vardı, Ross Vilson (Ross Wilson) adında, sonra Türkiyəyə səfir getdi. Əli Kərimli və İsa Qəmbərə sözü olanda, məndən çatdırmağı xahiş edirdi. Nəyə görəsə bu yolu seçmişdi. Sonra, ABŞ səfirliyində Conatan Henik vardı, mətbuat katibi. Türkcə bilən yəhudi idi. Onunla da dost idik. Almaniyanın, Fransanın, İtaliyanın səfirləri ilə xoş münasibətlərimiz olub. Hətta NATO kurslarından da dinləyici kimi iştirak etmişəm, 1999-cu ildə. Düzdür, orda iştirak edənlər və mövzular haqda danışmaq ixtiyarım yoxdur, qadağa davam edir, amma sözüm odur ki, Qərbdən gizlənmirik, onlara arxa çevirmirik. Lazım olanda danışırıq da, əməkdaşlıq da edirik.Amma hər şey qədərində gözəldir. Prioritet Azərbaycan və onun maraqları olduqdan sonra, sənin heç bir işin, heç bir addımın ümumi prosesin, amalın ziyanına olmayacaq.

Zelenski Türkiyəyə gəlir: Regionda nələr dəyişə bilər?   —  Siyasi şərhçidən AÇIQLAMA

Xəbər verdiyimiz kimi,Ukrayna Prezidenti Volodimir Zelenski  bu gün Türkiyəyə səfərə gəlir.Rusiya ilə müharibə fonunda Zelenskinin Türkiyəyə səfəri müəyyən suallar doğurur.Son günlər Ukrayna qüvvələrinin aktivləşdiyi,hətta, ABŞ şirkəti "Lockheed Martin Corporation" tərəfindən istehsal edilən ATACMS taktiki raket sistemlərinin birbaşa Rusiya ərazisinə qarşı zərbə endirilməsində istifadə oluması gərginliyi bir qədər də artırıb.Zelenskinin səfər etdiyi və müharibə apardığı ölkə də Azərbaycan üçün maraqlıdır. Biri qardaş Türkiyə,digəri isə qonşu və sıx iqtisadi-siyasi əlaqələrin mövcud olduğu Rusiya.Zelenskinin Türkiyə səfəri ilə bağlı gözləntiləri mzakirə etmək məqsədi ilə Oxu24.com siyasi şərhçi  Müşfiq Abdulla ilə həmsöhbət olub.Məsələ ilə bağlı siyasi şərhçi  Oxu24.com-a açıqlamasında bildirib ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin Türkiyəyə səfəri ABŞ Prezidenti Donald Trampın xeyli müddətdir Rusiya ilə apardığı diplomatik təmasların nəticə verməməsi ilə bağlıdır:“Macarıstanın paytaxtı Budapeştdə ABŞ və Rusiya Prezidentlərinin keçirilməsi nəzərdə tutulan görüşün baş tutmaması vaxtilə Türkiyənin vasitəçiliyi ilə yeni danışıqların aparılmasını zəruri edir. 2022-2023-cü illərdə Türkiyənin vaxtilə İstanbul danışıqları formatında apardığı müzakirələrin yenidən aktuallaşmasına səbəb olub. Məsələ burasındadır ki, Rusiya tərəfi bu danışıqlarda iştirak etmək niyyətində görünmür. Ona görə də bu danışıqlar daha çox münaqişə tərəflərinin biri ilə vasitəçi tərəflərin arasında aparılır. Keçiriləcək görüşdə Türkiyə rəsmiləri, Ukrayna Prezidenti və ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff da iştirak edəcək. Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskovun açıqlamasından görünür ki, Rusiya hələ gözləmə mövqeyindədir. Doğrudur, rəsmi Moskva hələ görüşdə iştirak etməyəcəyini bildirsə də bu Rusiyanın görüşü boykot etməsi mənasına gəlmir. Rusiya tərəfi daha çox indiki şəraitdə gözləmə mövqeyindədir. Türkiyədə aparılacaq danışıqlardan sonra hazırlanacaq yeni yol xəritəsini Rusiyaya təqdim edəcəklər. Amma burada diqqəti çəkən məqamlardan biri Ukraynanın danışıqlarda təşəbbüskar tərəf kimi çıxış etməsidir. Çünki, indiyə qədər Ukrayna daha çox Rusiya və ABŞ tərəfindən hazırlanmış sülh modelinin müzakirəsinə maraq göstərməyib. İşğal olunmuş ərazilər azad edilənə qədər müharibənin davam etdirilməsinə üstünlük verib.Bu prosesdə Avropa İttifaqı ona dəstək verib. İndi isə fərqli vəziyyətin yarandığını görürük. Ukrayna Prezidenti açıqlamasında bildirib ki, yenidən işlənmiş qərarlarımız var və biz bunu tərəflərə təqdim edəcəyik”.Müsahibimiz onu da qeyd edib ki, Rusiya tərəfi görüşlərdə iştirak etməyəcəyini bildirib, etinasız yanaşsa da, Peskovun    danışığından bəlli olur ki, onlar Ukraynadan cavab gözləyirlər:“Bu baxımdan da Rusiya Ukraynanın təkliflərinə müsbət yanaşarsa, növbəti danışıqlar prosesi Türkiyədə keçirilə bilər. Bu isə Türkiyənin regionda münaqişənin həllində diplomatik rolunun artmasına gətirib çıxara bilər. Lakin Rusiya indiki şəraitdə cəbhə xəttində irəliləmək və müharibəni davam etdirmək istəyir. Ukrayna isə Rusiyaya qarşı ABŞ-nin tətbiq etdiyi sanksiyalardan, neftin kəskin şəkildə ucuzlaşmasından, LUKOİL kimi şirkətlərin iflasa uğramasından istifadə edərək Rusiyaya artan siyasi təzyiqlər fonunda öz şərtlərini diqtə etmək istəyir. Görünür, Zelenskinin Türkiyəyə apardığı yol xəritəsində də məhz bu təkliflər dayanır. Hesab edirəm ki, hazırda Türkiyədə aparılan danışıqlar ciddi nəticə əldə olunmayacaq. Çünki, Rusiya burada iştirak etmir, daha çox Ukrayna verdiyi təkliflər öyrəniləcək, Rusiya tərəfinə çatdırılacaq. Digər tərəfdən birinci mərhələdə əldə olunacaq razılaşmalar humanitar sahədə əldə oluna bilər. Çünki, orada ən azı 1200 nəfər əsirin dəyişdirilməsi təklifi var və bu yöndə razılaşmalar əldə oluna bilər. Lakin indiki şəraitdə düşünmürəm ki, sülh prosesi ilə bağlı ciddi dönüş baş versin”,-deyə politoloq bildirib.Çimnaz Telmanqızı

Transmilli Mütəşəkkil Cinayətkarlıq: Hüquqi və Praktiki Baxış  - VƏKİLLƏ MÜSAHİBƏ

Transmilli Mütəşəkkil Cinayətkarlıq nədir?Bu zaman hüquq nə deyir?Oxu24.com mövzu ilə bağlı vəkil Esmira Rzayeva ilə müsahibə aparıb.Sözügedən müshaibəni təqdim edirik: Azərbaycanda və beynəlxalq miqyasda transmilli mütəşəkkil cinayətkarlıq anlayışı necə izah olunur?- Transmilli mütəşəkkil cinayətkarlıq – bir və ya bir neçə ölkənin sərhədlərini aşaraq törədilən, təşkilatlanmış və planlı cinayət fəaliyyətidir. Burada əsas meyarlar: sabit qrupun olması, rəhbər və üzvlərin vəzifələrinin müəyyən edilməsi, fəaliyyətin sistemli və planlı şəkildə həyata keçirilməsidir. Bu tip cinayətlər yalnız yerli qanunvericiliklə deyil, həm də beynəlxalq hüquq və dövlətlərarası əməkdaşlıq vasitəsilə tənzimlənir.Qrupun yaradılması və rəhbərliyi hüquqi baxımdan necə tənzimlənir?-Azərbaycan Cinayət Məcəlləsində 34-cü maddə rəhbərlik və qrupun yaradılmasını tənzimləyir. Maddəyə görə, iki və daha çox şəxs qabaqcadan razılaşaraq cinayətkar fəaliyyət üçün sabit qrup yaradırsa, bu cinayət sayılır. Rəhbər qrupun fəaliyyətini planlayır, üzvlərin vəzifələrini müəyyənləşdirir və əməliyyatları koordinasiya edir. Üzvlər də məsuliyyət daşıyır, amma rəhbərdən fərqli olaraq cəza nisbətən yüngül olur.Praktiki nümunə: Məsələn, bir qrup xarici ölkələrdə iqtisadi fırıldaq planlayır. Hələ əməliyyat başlamasa da, qrupun yaradılması hüquqi baxımdan məsuliyyət yaradır. Bu, həm profilaktik, həm də cəzalandırıcı xarakter daşıyır.Qrupdakı rəhbər və üzvlərin məsuliyyəti hansı maddə ilə cəlb olunur?- 218-ci maddəyə əsasən, qrupun yaradılmasına, rəhbərliyinə və fəaliyyətinə bilavasitə qatılan şəxs 8–15 il azadlıqdan məhrum edilə bilər. Rəhbər olmayan üzvlər isə 6–12 il cəza alır. Qrupda xüsusi mövqedən istifadə edən iştirakçılar daha ciddi cəzaya məruz qalır. Hüquqi prinsip budur ki, rəhbər bütün qrupun fəaliyyətinə görə məsuliyyət daşıyır, üzvlər isə yalnız iştirak səviyyəsinə görə.Praktiki baxış: Hüquq-mühafizə orqanları əməliyyat zamanı rəhbəri və üzvləri fərdi olaraq izləyir və məsuliyyəti buna görə müəyyən edir. Məsələn, rəhbər əməliyyatları planlayıb, üzvlər isə icra edirsə, cəza buna uyğun müəyyən olunur.Transmilli cinayətlər hansı sahələri əhatə edir?-Əsas növlər belədir:1. Narkotik vasitələrin və silahın qanunsuz dövriyyəsi – qrup beynəlxalq ticarət təşkil edir.2. İnsan alveri və məcburi əmək – qrup xarici ölkələrdə insanları istismar edir.3. Maliyyə cinayətləri – pul yuyulması, vergi və gömrük fırıldaqları, sərhəd tanımayan iqtisadi fırıldaqlar.4. Kibercinayətlər texnoloji fırıldaqlar, məlumat oğurluğu, sərhəd tanımayan kiber əməliyyatlar.Praktiki nümunə: Bir qrup Avropa və Asiya ölkələrində narkotik vasitələrin daşınmasını və pul yuyulmasını həyata keçirirsə, həm milli qanunvericilik, həm də beynəlxalq konvensiyalar tətbiq olunur.Beynəlxalq hüquq bu prosesdə nə rol oynayır?BMT-nin Palermo Konvensiyası və Avropa Şurasının konvensiyaları transmilli mütəşəkkil cinayətkarlığa qarşı vahid standartlar müəyyən edir. Dövlətlərarası əməkdaşlıq ekstradisiya, hüquqi yardım və sübut mübadiləsini əhatə edir. Interpol və Europol vasitəsilə qrup üzvlərinin izlənməsi və əməliyyatların koordinasiyası həyata keçirilir.Praktiki baxış: Əgər qrup xarici ölkədə fəaliyyət göstərirsə, ekstradisiya və beynəlxalq əməliyyatlar yolu ilə məsuliyyətə cəlb olunurlar. Bu, həm qrupun fəaliyyətini məhdudlaşdırır, həm də cinayətkarların cəzalarını artırır. Cinayətkar qruplara qarşı mübarizə hansı üsullarla aparılır?Mübarizə bir neçə istiqamət üzrədir:1. Qrupların ifşası və pozulması – milli və beynəlxalq əməliyyatlar.2. Cinayətkarların məsuliyyətə cəlbi – rəhbər və üzvlər üçün fərqli cəzalar.3. Hüquqi standartların tətbiqi – milli və beynəlxalq qanunvericiliyin koordinasiyası.4. İctimai təhlükəsizliyin qorunması – iqtisadiyyat və dövlət təhlükəsizliyinə ziyanların qarşısının alınması.Praktiki nümunə: Hüquq-mühafizə orqanları əvvəlcə qrupun fəaliyyətini izləyir, planlamasını araşdırır və rəhbərliyin rolunu müəyyən edir. Sonra, sübutlar əsasında rəhbər və üzvlər fərdi məsuliyyətə cəlb olunur.Bu qanunvericilik rəhbər və üzvlər arasındakı məsuliyyət fərqini necə təmin edir?Rəhbər qrupun bütün fəaliyyətinə görə məsuliyyət daşıyır, üzvlər isə yalnız iştirak səviyyəsinə görə. Bu yanaşma həm hüquqi müdafiəni gücləndirir, həm də cinayətlərin qarşısını almağa imkan verir.Ümumiyyətlə, transmilli mütəşəkkil cinayətkarlığa qarşı hüquqi çərçivəni necə qiymətləndirirsiniz?Transmilli mütəşəkkil cinayətkarlıq dövlətlər üçün ciddi təhlükə yaradır, çünki sərhədləri aşaraq iqtisadi, sosial və təhlükəsizlik sisteminə ziyan vurur. Hüquqi tənzimləmə və beynəlxalq əməkdaşlıq vasitəsilə qrupların fəaliyyəti izlənir, məsuliyyət fərqli səviyyədə müəyyən edilir. Məqsəd həm profilaktik, həm də cəzalandırıcı xarakter daşımaq, ictimai və dövlət təhlükəsizliyini qorumaqdır.Müsahibəni apardı: Miri Məcidli

Bəhruz Əliyev: “Süni intellekt, kibertəhlükəsizlik və müdafiə sənayesi elmin yeni prioritet istiqamətləridir”

Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının eksperti Bəhruz Əliyev: “Süni intellekt, kibertəhlükəsizlik və müdafiə sənayesi elmin yeni prioritet istiqamətləridir”Süni intellekt (Sİ), kibertəhlükəsizlik və müdafiə sənayesinin prioritet sahələrə çevrilməsi elmi institutlar və alimlər üçün həm yeni məsuliyyətlər, həm də yeni hədəflər müəyyənləşdirir. Bu barədə ətraflı məlumatı İnformasiya texnologiyaları üzrə mühəndis-tədqiqatçı, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) eksperti Bəhruz Əliyev Oxu24.com-a açıqlamasında məlumat verib.Ekspert qeyd edib ki, Sİ texnologiyalarının həm mülki, həm də müdafiə sahələrində istifadə edilməsi gündəmə gəlir. Yəni eyni texnologiya həm faydalı, həm də zərərli məqsədlərə yönləndirilə bilər. Alimlər və institutlar üçün bu, texnologiyanın yalnız “edilə bilən” olması deyil, həm də “edilməli olan” və “edilməməli olan” – yəni etik, sosial və təhlükəsizlik çərçivəsində istifadə yollarını düşünmək məsuliyyətini ortaya qoyur.Bəhruz Əliyevin sözlərinə görə, müdafiə sənayesindəki tətbiqlər alimləri yalnız texniki olaraq deyil, həm də mənəvi-etik olaraq suallarla qarşı-qarşıya qoya bilir: “Kim məsuldur? Yanlış istifadə riski nədir? İnsan nəzarəti necə təmin edilməlidir? və s. Sİ sistemlərinin müdafiə və kibertəhlükəsizlik sahəsində tətbiqi zamanı sistemin nəticələrinin izah edilə bilməsi, qərarlarda insan nəzarətinin qalması və nəticələrə görə məsuliyyətin kimdə olması kimi məsələlər əhəmiyyət qazanır".Ekspert vurğulayıb ki, elmi institutların və alimlərin məsuliyyəti yalnız “yeni texnologiyaları çıxarmaq” deyil, təhlükəsiz, güvənli və dəyərlərə uyğun şəkildə tətbiq olunmasını təmin etməkdir. “Məsələn, AI Security Institute (Böyük Britaniya) bu istiqamətdə konkret risk sahələrini təyin etmişdir. Bu isə akademik işin yalnız ‘istehsal’ deyil, həm də ‘təqdim’ mərhələsində məsuliyyət tələb etməsi deməkdir. Nəticələrin ictimaiyyətə, siyasət sahəsinə açıq şəkildə çatdırılması, risklərin və istifadə hallarının aydın izahı lazımlıdır".Bəhruz Əliyev qeyd edib ki, müdafiə və kibertəhlükəsizlik sahələri daim hərəkətlidir və texnologiya çox sürətlə dəyişir: “Alimlər üçün məsuliyyət yalnız növbəti layihəni görmək deyil, gələcək manevrləri və mümkün təhlükələri qabaqcadan proqnozlaşdırmaqdır. Sİ modellərinin yaratdığı təhlükələr və imkanları dərindən araşdırmaq, zərərli aktorlara qarşı nəzarət mexanizmləri düşünmək, elmi nəticələrin yanlış əllərə keçmə riskini nəzərə almaq vacibdir.Bu sahələrdə uğur yalnız bir sahənin tədqiqatı ilə deyil, Sİ, kibertəhlükə, müdafiə sistemi, hüquq, etik və siyasət sahələrinin birgə işləməsi ilə bağlıdır. Elmi institutların bu əməkdaşlığı qurmaq, koordinasiya etmək məsuliyyəti artacaqdır.Yeni tədqiqatlar göstərir ki, Sİ vasitəsi ilə kiberhücumun sürəti və mürəkkəbliyi artmaqdadır. Hədəf yalnız yeni alqoritm yaratmaq deyil, həm də bu alqoritmin necə işlədiyi, nəticələrə kimin məsul olduğu, sistemin ədalətli olub-olmaması kimi kriteriyaları da əhatə etməkdir. Bu beynəlxalq tədqiqat sahəsinin yeni hədəflərindəndir".Bəhruz Əliyev sonda əlavə edib ki, bu sahələrdə yetişmiş kadr qıtlığı müşahidə olunur: “Alim və institutlar üçün gələcək hədəf elmi və texniki kadrları hazırlamaq və təhsil proqramları formalaşdırmaqdır. Həmçinin tədqiqatçılar üçün davamlı peşəkar inkişaf, yeni bacarıqlar təmin etməyə ehtiyac var. Yerli elmi institutlarda və universitetlərdə Sİ və müdafiə-kibertəhlükə sahəsində tədqiqatların təşviqi, dövlət-sənaye-akademiya əlaqələrinin gücləndirilməsi, yerli kadr potensialının artırılması vacibdir".Pərvin Şakirqızı

Vəkil: “Əşrəf Hakiminin keçmiş həyat yoldaşının vəkili olsaydım, hər şeyi sübut edərdim” – VİDEO  

“YouTube” platformasında yayımlanan “Kazusmedia” hüquq layihəsinin növbəti buraxılışı tamaşaçıların ixtiyarına təqdim olunub.Layihə bu dəfə də hüquq ictimaiyyətinin diqqətini cəlb edən mövzulara həsr olunub və geniş maraq doğurub.Budəfəki qonaq Vəkillər Kollegiyasının üzvü, “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun vəkili Qulam İsmayılzadə olub. O, proqramda hüquqi fəaliyyətində qarşılaşdığı ən yaddaqalan hadisələrdən, peşə həyatında üzləşdiyi çətinliklərdən və vəkillik peşəsinin cəmiyyət üçün daşıdığı əhəmiyyətli missiyadan danışıb.Qulam İsmayılzadə buraxılışda illər öncə müdafiə etdiyi bir işdən bəhs edərək bildirib ki, bəzən vəkillər üçün hər işdə uğur qazanmaq mümkün olmur. Onun sözlərinə görə, müdafiə etdiyi şəxsin həyat yoldaşı coraba heroin hopduraraq onu müştərisinə keçirməyə çalışarkən saxlanılıb və bu hal işin nəticəsinə mənfi təsir göstərib. “Bəzi məqamlarda vəkilin bütün səylərinə baxmayaraq, obyektiv vəziyyətlər işi istənilən istiqamətdə aparmağa imkan vermir”, – deyə o qeyd edib.Maraqlı məqam olaraq, tanınmış vəkil həmçinin dünya futbol ulduzu Əşrəf Hakiminin çox danışılan boşanma işi ilə bağlı fikirlərini bölüşüb. O bildirib ki, Əşrəf Hakiminin keçmiş həyat yoldaşının vəkili olsaydı, qarşı tərəfin iddialarını hüquqi baxımdan əsaslandırmaq və bütün dəlilləri ortaya qoymaqla nəticəyə təsir edə bilərdi. Layihənin formatı əvvəlki kimi qısa, dinamik və informativdir. Veriliş boyu qonağa hüquq sahəsində aktual məsələlər və şəxsi baxışları əhatə edən 7 əsas sual ünvanlanır. Hər cavab üçün ayrılan 1 dəqiqəlik zaman limiti proqramı həm yığcam, həm də izləyici üçün maraqlı və asan izlənilən edir.Qulam İsmayılzadə müsahibə zamanı vurğulayıb ki, vəkillik sadəcə hüquqi biliklərə malik olmaqdan ibarət deyil — bu, həm də etik prinsiplərə sadiqlik, obyektivlik və insan talelərinə həssas yanaşma tələb edən bir peşədir.Qeyd edək ki, “Hüquqşünasa 7 sual, 7 cavab” layihəsi yalnız tanınmış hüquqşünasların peşəkar təcrübəsini ictimaiyyətə təqdim etmir, eyni zamanda hüquqi maarifləndirmə missiyasını həyata keçirərək cəmiyyətdə hüquq mədəniyyətinin formalaşmasına və hüquq peşəsinə olan marağın artırılmasına xidmət edir.

Aktyor  indi ölü  yuyur  — Teatrdan  morqa  gedən TALE +ÖZƏL MÜSAHİBƏ

“Səhnədə özümü sübut etməyə güc tapmadım”Teatrda aktyor  kimi çalışmış Elman Əhmədli  indi dini ayinlər icra edir.Oxu24.com-un özəl müsahibi bir vaxtların  istedadlı aktyoru,indi isə məsciddə  dini ayinlərin icrasını həyata keçirən aktyor Elman Əhmədlidir.O,bu müsahibəsində olduqca maraqlı faktlara,teatrdan məscidə gələn yolundan və digər maraqlı faktlardan danışıb.Elman Əhmədli  illər öncə səhnədə, ekranda görənlər indi onunla rastlaşanda “Yəqin yeni obrazdadır,  görək bu dəfə nə yaradır…”-deyə düşünə bilərlər.  Amma o, indi həyatda öz rolunu oynayır, heç bir bədii obraza, qrimə, əlbəsəyə ehtiyac yoxdur. Həyat adlı bu əsərin müəlifi də Zaman özüdür… Sözün qüdrətinə inanan Elman bəy üçün bu dəyişiklik bir son yox,uzun və çətin yolun davamıdır:  "Bir vaxtlar sənət yolunda, indi isə Allah yolunda çalışıram" — deyir.– Elman bəy, necəsiniz? Özünüzü necə hiss edirsiniz?Şükür Allaha, yaxşıyam. Sağ olun, siz də yaxşı olasınız.– Sizi mənə təqdim edəndə maraqlı bir məqam diqqətimi çəkdi: siz əvvəllər aktyor olmusunuz, indi isə Sumqayıtda dini ayinləri icra edirsiniz – mürdəşir və molla kimi fəaliyyət göstərirsiniz. Səhnədən mürdəşirxanaya  keçid bir növ aktyorluqda “janr dəyişikliyi” adlana bilər. Bu dəyişiklik sizdə necə baş verdi?Bizim dövrdə İncəsənət İnstitutunu bitib başqa sahədə çalışanı qınayırdılar, ona deyirdilər ki, nəyə görə vaxt itirdin, kiminsə yerini tutdun, indi isə tamam başqa sahəni seçmisən. Amma mən belə düşünmürəm. Mən bu gün dini ayinlərin icraçısıyam: ayın təxminən 10 günü meyit yumaqla məşğulam, ayın qalan günlərini  isə hüzr məclisləri aparıram, mollalıq edirəm. Bu gün sözün yaxşı mənasında aktyorluğum mənə kömək edir. Çünki 200–500 nəfərin qarşısında çıxış etmək, söhbət aparmaq, insanlara söz demək bir bacarıqdır. Sadəcə fərq ondadır ki, indi mənim “rolum” hər hansı bir əsərin obrazı deyil — mən insan kimi, fərd kimi insanlara doğru yolu göstərməyə çalışıram.Siz məndən yaxşı bilirsiniz, Şekspirin “Hamlet” əsərində belə bir fikir var — dahi Şekspir Hamletin dili ilə deyir: “Bu dünya bir səhnədir, insanlar isə aktyor.” Ola bilsin ki, mən teatrda sözümü tam deyə bilmədim, amma bu gün həmin o “aktyorluğumu” insanları Allah yoluna dəvət etməkdə istifadə edirəm.– Bayaq öz aramızda söhbət edəndə Məlik Dadaşovun, Yaşar Nurinin, Ağalar İdrisoğlunun adlarını çəkdiniz. Bu sənətkarların tələbəsi olmaq özü böyük xoşbəxtlikdir. Universitetdə kimlərlə birlikdə təhsil almısınız? Tələbə yoldaşlarınız kimlər idi?Xalq artisti Məlik Dadaşovun kursunu bitirmişəm. Yaşar Nuri kimi böyük sənətkar mənə dərs deyib. Bu gün Xalq artisti kimi yaxşı tanınan Vidadi Həsənov da müəllimim olub. Əməkdar artisti Mehriban Xanlarova, Şirzad Hüseynov, əməkdar müəllim Kəmalə Mehdiyeva ikə tələbə yoldaşı olmuşam. - Bir vaxtlar Sumqayıt Dövlət Dram Teatrının səhnəsində müxtəlif  rollar oynamısınız. Aktyor kimi tamaşaçı alqışına öyrəşmişdiniz. İndi isə mürdəşir kimi sükuta öyrəşmək çətin deyil?Əgər desəm ki, məni bu yola maddiyyat çəkdi, bu doğru olmaz. Məncə, Allah-Təala mənə bu yolu qismət etdi ki, bu yolla insanlara faydalı olum. Yadımdadır, səhnə danışığı müəllimimiz – Allah rəhmət eləsin – Ənvər Vəliyev bizə bir şeir öyrətmişdi:“İnsanlara lazım olan insan tək qalmaz heç zaman,İstəmirəm bu dünyada bircə gün də tək qalam.Yaşamaq istəyirəm o qədər,Nə qədər ki, insanlara lazımam”. Ola bilsin ki, teatrda, sənətdə  sözümü tam deyə bilmədim. Xalq artistləri Rza Əfqanlı, Məzahir Süleymanov  Vaqif Əliyev, Valeh Kərimovla və Əjdər Həmidovla eyni səhnəni bölüşsəm də, mən onlar kimi “öz sözümü” deyə bilmədim. Və qərara gəldim ki, insanlara bu yolla – Allahın yolunda – kömək edim, bu yolla xalqıma faydalı olum.– Hər gün meyit görmək sizə necə təsir edir? Yoxsa bu cür yaşam tərzi ilə həyatı daha çox sevməyə başlayırsınız?Yalan deyə bilmərəm, buna tam təbii baxıram. Çünki insanın bu gün bir əzizini itirməsi ona ibrət dərsi verir. Mən tez-tez məclislərdə İmam Əlinin (ə.s.) bir xütbəsini xatırladıram:““Ey ağlı başında olan insan, bax ibrət al.Ey gözü görən insan, bax ibrət al.”Bu dünya bir tarladır – onu bacardıqca ək, sonra isə biçəcəksən.”– Bildiyim qədəri ilə bir zamanlar səhnədə tərəf-müqavil olduğunuz bəzi sənət dostlarınıın da meyidini yumusunuz. Maraqlıdır, insan öz dostunu yuyarkən daxilində hansı hisslər keçirir – bu kədərdir, yoxsa borc? İnsanlıqdır. Bilirəm ki, ölüm haqqdır, Allahın yazısını pozmaq olmaz. Amma istər-istəməz itki, ayrılıq insanın göz yaşına səbəb olur.Bəziləri deyir ki, ölü üçün ağlamaq olmaz. Amma Peyğəmbərimiz (s.ə.s.) də öz övladları üçün ağlayıb. Bu, Allaha asi olmaq deyil. Yaşından asılı olmayaraq, yaxınını itirən insanın göz yaşını saxlamaq çox çətindir.– Ölümünə ən çox kədərləndiyiniz, itkisi sizi sarsıdan həmkarınız kim olub?– Biz uşaqkən Xalq Teatrında çalışırdıq. Əli Abdullayev adlı dostum vardı, ağ qan xəstəliyindən dünyasını dəyişdi. Ən çox onun ölümünə kədərlənmişdim. Amma teatrda ən yaxın dostlarım Namis Şirməmmədov və Mövsüm Hüseynov idi. Onları yuyarkən balaca uşaq kimi ağladım. Baxmayaraq ki, məndən yaşca böyük idilər, amma hər zaman mənə dəyər verirdilər. İstər Mövsüm, istər Namis çox dəyərli aktyorlar idilər. Namisin bir məclisdə dediyi sözü heç vaxt unutmuram. Ayağa qalxıb demişdi: “Bir vaxt bizim üçün də belə oturacaqlar”. O sözü onu yuyarkən bir də özünə dedim...– Müsahibənin əvvəlində sənət dostlarınızdan danışdınız və dediniz ki, mən onlar kimi olmadım. Heçmi dəstək görmədiniz, yoxsa özünüzü onlar qədər istedadlı saymırdınız?Özümə o qədər güc tapa bilmədim. O yükü daşıya biləcəyimə inanmadım. Mənim üçün Allahın yolu daha doğru göründü – haqq yol budur. Allah rəhmət eləsin, Səməndər Rzayevə,  yaxın dostluğumuz vardı. Həmişə mənə deyərdi: “Cəfər Cabbarlı az yaşadı, amma yaddaşlarda qalacaq qədər yaşadı”.– Bəs yenidən teatra qayıtmaq fikriniz olubmu?Arabir gəlirəm, baş çəkirəm. El arasında desək, “qurdumu öldürürəm.”– Səhnədən əlavə filmlərdə də çəkilmisiniz…Bəli, bir İran filmində çəkilmişəm. Rəhmətlik Rövşən Almuradlının “Yük” filmində və “Anamın kitabı” filmində rol almışam. Elə onuda deyim ki, “Anamın kitabı”ndakı Mirzə Baxşəli obrazım məni dinə yaxınlaşdırdı. Həmkarımızın qardaşı Elxan Əliyein yas mərasimində iştirak edirdim. Orada mollalardan biri dedi ki, mənə ordakı yeməkdən verməyin, mənim üçün ayrıca bişirin. Bu məni çox sarsıtdı. O zaman Sumqayıt Dövlət Teatrında çalışırdım. Fikirləşdim ki, ərəb dilini, Quranı öyrənim və insanlara “həqiqi molla”nın necə olmalı olduğunu göstərim. Allah rəhmət eləsin, qonşumuz Afiq dayı molla idi – onun yanında Quranı öyrənməyə başladım. Klassiklərimizdən Nizaminin, Cəlil Məmmədquluzadənin əsərlərini diqqətlə oxuyun, onlar insanlara əvvəlcə Allahı tanıdır, sonra hökmdarları tənqid edirdilər. Mən də o yolla getmək istədim.– Aktyor Elmanla molla Elman arasında fərq varmı? Heç bir fərq yoxdur. Amma molla Elman mənə daha doğmadır. Bu gün teatra gələndə özümü çox yaxşı hiss edirəm. Mühafizədən tutmuş direktora qədər hər kəsin məni mehribanlıqla qarşılamağı  dünyalara dəyər. - Bəs maddi cəhətdən necə, bu yol sizə yetərlidirmi?  Şükür Allaha, kiminsə cibinə girmədən, halal yolla pul qazanıram. Heç vaxt düşünməmişəm ki,  aktyor olsaydım, daha çox qazanardım. Allah-Təalanın verdiyi ruzi mənə dünyaları bəxş edir. Fərq etmir, hansı sahədə olursan – unutmamalısan ki, hamı səndən həmişə razı olmayacaq. Kim olursansa ol, Allahla ol. Allah sənin üçün həmişə ən yaxşısını edəcək. Fərqi yoxdur – istər mürdəşir, istər dini ayinlərin icraçısı, istər başqa sahədə çalışan ol – əsas odur ki, halal zəhmətlə yaşa.– Ailə üzvlərinizdən kimsə aktyor olmaq istəsə, nə məsləhət görərsiniz?Bu sual ənənəvi olsa da, cavabı çox sadədir. İndiki zamanda övladlar peşə seçimində valideynlə çox məsləhətləşmirlər. Amma mən bu gün də övladlarıma aşılayıram ki, necə cəmiyyətə xeyir verəcəklərini düşünsünlər – öz xeyirlərini yox.- Bir söz işlətdiniz ki, indiki dövrdə övladlar razılaşmır. Nəsillər arasında düşüncə fərqi var sanki…  Çünki bu dövrün “ssenariləri” elə yazılıb ki, insanlar bir-birindən uzaq düşüb. Bu gün qapı qonşumu tanımıram. Amma vaxt var idi ki, 50-60 ailənin yaşadığı binalarda hamı bir-birinin xeyir-şərində iştirak edirdi. İndi isə o dünyada ssenarini yazanlar elə yazıb ki, zəiflər əzilir, insanlar bir-birindən soyuyur.–Vətən müharibəsi dövründə siz də çox ağır, amma şərəfli bir işlə məşğul olmusunuz. Bu barədə nə deyə bilərsiniz?Əziyyətimiz yox, borcumuzu yerinə yetirdik. Sumqayıta gətirilən şəhidlərimizi biz yuyub ailələrinə təhvil verirdik. Bacardığımız qədər bu müqəddəs işi vicdanla görürdük.Hər zaman demişəm və yenə deyirəm: biz bu gün şəhidlərimizin hesabına rahat yaşayırıq. Ona görə də şəhid adına daim ehtiramla yanaşmalıyıq.– Molla sözü həm də müəllim deməkdir. Bizim müsahibəmizi müxtəlif yaş qruplarından insanlar oxuyacaq. Oxucularımıza nə kimi məsləhət vermək istərdiniz?Əslində ərəb dilində “molla” sözü yoxdur. Mən bu barədə ərəbşünas müəllimlə də danışmışam. “Mövla” sözündən yaranıb və zamanla İran, Azərbaycan dillərində “molla” formasını alıb. Mənası “hörmətli, bilikli insan” deməkdir. Yenə təkrar edirəm: kim olursansa ol, elə bir şey qazanmağa çalış ki, onu özünlə apara biləsən.Bu gün başımıza gələn hadisələr bizə bir ibrət olmalıdır. Cəmiyyətdə bir nəfəri əlil, kasıb və ya xəstə görəndə anlamalıyıq ki, biz də belə ola bilərdik. Bir sözlə, həsəd aparmaq haramdır, amma qibtə etmək gözəldir. Alimin elminə qibtə etmək insanı elmə yönəldər, amma var-dövlətə həsəd aparmaq səni pis yola – oğurluğa, harama aparar.Unutmayaq ki, bu dünyadan sadəcə beş metr ağ parça aparacağıq.Çox qəribədir, məsələn, Fransa kimi ölkələrdə hər il moda dəyişir, amma kəfənin dəbi dəyişmir.                                                                                                                                  Müsahibəni apardı:  Turan Etibaroğlu

Keçmiş nazirdən Ramiz Mehdiyevlə bağlı SENSASSİON MÜSAHİBƏ 

Sabiq baş nazir və xarici işlər naziri Həsən Həsənovun APA-ya müsahibəsi- Ramiz Mehdiyevlə ilk tanışlığınız necə olmuşdu?- Tanışlığımız 1965-ci ildə, gənc yaşlarımızda olmuşdu. Azərbaycan Lenin Kommunist Gənclər İttifaqının Mərkəzi Komitəsində işləyirdik, mənim vəzifəm ondan bir pillə yuxarı idi. Aramızda sıx da olmasa, müəyyən əlaqə yaranmışdı. 1967-ci ildə Ramiz Mehdiyev Naxçıvan Vilayət Komsomol Komitəsinin ikinci katibi vəzifəsinə göndərildi. Mən isə Bakıda, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin aparatına təyin olundum. Az sonra isə Moskvaya, Komsomolun Mərkəzi Komitəsinə işləməyə göndərdilər. Orada Ramiz bir neçə dəfə yanıma gəlib Moskvada fəlsəfə mövzusunda namizədlik dissertasiyası üzərində işlədiyini dedi. Bir müddət sonra məni Moskvadan Bakıya qaytardılar, Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsində bölmə müdiri vəzifəsində çalışırdım.1974-cü il ildə Ramiz Bakıda yanıma gəlib namizədlik dissertasiyasını başa çatdırdığını dedi və partiya işinə keçmək üçün kömək göstərməyimi xahiş etdi. Dedim ki, Ramiz, axı sən əziyyət çəkib alim olmaq istəyirdin, yenidən partiya aparatında işləməyin mənası nədir? Dedi ki, dissertasiyanı müdafiə etmişəm, əslində, partiya işçisi olmaq istəyirəm. Ona köməklik etdim. Düzdür, 1974-cü ildə vəzifəm elə də yüksək deyildi, amma hər halda məni tanıyan, hörmət edən adamlar vardı. Onu təriflədim, 1974-cü ilin mayında Heydər Əliyevin qərarı ilə Mərkəzi Komitə aparatında Təbliğat və təşviqat şöbəsinin mühazirəçi vəzifəsinə təyin edildi. İllər keçirdi, amma Ramiz bir dəfə də olsun vəzifəyə mənim vasitəmlə təyin olunmağını dilinə gətirmədi, bu hadisəni heç vaxt, heç yerdə xatırlamadı.Zaman keçirdi, artıq Ramiz Mərkəzi Komitənin ideoloji məsələlər, mən isə tikinti üzrə katibi işləyirdik. Qarabağ münaqişəsi başlandı. 1988-ci il may ayında Əbdürrəhman Vəzirov Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1-ci katibi vəzifəsinə göndərildi.Günlərin birində Mərkəzi Komitə katiblərinin toplantısında Vəzirov bildirdi ki, Ramiz Mehdiyevlə danışılıb, diplomatik işdə işləmək istəyir. Ona yardım edəcəyəm, amma bunun üçün gərək, ilk növbədə, Ramiz Mərkəzi Komitənin katibi vəzifəsindən getsin, sadəcə, Mərkəzi Komitə üzvü olaraq qalsın. Ramizdən səs çıxmadı. Ona görə başqaları da danışmadı. Beləliklə, heç bir müzakirəsiz, mübahisəsiz Ramiz yüksək vəzifəni tərk edib səssiz-küysüz Elmlər Akademiyasına sıravi işə keçdi.Bir müddətdən sonra Əbdürrəhman Vəzirov məsələ qaldırdı ki, Ramiz Mehdiyev nalayiq əməllərə yol verdiyinə görə Mərkəzi Komitənin üzvlüyündən xaric olunmalıdır. Həmin iclasda Vəzirov onun kadr siyasətində yol verdiyi çoxsaylı nöqsanları üzünə dedi. Cavabında Ramiz öz daxili dünyasına xas olan mənfi cəhətləri bir daha nümayiş etdirərək dedi ki, məni məsul vəzifəyə Heydər Əliyev təyin etməyib, buna Həsən Həsənovun köməyi ilə nail olmuşam. Aydın məsələdir ki, mən, sadəcə, onun namizədliyini irəli sürmüşdüm, təyin olunma qərarını isə təbiidir ki, məhz Heydər Əliyev vermişdi. Aradan keçən illər ərzində vəzifəsini 3-4 dəfə yüksəltmişdi. Ramiz Mehdiyev özü də bunu çox yaxşı bilirdi. Amma riyakarlığı bu iclasda bir daha açıq şəkildə üzə çıxdı, hamının gözü qarşısında taleyində Heydər Əliyevin oynadığı rolu inkar etdi. Mənim adımı çəkməyinin səbəbi isə həmin iclasda mənim Mərkəzi Komitənin katibi olaraq Rəyasət Heyətində oturmağım idi.- Azərbaycana uzun illər rəhbərlik etmiş Heydər Əliyevin taleyindəki rolunu Ramiz Mehdiyev niyə inkar edirdi?- Bu inkar, sadəcə, Ramiz Mehdiyevin edilən yaxşılıq müqabilində atdığı nankor addımlardan biri idi.- Ramiz Mehdiyev 1994-cü ildən 7 fevral 1995-ci ilədək Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının ümumi şöbəsinin müdiri, 7 fevral 1995-ci ildən sonra isə icra aparatının və nəhayət Prezident Administrasiyasının rəhbəri olub. Beləliklə, Heydər Əliyev müstəqillik illərində Ramiz Mehdiyevi yenə də yüksək vəzifəyə təyin edib. Bəs, Ümummilli rəhbərin Vəzirovun keçirdiyi iclasdan, Ramiz Mehdiyevin riyakar hərəkətindən xəbəri olmayıb?- Deyə bilmərəm. Şəxsən mən Heydər Əliyevə bu haqda deməmişdim. Amma dövrün mətbuatında Ramiz Mehdiyevin çıxışı tam dərc olunmuşdu. Sonrakı dövrlərdə də Ramizin həmin çıxışı və hərəkəti haqqında dəfələrlə yazılmışdı.Sual verə bilərsiniz ki, Heydər Əliyev hadisədən xəbərdar idisə, niyə Ramizi yeni vəzifəyə təyin edəndə onu nəzərə almadı? Ümummilli lider adamların bəzi mənfi keyfiyyətlərini qabartmırdı. Dediyim kimi, onunla bu iclas barədə söhbət etməmişdim. Hətta söhbət etsəydik belə, yəqin deyərdi ki, həmin an Ramiz çətin vəziyyətdə qalıb, iradəsi zəif olub, məsuliyyətdən yayınmaq üçün məcburiyyət qarşısında belə danışıb.- Siz Baş Nazir olanda Ramiz Mehdiyevlə əlaqəniz olubmu?- Mən Baş nazir olanda Heydər Əliyev Naxçıvanda idi. Həmin dövrdə Azərbaycan Prezidenti olan Ayaz Mütəllibov da mənəvi-insani nöqteyi-nəzərdən elə Ramiz səviyyəsində idi. Heydər Əliyev Ramiz kimi Ayazı da dəfələrlə yüksək vəzifələrə təyin etmişdi. Ayaz Mütəllibov isə prezident olan kimi Heydər Əliyevin kadrı olmasını danmışdı. Mən o vaxtlar Heydər Əliyevlə gün ərzində 3-4 dəfə danışırdım. Bu isə çoxlarını narahat edirdi. Çünki məntiqlə, əslində, Mütəllibovun tərəfində olmalı idim. Amma mən Heydər Əliyevlə münasibətdə özümü müstəqil aparırdım. Ayazın əsas tələbi o idi ki, Heydər Əliyevlə ünsiyyət saxlamaq lazım deyil. Hətta bu məqsədlə mən Heydər Əliyevlə danışdığım xüsusi telefon xəttini də kəsdirmişdi. Bunu bilən kimi mən dərhal Dövlət Təhlükəsizliyi Komitəsinin sədrinə zəng vurub telefonu açdırmışdım. Heydər Əliyev tərəfindən ancaq yaxşılıq gördüyümə görə özümü ona borclu sayıram. O vaxt Ramiz Mehdiyev Akademiyada sıravi işdə işləyirdi. Bir gün mənə zəng vurub yanıma gəlmək istədiyini dedi. Onu qəbul etdim. Soruşdum ki, Akademiyada işləri necədir, bir kömək lazımdırmı? Dedi ki, başqa xahişim var. Naxçıvana gedib Heydər Əliyevlə görüşmək istəyirəm, əgər bir sözün varsa, çatdırım. Dedim ki, Ramiz, mən Heydər Əliyevlə gündə bir neçə dəfə telefonla danışıram, onun sözü olanda mənə deyir, mənim də sözüm olanda ona deyirəm. Onu da bilirəm ki, bu telefon danışıqlarını yazırlar və Ayaza məruzə edirlər. Buna baxmayaraq, Heydər Əliyevlə münasibətimi gizlətmirəm. Ramiz yenə 3-4 dəfə çox təkidlə xahiş etdi ki, Heydər Əliyevə deyəcəyim bir sirr, ya söz varsa, deyim, ona Əliyevə çatdırsın. Dedim ki, hər gün Heydər Əliyevlə danışıram, nə sözüm var, deyirəm.- Niyə Ramiz Mehdiyev belə təkid edirdi? Nə öyrənmək istəyirdi?- Dəqiq bilmirəm. Amma ehtimal edirəm ki, Heydər Əliyev onunla görüşmək istəmirdi, sadəcə, mənim adımdan istifadə edib onunla görüşməyə çalışırdı.- Ramiz Mehdiyevin həmin vaxt Heydər Əliyevlə görüşü baş tutdumu?- Bilmirəm, heç maraqlanmadım.- 90-cı illər gərgin dövr idi, Heydər Əliyevin adı ilə bağlı ictimaiyyətdə müxtəlif fikirlər səslənirdi. Ramiz Mehdiyev bu şəraitdə nə mövqedə idi?- 1992-ci ilin aprel ayında mən Baş nazir vəzifəsindən istefa verib, BMT-də Azərbaycan Respublikasının Daimi Nümayəndəsi, Fövqəladə və Səlahiyyətli səfiri oldum. Həqiqətən də, Azərbaycanda Heydər Əliyevin rəhbərliyə çağırılması üçün əhali, xüsusilə 91 nəfər ziyalı böyük hərəkat başlamışdı. Bilindiyi kimi, Ramiz Mehdiyev bu hərəkətə qoşulmamış, 91-lərin Müraciətini imzalamamışdı. Yəni o Heydər Əliyevin ona göstərdiyi insani münasibətə və yaxşılıqlara belə cavab vermişdi.- Ramiz Mehdiyevin belə münasibəti niyə nəzərə alınmadı?- Bu, Heydər Əliyevin böyüklüyündən irəli gəlirdi. Ulu Öndər bəzən adamların bir sıra mənfi keyfiyyətinə dözümlü yanaşır, hətta bəraət qazandırırdı. Məhz bu səbəbdən Ramizin hərəkətlərinin də üstündən keçmişdi. Bildiyiniz kimi, o dövrdə Heydər Əliyev məni Amerikadan qaytarıb xarici işlər naziri təyin etdi. O vaxt xəbər tutdum ki, Ramiz Mehdiyev Prezidentin İcra Aparatının ümumi şöbəsinin müdiridir, sonra isə Aparat rəhbəri oldu. Bu məsələdə də mənim rolum vardı, amma nədən ibarət olduğunu demək istəmirəm. Ramiz uzun illər həmin vəzifədə çalışdı. Çox vaxt onu Azərbaycanda “ikinci şəxs” kimi dəyərləndirirdilər. Bir dəfə bir jurnalist məndən soruşdu ki, insanın gücü nədədir? Dedim, bacarıqlı adamdırsa, gücü fəaliyyətindədir, zəif adamdırsa, gücü tutduğu vəzifədədir. Əslində, rəhbərlik sahəsində bacarıqsız olan Ramiz vəzifə hesabına yavaş-yavaş gücünü artırmağa başladı. Bəzən “güclü” ilə “təsir etmək imkanı olan” ifadələrini qarışıq salırlar. Ramiz heç vaxt güclü rəhbər kadr olmayıb, amma vəzifəsi hesabına şəraitə təsir edərək güclü təsəvvürü yaradırdı. İctimaiyyət arasında onu vəzifə hesabına vəziyyətə təsir edən rəhbər işçi kimi dəyərləndirirdilər.- Siz xarici işlər naziri olan dövrdə Prezident Administrasiyasının rəhbəri kimi Ramiz Mehdiyevlə birlikdə işləmisiniz. Sizə və XİN-in fəaliyyətinə münasibəti necə idi? Xarici siyasətin istiqamətinə hansı formada, hansı yöndə təsir etməyə çalışırdı? Vəziyyətə təsir etmək gücü artdıqca, Sizinlə münasibətləri necə dəyişirdi?- 1998-ci ilə qədər hər zaman ondan üstün vəzifələrdə olmuşam. 2000-ci ildə deputatlıq müddətim bitdi və parlamentə yeni seçkilər elan olunanda Heydər Əliyev zəng edib soruşdu ki, indi planın nədir, deputatlığa namizəd olacaqsan? Dedim, yox, namizədliyimi vermək istəmirəm. Səbəbi ilə maraqlandı. Dedim, elmlə məşğul olub, dissertasiya müdafiə etmək fikrindəyəm. Atam da mənə belə vəsiyyət edib. Heydər Əliyev hansı mövzu üzərində işlədiyimi soruşdu. Dedim, Nəriman Nərimanov haqqında yazıram. Mövzunu çox bəyəndi. Dedi ki, dissertasiyanı bitirəndən sonra bir də məsləhətləşərik. Beləliklə, mən bir çoxunun nəzərində işsiz oldum, Heydər Əliyev isə məsələ nə yerdə olduğunu yaxşı bilirdi.Nazir olduğum dövrdə Ramizin nə xarici siyasətə, nə Xarici İşlər Nazirliyinə heç bir təsiri yox idi. Mən gedəndən sonra nazirlər danışırdılar ki, bizim bütün işlərimizə qarışır. 2004-cü ildə möhtərəm Prezident İlham Əliyev məni Macarıstana, 2010-cu ildə Polşaya səfir təyin etdi, 16 il səfir oldum. Bütün bu müddət ərzində Ramiz Mehdiyev Prezident Administrasiyasının rəhbəri idi. 5-6 dəfə mənim, ailə üzvlərimin taleyinə müdaxilə etmək, pislik etmək üçün çalışdı. Amma heç nəyə nail ola bilmədi. Hərəkətlərinin qarşısını məntiqim hesabına dərhal alırdım. Hər dəfə də özünə zəng edib, intriqaları ilə bağlı sözlərimi sərt şəkildə deyirdim. Mənə pislik etmək istəyi Ramizin beynində illərlə qalmışdı. Amma bacarmadı. Əksinə, mənə etdiyinin 10 qatını ona sözlə qaytarırdım.- Ramiz Mehdiyevin Sizə qısqanc münasibətinin səbəbi nə idi?- Dəqiq deyə bilmərəm, yəqin paxıllığımı çəkirdi. Biz 60 yaşı keçmişdik, hətta o məndən daha yaşlıdır. O gördü ki, məndə vəzifə iddiası yoxdur, o isə həmin dövrdə vəzifədən ötrü özünü həlak edirdi. Sadəcə, mənim varlığım ona rahatlıq vermirdi. Özünü şəstlə akademik adlandırırdı. Hətta məcbur edirdi ki, icra başçıları ona məktub yazanda “Akademik Ramiz Mehdiyevə” deyə müraciət etsinlər. Bu, görünməmiş bir tələb idi. O, anadangəlmə riyakar idi. Ramizdə səmimiyyət deyilən hiss olmayıb. Ramiz açıq polemikaya qadir adam deyil, sözü üzə deyə bilmirdi. El arasında yaxşı bir ifadə var: “Çörəyi dizinin üstündə olan adam”. O da heç vaxt duz-çörəyə hörmətlə yanaşmayıb. İstər Heydər Əliyev, istər İlham Əliyevin etdikləri bu qədər yaxşılıqlardan sonra onun indi üzə çıxan, müzakirə olunan gizli məktubu çox dəhşətli hərəkətdir. İlham Əliyev heç bir vəzifədən gedəni o hörmətlə yola salmadı, amma Ramizi yola saldı.- Ramiz Mehdiyevin Elmlər Akademiyasının Prezidenti kimi fəaliyyəti barədə nə deyə bilərsiniz?- Ramiz Kommunist Partiyasının ideologiya katibi olanda, əslində, akademiyanın kuratoru idi. Akademiyanı tanımalı, bilməli idi. Amma AMEA prezidenti olanda heç bir elmi məsələni həll etmədi, hətta heç bir aktual elmi problemi müzakirəyə çıxartmadı. Hansısa elmi problemin həllinə nail olsaydı, yəqin yazardı, deyərdi. Ancaq qalmaqallar, intriqalar gündəmə gəlirdi. Nəticədə onlarca alim onun istefasının tələb etdi.- Ramiz Mehdiyevlə 60 ildir ki, tanışsınız. Yəqin onun xasiyyətinə müasirlərimizin çoxundan daha yaxşı bələdsiniz. Bu haqda nə deyə bilərsiniz?- Ramiz Mehdiyev çox qapalı adamdır. 1993-1998 illərdə o, Azərbaycan KP MK-nın ideoloji məsələlər üzrə katibi idi. Bu, çox vacib vəzifə idi, çünki bir azərbaycanlı olaraq sovet-marksizm ideologiyası ilə milli ideologiya arasında seçim etməli idi. Tam məsuliyyətlə deyirəm, Heydər Əliyev milli yönümlü kommunist idi. Çünki beynəlmiləlçiliklə milli maraq arasında seçim edərək, milli mənliyimizin inkişafında çox iş görüb. Kommunist Partiyası tələb edirdi ki, beynəlmiləlçiyə üstünlük verilsin, Heydər Əliyev isə milli maraqlara üstünlük verirdi. Amma bunu elə ustalıqla edirdi ki, ona heç bir söz deyə bilmirdilər.Ramiz Mehdiyev ömründə ilk dəfə AMEA-yada birinci şəxs kimi işlədi. AMEA-nın prezidenti olduğu 2019-2022-ci illər ərzində Akademiyada bir dənə də olsun yeni elmi problem ortaya qoyulmadı. Onun namizədlik dissertasiyası sırf Lenin fəlsəfəsinə, doktorluq dissertasiyası beynəlmiləlçiliyə həsr olunub. Sabir Rüstəmxanlı danışanda eşitdim: Deyir Ramiz Mehdiyev kitabını nəşr üçün təqdim etdi. Yazığımız gəldi, kitabı buraxdıq ki, 3-5 manat qazansın, acından ölməsin. Amma kitabı oxuyanda gördük ki, əsər başdan-başa ölmüş sovet şüarlarından ibarətdir. Hətta 90-cı illərdə də Ramizin doktorluq dissertasiyasında milli heç nə yox idi.- Hamıya maraqlıdır ki, Ramiz Mehdiyev bu qədər mənfi keyfiyyətlərinə baxmayaraq, necə yüksələ bildi?- Çünki riyakar adamdır. O, əsl sifətini ona rəhbərlik edən şəxslərə bildirmirdi.- Bəs, niyə ona bu qədər etimad göstərildi?- Heydər Əliyev öz mənəviyyatına əsaslanaraq, Ramiz Mehdiyevin “91-lər” sırasında olmamasını, dalınca dediyi sözləri bağışladı, onu YAP-da və Administrasiyada əsas vəzifələrə təyin etdi. İlham Əliyev 20 il Ramiz Mehdiyevlə birgə işlədiyini nəzərə alıb etimad göstərib. Amma Ramiz bütün bunlara öz qərəzli mənəviyyatına əsaslanaraq cavab verdi. Heydər Əliyev bir dəfə mənə demişdi ki, Həsən, mən bir adamı vəzifəyə təyin edəndə özümü onun taleyinə şərik sayıram. İndi bu keyfiyyətə beynəlxalq aləmdə “empatiya” deyirlər. İnsanda empatiya yoxdursa, o, rəhbər ola bilməz. İstər Heydər Əliyev, istər də İlham Əliyevdə bu keyfiyyət çox güclüdür. Ramiz isə bunun qarşılığında qərəzli addımlar atdı.- Ramiz Mehdiyevin ev dustağı olması və ətrafında baş verən proseslərə münasibətiniz necədir?- Ramiz Mehdiyev barədə istintaq və məhkəmə qərarı ictimaiyyət üçün gözlənilən idi. Riyakarlıq, gizli intriqalar ustası, açıq polemikadan qaçan, “çörəyi dizi üstə olan”, “yaxşılığa yamanlıqla” cavab verən şəxs, nəhayət, lazımı cəzasını alır. Çünki atdığı addımlar cəzasız qala bilməzdi.

Prezident İlham Əliyevin xarici mediaya MÜSAHİBƏSİ 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstana dövlət səfəri ərəfəsində “Kazinform”a eksklüziv müsahibəsində iki ölkə arasında siyasi dialoqun yüksək səviyyəsindən, nəqliyyat, logistika, neft-qaz sahələrində əməkdaşlığın sürətli inkişafından, həmçinin yaşıl enerji sahəsində birgə işin perspektivlərindən və Türk Dövlətləri Təşkilatı çərçivəsində təşəbbüslərdən bəhs edib.Oxu24.com  müsahibəni təqdim edir.-Hörmətli cənab Prezident, ən yaxın vaxtda Sizin Qazaxıstan Respublikasına dövlət səfəriniz gözlənilir. Azərbaycan ilə Qazaxıstan arasında siyasi münasibətlərin hazırkı səviyyəsini necə xarakterizə edərdiniz və qarşıdakı səfərdən gözləntiləriniz nədən ibarətdir?-Azərbaycan ilə Qazaxıstan arasında siyasi əlaqələr hazırda yüksək dərəcədə möhkəmlik və qarşılıqlı etimad ilə xarakterizə olunur. Ötən onilliklər ərzində xalqlarımız arasında tarixi qardaşlığa, dostluğa və qarşılıqlı dəstəyə, ortaq türk kimliyinin möhkəm təməlinə, oxşar mədəni ənənələrə və mənəvi dəyərlərə əsaslanaraq, biz həqiqi strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri qurmuşuq.Sözsüz ki, ikitərəfli əməkdaşlığın möhkəmlənməsinə töhfə verən mühüm amil ən yüksək səviyyədə aparılan və dövlətlərarası əlaqələrin bütün səviyyələrdə hərtərəfli dərinləşməsinə təkan verən fəal və konstruktiv dialoqdur.Bu, son üç ildə mənim qardaş ölkəyə yeddinci səfərimdir. Qazaxıstana hər səfərimdə dinamik inkişafı, yeni uğurları müşahidə etmək mənim üçün xoşdur. Bu nailiyyətlər Prezident Kasım-Jomart Tokayevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü və düşünülmüş dövlət siyasətindən xəbər verir. Ölkənin modernləşdirilməsinə və iqtisadiyyatın şaxələndirilməsinə yönəlmiş islahatların uğurla həyata keçirilməsi xüsusi təsir bağışlayır. Bu uğurlar münasibətilə bütün qardaş Qazaxıstan xalqını təbrik etmək istərdim. Həmin müddət ərzində Prezident Kasım-Jomart Kemeleviç Tokayev Azərbaycana altı dəfə səfər edib. Bütün bunlar ölkələrimiz arasında hərtərəfli tərəfdaşlıq və qarşılıqlı strateji fəaliyyətin inkişafına müştərək səylərimizi nümayiş etdirir. Bundan əlavə, müntəzəm təmaslar bizə gündəlikdə duran aktual məsələləri operativ şəkildə həll etməyə və əməkdaşlığın əsas istiqamətləri üzrə razılaşdırılmış mövqeləri müəyyənləşdirməyə imkan verir.Fürsətdən istifadə edərək, işğaldan azad edilmiş Füzuli şəhərində Kurmanqazı adına Uşaq İncəsənət Mərkəzinin tikintisinə görə qardaş Qazaxıstana bir daha minnətdarlığımı bildirmək istəyirəm. Bu Mərkəz mühüm mədəni-maarif müəssisəsinə çevrilib, hazırda orada 100-ə yaxın uşaq təhsil alır.Biz ötən illər ərzində möhkəm hüquq-müqavilə bazası - təqribən 170 sənəd işləyib hazırlamışıq, siyasi, iqtisadi-ticari, investisiya, mədəni-humanitar və digər sahələrdə səmərəli əməkdaşlıq mexanizmləri yaratmışıq. Bu il 20 illiyini qeyd etdiyimiz Azərbaycan ilə Qazaxıstan arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilənin əhəmiyyətini xüsusi qeyd etmək istərdim. Bu sənəd Azərbaycan-Qazaxıstan əməkdaşlığının müxtəlif sektorlarda inkişafının etibarlı təməlini qoyub və ötən illər ərzində ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlıq əhəmiyyətli dərəcədə genişlənib.Həmçinin ilk iclası Qazaxıstan Prezidentinin ötən il Azərbaycana dövlət səfəri zamanı keçirilən Ali Dövlətlərarası Şuranın əhəmiyyətini qeyd etmək lazımdır. Astanada keçiriləcək ikinci iclasda qarşılıqlı faydalı əməkdaşlığın perspektivləri və Azərbaycan-Qazaxıstan münasibətlərinin yeni səviyyəyə qaldırılması istiqamətində atılacaq addımlar müzakirə olunacaq.Azərbaycan və Qazaxıstan, həmçinin çoxtərəfli formatlarda, xüsusilə beynəlxalq və regional təşkilatlar, o cümlədən BMT, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsi və digərləri çərçivəsində də səmərəli əməkdaşlıq edir. Ölkələrimiz beynəlxalq arenada bir-birini dəstəkləyir, bir çox məsələlərdə ortaq mövqeyi bölüşür.-Son illər Azərbaycan ilə Qazaxıstan arasında iqtisadi-ticari əməkdaşlıq necə inkişaf edir?-Azərbaycan ilə Qazaxıstan arasında iqtisadi-ticari əməkdaşlığın spektri çox genişdir. İqtisadi-ticari qarşılıqlı fəaliyyətin davamlı artımını məmnunluqla qeyd edirik. Hər iki ölkə ardıcıl olaraq birgə təşəbbüslər həyata keçirir, iqtisadiyyatın müxtəlif sektorlarında əməkdaşlığı genişləndirir. Bu proses məqsədyönlü dövlət siyasəti, biznes icmalarının nümayəndələri arasında fəal dialoq, qarşılıqlı faydalı və tərəfdaşlıq münasibətlərinin inkişafına ümumi sadiqlik sayəsində mümkün olub.Bu günə qədər ölkədə Qazaxıstan kapitalı ilə 250-yə yaxın kommersiya strukturu qeydə alınıb. Bu, investisiya mühitinə yüksək etimadı təsdiq edir və iqtisadi qarşılıqlı fəaliyyətin daha da genişləndirilməsi üçün möhkəm zəmin yaradır.Qarşılıqlı ticarətdə də müsbət dinamika özünü aydın şəkildə göstərir. 2024-cü ildə iki ölkə arasında əmtəə dövriyyəsinin həcmi 470 milyon dollar təşkil edib. 2025-ci ilin yanvar-avqust aylarında isə ötən ilin müvafiq dövrü ilə müqayisədə üç dəfə çox olmaqla, 547 milyon dollara çatıb. Bu artım Orta Dəhlizin potensialından səmərəli istifadə, nəqliyyat və logistika infrastrukturunun sistemli modernləşdirilməsi ilə bağlıdır.Bununla yanaşı, Azərbaycan ilə Qazaxıstan arasında investisiya əməkdaşlığı möhkəmlənir: Azərbaycanın Qazaxıstan iqtisadiyyatına investisiyası 225 milyon dollara, Qazaxıstanın isə Azərbaycana sərmayəsi 136 milyon dollara çatıb. Bu göstəricilər tərəflərin uzunmüddətli tərəfdaşlığa və davamlı inkişafa qarşılıqlı marağını nümayiş etdirir.-Azərbaycan ilə Qazaxıstan arasında nəqliyyat-logistika və neft-qaz sektorlarında, həmçinin yaşıl enerji sahəsində əməkdaşlığın səviyyəsini necə qiymətləndirirsiniz? Orta Dəhlizin hər iki ölkə üçün əhəmiyyəti nədən ibarətdir? Aktau və Ələt limanları vasitəsilə daşımaların səmərəliliyini artırmaq üçün hansı addımlar atılır?-Azərbaycan ilə Qazaxıstan arasında nəqliyyat-logistika əməkdaşlığı iqtisadi artım və regional bazarların inteqrasiyası üçün yeni imkanlar açan strateji əhəmiyyətli istiqamətdir. İnfrastrukturun davamlı inkişafı, tarif və logistika üstünlüklərinin genişləndirilməsi daşımaların həcminin artırılması və ikitərəfli münasibətlərin daha da möhkəmlənməsi üçün əlverişli şərait yaradır.Hazırda bu qarşılıqlı fəaliyyət sahəsi əhəmiyyətli tərəqqi nümayiş etdirir. 2024-cü ildə Azərbaycan ilə Qazaxıstan arasında tranzit daşımaları əvvəlki dövrlə müqayisədə 20 faiz artaraq 3,5 milyon tondan çox olub. Orta Dəhliz ölkələr arasında davamlı və səmərəli əlaqələrin təmin edilməsində əsas rol oynayır.2022-ci ildə Aktauda Türkiyə, Azərbaycan və Qazaxıstan ərazilərindən keçən Orta Dəhlizin inkişafı və istismarı üzrə “2022–2027-ci illər üçün Yol Xəritəsi” imzalanıb. Sənəd üç ölkənin nəqliyyat-logistika infrastrukturunun sinxron inkişafını, əməliyyatların optimallaşdırılmasını, əlavə yük axınının cəlb edilməsini, vahid tarif siyasətinin həyata keçirilməsini, logistika mərkəzləri şəbəkəsinin inkişafını və digər əsas məsələlərin həllini nəzərdə tutur.İnfrastruktur sahəsində əhəmiyyətli layihələrdən biri Qazaxıstan ilə Azərbaycan arasında Xəzər dənizinin dibi ilə sualtı fiber-optik kommunikasiya xətlərinin tikintisidir. Tikinti müqaviləsi 2025-ci ilin martında Bakıda imzalanıb və işlərin tamamlanması 2026-cı ilin sonuna planlaşdırılır ki, bu da rəqəmsal inteqrasiyanı gücləndirəcək.Neft-qaz sektorunda SOCAR və “KazMunayQaz” Milli Şirkəti arasında Aktau-Ceyhan marşrutu üzrə ildə 1,5 milyon ton Qazaxıstan neftinin tranziti ilə bağlı baş saziş imzalanıb. 2024-cü ildə tranzit həcmlərinin mərhələli şəkildə artırılması və tariflərin aşağı salınması haqqında saziş imzalanıb.Aktau və Ələt limanları vasitəsilə daşımaların səmərəliliyini artırmaq üçün infrastrukturun modernləşdirilməsi, qatarların və s. yenilənməsi üzrə həyata keçirilən tədbirlər Orta Dəhlizin Avropa ilə Asiya arasında əsas tranzit marşrutu kimi mövqeyinin möhkəmlənməsinə imkan verəcək.Gəmiqayırma sahəsində tərəfdaşlıq da sənaye əməkdaşlığının mühüm istiqamətidir.Yaşıl energetikanın inkişafı ikitərəfli gündəlikdə mühüm yer tutur. 2024-cü ildə Azərbaycan, Qazaxıstan və Özbəkistan enerji sistemlərinin birləşdirilməsinə və bərpaolunan enerji mənbələrinin təşviqinə yönəlmiş bir sıra strateji sazişlər və memorandumlar imzalayıb. Bu təşəbbüslər ölkələrin davamlı inkişafa və ekoloji cəhətdən təmiz texnologiyalara keçidə birgə sadiqliyini əks etdirir.-Azərbaycan ilə Qazaxıstan arasında əlaqələrin möhkəmlənməsində Türk Dövlətləri Təşkilatının rolunu necə qiymətləndirirsiniz?-Türk Dövlətləri Təşkilatı (TDT) Azərbaycan ilə Qazaxıstan arasında qardaşlıq əlaqələrinin möhkəmləndirilməsində aparıcı rola malikdir, siyasi dialoqun dərinləşdirilməsi, iqtisadi əlaqələrin genişləndirilməsi və humanitar əməkdaşlığın inkişafı üçün hərəkətverici platforma rolunu oynayır.2009-cu ildə qədim Azərbaycan torpağı Naxçıvanda yaradılan Türk Dövlətləri Təşkilatı türk xalqları və ölkələri arasında əməkdaşlığın və həmrəyliyin möhkəmlənməsinə mühüm töhfələr verib. Keçən il Şuşada ilk qeyri-rəsmi Zirvə Görüşü, bu yaxınlarda isə Qəbələdə TDT Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü keçirilib. Bu yüksəksəviyyəli görüşlərdə ölkələrimiz arasında təşkilat çərçivəsində əməkdaşlığın əsas məsələləri səmərəli şəkildə müzakirə edilib, Türk Dövlətləri Təşkilatının möhkəmlənməsinə, Türk dünyasının daha sıx birliyinə, onun siyasi, iqtisadi və hərbi gücünün artırılmasına, qlobal arenada güc mərkəzinə çevrilməsinə töhfə verən bəyannamələr imzalanıb.TDT çərçivəsində ölkələrimiz arasında mədəniyyət, humanitar və təhsil sahələrində əməkdaşlıq sistemli və ardıcıl xarakter daşıyır. Birgə təşəbbüslər festivalların, sərgilərin, ədəbi gecələrin və konfransların təşkilindən tutmuş elm və təhsil müəssisələri arasında fəal əməkdaşlığa qədər geniş istiqamətləri əhatə edir.Türk Dövlətləri Təşkilatı çərçivəsində tədqiqatların aparılmasında, elm və təhsil əlaqələrinin möhkəmləndirilməsində mühüm rol oynayan Beynəlxalq Türk Akademiyası uğurla fəaliyyət göstərir. Biz TÜRKSOY, Türk Mədəniyyəti və İrsi Fondu, Türk Dövlətləri Parlament Assambleyası (TÜRKPA) və digər beynəlxalq təşkilatlar çərçivəsində də sıx əməkdaşlıq edirik. Bu, Azərbaycan ilə Qazaxıstan arasında etimadın yüksək səviyyəsinin daha bir göstəricisidir.1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayın tarixi əhəmiyyətini ayrıca qeyd etmək istərdim. Bu hadisə türk elminin, mədəniyyətinin, birliyinin inkişafında mühüm mərhələ oldu. Gələn il bu əlamətdar Forumun keçirilməsinin 100 illiyi tamam olur və Birinci Türkoloji Qurultayın ildönümünün TDT çərçivəsində təntənəli şəkildə qeyd edilməsi planlaşdırılır.-Ölkələrimiz mədəni-humanitar sahədə nə dərəcədə sıx əməkdaşlıq edir?-Əvvəl dediyim kimi, xalqlarımızı çoxəsrlik tarix, mədəniyyət, din, ortaq dəyərlər birləşdirir. Mədəni əlaqələrin inkişafı xalqlarımızın bir-birinə daha da yaxınlaşmasında, qardaşlıq əlaqələrinin möhkəmlənməsində mühüm rol oynayır.2023-cü ildə Azərbaycanda Qazaxıstan, 2024-cü ildə isə Qazaxıstanda Azərbaycan Mədəniyyəti Günləri keçirilib. Belə tədbirlər xalqlarımız arasında yaradıcılıq əlaqələrinin dinamik inkişafını əks etdirir və iki ölkənin mədəni ənənələrinin qarşılıqlı zənginləşməsinə töhfə verir.Qazax ədəbiyyatının inkişafında mühüm xidmətləri olan ən görkəmli simalardan biri Kemel Tokayevin “Gecə açılan atəş” adlı povestlər toplusunun Azərbaycan dilində nəşrini məmnunluqla qeyd etmək istərdim.Həmçinin 2023-cü ildə Bakıda Kemel Tokayevin 100, Mir Cəlal Paşayevin 115 illik yubileylərinə həsr olunmuş beynəlxalq konfrans keçirilib.-Xəzər dənizinin dayazlaşması problemi getdikcə daha çox aktuallaşır. Azərbaycan və Qazaxıstan bu məsələdə öz fəaliyyətlərini necə əlaqələndirir?-Təəssüf ki, bu gün Xəzər dənizi bir sıra ciddi ekoloji problemlərlə üz-üzədir. Ən aktual məsələlərdən biri dayazlaşma - həm ekoloji, həm də iqtisadi təhlükələr yaradan suyun səviyyəsinin sürətlə azalmasıdır. 2022-ci ildə keçirilən VI Xəzər Zirvə Görüşündə mən Xəzər dənizində ekoloji tarazlığın pozulması məsələsini qaldırdım. Təəssüf ki, o vaxtdan bəri vəziyyət ancaq pisləşib. Xəzərdə suyun səviyyəsi sürətlə aşağı düşür və bunun səbəbləri təkcə iqlim dəyişikliyi ilə bağlı deyil.Yaranmış şəraitdə bütün Xəzəryanı ölkələr arasında sıx əməkdaşlıq qurmaq, fəal elmi informasiya mübadiləsi aparmaq və nəticələrin yumşaldılması üçün əlaqələndirilmiş tədbirlər işləyib hazırlamaq çox vacibdir.Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi və bununla bağlı ekoloji dəyişikliklər biomüxtəlifliyi və ekosistemin dayanıqlılığını təhdid edir ki, bu, təbiətin mühafizəsi və ekoloji tarazlığın bərpası üçün əlaqələndirilmiş tədbirlərin görülməsi zərurəti yaradır.Bundan başqa, Azərbaycan, Qazaxıstan və digər Xəzəryanı ölkələr regional və beynəlxalq platformalarda Xəzərin mühafizəsi təşəbbüslərini fəal şəkildə irəli sürə bilərlər və bunu etməlidirlər. Artan transmilli ekoloji risklər şəraitində Xəzər dənizi, sadəcə, su hövzəsi deyil, bizim ortaq məsuliyyətimizin və birgə fəaliyyətimizin zəruriliyinin rəmzinə çevrilir.

Tanınmış vəkil: “Bəzi hallarda insanları müdafiə etmək çətindir” - VİDEO  

“YouTube” platformasında yayımlanan “Kazusmedia” hüquq layihəsinin növbəti buraxılışı tamaşaçıların ixtiyarına təqdim olunub. Budəfəki buraxılışın qonağı Vəkillər Kollegiyasının üzvü, “De Fendo” Vəkil Bürosunun müdiri Arslan Mikayılov olub. O, uzun illərin təcrübəsinə əsaslanaraq vəkillik fəaliyyətində qarşılaşdığı maraqlı hadisələr, bu peşənin məsuliyyət və çətinlikləri barədə ətraflı danışıb. Həmçinin vəkil qeyd edib ki, bəzi hallarda insanları müdafiə etmək asan olmur, çünki hər bir işin arxasında fərqli talelər və mürəkkəb hüquqi vəziyyətlər dayanır.Layihə qısa, dinamik və maarifləndirici formatı ilə seçilir. Veriliş zamanı qonağa hüquq sahəsinə dair aktual məsələlərdən tutmuş şəxsi baxışlarına qədər mövzuları əhatə edən 7 əsas sual ünvanlanır. Hər suala 1 dəqiqəlik cavab limiti verilməsi proqramı daha yığcam və izləyicilər üçün cəlbedici edir. Bu yanaşma həm hüquqşünasların fikirlərini konkret şəkildə ifadə etməsinə, həm də tamaşaçının diqqətini əsas məqamlarda cəmləməsinə imkan yaradır.Arslan Mikayılov müsahibə zamanı vəkillik peşəsinin yalnız hüquqi bilik deyil, həm də insan psixologiyasını anlama bacarığı, ədalət hissi və yüksək mənəvi məsuliyyət tələb etdiyini vurğulayıb. O, hüquq sahəsindəki fəaliyyətini sadəcə iş kimi deyil, həm də cəmiyyətə xidmət forması kimi qiymətləndirdiyini bildirib.Qeyd edək ki, “Hüquqşünasa 7 sual, 7 cavab” layihəsi hüquqşünasların şəxsi təcrübələrini, peşəyə baxışlarını və hüquqi mövqelərini ictimaiyyətə çatdırmaqla yanaşı, hüquqi maarifləndirmə missiyasını da həyata keçirir. Layihənin məqsədi cəmiyyətdə hüquq mədəniyyətini təşviq etmək, gənc hüquqşünaslarda motivasiyanı artırmaq və hüquqa olan marağı gücləndirməkdir.

Ermənilər Hikmət Mirzəyevin olduğu yerə mərmi atıblar: belə xilas olub – General sirri açdı 

“Komandan (XTQ-nin sabiq, Quru Qoşunlarının hazırkı komandanı general–polkovnik Hikmət Mirzəyev – red.) da mənimlə birgə əsgərlərin sırasında hərəkət edirdi”.Oxu24.com   xəbər verir ki, bunu Vətən Müharibəsi Qəhrəmanı, general-mayor Zaur Cavanşir yazıb.O, 44 günlük müharibədə keçdiyi döyüş yolu ilə bağlı xatirələrini Bizim.Media ilə bölüşüb:Onun sonadək getməkdə qətiyyətli olduğunu görərək dedim:“— Cənab komandan, siz geri — komanda məntəqəsinə qayıdın. Biz onsuzda həmişəki kimi bir neçə saata təyin edilmiş həddə oturacağıq.— Bu yolu keçək, ondan sonra qayıdaram.Döyüş düzülüşündə olan bütün bölmələr Cəbrayıl–Füzuli yolunu Süleymanlı kəndinə tərəf keçdikdən sonra biz demək olar ki, düşmənin müdafiə xəttinin arxasına keçmiş olurduq və düşmən Füzuli rayonunun Qarğabazar və Cəbrayıl rayonunun Arakül kəndləri istiqamətindən girərək arxamızda olan yolu bağlaya bilərdilər. Ona görə də tabeliyimdə olan 5 tankın, mayor Almuradovun komandiri olduğu taborla, yolun Füzuli və Cəbrayıl istiqamətlərinə mövqelənərək düşmənin bütün fəaliyyətinin qarşısını almaq və yolun bağlanmamasını təmin etmək tapşırığını verdim.Biz hərəkət etdiyimiz Daşkəsən kəndindən Süleymanlı kəndinə doğru uzanan dərənin eninin təxminən 1 km idi. Cəbrayıl tərəfdən gələn asfalt yol dərəyə enərək 500 metr sonra yenidən Füzuli istiqamətində yoxuşa qalxırdı. Tabor iki hissəyə ayrılaraq 3 tankla Füzuli istiqamətinə, 2 tankla Cəbrayıl istiqamətinə mövqelənməyə başladı.Mən yenidən komandanın geri getməsini təkidlə bildirdim. O, sonunda razılaşdı:— Zaur, şəxsi heyəti qoru. Amma nəyin bahasına olursa-olsun, bu gün bizimkiləri qarşı tərəfə (Ərgünəş dağı silsiləsi — Hadrutun şərq kənarındakı yüksəkliklər nəzərdə tutulurdu) keçirməlisən.— Oldu. Sizi uşaqlar geriyə, maşına qədər müşayiət etsinlər, qaydarlar, — dedim.— Yox, denən, SandCat  gəlsin, elə buradan gedərəm.— Bura gəlsə, vura bilərlər, cənab komandan. Bir az geridən minsəniz, daha yaxşıdır.— Yox, görsəydilər bayaqdan atardılar. Qoy gəlsin bura.Mən rabitə ilə komandanın zirehli avtomobilini çağırdım, gələcəyi yeri və gələrkən təhlükəsiz yerdə dönmə edərək geri-geri gələrək komandanı götürməsini izah etdim.SandCat zirehli avtomobil dediyim kimi bizə yanaşdı və komandan mənimlə görüşərək zirehli avtomobilə əyləşdi. Zirehli avtomobil yerindən tərpəndikdən bir an sonra düşmənin KS-19 topundan atılan mərmi düz avtomobilin dayanmış olduğu yerə düşdü. Düşmən bizi görərək atəşə tutduğuna əmin idim: Avtomobil sürətini artıraraq təpənin arxasına keçdi. Növbəti mərmi Füzuli istiqamətində mövqelənməyə çalışan tankın qülləsinə dəydi və tankı səfər vəziyyətində idarə edən (səfər vəziyyətində sürücü-mexanik başını lyukdan çıxararaq ətrafı daha yaxşı görərək idarə edir) sürücü-mexanik həlak oldu”.

"Biz qonşu dövlətlərə münasibətdə həmişə dostluq siyasəti yürütməliyik” - <span style="color: #ff0000;">Qüdrət Həsənquliyev</span>

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Elchi.az-ın suallarını cavablandırıb.
 
Moderator.az müsahibəni təqdim edir.
 
– Qüdrət bəy, İranda hicab geyinməməyə görə dövlət orqanları tərəfindən qadınların təqib olunmasına son qoyulması barədə xəbəri necə qarşıladınız?
 
– Bu, İranda yaşayan qadınların, o cümlədən İran dövlətinin böyük uğurudur. İranın Ali Dini Rəhbəri prezident Məsud Pezeşkianı dəstəkləsə təbii sərvətlərlə zəngin olan İran bütün sahələrdə ciddi uğur qazanacaq. Növbəti addım İranda yaşayan millətlərə öz dillərində təhsil almaq, mədəniyyətlərini inkişaf etdirmək imkanın verilməsi olmalıdır. Pezeşkian buna çalışır. O çalışır ki,İranda hüquqi dövlət qurulsun, cəmiyyətin inkişafı qarşısında ən böyük maneələrdən biri olan korrupsiyaya qarşı effektli mübarizə təşkil olunsun, demokratiya inkişaf etdirilsin, sanksiyalar aradan qaldırılsın. İranın Azərbaycana münasibəti də müsbətə doğru dəyişməkdədir. İran cəmiyyəti də bu dəyişiklikləri gözləyir. Artıq repressiyalarla dövləti idarə etmək hər keçən gün daha da çətinləşir. İranda əhalinin az qala yarısının türk olmasını nəzərə alıb, mən İranı həm də türk dövləti adlandırıram. İnanıram ki, İran nə vaxtsa Türk Dövlətləri Təşkilatının üzvü olacaq. Biz 3+3 formatında da İranla sıx əməkdaşlıq etməliyik.
 
– Gürcüstanda dinc inqilab cəhdinin iflasa uğramasını nə ilə əlaqələndirirsiniz?
 
– 1993-cü ildə hərbi qiyam yolu ilə devrilmiş AXC uzun müddət qəbul edə bilmirdi ki,bir siyasi qüvvə olaraq hakimiyyətə gələndən qısa bir müddət sonra, bütün gördüyü müsbət işlərə də rəğmən, xalqın dəstəyini itirmişdi. Gəncədə hərbi qiyam başlayanda, o zaman dövlət katibi olan Əli Kərimli az qala bütün icra başçılarına yalvarırdı ki, heç olmasa işçilərinizi Prezident Administrasiyanın qabağına göndərin. Amma ora 3-4 mindən artıq adam gəlmirdi. Xalq böyük dəyişikliklər üçün fədarkarlıq etməyə hazır deyildi. Eyni proses Gürcüstanda da təkrarlandı. Saakaşvili öz ölkəsi üçün çox müsbət işlər görsə də gürcü xalqı Rusiya ilə birlikdə olmağı seçdi, dövlətin gələcəyinə görə məsuliyyət daşımaq istəmədi və bu işi iqtidra ötürüb kənar çəkildi. Gürcü xalqının sosial inkişaf səviyyəsi indikindn artığına nail olmağa yetmir. Ona görə də seçiminə sadiqdi, taleyindən razıdı. Qərb isə tərəfdarlarını müdafiə etmək üçün rusiyayönümlü hakimiyyətə problem yarada biləcək qərarlar qəbul etmək gücündə deyil. Həmişə deyirəm, xalq ədalət istəyir, amma güclünün arxasınca gedir. Ona görə də hal-hazırda iqtisadiyyatı sürətlə böyüyən, güclü hakimiyyətə sahib Gürcüstanda qərbyönümlülərin uğur qazanması mümkünsüzdü. Seçkilər cəmiyyətdə baş vermiş dəyişiklikləri hüquqi müstəvidə rəsmiləşdirmək vasitəsidir. Gürcüstan cəmiyyətində isə belə bir dəyişiklik baş verməmişdi. Gürcüstanda kimin hakimiyyətdə olmasına baxmayaraq biz qonşu dövlətlərə münasibətdə həmişə dostluq siyasəti yürütməliyik.

Necə edək ki, kibercinayətkarlarların qurbanı olmayaq? -Ekspertlə müsahibə  

Müsahibimiz kibertəhlükəsizlik üzrə ekspert, “Texio Academy”nin təsisçi direktoru Elgün Bəxtiyaroğludur.  -Kibertəhlükəsizlik gündəlik həyatımızın bir parçasına çevrilib dedikdə nəyi nəzərdə tuturuq? İnsanlar gündəlik həyatlarında kibertəhlükəsizlik qaydalarını necə tətbiq edə bilərlər?- Texnologiya sürətlə inkişaf etdiyi üçün artıq gündəlik həyatımızı texnoloji avadanlıqlarsız təsəvvür etmək mümkün deyil. Bank əməliyyatlarını, iş proseslərini və müraciətlərimizi çox vaxt mobil telefon və kompüterlər vasitəsilə həyata keçiririk. Bunun nəticəsində fərdlərə yönələn kibertəhdidlərin sayı da getdikcə artır.Belə kiber hücumlardan qorunmağın ən təsirli yolu kiber maariflənmədir. Kibertəhlükəsizlik maarifləndirilməsi insanların mövcud təhdidlər barədə məlumatlı olmasına, daha diqqətli davranmasına və şəxsi məlumatlarını qorumaq üçün düzgün addımlar atmasına şərait yaradır. -Son dövrlərdə dünyada ən çox rast gəlinən kiberhücumlar hansılardır? Azərbaycanda bu hücumların hansı formaları daha çox müşahidə olunur?-Dünyada ən çox yayılmış kibercinayət üsullarından biri sosial mühəndislikdir. Bu metod ümumi kiberhücumların 90%-dən çoxunu təşkil edir. Sosial mühəndislik hücumlarına misal olaraq fişinq (e-poçt vasitəsilə), vişinq (telefon zəngi ilə) və smişinq (SMS vasitəsilə) hücumlarını göstərmək olar.Araşdırmalara əsasən, bütün məlumat sızmalarının təxminən 95%-i birbaşa və ya dolayı yolla insan səhvləri ilə bağlıdır.Sosial mühəndislik hücumlarının əsas məqsədi insan psixologiyasını manipulyasiya edərək məxfi məlumat əldə etməkdir. Bu səbəbdən kibercinayətkarlar hücumlarını hər bir ölkənin sosial-mədəni xüsusiyyətlərinə uyğun şəkildə planlaşdırırlar. Məsələn, Novruz bayramı ilə bağlı fişinq hücumları ABŞ-da deyil, bu bayramı qeyd edən ölkələrdə həyata keçirilir. Azərbaycanda da bu cür nümunələrə rast gəlinir.Məhz bu səbəbdən kibermarifləndirmə prosesində ölkənin mədəniyyətinə və adət-ənənələrinə xüsusi diqqət yetirilməlidir. Azərbaycana yönəlmiş sosial mühəndislik hücumlarının qarşısını almaq üçün keçirilən maarifləndirmə təlimləri yerli reallıqlara uyğun şəkildə hazırlanmalıdır.-Sosial şəbəkələrdə şəxsi məlumatların qorunması istiqamətində ən çox edilən səhvlər hansılardır və insanlar gündəlik istifadədə nələrə diqqət etməlidirlər?- Sosial şəbəkələr bu gün insanların ən çox müraciət etdikləri rəqəmsal platformalardan biridir. Sosial şəbəkələr həm məlumatın paylaşılması və axtarışı, həm də şirkətlərin marketinq fəaliyyəti üçün geniş şəkildə istifadə olunur. Bunun nəticəsində həm şəxslər, həm də şirkətlər barədə çoxlu sayda məlumat ictimaiyyətlə paylaşılır.Bu isə kibercinayətkarlar üçün qiymətli bir məlumat bazasına çevrilir. Əgər kibercinayətkar sizinlə bağlı xüsusi hədəfli hücum hazırlayırsa, sosial profillərinizdə paylaşdığınız məlumatlar onun işini asanlaşdırır. Məsələn: ad və soyad, doğum tarixi, iş yeri, dost çevrəsi, tez-tez getdiyiniz məkanlar kimi məlumatlar toplanaraq hücumun daha dəqiq planlaşdırılmasına şərait yaradır.Xüsusilə qeyd etmək lazımdır ki, süni intellektin inkişafı bu prosesi daha da sürətləndirir. Kibercinayətkarlar sosial şəbəkələrdə toplanmış məlumatları süni intellekt vasitəsilə təhlil edir və onları hədəfli kibercinayət fəaliyyətləri üçün istifadə edirlər.Bu səbəbdən sosial şəbəkələrdə məlumat paylaşarkən diqqətli olmaq vacibdir. Paylaşılan şəkillər belə bəzən məxfi informasiyanın sızmasına səbəb ola bilər. Məsələn, kompüter qarşısında çəkilmiş bir selfidə ekran görüntüsündə məxfi sənədlərin görünməsi şirkət üçün ciddi təhlükə yarada bilər. -Uşaqlar və gənclərin onlayn təhlükəsizliyi mövzusunda valideynlər və müəllimlər hansı addımları atmalıdır?Azyaşlıların və gənclərin kiberhücumlardan qorunması üçün onların mütəmadi olaraq kibertəhlükəsizlik mövzularında maarifləndirilməsi vacibdir. Bu prosesin valideynlər və müəllimlər tərəfindən təşkil olunması daha effektiv olar.Məsələn, şəxsi məlumatların onlayn platformalarda paylaşılmaması, tanımadıqları şəxslərlə ünsiyyətə girməmələri və şübhəli məzmunlardan uzaq durmaları barədə onlara izah verilməsi xüsusi əhəmiyyət daşıyır. -Kiçik və orta bizneslər üçün kibertəhlükəsizlik nə qədər vacibdir? Onlar ən azı hansı əsas addımları atmalıdır ki, özlərini qoruyabilsinlər?-Kibertəhlükəsizlikdən danışarkən biznesin kiçik və ya böyük olması fərq etmir, çünki hər bir biznes üçün onun məlumatları kritik əhəmiyyət daşıyır. Kiçik bir kiber insident belə şirkətin fəaliyyətinin tamamilə dayanmasına səbəb ola bilər. Bu səbəbdən bizneslər kibertəhlükəsizliyə daha çox dəyər verməli və mövzuya ciddi yanaşmalıdırlar.Kibertəhlükəsizliyə ayrılan büdcə şirkətin əlavə xərci kimi deyil, inkişafı və davamlılığı üçün vacib bir investisiya kimi görülməlidir. Çünki baş verən hər hansı bir insident şirkətin nüfuzuna zərər vura, müştəri etimadını itirməsinə gətirib çıxara bilər.Unutmaq olmaz ki, kibertəhlükəsizlik maarifləndirmədən başlayır. Şirkətin ölçüsündən asılı olmayaraq bütün müəssisələr kibermarifləndirməyə üstünlük verməlidirlər. Bu yanaşma ilə şirkətlər öz təhlükəsizliklərini gücləndirə və uzunmüddətli davamlılıq əldə edə bilərlər. -Qadınların kibertəhlükəsizlik sahəsində rolu haqqında nə düşünürsünüz? Bu sahədə balans və inklüzivlik niyə vacibdir?-Dünya statistikasına nəzər salsaq, qadınlar kibertəhlükəsizlik sahəsində təxminən 20%-lik iştirak payına sahibdirlər. Sevindirici haldır ki, Azərbaycanda qadınların bu sahəyə marağı getdikcə artır. Bu isə öz növbəsində kibertəhlükəsizlik mütəxəssislərinin sayının artmasına və mövcud tələbatın qarşılanmasına mühüm töhfə verir.Kibertəhlükəsizlik sahəsində gender balansının təmin olunması həm peşəkar mühitin zənginləşməsinə, həm də sahənin davamlı inkişafına şərait yaradır. -Azərbaycanın kibertəhlükəsizlik sahəsində təhsil imkanları və gələcək perspektivləri barədə nə deyə bilərsiniz? Bu sahəyə marağı olan gənclərə hansı tövsiyələri verərdiniz?-Azərbaycanda kibertəhlükəsizlik sahəsində dövlət strategiyaları, universitet proqramları və xüsusi təlim mərkəzləri gənclərə bu sahədə ixtisaslaşmaq imkanı yaradır. Gələcəkdə kadr çatışmazlığının aradan qaldırılması, beynəlxalq sertifikatlaşdırma və real təcrübə proqramlarının genişlənməsi əsas inkişaf istiqamətləridir.Gənclərə tövsiyəm odur ki, formal təhsili praktiki layihələrlə birləşdirsinlər, beynəlxalq sertifikatlar əldə etsinlər və daim öz biliklərini yeniləsinlər.

Qusman İlham Əliyevdən nə soruşmuşdu? - Video 

Məlum olduğu kimi, ötən gün Mixail Qusman TASS-ın baş direktorunun birinci müavini vəzifəsindən azad edilib. 75 yaşlı Qusman Rusiyanın Baş naziri Mixail Mişustinin imzaladığı sərəncamla 30 ilə yaxındır işlədiyi TASS-dan çıxarılıb. Oxu24.com  xəbər verir ki, bu məqamda diqqət yenidən ötən həftə Xankəndi şəhərində keçirilən Qlobal Media Forumuna yönəlib. Belə ki, sözügedən Forumda TASS-ın vəzifəli şəxsi Azərbaycan Prezidenti İlham Əliyevə sual ünvanlayaraq onun yürütdüyü siyasətini yüksək qiymətləndirmişdi.Həmin sualı və dövlət başçısının cavabını təqdim edirik:Mixail Qusman: Hörmətli İlham Heydər oğlu, hər vaxtınız xeyir. Sizi salamlamaq istəyirəm. Təşəkkür edirəm ki, bu gün biz Xankəndidəyik. Forum Şuşa adlansa da, mən qırx il əvvəl sonuncu dəfə bu şəhərdə olmuşam. Yəqin ki, həmkarlarım, həmyerlilərim vəziyyətimi başa düşərlər.Bilirsiniz, axırıncı Forumda Siz dəqiq müəyyən etdiniz, çünki mən Miluokidən təzəcə qayıtmışdım. Siz yanvarın 20-də Ağ evdə kimin olacağını dəqiq müəyyən etdiniz. O vaxt dəqiq dediniz və belə də oldu. Siz hətta Azərbaycanın ABŞ-la, bu administrasiya ilə münasibətlərinin daha yaxşı olacağını ehtimal etdiniz. Bu barədə Prezident Trampın ölkənin Müstəqillik Günü münasibətilə təbriki əsasında da fikir yürütmək olardı.Sualım bir az genişdir. Bu gün Azərbaycan, fikrimcə, tamamilə nadir xarici siyasət yürüdür. Başqa hansı dövlətlə müqayisə oluna biləcəyini də bilmirəm. Bütün beynəlxalq azimutlarda, mən Rusiyadan başlayacağam, son zamanlar nə Rusiyada, nə də Azərbaycanda geniş ictimaiyyətin müsbət reaksiyasına səbəb olma ehtimalı az olan, mənim dediyim kimi, son zamanların “çalxalanmalarına” baxmayaraq, 2022-ci il fevralın 22-də Moskvada imzaladığınız müqavilənin əsasları heç bir şübhə doğurmur. Bu, aydındır.Mən ABŞ haqqında danışdım. Türkiyə ilə münasibətlər Şuşa Bəyannaməsinə əsaslanır. İran Prezidenti cəmi bir neçə gün əvvəl bu zalda idi. Avropa komissarları elə həftə olmur ki, burada olmasınlar. Mən bunları sadalaya bilərəm, o cümlədən Çinə səfəriniz, Qoşulmama Hərəkatındakı rolunuz və sairə. Bunda müəyyən bir fenomen var, onu dünyada heç də hamı başa düşmür. Mənə elə gəlir ki, dünyada heç də hamı bunu layiqincə qiymətləndirmir. Bununla bağlı sadə bir sualım var. Başa düşürəm ki, Sizin bunu necə bacardığınızı soruşmaq virtuoz skripkaçıdan skripkada necə ifa etdiyini soruşmaq kimidir. O deyəcək: “Mən skripkanı, onun yayını götürürəm və ifa edirəm”. Amma Sizin siyasətiniz müəyyən, mənə elə gəlir ki, çox aydın, çox yaxşı düşünülmüş siyasi prinsiplərə əsaslanır ki, bu çoxvektorlu siyasəti həyata keçirməyə imkan verir.Siz Prezident Əliyevin, zənnimcə, belə uğurlu xarici siyasət yürütməsini şərtləndirən 5-7 təməl siyasi prinsiplərini deyə bilərsinizmi? Sağ olun.Prezident İlham Əliyev: Sağ olun. Mən bir dəfə avropalı həmkarlarımla qapalı görüşdə, hələ 2020-ci ildən sonra, amma 2023-cü ildən əvvəl, vəziyyət müzakirə olunanda, burada, Xankəndidə hələ də separatçılar olanda bildirmişdim ki, - o qədər uzun söhbət gedirdi, - mən bir dəfə dedim ki, bunu açıq, üz-üzə demişəm, yəni, yox, xalqıma heç vaxt yalan söyləmirəm. Beləcə də dedim. Bu, əslində, doğrudur. Amma sualınıza cavab olaraq, mən beynəlxalq həmkarlarıma da heç vaxt yalan danışmamağa çalışıram. Əlbəttə, imkan daxilində. Hesab edirəm ki, biz obyektiv və dürüst olmalıyıq, yalan danışmamalıyıq. Düşünürəm ki, bu, yəqin ki, əsas prinsiplərdən biridir: ilk növbədə öz xalqıma həqiqəti söyləmək. İnternet və sosial şəbəkələr dövründə yaşadığımız üçün burada dediyiniz hər şey dərhal bütün dünyada rezonans doğurur.Düşünürəm ki, bu, mənim Prezident vəzifəsində əldə etdiyim çoxillik əvəzsiz təcrübə ilə bağlıdır və onu başqa cür əldə etmək mümkün deyil. Həm də belə etibarlı münasibətlərin qurulduğu, etimad göstərə biləcəyiniz zaman. Güvənmək razılaşmaq demək deyil, etimad göstərmək nədənsə müəyyən dərəcədə narazı olmaq və ya müsbət gündəmdən başqa bir şeyə sahib olmaq demək deyil. Güvənmək, sadəcə olaraq inanmaq deməkdir ki, əgər bir insan bunu deyibsə, deməli belə olacaq.Fikirləşirəm ki, bu, bizə beynəlxalq nüfuz qazanmağa imkan verən amillərdən biridir. İkinci amil, məncə, heç də az əhəmiyyət kəsb etmir. Bu, həmişə haqlı olaraq qeyd etdiyiniz kimi, prinsiplərə, konkret olaraq beynəlxalq hüququn universal prinsiplərinə riayət etməkdir. İstənilən vəziyyətdə, istər siyasi, istərsə də başqa üstünlüklərdən asılı olmayaraq, biz həmişə onlara sadiq olmuşuq. Biz özümüz də separatizmdən və işğaldan əziyyət çəkən bir ölkə kimi sadəcə olaraq dünyanın heç bir yerində analoji vəziyyətlərə münasibətimizi başqa cür ifadə edə bilmədik. Ona görə də beynəlxalq hüquqa və BMT Nizamnaməsinə sadiqlik həm də fundamental amildir və hesab edirəm ki, Azərbaycanın beynəlxalq aləmdə layiqli yer tutmasına imkan verib.Düşünürəm ki, Azərbaycan coğrafiyası, - mən bu haqda artıq danışmışam, - bu, təbii ki, dərmanlar kimi, kimin əlində olmasından asılı olaraq, müəyyən dərəcədə bəlkə də təhlükəli, bəlkə də çox faydalı bir amildir. Buna görə də özlərini risklərdən qorumaq üçün coğrafiyadan istifadə edirlər. Azərbaycana gəlincə, ölkəmizdə risklərin daxili mənbələri yoxdur. Bütün potensial risklər bizim sərhədlərimizdən kənarda formalaşa bilər. Ona görə də sürprizlərdən, fəaliyyətimizlə bağlı olmayan bəzi risklərdən qorunmaq da vacib idi və bu məsələdə coğrafiyanın mühüm rolu olub. Azərbaycan, eyni zamanda, həm Avropa, həm də müsəlman təşkilatlarının üzvü olan və Avropa İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı, ECO və bir çox başqa qurumlar vasitəsilə sammit formatlarında fəal iştirak edən azsaylı ölkələrdən biridir. Azərbaycanın nüfuzunu vurğulayan daha bir mühüm amil, deyərdim ki, D-8 Təşkilatına yeni üzv olan ilk və yeganə ölkə olmasıdır. Vaxtilə Türkiyənin, Pakistanın, Misirin təşəbbüsü ilə yaradılan və hazırda müsəlman dünyasının əhalisinə, potensialına görə ən böyük səkkiz dövlətini birləşdirən təşkilat hələ bir çox onilliklər əvvəl yarandığı gündən indiyədək yeni üzv qəbul etməyib. Azərbaycan yekdilliklə qəbul edilən yeganə ölkədir.Düşünürəm ki, sualınıza sonsuz cavab vermək olar, ona görə də burada dayanacağam. Əlbəttə ki, hər kəs üçün vacibdir: öz maraqlarını nəzərə alanda qonşunun da maraqlarına baxmaq. Yəni, milli maraqların qorunması Azərbaycanın xarici siyasətində fundamental amildir, lakin regional və qlobal kontekstdən ayrılaraq bu amildən güclü sui-istifadə etmək olmaz. Həmişə vəziyyətə baxmaq lazımdır, vəziyyətə qonşunun prizmasından baxmağa çalışın. Onda çox şey aydınlaşır, belə olan halda anlaşılmazlığa səbəb olan bir çox məsələlər kifayət qədər səmərəli nizamlanır. Ona görə də belə bir suala görə sizə minnətdaram.Yeri gəlmişkən, kiçik bir aydınlıq gətirmək istərdim. Mən Trampın qələbəsini proqnozlaşdırmırdım. Sadəcə dedim; onun bizim kimi fundamental dəyərləri, o cümlədən ailə dəyərlərini bölüşdüyünü nəzərə alsaq, Azərbaycan xalqı üçün daha yaxşı olardı. O, müharibələrə başlamamış yeganə ABŞ Prezidentidir. Həm də hakimiyyətdə olduğu qısa müddətdə müharibələrə son qoyan bir adam olduğu aydın görünür. Biz, həmçinin Azərbaycana və Ermənistana son nəticədə razılığa gəlməyə kömək etmək səylərinə görə ona çox minnətdarıq. O, beynəlxalq təhlükəsizik üzrə daha qlobal məsələlərlə məşğul olmasına baxmayaraq, Cənubi Qafqazdakı şəraiti də diqqət mərkəzində saxlayır. Əlbəttə, onun qələbəsi bir sıra səbəblərdən Azərbaycanda bizi çox sevindirir. Təbii olaraq, arzulayırıq ki, o, işini sona çatdırsın, “Vaşinqton bataqlığı”nı dibinə qədər qurutsun.

“Mənə kazino üçün icazə yox, söz verilsə idi…” — Hacı İbrahimdən SENSASİON AÇIQLAMA 

Azərbaycanda süni torpaqlarda kazinoların inşasına və fəaliyyətinə rəsmən icazə verildiyi deyilir. Mövzu gündəmə gələn kimi yada iş adamı Hacı İbrahim Nehrəmli düşdü. Bildirilir ki, onun bir vaxtlar dənizdə inşa etdiyi “Xəzər Adaları” layihəsi də kazino üçün uyğundur. Hətta artıq belə iddialar dolaşır ki, Hacı İbrahim sözügedən ərazidə kazinolar açacaq.Oxu24.com  xəbər  verir  ki,  Qlobalinfo məsələyə aydınlıq gətirmək üçün Hacı İbrahimlə əlaqə saxlayıb.Onunla müsahibəni təqdim edirik:– İbrahim bəy, deyilənə görə, süni torpaqlarda kazinoların inşasına və fəaliyyətinə rəsmi icazə verilib. Sizin həmin ərazidə torpağınız olub. Bu barədə məlumat almaq istərdik.– Mən kazino təklifini 20 il öncə etmişdim. Lakin həmin vaxt məni anlayan olmadı. O illərdə “Azərsun Holdinq”in Müşahidə Şurasının sədri, mərhum Abdolbari Gözəl mənə yarı zarafat, yarı gerçək dedi ki, sən bizdən 20 il öndə gedirsən, bizim səni başa düşməyimiz üçün 20 il keçməlidir. Elə də oldu… İndi süni adalar yaradırlar, kazinolar inşa edirlər. Gec də olsa, yaxşı qərardır.– “Xəzər Adaları” yenə sizindir?– Xeyr, illər öncə o ərazini dövlətə təhvil verdim.– Hüquqi baxımdan da sizin deyil?– Xeyr, rəsmi qaydada dövlətə verilib.– Əgər o torpaqlar hazırda sizdə olsaydı, necə bir infrastruktur qurardınız?– Mənə kazinoya icazə yox, sadəcə söz verilsəydi, şəhəri çoxdan tikib bitirmişdim.– Kazinodan gələn vəsaitlə?– Xeyr, sadəcə icazə lazım idi. Çünki çinli investorlarla danışmışdım, onlar 100 milyard investisiya yatıracaqdılar. Söz verən olmadığı üçün məsələ elə də qaldı. Bir sözlə, dərdimi heç kimə deyə bilmədim.– İşi tamamlaya bilmədiyiniz üçün peşmansınız?– Bilirsiniz, xaricdən gələnlər kazino və digər əyləncə istəyir. Bununla insanlar ölkəyə cəlb olunacaq. Turizm inkişaf edəcək. Mən olmasam da, Emin Ağalarov bacardısa ona afərin!– Sizcə, o ərazilərdə başqa nəsə inşa edəcəklərmi?– Yəqin ki, yeni nələrsə tikilər. Çünki ora milyardlarla investisiya qoyulub. Fikrimcə, batmağa imkan verməzlər. Dövlət özü də işlər görəcək. Oranın tikilməsi, yeni yerlərin inşası ən azından Bakıda tıxacın aradan qalxmasına səbəb olacaq. Ona görə ki, turistlər də ora gələcək, axın başlayacaq və şəhərə yük düşməyəcək. Azərbaycana ildə 10 milyon turistin gəlməsi nəzərdə tutulurdu, amma reallaşmırdı. Sağ olsun Emin Ağalarov buna şərait yaratdı. “Sea Breeze”də işləri yekunlaşdırdıqdan sonra Xəzər adalarını da tikərik.– İbrahim bəy, heç “Sea Breeze”də olmusunuz?– Əlbəttə! Hazırda da buradayam. Çox gözəl işlər görülüb.– Orada eviniz var?– Xeyr, burada evim yoxdur (gülür). Lakin gəlib-gedirəm.– “Xəzər Adaları” yenidən fəaliyyətə başlasa, orada hansısa infrastruktur qurulan zaman sizi məsləhət üçün dəvət etsələr, qəbul edərsiniz?– Oralarda tikinti işlərinin aparılması üçün əlimdən gələni edərəm. Niyə də yox?!– Kazino perspektivini necə görürsünüz?– Hər zaman demişəm ki, Azərbaycanda mütləq kazino olmalıdır. Belə olmasa, xarici vətəndaşları bura cəlb etmək çətindir. Baxın, Gürcüstanın əhalisi bizdən azdır, amma ora ildə 10–11 milyon turist gəlir. Səbəb də kazinonun olmasıdır. İnsanlar əyləncə yeri axtarırlar və bu, olduqca vacibdir. Emin Ağalarov çox doğru düşünüb. Mən də onu dəstəkləyirəm! Turizm sahəsinin inkişaf etməsi üçün kazino olmalıdır.– Emin Ağalarovla şəxsi tanışlığınız varmı?– Xeyr, heç canlı da görməmişəm. Yəqin o da məni qiyabi tanımış olar. (Globalinfo.az)

Ələkbər əminin inanılmaz ölüm səbəbi: Diş həkiminə gedib və... - İLLƏR SONRA AÇIQLANAN FAKTLAR 

Bu gün Əməkdar artist Ələkbər Hüseynovun anadan olmasının 64-cü ili tamam olur.Oxu24.com  xəbər  verir   ki,Ələkbər Hüseynov Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsində təhsil alıb. Şəki Dövlət Dram Teatrında, A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında çalışıb. Bu teatrın səhnəsində çox sayda tamaşada rol alıb. “Səadət quşu” və “Möcüzəli tamaşa” pyeslərini teatrın rus bölməsində tamaşaya hazırlayıb. “Keçəlin toyu” tamaşasındakı “Keçəl” rolu ilə İstanbulda, “Bülbül” tamaşası ilə İranda, Türkmənistanda keçirilən beynəlxalq festivalların laureatı olub.Əməkdar artist Ələkbər Hüseynov 2007-ci ildə vəfat edib.Əməkdar artistin həyat yoldaşının verdiyi müsahibəni təqdim edirik:90-cı illərdə böyüyən uşaqlarda mərhəmətin, sevginin, aydın təfəkkürün formalaşmasında valideynlərin və bilik ocaqlarının təlim-tərbiyəsi ilə yanaşı, bir qəhrəmanın da böyük rolu vardı. O, mavi ekranlardan ölkənin bütün balacalarını oxşayacaq qədər böyük ürəyə, qəlbindəki sevgini bütün bəşər övladı ilə bölüşəcək qədər zəngin mənəviyyata sahib idi. O, yaşından asılı olmayaraq, hər kəsin "Ələkbər əmi" deyə müraciət etdiyi doğma sima idi. Ələkbər əmi artıq 10 ildir ki, bu həyatda yoxdur. Lakin bu cismani yoxluq onu sevənlərinə, xüsusən də ailə üzvlərinə unutdurmur. Həmsöhbətim sevimli aktyor, Təbəssüm Ordeninə layiq görülən yeganə azərbaycanlı, mərhum Ələkbər Hüseynovun həyat yoldaşı Afaq Hüseynovadır.- Afaq xanım, Rusiyanın Sergey Suponevi, Türkiyənin Barış Mançosu vardısa, bizim də Ələkbər əmimiz vardı. Ölkədə onu tanımayan yox idi. Maraqlıdır, bəs siz onunla harda tanış olmuşdunuz?- Analarımız "dəmiryol xəstəxanası"nda birgə işləyiblər. Tez-tez bizi özləri ilə işə aparardılar, hətta bağçaya da bir dövrdə getmişdik. Yəni, bir ətrafda böyümüşük. Amma bütün bunlardan sonralar xəbərimiz olub. Analarımızla işləyən bir xanım deyib ki, oğlan aktyordu, qız da konservatoriyada oxuyur. Hər ikisi incəsənət adamıdır, münasibətləri yaxşı tutar. Həmin xanımın vasitəsilə bizi tanış etdi. Ondan sonra da aramızda isti münasibət yarandı. Anladıq ki, bir dildə danışırıq.- O hansı dil idi?- İncəsənət dili...- İnsan peşəsinə hörmətlə yanaşan ömür yoldaşı seçəndə yaşamaq daha asan olur.- Əlbəttə, mən onun tamaşalarına gedirdim. O, mənimlə musiqi barədə danışmağı sevirdi. Beləcə bir-birimizə bağlandıq.- Bəs neçənci ildə ailə qurdunuz?- 1989-cu ildə evləndik. Çox ağır və çətin illər idi. 1990-cı ildə oğlumuz doğuldu, səkkiz ildən sonra isə qızımız. Onlar da hər ikisi bu sahəni seçdilər. Oğlum İncəsənət Universitetini bitirib, qızımsa Bakı Musiqi Akademiyasının skripka sinfində oxuyur, prezident təqaüdçüsüdür. Konsertlərdə, festivallarda çıxış edir.- Afaq xanım, dediniz, mən onun tamaşalarına gedirdim. Biz Ələkbər əmini ekrandan və Kukla Teatrından tanımışıq. Bəs başqa hansısa teatrda çalışıb?- İnstitutu bitirəndən sonra 5 il Şəki Dram Teatrında işləyib. 1988-ci ildə Bakıya qayıdıb və Gənc Tamaşaçılar Teatrında çalışıb. Bundan sonra isə Namiq Ağayevin dəvətilə Kukla Teatrına getdi və bu sahəni çox sevdi. Bilirsiniz də, Kukla Teatrı yeni sənət idi. Heç İncəsənət Universitetində belə ixtisas yoxdur. Aktyor tamaşalarda oynadıqca təcrübə qazanır. Ələkbər isə nə edirdisə, birinci olmaq istəyirdi. Hətta məşhur "Humay" mükafatı 1993-cü ildə ilk dəfə təqdim ediləndə, ən yaxşı aktyor nominasiyası üzrə qalib oldu. Kukla Teatrının repertuarına bir çox yeniliklər gətirdi. Ən əsası monotamaşalar etməyə başladı. Səhnəyə çıxırdı. Ona qədər aktyorlar pərdə arxasında olurdular axı... Rejissor kimi yeni tamaşalar səhnələşdirirdi. Hətta monotamaşaların birində düz 9 alətdə ifa edirdi. Nəlbəki, saz, tütək, qarmon, qoşa nağara və s. Bunların hamısının müəllim yanına gedib ifasını öyrənirdi. İnadkarcasına sənətində ilk olmağa doğru gedirdi. Çox gözəl rəqs edirdi, mahnılar oxuyurdu. Müxtəlif obrazların hamısını öz səsi ilə canlandırırdı.- Öz sahəsində unikal insan idi.- Məncə, bəli. Bəlkə də mənim deməyim düz olmaz, amma bunu hamı təsdiqləyir.- Bəs televiziyaya necə gəldi?- Azərbaycan Dövlət Televiziyasının əməkdaşı Səyyarə Tağıyeva Kukla Teatrının tamaşasına gəlmişdi. Orada Ələkbərə dedi ki, səni televiziya verilişinə aparıcı kimi dəvət etmək istəyirəm. Bir neçə ay "Göydən 3 alma düşdü" verilişində çalışdılar. Sonra isə "Hər birimiz bir çiçək" verilişini yaratdılar. Bu proqram düz 13 il fasiləsiz hər ay efirə getdi.- Bu gün hamımızın evində azyaşlı uşaqlar böyüyür. Texnika, internet o qədər sürətlə inkişaf edir ki, mütləq ayaq uydurmalıyıq. Amma bununla da yanaşı, internetdə yayılan tərbiyədən uzaq oyunlar, şiddət təbliğ edən cizgi filmləri uşaqları autizmə, hətta intihara sürükləyir. Artıq ekranlarda Ələkbər əmi kimi balacalara nəvazişlə yanaşan kişi obrazına çox ehtiyac var.- Təəssüf ki, doğrudur.- Bəs Ələkbər Hüseynov necə ata idi?- Övladlarımızı sərhədsiz sevirdi. Oğlum dünyaya gələnə yaxın ad seçməyə başlamışdıq, amma qəti qərar verməmişdik. Oğlumuz doğuldu. Körpə ilə xəstəxanada idim. Mənə gül yolladı, üzərində də bir məktub vardı: "Mənim Cavidan oğlum necədir?" (Gülürük). Yəni artıq adını vermişdi. İlk övladı idi. Cavidanı çox sevirdi.- Qızınız isə 8 il sonra doğuldu.- Çox vaxt məndən soruşurlar, niyə bu qədər fasilə vermisiniz? Axı çox çətin vaxtlar idi. Müharibə dövründə kimə lazım idi teatr? Hamı bir parça çörək dalınca qaçırdı. Yavaş-yavaş bu ağır günlər geridə qaldı və 1998-ci ildə qızımız Nərgiz doğuldu. Təsəvvür edirsiniz də, oğlumuz məktəbə gedirdi, evdən yenidən körpə səsi gəlməyə başladı. Həm də qız uşaqları özlərini bir başqa cür sevdirirlər axı... Nərgizi də xüsusi həssaslıqla sevirdi. Təəssüf ki, nə övlad toyu gördü, nə də nəvə görə bildi.- Nəvələriniz oğlumla birgə bağçaya gedirlər. Hətta birinə elə Ələkbər adı vermisiniz.- Bəli, oğlumun iki oğlu var. Nəvəmin biri onun adını daşıyır.- Bildiyimə görə, Ələkbər əminin anası ilə birgə yaşayırsınız.- Bəli. Bir ana üçün övlad itkisi bilirsiniz də necə ağırdır. Özü də yeganə oğlu idi.- Təbii ki, dözülməzdir. Afaq xanım bir neçə il öncə təsadüfən internetdə Rövşən Cavadovun həyatından bəhs edən yerli film izlədim. Ən qəribəsi də odur ki, Cavadov obrazını Ələkbər Hüseynov canlandırırdı.- Bu filmin rejissoru Ramiz Fətəliyev idi. Ələkbər xarici görünüşdən Rövşən Cavadova bənzəyirdi. Filmə dəvət olunanda Ramiz bəy onu tanımırdı. O vaxt da "Bala başa bəla" televiziya tamaşası yenicə efirə çıxmışdı. Bir çox aktyorlar öncə narazılıq bildirsələr də, film çəkildi və Ələkbər böyük uğurla bu obrazın öhdəsindən gəldi. Baxmayaraq ki, ətrafına təbəssüm saçırdı, şən insan insan idi, amma dram teatrı aktyoru ixtisasında təhsil almışdı.- Və belə bir məşhur aktyor maddi sıxıntı çəkirdi...- Çox çətin vaxtlar idi. Amma Ələkbər deyirdi ki, mən öz peşəmə xəyanət edib, başqa yolla pul qazana bilmərəm. Hətta buna cəhd də etdik, amma heç nə alınmadı. Nəhayət qərar verdi ki, bağçalara, məktəblərə şaxta baba obrazında getsin. Televiziyada daha geniş kütləyə tanınandan sonra isə şəhərin məşhur klublarında öz komandası ilə birgə çıxış etməyə başladı. Bəzən gün ərzində 5 seans şənlik olurdu. Onun hamısını yüksək səviyyədə başa vururdu. Pulunu alın təri ilə qazanırdı. Mən də onunla gedirdim. Yeməyini, dəsmalını, ehtiyacı olan əşyaları aparırdım.- Yəni ilham pərisi idiniz.- (Gülür) Onu özü deyə bilərdi, mən yox... Amma çox vaxt deyirdi ki, sənsiz mənə çox çətin olardı.- Hər birimizin çatışmayan cəhəti var. Bəs onda sizi qane etməyən nələrsə vardı?- Bəlkə də vardı, amma mən onu olduğu kimi qəbul edirdim. Xasiyyətinə bələd idim. Mən onun xarakterində mənfi cəhət axtarmırdım. İdeal deyildi, amma ailəsini hər şeydən çox sevirdi. Çox vaxt deyirlər, qısqanırdınız onu? Təbii ki, qısqanmırdım. Axı mən ailə quranda bilirdim ki, həyat yoldaşım aktyordur.- Ələkbər əmi gənc yaşında dünyasını dəyişdi. Acı da olsa, o illərə qayıdaq.- Bu barədə danışmaq o qədər ağırdır ki, mənə... 2002-ci ildə Fransaya getməli idi. Artıq bileti də alınmışdı. Səfərə bir neçə gün qalmış dişi şişib, ağrımağa başladı. Bir dostu da diş həkimi idi, dedi, gəl, mənim yanıma. Elə öz kabinetində də dişini çəkdi. Fransaya getdi qayıtdı. 1 ildən sonra isə narahatçılığı başladı. Müxtəlif xəstəxanalarda qan analizi verdi. Hamısı da dedi ki, dişini çəkdirəndə infeksiya keçib, Hepatit C virusuna yoluxub. Həkimlər bildirdilər ki, müalicə olunsan ömrün 8 il uzana bilər. Əks təqdirdə 3 il yaşayacaqsan. Onun da orqanizmi allergik idi. Pəhrizlə, qulluqla 3 il yaşada bildik.- Sizcə, ölüm xofu onun qəlbini çoxmu didirdi?- İnternetdə xəstəliyi haqda çox oxuyurdu, amma bu barədə heç vaxt danışmırdı. Ölümə boyun əymək istəmirdi sanki... Hər birimiz acımızı ürəyimizdə yaşayırdıq. Anası səhəri yaşlı gözlə açırdı. Mən qəlbimdə daş boyda ağırlıqla gəzirdim, amma büruzə vermirdik. 2007-ci ilin 2 avqustunda dünyadan köçdü... Ölümüdən bir neçə gün sonra qeyd dəftərçəsini vərəqlədik. Hətta oktyabr ayınadək planlarını yazmışdı. Nikbin insan idi. Həmin il oğlum da sənədlərini İncəsənət Universitetinə vermişdi. Elə o xəstəxanada yatanda Cavidan gəlib dedi ki, ata mən ali məktəbə qəbul oldum. Gözü ilə sevincək işarə elədi.- Afaq xanım, siz də çox güclü qadınsınız. Övladlarınızı tək böyütmüsünüz. Bunu hər qadın edə bilməz. Hətta ikinci dəfə ailə qursaydınız, buna haqqınız vardı.- Çox çətin idi. Hətta qaynanam dəfələrlə mənə demişdi ki, ölən mənim oğlumdur. Sənin nə yaşın var ki? Gəl ayrılaq, sən də get, tədricən öz həyatını qur. Qəti şəkildə dedim ki, yox. Mən onu heç kimlə əvəz edə bilməzdim. Bunu özümə sığışdırmazdım da. Axı o sıradan bir insan deyildi.Ələkbər əminin bacısı qədər sevdiyi xalası qızı, sevimli diktorumuz Şərqiyyə Hüseynova ilə də yad etdik:- Bilirsən, Leyla, istər övladım olsun, istərsə də qardaşım, vaxtsız gedənlərim haqda danışmağı sevmirəm. Bu məni çox incidir. Heç bir kanala, sayta bu haqda müsahibə də vermirəm. Amma bir neçə cümlə deyəcəm sənə. Səbəbini bilmirəm, amma mən oğlan uşaqlarını qızlardan çox sevirdim. Demək, 1961-ci ilin dekabrında xalamı xəstəxanaya apardılar. Mən də həmin gün nənəmgildə idim. Ümumiyyətlə, tez-tez nənəmgildə qalırdım. Çünki çox sevirdik onu. Nənəm səhər doğum evidən gəldi. Dedim, xalamın nəyi oldu? Cavab verdi ki, qızı doğuldu. Təəssüflə üzünə baxdım. Birdən, dedi zarafat edirəm, oğlan oldu, oğlan... Sevincimin həddi yox idi. Ələkbərlə aramızda 14 yaş fərq vardı. Elə qucağımda böyümüşdü. Nənəmin "Sovetski" məhəlləsində evi vardı. Xalam da həyat yoldaşı ilə orada yaşayırdı. Sonralar mən də digər xalamın oğlu ilə ailə qurub, "Sovetski"yə köçdüm. Bilirsiniz, çox koloritli məhəllə idi. Bəlkə elə buna görədir ki, bu məhəllədə böyüyən uşaqlar, çox məşhur incəsənət xadimi olurlar. Xalam da xəstəxanada işləyirdi deyə, tez-tez gecə növbəsində qalırdı. Ona görə Ələkbər bizim evdə böyüyüb.- Necə uşaq idi?- Sakit, eyni zamanda da çılğın uşaq idi. Axi "Sovetski"də böyüyüb, başqa cür olmaq mümkün deyil. Onuna bağlı bir şey danışım. Mənim atam hərbçi idi. Müharibə illərində Berlində vuruşmuşdu. Çoxlu orden, medalı vardı. Ələkbər tez-tez oturardı, bu medalların tozunu silib, səliqəyə salardı. Yəni dəyərləndirməyi bacarırdı. Həmişə də deyirdi ki, mənim də belə medalım olacaq. Ölümündən bir il əvvəl Polşanın təsis etdiyi Təbəssüm Ordeninə layiq görüldü. Özü də bu elə bir mükafatdır ki, uşaqlar böyüklərə təqdim edirlər.- Çox gözəl şoumen idi.- Elə bir məclis yox idi ki, Ələkbər diqqət mərkəzində olmasın. Ümumiyyətlə, istedad belə bir şeydir də... O ya var, ya da ki, yoxdur. Qüsursuz rəqs edirdi, mahnılar ifa edirdi. Çox güclü yumor hissi vardı. Baxmayaraq ki, uzun illər dövlət televiziyasında ciddi verilişlər aparmışam, mən də xaraktercə şən insanam. Bir məclisdə diqqətimizi çəkən gülməli məqam olanda mütləq gözlərimiz toqquşurdu və bunu yalnız biz anlayırdıq.- Bir müddət kanalların birində nəvənizlə birgə uşaq verilişi apardınız.- İnanırsınızmı, bu layihəyə ona görə razılıq verdim ki, ara-sıra Ələkbərin adını çəkib, onu yad edim. Çünki mən ona tək xalam oğlu yox, qardaşım, balam gözü ilə baxmışam hər zaman. Bizim Ələkbərlə o qədər gözəl xatirələrimiz vardı. Mən yenicə ailə qurmuşdum, məişət qayğıları, televiziyadakı işim, bir sözlə, heç nəyə vaxtım qalmırdı. Ələkbər də gəlib, oturardı bizdə ki, Şərqiyyə yeni filmə baxmışam, gəl otur danışım. Mən də deyirdim, sən danış, amma mən otura bilməyəcəm, işim çoxdur. İşlərimi bitirənə qədər otaq-otaq ardımca gəzir, əl-qol hərəkətləri, müxtəlif obrazların səsləri ilə filmi danışıb, bitirərdi. Çox ərköyün, əziz-xələf uşaq idi. Düşünürdük ki, evlənsə, ailəsinə ciddi yanaşmayacaq. Amma o qədər gözəl həyat yoldaşı, ata oldu ki, özümüz də heyrətlənirdik.Vaxtsız gedişi məni çox yandırır, nə edə bilərik qismətli belə imiş qardaşımın.Uşaqların sevgisi daha saf və qərəzsiz olur. Onların məhəbbətini qazanmaq isə asan deyil, çünki məsum baxışları ilə qarşılarındakı insanın qəlbini görə bilirlər. Uşaqlıq dövrü müharibənin çətin illərinə təsadüf edən minlərlə balacaya, ərzaq qıtlığını, geyim yoxluğunu qayğı, nəvaziş selinə bürüyərək unutduran, hər birimizin bir çiçək olduğumuza inandıran sehirbaz idi Ələkbər əmi. Qeyd :Müsahibə  2017-ci ildə publika.az saytında yayımlanıb.

“Silahlar susub, amma informasiya cəbhəsində sakit və soyuq mübarizə davam edir” – <span style="color:#ff0000">MÜSAHİBƏ</span>

Azərbaycanın internet məkanında özünəməxsus yeri olan, ilklərə imza atan APA TV-nin yaranmasından 12 il ötür.

 

Bu münasibətlə Globalinfo.az “APA-Holding” MMC-nin prezidenti, Əməkdar jurnalist Vüsalə Mahirqızı ilə müsahibə edib.

 

Həmin müsahibəni təqdim edirik:

 

– Vüsalə xanım, APA TV-nin təsis edilməsindən keçən 12 illik müddəti necə dəyərləndirirsiz? Hədəflərinizə nə dərəcədə çatmış sayılırsınız, yoxsa zamanla o hədəflər, prioritetlər dəyişib?

 

– Zaman bizim prioritetləri dəyişir. Dövr və inkişaf məsələsi var. Biz APA TV-ni yaradanda onu internet televiziyası kimi yaratmışdıq və o cür fəaliyyətə başlamışdıq. Həmin vaxt torpaqlarımız işğal altında idi və bununla bağlı xarici mediadan Azərbaycana qarşı daimi hücumlar olurdu. Buna görə də onlara cavab verməklə öndə olmaq istəyirdik. APA TV-nin ilk yarandığı illər sosial medianın populyar olmağa başladığı zamana təsadüf edir. Üstündən 12 il keçib, daxili və xarici şərtlər dəyişib. Birinci növbədə APA TV böyüyüb və Audiovizual Şuranın platforma yayımçısı lisenziyası ilə fəaliyyət göstərir. Demək olar ki, ölkənin bütün kabel televiziyasında APA TV-nin efirini izləmək mümkündür. Mühim və rəsmi tədbirlərdə APA TV iştirak edir. 12 il ərzində Azərbaycan torpaqları işğaldan azad olunub. Bu savaş Azərbaycan Prezidenti və ordumuzun sayəsində sona çatdı. Proses başa çatdı deyə media üçün yeni mərhələ başladı. Cəmiyyət dəyişib və biz süni intellekt reallığı ilə üzləşmişik. 12 il əvvəl xəbər oxumaq üçün yalnız müxbir gücündən istifadə olunurdusa, bu gün süni intellekt vasitəsilə görüntülər hazırlanır, səsləndirilir. Ona görə də prioritetlərimiz gündəmə uyğun olaraq dəyişib.

 

– APA TV-nin yaradılması sosial şəbəkələrin aktuallaşdığı, miqyasının, təsir imkanlarının böyüdüyü dövrlə üst-üstə düşdü. APA TV televiziyalardan imtina dövründə yarandı. Düzdür, sosial şəbəkələr 12 il öncə bu qədər həyatımıza daxil olmamışdı. Vaxt keçdikcə bu tendensiya artan dinamika ilə inkişaf etdi. İndi isə vəziyyət daha fərqlidir. Amma burda bir müsbət nüans odur ki, media sosial şəbəkələrin verdiyi imkanları öz lehinə çevirə bilir – orda paylaşımlar edilir, baxış, İP sayı alınır. Bu avantajla dezavantajı necə balanslaşdıra bilirsiniz? Sosial şəbəkələrin mediadan aldığını o platformada necə xeyirinizə kompensasiya edə bilirsiniz?

 

– Digər media strukturlarından fərqli olaraq APA TV sosial medianın inkişafı ilə özünü inkişaf etdirdi. Çünki APA TV-nin əsası sosial media platforması olaraq qoyulub. Ona görə də bizim sosial mediaya inteqrasiyamız çətin olmadı. Bu gün “Vətəndaş jurnalistikası” adlandırdığımız jurnalistika mövcuddur. İstənilən şəxs hadisə yerindən canlı yayım aça və hətta video çəkib paylaşa bilir. Bu, bütün medianın dezavantajıdır. Buna baxmayaraq jurnalistika öz populyarlığını hələ uzun müddət qoruyacaq. Çünki jurnalistin vəzifəsi yalnız xəbəri olduğu kimi çatdırmaq deyil. Burada subyektiv yanaşma da rol oynayır – məsələyə ədalətli yanaşma, tərəflərin mövqeyini dəqiqləşdirmək və sair məsələlər var. Bəzi hallarda insanlar hadisəni necə görür və ya eşidirsə, cəmiyyətə də o cür ötürürlər. Bu gün sosial media hər kəsə məlumat ötürücüsü imkanını yaradır. Lakin onların ötürdükləri məlumatın nə dərəcədə obyektiv olmasına diqqət etmək lazımdır. Məsələn, günlərdir bəzi özünə peşəkar deyən həmkarlarımız Gəncədə ölən Elgün İbrahimovun qətlə yetirilməsi ilə bağlı öz versiyalarını, eləcə də iddialar səsləndirirlər. Hətta çox rahat şəkildə bunun qətl olduğunu deyirlər, intihar haqda deyənləri də trol adlandırırlar. Amma bu gün hüquq mühafizə orqanları da rəsmi məlumat yaydılar ki, bu işdə kənar müdaxilə yoxdur. Peşəkar media araşdırmaları gözləyir, qeyri-peşəkarlar isə tiraj və İP toplamaq üçün müxtəlif versiyalar irəli sürürlər. Təəssüf ki, bir çox həmkarlarımız da bu təsir dairəsinə düşüblər deyə, cəmiyyətin istədiyini demək və onların qəhrəmanına çevrilmək üçün yarışırlar. Lakin medianın işi həqiqəti göstərməkdir. Media sosial şəbəkələrlə yarışmada diqqətli olmalıdır. İndiki halda bizlər üçün sosial media gözəl bir mənbədir. Beləliklə də, biz öz məhsulumuzu onlara asan şəkildə təklif edə bilirik.

 

IMG 20250529 WA0044

 

– Televiziyaların ictimai rəyə az təsir etdiyi iddiaları var. Amma maraqlıdır ki, ölkəmizdə mötəbər mənbə sayılan da televiziyalardır. Bu təzad nə ilə bağlıdır?

 

– Televiziyaların ictimai rəyə təsirinin zəif olduğunu deyən adamlar heç bir arqument göstərə bilmirlər. Göstərilən yeganə arqument belədir ki, adamlar televizor kimi texnikadan az istifadə edirlər. Burada mühim və önəmli məsələ var – televiziya başqa, televizor ayrı şeydir. Yutub trendlərinə baxsaq, orada əsas trendə düşən xəbərlər və seriallardır. Yaxşı, bəs bunlara kim baxır? Televizorda baxmasalar da, komputer və telefonda baxır. Azərbaycanlıların 80-85 faizi informasiyaları yerli media resurslarından alır. Dünyanın hər yerində belədir. Bu gün adi bir müğənninin qalmaqalı ilə bağlı kiməsə sual versəniz, hamısı bütün təfərrüatı sizə danışacaq. Yaxşı, bu adamlar yerli medianı izləmirsə, televiziyalara baxmırlarsa, məlumatları hardan əldə edirlər? Deməli, baxırlar. Böyük media qurumunun rəhbəri olaraq fəxrlə vurğulayıram ki, bizim də mediada rolumuz var. Azərbaycan xalqının xəbərləri yerli mediadan əldə etməsi bizim uğurumuzdur. Son bir neçə ildə xaricdə Azərbaycanla bağlı hazırlanan materialların böyük əksəriyyəti öz agentliklərimizə istinadən yayılır. AZAL başqa ölkədə qəzaya uğrasa da, bütün dünyadan mediamıza istinadlar hədsiz çox idi.

 

– Bir mərhələ arxada qalmaq üzrədir: çap mediası – qəzetlər artıq demək olar ki, öz dövrünü başa vurub. Onlayn medianın və TV-lərin də yaxın gələcəkdə bu cür aqibətlə üzləşəcəyi haqda proqnozlar, mülahizələr söylənir. Bu prosesi siz indidən görürsünüzmü? Qəzetlərin yerini saytlar, sosial şəbəkələr doldurdu. Bəs TV-lərin, onlayn medianın alternativi, rəqibi nə olacaq? Nəzərə alsaq ki, siz həm onlayn media, həm də TV rəhbərisiniz. O zaman bu qayğı sizi ikiqat düşündürər yəqin ki…

 

– Televiziya artıq o transformasiyanı yaşayıb. Yəni ona televizor ekranında deyil, sosial media və digər onlayn platformalarda baxırlar. Əvvəl əgər hamı axşamı gözləyib, bir verilişə, xəbərə baxırdısa, hazırkı dövrdə artıq buna ehtiyac yoxdur. Müasir insanlar informasiyasız qalmaq istəmirlər. Ona görə də onlar bunu yol gedərkən telefonda izləyə bilirlər. Əsas məsələ bizim süni intellektlə necə baş edəcəyimizdir. Fikrimcə, jurnalistə hər zaman ehtiyac olacaq. Çünki subyektiv fikir həmişə lazımdır. Nəticədə süni intellekt üçün də mənbə rolunu jurnalistin yazdıqları oynayır. Amma burada məsələ bundan ibarətdir ki, biz bu prosesdə geri qalmamalıyıq. Dünən jurnalist kimi qəzetdə fəaliyyət göstərirdik, qəzet aktuallığını itirdikdən sonra sayta gəldik, sabah da eyni formada sosial mediada fəaliyyət göstərməliyik. Amma fəaliyyət prinsipimiz dəyişməməlidir. Bununla yanaşı, süni intellektin gətirdiyi yeni peşələr yaranacaq. Süni intellektlə işləyən xüsusi peşəkarlar, hazırlanmış materialların redaktorları olacaq. Yəni yeni növ peşələr ortaya çıxa bilər. Prinsipial olaraq isə jurnalistika qalacaq.

 

– Bu il Azərbaycan mətbuatının 150 ili tamam olur. Prezident İlham Əliyev mötəbər tarixlə bağlı sərəncam imzalayıb. Mediamızın durumunu necə qiymətləndirirsiniz? Azərbaycan mediası müasir çağırışlara, beynəlxalq rəqabətə duruş gətirə bilirmi? Son 5 illik müddətdə, xüsusilə də müharibədən sonrakı dövrdə, medianın inkişafını mənfi və müsbət tərəfdən necə dəyərləndirirsiniz?

 

– Fikrimcə, mediamız son illərdə daha ciddi və məqsədli işləyir. Neqativləri dedik, amma Azərbaycanın ciddi mediası son illər daha konseptual irəliləyir. Ölkə daxilində yeni yaranan media qurumlarından sitat gətirmək olar. Məmnuniyyətlə sizin saytı misal çəkəcəm. Məsələn, son illər Globalinfo.az Azərbaycan mediasında yaranmış ciddi, eyni zamanda oxunaqlı, daimi siyasi təhlil və müsahibələri ilə diqqət cəlb edən bir media qurumudur. Əslində, Globalinfo bizə yalnız “qara xəbərlər oxunur”, “şou başlıqlar oxunur”, “məşhur olmağın yolu vəziyyəti şişirtməkdir” ifadələrinin puç olduğunu göstərdi. Ciddi oxucu kütləniz var və mən də oxucular siyahısındayam. Bəzi həmkarlarımız ənənəvi mediadan sosial mediaya transfer olunublar. Bunun özü də yaxşı faktdır. Sosial mediada media işini bilən şəxslərin artmasına ehtiyac var. Bunlar çox önəmlidir. Biz işğal faktını bitirdikdən sonra növbəti mərhələ başladı. Belə ki, ölkə rəhbərliyinin və Azərbaycan xalqının məqsədi quruculuq və Qarabağa qayıdış idisə, digər məsələ Azərbaycanın uğuru ilə barışmayanlara qarşı informasiya savaşının davam etdirilməsi idi. Silahlar susub, amma informasiya cəbhəsində bizim sakit və soyuq mübarizəmiz davam edir.

 

Ölkə başçısının tədbirlərində Azərbaycan mediasının təmini və Prezidentin səfərlərinin çox keyfiyyətlə yayılması müsbət haldır. Dünən 28 may Müstəqillik Günü ilə bağlı APA TV də Qarabağda idi. Hər kəs də sərbəst şəkildə çəkiliş edə bilirdi, canlı yayım təmin olundu. Bu, bizim üçün vacibdir, çünki illərlə bunun həsrətində olmuşuq. Azərbaycan mediası dünyada nadir medialardandır ki, hazırda içində olduğumuz 3-cü dünya müharibəsinin savaş tərəflərinin hamısına bərabər yer verə bilirik. Tərəflərin rəyini də ala bilirik. Buna görə bizlərə xarici diplomatlar öz təşəkkürlərini bildiriblər ki, Azərbaycan mediası qlobal məsələlərə obyektiv yanaşa bilir.

 

Bir neçə ay öncə COP29 tədbirinə ev sahibliyi etdik və jurnalist olaraq hamımız orada olduq. Gördük ki, bu tədbirdə Azərbaycan sadəcə, təşkilatçı və ev sahibidir. Amma tədbir BMT çətiri altında keçirilirdi. Lakin Azərbaycana münasibətini başqa cür ifadə edə bilməyən bəzi ölkələrin mediası bu tədbiri boykot edir və ya tədbirdə öz ölkə nümayəndələrinin çıxışlarını vermirdilər. Yalnız mənfi nələrsə axtarırdılar. Beynəlxalq tədbirlərdə yerli medianın inkişafı mediamızı çox peşəkarlaşdırır. Şuşa Beynəlxalq Formunu da qeyd etmək istərdim. Yeganə peşə sahibləriyik ki, ölkənin prezidenti tədbirimizə gəlir, peşə günümüzdə iştirak edir və həmin gün saatlarla dünya və yerli medianın suallarını cavablandırır. Bunların hamısı dəyərləndirilməlidir.

“Gözümə linza qoyulandan sonra gördüm ki, gözəl rəsmlər çəkirəm” – Müsahibə

Digər rəssamlar kimi, onun da bu peşəyə həvəsi uşaqlıqdan yaranıb. Kiçik yaşlarında eynək taxmaqla bağlı olan kompleksi onun bugünkü uğurunda […]

💾

Auf YouTube findest du die angesagtesten Videos und Tracks. Außerdem kannst du eigene Inhalte hochladen und mit Freunden oder gleich der ganzen Welt teilen.

“Paytaxtı Xankəndinə köçürmək barədə də düşünmək lazımdır” -<span style="color:#ff0000">Həsənquliyev</span>

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb.

 

Sfera.az müsahibəni təqdim edir:

 

- Qüdrət bəy, Prezidentin və Birinci vitse-prezidentin Qarabağa səfəri barədə təəssüratlarınızı bilmək istərdik...

 

- Qarabağda böyük bərpa - quruculuq işləri aparlır. Bunu seyr etmək çox fərəhləndiricidir. Şuşada qələbəmizin şərəfinə ucaldılan yeni məscid öz gözəlliyinə və arxitekturasına görə Şuşanın, Qarabağın simvoluna çevriləcək. Hazırda islam alimləri və din xadimləri islamda islahatlar barədə müzakirələrə başlayıblar. Bu təqdirəlayiq haldır. Çox istərdim ki, bu istiqamətdə biz daha da irəli gedək. Şuşa məscidində böyük elmi kitabxana, Şuşanın tarixi muzeyi, gənclərin nikahlarını qeydə aldırmaları üçün səadət sarayı yaradılsın, din xadimləri gənclərə xeyir-dua versin. Məscid yalnız ibadət yeri olmasın, dinimiz hüzn mərasimləri ilə assosiasiya olunmasın. Şuşa məscidi gənclərimizin hər gün üz tutduğu yer olsun. Mən vaxtilə Ağdamın paytaxt şəhəri kimi tikilməsini təklif etmişdim, bu qəbul olunmadı. Paytaxtı Xankəndinə köçürmək barədə də düşünmək lazımdır. Bu siyasi və iqtisadi səmərəlilik, Bakının yükünün azaldılması baxımından əhəmiyyətli olardı. İnanıram ki, nə vaxtsa bu baş verəcək.

 

- Qüdrət bəy, Qarabağda iş yerlərinin açılması baxımından görülən işləri yetərli sayırsınızmı?

 

- Müəyyən işlər görülür, amma hökumət xarici dövlətlərdən daha çox Azərbaycana investisiya qoyuluşu barədə düşünməli, daha əlverişli biznes mühiti, Ermənistanla sülhə, regional təhlükəsizliyə nail olmaqla, sərhədlərin, bu yolla yeni iş yerlərinin açılmasına çalışmalıdır. Regionun daha sıx iqtisadi inteqrasiyası və azad ümumi bazar yaradılması üçün təşəbbüslərlə çıxış etməliyik. Azərbaycan üzərindən Rusiyadan İrana qaz kəmərinin çəkilməsinə razılıq verdiyimizdən, tələb etməliyik ki, Rusiya və İran da Türkmənistandan Azərbaycana Xəzərin dibi ilə qaz kəmərinin çəkilməsinə mane olmasın.

 

Türkiyə və Azərbaycan Xəzərin dibi ilə dəmir və avtomobil yolunun çəkilməsi barədə müzakirələr açmalıdırlar. İqtisadiyyatın sürətli inkişafı üçün dövlət sektoru özəlləşdirilməli, bürokratik əngəllər aradan qaldırılmalı, qanunun aliliyinin təmin olunması istiqamətində əlavə işlər görülməlidir.

 

- Qüdrət bəy, Ukraynada müharibəyə son qoymaq üçün sülh danışıqlarının perspektivini necə görürsünüz?

 

- Rusiya özünə birləşdirdiyi Ukraynanın 4 regionunu tam işğal etməyənə qədər müharibə böyük ehtimalla davam edəcək. Bu işdə Tramp ona lazımi dəstəyi verəcək. Amma bu elə formada həyata keçiriləcək ki, Tramp vəzifəsini qoruya və gələcəkdə hakimiyyəti varisinə ötürə bilsin. Başqaları kimi Ukrayna da ABŞ ilə dostluğun ağır fəsadlarını yaşayacaq. Putin artıq təkcə Ukrayananı yox, NATO-nu da məğlub etməyin mümükünlüyünü görür. Ona görə də müharibəni indiki mərhələdə dayandırmayacaq, dəyərlər böhranı yaşayan, xəyanətə meylli kollektiv Qərbi diz çökdürəcək. Tramp ABŞ-nin rəqiblərindən çox, özünün siyasi rəqiblərinə nifrət edir, onlardan qisas almaq istəyir. Putin Trampdan Rusiyanın rəqiblərinə qarşı bütün istiqamətlərdə məharətlə istifadə edəcək.

❌