Türkiyə Super Liqasında "Fənərbağça" növbəti oyununa çıxıb.
“sarı-göylər” "Ərzurumspor"la qarşılaşıb.
Görüş İstanbul klubunun böyük hesablı qələbəsi ilə başa çatıb - 3:0.
"Fənərbağça"nın heyətində Oğuz Aydın, Milan Şkriniar və Meyson Qrinvud rəqib qapısına yol tapa biliblər.
Bu qələbə ilə "Fənərbağça" turnir vəziyyətini bir qədər yaxşılaşdırıb. 13 oyundan sonra 23 xalı olan komanda hazırda turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.
Turnir cədvəlinə isə 31 xalla "Qalatasaray" liderlik edir.