Dəmir yolunda hadisə baş verdi-Onlarla reys ləğv olundu

Avropada London, Paris, Lill və Brüssel istiqamətlərində hərəkət edən “Eurostar” qatarlarının reyslərində kütləvi ləğvlər və gecikmələr qeydə alınıb.

“Reuters”ə istinadən, buna noyabrın 28-də Lill və Brüssel arasındakı dəmir yolu xəttində baş verən hadisə səbəb olub.

Şirkətin məlumatına görə, hadisə yerinə fövqəladə xidmət əməkdaşları cəlb edildikdən sonra qatarların hərəkətində ciddi fasilələr yaranıb.

Nəticədə London-Lill, London-Brüssel, London-Paris və Paris-Brüssel istiqamətlərində reyslərdə gecikmələr və ləğvlər baş verib.

“Eurostar” sərnişinlərə yaranmış çətinliklərlə bağlı məlumat yayıb.