Samuxda avtomobilər toqquşub, 4 nəfər xəsarət alıb.
Samux rayonunda "VAZ 21099" və "Fiat Doblo" markalı avtomobillər toqquşub. Hadisə Kür yolunda qeydə alınıb.
Qəza nəticəsində, 1984-cü il təvəllüdlü C.Məmmədhəsənov, 2019-cu il təvəllüdlü F.Əhmədov, 2023-cü il təvəllüdlü N.Əhmədova və 1965-ci il təvəllüdlü M.Məmmədhəsənova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Zərərçəkənlər xəstəxanaya yerləşdiriliblər, vəziyyətləri kafi qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.