Ermənistanda Rusiya bazasına ehtiyac yoxdur - Paşinyan

Ermənistan öz ərazisində Rusiya hərbi bazasının bundan sonra da mövcudluğuna ehtiyac görmür.

Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistan İctimai Televiziyasına müsahibəsində deyib.

"Bir daha rəsmi şəkildə təkrar edirəm: hərbi baza məsələsini heç vaxt mən qaldırmamışam, bu məsələni Rusiya qaldırıb. Əgər bu məsələni onlar qaldırıblarsa, mən açıq şəkildə bəyan edirəm: Ermənistan öz ərazisində Rusiya hərbi bazasının mövcudluğuna ehtiyac görmür",- o bildirib.