Bakıda manyak peyda olub: Qadınlara və uşaqlara... - Video

Paytaxtın Binəqədi rayonu, Xutor qəsəbəsində manyakın peyda olduğu iddia edilir.

Onun qadınlara və uşaqlara yaxınlaşaraq əxlaqsız hərəkətlər etdiyi bildirilir.

Hətta həmin şəxsin qadınları vurduğu, onların çantasını götürməyə çalışdığı da iddia olunub.

Polis məsələdən məlumatlıdır. Onun şəxsiyyəti müəyyən olunub. Həmin şəxsin saxlanılması istiqamətində tədbirlər görülür.