ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoff Senatın Xarici Əlaqələr Komitəsi qarşısında Ukrayna məsələləri ilə bağlı qanunvericilər üçün qapalı brifinq keçirəcək.
Musavat.com Komitənin veb saytındakı cədvələ əsasən xəbər verir ki, brifinqin dekabrın 1-də keçirilməsi nəzərdə tutulur.
Vitkoff qanunvericilər üçün yeganə natiq kimi qeyd olunub. Bildirişdə brifinqin yüksək məxfi məsələləri əhatə edəcəyi vurğulanır. Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin veb saytında görüşün başqa təfərrüatları verilməyib.