Uruqvay millisinin və “Qalatasaray”ın keçmiş qapıçısı Fernando Muslera karyerasını bitirib.
40 yaşlı qapıçı Libertadores Kubokunun finalında “Estudiantes”in “Palmeyras”a 0:1 hesabı ilə uduzmasından sonra butslarını çıxarıb asıb.
Muslera karyerasının böyük hissəsini Türkiyə Premyer Liqasında keçirib və İstanbulun “Qalatasaray” komandasında oynayıb . O, 2011-ci ildən 2025-ci ilə qədər komandada oynayıb. Qapıçı həmçinin Romanın “Latsio” (2007-2011) komandasında Avropada da özünə ad qazandırıb.
Fernandonun son klubu Argentinanın “Estudiantes” klubu olub. Muslera Uruqvay millisində 137 oyun keçirib və 140 qol buraxıb.