Dünya bazarında qızılın qiyməti 100 dollardan çox artdı

Dünya bazarında qızıl və gümüşün qiymətində artım qeydə alınıb.

Noyabrın 29-da Nyu-Yorkun COMEX əmtəə birjasında qiymətli metalların bahalaşması müşahidə olunub.

Ticarət nəticələrinə əsasən, qızılın bir troya unsiyasının qiyməti 103,9 dollar artaraq 3 668,5 dollara çatıb.

Gümüşün bir troya unsiyası isə 3,16 dollar bahalaşaraq 43,7 dollar təşkil edib.