İspaniyada növbədənkənar parlament seçkiləri üzrə səsvermə başlayıb. Seçkilərdə ölkə parlamentinin hər iki palatasına ümumilikdə 559 üzvün seçilməsi nəzərdə tutulur.
Deputatlar Konqresinə 350, Senata isə 209 üzv seçiləcək.
Sosioloji sorğulara əsasən, 350 yerlik Deputatlar Konqresində heç bir siyasi partiyanın mütləq çoxluq qazanması gözlənilmir. Bu səbəbdən seçkilərdən sonra hökumətin formalaşdırılması üçün partiyalar arasında koalisiya danışıqlarının aparılması gündəmə gələ bilər.
Ölkə üzrə təxminən 22,5 min seçki məntəqəsi yerli vaxtla saat 09:00-dan 20:00-dək fəaliyyət göstərəcək. İspaniyada 38,6 milyondan çox vətəndaşın səsvermə hüququ var. Onların təxminən 2,6 milyonu xaricdə yaşayır.
Seçki günü təhlükəsizliyin təmin olunması üçün 100 mindən çox hüquq-mühafizə orqanı əməkdaşının cəlb ediləcəyi bildirilib.
Qeyd edək ki, İspaniyada növbəti parlament seçkilərinin 2027-ci ildə keçirilməsi planlaşdırılırdı. Lakin oktyabrın 2-də parlament hökumətin mənzil siyasəti ilə bağlı iki qərarını dəstəkləməyib. Bundan sonra Baş nazir Pedro Sançes oktyabrın 5-də növbədənkənar seçkilərin keçirilməsi barədə qərarını açıqlayıb.