Pakistan Səudiyyə Ərəbistanına hərbi qüvvələr göndərib

Yaxın Şərqdə gərginliyin artması fonunda Pakistan Səudiyyə Ərəbistanına hərbçilər göndərib.

Bu barədə Pakistan Müdafiə Nazirliyi "X" sosial şəbəkəsində məlumat yayıb.

Hərbçilərin yola salınma mərasimində Pakistanın müdafiə naziri Məhəmməd Asif, ordu rəhbərliyinin nümayəndələri və Səudiyyə Ərəbistanının Pakistandakı səfiri iştirak ediblər.

Pakistan tərəfi bildirib ki, hərbi kontingentin göndərilməsində məqsəd Səudiyyə Ərəbistanının təhlükəsizliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq, eləcə də müdafiə imkanlarını gücləndirməkdir.

Qeyd edək ki, Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə avqustun 7-də kollektiv müdafiə haqqında saziş imzalayıb. Razılaşmaya əsasən, tərəflərdən birinə qarşı hücum digər iştirakçılara qarşı da hücum kimi qiymətləndiriləcək.