"Ukrayna hazırkı cəbhə xətti boyunca atəşkəs elan etməyə və Rusiya ilə sülh danışıqlarına başlamağa hazırdır".
Bunu Ukrayna Prezidenti Volodimir Zelenski "Al Jazeera" telekanalına müsahibəsində bildirib.
"Biz bu cür addımlara hazırıq - hazırda olduğumuz yerdə dayanmağa və qalmağa. Söhbət təmas xətti boyunca atəşkəsdən gedir", - deyə Zelenski vurğulayıb.
Onun sözlərinə görə, bu, çox böyük güzəştdir.
"Biz başa düşürük ki, o (Rusiya Prezidenti Vladimir Putin - red.) torpaqlarımızdan çıxmaq istəmir. Məhz buna görə də deyirik: yaxşı, elə burada dayanaq və diplomatik danışıqlara keçək", - deyə Ukrayna Prezidenti əlavə edib.