Aparıcı İlkin Həsəni uşaqlıq arzusunu gerçəkləşdirmək üçün Amsterdama gedib.
Uşaqlıqdan məşhur "The Prodigy" qrupunun pərəstişkarı olan İlkin konsertdə iştirak etmək üçün bloger həyat yoldaşı Aysel Həsəni ilə birlikdə Niderlandın paytaxtına yollanıb. Lakin qrup üzvlərindən birinin səhhətində yaranan problem səbəbindən konsert qəfil ləğv edilib.
Aparıcı konsertin baş tutmamasına baxmayaraq, əhvalının yaxşı olduğunu və səyahətdən zövq almağa davam etdiyini bildirib.