Amerikalı aktyor Metyu Makkonahinin 2028-ci ildə ABŞ-da keçiriləcək prezident seçkilərində müstəqil namizəd kimi iştirak edə biləcəyi ehtimal olunur.
Bu barədə "The Hill" qəzeti məlumat yayıb.
Makkonahi ABŞ-da aralıq seçkilərindən əvvəl yayımladığı videoda müstəqil namizədlərin seçki mübarizəsində ciddi rəqib kimi iştirak etməli olduğunu bildirib.
Aktyorun sözlərinə görə, müstəqil namizədlər sadəcə etiraz naminə deyil, real qələbə şansı olan namizədlər kimi seçki bülletenində yer almalıdırlar.
"The Hill" nəşri qeyd edir ki, Makkonahinin bu açıqlamaları onun kino karyerasından siyasətə keçə biləcəyi ilə bağlı ehtimalları gücləndirib. Qəzet bunu aktyorun mümkün siyasi planlarına işarə kimi qiymətləndirir.
Xatırladaq ki, ABŞ-da növbəti prezident seçkilərinin 7 noyabr 2028-ci ildə keçirilməsi planlaşdırılır. Seçiləcək prezident 20 yanvar 2029-cu ildə vəzifəsinin icrasına başlayacaq.
Lakin Metyu Makkonahi hələlik prezidentliyə namizədliyini rəsmən elan etməyib.
Qeyd edək ki, 57 yaşlı Hollivud ulduzu "Dallas Buyers Club" (2013) filmindəki Ron Vudruf roluna görə "Ən yaxşı aktyor" nominasiyasında "Oskar" mükafatını qazanıb.