Böyük Britaniyanın Əmək və Pensiyalar Nazirliyi informasiya sistemlərinin işində baş verən son nasazlığın kiberhücum nəticəsində yarandığını bəyan edib.
Qurumun açıqlamasını “Sky News” yayıb.
“Milli Kibertəhlükəsizlik Mərkəzi və hökumətin Kibertəhlükəsizlik üzrə Əlaqələndirmə Mərkəzi ilə birlikdə sistemlərimizə icazəsiz giriş cəhdinin səbəblərini araşdırırıq”, – deyə nazirliyin məlumatında bildirilir.
Qeyd olunub ki, nazirlikdə belə hallarla bağlı əvvəlcədən ətraflı hazırlanmış fəaliyyət planları mövcuddur. Qurumun nümayəndələri həmin planların dərhal işə salındığını bildiriblər.
Hadisə noyabrın 26-da aşkarlanıb. Ehtiyat tədbiri olaraq bir sıra xidmətlərin fəaliyyəti dayandırılıb və onlardan bəziləri hələ də əlçatan deyil.