Festivalda dəhşətli anlar: İzdihamın üzərinə "od yağdı", 120 nəfər xəsarət aldı - Anbaan video

Myanmanın Taunji şəhərində keçirilən “Tazaungdaing” (“Od Şarları”) Festivalında təhlükəli anlar yaşanıb.

Pirotexniki vasitələrlə təchiz edilmiş hava şarının buraxılması planlaşdırıldığı kimi baş tutmayıb.

Fişənglər göydə açılmaq əvəzinə, birbaşa tamaşaçıların üzərində partlamağa başlayıb. Nəticədə qığılcımlar və pirotexniki vasitələrin qalıqları izdihamın üzərinə tökülüb.

Kütləvi informasiya vasitələrinin məlumatına görə, hadisədən sonra təxminən 120 nəfər tibbi yardım üçün müraciət edib.