“Survivor” yarışmasının 2026-cı il Məşhurlar-Könüllülər mövsümündə ikinci yeri tutan Türkiyənin keçmiş milli atleti Nagihan Karadere estetik əməliyyat keçirib.
Idmançı boyun və üzün aşağı hissəsinin dartılması əməliyyatından sonra yeni görünüşü ilə diqqət çəkib.
Karadere yarışmadan sonra xarici görünüşündə dəyişiklik etmək qərarına gəlib. O, boyun qaldırma və alt üz qaldırma əməliyyatı keçirdiyini sosial şəbəkədə açıqlayıb. Əməliyyatdan əvvəl üzündəki kosmetik prosedurlara 750 min Türkiyə lirəsi xərclədiyini də bildirmişdi.
Keçmiş idmançı əməliyyatdan sonra özünü yaxşı hiss etdiyini, üzündəki şişkinliyin gözlədiyindən az olduğunu deyib. O, nəticədən məmnun qaldığını bildirərək sağalma prosesinin tamamlanmasını səbirsizliklə gözlədiyini vurğulayıb.
Əməliyyatdan üç gün sonra Karaderenin sarğıları çıxarılıb və tikişləri götürülüb. Yeni görünüşünü nümayiş etdirən idmançı üzündəki şişkinliyin hələ tam çəkilmədiyini bildirib. Onun sözlərinə görə, bir neçə həftə ərzində sağalma prosesi başa çatacaq və üzünün görünüşü dəyişəcək.
Karadere əməliyyatdan sonra “Barbi kimi” görünəcəyini də söyləyib. O, Ümrə ziyarətindən Türkiyəyə qayıtdıqdan sonra saç rəngini də dəyişib.