2013-cü il təvəllüdlü Hüseyn Ceyhun oğlu Allahverdiyevin meyiti Siyəzən şəhəri yaxınlığında yerləşən Taxtakörpü-Ceyranbatan su kanalından tapılaraq çıxarılıb.

Meyit aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Siyəzəndə uşaqların su kanalına düşməsi hadisəsinin bəzi təfərrüatı məlum olub.

Hadisə Siyəzən şəhəri yaxınlığında yerləşən Taxtakörpü-Ceyranbatan su kanalında baş verib.

Kanala düşən uşaqlardan Ömər Vüsal oğlu Zeynallı sudan çıxarılaraq xəstəxanaya çatdırılıb. Hüseyn Ceyhun oğlu Allahverdiyevin isə axtarışları davam etdirilir.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri cəlb olunub.

Hadisənin onların kanalın kənarında oynadıqları zaman baş verdiyi bildirilir.

Qeyd edək ki, ilkin məlumatda üç uşağın kanala düşdüyü bildirilirdi.

Siyəzən rayonunda üç məktəbli kanala düşüb.

Onlardan ikisinin tapılaraq sağ xilas edildiyi bildirilir.

Hazırda digər uşağın tapılması istiqamətində axtarış-xilasetmə tədbirləri davam etdirilir.

Hadisə yerində Fövqəladə Hallar Nazirliyinin və Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları cəlb olunublar.