Siyəzəndə üç azyaşlı kanala düşüb

Siyəzən rayonunda üç məktəbli kanala düşüb.

Oxu.Az-a istinadla, azyaşlılardan ikisinin tapılaraq sağ xilas edildiyi bildirilir.

Hazırda digər uşağın tapılması istiqamətində axtarış-xilasetmə tədbirləri davam etdirilir.

Hadisə yerində Fövqəladə Hallar Nazirliyinin və Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları cəlb olunublar.