Avtomobil motosikletlə toqquşdu - Xəsarət alan var

Mingəçevirdə yol-nəqliyyat hadisəsi baş verib.

Qafqazinfo-ya istinadən, hadisə Nəriman Nərimanov küçəsində qeydə alınıb.

Belə ki, “Hundai Elantra” markalı minik avtomobili motosikletlə toqquşub. Nəticədə motosikletin sürücüsü müxtəlif bədən xəsarətləri alıb.

Yaralı Amal Hüseynzadə ətrafdakıların köməyi ilə xəstəxanaya çatdırılıb. İlkin müayinə zamanı onun vəziyyətinin ağır olduğu müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.