İlon Maskın son 24 saat ərzindəki qazancı...

Amerikalı sahibkar İlon Maskın sərvəti son 24 saat ərzində 39,7 milyard dollar artıb.

Bu barədə “Blumberq” məlumat yayıb.

Bildirilib ki, cümə günü Nasdaq fond birjasında "SpeysX" səhmləri 4,83% artaraq 133,59 dollara, "Tesla" səhmləri isə 5,22% yüksələrək 400 dollara çatıb.

Son 24 saat ərzində İlon Maskın sərvəti 4,8% artaraq 859 milyard dollara yüksəlib. Bununla da o, "Blumberq" milyarderlər indeksində ən varlı iş adamı mövqeyini qoruyub.