Ərdoğan Yunanıstan Prezidenti ilə görüşüb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstan Prezidenti Konstantinos Tasulasla görüşüb.

Bu barədə “TRT Haber” xəbər verir.

Görüş İstanbulda Prezident Administrasiyasının Dolmabağça ofisində keçirilib.

Ərdoğan yunanıstanlı həmkarını rəsmi mərasimlə qarşılayıb. Liderlər ofisin girişində əl sıxdıqdan sonra təkbətək görüşə keçiblər.

Görüş mətbuata qapalı keçirilib.