Ukrayna hərbi sahədə yeni kadr təyinatları planlaşdırır.
Bu barədə ölkə Prezidenti Volodimir Zelenski sosial şəbəkələrdə bildirib.
Onun sözlərinə görə, o, bu məsələni Ukrayna Prezidenti Ofisi rəhbərinin müavini Pavlo Palisa ilə müzakirə edib.
"Pavlo ilə hərbi sahədəki ayrı-ayrı kadr məsələlərini də müzakirə etdik. Təyinatları Ukraynanın müdafiə naziri və Ukrayna Silahlı Qüvvələrinin baş komandanı ilə birgə həyata keçirəcəyik", - Zelenski qeyd edib.
Bundan əlavə, görüşdə cəbhədəki və qoşunlardakı vəziyyət, həmçinin mövcud ehtiyaclar müzakirə olunub. Zelenskinin sözlərinə görə, Ukrayna 2027-ci ildə pikapların satınalma proqramını davam etdirməyə hazırlaşır, satınalmaların həcmi və maliyyələşdirilməsi məsələləri işlənib hazırlanır.
Palisa həmçinin tərəfdaşlarla Ukraynaya HHM vasitələrinin, qüllələrin və digər avadanlıqların tədarükü məsələləri üzrə təmaslar barədə məruzə edib.
"FREYJA antiballistik proqramımız çərçivəsində işin prioritetlərini, Avropadakı istehsalçılarla müvafiq razılaşmaları müzakirə etdik. Proqramın icrasında irəliləyirik və həqiqətən effektiv antiballistik sistemin yaradılmasına yaxınlaşırıq", - Zelenski vurğulayıb.