Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

Yasamal rayonunda evlərdən birindən oğurluq edilib.

Bizim.Media xəb ər verir ki, Yasamal rayonunda valideynlərinə məxsus 3 000 manatlıq qızıl-zinət əşyalarını oğurlayaraq lombarda qoyan M. Kazımlı saxlanılıb.

O, həmçinin evdən 2 000 manat nağd pul, Nəsimi rayonunda isə motosikletdən iki dəbilqə oğurlayıb. Dəbilqələrin ümumi dəyəri 500 manat olub.

Faktlarla bağlı araşdırma aparılır.