Alen Simonyan:

“Ermənistanın hazırkı hakimiyyətinin mövcudluğunun təminatı savadsız və bəsit müxalifətdir”.

Bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan deyib.

“Rus pulları (rubl) və əvvəllər dövlətdən oğurlanmış vəsaitlər hesabına maliyyələşən, gələcəkdə yenidən hakimiyyətə gəlmək arzusu ilə yaşayan müxalifət saytları var. Göbələk kimi çoxalaraq axmaq materiallar dərc edirlər. Altında isə öz saxta hesabları ilə və daha bir neçə onlarla səviyyəsiz adam söyüşlər yazır.

Bütün bu əclaflara təşəkkür etmək istəyirəm. Siz bizim ideal rəqiblərimizsiniz: savadsız, bəsit, pul hərisi və pulla sifariş yerinə yetirənlər. Məhz siz bizim hakimiyyətimizin mövcudluğunun təminatısınız. Sizə təşəkkür edirəm”, - o, sosial mediada yazıb.