İsrail və Türkiyə futbol azarkeşləri Gürcüstanın Batumi şəhərindəki hava limanında yenidən toqquşublar.
Bu barədə "The Times of Israel" qəzeti məlumat yayıb.
Münaqişənin baş vermə səbəbləri hələlik məlum deyil. Məlumata görə, Gürcüstan polisi müdaxilə edərək dava iştirakçılarını ayırıb.
Qeyd edək ki, noyabrın 26-da UEFA Avropa Liqasının Liqa mərhələsinin V turu çərçivəsində Gürcüstanın Batumi şəhərində keçirilən “Beşiktaş” – “Hapoel Beer-Şeva” qarşılaşmasında insident yaşanıb. Türkiyə təmsilçisinin azarkeşlərinin tribunalarda Fələstin bayrağı açmasına Gürcüstan polisi sərt müdaxilə edib.(Unikal)
עימות התפתח בשדה התעופה בבטומי בין אוהדי הפועל באר שבע לאוהדי בשיקטאש הטורקית. המשטרה הגיאורגית חצצה בין הצדדים @lianwildau https://t.co/AQpHeY6OLb
— כאן חדשות (@kann_news) November 28, 2026