İran və ABŞ arasında dolayı danışıqlar Qətər və Pakistan vasitəsilə davam edir.
Bunu İranın Pakistandakı səfiri Rza Əmiri Müqəddəm ABŞ-ın CNN telekanalına açıqlamasında deyib.
“Qətər və Pakistan təkliflər və ideyalar irəli sürür, biz də onları qiymətləndiririk. Xarici işlər nazirimiz (Abbas Arakçı – red) də bu müzakirələrdə iştirak edir. Beləliklə, mesaj mübadiləsi davam edir. Amma vasitəçilər vasitəsilə ABŞ-la mesaj mübadiləsinin tempi əvvəlki dövrlə müqayisədə yavaşıyıb”, - səfir əlavə edib.
İranın ABŞ və İsraillə yaşadığı müharibənin “var olmaq mübarizəsi" kimi xarakterizə edən Müqəddəm bu ölkələrdən hər hansı birininhücumlara yenidən başlayacağı təqdirdə, İranın müxtəlif cavab variantlarının mövcud olduğunu bildirib:
“Ötən il ərzində biz boş dayanmamışıq. Bütün zəruri hazırlıqları görmüşük və cavab verməyə hazırıq. Fevral ayında başlayan 40 günlük müharibə zamanı İran raketləri ilə dünyanı təəccübləndirdi. Əgər yeni bir hücum olarsa, dünya üçün daha çox sürprizlərimiz var".