İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Aerokosmik Qüvvələri yeni, üç növ Pilotsuz Uçuş Aparatının (PUA) istehsalına başlayıb.
Bu barədə İranın “Tasnim” agentliyi məlumat yayıb.
İstehsalata buraxılan yeni dronlar sırasına Hava Hücumundan Müdafiə (HHM) və dronlarla mübarizə üçün nəzərdə tutulan “Sayeh” (“Kölgə”) kvadrokopterləri, avtonom uçuş imkanlarına malik kiçik ölçülü “Gasedak” (“Zəncirotu”) əlavə olunub. Sonuncu ABŞ istehsalı olan “Switchblade 300”ün bənzəri sayılır.
Agentliyin məlumatına görə, bu aparatlar yerüstü taktiki bölmələrin ehtiyaclarını və qısa məsafələrdə kiçik dronlara qarşı HHM tapşırıqlarını yerinə yetirməyə imkan verir.