İlon Maskın sərvəti bir gündə 39,7 milyard dollar artıb.
“Bloomberg” agentliyinin “Milyarderlər indeksi”nə əsasən, sahibkarın sərvəti 4,8 faiz artaraq 859 milyard dollara çatıb.
Cümə günü “SpaceX” şirkətinin “Nasdaq” birjasındakı səhmləri 4,83 faiz, “Tesla”nın səhmləri isə 5,22 faiz bahalaşıb.
Qeyd edək ki, İlon Mask “Bloomberg”in milyarderlər reytinqində birinci yerdədir.