Dünyanın Bakıya artan marağı: Böyük gücləri Azərbaycana gətirən nədir? - Foto

Son illərdə beynəlxalq səviyyədə yaşanan gərginliklər, müharibələr fonunda dünyanın iqtisadi və siyasi düzəni ciddi transformasiyaya məruz qalır. Bu dəyişikliklər nəticəsində bir sıra regionların strateji əhəmiyyəti artır. Xüsusilə beynəlxalq əhəmiyyətli ticarət bağlantıları, logistika və tranzit xətləri yenidən formalaşdırılır. Təhlükəsizlik, davamlılıq və etibarlılıq prinsipləri bu məsələdə daha böyük önəm daşımağa başlayır.