Pakistanın Kəraçi şəhərində inşası davam edən altımərtəbəli binanın çökməsi nəticəsində ölənlərin sayı 11-ə yüksəlib.
Bu barədə “Geo Nyus” məlumat yayıb.
Bildirilib ki, dağıntılar altından daha iki nəfərin meyiti çıxarılıb.
Məlumata görə, binanın çökməsi nəticəsində 14 nəfər xəsarət alıb.
Xilasedicilər daha 9 nəfərin dağıntılar altında qala biləcəyini bildiriblər.
Axtarış-xilasetmə işləri davam etdirilir.