Əfqanıstanda məktəbdə partlayış: 7 şagird öldü, 97 nəfər yaralandı

Əfqanıstanın şərqində yerləşən Kunar əyalətindəki orta məktəblərdən birində baş verən partlayış nəticəsində 7 şagird ölüb, daha 97 nəfər yaralanıb.

Sfera.az bildirir ki, bu barədə əyalət polis idarəsinin nümayəndəsi Fərid Dehkan məlumat verib.

Onun sözlərinə görə, partlayış yerli vaxtla saat 10:00 radələrində Andar-Sər rayonundakı məktəblərdən birində baş verib.

Pakistanla həmsərhəd olan Kunar əyalətində hadisə yerində istintaq qrupları çalışır. Hüquq-mühafizə orqanları partlayışın başvermə şəraitini araşdırır.

Qeyd edək ki, avqust ayında Əfqanıstanın paytaxtı Kabildəki məktəb komplekslərindən birində əl qumbarası partlamış, nəticədə 9-14 yaş arası 40-dan çox uşaq xəsarət almışdı.