Fransa iqtisadiyyatı üçün həyəcan təbili: “S&P” də proqnozunu pisləşdirdi

Beynəlxalq reytinq agentliyi olan "S&P Global Ratings" Fransa üzrə proqnozunu sabitdən mənfiyə doğru dəyişib.

Bu barədə agentliyin saytında məlumat yayılıb. "S&P Global Ratings"in proqnozlarına görə, uzunmüddətli və qısamüddətli reytinqlər A+/A-1 səviyyəsində təsdiqlənib.

Qeyd edilib ki. Fransanın hər iki valyutada(Fransanın rəsmi valyutası olan avro və xarici valyuta sayılan bütün xarici pullarla götürülən borc öhdəlikləri nəzərdə tutulur-red.) qısamüddətli reytinqləri "A-1" səviyyəsində saxlanılıb:

"Davam edən siyasi parçalanma daha qətiyyətli maliyyə-büdcə konsolidasiyası perspektivlərini azaldır".

Mənfi proqnoz Fransanın artan dövlət borcunu, iqtisadi artımın yavaşlamasını və faiz dərəcələrinin yüksəlməsini əks etdirir.

Xatırladaq ki, oktyabr ayının sonunda "Fitch" də oxşar qərar qəbul etmişdi. Məşhur ABŞ agentliyi olan "Fitch" Fransanın reytinqini A+ səviyyəsində saxladı və eyni zamanda proqnozunu mənfiyə dəyişdi.