Ağsuda AĞIR QƏZA: sürücü yaralandı, arvadı öldü

Ağsuda ölümlə nəticələnən yol qəzası olub.

Hadisə noyabrın 27-də axşam saatlarında Ağsu şəhəri ərazisində qeydə alınıb.

Ələddin Qədirovun idarə etdiyi “VAZ-2106” və Simran Əhmədlinin idarə etdiyi “Ford Transit” markalı avtomobillər toqquşub. Nəticədə “VAZ-2106”-nın sürücüsü xəsarət alıb, sərnişini olan arvadı, 60 yaşlı Məlahət Qədirova isə hadisə yerində ölüb.

Faktla bağlı polis tərəfindən araşdırmalar aparılır.