ABŞ Prezidenti Donald Tramp İranla müharibənin nə vaxt başa çatacağına özünün qərar verəcəyini deyib.
Trampın sözlərinə görə, Tehranla razılaşma əldə etmək üçün bütün imkanlar yaradılıb. O bildirib ki, İranın nüvə silahına sahib olmasına heç vaxt imkan verilməyəcək. Tramp Rusiya Prezidenti Vladimir Putinin də Ukrayna ilə müharibəni bitirmək istədiyini düşündüyünü bildirib.
ABŞ lideri Çinin İrana yardım etməsi ilə bağlı iddialara da münasibət bildirib və ölkəsinin Çinlə bağlı kəşfiyyat apardığını deyib.